Ən son xəbərlər

ABŞ-da 2017-ci ildə yaradılan “Hamı veteranlar üçün” təşkilatı son bir ildə fəaliyyətini genişləndirməklə xalq arasında böyük sevgi və populyarlıq qazanıb. Moderator.az ABŞ mediasına istinadən xəbər verir ki, təşkilatı insanlara sevdirən əsas amil onun diş problemi yaşayan veteranlara pulsuz və keyfiyyətli xidmət göstərməsidir. Bir qrup diş həkimini özündə birləşdirən təşkilatın qurucusu həkim Tereza Çenq bildirib ki, onun belə bir təşkilat təsis etməsinə səbəb, bir çox veteranın pulsuzluq səbəbi ilə dişlərinə lazımınca qulluq göstərə bilməməsidir. İmplant və digər əməliyyatların bahalığı səbəbi ilə veteranların bir çoxunun sağlam dişlərə sahib olmadığını, bu səbəbdən də gülərkən belə utandıqlarını vurğulayan Tereza Çenq, onların təbəssümə layiq olduqlarını bildirib. Qeyd edək ki, təşkilata müraciət edən veteranlar onun xidmətlərindən yararlanmaq üçün veteran statusuna malik olduqlarını, həmçinin, maddi vəziyyətlərinin həqiqətən də qeyri-qənaətbəxş olduqlarını sübut etməlidir. Hazırda bütün ölkə üzrə 654 diş həkimin “Hamı veteranlar üçün” təşkilatında könüllü şəkildə çalışdığı bildirilir. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, 12 sentyabr 2024-cü il tarixində üç nəfər 44 günlük Vətən müharibəsi iştirakçısı – Etibar Gülverdiyev, İsmayıl Rüstəmov, Məhəmməd Əsədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlüyünə qəbul edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov müharibə iştirakçılarına üzvlük vəsiqələrini təqdim edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Məlumat üçün qeyd edək ki, hər üç şəxs Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Şuşa istiqmətlərində gedən döyüşlərdə sürücü kimi iştirak ediblər. Seymur ƏLİYEV
Hamısını oxu
2024-cü il sentyabrın 9-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri ilə görüşüb. Görüşdə Rəyasət Heyətinin üzvləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva tərəfindən daim göstərilən diqqət və qayğıya görə təşəkkür edib, bunun bariz nümunəsi kimi təşkilatın rəhbəri Fatma Səttarovanın yüksək dövlət təltifi olan “İstiqlal” ordeni ilə mükafatlandırılmasını mənmunluqla xatırlayıblar. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi üçün əlavə imkanlar müzakirə edilib, təkliflər dinlənilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndəsi müvafiq qeydlər götürüb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Ibrahimov Əzim Əlisgəndər oğlu vəfat edib. 1926-cı ildə anadan olan Əzim İbrahimov İkinci Dünya müahribəsində Ukrayna və Polşanın faşist işğalından azad edilməsində yaxından iştirak edib, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə bir sıra orden və medallarla mükafatlandırılıb. Əzim İbrahimovun döyüş yolu Almaniyaya qədər davam edib. Müharibə, Əmək və Silahlı Qüvvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Əzim İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Hamısını oxuSentyabrın 4-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında tanınmış ictimai-siyasi xadim, YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “Zəfər tariximizin fatehləri” adlı kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində Vətən Müharibəsi iştirakçıları, müxtəlif kateqoriyadan olan veteranlar, dövlət orqanlarının nümayəndələri, Müdafiə Nazirliyinin və DİN-nin Daxili Qoşunlarının kursant və zabitləri də iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov “Zəfər tariximizin fatehləri” kitabının ictimai-siyasi, eləcə də tarixi önəmindən bəhs edib. Polkovnik qeyd edib ki, kitabda Azərbaycan xalqının zəfər tarixi dolğun şəkildə öz əksini tapıb ki, bu da qəhrəmanlıq tariximizin təbliği baxımından mühüm əhəmiyyətə malikdir. YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, “Zəfər tariximizin fatehləri” kitabının müəllifi, yazıçı-publisist Zərifə xanım Quliyeva tədbir iştirakçılarına kitab haqqında ətraflı məlumat verib. Kitabda Prezident İlham Əliyevin zəfər tariximizin memarı kimi rolundan ətraflı bəhs etdiyini bildirən Zərifə xanm, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətlərinə diqqət çəkb, onun Müqzəffər Ali Baş Komandana dəstəyini yüksək qiymətləndirib. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlilli, fizika elmləri doktoru, professor, YAP Veteranlar Şurasının üzvü Adilə xanım Abbasova, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə xanım Muradova da çıxış edərək kitab haqqında fikir və təəssüratlarını bölüşüblər. Tədbirdə Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəzdində Beynəlxalq Profesional Rəssamlar Ittifaqının üzvü, "Miras" qrupunun yaradıcısı və kreativ direktoru Nigar Helmi Abbasbəyli də iştirak edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
