Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, 15 mart 2026-cı il tarixdə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədovanın yubileyi münasibəti ilə "Xortdanın cəhənnəm məktubları" (Ə.Haqverdiyev) tamaşası oynanılıb. Tamaşadan əvvəl çıxış edənlər - Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi, Sənərşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə, Xalq artistləri Yasin Qarayev, Xalidə Quliyeva, Milli Gənc Tamaşaçılar Teatrının Yaradıcı şöbəsinin müdiri Nicat Kazımov və rejissor Elşad Rəhimzadə Zemfira Əbdülsəmədovanı yubileyi münasibəti ilə təbrik ediblər, aktrisanın yaradıcılıq yolundan, onun səhnədə və kinoda yaratdığı maraqlı obrazlardan danışıblar. Zemfira Əbdülsəmədova milli teatr sənəti sahəsindəki xidmətlərinə görə və əlamətdar yubileyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif olunub. Təbriklərdən sonra aktrisanın iştirakı ilə "Xortdanın cəhənnəm məktubları" tamaşası göstərilib.
Hamısını oxu
Paşinyan bu addımı ilə sübut etdi ki, Ermənistanda həqiqətən də “qaçqın” yoxdur Məlum olduğu kimi, Ermənistan Moskvanın Qarabağı könüllü tərk edən ermənilərə humanitar yardımdan imtina edib. Bu barədə açıqlama verən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rəsmi İrəvanın sözügedən addımından açıq-aşkar narazılığını dilə gətirib. Zaxarova qeyd edib ki, bu, Ermənistanın Rusiyanı şüuarlardan silmək cəhdindən başqa bir şey deyil: “Moskva Ermənistan tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyib, lakin Ermənistan rəsmiləri cavab verməyə çətinlik çəkiblər. Bütün bunlar Ermənistanda Rusiyanı, ümumiyyətlə, şüurlardan “təmizləmək” cəhdi kimi görünür”. Hər şeydən öncə qeyd edək ki, Paşinyanın sözügedən addımı Ermənistanın tamamilə yenilənən və Qərbə istiqamətlənən xarici siyasət kursu ilə bağlıdır. Rəsmi İrəvan bu addımı ilə açıq mətnlə Moskvaya bildirdi ki, onun Rusiyanın dəstəyinə ehtiyacı yoxdur və hər hansı yardıma lüzum görmür. Hansı ki, Emənistanın bütün dünyanın gözü qarşısında gerçəkləşdirdiyi bu davranış Rusiyanın sadəcə Ermənistan deyil, bütün Cənubi Qafqazla bağlı siaysətinin iflası deməkdir. Çünki Rusiya hər zaman Ermənistana onsuz keçinə bilməyəcəyi düşüncəsini təlqin edib. Ermənistan vətəndaşlarını inandırmağa çalışıb ki, Rusiyanın “böyük qardaş” kimi dəstəyi olmadan onların xalq və dövlət kimi var olmaları mümkün deyil. Lakin Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa qərar verən, Qərbə inteqrasiyasi istiqamətində qəti addımlar atan Ermənistan bu addımı ilə göstərdi ki, onun Rusiyaya ehtiyacı yoxdur. Əslində bu addım Ermənistanın Rusiyanın sadəcə iqtisadi deyil, həm də psixoloji asılılığından qurtulmaqda olduğunu göstərir. Ermənistanın Rusiyanın humanitar yardımından imtina etməsi Azərbaycanın maraqları baxımından da mühüm əhəmiyyətə malikdir. Paşinyan Rusiyanın humanitar yardımındna imtina etməklə Ermənistanda qaçqın olmadığını, Qarabağı ermənilərin həqiqətən də könüllü şəkildə, heç bir məcburiyyət olmadan tərk etdiyini rəsmi şəkildə təsdiqlədi. Rəsmi İrəvanın ortaya qoyduğu bu mövqe Qarabağdan