Ən son xəbərlər

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Nuriyev Nəbi Balı oğlu vəfat edib. Nəbi Nuriyev Qərbi Azərbaycanın Vedi rayonunda anadan olub. 1942-ci ildə Qarabağlar rayon hərbi komissarlığından cəbhəyə yola düşərək 130-cu atıcı alayın tərkibində hərbi əməliyaytlara qatılıb. Bölmə komandiri vəzifəsinə qədər yüksələn Nəbu Nuriyev Yaponiyaya qarşı müharibədə də iştirak edib. Yaponiyanın Vadlin şəhərinədək döyüş yolu keçən Nəbi Nuriyev Kvantun ordusunun təslim olması əməliyyatında iştirak edərək böyük qəhrəmanlıqlar göstərib. Nəbi Nuriyev Yaponiya üzərində qələbəyə görə, həmçinin Qələbənin 20, 40, 50, 60, 65, 70, 75 illik yubiley medalları ilə təltif edilib, II dərəcəli "Vətən müharibəsi veteranı" medalına və SSRİ Silahlı Qüvvələrinin 70 illiyi ordeninə layiq görülüb. Nəbi Nuriyevin faşizm üzərində qələbənin 55 illiyi ilə əlaqədar 2000-ci ildə ulu öndər Heydər Əliyev Sərəncamına əsasən "1941-1945-ci illər müharibəsi veteranı" nişanı ilə də təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Nəbi Nuriyevin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Hamısını oxu
Cəlil Xəlilov: “Respublikamızın sürətli inkişafında onun əməyi danılmazdır” “Azərbaycan Respubliklasının Birinci vitse-prezidenti Mehriban Əliyeva müstəqillik tariximizin ən görkəmli dövlət xadimlərindən biridir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Ad günü münasibətilə Mehriban Əliyevanı təbrik edən Cəlil Xəlilov, onun çoxşaxəli ictimai-siyasi, sosial-mədəni fəaliyyətinə diqqət çəkib: “Mehriban Əliyeva və onun rəbərikl etdiyi Heydər Əliyev Fondu respublikamızın bir çox bölgələrində çoxsaylı layihələr həyata keçirib, vətəndaşların sosial rifahının yaxşılaşması, onların yaşam səviyyəsinin yüksəldilməsi üçün böyük əmək sərf edib. Sağlamlıq problemi olan şəxslərin müalicəsindən tutmuş şəhid ailələrinin, veteranların mənzillə təminatına qədər müxtəlif müstəvilərdə sistemli fəaliyyət ortaya qoyan Mehriban xanım, həm də böyük mədəni layihələrin müəllifidir. Qədim tarixi abidələrin qorunması, onların yenidən bərpası və təbliği Mehriban xanımın bütün ictimai-mədəni fəaliyyətinin əsasını təmin edib. Milli musiqimizin, adət-ənənlərimizin yaşadılması və dünyada təbliği də Mehriban xanımın adı ilə bağlıdır. Unutmaq olmaz ki, məhz Mehriban xanımın dəstəyi ilə ölkəmizdə bir neçə dəfə muğam müsabiqələri həyata keçirilib, bu müsabiqələr yüzlərlə musiqiçidə muğama hədsiz maraq yaradıb, onları bu sahəni tədqiq etməyə həvəsləndirib. Mən ad günü münasibətilə hörmətli Mehriban xanımı təbrik edir, ona ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıram”. Polkovnik Mehriban Əliyevanın ictimai-mədəni fəaliyyətinin yalnız ölkəmizlə məhdudlaşmadığını, dünyanın bir çox dövlətlərini əhatə etdiyini bildirib: “Mehriban xanımın yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində mədəni layihələr həyata keçirdiyi, tarixi abidələrin bərpası istiqamətində mühüm addımlar atdığı heç kimə sirr deyil. Mehriban xanımın bu fəaliyyətinə Avropanın bir çox ölkəsində, eləcə də müxtəlif coğrafiyalarda rast gəlmək mümkündür. Bütün bunlar onu göstərir ki, Mehriban xanım öz fəaliyyətində milli dəyərlərlə yanaşı, həm də ümumbəşəri dəyərləri rəhbər tutub, bütün insanlığın mənafeyini müdafiə edib. Bu, Mehriban xanımın timsalında Azərbaycan insanının, Azərbaycan qadınının mənəvi ucalığından xəbər verir”. Sədr müavini vurğulayıb ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu veteranlara və şəhid ailələrinə də böyük diqqət göstərir, onlardan qayğısını əsirgəmir: “Heydər Əliyev Fondu Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatına da mütəmadi qayğı göstərir, veteranlarımızı tək qoymur. Biz uzun illərdir ki, hörmətli Mehriban xanımın, Heydər Əliyev Fondunun bu dəstəyini öz üzərimizdə hiss edirik. Heydər Əliyev Fondu veteranların, şəhid ailələrinin problelərinə də daim həssaslıqla yanaşıb, bu probemlərin həlli istiqamətində qəti addımlar atıb. Bu günə qədər Heydər Əliyev Fondu tərəfindən minlərlə şəhid ailəsi mənzillə təmin olunub, onların məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. 