Последние новости

Mayın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə təhsil alan əcnəbi tələbələrin Hərbi Qənimətlər Parkına səfəri təşkil olunub. Səfərdə Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan əcnəbi tələbələr də iştirak edib. Səfər çərçivəsində 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı qələbə barədə məlumat verilib. Qeyd olunub ki, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındasdır. Sonda iştirakçıların təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.
Читать далее
“Azərbaycan Böyük Vətən Müharibəsi illərində” kitabı faşizmə qarşı soydaşlarımızın mübarizəsindən bəhs edir Bu gün Rusiyadakı Azərbaycan diasporu adından Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilova kitab hədiyyə edilib. “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə və “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin Nərimanov rayon rəhbəri Ədhəm Məmmədov tərəfindən təqdim edilən “Azərbaycan Böyük Vətən Müharibəsi illərində” kitabında soydaşlarımızın faşizmə qarşı mübarizəsindən, bu mübarizədə sərgilədiyi qəhrəmanlqılardan bəhs edilir. Kitabın baş redaktoru Vəfa Quliyeva, ideya müəllifi isə Qasım Kərimovdur. Kitaba görə Rusiyadakı Azərbaycan diasporuna öz təşəkkürünü bildirən Cəlil Xəlilov, faşizmə qarşı mübarizə aparan soydaşlarımızın, onların qəhrəmanlığının gənc nəsillərə tanıdılması və təbliğinin vacib olduğunu qeyd edib. Sədr müavini bildirib ki, bu cür qiymətli kitablar keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayır, gənclərin babalarının qəhrəmanlıq ənənəsi əsasında tərbiyəsində müstəsna əhəmiyyət kəsb edir. Respublika Veteranlar Təşlilatının mətbuat xidməti
Читать далее
Respublika Veteranlar Təşkilatı Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib. Veteran.gov.az-a daxil olan başsağlı müraciətində deyilir: “Respublika Veteranlar Təşkilatı olaraq Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun vaxtsız vəfatı ilə əlaqədar olaraq mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir, səbr diləyirik. Azad Rəhimov xalqımızın ləyaqətli oğlu, dəyərli insan kimi cəmiyyətin sevdiyi, böyük hörmət və ehtiram göstərdiyi şəxsiyyət olub. Ölkəmizdə idmanın inkişafında, beynəlxalq miqyaslı mötəbər idman yarışlarının keçirilməsində Azad Rəhimovun böyük xidmətləri var. O, həm də veteranların yaxın dostu, onları hər zaman diqqət mərkəzində saxlayan qayğıkeş insan kimi yadda qalıb. Bu baxımdan Azad Rəhimovun vəfatını həm də veteranlarımız üçün böyük itki hesab edir, ona Allahdan rəhmət diləyirik. Əminik ki, Azad Rəhimovun idmanımızın inkişafındakı xidmətləri xalqımız tərəfindən daim minnətdarlıq hissi ilə yad ediləcək, məmnunluqla xatırlanacaqdır”. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti
Читать далее
Böyük Vətən Müharibəsində Azərbaycandan 700 min nəfərdən çox insanın iştirak etdiyi, onların faşizmə qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığı məlumdur. Hansı ki, ən müxtəlif peşə və sənət sahibi olan bu insanların hamısını birləşdirən yeganə amal vətəni düşməndən müdafiə etmək, bütün bəşəriyyəti təhdid edən faşizm kabusunu məhv etmək olub. 1941-ci ildə SSRİ-yə qarşı hücum əməliyyatına start verən faşist Almaniyası ilə müharibəyə səfərbər edilən soydaşlarımızdan biri də Əliyev Nəcəf Qafar oğlu olub. Hüquqi mübarizədən silahlı mübarizə meydanına doğru... 1907-ci ildə Naxçıvan şəhərində anadan olan Əliyev Nəcəf Qafar oğlu Ümumittifaq Hüquq İnstitutunu bitirib. Bundan sonra əmək fəaliyyətinə başlayan Nəcəf Əliyev məhkəmə orqanlarında çalışıb. Nəcəf Əliyev daha sonra əmək fəaliyyətini hüquq-mühafizə orqanlarında davam etdirib, MSSR prokurorluğunda müstəntiq vəzifəsinə təyinat alıb. Xidməti işindəki peşəkarlığına görə bir müddətdən sonra Naxçıvan MSSR prokurorunun köməkçisi vəzifəsinə təyin olunur. Ona SSRİ prokurorunun 411 nömrəli əmrinə əsasən I dərəcəli hüquqşünas rütbəsi verilir. Işlədiyi müddətdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olan Nəcəf Əliyev təhsilini qiyabi formada başa vurur. 