Latest news

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb. Publika.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib: Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra) Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra) Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş.
Read more
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb. Publika.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib: Mehdiyev İlham İsmayıl oğlu – general-leytenant Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant İslamzadə Namiq Sərəfruz oğlu – general-mayor Məmmədov Zaur Sabir oğlu – general-mayor Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor Cahangirov Ələkbər Məhəmməd oğlu – polkovnik Ələkbərov Babək Mürsəl oğlu – polkovnik Hüseynov Telman Əsgər oğlu – polkovnik İsrayılov Raqif İbadulla oğlu – polkovnik Qurbanov Babək Vahid oğlu – polkovnik Mövlanov Nizami Bəydəmir oğlu – polkovnik Nudirəliyev Zaur İsmayıl oğlu – polkovnik (ölümündən sonra) Sultanov Vüsal Eynulla oğlu – polkovnik Yusibov Zəfər Qəzənfər oğlu – polkovnik Zeynalov Zaur İlham oğlu – polkovnik Quliyev Zaur Hikmət oğlu – 1-ci dərəcəli kapitan Abdurahmanov Əfqan Ağasəf oğlu – polkovnik-leytenant (ölümündən sonra) Baxışov Səxavət Mamed oğlu – polkovnik-leytenant Camalov Ceyhun Fikrət oğlu – polkovnik-leytenant Cəfərov Ramiz Sübhan oğlu – polkovnik-leytenant (ölümündən sonra) Əkbərov Orxan Nadir oğlu – polkovnik-leytenant (ölümündən sonra) Əliyev Anar Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra) İbrahimov Xaliq Arif oğlu – polkovnik-leytenant İmrəliyev Füzuli Şiraslan oğlu – polkovnik-leytenant Qasımov Faiq Qaçay oğlu – polkovnik-leytenant (ölümündən sonra) Qasımov Ramiz Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra) Qebedov Elnur Ceerov oğlu – polkovnik-leytenant Qurbanov Səfər Qurban oğlu – polkovnik-leytenant Mirzəyev Anar Mehman oğlu – polkovnik-leytenant Nadirov Rəşad Soltanağa oğlu – polkovnik-leytenant Ağayev Vüqar Əhməd oğlu – mayor (ölümündən sonra) Bağıyev Mirdamət Səristan oğlu – mayor Bayramov Elbrus Eyvaz oğlu – mayor (ölümündən sonra) Heydərov Amid Rəbbil oğlu – mayor (ölümündən sonra) Həsənov Saleh Valeh oğlu – mayor Hüseynquliyev Şahin Yusif oğlu – mayor Hüseynov Zaur Rahat oğlu – mayor Qaflanov Şixamir Oruc oğlu – mayor (ölümündən sonra) Qasımov Anar Misir oğlu – mayor Quliyev Röyal İlham oğlu – mayor Mansurov Elçin Elşən oğlu – mayor (ölümündən sonra) Məmmədov Anar İbrahim oğlu – mayor Orucov İlqar Rəhman oğlu – mayor Səfərli Gündüz Ağamməd oğlu – mayor Səfərov Elvin Sərraf oğlu – mayor Şirinov Elnur Ramiz oğlu – mayor Şükürov Anar Mehman oğlu – mayor (ölümündən sonra) Abdullayev Rəşad Arif oğlu – kapitan (ölümündən sonra) Babayev Nihad Akif oğlu – kapitan (ölümündən sonra) Bağırlı Qəzənfər Kərim oğlu – kapitan Bədəlov Nicad Mehman oğlu – kapitan Əliyev Fərid Vaqif oğlu – kapitan Həsənov Ceyhun Aydın oğlu – kapitan (ölümündən sonra) Hudulov Ramazan İzzət oğlu – kapitan Qasımlı Rəşad Məzahir oğlu – kapitan Mahmudov Cavid Hilal oğlu – kapitan (ölümündən sonra) Musibov Veysəl Yadullayeviç – kapitan (ölümündən sonra) Noçuyev Surxay Əbdül oğlu – kapitan (ölümündən sonra) Səmədov İsmayıl Məhəmməd oğlu – kapitan (ölümündən sonra) Şıxnəbiyev Renat Güləmməd oğlu – kapitan Ağayev Qəzənfər Mahmud oğlu – baş leytenant Balacayev İzzət Zakir oğlu – baş leytenant Behbudov Cavid Ədalət oğlu – baş leytenant Bədəlov Valeh Vahid oğlu – baş leytenant (ölümündən sonra) Hümbətov Azad Arif oğlu – baş leytenant (ölümündən sonra) İbrahimli Adil Asəm oğlu – baş leytenant (ölümündən sonra) Allahyarov Şahin Hüseynbala oğlu – baş gizir (ölümündən sonra) Cəbrayılov Sübhan Rahim oğlu – baş gizir (ölümündən sonra) Hüseynov Yaşar Əhəd oğlu – baş gizir İsmayılov Camal Vidadi oğlu – baş gizir (ölümündən sonra) Niftəliyev Mehrab Söhrab oğlu – baş gizir (ölümündən sonra) Yusifli Azər Nazim oğlu – baş gizir (ölümündən sonra) Əsgərli İntiqam Bayram oğlu – gizir (ölümündən sonra) Vəliyev Elyar Arif oğlu – gizir (ölümündən sonra) Cabbarov Orxan Rövşən oğlu – kiçik gizir (ölümündən sonra) Əhmədov Yaşar Mirağa oğlu – kiçik gizir Hüseynov Əli Rəşid oğlu – kiçik gizir İbrahimli Nail Nəriman oğlu – kiçik gizir (ölümündən sonra) Novruzov Amin Tacəddin oğlu – kiçik gizir (ölümündən sonra) Zalov Fəqan Amil oğlu – kiçik miçman (ölümündən sonra) Abdullazadə Azər Rizvan oğlu – əsgər Əflətov Murad İlyas oğlu – əsgər Yaqubov Vüsal Elşən oğlu – əsgər.
