Ən son xəbərlər
Cəlil Xəlilov: “Bu texnika metal yığınından başqa bir şey deyil” Son vaxtlar Ermənistanın Müdafiə Nazirliyi işğalçı ordunun müasir silahlarla təchiz olunduğu, hərbi arsenalını yeni texnika ilə gücləndirdiyi ilə bağlı daxili auditoriyaya hesablanan bəyanatlar səsləndirməkdədir. Moderator.az-a açıqlamasında bu bəyanatları şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ermənistanın məlum bəyanatlarının gülünc olduğunu vurğuladı: “Ermənistanın Müdafiə Nazirliyinin işğalçı ordunun guya müasir silah-sursat və hərbi texnika ilə təmin olunması ilə bağlı verdiyi bəyanatlar tamamilə absurddur və daxili auditoriyaya hesablanıb. Bu gün Ermənistan ordusunda silahlanmaya qəbul edilən silahlar ötən əsrin 60-70-ci illərində sovet dönəminə məxsus texnikaladır. Hansı ki, onlar həm texniki, həm də psixoloji baxımdan tamamilə köhnəlib və müasir tələblərə əsla cavab vermir. 2016-cı ilin aprel döyüşləri də göstərdi ki, erməni ordusu Azərbaycan ordusundan bütün parametrlər üzrə, eləcə də hərbi-texniki baxımdan əhəmiyyətli dərəcədə geridə qalır. Heç bir iqtisadi-maliyyə resursu olmayan, tamamilə ianə və kreditlərdən asılı olan Ermənistan müasir texnika almaq imkanına malik deyil. Buna görə də düşmən orudadakı texnikanın keyfiyyətini deyil, köhnə sovet texnikaları hesabına sadəcə kəmiyyətini artırmaqla erməni ictimaiyyətini aldatmağa, güclü ordu görüntsü yaratmağa çalışır. Hansı ki, Ermənistan ordusundakı hərbi texnika metal yığınından başqa bir şey deyil. Bu gün Ermənistan ordusunda döyüş hazırlığı ilə yanaşı, mənəvi-psixoloji vəziyyət də olduqca ağırdır. Fərarilik ötən illərdə olduğu kimi, bu gün erməni ordusunun ən ağır problemlərindən birini təşkil edir. Belə olan halda güclü ordu, müasir texnika, yüksək döyüş hazırlığı haqqında danışmaq cəfəngiyyatdan başqa bir şey deyil”. Seymur ƏLİYEV
Hamısını oxu
Ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. AZƏRTAC xəbər verir ki, bu barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul olunub. Qərara əsasən, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır; 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək həmin şəhər və rayonlarda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir; sakinlər qeyd olunan müddətdə yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almaqla tərk edə bilərlər.
Hamısını oxu
Cəlil Xəlilov: “Bütün dünyanı erməni faşizminə qarşı mübarizəyə səsləyirik” Məlum olduğu kimi, iyunun 24-də faşizm üzərində qələbənin 75-ci ildönümü münasibəti ilə Rusiyada keçiriləcək paradda Azərbaycan ordusunun 75 nəfərlik hərbçisi də Azərbaycan istehsalı olan silahlarla iştirak edəcək. Moderator.az-a açıqlamasında bu mühüm tarixi günlə bağlı açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, faşizm üzərində qələbənin 75 illiyi ilə bağlı görülən işlərdən, habelə Azərbaycan xalqının bu qələbəki rolundan bəhs edib: “Qələbənin 75 illiyi ilə əlaqədar olaraq Respublika Veteranlar Təşkilatı həm yerli, həm də beynəlxalq səviyyəli plan tərtib etmişdi. Lakin koronavirusla əlaqədar olaraq bu planlarda müəyyən dəyişiklik oldu. Kütləvi tədbirlər təxirə salındı. Bununla yanaşı, biz qələbənin 75 illiyi ilə əlaqədar olaraq həm ölkəmizdə, həm də ölkəmizdən kənarda II Dünya Müharibəsində azərbaycanlıların göstərdiyi qəhrəmanlıqlarla bağlı təbliğat-maarifləndirmə işləri aparırıq. Ziyad Səmədzadənin “Azərbaycan nefti 1941-1945-ci illərdə” adlı rus dilində kitabını nəşr etmişik. Azərbaycan qadınlarının II Dünya Müharibəsində iştirakı ilə bağlı da kitabın çapına nail olmuşuq. Koronavirus dönəmindən sonra bu kitabların təqdimatını həyata keçirəcəyik. Biz qələbənin əldə edilməsində azərbaycanlıların rolu, tarixi saxtalaşdırmalara qarşı mübarizə istiqamətində ciddi işlər görmüşük. Azərbaycan prezidentinin Njde ilə bağlı çıxışı, erməni yalanı və həyasızlığını ifşa etməsi Rusiyada erməni faşistlərinə qarşı abidənin qoyulmasının qarşısını aldı. Hansı ki, ermənilər bu vaxta qədər rus mediasını, rus ictimaiyyətini aldadır, Njdeni qəhrəman kimi təqdim edirdilər. Ancaq Azərbaycan