Ən son xəbərlər

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının sabiq müdafiə naziri Dadaş Rzayev vəfat edib. Dadaş Rzayevin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir. Allah rəhmət eləsin! Seymur ƏLİYEV
Hamısını oxu
Махмут Ахметович Гареев родился 23 июля 1923 года в Челябинске, в 1939-м добровольцем ушел в РККА. С ноября 1941 года — командир стрелкового взвода, с 1942-го — на фронте. Вскоре становится исполняющим обязанности командира батальона. Дважды был ранен. На должности оперативного офицера штаба армии участвовал в завершающих сражениях Великой Отечественной войны на Дальнем Востоке. После войны окончил сначала Военную академию имени Фрунзе, затем — Военную академию Генерального штаба. Командовал различными соединениями, занимал штабные должности. В 1970–1971 годах — Главный военный советник в Объединенной Арабской Республике (Египте). С 1984-го — заместитель начальника Генерального штаба. В 1989–1991 годах — главный военный советник в Афганистане. Участник в общей сложности шести войн. Ушел в отставку в 1992 году, после чего возглавил Академию военных наук. Активно заниматься военно-научной работой Махмут Гареев начал еще в 1960-е годы. Автор более 100 научных трудов и свыше 300 статей и публикаций в сборниках, журналах, газетах. В 1998 году стал первым лауреатом Государственной премии РФ имени Жукова за вышедшую в 1996-м книгу «Маршал Жуков. Величие и уникальность полководческого искусства». Награжден орденом Ленина, четырьмя орденами Красного Знамени, орденом Александра Невского, орденами Отечественной войны I и II степеней, орденом Трудового Красного Знамени, тремя орденами Красной Звезды, орденами «За службу Родине в Вооруженных Силах СССР» II и III степеней, орденом «За заслуги перед Отечеством» III степени и различными медалями, а также иностранными орденами и медалями. Доктор военных и исторических наук, ветеран Великой Отечественной войны Махмут Гареев более 20 лет возглавлял Академию военных наук. Скончался 25 декабря 2019 года.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, mayın 24-dən 26-dək Bakıda, Ritz-Carlton otelində keçirilən ilk Milli Endokrinologiya Konfransı yüksək səviyyədə yekunlaşıb. Yerli və xarici mütəxəssislərin və alimlərin iştirak etdiyi konfransın məqsədi bu sahədə elmi müzakirələr etmək, innovativ tibbi təcrübələri bölüşmək və endokrinologiya sahəsində maraqlı klinik hadisələri araşdırmaq olub. Üç gün davam edən konfransda iştirakçılar bu mövzuda fikir mübadiləsi və ən son tibbi nailiyyətləri araşdırıblar. Konfransın sonuncu günü moderatorlar “Sağlamlığın qorunması” İB-nin sədri, dr. Yazgül Abdiyeva,Dr.Gülay Məmmədova və Prof. Dr. Mustafa Sait Gönen, müxtəlif mövzularda iştirakçılara söz veriblər. Prof. Dr. Mustafa Sait Gönen tərəfindən Graves orbitopatiyası panelində “Graves Orbitopatiyası dəyərləndirilməsi :Nə zaman,necə müalicə edək? məruzəsi ilə çıxışı oldu. Konfransda İlhan Satman, Gülay Məmmədova, Nübar Rəsulova, Nurdan Gül, Zülfü Cabbarov, Səbinə Paşayeva, Mehtap Çakır, Camal Musayev, Azər Hümbətov, Zeynep Cantürk, Fuad Səmədov və s. mütəxəssislər təqdimatları ilə çıxış ediblər. “Sağlamlığın Qorunması” İB-nin rəhbəri, dr. Yazgül Abdıyeva tərəfindən Xəyyam Eyvazov Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunmağı və 1-ci Milli Endokrinologiya Konfransına uğurla ev sahibliyi etməsi səbəbilə ona təşəkkürnamə təqdim edilib. Konfrans başa çatdıqda bütün iştirakçılara sertifikatlar təqdim olunub. 