Read more
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Publika.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşıladılar.
Read more
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb. Publika.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: “Zəfər” ordeni ilə Həsənov Zakir Əsgər oğlu – general-polkovnik Eyvazov Vilayət Süleyman oğlu – general-polkovnik Quliyev Elçin İsağa oğlu – general-polkovnik Nağıyev Əli Nağı oğlu – general-polkovnik Sultanov Orxan Sedyar oğlu – general-polkovnik Həsənov Ayaz Binyat oğlu – general-leytenant Tahirov Ramiz Firudin oğlu – general-leytenant Vəliyev Kərim Tofiq oğlu – general-leytenant Kərimov Anar Təvəkkül oğlu – general-mayor Məhərrəmov Aqşin Ramiz oğlu – general-mayor Sultanov Ağamir Əzizxan oğlu – general-mayor Tağıyev Rəsul Afiq oğlu – general-mayor Dadaşov Haxverdi Xudaverdi oğlu – polkovnik Həmidov Şükür Nəriman oğlu – polkovnik (ölümündən sonra) Qapaqov Elşən Rafiq oğlu – polkovnik Quliyev Mətin Ramiz oğlu – polkovnik Məmmədov Baxşəli Musa oğlu – polkovnik Məmmədov Samir Adil oğlu – polkovnik Mirzəyev Nəsib Tahir oğlu – polkovnik Nağıyev Məhəmməd Biladon oğlu – polkovnik Pirverdiyev Akif Səməndər oğlu – polkovnik Samidli Babək Mətləb oğlu – polkovnik (ölümündən sonra) Qasımov Azər Əlövsət oğlu – polkovnik-leytenant Rizvanov Anar Tofiq oğlu – polkovnik-leytenant Süleymanov Rəsul Təvəkkül oğlu – polkovnik-leytenant Şıxalıyev Nəsimi Yarməmməd oğlu – polkovnik-leytenant Hacıyev Pərvin Aleksandr oğlu – mayor İbrahimov Sahib Bayram oğlu – mayor Mustafayev Bəxtiyar Əli oğlu – mayor Rəhimov Zaur Şirinbəy oğlu – mayor Babayev Şamil Baloğlan oğlu – kapitan (ölümündən sonra) Mahmudov Anar Zahid oğlu – kapitan Tağıyev Cavid Aydın oğlu – kapitan “Qarabağ” ordeni ilə Məmmədov Şahin İsgəndər oğlu – general-leytenant Nağıyev Əfqan Vəli oğlu – general-leytenant Osmanov Nizam Ramazan oğlu – general-leytenant Rəhimov Arzu Yusif oğlu – general-leytenant Abdullayev Cavid Mirhəmzə oğlu – general-mayor Bağırov Ramin Sabir oğlu – general-mayor Bərxudarov Mayis Şükür oğlu – general-mayor Eminov Məmməd Şəmil oğlu – general-mayor Həsənov Hikmət Hüseyn oğlu – general-mayor Kazımov Vasif Ramiz oğlu – general-mayor Abdullayev Rafael Kamil oğlu – polkovnik Cəfərov Ceyhun Sədulla oğlu – polkovnik Əlövsədov Həsən Əli oğlu – polkovnik Quliyev Xaliq Qulu oğlu – polkovnik Məmmədov Teymur Davud oğlu – polkovnik Məşədiyev Taleh Vəliyət oğlu – polkovnik Musayev Telman Qurban oğlu – polkovnik Namazov Eldəniz Firuddin oğlu – polkovnik Omarov Barat Bayram oğlu – polkovnik Orucəliyev Mayis Mirzəyar oğlu – polkovnik Pənahov Elşad İslam oğlu – polkovnik Rəhimov Rəşad Manaf oğlu – polkovnik Rüstəmov Zaur Zeynalabdul oğlu – polkovnik Rzayev Gülməmməd Tofiq oğlu – polkovnik Seyfullayev Cəbi Güləhməd oğlu – polkovnik Şıxiyev Həbib Vələddin oğlu – polkovnik Abduləzizov Elnur Abduləziz