“Dövlət Təhlükəsizliyi Xidməti (DTX) narkotik vasitələrin qanunsuz dövriyyəsi və kibercinayətkarlığa qarşı uğurla mübarizə aparır”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müasir dünyamızın ən böyük bəlalarından olan hər iki problemə qarşı xüsusi xidmət orqanları effektiv mübarizə sərgiləməkdədir: “Bildiyiniz kimi, çağdaş dünyamızda narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də kibercinayətkarlıq kimi bəlalar sürətlə yayaılmaqdadır. Bu gün dünyanın ən böyük, ən qüdrətli dövlətləri belə bu problemlərə qarşı mübarizədə çətinlik çəkirlər. Ancaq sevindiricidir ki, Azərbaycanda həm kibercinayətkarlığa, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizə aparmaqdadır. DTX-nın həyata keçirdiyi əməliyyatlar nəticəsində bu qəbildən olan çoxlu sayda cinayətkar dəstənin ifşası, onların zərərsizləşdirilərək məsuliyyətə cəlb edilməsi faktı buna nümunədir”. Polkovnik qeyd edib ki, DTX-nın həyata keçridiyi uğurlu əməliyyatların əsas sirri xüsusi xidmət orqanı əməkdaşlarının yüksək peşəkarlığıdır: “Sevindiricidir ki, ölkəmizdə xüsusi xidmət orqanlarının peşəkarlığı yüksək səviyyədədir. Məhz bu səbəbdən də narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və eləcə də digər qanunsuz əməllərlə məşğuil olan cinayətkar dəstələr xüsusi xidmət orqanı tərəfindən ustalıqla de-şifrə edilir və neytrallaşdırılır. Ölkəmizin həssas coğrafiyada yerləşdiyni, dünyanın bir çox böyük güclərinin bu coğrafiyada söz sahibi olmaqda maraqlı olduğunu nəzərə alsaq , o zaman DTX-nın peşəkarlığının milli maraqlarımızın qorunması baxımından necə böyük rol oynadığı aydın olar. Mən xüsusi xidmət orqanlarımıza fədakar xidmətlərinə görə təşəkkür edir, onlara yeni-yeni uğurlar arzulayıram”. Seymur ƏLİYEV
Hamısını oxuMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 700 nəfərə yaxın nümayəndəsi respublika üzrə seçki müşahidəçiliyi aparır. AZƏRTAC xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov 20 saylı Nərimanov II seçki dairəsinin 31 saylı seçki məntəqəsində müşahidə apardığını, burada da prosesin normal qaydada davam etdiyini bildirib. “Əksər rayonlarda müşahidəçilərimiz var. Onlardan yerlərdə vəziyyət barədə fasiləsiz olaraq məlumatları alırıq. Veteranlarımız ictimai nəzarəti təmin etməkdə çox fəaldırlar. Hər hansı ciddi problem müşahidə olunmayıb, seçki məntəqələri işini yüksək səviyyədə qurub”. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 33 saylı seçki məntəqəsində prosesi izləyən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının müşahidəçisi Vüqar Məhərrəmov Ağalıda əhali fəal şəkildə seçkilərə gəldiyini deyib. O bildirib: “Azad edilmiş ərazilərdə ilk dəfədir ki, parlament seçkiləri keçirilir. Zəngilan Qayıdışın ilk ünvanıdır. Seçki məntəqəsində hər hansı pozuntu halı ilə qarşılaşmamışıq. Seçicilərin səsvermə hüququndan rahat istifadə edə bilmələri üçün hər cür şərait yaradılıb. Proses dinc, normal axarda davam edir. Burada digər QHT təmsilçiləri də müşahidə aparırlar. Qeydlərimizi götürürük”. Şuşa şəhərində 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin 46 saylı məntəqəsində prosesi izləyən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının müşahidəçisi Anar Məmmədov da deyib ki, seçki prosesi normal şəkildə davam edir, hər hansı kənar müdaxilə faktı qeydə alınmayıb. Qeyd edək ki, bu il parlament seçkilərində müşahidə aparmaq məqsədilə vətəndaş cəmiyyəti və QHT-ləri təmsil edən 5500 nəfərdən çox müşahidəçi qeydiyyatdan keçib. Bu da əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir. Onlar 16 ictimai təşkilatı təmsil edirlər. QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayı qeyd olunan kateqoriya üzrə 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci ildəki parlament seçkilərindəki saydan isə 4 dəfə çoxdur.