ermənilərin guya məcburi şəkildə çıxarılması, Ermənistana qaçqın axınının olması ilə bağlı erməni diasporunun, eləcə də Rusiyadakı bəzi dairələrin apardığı yalançı təbliğata da tutarlı cavab oldu. Paşinyan bununla sübut etdi ki, Ermənistanda qaçqın yoxdur və olmayan qaçqına hansısa humanitar yardımın ayrılması absurddur. Artıq əminliklə demək olar ki, İrəvanın Qarabağı könüllü tərk edən ermənilərlə bağlı ortaya qoyduğu bu davranış “qaçqın” terminini ortaya ataraq ortalığı qarışdırmaq istəyən bütün təxribatçı qüvvələrin fəaliyyətini əhəmiyyətli dərəcədə əngəlləyəcək və onları mühüm təbliğat ruporundan məhrum edəcək. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 12 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən “Tibbi Biotexnologiya sahəsində Yeniliklər” mövzusunda beynəlxalq onlayn elmi konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd tibbi biotexnologiya sahəsində aparılan elmi tədqiqatların nəticələrinin müzakirəsi, müasir yanaşmaların və innovativ texnologiyaların təqdim edilməsi, eləcə də bu istiqamətdə fəaliyyət göstərən yerli və xarici mütəxəssislər arasında elmi əməkdaşlığın genişləndirilməsi olub. Tədbirdə Azərbaycan, Türkiyə və Kipr universitetlərini təmsil edən alim və mütəxəssislər iştirak edərək tibbi biotexnologiyanın müxtəlif istiqamətləri üzrə məruzələrlə çıxış ediblər. Çıxışlarda biotexnologiyanın tibbdə tətbiqi, müasir laborator tədqiqat metodları, infeksion xəstəliklərin diaqnostikasında yeni yanaşmalar, molekulyar biologiya və genetik tədqiqatların perspektivləri kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılıb. Konfrans çərçivəsində təqdim olunan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları məruzəçilər tərəfindən cavablandırılıb. Onlayn formatda təşkil olunan konfransda müxtəlif elmi və tibbi müəssisələri təmsil edən tədqiqatçılar, həkimlər, müəllimlər, tələbələr və bu sahəyə maraq göstərən mütəxəssislər daxil olmaqla 200-ə yaxın iştirakçı qoşulub. Konfransın sonunda iştirakçılar belə elmi platformaların tibbi biotexnologiya sahəsində bilik və təcrübə mübadiləsinin genişlənməsində mühüm rol oynadığını qeyd ediblər. Tədbirdə iştirak edənlərə elektron sertifikatların təqdim olunacağı bildirilib.
Hamısını oxu
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda könüllü qanvermə aksiyası təşkil olunub. Tədbirdə hərbi institutun 100-ə yaxın kursantı, 30-a yaxın professor-müəllim və zabit heyəti iştirak edib.Aksiya zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Respublika Qan Bankının tibb briqadası donorların sağlamlıqlarını yoxladıqdan sonra onlardan qan götürüb. Götürülən qan nümunələri müayinə edildikdən sonra sertifikatlaşdırılaraq irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunması üçün aidiyyəti üzrə təhvil veriləcək.Qanvermə aksiyasının əsas məqsədi talassemiya və hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması, cəmiyyətdə və orduda könüllü və təmənnasız qan donorluğu ənənələrinin qorunub saxlanması, o cümlədən qan və qan komponentləri ehtiyatının davamlı şəkildə təmin olunmasıdır.