1-ci Milli Endokrinologiya Konfransının uğuru Azərbaycanın endokrinologiya sahəsində innovasiyaları təşviq etmək üçün zəmin yaradır. Seymur ƏLİYEV
Hamısını oxu
“Qazaxın dörd kəndinin geri qaytarılması dövlətimizin, onun lideri Müzəffər Ali Baş Komandanın tarixi zəfərlər silsiləsinin davamıdır”. Bunu “İki sahil”ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verənlər dövlətimizin diplomatik qüdrətinin təntənəsidir: “Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması dövlətimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin diplomatik müstəvidə davamı deməkdir. Bir güllə belə atılmadan 4 kəndin azad edilməsi faktı bir kəs daha sübut etdi ki, ölkəmiz hərbi müstəvidə olduğu kimi diplomatik müstəvidə də güclüdür və öz istəyini diktə edə bilir. Unutmaq olmaz ki, bu gün erməni kilsəsi və Ermənistan daxilindəki revanşist qüvvələr, habelə, xaricdəki erməni diapsoru Azərbaycanla Ermənistan arasında istənilən razılaşmaya qarşıdır. Onlar tarixi Azərbaycan torpaqlarının ölkəmizə qaytarılmasını düzgün hesab etmir, rəsmi İrəvanın ünvanına ciddi ittihamlar səsləndirirlər. Məhz belə bir mürəkkəb situasiyada rəsmi Bakının mili maraqlarımızın müdafiəsi istiqamətində bu cür mühüm razılaşma əldə etməsi ikiqat uğur əldə edilə bilər”. Polkovnik qeyd edib ki, bu uğuru özünəməxsus edən mühüm nüasnlardan biri də məlum razılaşmanın heç bir vasitəçi olmadan əldə edilməsidir: “Sevindirici məqamlardan biri də ondan ibarətdir ki, dörd kəndin geri qaytarılması və bu kəndlərlə bağlı delimitasiya və demarkasiya prosesinin yekunlaşması heç bir vasitəçinin iştirakı olmadan – Azərbaycan Ermənistan işçi qrupları arasındakı razılaşmaya əsasən baş tutub. Bu isə bir daha vasitəçisiz danışıqların daha uğurlu və effektiv olduğunu göstərir. Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Azərbaycanın vasitəçiyə ehtiyac duymadığını, vasitəçisiz danışıqların daha səmərəli olduğunu vurğulayıb”. Cəlil Xəlilov qeyd edib ki, bu kimi razılaşmalar Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilə sülh müqaviləsi üçün də əlverişli zəmin formalaşdırır: “Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsinin üstündən 4 il ötsə də, hələ də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Buna səbəb İrəvanın 10 noyabr bəyanatından irəli gələn öhdəliklərə əməl etməməsi, bu öhdəliklərdən müxtəlif vasitələrlə yayınmasıdır. Qazaxın dörd kəndinin geri qaytarılması, sərhədlərin delimitasiyası ilə bağlı əldə edilən razılaşmalar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əlverişli zəmin yaradır. Əminəm ki, rəsmi İrəvan sərhədlərin delimitasiyası və Azərbaycanın sülh səylərinin dəstəklənməsi siyasətindən imtina etməzsə, biz qısa zamanda iki dövlət arasında daha ciddi razılaşmalara şahid olacağıq”.
Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurasının respublikamızın 77 şəhər və rayonunda fəaliyyət göstərən yerli təşkilatları mütəmadi olaraq aktual məsələlərlə bağlı, o cümlədən gənclərimizin maarifləndirilməsi, onların zərərli vərdişlərdən uzaq, sağlam təməllər üzərində yetişməsi üçün geniş tədbirlər keçirir. “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş növbəti belə bir əhəmiyyətli tədbir Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Gəncə Şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” devizi altında keçirilib. ADAU-da baş tutan konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, həmçinin ağsaqqallar, ziyalılar, təhsil müəssisələrinin müəllim-tələbə heyəti, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbir iştirakçılarını salamlayan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov giriş nitqində narkomaniyanın fəsadlarından bəhs edib, bu dəhşətli bəlaya qarşı mübarizənin bu gün hamımız üçün çox aktual xarakter daşıdığını bildirib. Natiq konfransın çox əhəmiyyətli bir mövzuya həsr oldunğunu qeyd edərək, belə bir tədbirin keçirilməsinə görə Azərbaycan Ağsaqqallar Şurasına minnətdarlığını bildirib və əlavə edib ki, narkomaniyanın gənclər arasında yayılmasının qarşısını almaq üçün bütün təhsil müəssisələrində maarifləndirmə işləri daha da gücləndirilməlidir. O, digər zərərlərlə yanaşı, narkotikdən istifadənin həm də milli-mənəvi dəyərlərimizə zidd, Vətənə, ailəyə xəyanət olduğunu vurğulayıb. Bütün xalqımızı bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola yönləndirməyə səsləyib. Sonra çıxış edən Gəncə şəhər Ağsaqqallar Şurasının İdarə heyətinin üzvü, ehtiyatda olan polis polkovnik-leytenantı Ramiz Sadıxov, ADAU-nun Əczaçılıq kafedrasının müəllimi Samirə Quluyeva, baş müəllimi Sakit Atakişiyev, tələbə Həmid Səfərov, polis kapitanı Əmrah Cəfərov və başqaları narkotik maddələrdən istifadə nəticəsində baş verə biləcək fəsadlardan, narkoloji xəstələrin müayinə və müalicəsindən, həmçinin bu bəla ilə təsirli mübarizədən və onun aradan qaldırılması tədbirlərindən söz açıblar. Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından salamlayaraq qeyd edib ki, təşkilat tərəfindən müntəzəm olaraq bu aktual və ağrılı mövzuya həsr olunmuş tədirlər, görüşlər keçirilir, gənclərimizlə maarifləndirici söhbətlər aparılır. Vurğulayıb ki, ağsaqqallarımız hər zaman dünyanın bu ən böyük bəlasına qarşı cəmiyyətimizi səfərbər olmağa və mübarizə aparmağa çağırır. Natiq gənclərimizin formalaşmasında ailənin və cəmiyyətin mühüm rol oynadığını bildirərək əlavə edib ki, gənc nəslin tərbiyəsində və maariflənməsində valideyinlərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Bizim hər birimiz övladlarımızı, şagirdlərimizi, tələbələrimizi, vətəndaşlarımızı bu kimi böyük təhlükələrdən qorumaq üçün onlarla mütəmadi olaraq maarifləndirici söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməli, gənclərimizi idmana, sağlam həyat tərzinə təşviq etməliyiq. “Bu gün dövlətimiz narkomaniya ilə mübarizə sahəsində geniş siyasət aparır, təsirli tədbirlər həyata keçirir. Lakin biz də bu prosesdə kənarda dayanmamalıyıq, çünki narkomaniyaya qarşı mübarizə aparmaq hər kəsin borcudur. Azərbaycan Ağsaqqallar Şurası olaraq biz də digər məsələlərlə yanaşı, bu sahədə üzərimizə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməyə, qarşıya qoyulan məqsədlərə tam nail olmaq üçün ümumi işə bacardığımız qədər töhfələr verməyə çalışırıq və daha xoşbəxt, sağlam Azərbaycan gənci naminə bu fəaliyyətimizi hər zaman yorulmadan davam etdirəcəyik” – deyə Bayram Yusifov vurğulayıb. Konfransın sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov “Kəpəz” TV-yə müsahibə verib və bir daha bu dəhşətli bəlaya, “ağ ölümə” qarşı mübarizədə hamını səfərbər olaraq yaxından iştirak etməyə çağırıb.