2021-2025-ci illər ərzində Heydər Əliyev Fondu tərəfindən 11 mindən çox şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunması nəzərdə tutulur. Mehriban xanımın tapşırığına uyğun olaraq Fond tərəfindən ötən ilin oktyabr ayına qədər 2881 şəhidin ailə üzvləri, həmçinin 3100 yaralı olmaqla, bütövlükdə 14 min 579 şəxslə görüş keçirilib, onların problemlərinin həlli təmin edilib. Bundan başqa, onlarla Vətən müharibəsi qazisinin müxtəlif ölkələrdə yüksək səviyyədə müalicəsi təmin olunub. Bütün bunlar Heydər Əliyev Fondunun timsalında dövlətimizin şəhid ailələrinə, veteranlara olan qayğısını göstərir. Mehriban xanım Birinci vitse-prezident kimi də uğurla fəaliyyət göstərməkdə, dövlətimizin maraqlarını siyasi-diplomatik platformalarda müvəffəqiyyətlə müdafiə etməkdədir. Mən bütün bu xidmətlərinə görə bütün veteranlar adından Mehriban xanıma təşəkkürümü bildirir, onu yubiley münasibətilə təbrik edirəm. Əminəm ki, Mehriban xanım bundan sonra da mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, şəhdi ailələrinin və veteranların əsas himayədarı olaraq qalacaq”.
Hamısını oxu
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun Masallı rayonu, Viləş və Şıxlar kəndlərinin seçiciləri ilə görüşü keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.Görüşü giriş sözü ilə açan YAP Masallı rayon seçki qərargahının üzvü Cəlal Əliyev bildirib ki, postmüharibə dövründə zamanın tələbinə uyğun olaraq inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi yeni reallıqlardan doğan zərurətdir.Seçki hüququ olan hər bir vətəndaşı seçkilərdə fəal iştiraka çağıran C.Əliyev YAP-ın hər zaman verdiyi sözlərə əməl etməsi ilə etimadı doğruldaraq xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb.Çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov budəfəki parlament seçkilərinin müstəqilliyimizi bərpa etdikdən sonra ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsini tarixi və əlamətdar hadisə adlandırıb. Qeyd edib ki, bu uğurların kökündə YAP-ın və müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi müdrik siyasət dayanır.M.Məmmədov hazırkı reallıqların fonunda YAP-ın qarşısında duran hədəflər barədə görüş iştirakçılarına ətraflı məlumat verib. O, regionların sosial-iqtisadi inkişafından, Masallı rayonunun istər Vətən müharibəsi dövründə, istərsə də hazırda dövlətin rifahı naminə hər zaman fəallıq göstərdiyini diqqətə çatdırıb. M.Məmmədov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.Görüşdə çıxış edən seçicilər Bayram Əsgərov, Allahverdi Ağayev, Əlisa Qədiyev, Tahir Əzizov, Subhan Babayev və Miryəhya Bədirov Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara xidmət edən çoxşaxəli islahatların bəhrəsini gördüklərini, YAP-ın hər zaman etimadlarını doğrultduğunu bildiriblər.
Hamısını oxu
Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində bütün respublika üzrə müşahidə aparmaq məqsədilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 700 nəfərdən çox üzvü müşahidəçi kimi qeydiyyatdan keçib. Bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov məlumat verib. “Veteranlar seçki prosesində həm müşahidəçi, həm də seçici kimi aktiv iştirak edəcək, əvvəlki seçkilərdə olduğu kimi bu seçkidə də xüsusi fəallıq sərgiləyəcəklər”, - deyə Cəlil Xəlilov vurğulayıb.