tərəfinin müraciətindən, ölkə başçısının çıxışından sonra Rusiyanın bu məsələyə baxışı dəyişdi, onun abidəsi də söküldü. Parada gəlincə, çox istərdik ki, veteranlarımız da bu paradda iştirak etsin. Lakin epidemiyanın davam etdiyi bir zamanda veteranların bu paradda iştirak edib-etməyəcəyi bəlli deyil. Fəqət Azərbaycanın 75 hərbçisinin Azərbaycan istehsalı olan silahlarla bu paradda iştirakı, ölkə rəhbərliyinin həmin paradda iştirak, xalqımızın bu qələbəki rolundan xəbər verir. Azərbaycan xalqı faşizm üzərində qələbənin əldə edilməsində böyük fədakarlıqlar göstərib, bu gün də erməni faşizminə qarşı mübarizəni davam etdirir. Biz istərdik ki, faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində beynəlxalq təşkilatlar erməni faşizminin vəhşiliklərinə, işğalçılıq siyasətinə diqqət yetirsin, işğalçıya təzyiq göstərsin, sanksiyalar tətbiq etsinlər. Təcavüzkarı məcbur etsinlər ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini qeyd-şərtrsiz yerinə yetirsin. Beynəlxalq təşkilatlardan, aparıcı dövlətlərdən gözləntimiz məhz bundan ibarətdir”. Seymur ƏLİYEV
Hamısını oxu
Millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında orta məktəblərdə hərbi dərslərin bərpa edilməsi təklifi ilə çıxış edib. Moderator.az-a açıqlamasında bu təklifə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov orta məktəblərdə hərbi dərslərin bərpasının vacib olduğunu, bu illər ərzində bir neçə dəfə bununla bağlı Təhsil Nazirliyinə müraciət etdiklərini bildirib: “Təbii ki, məktəblərdə hərbi dərslərin bərpasına ciddi ehtiyac var. Ölkəmizin müharibə şəraitində olması, torpaqlarımızın bir hissəsinin işğal altında qalması hərbi dərslərin bərpasını ikiqat zəruri edir. Sadəcə orta məktəblərdə deyil, ali təhsil müəssisələrində də hərbi dəsrlərin keçirilməsi günün tələbidir. Çünki ali məktəbin bakalavr pilləsini bitirən tələbələr təhsillərini başa vurandan sonra həqiqi hərbi xidmətə yola düşür. Əgər ali məktəblərdə hərbi dərslər tədris olunarsa, bu, təhsilini başa vurandan sonra ordu sıralarına qatılan gənclərimizin xidmətə daha hazıqlıqlı şəkildə başlamasını təmin edər. Unutmaq olmaz ki, ilkin bilik və bacarığa malik heyətlə işləmək zabitlər üçün də daha asandır. Biz Respublika Veteranlar Təşkilatı olaraq dəfələrlə bununla bağlı Təhsil Nazirliyinə müraciət etmişik. Həmin müraciətlərdə həm orta, həm də ali məktəblərdə hərb işinə marağın artırılması məqsədi ilə gənclərimizin ordumuzun arsenalındakı hərbi texnika ilə tanışlığına şəraitin yaradılması, onlara bəzi silah növləri haqqında əyani informasiya verilməsi və s. kimi təkliflər səsləndirmişik. Habelə, bu işdə veteranların təcrübəsindən istifadə etməyi təklif etmişik. Lakin təəssüflər olsun ki, Təhsil Nazirliyi bu müraciətlərə lazımi həssaslıqla yanaşmayıb. Bir daha qeyd edirəm ki, gənc nəslə ilkin hərbi bilik və bacarıqların aşınması, onlarda orduya, hərb sənətinə marağın artıırlması üçün hərbi dərslərin bərpası arzuediləndir. Dövlətimizin maraqları bizdən məhz bunu tələb edir”. Seymur ƏLİYEV
Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Balaca soydaşlarımızı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bütün balalara möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram!”. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Hamısını oxu
Ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzarət altına alınmışdır. Bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda, bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, bununla yanaşı sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılır. Eyni zamanda, 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilmişdir: ● Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur; ● ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla); ● açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir; ● Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla); Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır. Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.
Hamısını oxu
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoydu.
Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində edilən paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”
Hamısını oxu
28 May - Respublika Günü milli dövlətçilik tariximiz, müstəqilliyimiz baxımından son dərəcə əhəmiyyətli bir gündür. Ölkəmizin tarixində ən əlamətdar günlərdən biridir. 28 May Azərbaycan xalqının tarixi uğurudur. Bu tarixi nailiyyətin qorunmasında, yaşadılmasında və daha da möhkəmlənməsində ən mühüm rolu isə Azərbaycan Ordusu oynayır. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu əlamətdar günlə bağlı respublikamızın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında ordunun rolundan danışıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Cümhuriyyət dövründə əsası Səmədağa Mehmandarov, Əliağa Şıxlınski və digər generallarımız tərəfindən qoyulan Azərbaycan Ordusu, XX əsrin 90-cı illərində ulu öndər Heydər Əliyev tərəfindən müasir dövrün tələbinə uyğun olaraq yenidən formalaşdırılıb, güclü, nizami orduya çevrilib. Bu gün Azərbaycan Silahlı Qüvvələri yalnız regionun deyil, bütün dünyanın ən güclü orduları sırasındadır. Bu isə cümhuriyyət dövrünün generallarının, o dövrün hərbi-siyasi liderlərinin arzusunun reallaşması, onların istəklərinin gerçəkliyə çevrilməsi deməkdir. Təşkilatın sədr müavini bildirib ki, ordu respublikamızın, onun müstəqilliyinin və təhlükəsizliyinin qarantıdır. Məhz ordumuzun səyi, onun qüdrəti sayəsində müstəqilliyimizi qorumaq, ölkəmizə qarşı çoxsaylı təxribatların qarşısını almaq mümkün olub. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz daim möhkəmlənməkdə, döyüş hazırlığını, zərbə gücünü sürətlə artırmaqdadır. Bu gün Silahlı Qüvvələrimiz respublikamıza yönəlik istənilən təxribata layiqli cavab verməyə qadirdir. “Əminəm ki, Azərbaycan Ordusu yaxın gələcəkdə işğal altındakı ərazilərimizi azad edəcək, bununla da Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tam təmin edəcək. Bir daha xalqımızı Respublika Günü münasibəti ilə təbrik edir, onun keşiyində dayanan Silahlı Qüvvələrimizə uğurlar arzulayıram”, - deyə Cəlil Xəlilov vurğulayıb.
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Facebook” səhifəsində 28 May - Respublika Günü münasibətilə paylaşım edilib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq”.
Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib. AZƏRTAC-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda deyilir: "Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!".
Hamısını oxu
В последние дни внимание общественности привлекает диалог депутата Милли меджлиса Расима Мусабекова и депутата парламента Армении Ованеса Игитяна, представленном в Ютуб канале. Интерес обусловлен тем, что оба депутата являются экспертами по международной политике, поэтому небезынтересно послушать альтернативные аргументации специалистов о путях решения Карабахской проблемы. Хотя в который раз мы убеждаемся в бессмысленности диалога с представителями армянской элиты, в сознании которых укоренилась параноидальная мысль об их древности, исключительности, дающее им особое право на агрессивность по отношению к соседним народам. Хорошо известны исторические примеры наций, претендующих на историческую исключительность, именно данная политическая болезнь привела в Германии Гитлера к власти и обернулась вскоре крахом для немцев. Собственно, мы опять увидели, что никакого признака раскаяния, сожаления о страшных преступлениях, совершенных за последнее столетие против азербайджанцев армянами, у лидеров армян нет и помине. Создав в начале ХХ века с помощью России на наших землях свое государство, они продолжают зариться на наши территории. Надо отдать должное терпению Расима Мусабекова, он в своих рассуждениях придерживался исключительно канонов международного права и опирался на конкретные социально- политические, исторические факты. В отличие от него Ованес Игитян демонстрировал типичное для армян класс софистики, переиначивал ради своих измышлений исторические события, строил абсурдные сценарии решения карабахской проблемы. Он еще раз подчеркнул, что главной категорией мышления армянских политиков является «безопасность армян Карабаха», ради которого стоит окупировать семь близлежащих районов Азербайджана и сделать беженцами более 600 тысяч человек. В структуре Азербайджана, по его мнению, автономия армян невозможна, так как эта «исключительная» нация не доверяют азербайджанцам. Возникает резонный вопрос: если армяне априори считают Карабах безоговорочно армянской территорией, оккупированные районы обязательной буферной зоной, зачем мы ведем с ними переговоры. Не пора ли кончать эту бессмысленную дипломатию. Как говорил классик, продолжением бессильной политики и дипломатии должна быть война. Ради освобождения наших земель от заблудившихся в своих мистификациях армян готовы встать под ружье не только молодежь Азербайджана, но и наши славные ветераны. ДжалильХалилов, полковник, заместитель председателя Организации ветеранов войны, труда и вооруженных сил Азербайджанской Республики
Hamısını oxu