Ən son xəbərlər
Bu günlərdə Qarabağ müharibəsi veteranı, Azərbaycan Respublikası Müharibə və Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Sülh və dostluq missiyası-Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi: dərslər və müasirlik" adlı beynəlxalq humanitar aksiyada iştirak etmişdir. Dünyanın otuza qədər ölkəsindən nümayəndə heyətinin qatıldığı tədbirdə 12 məruzə dinlənilmişdir. Plenar iclasda Ehtiyatda və İstefada olan zabit təşkilatlarının Beynəlxalq Məsləhət Komitəsinin prezidenti general Aleksandr Kanşin, Bolqarıstanın Ehtiyatda və istefada olan zabit və serjantlar təşkilatının sədri general Zlatan Stoykov, Assambleyanın baş katibi A.Kumaxovun məruzə və hesabatları dinlənilmişdir. Daha sonra Serbiya, Ukrayna, Rusiya və Azərbaycandan gəlmiş nümayəndələr məruzə etmişdir. B.Əhmədli məruzəsində Birinci Dünya müharibəsindən keçən müddətdə bir çox müharibə və münaqişələrin baş verdiyini və milyonlarla insanların bu müharibənin qurbanı olduğunu və lokal toqquşmaların bu gün də davam etdiyini nəzərə çatdırmışdır. B.Əhmədli qeyd etmişdir ki, bu müharibələrdən çıxarılan dərslər çoxdur, lakin bir çox dövlətlər bundan lazımi nəticə çıxarmayaraq qonşu xalqların torpağına göz dikir. O, demişdir: "Bu gün biz buraya onun başvermə səbəblərini də müzakirəyə yığışmamışıq. Bunun üçün artıq gecdir. Ancaq gec olmayan bir şey var: müharibədən çıxan dərsləri nəzərə almaq, gələcəyin inşasında bu dərslərdən çıxış etmək lazımdır. Müharibə yalnız fiziki mövcud olmaya deyil, həmçinin iradəsini başqalarına qəbul etdirməyə xidmət edir. Azərbaycan xalqı həmişə sülh tərəfdarı olub, qonşularla dinc yanaşı yaşamağı üstün tutub. Bu gün Azərbaycanda müxtəlif xalqlar, millətlər birgə yaşayır. Baxmayaraq ki, Azərbaycan bu gün də terrorizmdən və seperatizmdən ən çox əziyyət çəkən ölkədir, ancaq multikultural siyasətini yürütməkdə davam edir. Müharibədə güc yolu ildə əldə etdiyini sülh yolu ilə vermək istəmirsənsə, demək ki müharibə tərəfdarısan". B.Əhmədli Bolqarıstanın Ehtiyatda və istefada olan Zabitlər və Serjantlar İttifaqının sədri general Zlatan Stoykov ilə də görüşmüş və təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın vacibliyi qeyd edilmişdir.
Hamısını oxu
Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə dəstək olmaq hər birimiz üçün müqəddəs vəzifədir. Ulu öndərimiz Heydər Əliyevin dəfələrlə dediyi kimi, Ordu bütün xalqın övladıdır və onun formalaşmasına, inkişafına müntəzəm qayğı və diqqət göstərmək hər bir dövlət təşkilatının, yerli orqanların, hər bir Azərbaycan vətəndaşının borcudur. Möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Ruh yüksəkliyi var. Nəinki, orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi yüksəkdir. Bütün cəmiyyət vahid amal uğrunda birləşib. Biz veteranlar da bu işin daha da geniş vüsət alması üçün əlimizdən gələni əsirgəmirik. Azərbaycan əsgərləri ilə bizi sıx əlaqələr birləşdirir. Bir neçə gün öncə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilməsi və UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun rəhbərliyi ilə professor- müəllim və tələbələrin bir qrupunun hərbi libas geyinərək cəbhəboyu bölgələrə, ön xətt mövqelərinə səfərləri, fəxri döyüş növbələrində dayanmaları, əsgərlərlə bir yataqxanada gecələmələri, onlara mənəvi dəstək olmaları biz veteranları da hədsiz sevindirdi. Əsgər hiss edəndə ki, onu yada salan, ona arxa-dayaq olan, qayğıları ilə yaşayan, onun xidmətlərini yüksək qiymətləndirən arxa cəbhə varsa, deməli, ön səngərdə daha məğrur dayanacaq, ümidləri doğruldacaq, Vətən uğrunda, torpaq uğrunda canını, qanını belə əsirgəməyəcəkdir. Azərbaycan Dövlət İqtisad Universitetinin bu təşəbbüsü əsil vətənpərvərlik təşəbbüsüdür və təqdirəlayiqdir. Biz veteranlar bu təşəbbüsü ürəkdən alqışlayırıq və bu gündən UNEC-in təşkil etdiyi xeyirxah vətənpərvərlik aksiyasına qoşulduğumuzu bəyan edirik. Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinə səfərlərimizə bu gündən start verilir. Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik
Hamısını oxu
Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılması xalqımızın tarixində qürurverici hadisədir. Xalq Cümhuriyyəti Azərbaycan tarixində müstəsna yer tutur. Cümhuriyyətin qurulması sonrakı mərhələdə Azərbaycan dövlətçiliyinin qorunmasına, müstəqil respublika kimi inkişafına əsaslı zəmin yaradıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və 23 aylıq fəaliyyəti xalqımızın tarixinin parlaq səhifələrindəndir. Bugünkü müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin siyasi və mənəvi varisidir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında ötən il imzaladığı Sərəncam ölkə rəhbərliyinin xalqımızın dövlətçilik ənənələrinə, xüsusilə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi yüksək dəyərin təzahürüdür. video AZƏRTAC xəbər verir ki, bu fikirlər Cümhuriyyətin yaradılmasının 101-ci ildönümü münasibətilə mayın 27-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən tədbirdə səslənib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən və fəaliyyətindən danışan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib ki, Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncam həmin dövrdəki tarixi hadisələrin, qazanılan nailiyyətlərin gənclərimizə çatdırılması və təbliği baxımından böyük önəm daşıyır. Veteranlarımız dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyəti irsinə göstərdiyi bu diqqəti yüksək qiymətləndirirlər. Azərbaycan dövləti və xalqı bu tarixi nailiyyətin qazanılmasında xidməti olan Cümhuriyyətin qurucularının və fədailərinin xatirəsini hörmət və ehtiramla anır. Qeyd edilib ki, xalqımız uzun illər müstəqillik arzusu ilə yaşayıb. XX əsrin əvvəllərində baş verən proseslər, eləcə də Cənubi Qafqaz regionunda yaranmış şərait Azərbaycanın müstəqilliyini əldə etməsinə tarixi imkan yaradıb. Bu imkandan istifadə edən Cümhuriyyətin qurucuları 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunması haqqında tarixi qərar qəbul ediblər. Beləliklə, Azərbaycanın milli dövlətçiliyi bərpa olunub. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bütün dünyaya elan edilib. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Odur ki, ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının qürur duyduğu bir gündür. Məlumat verilib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süquta uğrasa da, 71 ildən sonra - 1991-ci il oktyabrın 18-də tarixi yaddaşına sadiq qalan xalqımız yenidən müstəqilliyinə qovuşub. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib və ölkə həyatının bütün sahələrində inkişafın əsasları qoyulub. Hazırda bu siyasət Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Vaqif Abışov diqqətə çatdırıb ki, Şərqdə ilk demokratik respublikasının qurulması yalnız Azərbaycanın deyil, bütün türk dünyası üçün mühüm tarixi əhəmiyyət kəsb edib. XX əsrin əvvəllərindəki çətin ictimai-siyasi şəraitdə xalqımızın ziyalıları Azərbaycan Xalq Cümhuriyyətini quraraq onun müstəqilliyinin dünyada tanınması üçün böyük işlər görüblər. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Fəlsəfə elmləri doktoru İmran Əbilov, veteranlar çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən, həmin dövrdə görülən genişmiqyaslı işlərdən danışıblar. Çıxış edənlər Azərbaycanın ilk müstəqil dövlətinin demokratik idarəçilik mexanizmlərinə, parlamentli respublika quruluşuna malik olduğunu qeyd edərək Cümhuriyyət dövründə Azərbaycanın müstəqil dövlət atributlarının qəbul edilməsi, ölkənin hazırda mövcud olan əksər dövlət orqanlarının yaradılması və s. barədə iştirakçılara ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan dövləti bütün sahələrdə sürətlə inkişaf edir. Ordu quruculuğu prosesi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılır. Bu gün müasir Azərbaycan ordusu işğal altındakı ərazilərimizi azad etməyə, ölkəmizin ərazi bütövlüyünü təmin etməyə tam qadirdir. Veteranlar da Ali Baş Komandanın əmri ilə qəhrəman Azərbaycan əsgəri ilə bir sırada bu müqəddəs vəzifənin yerinə yetirilməsi üçün hər an döyüşlərə qatılmağa hazırdırlar. Tədbirdə İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər, şagirdlər iştirak ediblər.
Hamısını oxu19-24 may 2019-cu il tarixlərində Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Moskva şəhərində Rusiya Veteranlar İttifaqı Koordinasiya Şurasının növbəti iclası və "Qələbənin Varisləri" Beynəlxalq İttifaqın tədbirində iştirak edib. Azərbaycanı təmsil edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Qələbənin əldə olunmasında Azərbaycanın yaxından iştirakından, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrindən, qanlı döyüşlərdə qəhrəmancasına vuruşan 700 minə yaxın soydaşımızdan 350 mininin həyatlarını itirməsindən danışıb. Gələn il Qələbəninin 75 illiyi əlaqədar Respublikamızda həyata keçiriləcək tədbirlərə hazırlıq barəsində geniş məlumat verib. C.Xəlilov, həmçinin Azərbaycan Veteranlar Təşkilatının xüsusilə MDB ölkələrinin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verdiyini, ötən illərdə Təşkilatın bu istiqamətdə fəaliyyətinin daha səmərəli qurulduğunu vurğulayıb. O, göstərilən məsələlərdə fəallığı xalqlarımızın birgə tarixi keçmişi, bu ənənələrin yaşadılmasının mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqələndirib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizdə veteranlara diqqət və qayğısını beynəlxalq təşkilatların diqqətinə çatdırıb.
Hamısını oxu
