Latest news

Дата рождения -1911 Место рождения - Азербайджанская ССР, Уджарский р-н, с. Ляк Место призыва-Геокчайский РВК Азербайджанская ССР, Геокчайский р-н Дата призыва-1941 Воинское звание-ст. лейтенант Воинская часть 408 стрелковый полк1295 стрелковый полк 160 стрелковой дивизии Западного фронта, 2 Белорусского фронта324 стрелковый полк 77 стрелковой дивизии (I)70 армия Награды-Медаль «За победу над Германией в Великой Отечественной войне 1941–1945 гг.»Орден Отечественной войны I степениМедаль «За боевые заслуги» (2) pamyat-naroda.ru
Read more
Veteran.gov.az xəbə verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı əmək veteranı Böyükağa Həbibinin yenicə çapdan çıxmış "Astarxanbazar və astarxanbazarlılar" kitabının tərdimat mərasimini keçirib. Veteranlar evində təşkil olunan tədbiri rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman giriş sözü ilə açdıqdan sonra Ulu öndərimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yazıçı, əmək veteranı Abas Şahmarlı təqdimatı keçirilən kitabın müsbət məziyyətlərindən geniş danışıb və vətənpərvərlik ruhunda yazılmış belə kitabların gənclərimizin vətənsevərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini xüsisi olaraq vurğulayıb. Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, şəhid ataları Nizami Həbibi, Fuad Vəlişov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Əlövsət Tahirli, "Qarabağ qaziləri" İctimai birliyinin rəhbəri Maşalla Əliyev, əmək və müharibə vetetanları Qurban Əhməd, Mirzəbala Hüseynov, Mərifət Əliyev və başqaları çıxış edərək kitabın nəşr olunması münasibətilə müəllifi təbrik edib və ona yeni yaradıcılıq uğurları arzulayıblar. Sonda kitabın müəllifi Böyükağa Həbibi təqdimatı təşkil edən rayon Veteranlar Təşkilatına, tədbirin iştirakçılarına öz minnətdarlığını bildirib və onlara öz kitablarını hədiyyə edib.
Read more
Hər iki qardaş ölkə istənilən təhlükəyə qarşı birgə müqavimət göstərmək əzmindədirRegionda sabitliyi pozmağa çalışan qüvvələr Azərbaycan və Türkiyəni öz qarşılarında görəcəklər Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə "Alpan-2023" birgə təlimi keçirilir. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkəmizdə keçirilən təlimin ssenarisinə əsasən, aviasiya vasitələri bazalanma aerodromlarından uçuşlar həyata keçirərək şərti düşmənin hava hücumundan müdafiə, komanda idarəetmə məntəqəsi və cəmləşmə obyektlərinin uzaq və yaxın məsafədən məhvetmə tapşırıqlarını və digər epizodları icra ediblər. Təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılmasıdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov "Sherg.az"a bildirib ki, Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə keçirilən "Alpan-2023" birgə təlimi olduqca mühüm əhəmiyyətə malikdir. Polkovnikin sözlərinə görə, təlimdə aviasiya vasitələrinin şərti düşməni, ona məxsus obyektləri məhv etməsi həyata keçirilir ki, bu da şəxsi heyətin öz nəzəri biliklərini praktikada tətbiq etməsi, əməli şəkildə həyata keçirməsi baxımından önəmlidir: "Bu gün dünyamızda Hərbi Hava Qüvvələrinin rolu böyükdür və bu rol getdikcə artır. Bura döyüş təyyarələri ilə yanaşı müxtəlif təyinatlı PUA-lar da daxildir. Biz 44 günlük Vətən müharibəsində həm PUA-ların, həm də aviasiyanın önəmini gördük. Hərbi Hava Qüvvələri tarixi zəfərin əldə edilməsinə böyük töhfə verdi. Hazırda ordumuzun gücləndirilməsi, onun ən müasir döyüş texnikası, aviasiya nümunələri ilə təmin edilməsi davam etməkdədir. Ümumiyyətlə, ordunun inkişafı və onun döyüş qabiliyyətinin yüksəldilməsi davamlı proses olduğu üçün burada “son hədd”, “son nöqtə” mövcud deyil. Çünki hərbi texnika sürətlə yeniləşir, modernləşir ki, bu da dəyişən