oğlu – polkovnik-leytenant Abdullayev Vüqar Arif oğlu – polkovnik-leytenant Ağagülov Elşən Etibar oğlu – polkovnik-leytenant Ağcayev Bayram İlyas oğlu – polkovnik-leytenant Aslanov Rəşad Əmirbəy oğlu – polkovnik-leytenant Bağırov Ceyhun Əkbər oğlu – polkovnik-leytenant Bayramov Teyyub Nurəli oğlu – polkovnik-leytenant Bədəlov Firuz Əhməd oğlu – polkovnik-leytenant Əmirov Zamiq Məhəmməd oğlu – polkovnik-leytenant Əsədli Aqil Əlirza oğlu – polkovnik-leytenant Fərmanov Reyhun Arif oğlu – polkovnik-leytenant Haqverdiyev Qulam Fikrət oğlu – polkovnik-leytenant Həziyev Şəmşir Bəxtiyar oğlu – polkovnik-leytenant Hüseynov Elxan Kərim oğlu – polkovnik-leytenant İbrahimov Pərviz Bəhram oğlu – polkovnik-leytenant İsmayılov Samir Əlmusa oğlu – polkovnik-leytenant Qənbərov Mehman Nərman oğlu – polkovnik-leytenant (ölümündən sonra) Quliyev Anar Eldar oğlu – polkovnik-leytenant Quliyev Ümüdvar Əzizalı oğlu – polkovnik-leytenant Məmmədov Ehtiram Eldar oğlu – polkovnik-leytenant Məmmədov Elçin Ziyadxan oğlu – polkovnik-leytenant Məmmədov Elmir Ağamalı oğlu – polkovnik-leytenant Məmmədov Zaur Alxan oğlu – polkovnik-leytenant Mustafayev Babək Salman oğlu – polkovnik-leytenant Müslümov Dəyanət Nuru oğlu – polkovnik-leytenant Rəfiyev Elçin Mirzəxan oğlu – polkovnik-leytenant Rizvanov Həbib Səməd oğlu – polkovnik-leytenant Rüstəmov Teyfur Çərkəz oğlu – polkovnik-leytenant Rüstəmov Zaur Tahir oğlu – polkovnik-leytenant Rzayev Orxan Nüsrət oğlu – polkovnik-leytenant Salahov Vüqar Nizami oğlu – polkovnik-leytenant Səlimov Şamxal Naid oğlu – polkovnik-leytenant Şadmanov Nəsimi Yunis oğlu – polkovnik-leytenant Şəfiyev Famil Mirsahib oğlu – polkovnik-leytenant Şirvanov Mehman Mirəziz oğlu – polkovnik-leytenant (ölümündən sonra) Tağıyev Samir Nəsrəddin oğlu – polkovnik-leytenant Ağayev Rövşən Eldar oğlu – mayor Axundov Emil Aqil oğlu – mayor Atakişiyev Rəşad Nazim oğlu – mayor Babayev Mahir Tahir oğlu – mayor Balıev Hüseynağa Salman oğlu – mayor (ölümündən sonra) Bilalov Amil Adil oğlu – mayor Cəfərov Azad Asif oğlu – mayor Daşdəmirov Nail Təmraz oğlu – mayor Eminov Elimdar Həsən oğlu – mayor Əliyev Kəramət İbrahim oğlu – mayor Əliyev Pərviz Həmzə oğlu – mayor Əliyev Ramin Rizvan oğlu – mayor Əliyev Rəvan Musa oğlu – mayor Fərəcov Cavid Yaşar oğlu – mayor Fərəcov Əliheydər İsrafil oğlu – mayor Hacıyev Ramid Nəriman oğlu – mayor (ölümündən sonra) Həsənov Əlişan Şakir oğlu – mayor Həsənov Hümmət Fərrux oğlu – mayor Hüseynov Rəhim Qədir oğlu – mayor (ölümündən sonra) Kərimov Taleh Adil oğlu – mayor (ölümündən sonra) Qənbərov İdris Dərya oğlu – mayor Qəribov Sahib Xanlar oğlu – mayor Qlinçev Anar Mirzəli oğlu – mayor Qurbanov Səfər Qurban oğlu – mayor Mehdiyev Rüstəm Süleyman oğlu – mayor Məlikov Vüqar Telman oğlu – mayor Məmmədov Elşən Tağı oğlu – mayor Mikayılov Azər Əmrah oğlu – mayor (ölümündən sonra) Muxtarov Ələsgər Faiq