Hamısını oxu
Cəlil Xəlilov: “Region dövlətləri İrəvanın bu siyasətinə etiraz etməlidir” “Ermənistan Avropa İttifaqı missiyasını, Fransa, ABŞ hərbi təlimatçılarını regiona cəlb etməklə Cənubi Qafqazı faktiki olaraq Qərbin plasdarmına çevirməyə çalışır”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvəlıər Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Vətən müharibəsindən sonra kənar qüvvələri həvəslə Ermənistana dəvət edən İrəvan, bununla regionda hərbi-siyasi status-kvonu süni şəkildə dəyişməyə çalışır: “Təbii ki, İrəvanın Qərbi Ermənistana dəvət etməsində məqsəd regionda möhkəmlənməyə çalışan bu qüvvələrin vasitəsilə bölgədə qüvvələr nisbətini dəyişmək, onların dəstəyi ilə nələrəsə nail olmaqdır. Halbuki, Ermənistanı həvəslə silahlandıran və ona dəstək xarakterli bəyanatlar verən dövlətlərin əsl niyyəti sadəcə, regionda möhkəmlənməkdən, öz maraqlarını təmin etməkdən ibarətdir. Bunun xaricində, Ermənistan və onun aqibəti heç kim üçün maraqlı deyil. İrəvan isə bu həqiqəti anlamaq və qəbul etmək iqtidarında olmadığı üçün Qərbin hər bir avantürasını dəstəkləyir, bunu ona verilən qiymət hesab edir. Düşünürəm ki, Ermənistanın kənar gücləri, təxribatçı qüvvələri bölgəyə gətirməsi yalnız ölkəmizin deyil, bütün region dövltələrinin maraqlarına ziddir. Buna görə də rəsmi İrəvanın bu siyasətinə bütün region dövlətləri etiraz etməli, bu siyasətdən imtina etməsi üçün İrəvana təzyiq göstərməlidir. İran və Rusiya ilə qarşıdurma vəziyyətində olan Qərbin Cənubi Qafqazdakı hərbi mövcudluğu regiona gərginlikdən, qeyri-müəyyənlikdən başqa heç nə vəd etmir. Bu isə bütün region dövlətləri kimi Ermənistanın öz mənafeyinə də ziddir”.
Hamısını oxu

“Onlar 44 günlük Vətən müharibəsində də əzmlə iştirak edib, tarixi qələbəmizə böyük töhfələr veriblər” Bu gün Azərbaycan Sərhəd Mühafizəsinin 105 illik yubileyidir. Bu münasibətlə Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov sərhədçiləri təbrik edib, onların əməyinə diqqət çəkib: “Azərbaycan Sahil Mühafizəsinin 105 illik yubileyi münasibətilə Dövlət Sərhəd Xidmətinin bütün əməkdaşlarını təbrik edir, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıram. Düz 105 il bundan öncə sərhədlərimizin keşiyində dayanan, bu sahədə böyük fədakarlıq göstərən sərhədçilərimiz, bu gün də vətən torpaqlarının qorunmasında, onun təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Sərhəd pozucularından tutmuş narkotiklərin qanunsuz dövriyyəsinə qarşı bütün təhdid və təhlükələrə qarşı uğurla mübarizə aparan sərhədçilərimiz, 44 günük Vətən müahribəsində də əzmlə iştirak edib, işğaldakı torpaqlarımızın azad edilməsinə böyük töhfələr verib. Sərhədçilərimiz günümüzdə də bütün sərhədlərimizlə yanaşı, Azərbaycan-Ermənistan şərti sərhədlərinin qorunmasını da müvəffəqiyyətlə təmin etməkdədir. Mən bir daha sərhədçilərimizi peşə bayramları münasibətilə təbrik edir, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram. Əminəm ki, sərhədçilərimiz bundan sonra da vətənimizin keşiyində ayıq-sayıq dayanacaq, xalqımızın və dövlətimizin təhlükəsizliyi naminə heç bir fədakarlıqdan çəkinməyəcəklər”. Seymur ƏLİYEV
Hamısını oxu
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev Talalar kəndinin seçiciləri ilə görüş keçirdi. Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər xalqımıza tarixi nailiyyətlər qazandırıb: “Həyata keçirilən sosial-iqtisadi və siyasi islahatların uğurlu nəticəsi olaraq dövlətimizin qüdrəti daha da artıb, xalqımızın rifah halı daha da yaxşılaşıb”. Kənd sakinləri İslambəy Şahverdiyev, Osman Əzizov,YAP fəalı Arif Həsənov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini,sentyabrın birində seçki məntəqələrinə gələrək bu dəstəyi nümaiş etdirəcəklərini bildirdilər.. Deputatlığa namizəd Nəsib Məhəməliyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlu nəticələrini və qarşıda duran hədəfləri diqqətə çatdıraraq cənab Prezidentin siyasətinə dəstək olaraq seçki günündə seçki məntəqələrinə gələrək seçdikləri namizədə səs verməyə çağırdı. O, YAP-ın ölkənin aparıcı siyasi qüvvəsi kimi növbəti dəfə xalqın dəstəyi ilə qələbə qazanacağına inamını ifadə etdi. Ramazan Abal
Hamısını oxu