tələblərə çevik şəkildə uyğunlaşmağı tələb edir. Onu da unutmayaq ki, bu gün regionda vəziyyət hələ də mürəkkəb olaraq qalır. Erməni separatizmi öz təxribatlarından əl çəkmir. Bu isə bizi məcbur edir ki, hər an düşmənin başını əzməyə, onun qalıqlarını darmadağın etməyə hazır olaq". Həmsöhbətimiz vurğulayıb ki, bu təlimlərin Türkiyə ilə birlikdə keçirilməsinin də böyük əhəmiyyəti var: "Birgə təlimlər hər şeydən öncə iki dövlətin birgə hərbi əməkdaşlığının nəticəsidir və bu əməkdaşlıq Şuşa bəyannaməsində açıq şəkildə öz əksini tapıb. Türkiyə müasir dünyamızın ən güclü dövlətlərindən biridir və Türkiyə ilə birgə təlimlər Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəlməsinə böyük fayda verir. Bu cür təlimlərin mütəmadi şəkildə təşkili imkan verir ki, istənilən təhdid və təhlükəyə adekvat reaksiya verək, bölgədə sülhün və təhlükəsizliyin təmininə nail olaq. Təbii ki, Azərbaycanla-Türkiyə arasında birgə təlimlər hərbi baxımdan mühüm əhəmiyyət kəsb etməklə yanaşı, siyasi baxımdan da mühüm əhəmiyyətə malikdir. Bu cür təlimlər bütün dünyaya Azərbaycanla Türkiyənin qardaşlığını göstərir. Habelə, birgə təlimlər göstərir ki, hər iki qardaş ölkə istənilən təhlükəyə qarşı birgə müqavimət göstərmək əzmindədir və regionda sabitliyi pozmağa çalışan qüvvələr Azərbaycan və Türkiyəni öz qarşılarında görəcəklər. Azərbaycan-Türkiyə hərbi təlimləri hər hansı üçüncü dövlətə qarşı yönəlməsə də, bu təlimlər bölgədə söz sahibinin məhz bu ölkələr olduğunu göstərir. Bu baxımdan, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini regionda sabitliyi pozmaq istəyən qüvvələrə ünvanlanan mesaj kimi dəyərləndirmək mümkündür. Bu baxımdan birgə hərbi təlimlər təxribatçı qüvvələr üçün çəkindirici amil rolunda çıxış edir ki, bu da regional sülhün qorunması, sabitliyin qorunub saxlanılması baxımından mühüm önəm kəsb edir".
Read more
Hörmətli Zakir müəllim! Sizi və Azərbaycan Ordusunun bütün şəxsi heyətini öz adımdan və bütün veteranlar adından 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Milli Ordumuzun bu müddətdə keçdiyi döyüş yolunun zirvəsi Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə - Qarabağ Zəfəridir. Hörmətli Zakir müəllim! Sizi və bütün şəxsi heyəti 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə bir daha ürəkdən təbrik edir, gələcək xidmətinizdə yeni uğurlar, cansağlığı və ailələrinizə firəvanlıq arzulayıram. Dərin hörmətlə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova
Read more
Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvü, İkinci Dünya Müharibəsi veteranı Rəsulova Zinaida İliniçnanın 100 illik yubileyidir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Zinaida Rəsulovanı yubiley münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı arzulayırıq. P.S.Xatırladaq ki, 23 iyun 1923-cü il təvəllüdlü Zinaida Rəsulova İkinci Dünya Müharibəsində faşizmə qarşı mübarizədə aktiv iştirak edib, göstərdiyi qəhrəmanlıqlara görə hərbi komandanlıq tərəfindən dəfələrlə təltif olunub.
Read more
Veteran.gov.az xəbər verir ki, 22 iyun 2023-cü il tarixində Ağdam Rayon İcra Hakimiyəti tərəfindən Heydər Əliyev Mərkəzində Ulu öndərin 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev ordu quruculuğunun memarıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başcısı, rayonun hüquq-mühafizə və məhkəmə orqanlarının rəhbərləri, ictimai birliklər, hərbi hazırlıq müəllimləri və gənclər iştirak edib. Tədbirdə icra başçısı Vaqif Həsənov, Ağdam Rayon Veteranlar Təşkilatının sədri, ehtiyyatda olan polkovnik leytenan Elşən Zeynalov çıxış edib, Ulu öndərin ordu quruculuğundakı xidmətlərinə diqqət çəkiblər. Tədbirdin sonunda xatirə şəkli çəkilib.