oğlu – mayor Paşayev Elsevər Vaqif oğlu – mayor (ölümündən sonra) Səfərov Elgün Elmar oğlu – mayor Süleymanlı Elçin Səlimxan oğlu – mayor Şükürov Mahmud Sabir oğlu – mayor Zeynalov Rauf Çingiz oğlu – mayor Ağayev Şamxal Elşad oğlu – kapitan Aslanov Elmin Məhərrəm oğlu – kapitan Babayev Xaliq Əli oğlu – kapitan Baxşəliyev Nizami Füzuli oğlu – kapitan Gülüyev Zaur Rusxət oğlu – kapitan Hacımuradov Səbrulla Hacımurad oğlu – kapitan Həsənov Vüsal Oktay oğlu – kapitan Hüseynov Elşən Əli oğlu – kapitan Hüseynov Ülvü Möhsün oğlu – kapitan (ölümündən sonra) Hüseynzadə Həmidağa Bağı oğlu – kapitan (ölümündən sonra) İbadov Tahir Allahverdi oğlu – kapitan İbrahimov Abdal Rafiq oğlu – kapitan Qurbanov Elman Xanlar oğlu – kapitan Məmmədov Ceyhun İslam oğlu – kapitan Məmmədov Əsgər Zaman oğlu – kapitan Məmmədov Nurlan Qabil oğlu – kapitan Rəşidli Tamerlan Elçin oğlu – kapitan Rüstəmzadə Qalib Firdovsi oğlu – kapitan Rzabəyli Eltürk Əli oğlu – kapitan Şikarov Nəcəf Şikar oğlu – kapitan (ölümündən sonra) Şirinov Kamil Əliş oğlu – kapitan (ölümündən sonra) Tağıyev Elçin Ağaqulu oğlu – kapitan (ölümündən sonra) Vəliyev Rəşad Elşən oğlu – kapitan Həşimov Fərrux Mirzəmməd oğlu – kapitan-leytenant (ölümündən sonra) Abbasbəyli Həmid Cavanşir oğlu – baş leytenant (ölümündən sonra) Abbaslı Arif Firuz oğlu – baş leytenant (ölümündən sonra) Abbaslı Cəlal Cəlil oğlu – baş leytenant Abbaslı Cəsarət Ədalət oğlu – baş leytenant Abbasov Eldar Adil oğlu – baş leytenant Abdullayev İbrahim Habil oğlu – baş leytenant (ölümündən sonra) Abdullayev Ramazan Səfəralı oğlu – baş leytenant Ağayev Süleyman Əhəd oğlu – baş leytenant Aslanov Ülvü Tahir oğlu – baş leytenant Əhmədzadə Natiq Nadir oğlu – baş leytenant Ələkbərov Əlisahib Selman oğlu – baş leytenant (ölümündən sonra) Əliyev Faiq Fəyyaz oğlu – baş leytenant Əsgərzadə Bəkir Zakir oğlu – baş leytenant Feyzullayev Polad Taryel oğlu – baş leytenant Həsənov Vüsal Vüqar oğlu – baş leytenant Hüseynov Nəbi Hacıbala oğlu – baş leytenant (ölümündən sonra) Kazımov Kamran Qurbanəli oğlu – baş leytenant (ölümündən sonra) Quliyev Tural Adil oğlu – baş leytenant Qüdrətli Elçin Yaşar oğlu – baş leytenant Lətifov Lətif Nazim oğlu – baş leytenant Mustafayev Rauf Əzizağa oğlu – baş leytenant Nəcəfov Cəmil Nəcəf oğlu – baş leytenant (ölümündən sonra) Rzazadə Həsən Vüqar oğlu – baş leytenant (ölümündən sonra) Salmanov Həmzə Telman oğlu – baş leytenant Zeynalov Elnur Elsevər oğlu – baş leytenant (ölümündən sonra) Bayramov Emil Mürsəl oğlu – leytenant Bədəlov Fərəc Simran oğlu – leytenant Eyvazov Elvin Pərviz oğlu – leytenant Əsədov Emil Balaqardaş oğlu – leytenant (ölümündən sonra) Hüseynov Qarakişi Arif oğlu – leytenant Qaraşov Məhəmməd İlham oğlu – leytenant Qədirov Məhəmməd Valeh oğlu – leytenant Mehdiyev Rəşad Faxrəddin oğlu – leytenant Məmmədov Əhməd Qüdrət oğlu – leytenant Mövlamov Sabir Rasim oğlu – leytenant Rəsulov Samir Elxan oğlu – leytenant Səmirov Baloğlan Nəriman oğlu – leytenant Şirinov Pünhan Niyaz oğlu – leytenant Cabbarov Yusif Yunsur oğlu – baş gizir Cavadov Natiq Şahin oğlu – baş gizir Fərəcov Famil Yavər oğlu – baş gizir Yusifov Mehman Musa oğlu – baş gizir (ölümündən sonra) Mehdizadə Mərdan Əhməd oğlu – baş miçman (ölümündən sonra) Budaqov Rufiz Şirzad oğlu – gizir (ölümündən sonra) Cavadlı Nemət Cavid oğlu – gizir (ölümündən sonra) Ələsgərli Zaur Mübariz oğlu – gizir (ölümündən sonra) Əliyev Tural Səfər oğlu – gizir Əmənov Məhəmməd İltizam oğlu – gizir (ölümündən sonra) Əsgərov Asəf İlqar oğlu – gizir (ölümündən sonra) Həsənov Mustafa Elşad oğlu – gizir Hüseynov Azər Fəxrəddin oğlu – gizir İbrahimov Əlmuxtar Gülağa oğlu – gizir Qarayev Əfsər Hafis oğlu – gizir Qasımov Nuran Sabir oğlu – gizir Quliyev Nəbi Tələt oğlu – gizir Quliyev Şəhriyar Nəsib oğlu – gizir (ölümündən sonra) Mirzəyev Zəka Kamal oğlu – gizir Nağıyev Anar Sahib oğlu – gizir (ölümündən sonra) Rəşidov Tural Fazil oğlu – gizir (ölümündən sonra) Sadıqlı İbrahim Şahin oğlu – gizir (ölümündən sonra) Zeynalov Xalid İltifat oğlu – gizir Məmmədov Vüsal Qüdrət oğlu – miçman (ölümündən sonra) Nəcəfov Fuad Taleh oğlu – miçman (ölümündən sonra) Rəcəbov Ruslan Rəcəb oğlu – miçman (ölümündən sonra) Səfərov Elvin Ramiz oğlu – miçman (ölümündən sonra) Abdullayev Elcan Elçin oğlu – kiçik gizir Cavadov Yelmar Elgiz oğlu – kiçik gizir Dəmirov Siyahim Əlizamin oğlu – kiçik gizir (ölümündən sonra) Əzizli Əziz Sabir oğlu – kiçik gizir Xanzadə Elnur Yusif oğlu – kiçik gizir Qardaşxanov İbrahim Səmid oğlu – kiçik gizir Qasımov Mirağa Hafiz oğlu – kiçik gizir (ölümündən sonra) Quliyev Pərviz Aydəmir oğlu – kiçik gizir Quluzadə Orxan Elxan oğlu – kiçik gizir (ölümündən sonra) Mənəfov Şahmar Vidadi oğlu – kiçik gizir (ölümündən sonra) Mikayılov Nazim Namik oğlu – kiçik gizir Musayev Ramil Aydın oğlu – kiçik gizir (ölümündən sonra) Şıxəliyev Mehti Yalçın oğlu – kiçik gizir (ölümündən sonra) Abdullayev Tural Şakir oğlu – baş çavuş (ölümündən sonra) Allahyarov Vüsal Şakir oğlu – baş çavuş (ölümündən sonra) Hüseynli Ələddin Zahid oğlu – çavuş Cabbarov Elnur Şahmurad oğlu – əsgər (ölümündən sonra) Məhərrəmov Əkbər Səyyaf oğlu – əsgər Mənaflı Dursun Marif oğlu – əsgər.
Read more
Xüsusi Təyinatlıları sabah Bakının Azadlıq Meydanında keçiriləcək qələbə paradına hazırlaşırlar. Axar.az xəbər verir ki, Naxçıvan ordusu Şuşaya qədər döyüş yolu keçib və Qarabağın azadlığı uğrunda böyük şücaət göstərərək şəhidlər verib. Qeyd edək ki, sabah-dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunan hərbi parad keçiriləcək. Hərbi paradda həmçinin Heydər Əliyev adına Naxçıvan hərbi liseyinin kursantları da keçid edəcək. Naxçıvan hərbi liseyinin məzunu olan minlərlə zabit Qarabağın azadlığı uğrunda Vətən müharibəsində tarixi qəhrəmanlıqlar göstəriblər.