1941-ci ildə Faşist Almaniyasının SSRİ-yə qəfil hücumu bütün sovet xalqlarının səfərbər edilməsinə səbəb olur. Bu səfərbərlik əsnasında prokurorluq əməkdaşı olan Nəcəf Əliyev də vətənin müdafiəsinə qoşularaq cəbhəyə yollanır. Bugünə qədər hüquqi müstəvidə mübarizə aparan Nəcəf Əliyevin həyatında silahlı mübarizə dövrü başlayır. Mozdok ətrafından Poltava çöllərinə, Kurskdan Xarkova doğru... Nəcəf Əliyev müharibə dövründə bir çox yaşayış məntəqılərinin müdafiəsində, habelə düşmən işğalından azad edilməsindən fəal iştirak edir. Mozdok, Kursk, Poltafa və Xarkov şəhərlərinin ətrafındakı döyüşlərdə özünü cəsur hərbçi, igid döyüşçü kimi göstərir. Taqanroq diviziyasının tərkibində ağır döyüşlərdə iştirak edən Nəcəf Əliyev1942-cilin dekabr ayında ağır yaralanır. O, 7 ay ərzində hərbi hospitalda müalicə alır. Nəcəf Əliyevin döyüşlərdə göstərdiyi şücaət hərbi komandanlıq tərəfindən yüksək qiymətləndirilir. Nəcəf Əliyev 1941-1942-ci illərdə düşmənlə mübarizədə göstərdiyi şüacətə görə “Almaniya üzərində Qələbə” medalı, “Böyük Vətən Müharibəsi” ordeni və digər orden və medallarla, yubiley medalları ilə təltif edilir. Nəcəf Əliyev 1992-ci ilin 14 mart tarixində Naxçıvan şəhərində vəfat edib. Qəhrəman döyüşçünün varisi... Nəcəf Əliyev vəfat etsə də, Böyük Vətən Müharibəsi iştirakçısının döyüşlərdə göstərdiyi qəhrəmanlıq tarixin yaddaşında həmişəlik hifz olunmaqda, gənc nəsillər tərəfindən öyrənilməkdədir. Bu gün qəhrəmanın nəvəsi Əliyev Nəcəf Sabir oğlu babasının adını layiqincə yaşadır, onun xatirəsini əziz tutur. Xalq hər bir döyüşçüsü, hər bir qəhrəmanı kimi Nəcəf Əliyevin də adını böyük hörmət və ehtiram hissi ilə anır və bundan əsrlər sonra da vətənini qanı-canı bahasına qoruyanları eyni sevgi ilə xatırlamaqda davam edəcək. Seymur ƏLİYEV
Читать далее
30 aprel saat 11:00 radələrində Respublika Veteranlar Təşkilatının inzibati binasında Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə Böyük Vətən Müharibəsi və 44 günlük Vətən müharibəsi iştirakçıları arasında faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Böyük Vətən Müharibəsi iştirakçıları, 44 günlük Vətən Müharibəsi qaziləri, Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Daha sonra Azərbaycan xalqının istər I Dünya müharibəsi, istərsə də II Dünya müharibəsində böyük qəhrəmanlıqlara imza atdığına diqqət çəkən Cəlil Xəlilov, minlərlə azərbaycanlının faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə keçmiş SSRİ-nin çoxsaylı orden və medalları ilə təltif edildiyini bildirb. Polkovnik İkinci Dünya Müharibəsi iştirakçısı Fatma Səttarovanın Respublika Veteranlar Təşkilatının sədri seçilməsindən sonra təşkilatın fəaliyyətində keyfiyyət etibari ilə yeni mərhələnin başlandığını qeyd edib. Fatma xanımın keçdiyi döyüş yolunun, həyat təcrübəsinin gəcnlərimiz üçün örnək təşkil etdiyini bildirən Cəlil Xəlilov, gənclərimizin Böyük Vətən Müharibəsi veteranlarından öyrənməli olduğu çox şeyin olduğunu vurğulayıb. Sədr müavini Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, “Könüllü gömrükçü” dəstəsinin rəhbəri Vüqar Əliyevin, habelə Gömrük könüllülərinin tədbirdə iştirakından məmnunluğunu bildirib. Cəlil Xəlilov qeyd edib ki, Dövlət Gömrük Komitəsi hər zaman veteranlara diqqət və qayğı göstərib, onlarla əməkdaşlığa xüsusi diqqət yetirib. Buna görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirən Cəlil Xəlilov, bu əməkdaşlığın yaxın gələcəkdə daha da genişlənəcəyinə inamını ifadə edib. Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova müharibə dönəmindəki xatirələrindən danışıb. Azərbaycan xalqının qəhrəman övladlarının İkinci Dünya Müharibəsində sovet torpaqlarının faşist işğalçılarından müdafiəsində yaxından iştirak etdiyinə diqqət çəkən Fatma Səttarova, 44 günlük Vətən Müharibəsinin Azərbaycan xalqının həyatında əlahiddə rol oynadığını bildirib. Fatma Səttarova gəncləri vətəni, xalqı, Ali Baş Komandanı sevməyin önəmindən danışıb: “44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq bütün dünyaya nümunədir. Gənclərimiz bu müharibədəki igidlikləri ilə vətəni, torpağı necə qorumaq lazım gəldiyini göstərdi. Onlar öz qəhrəmanlıqları ilə tarix yazdılar. Mən 100 yaşlı ana kimi qazilərimizin, şəhdilərimizn qarşısında baş əyirəm. Mən bütün gəncləri vətəni, torpağı sevməyə səsləyirəm. Azərbaycan torpağı Allahın sevdiyi, ona min bir bərəkət bəxş etdiyi torpaqdır. Bu torpağı sevməmək mümkün deyil. Torpağını, vətənini sevə bilməyən heç kimi, heç nəyi sevə bilməz. Vətən də, ana da müqəddəsdir. Ona görə də vətən uğrunda ölmək olar, amma onu kiməsə güzəştə getmək, torpaqdan pay etmək olmaz. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında Vətən Müharibəsində düşmən üzərindəki qələbə ilə bunun ən gözəl örnəyini verdi. Ali Baş Komandanımızı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı sevin. Çünki məhz onların əməyi, zəhməti sayəsində dövlətimiz indiki inkişaf mərhələsinə çatıb, torpaqlarımız işğaldan azad edilib, böyük quruculuq, abadlıq işləri həyata keçirilib”. Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev öncə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin veteranlara ünvanlanan təbrik məktubunu oxuyub. Daha sonra bütün veteranları qarşıdan gələn 9 may Qələbə Günü və Ramazan bayramı münasibəti ilə təbrik edən Vüqar Əliyev Respublika Veteranlar Təşkilatının fəaliyyətini yüksək qiymətləndirib, gəncləri təşkilatın fəaliyyətindən yaxından iştirak etməyə, veteranların təcrübəsini öyrənməyə səsləyib. 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində yeni səhifə açdığını bildirən Vüqar Əliyev, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yaxın gələcəkdə yeni inkişaf mərhələsinə qədəm qoyacağına inamını ifadə edib. Tədbirin sonunda xatirə şəkli çəkilib, veteranlara Dövlət Gömrük Komitəsinin gətidiyi bayram sovqatları paylanılıb. Seymur ƏLİYEV
Читать далее
Veteran.gov.az xəbər verir ki, 27 aprel 2020-ci il tarixində Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, o cümlədən Gənclər və İdman İdarəsinin nümayəndələri, rayon fəalları Sabirabad rayonu Qaralar kəndindən olan şəhid Balakişiyev Zamin Dadaş oğlunun məzarını ziyarət edib. Ziyarət əsnasında şəhid məzarına gül dəstələri qoyulub, vətən uğrunda şəhid olan hərbçilərimizin xalqın qəlbində, tarixin yaddaşında hər zaman yaşayacağı, minnətdarlıq hissi ilə xatırlanacağı vurğulanıb. Xatırladaq ki, 27 aprel şəhid Balakişiyev Zamin Dadaş oğlunun ad günüdür. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Читать далее
Veteran.gov.az xəbər verir ki, 28 aprel 2020-ci il tarixində Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, o cümlədən bir qrup Sabirabad rayon fəalı şəhid Ənnağıyev Babək Oqtay oğlunun məzarını ziyarət edib. Şəhid məzarına gül dəstələri və əkil qoyan ziyarətçilər Babək Ənnağıyev və vətən uğrunda müharibədə həlak olan bütün şəhidlərin ruhuna dualar oxuyub, onların qəhrəmanlığının gələcək nəsillərə örnək olacağını bildirib. Məlumat üçün qeyd edək ki, Respublika Veteranlar Təşkilatının Sabirabad rayon şöbəsi mütəmadi olaraq şəhid məzarlarını, o cümlədən şəhid ailələrinin ziyarətini həyata keçirir, qazilərlə görüşlər təşkil edir. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Читать далее
Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyətində sədr Fatma xanım Səttarova ilə Azərbaycan Respublikası Prokurorluğunda yeni yaradılmış Veteran Təşkilatının sədri Seyfulla Aslanovun görüşü olub. Görüşdən öncə Seyfulla Aslanova təşkilatın tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəilov, görülən işlər, həyata keçirilən layihələrdən danışıb. Görüşdə sədr təşkilatın fəaliyyəti, gördüyü işlər, qarşıda duran vəzifələr barədə qonağa məlumat verib. Fatma xanım Səttarova qeyd edib ki, Respublikanın Prokurorluq OrqanlarındaVeteranlar Təşkilatının yaradılması barədə dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, nədənsə onların təşəbbüsləri cavabsız qalmışdır. Lakin yeni Baş Prokuror, çox hörmətli Kamran Əliyevə müraciət edilən kimi dərhal reaksiya vermiş və qısa müddət ərzində Azərbaycan Respublikası Baş Prokurorluğunda Veteran Təşkilatı yaradılıb və onun sədri Seyfulla Aslanov seçilib. Qeyd olunub ki, prokurorluqda aparılan köklü kadr islahatı, prokuror nəzarətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində veteranların rolu mühüm əhəmiyyət kəsb edir. Gənc kadrların yetişdirilməsində, onların çətin və mürəkkəb vəziyyətlərdə peşəkarlıq səviyyəsinin artırılmasında, yeni məktəb və təcrübə mübadilələrinin aparılmasında, müsbət təcrübənin yayılmasında, veteranlarla gənclərin işgüzar görüşlərinin keçirilməsində, prokurorluq əməkdaşlarının sosial hüquqlarının genişləndirilməsində, maddi rifah halının yaxşılaşdırılmasında veteran təşkilatlarının rolunun gücləndirilməsi əhəmiyyətli dərəcədə aktuallaşıb. Son günlər prokurorluq əməkdaşlarının əmək haqqının iki dəfə artırılması, prokurorluğun cəmiyyətdə rolunun gecləndirilməsinə dair davamlı islahatlar ölkə rəhbərliyinin bu orqana verdiyi xüsusi diqqətin və əhəmiyyətin nəticəsi kimi dəyərləndirilə bilər. Bu yaxınlarda Baş Prokuror Kamran Əliyevin övladları itkin düşmüş valideynlərlə görüşü və onların qaldırdığı məsələlərin xüsusi nəzarətə götürməsi, müvafiq qanuni göstərişlər verməsi cəmiyyətdə təqdirdə qarşılanıb. Yerlərdə də rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi respublika əhalisi tərəfindən yüksək qiymətləndirilir, prokurorluğa olan inamın və etibarın artmasına təsir göstərir. Yekunda Fatma xanım Səttarova Prokurorluğun Veteran Təşkilatının sədri seçilmiş Seyfulla Aslanova işində uğur arzulayıb, əlverişli şərait yarandıqda Baş Prokuror Kamran Əliyevi Veteranlarla görüşməyə dəvət edib. Görüşdə sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov və Təşkilatın hüquq və kadr şöbəsinin müdiri, hüquq elmləri doktoru professor Bəhram Zahidov da iştirak edib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Читать далее
Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev 22 aprel 2021-ci il tarixində Bakı şəhəri Pirallahı rayonunda tədbirdə iştirak edib. Tədbirdə qazilərlərlə bərabər, İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, İcra Hakimiyyətinin şöbə müdiri Anar Babayev,YAP-ın Pirallahı rayon təşkilatının sədri Əli Kərimov, İcra Hakimiyyətinin humanitar şöbə rəisi Arzu Abdullayev, İcra Hakimiyyətinin Veteranlarla iş şöbəsinin əməkdaşları Sübhay Məmmədov və Tural Cəfərov, Pirallahı rayon VT-nın sədri Xəqani Şirinov, Pirallahı rayonu Qızıl Aypara cəmiyyətinin sədri Təranə İskəndərova iştirak edib. Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyətinin birinci müavini Vəzir Səfixanov qonaqları salamlayıb, onları tədbir iştirakçılarına təqdim edib. İlk öncə söz Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 44 günlük müharibədə Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığa diqqət çəkən Adil Haqverdiyev, Ali Baş Komandanın rəhbərliyi altında hərbçilərimizin düşməni darmadağın etdiyini, uzun illərdir ki, işğalda qalan torpaqların azad edildiyini bildirib. Şöbə müdiri qeyd edib ki, bu tarixi qələbəyə kölgə salmağa çalışan qüvvvələrə öz yerini göstərməli, bundan sonra da Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdə davam etməliyik. Tədbirin sonunda ,,Dəmir yumruq,, filim nümayiş edilib, xatirə şəkli çəkilib.