Read more
Veteran.gov.az xəbər verir ki,Müharibə ,Əmək və Silahlı qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 21.06. 2023-cü ildə tədbir təşkil ediblər.Tədbir Bakı şəhəri Xətai rayonunda yerləşən 2 saylı ASAN xidmət mərkəzində baş tutub. Ümummilli Lider Heydər Əliyevin100 illiyi ilə əlaqədar “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” adlı tədbirdə Bakı şəhəri Xətai rayon 2 saylı ASAN xidmət mərkəzinin direktoru Labidə Batıyeva,konüllülər üzrə məsul şəxs Nərgiz Mirzəyeva və könüllülər iştirak etdilər. Ümummillli Lider Heydər Əliyevin 100 illiyinə həsir edilmiş tədbiri mərkəzin direktoru Labidə Batıyeva açdi.O,qonaqları tədbir iştirakçılarına təqdim etdi.. Çıxış üçün ilk söz ehtiyatda olan polkovnik Adil Haqverdiyəvə verildi. Adil Haqverdiyev ilk öncə RVT-nın sədri Fatma xanım Səttarovanın və müavini e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Azərbayçan dövlət himni səsləndirildi.Heydər Əliyevin və vətən uğrunda həlak olan şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildi. Müasir Azərbaycan Ordusunun yaradıcısı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin Birinci Katibi seçildiyi dövürdən Azərbaycan Ordusu haqqında düşünmüş və çətinliklərə baxmayaraq C.Naxçıvaniski adına hərbi liseyin yaradılmasına nail olmüşdur.Onun ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə qayıdışı çöx çətin bir dövrə düşmüşdür, torpaqlarımızın mənfur qonşular tərəfindən işğal olunan bir dövrə təsadüf etmişdir.Ulu Öndər Heydər Əliyev müasir Azərbayçan Ordusunun təməlini qoydu.Bugün Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev Heydər Əliyevin qoyduğu dövlət siyasətini uğrla yerinə yetirir.Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşmənin tuduğu mövqeylərini darmadağın etdi və torrpaqlarımızı işğaldan azad etdi.Biz bir yumruq olaraq Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib dovlətimizin dahada güclənməsinə çalışmalıyıq . Sonra Nəbi Hacıyev çıxış etdi.Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Read more
"Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Həm texniki imkanlarına görə, həm də əsgər, zabitlərin döyüş hazırlığına, mənəvi-psixoloji, fiziki durumuna görə. Ordumuz üçün müxtəlif şəraitlər yaradılıb və bu imkanlardan maksimum şəkildə istifadə olunur". Bu sözləri SİA-ya verdiyi açıqlamada Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib Onun sözlərinə görə, bizim ordu sıralarımızda sağlam gənclərimiz var. Müxtəlif rayonlarda idman mərkəzləri yaradılıb, əsgərlər orduya hazırlaşarkən bu distansiyalardan keçib gəlirlər. Orta məktəblərdə hərbi hazırlıq dərsləri keçilir: "Müharibə dönəmində Azərbaycanın hər bir vətəndaşı əsgər oldu. Xalqımız həm dövlətimizə, həm də ordumuza öz dəstəyini göstərdi. Əsgərlərimizin yanında oldular. Mənəvi-psixoloji cəhətdən Azərbaycan cəmiyyətinin orduya rəğbəti, qələbədən sonra ordunun aftoriteti, əsgərlərə, zabitlərə diqqət və qayğı həm dövlət tərəfindən, həm də ictimaiyyət tərəfindən çox artdı. Ona görə də gənclərimiz bu gün fəxrlə orduda, cəbhə zonalarında xidmət etmək istəyirlər. Respublikamızın Prezidentinin də qeyd etdiyi kimi, son 30 ildə yetişən gənclərimiz xüsusi hərbi hazırlıq və xüsusi vətənpərvərlik ruhuna malikdirlər. Ordunun təminatı hazırda yüksək səviyyədədir. Hazırda Amerika, Çexiya, Rusiya, Çin, Pakistan, Türkiyə kimi ölkələrin ordularında istifadə olunan texnikaların öyrənilməsi prosesi sürətlə davam etdirilir. NATO ölkələrində keçirilən təlimlərdə Azərbaycanın iştirakı çox yüksək səviyyədədir. Bunlar hamısı ordunun güclənməsində, proffesionallaşmasında böyük rol oynayır. İkinci Qarabağ müharibəsində ordumuzun qələbə təcrübəsini xarici ölkələr mənimsəməyə çalışır. Günü-gündən ordumuz güclənir və bizim bölgələrdə düşmən hər nə qədər təxribata əl atsa da əsgər və zabitlərimiz vətənin keşiyində möhkəm dayanır. Ərazilərimizdə Ermənistanın terror qruplarının qalması, tez-tez törədilən təxribatlar ordudan daha yüksək hazırlıq, peşəkarlıq tələb edir. Ona görə də, Ali Baş Komandan bu tapşırıqları ordu qarşısına qoyub və ordumuz günü-gündən Prezidentin etimadını, inamını doğruldur". Fazil Mehdixanlı