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Masallı Dövlət Regional kollecində və ADPU-nun Cəlilabad filialında müəllim və tələbə kollektivinin iştirak etdiyi görüşdə “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev “İnsan alverinə qarşı mübarizə, erkən nikahlar, intiharlar və ailədəki zorakılıqlar-doğuran səbəblər və aradan qaldırılması yolları “mövzusunda diskussiya xarakterli mühazirə keçirilmişdir. Maraq doğuran tədbirdə rayon İcra hakimiyyətinin nümayəndələri və rayon polis şöbələrinin əməkdaşları da iştirak etmişlər. Sonda iştirakçılar tərəfindən verilən suallr mahiyyəti üzrə cavablandırılmışdır.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin rayon şöbəsinin sədri, Qarabağ müharibəsi qazisi Asəf İsmayılovun 50 illiyi münasibəti ilə tədbir keçirib. Tədbirdə şəhid ataları, qazilər, Əmək və Müharibə veteranları, yaradıcı ziyalılar, bələdiyyə sədrləri və ictimayyət nümayəndələri iştirak ediblər. Tədbirdən öncə torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla hörmət və ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək Qarabağ qazisi Asəf İsmayılovun keçdiyi həyat və döyüş yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, Asəf İsmayılov doğulduğu Kövüzbulaq kəndində orta məktəbi bitirdikdən sonra 1992-ci ildə hərbi xidmətə yollanıb. Bir ay hərbi təlim keçdikdən sonra ön cəbhədə mənfur düşmənlərə qaşı igidliklə vuruşub. O, 1994-cü il yanvar ayının 31-də Füzuli rayonunun Aşağı Veysəlli kəndində gedən hərbi əməliyyatlar zamanı minaya düşüb, sol qıçını itirib. Vətənpərvərliyi ilə gənc nəslə örnək olan Asəf bu gün də rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. O, həm də 11 kəndi əhatə edən Ağdaş bələdiyyəsinin sədridir. Ədalət müəllim çıxışının sonunda yubilyara rayon Veteranlar Təşkilatının Fəxri Fərmanını təqdim edib. Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, Cəlilabad Bələdiyyələri Əlaqələndirmə Şurasının sədri Əmrah Quliyev, "Əməkdar Mədəniyyət işçisi" Cahangir Muradov, şəhid atası Nazim Paşayev, "Qarabağ qaziləri" ictimai birliyinin rayon filialının sədri Maşalla Əliyev, Göytəpə şəhər bələdiyyəsinin sədri İlqar Həsənov, Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Qurban Əhməd, Masallı Regional Meşə Təsərrüfatı idarəsinin direktor müavini, müharibə iştirakçısı Emin Əhmədov, Cəlilabad şəhər bələdiyyəsinin sədri Özüxan Niftiyev və başqaları çıxış edərək yubileyinə yığışdıqları Qarabağ qazisi Asəf İsmayılov haqqında səmimi ürək sözlərini söyləyib, onu yubileyi münasibəti ilə təbrik ediblər. Sonda yubilyar, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin rayon şöbəsinin sədri Asəf İsmayılov tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına təşəlkür edib. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı möhtərəm İlham Əliyevə minnətdarlığını bildirib.