Hәqiqəti müəyyən ambisiyalarına görə, maraq vә faktları mәnafelәrinә uyğun təһrif edәnlərin, obyektiv faktları mәqsәdli şәkildә saxtalaşdıranların cәһdlәri labüd iflasa, zamana eһtiyacı olan mәğlubiyyәtә mәһkumdur. Әsrlәrin tәcrübәsi birmәnalı şәkildә təsdiq edib ki, insana xas subyektivizmdәn yüksəkdә durmaqla yeganә әdalәtli һakim olan tarix һәqiqәtin tәһrifi, faktların saxtalaşdırılması ilә һeç vaxt barışmayıbdır. Hәqiqәtin bütün çılpaqlığı ilә gec-tez üzә çıxacağını yaxşı bilәnlәr mәһz buna görə sözlәrinә vә әmәllәrinə mәsuliyyәtlә yanaşaraq, әmәllәrini sözlәrinin, sözlәrini isә әməllәrinin tәsdiq etmәsinә xüsusi diqqәt yetirirlәr. Mәnalı ömrünü sözü vә әmәlinin bütövlüyü ilә yaşayan və elә buna görә dә adı tarixә sağlığından әbәdi һәkk olunan daһi şәxsiyyətlәrdәn biri Ulu Öndər Heydәr Әliyevdir. Heydәr Әliyev һәqiqәti bütün tәһrif vә saxtalaşdırma cəһdlərini puça çıxardıb. Onun qüdrәtinin әvәzsizliyinin tәbliğә eһtiyacı qalmayıb. Heydәr Әliyev һəqiqәti yozulan yox, mәһz görünәn һәqiqәtdir, zamanın sınağından çıxdığı uçün әbәdiliyinә tarix tәminat veribdir. Heydər Әliyev ömrü, fәaliyyәti elә mәnalı keçib vә XX әsrdә etnik mövcudluğumuzun qorunub saxlanılması vә milli azadlığımızın qazanılması tarixini mәqsәdyənlü fәaliyyәti vә әmәllәri ilә yazan bu böyük insanın һәyatının һәr günü, һәr ayı, һәr ili һәyat dәrsliyidir, tәcrübә mәktәbidir. Talenin bәxş etdiyi bu milli sərvәti һәrtәrәfli vә әsaslı şәkildә öyrәnmәklә biz gәlәcәyimizin daimi vә şәriksiz saһibi ola bilәrik. Vәtәnini, xalqını sevәn, milli ideallara xidmәti özünün әn ümdә vәtәndaşlıq vәzifәsi vә borcu sayan һәr bir şәxs Heydәr Әliyevi Prezident — dövlәt başçısı kimi, Ali Baş Komandan kimi, ümummilli lider kimi, diplomat kimi, siyasi xadim kimi, iqtisadçı kimi, sıravi vәtәndaş kimi, nәһayәt, ailә başçısı kimi öyrәnmәlidir; dövlət quruculuğunu vә dövlәti idarәetmәni, müһaribә vәziyyәtindә sәrkәrdәliklә incә diplomatiyanı birlәşdirmәyi, milli әnәnәsi olmadığı һalda yeni ictimai-siyasi, sosial-iqtisadi münasibәtlәr dövründә cәmiyyәtin demokratiklәşdirilmәsini, iqtisadi potensialın güclәndirilmәsini әlaqәlәndirmәyi, Vәtәnә — xalqa tәmәnnasız xidmәti, әsldәn-nəsldәn vә köklü ocaqdan gәlәn әnәnә ilә nümunәvi ailә yaratmağı öyrәnmәlidir. Heydәr Әliyev Prezident — dövlət xadimi kimi. Azәrbaycan prezidentini tarixi dövlətçilik әnәnәsi olan bir çox ölkә rәһbәrlәrindәn fәrqlәndirәn әsas cәһәt milli azadlıq һәrәkatını formalaşdırmaq, tәnzimlәmәklә respublikanı әsarәtdәn qurtarması vә müstәqil dövlət qurmasıdır. Heç şübһәsiz, qurulu dövləti idarә etmәk yeni bir dövlət quraraq onu idarә etmәkdәn qat-qat asandır. Tale isә sanki Heyder Əliyevi işıqlı dünyaya Azәrbaycan xalqının qarşısına çıxan bütün problemlәri һәll etmәk üçün gәtiribdir. Prezident vә dövlət xadimi kimi Heydәr Әliyevin fәaliyyәtini şәrti olaraq iki dövrә ayırmaq olar: Milli müstәqilliyә qədәr Milli müstәqillikdәn sonrakı dəvr. Hәr iki dövr üçün xarakterik cәһәt Heydәr Әliyevin özü üçün һәyatının mәnası kimi seçdiyi müqәddәs bir amala — Azәrbaycana xidmәt amalına sonsuz sәdaqәtidir. Amalsa dәyişmәyib, dәyişәn amalı gerçәklәşdirmә yolları vә vasitәlәridir. Onun fәaliyyәtinin birinci dövründә әsas mәqsәd milli ruһun şüurlu oyanışına nail olmaqla milli potensialı qoruyub saxlamaq vә gәlәcәk müstәqil Azәrbaycan üçün sosial-iqtisadi, mәnәvi- psixoloji, һәrbi vә elmi-mәdәni baza yaratmaq idisә, ikinci dəvrdә artıq müstәqil, suveren dövlətin azadlığına dönmәz xarekter vermәk, demokratik, dünyәvi, һüquqi dövlәt qurmaq, nizami ordu yaratmaq, iqqisadiyyatı, mәdәni-elmi һәyatı dirçәltmәk, sosial mәsәlәlәri nizamlamaq әsas vәzifәlәr idi. Tanrı bütün bәndәlәrinә qarşı mәrһәmәtlidir, amma onun sevgisini qazanmaq һәr bәndәyә nәsib olmur. Bәli, Heydәr Әliyev tanrının sevdiyi bәndәdir. Hәr әsgәr general ola bilmәz, amma pis әsgәr odur ki, general olmaq istәmir. Bizim һәr birimiz, o çümlәdәn sәrһәddә torpaq keşiyini çәkәn sıravi bir әskәr dә mәһz Ulu Öndər Heydәr Әliyev kimi şәxsiyyәt olmağa cәһd göstәrmәlidir. Cәmiyyәtdә belә bir cәһdin әnәnәyә çevrilmәsi әslindә әldә edilәn uğurları qoruyub saxlamağa vә daһa da inkişaf etdirmәyә qadir vәtәndaşların yetişmәsinә etibarlı tәminat ola bilәr. Heydәr Әliyev Ali Baş Komandan kimi. Azәrbaycanda müasir tipli ordunun һәm nәzәri, һәm dә praktiki baxımdan yaradılması mәһz Heydәr Əliyevin tarixi xidmәtidir. һәlә sovet dəvründә milli һәrbçi kadrların yetişdirilmәsinә xüsusi әһәmiyyәt verәn Heydәr Əliyev C.Naxçıvanski adına һәrbi mәktәbin açılmasına nail oldu. Әһali, xüsusәn gәnclәr arasında һәrb sәnәtinә neqativ münasibәti kökündәn dәyişdirdi, tәһlükәsizlik vә һüquq-müһafizә orqanlarının millilәşdirilmәsi prosesinә başladı. Azәrbaycanlı һәrbçilәrin çoxsaylı etirafları bir daһa sübut edir ki, mәһz Heydәr Әliyev һakimiyyətə gәlәndәn sonra sovet rejimindә azərbaycanlı һәrbçilәrә yüksәk rütbәlәr vә mәsul vәzifәlәr verilmәyә başlanıldı. Keçmiş SSRİ-nin һarasında xidmәt etmәsindәn asılı olmayaraq, hәr bir azәrbaycanlı әsgәr, xüsusәn dә zabit Heydәr Әliyevin simasında özünün karyerasına, bacarıq vә istedadının qiymәtlәndirilmәsinә qarant görürdü. Elә o vaxtdan һərbçilәr arasında Heydәr Əliyev ordu quruculuğunu peşәkarcasına bilәn, әn başlıcası isә milli zabit kadrların yeganә qayğıkeşi vә һimayәdarı imicini qazanmışdı. Heydәr Әliyevin xarakterini, ideologiyasını, taktikasını vә strategiyasını һәlә 60-cı illәrdәn formalaşdırmağa başladığı milli azadlıq һәrәkatı qәlәbә çalandan sonra sәriştәsiz adamların rәһbәrliyә gәlişi ilә sistematik, mәqsәdyönlü möһtәşәm dövlәt vә ordu quruculuqunda anarxiyaya rәvac verildi. Nәticәdә cәbһәyә toplaşmalı olan silaһlar tәsadüfi әllәrә düşdü, Bakıda cәbһә