Read more
Cəlil Xəlilov: “Laçın nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması bunu göstərir” “Laçın nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması göstərir ki, regionda sülhün təminatında maraqlı olmayan qüvvələr var”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verən hadisə Azərbaycanla Ermənistan arasında sülhün qarşısını almağa hesablanıb: “Erməni təxribatçılarının Laçın nəzarət-buraxılış məntəqəsini atəşə tutması Ermənistandakı bəzi qüvvələrin – separatçıların və rusiyapərəst dairələrin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalana biləcəyindən ciddi narahatlıq keçirdiyini göstərir. Əslində, bu olay iki tərəf arasında gərginliyi artırmaq, sülh prosesinə zərbə vurmağa hesablanıb. Bu cür insidentlərlə Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasının da qarşısını almağa çalışırlar. Baş verən bu hadisədə Rusiyanın da da məsuliyyət payı böyükdür. Çünki həmin ərazilərdə sülhyaratma missiyası 10 noyabr Bəyanatına əsasən rus hərbçiləri tərəfindən həyata keçirilir. Laçındakı nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması faktı göstərir ki, Rusiya tərəfi 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü missiyanı yerinə yetirə bilmir və ya yerinə yetirməkdə maraqlı deyil. Artıq məlum faktla bağlı Azərbaycanın müvafiq qurumları tərəfindən cinayət işi qaldırılıb, Laçın nəzarət-buraxılış məntəqəsindən keçid dayandırılıb. Ölkəmiz bu cinayəti törədənlərin tapılması və məsuliyyətə cəlb olunmasında israrlıdır. Odur ki, separatçıların, rusiyapərəst qüvvələrin bütün ciddi-cəhdinə rəğmən həmin şəxslər tapılaraq məsuliyyətə cəlb ediləcək, etdikləri əmələ görə qanun qarşısında cavab verəcəklər”.
Read more
Cəlilabad rayon Veteranlar Təşkilatı əmək və müharibə veteranlarının, yaradıcı ziyalıların və ictimai fəalların iştirakı ilə 15 iyun - Milli Qurtuluş günü ilə bağlı tədbir keçirib. Tədbirdən öncə Qurtuluş Gününə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Rayon Rəsm Qaleriyasının müdiri Elçin Nəzərov nümayiş olunan şəkillər barədə tədbir iştirakçılarına məlumat verib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov Azərbaycan xalqının həyatında həlledici rol oynayan bir məqamın - Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişinin tarixi əhəmiyyətindən geniş danışıb. O, vurğulayıb ki, vətəndaş müharibəsi və müstəqilliyimizi itirmək təhlükəsinin yarandığı bir vaxtda xalqın təkidli istəyilə bütün məsuliyyəti öz üzərinə götürən Ulu Öndər uzaqgörən siyasəti və diplomatik məharəti ilə xalqla dövlətin sarsılmaz birliyini yarada bildi və bununda nəticəsində ölkəmizin başı üstünü almış qara buludları dəf etdi, törədiləcək faciələrin qarşısını aldı. Dünyanı heyran qoyan bu dahi şəxsiyyətin müdrikliyi sayəsində ölkəmiz bütün fəlakətlərdən qurtuldu. "Qarabağ qaziləri" İctimai birliyinin rəhbəri Maşalla Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Əlövsət Tahirli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov, Əmək və Müharibə veteranları İsmayıl Quliyev, Əsəd Əliyev, Mirzəbala Hüseynov, Rəsul Bayramov, Qurban Əhməd, Böyükağa Həbibi, Kamran Sadıqov, Sakit İsayev və başqaları çıxış edərək bu il 100 illik yubileyini təntənə ilə qeyd etdiyimiz Heydər Əliyevin ölkəmizin və xalqımızın həyatında göstərdiyi misilsiz xidmətlərindən danışıb və bildiriblər ki, onun əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Read more