Hamısını oxu
Cəlilabad rayon Veteranlar Təşkilatı Rayon İcra Hakimiyyəti ilə birgə Cəlilabad Tibb Kollecində Beynəlxalq Ailə Günü ilə bağlı “Ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəsillərə aşılanması” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, rayon Veteranlar Təşkilatınım sədri Ədalət Salman, Azərbaycan Yazıçılar birliyinin üzvləri Ruhiyyə Abbaszadə, Meyxoş Abdulla, müəllim və tələbələr iştirak ediblər.Tədbirdə çıxış edənlər, ailə dəyərlərinin vacibliyi, erkən nikah və qohum nikahlarının fəsadları, ölkəmizdə bu istiqamətdə görülən işlər barədə məlumat veriblər. Onlar, həmçinin tələbələri narahat edən sualları cavabladırıblar.Sonda maraqlı suallar verən tələbələrə kitablar hədiyyə olunub.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Göytəpədə yerləşən N saylı hərbi hissəsində "Ulu öndər Heydər Əliyev - müasir Azərbaycanın memarı" mövzusunda tədbir keçirilİb. Tədbirdə Cəlilabad rayon Veteranlar Təşkilatı da iştirak edib. Tədbirdən öncə Ulu öndərin Göytəpənin mərkəzində ucaldılmış abidəsi önünə tər gül dəstələri qoyulub. Daha sonra hərbi hissədə yaradılmış İdeoloji Mərkəzdə ümümmilli lider Heydər Əliyevə həsr olunmuş foto stendlərə və xatirə şəkillərə maraqla baxılıb. Hərbi hissənin 500 nəfərlik geniş salonunda düzənlənən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Tədbirdə hərbi hissənin komandiri polkovnik Rauf Abdullayev, Cəlilabad rayon icra hakimiyyətinin şöbə müdiri Vahid Mirzəyev, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman və ADPU Cəlilabad filialının baş müəllimi Fuad Mürsəlli sərhədçi əsgərlər qarşısında çıxış ediblər. Sonda Ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edən "Xilaskar ömrü" sənədli filmi nümayiş olunub.
Hamısını oxu
Bakı, 18 may, AZƏRTAC Azərbaycanda xalq-ordu birliyi əzəli və əbədidir və heç bir qüvvə bu birliyi poza, bu birliyə xələl gətirə bilməz. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bütün çətin, həlledici anlarda ordu xalqın, xalq isə ordunun yanında olub, bir-birlərinə dəstək verib: “Azərbaycan tarixinə nəzər salsaq görərik ki, ölkəmizdə hər zaman ordu ilə xalq arasında çox mühüm birlik, həmrəylik mövcud olub. Bu həmrəylik taleyüklü məsələlərdə özünü bütün əzəməti ilə büruzə verib. Müstəqillik tariximizin bütün mərhələlərində - istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində biz bu birliyə şahid olmuşuq”. Polkovnik qeyd edib ki, 44 günlük Vətən müharibəsində xalqın ordu ilə sərgilədiyi həmrəylik bütün dünyada böyük marağa səbəb oldu, heyrətlə qarşılandı: “Nəinki gənc nəslin nümayəndələri, yeniyetmələrimiz, ahıllarımız belə orduya dəstək vermək, həmin vaxt işğal altındakı torpaqlarımızın azadlığına töhfə vermək üçün orduya yazılmağa çalışır, bunun üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə kütləvi müraciətlər ünvanlayırdı. İnsanlar maddi vəsaitlərini, əmlaklarını orduya bağışlayır, ön və arxadakı hərbi birliklərə fasiləsiz yardımlar göndərirdi. Məhz bütün bu dəstəyin sayəsində ordu müharibənin hər bir anında xalqı öz yanında hiss etdi, xalqın sevgisindən qüvvət aldı”. Cəlil Xəlilov bildirib ki, heç bir qüvvə xalq-ordu arasındakı bu birliyi poza bilməyəcək: “Bu gün bəzi antimilli qüvvələr, təxribatçı ünsürlər ölkəmizdə xalq-ordu birliyini pozmağa, bu birliyə kölgə salmağa çalışır. Lakin hər kəs bilməlidir ki, Azərbaycanda xalq-ordu birliyi möhkəm və əbədidir. Heç kim bu birliyi poza, buna xələl gətirə bilməz. İstər Ulu öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev tərəfindən xalq-ordu birliyinin güclənməsi, bu birliyin daha da möhkəmlənməsi istiqamətində çox mühüm işlər görülüb. Məhz bu siyasətin nəticəsidir ki, bu gün xalq-ordu birliyi “Dəmir yumruq” qədər güclü və sarsılmazdır. Hər bir Azərbaycan vətəndaşı bu birliyin keşiyində durmalı, onu qoruyub saxlamaq, daha da möhkəmləndirmək üçün əlindən gələni əsirgəməməlidir. Biz də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq xalq-ordu birliyini daim diqqət mərkəzində saxlamaqda, gənclər, yeniyetmələr arasında bu istiqamətdə mühüm təbliğati işlər həyata keçiririk. İnanıram ki, biz yaxın gələcəkdə dövlət və cəmiyyət olaraq xalq-ordu birliyinin daha da güclənməsinə, mahiyyət etibarı ilə yeni mərhələyə yüksəlməsinə nail olacağıq”.
