Ən son xəbərlər
İyulun 9-da xeyriyyə aksiyası çərçivəsində Respublika Veteranlar Təşkilatının nümayəndəsi İsmayıl İsmayılov ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev Daşkəsən rayonunda yaşayan İkinci Dünya müharibəsi veteranı 94 yaşlı Əhmədov İdris Kərəm oğlunun evində qonaq olublar, ona ərzaq məhsullarından ibarət sovqat veriblər. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində “Biz Birlikdə Güclüyük!” çağırışına əsasən Böyük Vətən müharibəsi veteranlarına dəstək olmaq məqsədi ilə ərzaq yardımı paylayır. Veteranla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmaması və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara əməl etməyin vacibliyi vurğulanıb. Sonda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun məktubu İdris Əhmədova çatdırılıb. Elmar ƏliyevDaşkəsən RİHBA-nın İctimai-siyasi və humanitarməsələlər şöbəsinin müdir müavini
Hamısını oxu
“Azərbaycan Tibb Universitetinin koronavirusa yoluxmuş Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb”. Bu barədə TƏBİB-in şöbə müdiri Şükür Eyvazov REAL TV-yə müsahibəsində məlumat verib. O qeyd edib ki, hazırda C.Paşayevin səhhəti stabildir: “Hörmətli Birinci vitse-prezidentimiz onun səhhətini və müalicəsini xüsusi nəzarətə götürüb. Prezidentin köməkçisi Anar Ələkbərov da Mehriban xanımın tapşırığı ilə gündə bir neçə dəfə onun səhhəti ilə maraqlanır. Mən bir saat əvvəl Cavid Paşayevin yanında idim. O, sərbəst nəfəs alır. Vəziyyəti də gündən-günə yaxşılaşır. Hazırda heç bir cihaza qoşulu deyil”.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Göygöl rayonunda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb. Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Göygöl rayon şöbəsinin nümayəndələri Böyük Vətən Müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil veriblər. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Göygöl rayonunda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb. Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Göygöl rayon şöbəsinin nümayəndələri Böyük Vətən Müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil veriblər. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.
Hamısını oxu
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə ərzaq yardımlarının paylanılması davam etdirilir. Təşkilatın nümayəndə heyəti Böyük Vətən Müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil verirlər. Davam edən xeyriyyə aksiyası çərçivəsində Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva bu gün Gəncə şəhəri, Daşkəsən, Ağstafa, Gədəbəy, Goranboy, Göygöl, Qazax,Şəmkir, Tovuz rayonlarında yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq yardımlarının paylanılması üçün yola çıxıb
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Gəncə şəhərində müharibə veteranlarına ərzaq yardımları çatdırıb. Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva bu gün Gəncədə Böyük Vətən Müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil veriblər. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.
Hamısını oxu
2016-cı ilin aprel döyüşlərində şəhid olan gizirlər Adil Adilzadə və Teymur Qasımovun ailə üzvləri tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dərhal müsbət münasibət bildirib. Axar.az xəbər verir ki, bu barədə “Zəfər” Şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Orucova məlumat yayıb. S.Orucova ölkənin Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib: "Hər iki ailəmiz uzun müddətdir ki, çətin şəraitli, qəzalı vəziyyətdə olan evlərdə yaşayırdılar. Bizim təşkilata qəza vəziyyətində olan evlərinin təmiri ilə bağlı ünvanlanmış müraciətlə bağlı Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat verdik. Fondun prezidenti Mehriban xanım şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş vermişdir. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcəkdir. Mehriban xanımın bu addımı bir daha sübut edir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə apardığımız bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmamışdır. Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır. Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə sayğı duymaya, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır. “Zəfər” Şəhid ailələrinə dəstək ictimai birliyi olaraq, təşkilatımızın və şəhid ailələri adından göstərilən diqqət və sayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk".
Hamısını oxu
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə ərzaq yardımlarının paylanılması davam etdirilir. AZƏRTAC xəbər verir ki, bir neçə gündür davam edən xeyriyyə aksiyası çərçivəsində Şamaxı, Ağsu, Qobustan, İsmayıllı, Qəbələ, Şəki, Göyçay, Ağdaş, Balakən və Zaqatala rayonlarında yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb. Veteranlarla görüşlərdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi riayət edilməsi, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasını dəstəkləyəcək şəxsi gigiyena qaydalarına əməl etmənin vacibliyi vurğulanıb. Respublika Veteranlar Təşkilatının ölkədəki müharibə veteranlarına ərzaq yardımı ilə dəstəyi davam etdirilir.