Səmyar Abdullayev: “15 iyun sadəcə xalqımızın deyil, dövlətimizin, dövlətçiliyimizin, mənəvi dəyərlərimizin xilası günüdür” Bu gün 15 iyun – Milli Qurtuluş Günüdür. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bu tarixi günlə bağlı saytımıza müsahibə verib. Həmin müsahibəni diqqətinizə çatdırırq: -Səmyar müəllim, bu gün 15 iyun Mill Qurtuluş Günüdür. Öncə bu günün siyasi-ictimai önəmi ilə bağlı düşüncənizi bilmək istərdik. -15 iyun haqlı olaraq ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu tarixi günün önəmini aydın dərk etmək üçün 1993-cü ilin 15 iyun tarixi ərəfəsində ölkəmizdə mövcud olan vəziyyətə nəzər salmaq kifayətdir. Bu, elə bir dönəm idi ki, ölkəmiz bir tərəfdən genişlənən erməni işğalına qarşı mübarizə aparmağa çalışır, digər tərəfdən daxildəki hərc-mərcilikdən, qarışıqlıqdan, xaos və qarşıdurmalardan əziyyət çəkirdi. Ölkəmizdə faktiki olaraq ciddi hakimiyyət boşluğu mövcud idi. Mərkəz hakimiyyətin zəifliyi, siyasi qüvvələrin böyük əksəryyətinin hakimiyyət uğrunda amansızcasına apardığı mübarizə faktiki olaraq xalqımızı, dövlətimizi həm xarici, həm də daxili düşmənlər qarşısında müdafiəsiz qoymuşdu. Daxildəki bəzi məkirli qüvvələr hakimiyyəti ələ almaq üçün qanunsuz silahlı dəstələr yaradır, bu dəstələrdən təzyiq vasitəsi kimi istifadə etməklə şəxsi ambisiyalarını gerçəkəşdirməyə çalışırdı. Məhz belə bir dönəmdə hakimiyyətə gələn Heydər Əliyev öz qətiyyəti, uzaqgörənliyi, siyasi səriştəsi sayəsində bütün bu problemləri aradan qaldırmağa nail oldu. Çox keçmədi ki, ölkə daixlindəki quldur dəstələri, qanunsuz silahlı birləşmlər tərk-silah edildi. Xalqı narazı salan, ölkəmizin milli maraqına xəyanət edən qüvvələr ifşa olundu. Güclü hakimiyyət formalaşdı, qanunların icrasına nəzarət artırıldı. Bütün sahələrdə özbaşınalığa, rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə həyata keçirildi. Bütün bu tədbirlər nəticəsində Azərbaycanın siması qısa zamanda əsaslı şəkildə dəyişdi, ölkəmizin tərəqqisi üçün əlverişli zəmin formalaşdı. -Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı erməni işğalına qarşı mübarizə baxımından hansı uğurlarla əlamətdar oldu? -Heydər Əliyev hər şeydən öncə erməni işğalının qarşısını almaq, bu işğalın genişlənməsini önləmək üçün nizami ordu formalaşdırmağa başladı. Hamıya məlum olduğu kimi, Ulu öndərin hakimiyyətə gəlişinə qədər ölkəmizdə vahid komandanlıq, nizami ordu yox idi. Bir çox yerli özünümüdafiə batalyonları, silahlı dəstələr ayrı-ayrı şəxslərin göstərişləri əsasında fəaliyyət göstərir, başlı-başlına hərəkət edirdi. Bu isə düşmənə qarşı mübarizənin effektivliyini azaldır, uğurlu hərbi əməliyyatlar təşkil etməyə imkan vermirdi. Buna görə də Heydər Əliyev güclü, nizami ordu qurucluğunu ən başlıca vəzifələrdən biri hesab edirdi. Bu səbəbdən də Ulu öndər hakimiyyətə gəlişinin ilk günündən etibarən bu yöndə mütəmadi addımlar atmağa başladı. Çox keçmədi ki, Azərbaycan Ordusunda güclü nizam-intizam bərqərar edildi. Bütün özünmüdafiə dəstələri, digər silahlı birləşmələr ləğv edildi və onların hamısı nizami ordunun ixtiyarına verildi. Azərbaycan Ordusu vahid komandanlıq altında fəaliyyətə başladı. Orduda döyüş əzmi, vətənpərvərlik əhval-ruhiyyəsi yüksəldildi. Bütün bu tədbirlərin nəticəsində 1994-cü ilin əvvəllərindən etibarən Azərbaycan Ordusu düşmənə qarşı daha inamla mübarizə aparmağa başladı. Atəşkəs sazişinin imzalandığı 1994-cü ilin may ayı ərəfəsində Azərbaycan Ordusu əks-hücuma keçərək bir sıra yaşayış məntəqələrini erməni işğalından azad etdi. Bütün bu uğurlar göstərdi ki, ordudakı ilkin islahatlar öz bəhrəsini verməkdədir