Read more
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb. Publika.az xəbər verir ki, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülənlərdən bir neçə yüksək rütbəli zabitimiz torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Onlardan biri olan polkovnik Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. 1985-ci ildə Sabunçu rayonunun Zabrat qəsəbəsində 192 nömrəli tam orta məktəbə daxil olub, 1992-ci ilə qədər həmin məкtəbdə təhsil alıb. 1992-ci ildən 1995-ci ilə qədər isə təhsilini Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə davam edib. 1995-ci ildə Türкiyə Ali Hərbi Hava Qüvvələri Məкtəbinə daxil olan Zaur Nudirəliyev, 2000-ci ildə həmin məкtəbi təyyarəçi ixtisası üzrə bitirib. Zaur Nudirəliyev 2015-ci ilin avqust ayından "N" saylı hərbi hissə кomandirinin uçuş hazırlığı üzrə müavini və uçuşların planlaşdırılma bölməsinin rəisi vəzifəsində xidmət edirdi. Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin polkovniki olan hərbi pilot Zaur Nudirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaur Nudirəliyev oktyabrın 4-də Cəbrayıl istiqamətində şəhid olub. O, II Fəxri Xiyabanda dəfn olunub. Ailəli və 2 övlad atası idi. Şəhid polkovnik-leytenant Əfqan Abdurahmanov Şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun 1976-cı ildə Bakıda anadan olub. O, 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən məzun olub. Aprel döyüşlərində də ön cəbhədə olan Əfqan Abdurahmanov Vətən Müharibəsi zamanı Murov dağı silsiləsindəki zirvələrdən birinin azad olunmasına rəhbərlik edib. Bu əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artileriya vasitələrinin atəş nöqtələri nəzarətə götürülüb. Bundan başqa, Əfqan Abdurahmanov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu postun azad edilməsinə rəhbərik edib. Oktyabrın 10-da Əfqan Abdurahmanovun rəhbərliyi ilə hərbiçilərimiz Ağdərə ətrafında yerləşən yüksəkliklərdən birinin düşməndən təmizlənməsi əməliyyatını həyata keçirən zaman ona bildirilir ki, 20 dəqiqədən sonra humanitar atəşkəs qüvvəyə minir, hücum əməliyyatı dayandırılsın. Əfqan Abdurahmanov əmrə tabe olur və hücumu dayandırır. Düşmən isə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq hərbiçilərimizin olduğu ərazini atəşə tutur. O, partlayış dalğası nəticəsində şəhid olur. Şəhid polkovnik-leytenant Ramiz Cəfərov Ramiz Cəfərov 1974-cü il dekabrın 10-da Ukraynada anadan olub. Sumqayıt şəhərinin 11 nömrəli tam orta məкtəbində təhsil alıb. Alman, ingilis və rus dillərini bilirdi. Ailəli və 5 övlad atası idi. Ramiz Cəfərov 1989-1992-ci illərdə Cəmşid Naxçıvanlı adına Hərbi Liseydə, 1992-1996-cı illərdə isə Ryazan Hava Desant Liseyində ali hərbi təhsil alıb. Bir müddət Qarabağ müharibəsində savaşan Ramiz Cəfərov, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə də savaşıb. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polкovniк-leytenantı olan Ramiz Cəfərov Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Şəhid polkovnik-leytenant Əkbərov Orxan Orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olub. 2002-ci ildən öz istəyi ilə cəbhə bölgəsində xidmət edən Orxan Əkbərov, 2016-cı ildə Aprel döyüşlərində və 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Polkovnik-leytenant Əkbərov Orxan 2020-ci il sentyabr ayında torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib, düşmənin xeyli sayda əsgərini və bir neçə silah dolu maşınını məhv edib. Polkovnik-leytenant Orxan Əkbərov 2 oktyabr 2020-ci il Füzuli istiqamətində gedən döyüşdə düşmənin snayperlə qəfil açdığı atəş nəticəsində şəhid olub. Ailəli idi, iki övladı yadigar qalıb. Şəhid polkovnik-leytenant Faiq Qasımov Qubadlı rayonunun Qayalı kəndində anadan olan Faiq Qasımov Aprel döyüşlərinin də iştirakçısı olub. O, Vətən Müharibsinin ilk günlərində şəhid olub. Faiq Qasımov 1992-ci ildə Qarabağ müharibəsində şəhid olan bölük komandiri Həsənqulu Qaçay oğlu Qasımovun (Həsən Qorxmaz) qardaşıdır. Şəhid polkovnik-leytenant Anar Əliyev 1980-ci ildə avqust ayının 28-i Kəlbəcərdə (Boyaqlı kəndi) dünyaya göz açıb. Vətən müharibəsində misilsiz şücaətlər göstərən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı zabiti Polkovnik-leytenant Anar Əliyev Cəbrayıl, Qubadlı və Zəngilanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə xüsusi təyinatlı komandir kimi ön cərgələrdə vuruşaraq şücaət göstərib. Zəngilan şəhərinin azad edilməsi barədə rəsmi raportu Ali Baş Komandan İlham Əliyevə Anar Əliyev verib. Anar Əliyev oktyabr ayının 21-i Vətən müharibəsinin Xocavənd cəbhəsində qəhrəmancasına Şəhid olub. Şəhid polkovnik-leytenant Ramiz Qasımov O, 1975-ci ildə Beyləqan