xәttindәn daһa çox vә daһa sürәkli atәş sәslәri eşidilmәyә başladı. Başıpozuq reket dәstәləri һәrbi birlәşməlәr adı altında "siyasi liderlәrin sözlә, әmәli işlә gerçәklәşdirә bilmәdiklәri ambisiyalarını zorla rellaşdırmaq istәyirdilәr. Bir çox müxalifәt liderlәri silaһlı dәstәlәrinin әһatәsindә siyasi imic qazanmaq üçün canfәşanlıqla "Vәtәndәn" danışdıqları vaxtlar Heydәr Әliyev danışmaq әvәzinә әmәli iş görürdü — Milli Ordunu yaradırdı. Dәmir intizamlı, müasir texnika ilә tәcһiz edilmiş, һәqiqi peşәkarlarla güclәndirilmiş milli ordunun varlığı ilk növbәdә özünün xarici һavadarlarına arxalanan vә "qәlәbә eyforiyası" yaşayan ermәni işğalçılarını atәşkәslә razılaşmağa vadar etdi. Ordunun sosial-mәişәt qayğıları, әsgәr vә zabit һeyәtinin döyüş һazırlığının tәkmillәşdirilәrәk yüksәldilmәsi, siyasi-ideoloji vә tәrbiyәvi işin müstәqil respublikamızın mәnafe vә marağına uyğun qurulması Ulu Öndərin diqqәt mәrkәzindә idi. İnamsız әsgәrin әlindә silaһ әslindә ya dәmir parçasıdır, ya da һara tuşlanması dәqiq bilinmәyәn ölüm mәnbәyidir. Heydәr Әliyev şәrәfli xilaskarlıq missiyasına başlayanda müqәddәs amal naminә silaһa sarılan әn vәtәnpәrvәr gәnclәr dә az müddәtә bütün xalq kimi inamını itirmәk tәһlükәsi ilә qarşılaşmışdı. Siyasi "xadimlәrin", "cәfakeş millәt liderlәrinin" sayı artdıqca çaşqınlıq da güclәnirdi, һәrbi-siyasi vәziyyәt murәkkәblәşdikcә, torpaqlarımız, şәһәr vә kәndlәrimiz әldәn getdikcә xalqın, o cümlәdәn silaһlı vәtәnpәrvәr kәnglәrin әsil sәrkәrdәyә eһtiyacı artırdı. Vәtәnә vә xalqa sәrkәrdә lazım idi. Müһaribәyә cәlb olunmuş Azәrbaycanda isә qanlı dəyüşlәri, әrazi işğalını, azğın düşmәni nizami ordunun gücünә dayandırmaq poetik nitqlәr söylәmәkdәn, gәlişi gözәl vәdlәr vermәkdәn qat-qat çәtin idi vә nәticәsi konkret әmәli işdә görünәn fәdakarlıq tәlәb edirdi. Bu fәdakarlığı ilk dәfә mәһz Ali Baş Komandan kimi Heydәr Әliyev öһdəsinә götürәn gündәn xalq һәsrәtlә gözlәdiyi sәrkәrdәni tapdığını başa düşdü. Bu gün Heydәr Әliyev Silaһlı Qüvvәlәr, o cümlәdәn milli tәһlükәsizlik orqanının әmәkdaşları, Sәrһәd Qoşunlarının şәxsi һeyәti üçün qanuni yolla seçilmiş ümumixalq sevgisi qazanmış xilaskar sәrkәrdәdir. Heydәr Әliyev umummilli lider kimi. Heydәr Әliyevin fitri istedada malik fenomenal şәxsiyyət olduğu һәtta dünya birliyindә dә tәsdiq vә etiraf edilmiş һәqiqәtdir. Onu sәlәflәrindәn vә müa- sirlərindәn fәrqlәndirәn başlıca cәһәt ilk növbәdә xalqa istinad etmәsi vә açıq fәaliyyәt göstәrmәsidir. Heydәr Әliyev bәlkә dә dünya miqyasında yeganә şәxsiy- yәtdir ki, xalqın yekdil istәyi vә arzusu ilә һakimiyyәtә gәldi. Heydәr Әliyev bәlkә dә yeganә şәxsiyyәtdir ki, faktiki Prezidentliyini rәsmilәşdirәrkәn, xalqın inamı- nı, etibarını әsas götürdü. Bununla da Heydәr Әliyevin yalnız prezidentliyi deyil, ilk növbәdә ümummilli liderliyi tәsdiq olundu. Xalq Heydәr Әliyevә sonsuz inam bәslәdiyi kimi, o da xalqa inanırdı, әn başlıcası bu inamını gizlәtmәyә çalışmır. Bu cәһәt onun, başqa bir özünәmәxsusluğu ilә bağlıdır. Heydәr Әliyev açıq fәaliyyәt göstәrәn şәxsiyyәtdir. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişinә cәһdlәr vaxtı Heydәr Әliyev ilk növbәdә xalqa müraciәt etdi, bәla, xәyanәt һaqqında xalqa açıq, dolğun mәlumat verdi, әn ağır mәqamda da Bakını, ona inanan xalqını tәrk etmәdi. Onun sәmimiyyәti, cәsarәti, obyektivliyi gecәnin yarısı olmasına baxmayaraq, bütün xalqı ayağa qaldırdı. Xalq, o cümlәdәn Ordu yalnız qanuni Prezidentinin sәsinә sәs vermәdi, eyni zamanda tarixindә ilk dәfә tapdığı xilaskarının — liderinin müdafiәsinә qalxdı. Heydәr Әliyev ümummilli lider olduğunu әmәli işlә tәsdiq edir. O, bu fәxri vә şәrәfli ada Prezident olandan sonra yox, әksinә Prezident olmamışdan әvvәl layiq görülüb. SSRİ dövründә respublikanın rәһbəri işlәyib, amma milli maraqları dövlət maraqlarından üstün tutub; zaһirәn kommunist ideologiyasının tәbliğatçısı olub, amma әslindә milli tәһlükәsizliyin tәrkib һissәsi olan milli ideologiyanın formalaşaraq tәsiredici gücünün qorulub saxlanmasına çalışıbdır. Naxçıvan Ali Mәclisinin sәdri işlәyәrkәn Azәrbaycan rәһbәrliyinin görmәli olduğu amma görmәdiyi işlәri һәyata keçirib. Bütün dövrlәrdә Heydәr Әliyev sadәcә olaraq vәzifә borcunu yerinә yetirmәyib, tarixi xilaskarlıq missiyası kimi ona etibar olunmuş ümummilli liderliyini şәrәflә doğruldubdur. Heydәr Әliyev, diplomat, siyasi xadim, iqtisadçı, elm- sәnәt һimayәdarı, sıravi vәtәndaş kimi dә nümunәvi tәcrübә mәktәbi yaradıbdır. BMT qәrargaһının qarşısından bayrağın asılması һәlә respublikamızın dünyada tanınması demәk deyildi. Dünya diplomatiyası tarixindә Heydәr Әliyev bәlkә dә yeganә ölkә başçı- sıdır ki, әlindә xәritә ölkәnin coğrafiyasını әyani nümayiş etdirmәklә informasiya blokadasını dağıtmağı, düşmәn tәrәfin saxtakarlığını üzә çıxarmağı özünә rәva bilibdir. Bu qeyri-adi faktın özü dә Heydәr Әliyev mәktәbinin әvәzsiz dәrsidir: peşәkarlığı, istedadı vәtənpәrvәrlik tamamlamalıdır. 