Hamısını oxu
Qocaman veteranlarımızdan olan Şəki rayon sakini 97 yaşlı Tağıyev Süleyman Ənnağı oğlu vəfat edib. Tağıyev Süleyman Ənnağı oğlu 1923-cü ildə Şəki rayonunun Qaybaşı kəndində anadan olub. II Dünya Müharibəsi başladıqda Süleyman Tağıyev də vətənin müdafiəsinə qalxaraq ordu sıralarına qoşulub, şərəfli döyüş yolu keçərək vətənə sağ-salamat geri dönüb. 416-cı diviziyanın tərkibində 51-ci atıcı alayda xidmət edən Süleyman Tağıyev yaxın günlərdə haqqın rəhmətinə qovuşub. Respublika Veteranlar Təşkilatının sədri cənab general-polkovnik Tofiq Ağahüseynov veteran Süleyman Tağıyevın vəfatından kədərləndiyini bildirir və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Hamısını oxu
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edilib, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyi halda, Ermənistan buna məhəl qoymur. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər.İyulun 7-si Azərbaycanın Tərtər rayonunun tərkibinə daxil olan Ağdərənin və ətraf kəndlərin işğalından 27 il ötür. Ağdərə rayonu, Dağlıq Qarabağdakı bir çox ərazilər kimi, Qarabağ müharibəsinin başlanğıcında erməni silahlı qüvvələrinin nəzarəti altına keçib. 1992-ci ildə Azərbaycan Ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. Bir il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedib. 1993-cü il 7 iyul tarixində Ağdərə şəhərini və rayonun bir çox kəndlərini ermənilər yenidən işğal edir. Hal-hazırda Ağdərə rayonunun bir neçə kəndi Azərbaycanın nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla, bir çox əraziləri ermənilərin nəzarəti altındadır.Qeyd edək ki, 1989-cu ildə SSRİ tərəfindən aparılmış əhalinin son siyahıya alınmasına görə, rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı. Bu göstərici üzrə Ağdərə azərbaycanlı əhalinin sayına görə, Şuşadan sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri idi. Ağdərənin köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi ilə müşayiət olunan işğalı nəticəsində, Azərbaycan xalqına məxsus mədəni irs talan edilib və infrastrukturu dağıdılıb. Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq, evlər talan edilərək sökülüb, yandırılıb, tarixi abidələr, xüsusilə, qəbiristanlıqlar dağıdılıb. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə, mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir. Bu, faktdır ki, Qarabağda yerləşən abidələr də ermənilər tərəfindən kütləvi surətdə dağıdılıb və erməniləşdirilib.Ağdərə ərazisində olan memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər Alban məbədi, Xanabert qalası, Herabert qəsəbəsində Hermuk qalası, kilsə, Kolatağ kəndində müqəddəs İako məbədi var idi. Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axarında məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər dağıdılıb.İşğal edilmiş ərazidə 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi: Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 milyon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı vardı. Onu da qeyd edək ki, işğal olunmuş ərazilərimizin qızıl yataqları, bir qayda olaraq, ABŞ-ın, Kanadanın, İsveçrənin və Fransanın iş adamları tərəfindən talan olunur.Ermənistan və işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejim, ötən 27 il ərzində, Ağdərənin sərvətlərinin talan edilməsi üçün qeyri-qanuni əməlləri həyata keçirir.Azərbaycanın işğal altında olan torpaqlarının, azad edəcəyi gün yaxındadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan heç vaxt işğalla barışmayacaq və nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarına qayıdacaq və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək.Bu gün böyük gücə malik olan Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan ordudur və belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləməyə və üçrəngli bayrağımızı Qarabağda dalğalandırmağa qadirdir.
Hamısını oxu
Azərbaycan Müdafiə Nazirliyi İrana hava zərbələri endirdiyi iddia edilən və Rusiyanın "Konteyner" RLS-i tərəfindən aşkar edilən naməlum hərbi təyyarələrin Azərbaycanın hava məkanından istifadə etmələri barədə məsələyə münasibət bildirib . Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, Ermənipərəst qüvvələrin yaydığı bu xəbərin heç bir əsası yoxdur və yalandır: "Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil. Bildiririk ki, Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq".
Hamısını oxu
yulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verib. Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır. Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Ümumilikdə, yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır. Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər” Televiziyasına müsahibə verib.
Hamısını oxu