Hamısını oxu
2026-cı il martın 13-də “Hilton” mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri, əməkdar hüquqşünas Fərhad Abdullayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, vəkillər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla anıblar. Sonra tədbir Qadın Vəkillər Alyansının üzvlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Ardınca müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub. Tədbirdə açılış nitqi ilə çıxış edən Kollegiya sədri Anar Bağırov iştirakçıları salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə hər kəsi təbrik edib, onlara ən xoş arzu və diləklərini çatdırıb. Sədr çıxışı zamanı ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yoluna qısa nəzər salaraq son illərdə bu sahədə həyata keçirilən mühüm islahatlardan bəhs edib. Çıxışında vəkillik institutunun formalaşmasında Ümummilli Lider Heydər Əliyev tərəfindən 1999-cu il 28 dekabr tarixində imzalanmış “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun xüsusi rolunu vurğulayan Anar Bağırov qeyd edib ki, həmin Qanun vəkilliyin müstəqil hüquqi təsisat kimi formalaşmasının əsasını qoyub. Sədr bildirib ki, məhz bu Qanunun qəbulundan sonra Azərbaycan tarixində ilk dəfə olaraq vəkillik institutu tam müstəqil, heç bir hakimiyyət qolundan asılı olmayan peşə qurumu kimi fəaliyyət göstərməyə başlayıb və qəbul olunmuş prosessual qanunvericilik çərçivəsində çəkişmə prinsipi əsasında məhkəmə prosesinin bərabərhüquqlu iştirakçısına çevrilib. VK sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın, eləcə də dövlət başçısının 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərin vəkillik institutunun inkişafında mühüm mərhələ təşkil etdiyini bildirib. Anar Bağırov bildirib ki, Prezident İlham Əliyevin 3 mart 2026-cı il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunmuş şəxslər arasında VK-nın 12 üzvünün yer alması olduqca yüksək göstəricidir. Sədrin sözlərinə görə, bu fakt vəkillik institutunun ölkənin məhkəmə sistemində də etibarlı və peşəkar kadr bankına çevrildiyini göstərir. Kollegiyanın həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu söyləyən sədr hakim vəzifəsinə təyin olunan keçmiş vəkillərin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə mühüm töhfə verəcəklərinə inandığını deyib, onların hər zaman qanunun aliliyinə və etik davranış prinsiplərinə sadiq qalacaqlarına əminliyini ifadə edərək bu şərəfli fəaliyyətlərində uğurlar diləyib. Anar Bağırov çıxışının davamında nəzərə çatdırıb ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi daha da genişləndirilib və bu müddət ərzində ümumilikdə 16 test imtahanı keçirilib. Həmin imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 2 036-sı uğurla icbari təlim mərhələsini başa vuraraq and içib və Kollegiyanın üzvü olub. Qeyd olunub ki, bugünkü tədbirə təntənəli şəkildə and içərək Kollegiyaya üzv qəbul olunmaq üçün daha 50 namizəd qatılıb. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2 867 nəfərə çatıb. Yeni qəbul olunan namizədlərdən 35 nəfəri kişi, 15 nəfəri qadındır. Onlardan 6 nəfəri regionlarda, 44 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək. Yeni qəbul olunan üzvlərlə birlikdə qadın vəkillərin sayı 643 nəfərə yüksəlib və bu göstərici ümumi üzvlərin təxminən 22 faizini təşkil edir. Bu isə vəkillik peşəsində gender balansının tədricən gücləndiyini göstərir. Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev namizədləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr çıxışında son illər ərzində Kollegiya tərəfindən həyata keçirilən islahatlardan və görülən işlərdən danışıb, ölkədə hüquqi dövlət quruculuğu prosesində vəkillik institutunun mühüm rol oynadığını qeyd edib. Bildirib ki, 1999-cu ildə qəbul edilmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun vəkillik institutunun müstəqil hüquqi təsisat kimi formalaşması və fəaliyyətinin hüquqi əsaslarının müəyyənləşdirilməsi baxımından mühüm mərhələ olub. Fərhad Abdullayev vurğulayıb ki, bu gün VK və vəkil korpusu cəmiyyətin nüfuzlu və etibarlı hüquq institutlarından birinə çevrilib. Kollegiyanın kadr potensialı əhəmiyyətli dərəcədə güclənib, vəkillərin peşə hazırlığı və hüquqi bilik səviyyəsi yüksəlib, bu isə bütövlükdə ölkədə hüquq sisteminin inkişafına mühüm töhfə verir. Mərasimdə çıxış edən Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas İkram Kərimov namizədləri təbrik edərək gənc vəkillərə fəaliyyətlərində insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, qanunun aliliyini hər zaman rəhbər tutmağı tövsiyə edib. Vəkillik peşəsinin yüksək etik dəyərlər, peşəkarlıq və böyük məsuliyyət prinsipləri üzərində formalaşdığını vurğulayan əməkdar hüquqşünas onların hüquqi bilik və bacarıqlarını davamlı olaraq inkişaf etdirmələrinin vacibliyini söyləyib, vəkillik institutunun nüfuzunun qorunması və daha da yüksəldilməsi istiqamətində səylə fəaliyyət göstərməyin əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra hakim vəzifəsinə təyin olunan şəxslər VK Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanla təltif olunublar. Ardınca vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək Kollegiya üzvlüyünə qəbul edilmiş namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içərək vəkil peşəsinin şərəf və ləyaqətini daim uca tutacaqlarına, qanunun aliliyinə sadiq qalacaqlarına və insan hüquq və azadlıqlarının müdafiəsində vicdanla fəaliyyət göstərəcəklərinə dair öhdəlik götürüblər. Tədbir zamanı onlara vəkil vəsiqələri təqdim olunub. Mərasimdə çıxış edən yeni vəkillər bu şərəfli peşəyə qəbul olunmağın onlar üçün böyük qürur mənbəyi olduğunu bildirərək, vəkilliyə qəbul prosesinin şəffaf, ardıcıl və sistemli şəkildə təşkilinə görə VK Rəyasət Heyətinə təşəkkürlərini ifadə ediblər. Sonda fəaliyyətində fərqlənmiş və yubiley yaşını qeyd edən Kollegiyanın bir qrup üzvü də təltif olunub.