Hamısını oxu
Əliməmməd Nuriyev: “Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bilrikdə bu sahədə mühüm işlər görüb” “Ölkəmizdə həqiqi hərbi xidmətə çağrış sistemi sağlamlaşdırılıb, ciddi islahatlar aparılıb”. Bunu Moderator.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib. Hüquqşünas qeyd edib ki, Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu sahədəki əməkdaşlığı öz faydasını verməkdədir: “Cənab Prezidentin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyində həyata keçirdiyi dəyişiklikdən sonra bu qurumda ciddi islahatlara şahid olmaqdayıq. Məlum dəyişiklikdən sonra Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birlikdə bu qurumda keçmişdən qalan neqativ hallara qarşı mübarizə məqsədilə ciddi addımlar atıb. Xüsusilə də hərbi çağırışdan boyun qaçırmaqla bağlı aşkar edilən korrupsiya sövdələşmələrinin ifşa edilməsi, korrupsiya sövdələşmənin nəticələrinin aradan qaldırılması, çağırış sisteminin sağlamlaşdırılması, neqativ meyillərin qarşısınn alınması cəmiyyətdə də məmnunluq doğuran yeniliklərdəndir. Görülən bütün bu işlər, həyata keçirilən bütün bu tədbirlər sübut edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bugünkü rəhbərliyi dövlət başçısının ona olan etimadına layiq olmaq, xalqın bu quruma olan inam və sevgisini qazanmaq üçün əzmlə çalışmaqdadır. Mən bu məsələdə ortaya qoyduqları iradəyə və prinsipiallığa görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyinə, eləcə də Baş Prokurorluğa öz təşəkkürümü bildirir, uğurlar arzulayıram”. Seymur ƏLİYEV
Hamısını oxu
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov, İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov, İctimaiyyətlə Əlaqələr və Mədəni-Kütləvi Tədbirlər şöbəsinin rəisi polkovnik Elvin ƏzizovƏmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş əsnasında Fatma Səttarovanı 9 may- Qələbə Günü münasibətilə təbrik edən Müşfiq Məmmədov, Azərbaycan xalqının igid övladlarının İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlar göstəriyini, Vətən müharibəsində bütün dünyanın bu qəhrəmanlığa yenidən şahid olduğunu vurğulayıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına, eləcə də şəxsən ona olan qayğıya görə general Müşfiq Məmmədova təşəkkürünü bildirən Fatma Səttarova, veteranların hər zaman dövlət başçısının, o cümlədən Müdafiə Nazirliyinin diqqətini hər zaman üzərlərində hiss etdiklərini bildirib. Daha sonra polkovnik Cəlil Xəlilov general Müşfiq Məmmədova Təşkilatın fəaliyyəti, gördüyü işlər, həytata keçirdiyi mühüm layihələr haqqında geniş məlumat verib. Müdafiə Nazirliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasındakı mövcud əlaqələrin genişlənməsi, birgə tədbrlərin təşkili və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Müdafiə Nazirliyinin nümayəndələri Təşkilatın inzibati binası, muzey və guşələri ilə tanış olub, veteranlarla görüşüb, onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Seymur ƏLİYEV
Hamısını oxu