Veteran.gov.az Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü ərəfəsində keçirilən tədbirlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində və antiterror tədbirləri zamanı şəhid olmuş sərhədçilərin əziz xatirələrinin anılmasına, qazilərimizə diqqət və qayğı göstərilməsinə xüsusi yer verilib. Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri tərəfindən İkinci Fəxri xiyabanda və bölgələrdə şəhidlərin məzarları ziyarət edilib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qazilərimizin və şəhadət zirvəsinə ucalmış şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsi yazdıqları barədə danışılıb, onların Vətən yolunda bizlərə qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinməyəcəyi vurğulanıb. Şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad olunub, məzarları ziyarət edilərək üzərinə gül dəstələri düzülüb. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun rayonun Göyəçöl kəndində seçicilərlə görüşü keçirilib.Görüşdən öncə Göyəçöl şəhidlərinin xatirəsi yad edilib, onların şərəfinə salınan parkda ucaldılan abidənin önünə gül dəstələri düzülüb. YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, Heydər Əliyev siyasəti Azərbaycan xalqına ən dəyərli milli sərvətimiz olan dövlət müstəqilliyini bəxş edib, ölkəmizin demokratiya və sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irəliləməsini, beynəlxalq münasibətlər sisteminin nüfuzlu dövlətinə çevrilməsini şərtlənib: “Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ardıcıl nailiyyətlərə imza atılıb, xalq-iqtidar birliyi daha da möhkəmlənib, Azərbaycan qalib ölkəyə çevrilib”. Çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov seçkilərin ölkəmizin ictimai-siyasi həyatında rolundan danışıb. O bildirib ki, postmüharibə dövründə Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət kursu yeni reallıqlar yaradıb: “Bu gün Zəfər yolunda inamla və qürurla irəliləyirik. İnanırıq ki, sentyabrın 1-də keçiriləcək seçkilər yeni, müasir və müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Lider Heydər Əliyevin ideyalarına, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinə xalqın dəstəyinin növbəti təzahürü olacaqdır”, - deyə deputatlığa namizəd vurğulayıb. Görüş iştirakçılarından şəhid anası Mehriban Sultanzadə, Həsənağa Əliyev, Əntiqə Tağıyeva, Vaqif Şükürov, Xudayar Rəhimov və digərləri YAP-ın namizədini dəstəkləyəcəklərini vurğulayıblar.
Hamısını oxu
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev YAP Balakən rayon təşkilatının qərargahında təhsil sahəsində çalışan seçicilərlə görüş keçirdi. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi. Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər xalqımıza tarixi nailiyyətlər qazandırıb: “Həyata keçirilən sosial-iqtisadi və siyasi islahatların uğurlu nəticəsi olaraq dövlətimizin qüdrəti daha da artıb, xalqımızın rifah halı daha da yaxşılaşıb”. Deputatlığa namizəd Nəsib Məhəməliyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlu nəticələrini və qarşıda duran hədəfləri diqqətə çatdırıb: “Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərlə torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz tam bərpa edilib. Postmüharibə dövründə yeni uğurlara imza atırıq. Bütün bunlar dövlətçilik tariximizin qürurverici səhifələridir” O, YAP-ın ölkənin aparıcı siyasi qüvvəsi kimi növbəti dəfə xalqın dəstəyi ilə qələbə qazanacağına inamını ifadə edib. Tədbirdə, həmçinin təşviqat qrupunun üzvü Rəşid Musayev, görüş iştirakçıları Naida Dibirova, Aygün Hacıyeva,Şəfiqə Tütünçüyeva və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədini dəstəkləməyə çağırdılar. Seçicilər də öz növbəsində Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini ifadə ediblər. “Seçimimiz YAP-ın namizədidir!”, - deyə vurğulanıb. Sonda YAP sıralarına yeni daxil olan bir qrup üzvlərə Yeni Azərbaycan Partiyasının partiya biletləri təqdim olundu.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Türkiyədəki Səfirliyimizə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ənənəvi olaraq hər il turizm bölgələrində keçirilən “Elvedasız şarkılar” adlı xeyriyyə məqsədli konsert proqramı çərçivəsində bu il Azərbaycan musiqisi təqdim ediləcəkdir. Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 28 avqust tarixində Marmaris şəhərində altı min nəfərlik tarixi amfiteatrda baş tutacaq konsertdə hər iki ölkənin sənətçiləri iştirak edəcəklər. Datça - Kimsəsiz uşaqlar üçün şəhərciyə yardım məqsədi ilə təşkil olunan konsert proqramında Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, gənc azərbaycanlı müğənni, vokalist Aynur İsgəndərli, Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Xalq Rəqsləri Ansamblı çıxış edəcək, milli musiqilərimiz və rəqslərimiz təqdim ediləcəklər. Tədbirin qonaqları olaraq konsert proqramında Türkiyə tərəfindən məşhur müğənnilər Murat Kekilli, Fatih Erkoç, Yeşim Salkım, Bora Gencer, Nühket Duru, Ozan Orhon və b. müğənnilər çıxış edəcəklər. Seymur ƏLİYEV
Hamısını oxu