Hamısını oxu
Türkiyədəki Azərbaycan Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari il 29 avqust tarixində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinə Marmaris şəhərində başlayıb. Tarixi turizm şəhəri olan Marmarisdə açıq havada qədim amfiteatr səhnəsində keçirilən “Elvedasız şarkılar” adlı möhtəşəm konsert proqramı təqdim olunub. Çoxsaylı marmarislərin və şəhərin turistlərinin də iştirak etdiyi konsert proqramında Azərbaycan mədəniyyəti, tarixi, sənəti, turizminə dair videomaterial nümayiş etdirilib. Tədbirdə təbrik çıxışı ilə Marmaris şəhər valisi Nurullah KAYA, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək, mədəniyyət və sənətin bayramına çevrilmiş məşhur musiqi layihəsi “Elvedasız şarkılar” proqramı haqqında danışaraq, bu layihə çərçivəsində Azərbaycan musiqi sənəti ilə tanış olmaq fürsətinin əhəmiyyətini qeyd ediblər. Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlığı, mədəni əlaqələrimiz, mədəniyyətimiz, zəngin musiqi sənətimiz, keçirilən “Azərbaycan mədənuyyəti və sənəti günü” haqqında məlumat verilib. Daha sonra məşhur sənətçi Bora Gencerin layihəsi ilə keçirilən “Elvedasız şarkılar” adlı möhtəşəm konsert proqramı təqdim olunub. İlk öncə Türkiyənin məşhur müğənniləri ilə Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova milli musiqilərimizi ifa etmişlər. Azərbaycan musiqiləri ifa edildikcə Azərbaycanın zəngin mədəniyyəti, tarixi və turizm gözəlliklərinə dair video materiallar nümayiş olunub. Gənc azərbaycanlı müğənni Aynur İsgəndərlinin “Çırpınırdı Qara dəniz” adlı əsərin ifası tamaşaçıların alqışları ilə qarşılanıb. Türk dünyası arasında həmrəylik, Vətən, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş musiqilər maraqla qarşılanıb. Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Xalq Rəqsləri Ansamblı milli rəqslərimiz – “Azərbaycan suitası”, “Cəngi” və s. Send a text rəqslərimiz təqdim olunub. Tədbirdə “Elvedasız şarkılar” musiqi layihəsinin müəllifi, müğənni Bora Gencer musiqilər ifa edib. Tədbirin qonaqları olaraq konsert proqramında Türkiyə tərəfindən məşhur müğənnilər Murat Kekilli, Fatih Erkoç, Yeşim Salkım, Nühket Duru, Ozan Orhon və b. müğənnilər çıxış edərək gözəl musiqilər səsləndiriblər. Tədbir çoxsaylı iştirakçılar tərəfindən maraqla qarşılanıb, tamaşaçıların alqışları ilə müşaiyət olunub. Qeyd edək ki, “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri cari ilin 31 avqust tarixində Antalya şəhərində davam edəcək. Antalyada Nazim Hikmət Konqre Mərkəzində “Azərbaycan gözəl sənətləri” adlı sərgi təqdim olunacaqdır.