və bu islahatların daha da genişlənməsinə lüzum var. -Səmyar müəllim, Heydər Əliyevin hakimiyyətə gəlişi xalqımızın mənəvi həyatı, milli-mənəvi dəyərlərimizin təbliği baxımından hansı yeniliklərə yol açdı? -Heydər Əliyevin atdığı ən mühüm addımlardan biri xalqın mənəvi birliyini, onun milli-tarixi ruhunun oyanışını təmin etməsi idi. Ulu öndər hesab edirdi ki, milli-mənəvi dəyərlərə bağlılıq tarix qarşısında ağır imtahanlar verən Azərbaycan xalqının həmrəyliyini artıracaq, onun xalq və dövlət olaraq qarşıya qoyduğu məqsədlərə nail olmasına, öz haqqı və hüququ uğrunda daha əzmlə mübarizə aparmasına, bütün müstəvilərdə qələbə qazanmasına kömək edəcəkdir. Ümumiyyətlə, Heydər Əliyev xalqın milli kimliyini qorumağı xalqın öz varlığını qoruması üçün başlıca şərt hesab edirdi və düşünürdü ki, bu kimliyi yalnız mənəvi dəyərlərə sadiqlik sərgiləmək, gənc nəsli bu dəyərlər əsasında tərbiyə etməklə qorumaq mümkündür. Təsadüfi deyil ki, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev milli-mənəvi dəyərlərimizin təbliği və inkişafına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təbliğinə xüsusi önəm verdiyi belə ideyalardan biri də azərbaycançılıq ideyası olmuşdur. Azərbaycançılıq ideyasının özünəməxsusluğu onun sadəcə milli yaddaşı oyatması, xalqın öz milli kimliyini bütün əzəməti ilə dərk etməsi deyil, həm də Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı vahid məqsəd – Azərbaycan Respublikasının maraqlarının qorunmasına səfərbər etməsi idi. Heydər Əliyev hesab edirdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı ana vətənə - Azərbaycana bağlı olmalı, onun müstəqilliyinin möhkəmlənməsi, tərəqqəsi üçün əlin dən gələni əsirgəməməlidir. Heydər Əliyev müstəqilliyi xalqımızın ən böyük uğuru hesab edirdi və düşünürdü ki, hər bir azərbaycanlı bu uğurun qorunması və inkişafına çalışmalıdır. Ulu öndər deyirdi: “İndi hər bir azərbaycanlı qürur hissi keçirdə bilər ki, mən azərbaycanlıyam, mənim millətim, mənim millətimin dövləti, ölkəm vardır. İsveçrədə, Almaniyada, Fransada yaşasam da, fərqi yoxdur, mənim xalqımın müstəqil dövləti var və dünya xalqları içərisində yerim vardır. Azərbaycan xalqının əsrin sonunda əldə etdiyi ən böyük nailiyyət budur”. Heydər Əliyevin “xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” kəlamı da Ulu öndərin dövlətimizə, onun müstəqilliyinə və bu müstəqilliyin qorunması istiqamətində hər bir azərbaycanlının hansı miqyasda mübarizə aparması gərəkdiyini əks etdirir. -15 iyun 1993-cü il tarixindən sonrakı dövrü həm də ölkə iqtisadiyyatının yüksəliş dönəmi kimi xarakterizə etmək mümkündürmü? -Şübhəsiz! 15 iyun tarixindən sonra həyata keçirilən islahatlardan biri də güclü iqtisadiyyatın formalaşdırılması istiqamətində qəti və mütəmadi addımların atılması oldu. Yenicə müstəqillik qazanan, torpaqlarının 20%-i ermənilər tərəfindən işğal edilən, iqtisadi-siyasi və hərbi baxımdan ciddi təbəddülatlar yaşayan, müstəqilliyinin beynəlxalq aləmdə tanınması üçün kövrək səylərini davam etdirən Azərbaycanda iqtisadi vəziyyət də kifayət qədər ağır idi. Bir tərəfdən ölkədaxili vəziyyəti həssaslıqla izləyən Heydər Əliyev, digər tərəfdən xarici təzyiqlərin qarşısını almağa çalışır, həmçinin, dağılan iqtisadiyyatı bərpa etmək, onu yeni, modern tələblər üzərində yenidən formalaşdırmağa səy göstərirdi. Ulu öndər yaxşı dərk edirdi ki, güclü dövlətin təməli güclü iqtisadiyyatdır. Dövlətin bütün digər istiqamətlərdə uğur qazanmasının əsas yolu güclü iqtisadiyyatdan keçir. Heydər Əliyev bu barədə deyirdi: “Hər bir ölkənin, xalqın həm yaşaması, həm də dövlətinin mövcud olması üçün əsas şərt onun iqtisadiyaytıdır”. Ümummilli liderin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı da Heydər Əliyevin güclü iqtisadiyyata verdiyi önəmi göstərir. 