Hamısını oxu
“Martın 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu və həmin Forumda Müzəffər Ali Baş Komandanın çıxışı müharibədən əziyyət çəkən, sülh arzusunda olan dünyamız üçün yol xəritəsidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı məlum Forumdakı çıxışında sülhə gedən yolu addım-addım şərh edib, Azərbaycan təcrübəsindən konkret nümunələr gətirib: “Prezident İlham Əliyev çıxışında sülh və müharibə arasında paralellər aparıb, sülhə alternativin olmadığını konkret nümunələr əsasında Forum iştirakçılatının, eləcə də dünya ictimaiyyətinin diqqətinə çatdırıb Dövlət başçısı qeyd etdi ki, bəşəriyyətin tərəqqisi və inkişafını sitimullaşdıra biləcək yeganə amil sülhdür. Buna görə də planetimizdə sülhün bərqərar olması üçün hər bir dövlət ciddi səy göstərməli, həmrəylik nümayiş etdirməlidir. Dövlət başçısı Azərbaycanla Ermənistan arasında uzun illərdir ki, davam edən müharibə və münaqişəyə də diqqət çəkib. Müzəffər Ali Baş Komandan bildirib ki, məhz Azərbaycanın ardıcıl səyləri, sülhə sadiqliyi nəticəsində iki dövlət arasında müharibəyə son qoyulub, de-fakto olaraq sülh təmin edilib. 2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətni paraflanıb ki, bu da de-yure sülh üçün əlverişli zəmin formalaşdırıb”. Polkovnik qeyd edib ki, dövlət başçısı Azərbaycanın müharibə təcrübəsinə də malik olduğunu, öz torpaqlarını güc yolu ilə azad etdiyini də Forum iştirakçılarının diqqətinə çatdırıb: “Prezident İlham Əliyev çıxışnda yaxın tarixi keçmişə diqqət çəkərək Azərbaycanın öz ərazi bütövlüyünü hərbi əməliyyatlar yolu ilə bərpa etdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan işğal etdiyi torpaqları azad etməkdən imtina etdiyi üçün Azərbaycan BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində ərazi bütövlüyünü təmin edib. Yəni Azərbaycan güc faktorunu məcbur qaldığı üçün, beynəlxalq hüquq çərçivəsində tətbiq edib və öz məqsədinə nail olandan dərhal sonra müharibəni dayandırıb. Bütün bunları nəzərə alaraq əminliklə bildirirəm ki, XIII Qlobal Bakı Forumu beynəlxalq sülh prosesinə ciddi dəstək verəcək, dünyamızın müharibə və münaqişlərdən sülhə doğru addımlamasını böyük ölçüdə sitimullaşdıracaq”.