Hamısını oxu
“Ermənistanı himayə edən beynəlxalq güclər onu təmas xəttində təxribatlara sövq etməklə regionda vəziyyəti gərginləşdirməyə, bununla da özlərinə süni şəkildə tələbat yaratmağa çalışırlar”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Pokovnik qeyd edib ki, Ermənistanın ordumuza məhz öz himayədarlarının sifarişi ilə atəş açdığı heç kimə sirr deyil: “Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək ona öz yerini göstərdi. Ordumuz, xalqımız, Müzəffər Ali Baş Komandanımız sübut etdi ki, himayədarlarının İrəvana verdiyi bunca dəstəyə baxmayaraq, Azərbaycan işğaldakı torpaqlarını azad etməyə, öz təhlükəsizliyini, ərazi bütövlüyünü təmin etməyə qadirdir. Bu baxımdan, 44 günlük Vətən müharibəsində hərbi potensialının 80%-dən çoxunu itirən Ermənistanın ordumuzun mövqelərinə yalnız öz iradəsi ilə atəş açması, təxribatlar törətməsi inandırıcı deyil. Bu, daha çox ermənipərəst dairələrin, xaricdəki böyük güclərin təhriki ilə həyata keçirilir. Onlar regiona yol tapmaq, buradakı mövcudluqlarına haqq qazandırmaq üçün çalışırlar ki, regionda yeni hərbi qarşıdurma yaratsınlar. Azərbaycanla Ermənistan yenidən üz-üzə gəlsin ki, onlar da bu qarışıqlıqdan istifadə edərək regionda möhkəmlənə, proseslərin axarına yön verə bilsinlər. Şübhəsiz, Azərbaycan bütün bunları görür və anlayır. Lakin bu məsələdə Ermənistan hakimiyyətinin də azad iradə nümayiş etdirməsi, onu təxribata sürükləyən güclərə qətiyyətlə “yox” deməsi vacibdir. İrəvan Qərbin, onun ayrı-ayrı dairələrinin əlində alət olmaqdan çıxmalı, kənar güclərin regiona müdaxiləsinə, bölgədə vəziyyəti gərginləşdirməsinə imkan verməməlidir. İrəvan unutmamalıdır ki, istənilən gəginlik sonunda Ermənistanın faciəsi ilə nəticələnəcək”. Polkovnik Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindən sonra daha da gücləndiyini, öz peşəkarlığını, hərbi-texniki təchizatını yeni mrəhələyə yüksəltdiyini bildirib: “Azərbaycan Ordusu Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Vətən müharibəsi dövründəki ordu deyil. Ordumuz öz peşəkarlığını, hərbi-texniki təchizatını daha da yüksəldib. Silahlı Qüvvələrimiz mahiyyət etibarilə yeni, daha ali mərhələyə qədəm qoyub. Bu isə bizə imkan verir ki, xalqımızı, dövlətimizi, təhlükəsizliyimi təhdid edən istənilən təhlükəni dəf edək. Ermənistan və onların havadarları da bilməlidirlər ki, Azərbaycan Ordusu istənilən təhdid və təxribatın qarşısını almağa qadirdir. Yeni bir qarşıdurma sadəcə Ermənistanı deyil, onun himayədarlarını da məyus edəcək, Azərbaycanın zəfər tarixini isə daha da zənginləşdirəcək”.
Hamısını oxuSon 4 ildə aparılmış araşdırmaların nəticəsi olaraq “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabın I hissəsi çap olunub. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının geniş zalında keçirilən təqdimat mərasini aparan hüquq müdafiəçisi Rauf Zeyni çıxış edərək kitabın strateji əhəmiyyətdən danışaraq qeyd etdi ki, kitab 1937-ci ildə və sonrakı dönəmlərdə repressiyalara məruz qalan, təqib edilən şəxslərin həyatından bəhs edir. Daha sonra kitabın müəllifi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist çıxış edərək bildirib: “Hər sənədi vərəqlədikcə incidilmiş Azərbaycanın böyük şəxsiyyətlərinin narahat ruhlarının harayını eşidirdik. Bu insanların taleyi ilə bağlı müxtəlif mənbələrdən məlumat toplayarkən, bu qənaətə gəldik ki, ədalətin bitdiyi, vicdanın susduğu yerdə repressiya və qanunsuz əməllər başlayır. Həmin dövr ərzində minlərlə Azərbaycan ziyalısı Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilib. Əslində, Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edildi. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. Bir xalqın, toplumun ziyalılarını qətlə yetirmək, onu uzun illər elm nurundan, təhsil işığından məhrum etmək deməkdir”. Daha sonra BDU-nun müəllimi, xeyli sayda kitabın redaksiya heyətinin üzvü Nazim Vəlişov kitabda qaldırılan məqamlara diqqət çəkdi və ümumilikdə repressiya tarixindən danışdı. Daha sonra Təhmasib Novruzov, İradə Rzazadə, Əlisəfa Mehdiyev,Firudin Məmmədov, Müşfiq Əliyev, AMEA-nın Tarix institutunun professoru Vaqif Abışov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov və digər şəxslər çıxış edərək kitabla bağlı fikirlərini bildirdilər. Qeyd edək ki, tariximizə ehtiram əlaməti olaraq ərsəyə gələn bu kitab Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” layihəsi çərçivəsində işıq üzü görüb. Həmçinin kitabla bağlı AMEA-nın Ədəbiyyat İnstitutunun rəyi vardır.