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev hər şeydən öncə Azərbaycanın iqtisadi baxımdan müstəqilliyinə nail olmaq, onu güclü iqtisadiyyata malik dövlətə çevirmək üçün sistemli addımlar atmış, tarixi nailiyyətlərə nail olmuşdur. Bu nailiyyətlərdən ən mühümü isə heç şübhəsiz 1994-cü ilin 20 sentyabr tarixində Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə müqavilənin imzalanması oldu. “Əsrin müqaviləsi” kimi xarakterizə edilən bu mübarizə Azərbaycan neftinin dünyanın iri neft şirkətləri ilə birlikdə istismarı, habelə, bu nefrin dünya bazarına çıxmasını təmin etdi. “Əsrin müqasviləsi” çərçivəsində ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, Türkiyə, Yaponiya və Səudiyyə Ərəbistanı ölkəmizə ümumi dəyəri milyardlarla dollar məbləğində investisiya qoymuş, respublikamızın iqtisadi simasını tamamilə dəyişmişdir. Bu müqavilə Azərbaycanın dünyanın ən qabaqcıl dövlətləri ilə geniş əməkdaşlığı üçün də əlverişli şərait yaratmışdır. Bu isə sadəcə iqtisadiyyatımızın inkişafı baxımından deyil, həm də dövlətimizin tanınması, onun beynəlxalq aləmə inteqrasiyanı baxımından olduqca vacib idi. Azərbaycan iqtisadiyyatının güclənməsi dövlətimizə bütün digər sahələrdə, eləcə də hərbi-siyasi müstəvidə güclənmək, özünü inkişaf etdirmək imkanı qazandırdı ki, bu da ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsi, xalqın təhlükəsizliyinin etibarlı şəkildə təmini baxımından olduqca vacib idi. Xatırladaq ki, məhz Heydər Əliyev tərəfindən təməli qoyulan tərəqqi modelinin Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etmiş, dövlətimizin ərazi bütövlüyü təmin edilmişdir. -Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda demokratiyanın inkişafına hansı töhfələri verdi? -Heydər Əliyevin yeni Azərbaycanın dövlətçilik irsi baxımından mühüm önəm kəsb edən ideyalarından biri də demokratiya və həqiqi müstəqillik ideyası idi. Demokratiyanı sərhədsiz azadlıq, məsuliyyətsizlik, xaos və qeyri-müəyyənlik hesab edən bəzilərindən fərqli olaraq, Ulu öndər demokratiyanı dəqiq sərhədlərə malik olduğunu bildirir, bu sərhədlərin konturlarını müəyyən edir: “Demokratiya hərc-mərclik deyildir, özbaşınalıq deyildir, xaos deyildir. Demokraiya yüksək mədəniyyət, yüksək nizam-intizam, vətəndaş həmrəyliyi, vətəndaşların bir-birinə hörməti, dövlət orqanlarına hörməti, dövlətin vətəndaşlarına hörməti, sayğısı və qayğısıdır”. Göründüyü kimi, Heydər Əliyev demokratiyanı yüksək mədəniyyət nümunəsi, dövlət və vətədnaşın bir-birinə qarşılıqlı hörməti kimi xarakterizə edirdi. Ulu öndərin firkincə, demokratiyanı itaətsizlik kimi təqdim etmək yanlışdır və bu cür təqdimat daxili sabitlik, vətəndşların rahatlığı və təhlükəsizliyi üçün təhdid yaradır. Heydər Əliyev yeni Azərbaycan dövlətinin həqiqi müstəqilliyinə ciddi önəm verir, onun müstəqil xarici siyasət yürütməsi üçün əsl iradə və prinsipiallıq sərgiləyirdi. Təsadüfi deyil ki, Ulu öndər bəzən Ermənistanın Azərbaycana təcavüzü qarşısında susqunluq sərgiləyən Rusiya, ABŞ kimi dünyanın qabaqcıl dövlətlərinə belə açıq iradını bildirir, onları ədalətli olmağa, ikili standartlardan uzaq durmağa səsləyirdi. Ümummilli lider Azərbaycanın müstəqilliyini qorumaq, onu inkişaf etdirmək üçün dövlətinə, bayrağına, tarixinə, ana dilinə, mədəniyyətinə bağlı vətənpərvər gənclik yetişdirməyi zəruri hesab edirdi Göründüyü kimi, yeni Azərbaycan dövlətinin banisi olan Heydər Əliyev öz fəaliyyəti ilə əsl vətənpərvərlik nümunəsi yaratmış, bütün zamanların ən böyük ideya nəhəngi olduğunu praktiki şəkildə isbatlamışdır. Illər, əsrlər keçsə də Heydər Əliyev ideyaları yaşayacaq, Azərbaycan xalqının gələcəyinə şəfəq saçacaqdır. Seymur ƏLİYEV