rayonunda anadan olub. Aprel və İyul döyüşlərində də iştirak edib. 27 sentyabrdan başlayan Vətən Müharibəsində səhər saatlarından etibarən düşmənə ilk əks-hücum əməliyyatına başlayıb. O, təyin olunan vaxtdan 20 dəqiqə əvvəl uçuşa qalxmış və nəticədə düşmənin bütün Qarabağla yanaşı ətraf rayonlarımızı nəzarətdə saxladığı, həmçinin, ordumuzun aviasiya sistemlərini zərərsizləşdirə biləcək strateji əhəmiyyətli hədəfini ilk həmlədə məhv edib. Bununla kifayətlənməyən pilot Ramiz Qasımov düşmənin bir neçə OSA zenit raket kompleksin də məhv edib. Ramiz Qasımov uğurlu əks-hücum əməliyyatından geri dönərkən mənfur düşmənin hədəfinə tuş gəlir. O, özünü itirmədən ekipaja helikopteri tərk etməyi əmr edir. Daha sonra hündürlüyünü sürətlə itirən helikopterin yaşayış ərazisinə düşməsinin qarşısını almaq üçün onu boş sahəyə tərəf yönəldir. Mülki əhalinin təhlükəsizliyini düşünən pilot helikopteri boş sahəyə yönləndirdikdən sonra tullanır. Helikopteri gec tərk etdiyi üçün yaralanır. Yaralı pilot Ramiz Qasımov 27 sentyabrdan 22 oktyabr tarixinədək komada qalır. O, 22 oktyabr tarixində Şəhidlik zirvəsinə ucalır... / "Qafqazinfo"
Read more
Vətən müharibəsində xalqımızın qazandığı şanlı qələbə ulu öndərin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. 30 il işğal altında olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası müstəqilliyimizin əbədi olduğunu bir daha təsdiq etdi. Bu mənada Vətən müharibəsi Azərbaycan tarixinin şanlı zəfər salnaməsidir. Bu salnaməni xalqımızın igid və mərd oğulları qanları ilə yazdı, xalqımız yüzlərlə şəhid verdi. Nəsillərdən-nəsillərə örnək olacaq bu salnamə həm də gənclərə vətənpərvərlik, torpaq sevgisi, birlik, həmrəylik örnəyidir. Müdafiə Nazirliyindən verilən məlumata görə, tarixi ədalətin bərpa olunmasında Naxçıvan oğulları da əsl qəhrəmanlıq göstərdilər. Dekabrın 7-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib. Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər. Şəhid olan hərbi qulluqçularımız Əliyev İbrahim Mustafa oğlunun və Məmmədov Sahil Rasim oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ali Məclisin sədri şəhidlərin xatirəsinə ehtiramını bildirdi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı. Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazələrinin önündən keçildi. Şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salındı. Ali Məclisin sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verdi.
Read more
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb. AZƏRTAC xəbər verir ki, Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılır: • Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; • İşğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə; Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Fərmana əsasən Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası təsdiq edilir. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır. Dövlət başçısının imzaladığı Sərəncama əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun Himayəçilik Şurasının tərkibi təsdiq edilir.
Read more
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm tarixi qələbə işğal olunmuş ərazilərimizin cəmi 44 gün ərzində düşməndən azad edilməsi müharibə əlillərində sonsuz fəxr və iftixar hissləri yaradıb. Onlar Ali Baş Komandanla, qüdrətli ordumuzla fəxr edirlər. Axar.az xəbər verir ki, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün "Xəzər" markalı 40 avtomobilin müharibə əlillərinə təqdim edilməsi tədbirində vurğulanıb. Tədbirdə çıxış edən nazirliyin tabelyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Prezident İlham Əliyevin həssas qruplara qayğısından bəhs edib. O, ölkədə bütün sosial proqramların uğurla davam etdiyini və genişləndirildiyini deyib. Avtomobillə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin uğurlu sosial siyasətindən, şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğısından razılıqla bəhs edərək, bu gün avtomobillə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Read more