Hamısını oxu
Veteran.gov. az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov ad günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib. Milli Qəhrəman Mehriban Əliyevanın tarixi xidmətlərinə diqqət çəkib, gördüyü işlərdən bəhs edib: “26 avqust Azərbaycan Respublikasının Birinci vitse- prezidentinin və Birinci xanımının doğum günüdür. Görkəmli dövlət və ictimai xadim kimi Mehriban xanım Əliyevanın fəaliyyəti boyu əldə etdiyi uğurları müqabilində layiq bilinmiş titulları sadalasaydım, çox böyük siyahı alınardı. O, sadəcə birinci xanımdır. O, bütün parametrlərə görə birincidir. Açığı, Azərbaycanın tarixi mühitində mübariz xanım surəti bir növ şifahi xalq ədəbiyyatının məhsulu kimi şişirdilmiş qadın obrazlarını xatırladır mənə. Lakin müasir dünya texnoloji imkanlarına görə çox kiçilib. Odur ki, Mehriban xanımın zəngin həyat fəaliyyətini izləmək çox asandır. Hər şey göz önündədir. Yuxarıda qeyd etdiyim kimi, Mehriban xanımın saysız-hesabsız titullarını sadalamaq fikrində deyiləm. İstisna olaraq deyim ki, 20 il öncə onun təşəbbüsü və rəhbərliyi ilə yaradılan Heydər Əliyev Fondunun timsalında durmadan göstərdiyi fəaliyyəti özlüyündə hər şeyi əhatə edir. Ulu Öndər Heydər Əliyev irsinin, azərbaycançılıq fəlsəfəsinin ölkədə yayılmasını başlıca istiqamət götürən fond nizamnamədə göstərilən bütün sahələr üzrə fəaliyyət proqramı üzərində fenomenal uğurlara imza atmaqda davam edir. Şəhid ailələri və müharibə veteranlarına, imkansız ailələrə göstərilən maddi və mənəvi yardım, səhiyyəyə göstərilən qayğı, mədəni və tarixi irsimizin qorunması, ekologiyaya verdiyi töhfə, Azərbaycan idmanının inkişafı, saysız –hesabsız sosial tədbirlər prezidenti olduğu Heydər Əliyev fondunun fəaliyyətinin qayəsini təşkil edir. Elm, mədəniyyət və təhsilə göstərilən diqqəti xüsusi qeyd etməyə lüzum yoxdur. Mehriban xanım Əliyevanın fəaliyyəti ictimai həyatın bütün aspektlərini əhatə etməklə dövlət strukturlarına göstərilən ən böyük dayaq kimi qəbul edilir. Şübhəsiz ki, adı çəkilən sahələr üzrə görülən işlərin tam siyahısını tərtib etsək, bitməyən fantastik nailiyyətlərə artıq müvəffəq olmağın şahidi olarıq. Təbii ki, belə bir statistika Mehriban xanımın marağında deyil. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım ölkədə ən böyük xeyriyyəçi kimi qəbul edilir. Heydər Əliyev Fondu və onun rəhbəri çarəsiz insanların son ümid yeri, istinad nöqtəsidir. Bu gün Mehriban xanım Azərbaycanda o qədər sevilir ki, ad çəkmədən “xanım” sözü işlədilirsə, bu, mütləq Mehriban xanım kimi qəbul edilir: sadəcə XANIM. Belə deyirlər ki, hər güclü liderin arxasında güclü xanım dayanır. Etiraf edək ki, bugünkü Azərbaycan reallığında bu, həqiqətən belədir. Ulu Öndəri ən layiqli davamçısı İlham Əliyev hakimiyyəti illərində Azərbaycan fantastik uğurlara imza atmışdısa, onu hər an dəstəkləyən ömür-gün yoldaşı Mehriban xanım olub. İşğaldan azad edilmiş torpaqlarda aparılan nəhəng tikinti layihələrinin həyata keçirilməsində Mehriban xanımın göstərdiyi əməli fəaliyyət göz önündədir. Bir zamanlar Mehriban xanıma Şuşada muğama qulaq asmaq imkanı yaratmağı söz verən məxluqatlar necə rəzil vəziyyətə düşdükləri həzm edə bilmirlər. Məhz Mehriban xanımın təşkilatçılığı ilə muğama, Qarabağ muğam məktəbinə göstərilən qayğı, məhz Şuşada keçirilən möhtəşəm muğam konsert proqramları hər birimizin ürəyini riqqətə gətirir. Xalqın sevgisini qazanmış Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona ilk növbədə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və Ulu Öndər Heydər Əliyevin görmək istədiyi çiçəklənən Azərbaycan uğrunda göstərdiyi yorulmaz fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirəm. Mehriban xanımın adı belə insanda pozitiv aura yaradır. Bu, bəlkə də Tanrının lütfündəndir”.