1993-cü ilә qәdәr Azәrbaycanda vaһid xarici siyasәt kursu yox idi. Xarici ölkәlәrlә әlaqәlәrdә emosiyalar, utopik nәzәri mülaһizәlәr müһüm rol oynayırdı. Heydәr Әliyev isә xarici siyasәt konsepsiyasını beynәlxalq normalara әsasәn qurdu, prioritet istiqamәtlәri müәyyәnlәşdirәrkәn yaxın vә uzaq strateji һәdәflәri, dövlət vә milli maraqları әsas götürdü. Diplomatik әlaqәlәrdә iqtisadi amilә xüsusi diqqәt yetirmәsinin sayәsindo respublikamıza investisiya qoyuluşu geniş vüsәt aldı, ölkәmizin әrazi bütəvlüyünün tәmin edilmәsindә, daxildәki iqtisadi-sosial durumun stabilliyindә marağı olan ölkәlәrin sayının artmasına nail oldu. Lissabon sammitinin nәticәsi әslindә Heydәr Әliyev diplomatiyasının tarixi qәlәbәsidir. Mәn әminәm ki, gәlәcәkdә dünya diplomatları vә siyasәtçilәri Lissabon sammitini çıxılmaz vәziyyәtdәn maksimum fayda ilә çıxmağı bacaran Heydәr Әliyev qәlәbәsi kimi ciddi şәkildә öyrәnәcәklәr . Heydәr Әliyev tәcrübәsi tükәnmәz һәyat mәktәbidir. Bu mәktәbi öyrәnәrәk başa vurmaq mümkün olmadığı üçün mәn sonda bir mәsəlәyә toxunmaq istәyirәm. Heydәr Әliyev ata kimi dә һәr bir vәtәndaşa örnәkdir. Uzun illәr һakimiyyәtinin әn yüksәk pillәsindә dayanan külli-ixtiyar saһibi kimi o, yeganә oğluna һәr cür şәrait vә tәminat yarada bilәrdi. Heydәr Әliyev oğlu, İlһam Әliyevi gәrgin mübarizәlәrlә dolu siyasәt meydanına tәk buraxdı vә әn ağır sınaqdan çıxmağı — özünütәsdiqә özünün nail olmasını ona ömür yolu olaraq müәyyәnlәşdirdi. Hazırda İlһam Әliyev siyasi arenada, beynәlxalq alәmdә qәti addımlarını atır, artıq özünü peşәkar və kamil siyasәtçi iqtisadçı, maһir diplomat,kimi tanıdaraq һörmәt qazana bilibdir. İlһam Әliyevin uğurları isә yalnız ata Heydәr Әliyevin deyil, eyni zamanda prezident, ümummilli lider Heydәr Әliyevin һәyat tәcrübәsinin vә mәktәbinin tәsdiqidir. Biz belә bir milli sәrvәtimiz olduğu üçün xoşbәxtik. Biz bu sәrvәtin qәdrini bilәrәk incәliyinә qәdәr öyrәnib mәnimsәsәk daһa böyük nailiyyәtlәr qazana bilәrik. Cәlil Xәlilov Republika Veteranlar Təşkilatının sədr müavini polkovnik
Hamısını oxu
Cəlil Xəlilov: “Bu, hər şeydən öncə erməni faşizminə qarşı mübarizə baxımından zəruridir” Bu günlərdə faşizm üzərində qələbənin 74-cü ildönümü ölkəmizdə böyük tənətənə ilə qeyd olundu. Moderator.az olaraq bu tarixi gün, bununla bağlı keçirilən tədbirlər və s. kimi məsələlərlə bağlı fikirlərini öyrənmək üçün Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilova müraciət etdik. -Cəlil müəllim, faşizm üzərində qələbənin 74-cü ildönümü ilə bağlı keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Sizcə bu tədbirlər yetərincə dolğun və əhatəli oldumu? -Faşizm üzərində qələbənin 74 illiyi ilə bağlı tədbirlər ölkəmizin hər yerində yüksək səviyyədə təşkil edildi. Bu tədbirlərin keçirilməsinə ölkəmizin mənəvi haqqı var. Azərbaqycan 700 min nəfərlə bu döyüşlərdə iştirak edib. Onlar bu döyüşlərdə böyük şücaətlər göstəriblər. Minlərlə azərbaycanlı bu müharibədə ali təltiflərə, rütbələrə, orden və medallara layiq görülüb. 124 nəfər azərbaycanlı isə Sovet İtifaqı Qəhrəmanı adına layiq görülüb. SSRİ-nin müharibə zamanı neftə olan tələbatının 80%-ni Azərbaycan ödəyib. Ölkəmzdə 123 növdə sialh-sursat hazırlanıb. İnsanlarımız bütün qızıl-pul ehtiyatlarını cəbhə üçün göndərib. Ona görə də faşizm üzərində qələbənin ildönümünü qeyd etmək bizim haqqımızdır və bununla bağlı tədbirlərin təşkili yüksək səviyyədə həyata keçirilir. -Azərbaycanlıların II Dünya Müharibəsindəki iştirakı ilə bağlı hələ də dəqiqləşdirlməsi, araşdırılması gərəkən məsələlər varmı? -Təbii ki, dəqiqləşdirilməsi gərəkən faktlar, məsələlər var. Hansı ki, həmin şəxslərin nəvələri, nəticələri də bu faktların meydana çıxmasında maraqlıdırlar. Bu gün biz erməni faşizmi ilə üzbəüz dayanmışıq. Babaları alman faşizminə qarşı vuruşan insanların nəvələri bu gün erməni faşizminə qarşı mübarizə aparmaq zərurəti ilə üz-üzədirlər. Onlar erməni faşizminə qalib gəlməli, bayrağımızı Şuşada, Xankəndində dalğalandırmalıdırlar. Onların göstərdiyi qəhrəmanlıqları bu insanların nəvələri və nəticələri təkrarlamalıdır. Buna görə də bu tarixi faktların öyrənilməsi və təbliği davam etdirilməlidir. -Azərbaycanlılar sadəcə Rusiya, Ukrayna, Belarus ərazilərində deyil, Avropanın bir çox ölkələrində də faşizmə qarşı mübarizədə iştirak edib. Sizcə həmin ölkələrdə bu ərazilərdə vuruşan azərbaycanlılarla bağlı müəyyən xatirə lövhələrinin, abidələrin ucaldılması istiqamətində işlər davam etdirilməlidirmi? -Bu bir həqiqətdir ki, bizim divizilyalarımız müharibədə aktiv iştirsak edib. 416-cı Taqanroq diviziyası Berlinə kimi gedib çıxıb. Ulu öndərin köməyi ilə hələ sovetlər dönəmində Azərbaycan diviziyaları və hərbçilərinin göstərdiyi qəhrəmanlıqların əbədiləşdirilməsi və təbliği ilə bağlı ciddi addımlar atılıb. Ümummilli lider Taqanroq diviziyasına məxsus abidənin açılışında şəxsən iştirak edib. Volqoqradda Həzi Aslanov adına parkın yaradılması da ümummilli liderin adı ilə bağlıdır. II Dünya Müharibəsində faşizmə qarşı mübarizədə iştirak edən hərbçilərimizin döyüşdükləri ölkələrdəki xatirələrinin əbədiləşdirilməsi bizim üçün vacibdir. Çünki bu gün də həmin torpaqlarda azərbaycanlılar yaşayır. Onlar fəxrlə deyirlər ki, bu torpaqların azad edilməsində azərbaycanlıların rolu var. Bizim atalarımız, babalarımız bu torpaqlar uğrunda döyüşüblər. Biz onların xidmətlərinin unudulmasına imkan verməməliyik. -Faşizm üzərində qələbənin 74-cü ildönümü ilə bağlı tədbirlərdə ölkə başçısı da iştirak etdi. Sizcə bu iştirakın özü Ali Baş Komandanın veteranlara olan diqqət və qayğısının bariz nümunəsi hesab edilə bilərmi? -Haqlısınız. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev hər il olduğu kimi bu il də veteranlarla görüşdü. Onların qayğıları, problemləri ilə maraqlandı. Həm ölkə başçısı, həm də I vitse-prezident Mehriban xanım Əliyeva veteranları Qələbə Günü münasibəti ilə təbrik etdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Gənclər və İdman Nazirliyində, Müdafiə Nazirliyində, eləcə də məktəblərdə, yerli icra orqanlarında veteranlarla görüşlər oldu. Xalqlar Dostluğu parkında böyük tədbir keçirildi. Bu tədbirdə səfirlər, icra orqanlarının təmsilçiləri çıxış etdi. Respublika Veteranlar Təşkilaıtnın həyətində 120 nəfər veteran üçün süfrə açıldı. Hansı ki, bu süfrədə daha çox cəbhə üçün, ordu üçün xarakterik olan yeməklər yer alırdı. Biz istədik ki, onlar bununla öz cavanlıqlarını, müharibə dövrünü bir kəs daha yada salsınlar, özlərini mənəvi-psixoloji baxımdan həmin ortamda hiss etsinlər. Gənclər görsünlər ki, veteranlar müharibə vaxtı hansı yeməklərdən dadıblar, o dövrün yeməkləri, qabları necə olub və s. Müdafiə Naziliyinin orkestri bu tədbirdə iştirak etdi. Müharibə dövrünün mahnıları ifa olundu. Bu tədbirlər həm veteranlarımız, həm də gənclərimiz üçün maraqlı oldu. Veteranlarımız həm dövlət, həm də ictimaiyyət tərəfindən yüksək səviyyədə diqqət və qayğı ilə əhatə olunub. Bu isə dövlətimizin veteranlara olan münasibətinin bariz göstəricisidir. -II Dünya Müharibəsində azərbaycanlıların iştirakı ilə bağlı araşdırmaların davam etdirilməsi, bu sahədə təbliğat işlərinin genişləndirilməsi hansı aspektlərdən faydalı və zəruridir? -Bu, hər şeydən öncə tariximizi bilmək, öyrənmək baxımından vacibdir. Gənclərimiz bilməlidir ki, Azərbaycan bu müharibədə hansı fədakarlıqlar göstərib, qələbənin əldə edilməsinə hansı töhfələr verib. İkincisi, bu, bizə qarşıdakı mübarizəmiz üçün gərəklidir. Gənclərimiz babalarının yolunu getməlidirlər. Alman faşizminə qalib gələn babalarının yolunu davam etdirərək erməni faşizminə qalib gəlməlidirlər. Bu gün II Dünya Müharibəsində iştirak edən və həyatda olan 400-dən artıq veteranlarımız var. Onlardan ən az yaşı olanının 95 yaşı var. Ona görə də biz çalışırıq ki, onların döyüş təcrübələrini gənclərə ötürək. -Gələn il faşizm üzərində qələbənin 75-ci ildönümüdür. Gələn illə bağlı hansı planlarınız mövcuddur? -Biz böyük bir muzeyin açılışını gözləyirik. Qələbənin 75 illiyinə həsr edilən, yeni fakt və məlumatların əks olunduğu kitabın çapını planlaşdırırıq. Digər kitabların, kinofilmlərin hazırlanması da nəzərdə tutulub. Hesab edirəm ki, faşizm üzərində qələbənin 75 illiyində maraqlı yeniliklərlə çıxış edəcəyik. Seymur ƏLİYEV
Hamısını oxuAzərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli bayram tədbiri təşkil olunmuşdur. Respublika Veteranlar Təşkilatının inzibati binasının həyətində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən quraşdırılmış 150 nəfərə xidmət üçün nəzərdə tutulan səyyar mətbəx və Böyük Vətən müharibəsi dövrünün hərbi geyimində olan əsgər, zabitlər veteranlara nostalji hisslər yaşadaraq, Qələbə bayramının sevincinə əlavə rəng qatmışlar. Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında səslənən müharibə, Vətən, qəhrəmanlıq, sevgi haqqında o illərin mahnıları bu ovqatı daha da artırmışdır. Tədbirdə Müdafiə Nazirliyinin, Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar, ziyalılar, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Seçenov adına Tibb Universitetinin Bakı filalının tələbələri, gənclər və media nümayəndələri iştirak etmişdirlər. Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov çıxış etdi, hər kəsi 9 May faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibəti ilə səmimiqəlbdən təbrik etdi. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında əlamətdar gün münasibətilə bütün veteranları təbik etdi, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətlərindən danışdı. C.Xəlilov: “İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Qələbə Gününün canlı yaddaşı isə veteranlardır. Veteranlar bu Qələbənin yükünü çiyinlərində daşıyıblar. Bu tarixin ən əlamətdar anı isə 1945–ci il mayın 9-u Qələbə Günüdür. Xalqımız veteranları ilə hər zaman fəxr edir.” Digər çıxış edən veteranlar onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib, keçdikləri döyüş yolu, həyatlarının ən kəşməkəşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşüblər. Onlar üçün hazırlanmış İkinci Dünya müharibəsini xatırladan ab-hava veteranların ürəyincə oldu. Veteranlar hər kəsə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Qələbə Bayramını tezliklə işğal altında olan torpaqlarımıza da qeyd ediləcəklərinə əminlik ifadə etdilər. Hərbi orkestrin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin və “Cənab leytenant” patriot qrupunun ifasında səsləndirilən musiqi proqramı proqramı, veteranların bayram əhval-ruhiyyəsini daha da artırdı.