Hamısını oxuMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan diasporunun inkşafındakı xidmətlərinə, o cümlədən, onların fəaliyyətinə verdiyi dəstəyə görə “Benilüks” Azərbaycanlıları Konqresi tərəfindən medalla təltif edilib. Medal “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov tərəfindən Bakıda keçirilən təntənəli tədbir çərçivəsində təqdim olunub. Qeyd edək ki, polkovnik Cəlil Xəlilov uzun illərdir ki, Azərbaycan həqiqətlərinin təbliği, milli maraqlarımızın müdafiəsi istiqamətində beynəlxalq veteran təşkilatları ilə yanaşı, xaricdəki Azərbaycan disporu ilə də geniş əməkdaşlıq edir, onların fəaliyyətinə dəstək verir.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, hər il olduğu kimi bu ildə Naxçıvan torpağının yetirməsi, vətənpərvər iş adamı, hər zaman şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə diqqət və qayğı göstərən tanınmış iş adamı Səfər Əlirzayev tərəfindən Ramazan və Novruz bayramı ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan 710 şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb. Həssas kateqoriyadan olan ailələr onlara göstərilən diqqət və qayğıya görə iş adamına təşəkkür edib, minnətdarlıqarını bildiriblər. (https://www.tiktok.com/@qazi_tarverdiyev085/video/7615930436245556500?_r=1&_t=ZS-94baxqVUWM1 )
Hamısını oxu
“İrana qida və dərman yardımı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu, Azərbaycanın qonşu dövlət olan İrana ənənəvi dostluq münasibətinin göstəricisidir: “Azərbaycan hər zaman bütün qonşu dövlətlərə, eləcə də İrana dostluq münasibəti bəsləyib, mehriban qonşuluq siyasəti yürüdüb. ABŞ-İsrail koalisiyası ilə müharibədə olan İrana Azərbaycanın göstərdiyi humanitar yardım, dövlətimizin dostluq siyasətinin əməli davamıdır. Bu addım bir daha sübut edir ki, Azərbaycan heç bir halda qonşu dövlətlərdə yaşanan humanitar fəlakətlərə biganə qalmır, onları daim diqqət mərkəzində saxlayır. Bu baxımdan, dövlətimizin İrana 30 tona yaxın humanitar yardım göstərməsi bəşəri-insani dəyərlər baxımından da təqdirəlayiqdir”. Polkovnik qeyd edib ki, İran Azərbaycanın humanist münasibətinə eyni səmimiyyətlə cavab verməli, ölkəmizə qarşı təxribatlara son qoymalıdır: “Azərbaycan bu addımı ilə bir daha sübut etdi ki, onun İrana olan münasibəti səmimidir və beynəlxalq hüquqa, mehriban qonşuluq siyasətinə, dostluq münasibətlərinə söykənir. Odur ki, İranın da Azərbaycanın səmimi münasibətinə eyni səmimiyyətlə cavab verməsi, ölkəmizə yönəlik təxribatlara son qoyması zəruridir. Yalnız bu halda ikitərəfli münasibətləri dostluq və mehriban qonşuluq siyasəti çərçivəsində davam etdirmək mümkündür. İnanırıq ki, İran Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin bu davranışından lazımi nəticə çıxaracaq və biz yaxın gələcəkdə İranın ölkəmizə münasibətində lazımi həssaslığa şahid olacağıq”. Seymur ƏLİYEV
Hamısını oxu
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda strateji obyektlərə, eləcə də ictimai şəxsə qarşı terror aktı həyata keçirməyi planlaşdıran İran xüsusi xidmət orqanlarını ifşa edib. DTX-nın keçirdiyi əməliyyat nəticəsində SEPAH tərəindən ölkəmizə keçirilən 3 partlayıcı maddə zərərsizləşdirilib, bu maddələrin 3-cü şəxslərə ötürülməsinin qarşısı alınıb. Məlum terror aktının icrasına çalışan və DTX tərəfindən saxlanılan Quliyev Tərxan Tərlan oğlu, Ağayev Nicat Zaman oğlu, Abdullayev Əsəd Tofiq oğlu, Rüstəmov Rəşad Fərhad oğlu, Ağayeva Xədicə Zakir qızı, Əhmədov Elvin Bəhruz oğlu, Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib İsmixan oğlu törətdikləri əməlləri, o cümlədən, SEPAH ilə əlaqəli şəxslərin tapşırığı ilə partlayıcı qurğunu götürdüklərini, sui-qəsd planları