Hamısını oxu
На днях наша Республика отметила юбилей замечательного человека, выдающегося политического и общественного деятеля, Виц-Президента страны Мехрибан-ханум Алиевой. Каждый азербайджанец с почтением относится к Мехрибан-ханум. Не только и столько за высокую должность, которую она достойно занимает, а за ее уникальные человеческие качества. Откуда у современного политика такие качества? Хочу поделиться своими мыслями на сей счет. Начну с имени. Считается, что имя человека имеет определенный смысл, отражает его судьбу, характер. Имя «Мехрибан» призвано характеризовать человека, обладающего сильным чувством сострадания и способного проявлять заботу о других. И Мехрибан - ханум действительно отличается душевной теплотой и готовностью прийти на помощь людям. Она оправдывает свое имя — это человек любящий своих близких и милосердный к судьбе каждого человека. Она обладает умением проявлять эмоциональное поддержку и доброжелательность, создавать гармоничные отношения с разными людьми, внушает доверие и любовь. Есть порясающая, созвучная современной генетике, азербайджанская пословица – «Трава появится, если есть корень (оt kökyn ystə bitər»). Дед Мехрибан-ханум по отцу — известный азербайджанский писатель и литературовед — Мир Джалал Пашаев. Отец — Ариф Пашаев, доктор физико-математических наук, профессор, академик. Дед по матери — Насир Имангулиев, был видным журналистом, основателем и главным редактором газеты «Баку». Мать — Аида Имангулиева была признанным востоковедом, доктором наук. Вот какие корни у Мехрибан – ханум, вот в какой интеллектальной семье она сформировалась. Излешне говорить, что Мехрибан – ханум патриот Азербайджана, что она всесторонне знает историю страны и гордится ею. И это нисколько не мешает ей с уважением и пониманием относится к другим странам и народам, видеть сложную палитру мировой истории. В сознание азербайджанцев красивая, мудрая, смелая женщина неизменно ассоциируется с образами верных сподвижниц Кероглы — Нигяр и Гачага Наби — Хаджар. Эти образы стали своеобразными эталонами в трактове смысла и значения роли женщины в азербайджанской семье, азербайджанском обществе. Искажения от этого канона, порой происходящие под влиянием религиозных догм, социальных неурядиц всегда критически оценивались в классической азербайджанской литературе. Достаточно в этой связи вспомнить пьесы Джафара Джабарлы, Самеда Вургуна, Ильяса Эфендиева... В этих произведениях в отличие от традиций Востока, в которой женщина представлялась только как объект любви, женщина показывается активной, волевой и самостоятельной личностью. Разве не узнаем мы здесь Мехрибан-ханум? В целом я склоняюсь к мысли, что в становлении образа Мехрибан-ханум, ее человеческих качеств счастливо сошлись и сплелись семейно-психологические истоки и социально-культурные архетипы нашего народа. По роду службы я встречаюсь с деятелями разных стран, все они неизменно считают, что Азербайджану просто повезло с руководством в такое сложное геополитическое время. Да, и мы уверены, что наш харизматичный Президент Ильхам Алиев и ее прекрасная, надежная супруга, Вице-Президент Мехрибан-ханум уверено ведут Азербайджан в счастливое будущее! Джалил Халилов, полковник, заместитель председателя Организации ветеранов войны, труда и вооруженных сил Азербайджанской Республики
Hamısını oxu