Hamısını oxu
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatında mühüm rol oynayıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib. video Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 may - Qələbə Günü qeyd olunur. Ümummilli Lider müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı. Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Azərbaycan Prezidentinin 2019-cu il 23 aprel tarixli Sərəncamı ilə İkinci Dünya müharibəsinin iştirakçılarına 1 000 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım verilib. Respublikamızda müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 may tarixli Sərəncamına əsasən isə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Veteranlar Təşkilatına 300 min manat ayrılıb. Bütün bunlar bir daha təsdiqləyir ki, müharibə veteranlarına hərtərəfli qayğı və diqqət Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir. İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 74 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. Prezident, Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoydu, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad etdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdilər. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşısından keçdi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun ailə üzvləri və Oistervijk şəhərinin meri Hans Janssen ilə görüşdülər. Sonra dövlətimizin başçısı və xanımı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə Mərasimdə Baş Nazir Novruz Məmmədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.
Hamısını oxu
06 may 2019-cu il tarixində RVT-nin inzibati binasında Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya müharibəsi veteranlarının görüşü keçirilmişdir. Tədbir İkinci Dünya müharibəsi zamanı həlak olanların, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Görüşdə, RVT-nin sədri general-polkovnik Tofiq Ağahüseynov, Müdafiə Nazirliyinin və Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov açaraq, Müdafiə Nazirliyi rəhbərliyinə hər il veteranları yada saldıqlarına görə təşəkkürünü bildrmiş, İkinci Dünya müharibəsi veteranlarının belə görüşləri yüksək qiymətləndirdiklərini qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara xüsusi qayğı və diqqətindən danışmış, bu münasibətdən bir sıra dövlət təşkilatlarının da nümunə götürdüyünü vurğulamışdır. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun veteranlara salamlarını və təbriklərini çatdıraraq, İkinci Dünya müharibəsinin tarixdə ən qanlı müharibə hesab edildiyini və 1945-ci ilin 9 may gününün tarixə qızıl hərflərlə yazıldığını vurğulamışdır. Qələbə gününün bütün tərəqqipərvər bəşəriyyətin, sülhsevər insanların bayranı olduğunu qeyd edən nazir müavini bu qələbənin əldə edilməsinə Azərbaycanın verdiyi böyük töhfələrdən danışmış, əvəzsiz xidmətlərinə görə veteranlara dərin minnətdarlığını bildirmişdir. K.Vəliyev 9 may qələbə gününün ildən-ilə daha böyük təmtərahla qeyd edildiyini, bunun Ümummilli lider Heydər Əliyevin veteranlara verdiyi böyük dəyərin və diqqətin göstəricisi və nəticəsi olduğunu vurğulamış, hazırda Ali Baş Komandan İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini bildirmişdir. O, İkinci Dünya veteranlarının, ümumən Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında xidmətlərindən danışmış, gənclərin torpağına, xalqına sədaqətli insanlar kimi yetişməsi, hərbi xidmətə hazırlanmaları istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirmişdir. Daha sonra Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun 9 may Qələbə günü münasibətilə imzaladığı əmr veteranların diqqətinə çatdırılmış və həmin əmrə müvafiq olaraq bir qrup İkinci Dünya müharibəsi veteranına pul mükafatı və qiymətli hədiyyələr təqdim edilmişdir. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev hədiyyələri təqdim edərək, bayram münasibətilə veteranları bir daha təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının veteranlara qayğı, problemlərinin daim diqqət mərkəzində saxlanması baxımından MDB məkanında fərqləndiyini qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara yüksək münasibətindən onlara qayğıkeşliklə yanaşdıqlarını bildirmişdir. Cəlil Xəlilov alman faşizmi üzərində qələbənin 74-cü ildönünümü ərəfəsində general-leytenant Kərim Vəliyevlə bugünki görüşün baş tutmasının bu qayğının əyani sübut olduğunu bildimişdir. Son günlər İkinci Dünya müharibəsi veteranları ilə ölkənin bir sıra dövlət orqanlarında silsilə görüşlərin keçirilməsinin doğrudan da sevindirici olduğunu qeyd edən Cəlil Xəlilov hazırkı görüşün ənənəvi xarakter daşıdığını və xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Hər il alman faşizmi üzərində qələbə günü ərəfəsinə təsadüf edən