Read more
14 iyun 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib. Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin, eləcə də dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra tədbiri açıq elan edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov Milli Qurtuluş Gününün dövlətlilik tariximiz baxımından önəmi ilə bağlı geniş məruzə ilə çıxış edib, 1993-cü ilin 15 iyun tarixinin Azərbaycan tarixində yeni, mütərəqqi bir dönəmin əsasını qoyduğunu vurğulayıb: “1993-cü ilin 15 iyun tarixində Ulu öndərin siyasi hakimiyyətə qayıdışı birmənalı şəkildə Azərbaycanın dövlətçiliyinin, onun müstəqilliyinin xilası kimi qiymətləndirilməlidir. Çünki həmin tarixə qədər respublikamızın vəziyyətinin hərtərəfli mürəkkəbliyi, müstəqilliyimiz və təhlükəsizliyimizlə bağlı açıq təhdidlərin mövcudluğu göz önündə idi. Bir tərəfdən genişlənməkdə olan erməni işğalı, sayı yüz minlərlə ölçülən məcburi köçkün problemi, digər tərəfdən ölkə daxilində çoxsaylı qanunsuz silahlı dəstələrin mövcudluğu, siyasi hakimiyyət uğrunda müxtəlif qruplar arasında aparılan mübarizə Azərbaycanın gələcəyi ilə bağlı vəziyyəti ümidsiz edirdi. Məhz belə bir mürəkkəb zamanda hakimiyyətə gələn Heydər Əliyev qısa zamanda xalqımızın və dövlətimizin həyatında ciddi dönüşə nail oldu. Ulu öndərin səyi nəticəsində daxildəki bütün qarşıdurmalara, xaos və özbaşınalığa son qoyuldu. Nizami ordunun formalaşması, siyasi müstəqilliyimizin möhkəmlənməsi, iqtsiadiyyatımızn güclənməsi istiqamətində qəti və ardıcıl addımlar atıldı. Ümummilli liderin əzmi və fədakarlığı sayəsində Azərbaycan xalqı onun müstəqilliyini, birliyini, gələcəyini təhdid edən təhlükələrdən xilas oldu. Məhz bu səbəbdən də Azərbaycan xalqı haqlı olaraq 15 iyun tarixini Milli Qurtuluş Günü adlandırır, Ulu öndəri hər zaman böyük sevgi və ehtiram hissi ilə anır”. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Heydər Əliyev faktoruna diqqət yetirməklə yanaşı, Ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə diqqət çəkib: “Heydər Əliyev Azərbaycan xalqının xilaskarı və əbədi lideridir. Məhz onun siyasi səriştəsi, cəsarəti və əzmi sayəsində dövlətimiz bütün təbəddülatlardan uğurla çıxmağa nail oldu. Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz erməni işğalçılarını torpaqlaırmızdan qovaraq ərazi bütövlüyümüzü təmin etdi. Bu böyük zəfər bir daha sübut etdi ki, Heydər Əliyev ideyaları bu gün də yaşamaqdadır və Azərbaycan xalqı bu ideyalara sadiqdir”. “SOS” MMC-nin direktoru Anar Məmmədov da çıxışında Ümummilli liderin siyasi fəaliyətinə diqqət çəkib, bu fəaliyyətin Azərbaycanın yüksəlişi baxımından mühüm rol oynadığını vurğulayıb: “Ulu öndərin Azərbaycan xalqının və dövlətinin həyatında həlledici rol oynadığı, ölkəmizin tərəqqisi və təhlükəsizliyi baxımından mühüm uğurlara imza atdığı şübhəsizdir. Məhz Heydər Əliyev dühası sayəsində ölkəmiz XX əsrin sonlarında bir çox fəlakətlərdən xilas oldu, erməni işğalçıları ilə mübarizə fonunda öz müstəqilliyini daha da möhkəmləndirdi, dünya birliyinə inteqrasiya istiqamətində mühüm addımlar atdı. Heydər Əliyev ideyasına sadiq qalan gənclərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın etməklə bütün dünyaya sübut etdilər ki, Azərbaycan güclü dövlətdir və öz müstəqilliyini, ərazi bütövlüyünü qorumağa qadirdir”. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev, Təşkilatın əməkdaşı Rasim Mirzəyev, Nərimanov Rayon Təşkilatının sədri polkovnik Elşad Şabanov çıxış edərək Heydər Əliyevlə bağlı düşüncələrini dilə gətirib, Milli Qurtuluş Gününün tarixi önəminə qeyd ediblər. Tədbirin sonunda bir qrup 44 günlük Vətən müharibəsi veteranına üzvlük vəsiqələri təqdim olunub, xatirə şəkli çəkilib. Seymur ƏLİYEV Hey
Read more