ilə əlaqədar tapşırıqları icra etdiklərini etiraf ediblər. DTX-nın Bakıdakı anti-terror əməliyyatı İranın ölkəmizə olan ənənəvi münasibətində heç bir dəyişikliyin olmadığını, cənub qonşumuzun Azərbaycanda xaos və qarışıqlığın mövcudluğunda maraqlı olduğunu göstərdi. Eyni zamanda bu anti-terror əməliyyatı sübut etdi ki, İranın 5 mart 2026-cı il tarixində Naxçıvana həyata keçirdiyi dron hücumu heç də təsadüfi olmayıb və məqsədli şəkildə gerçəkləşdirilib. İranın terror aktı və terror planları Azərbaycanın xüsusi xidmət orqanlarının yüksək peşəkarlığa malik olduğunu ortaya çxıarmaqla yanaşı, cəmiyyətimiz, eləcə də hər bir fərdimiz üçün vacinb olan bir həqiqəti də aktullaşdırdı. Bu da bütün vəətndaşlarımızın hər zaman – xüsusilə də indiki həssas dönəmdə daim ayıq-sayıq olmasının vacibliyi, şahid olduqları istənilən şübhəli şəxs və ya əşya, hadisə və ya proseslə bağlı xüsusi xidmət orqanlarımızın məlumatlandırmasıdır. Unutmaq olmaz ki, təhlükəsizliyin etibarlı təmini bir qurum və ya bir neçə şəxsin üzərinə düşən, onlar tərəfindən gerçələşdirilməsi gərəkən məsələ deyil. Təhlükəsizliyin təmini hər bir vətəndaşın aktiv iştirakı ilə təmin olunması gərəkən kompleks və mürəkkəb bir prosesdir. Odur ki, hər bir vətəndaş bu həssas məsələdə üzərinə düşən məsuliyyəti dərk etməli, öz ayıq-sayıqlığı ilə ümummilli təhlükəsizliyimizə töhfə verməyi bacarmalıdır. Seymur ƏLİYEV
Hamısını oxu
Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların qarşısını alıb. DTX-nın verdiyi məlumatdan bəlli olur ki, əhali arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və Aşkenazi Sinaqoqu hədəf alınıb. DTX-nın keçirdiyi əməliyyat nəticəsində ölkəmizin ərazisinə keçirilən partlayıcı qurğular zərərsiləşdirilib və bu qurğuların 3-cü şəxsə ötürülməsinin qarşısı alınıb. İran İsrailin Azərbaycandakı səfirliyini niyə hədəf seçib? İran Azərbaycanda bir neçə hədəf müəyyənləşdirib ki, bu hədəflərdən biri ölkəmizdəki İsrail səfirliyi olub. Bəs İranın İsrail səfirliyini hədəf seçməsinə səbəb nədir? İlk səbəb, heç şübhəsiz İranla İsrail arasında tarixən gərgin olan münasibətlər, eləcə də bu gün iki dövlət arasında baş verən müharibədir. İran Azərbaycandakı İsrail səfirliyini partlatmaqla rəsmi Təl-Əvivə gözdağı verməyi planlaşdırıb. İsrail səfirlirinin hədəf seçilməsində digər bir məqsəd isə heç şübhəsiz Azərbaycanı dünya miqyasında etibardan salmaq, onun güvənilən və təhlükəsiz dövlət olmadığını sübut etmək olub. Azərbaycana qarşı tarixən düşmənçilik siyasəti yürüdən İran, bir terror aktı ilə iki və daha çox məqsədə çatmağı planlaşdırıb ki, məhz DTX-nın peşəkarlığı bu planın həyata keçirilməsini önləyib. DTX-dan İranın xain planına ölümcül zərbə DTX-nın ayıq-sayıqlığı və yüksək peşəkarlığı sayəsində SEPAH-ın terror aktı ilə bağlı mənfur planı ifşa edildi ki, bu da molla rejimi üçün ciddi zərbə oldu. DTX terror aktının qarşısını almaqla sadəcə İsrail səfirliyi və digər strateji obyektlərin təhlükəsizliyini təmin etmədi. Eyni zamanda, İranın Azərbaycana olan düşmənçilik siyasətini inkaredilməz faktlarla bir daha sübut etdi. DTX-nın əməliyyatı sübut etdi ki, İran Azərbaycanba mnasibətdə hər zaman olduğu kimi bu gün də səmimi deyil. Rəsmi Tehran ölkəmizdə xaos yaratmaq, qorxu, vahimə mühiti formalaşdırmaq üçün ən iyrənc üsullardan istifadəyə hazırdır. DTX məlum əməliyyatı ilə dövlətimizin beynəlxalq miqyasdakı etibarını da uğurla qorudu və sübut etdi ki, Azərbaycan həqiqətən də dünyanın ən təhlükəsiz ölkələrindən biridir və bundan sonra da belə olacaq! Seymur ƏLİYEV
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 Mart münasibətilə Azərbaycan qadınlarını təbrik edib.
Hamısını oxu