Müdafiə Nazirliyi rəhbərliyinin İkinci Dünya veteranları ilə görüşləri olduqca səmimi və yaddaqalan olur. Cəlil Xəlilov qeyd etmişdir ki, Azərbaycan ordusunun son dövrlərdəki uğurları ilə qürur duyan veteranlar belə görüşlər zamanı işğal altındakı torpaqlarımızın düşməndən tezliklə azad edilməsi üçün ordumuzun daha da güclənməsi, qələbə əzminin artması istiqamətində təcrübələrini bölüşür, hərbçilərimizə öz fikir və tövsiyələrini çatdırırlar. O, İkinci Dünya veteranlarının xüsusi diqqətlə əhatə olunmalarının zəruriliyini qeyd etmiş, həmçinin, veteranların hər zaman Azərbaycan ordusunun yanında olduğunu, gənc əsgər və zabitlərdə vətənpərvərlik hissinin artırılmasında əvəzsiz xidmət göstərdiklərini vurğulamışdır. Sonda İkinci Dünya müharibəsi veteranları Müdafiə Nazirliyinin rəhbərliyinə və kollektivinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə və Azərbaycan Ordusunun parlaq qələbəsinə inamlarını ifadə etmişlər. General-leytenant Kərim Vəliyev veteranlarla xatirə şəkli çəkdirmişdir.
Hamısını oxu
9 May - Qələbə günü münasibətilə bir qrup İkinci Dünya müharibəsi iştirakçısı ilə görüş olub. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbirdə İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi misilsiz xidmətləri qeyd edib. Nazir müavini vurğulayıb ki, İkinci Dünya müharibəsi iştirakçılarına ümummilli liderimiz Heydər Əliyev tərəfindən daim yüksək diqqət və qayğı göstərilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısının da ildən-ilə artmasına səbəb olub. Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. A.Kərimov dövlət başçısının sosial islahatlar paketinin uğurlu nəticələri kimi, cari ilin ötən dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. O, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını, İkinci Dünya müharibəsi iştirakçılarına da yönələn sosial ödənişlərdə də əhəmiyyətli artımların edildiyini deyib. Nazir müavini müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşların dövlət hesabına mənzil və minik avtomobili ilə təminatı və digər sahələrdə görülən işləri də diqqətə çatdırıb. Qeyd olunub ki, hər il 9 May - Qələbə günü ərəfəsində Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar da verilir. Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində İkinci Dünya müharibəsi veteranlarının fəal iştirakı vurğulanıb, bu sahədə öz töhfələrini verdiklərinə görə onlara minnətdarlıq ifadə olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycanın daim inkişaf edən və güclü orduya malik olan, beynəlxalq nüfuzu artan bir ölkə olmasından qürur hissi keçirdiklərini vurğulayıb. O və digər İkinci Dünya müharibəsi iştirakçıları sosial təminatlarının daim artırılmasından, eləcə də növbəti dəfə birdəfəlik maddi yardımla təmin edilmələrindən razılıqla söz açıb, Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Tədbirdə müharibə veteranları döyüş xatirələrini bölüşüb, incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.
Hamısını oxu
Prezident İlham Əliyev Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Qaynarinfo-nun məlumatına görə, sərəncamla Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına 300 min manat ayrılıb.
Hamısını oxu
Mayın 6-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində 9 May - Qələbə Günü münasibətilə Arzu Mürvətovanın “Manifest” adlı fərdi sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, sərgidə rəssam-fotoqrafın Böyük Vətən müharibəsi veteranlarının fotolarından ibarət 40- dan çox əsəri nümayiş olunur. Mayın 10-dək muzey-sərgi kompleksində, sonra isə Bakı Metropoliteninin “Gənclik” stansiyasında nümayiş olunacaq sərgi Böyük Vətən müharibəsi veteranlarının tariximizdə qoyduğu qəhrəmanlıq izlərini ehtiva edir. Çətin və şərəfli yol keçmiş qəhrəmanların müasir həyatımızdakı yerinə dair fotoekspozisiya yaratmağı özünə borc bilən gənc fotoqrafın məqsədi XX əsrin ən dəhşətli illərində əvəzsiz xidmətləri olmuş insanların fədakarlıqlarını cəmiyyətimizə və gələcək nəsillərə bir daha xatırlatmaqdır. Həmçinin məqsəd müharibə şəraitində olan ölkəmizdə Böyük Vətən müharibəsi veteranlarının qəhrəmanlıq şücaətlərini gələcək nəslə ötürməkdir. Sərginin təşkilinə “Bakı Metropoliteni” QSC, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Fotoqrafları Birliyi, ADRA, Azərbaycan Rəssamlar İttifaqı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, “SUN Graphics” reklam və dizayn qrupu dəstək verir. Sərgi “Bakı Metropoliteni” ilə birgə layihə çərçivəsində reallaşıb. Qeyd edək ki, Arzu Mürvətova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və ADRA-nın məzunudur. Hazırda ADRA-da doktorantura pilləsində təhsilini davam etdirir. 2008-ci ildən fotoqrafiya sənəti ilə həvəskar kimi məşğul olur, bir çox beynəlxalq, yerli müsabiqələrin iştirakçısı və qalibidir. 2013-cü ildən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin, 2014-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2016-cı ildən isə Azərbaycan Fotoqraflar Birliyinin üzvü, təşkilat komitəsinin qəbul üzrə koordinatorudur.
Hamısını oxu