İndoneziyanın “Miraj” informasiya agentliyi müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyev haqqında məqalə yayıb. Axar.az xəbər verir ki, “Müasir Azərbaycanın banisi Heydər Əliyev” adlı məqalədə xalqımızın dahi rəhbərinin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilir. “Elə liderlər var ki, tarix onları unutmur, amma tarixin özünü yaradan liderlər də var” fikri ilə başlayan məqalədə vurğulanır ki, müasir Azərbaycanın banisi olan Heydər Əliyev məhz tarixi yaradan liderlərdən biri olub. Müasir Azərbaycan dövlətinin əsasını qoyan Ümummilli Lider öz dövrünün əsl əfsanəsinə çevrilib. Tarix onu nadir şəxsiyyət, güclü dövlət xadimi, məqsədinə doğru inamla irəliləyən insan və əfsanəvi xadim kimi xatırlayır. Qeyd edilir ki, məhz onun böyük xidmətləri nəticəsində gənc müstəqil dövlət ayaqları üzərində möhkəm dayanaraq XXI əsrə qədəm qoydu. Məqalədə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 35 illik dövr barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilən Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək, xalqla birlikdə böyük çətinlikləri aradan qaldıraraq, bu gün müasir Azərbaycan adlandırılan müstəqil dövlətin təməlini qoyub. Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan, yeni yaradılan istehsal sahələrindən, inşa olunun zavodlardan, Su Elektrik stansiyalarından geniş bəhs olunur. Qeyd edilir ki, həmin dövrdə respublikada aparılan böyük quruculuq işlərini məhz müasirləşdirmə termini ilə daha düzgün ifadə etmək olar. Ötən əsrin sonlarında keçmiş Sovet İttifaqının dağılmasından sonra müstəqil Azərbaycan dövlətinin formalaşmasında Heydər Əliyevin xidmətlərinə diqqət çəkilən məqalədə onun müəllifi olduğu azərbaycançılıq fəlsəfəsinin mühüm rolu xüsusi vurğulanır. Bildirilir ki, müstəqillik əldə edildikdən sonra Heydər Əliyevin yaradıcısı olduğu azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini tapmasında və dövlətçiliyin, milli birliyin formalaşmasında mühüm rol oynayıb. Məqalədə müstəqilliyin bərpasından sonra ölkə həyatının bütün sahələrində aparılan islahatlara əzmlə rəhbərlik edən Heydər Əliyevin həyata keçirdiyi çoxsaylı proqramlar, nəhəng, dünya miqyaslı layihələr ölkəni Azərbaycan xalqının adına layiq bir məmləkətə çevirdiyi də qeyd edilir. Bildirilir ki, məhz Heydər Əliyevin həyata keçirdiyi çoxvektorlu dövlət strategiyası Azərbaycana yüksək inkişaf və sabitlik gətirib. Onun rəhbərliyi altında həyata keçirilən praqmatik və balanslaşdırılmış siyasət ABŞ, Avropa İttifaqı, Türkiyə ilə yanaşı, Rusiya və İran kimi dövlətlərlə də konstruktiv əməkdaşlıq əlaqələri qurmağa imkan yaradıb. Məqalədə Heydər Əliyevin ölkənin iqtisadi müstəqilliyini yaratması nəticəsində siyasi sabitliyə nail olduğu da xüsusi vurğulanır. Məhz onun müəllifi olduğu antiböhran proqramlarının istehsalın bərpasında, ölkənin maliyyə durumunun sabitləşməsində, həmçinin xarici investisiyaların cəlb olunmasında mühüm rolu qeyd edilir. Vurğulanır ki, böyük lider Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan xalqının rəmzinə, onun həyat yolu isə Vətənə sədaqət və məhəbbətin nümunəsinə çevrilib.
Read more
Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır. Axar.az xəbər verir ki, bu barədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva bildirib. Mehriban Əliyevanın açıqlamasında deyilir: “Əziz həmvətənlər! Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir. Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır. Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar. Əziz həmvətənlər, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.
Read more
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Lənkəran şəhərində bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin edilib. Bununla bağlı ƏƏSMN məlumat yayıb. Tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev iştirak ediblər. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun cəmi 44 gün ərzində möhtəşəm qələbə əldə etməsindən, misilsiz rəşadətindən, Ermənistan ordusuna sarsıdıcı zərbələr vurmasından, ərazilərimizi işğaldan azad etməsindən qürurla bəhs ediblər. Bildiriblər ki, bu tarixi zəfərlə Azərbaycan öz gücünü, qüdrətini, xalqımızın sarsılmaz birliyini dünyaya nümayiş etdirdi. Gələcək nəsillər də daim bu qələbəmizlə fəxr edəcəklər. Diqqətə çatdırılıb ki, mühüm sosial proqramlardan biri də şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təmin olunmasına yönəlib. Onlara 2018-ci ildə nəzərdə tutulduğundan üç dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə bu göstəricinin rekord səviyyəyə, yəni 1500-ə çatdırılması həmin kateqoriyalardan olan vətəndaşlara qayğının daim artmaqda olduğunu, sosial proqramların ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirildiyini göstərir. Onlardan 1050-dən çoxu artıq təqdim edilib. Ümumilikdə isə şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 9000-ə yaxın mənzil və fərdi ev verilib. Dövlət başçısının onların sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yaxşılaşdırılmasına xüsusi qayğısını vurğulayan şəhid ailələrinin üzvləri və müharibə əlilləri bu gün mənzillər və fərdi evlə təmin edilmələrindən sevinc hissi keçirdiklərini bildiriblər. Onlar bu yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Read more