Читать далее
Cəlil Xəlilov: “Türkiyəyə qarşı bu təzyqilər heç bir nəticə verməyəcək” “Azərbaycan hər zaman olduğu kimi, bundan sonra da Türkiyəni dəstəkləməkdə davam edəcək” ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanıması Türkiyə ilə yanaşı, Azərbaycan cəmiyyətində də ciddi etirazla qarşılanıb. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Veteran.gov.az-a açıqlamasında bunu tarixi həqiqətlərin kobud təhrifi kimi dəyərləndirib: “Təbii ki, 1915-ci il hadisələrini bu şəkildə dəyələrəndirmək, ermənilərə qarşı guya hanssıa soyqırımın həyata keçirildiyini iddia etmək tarixi həqiqətləri kobud şəkildə təhrif etmək, məqsədli şəkildə görməzdən gəlmək deməkdir. Çünki 1915-ci il olaylarının mahiyyəti bütün dünya, o cümlədən ABŞ üçün kifayət qədər aydındır. Hər kəsə məlumdur ki, nə 1915-ci ildə, nə də ondan əvvəl və sonra Osmanlı dövləti ərazisində, Türkiyədə ermənilərə qarşı hər hansı zorakılıq, təzyiq və soyqırım baş verməyib. Əksinə, ermənilərin özü türklərə, azərbaycanlılara qarşı 1915-1918-ci illərdə soyqırım həyata keçirib, minlərlə günahsız mülki vətəndaşı amansızcasına, bir-birindən ağır işgəncələrlə qətlə yetiriblər. İndi ABŞ prezidentinin tarixi həqiqəti danaraq 1915-ci il olaylarını “erməni soyqırmı” kimi dəyərləndirməsi hər şeydən öncə bu ölkədə erməni lobbisinin, erməni diaspor təşkilatlarının nüfuzu və təzyiqi kimi qiymətləndirilməlidir. Bu fakt onu göstərir ki, özünü dünyaya “demokratiyanın beşiyi” kimi təqdim edən ABŞ-da lobbi təşkilatlarının gücü qarşısında ən böyük, inkaredilməz həqiqət belə davam gətirə, həyata vəsiqə ala bilmir. Ancaq bu da bir həqitədir ki, bu məsələni sadəcə erməni lobbisinin gücü ilə əlaqələndirmək də yanlış olur. Şübhəsiz, bu qərarın arxasında həm də ABŞ-ın öz maraqları, gələcəyə yönəlik niyyət və planları dayanır”. Cəlil Xəlilov qeyd edib ki, ABŞ-ın bu addımı atmaqla Türkiyəyə təzyiq göstərməyə çalışır: “ABŞ hökumətinin belə bir addım atmasının arxasında tamamilə müstəqil siaysət yürüdən, sadəcə regionda deyil, bütün dünyada ciddi güc mərkəzinə çevrilən Türkiyəyə təzyiq göstərmək, onun mövqelərini zəiflətmək məqsədi daşıyır. Görünən odur ki, qardaş Türkiyənin regiondakı aktivliyi, o cümlədən Vətən müharibəsində ölkəmizə verdiyi mənəvi-diplomatik dəstək bəzi qlobal gücləri məmnun etmiş deyil. Bu səbəblə də onlar müxtəlif yollarla Türkiyəyə təzyiq göstərməklə rəsmi Ankaranın fəaliyyətini “çərçivəyə salmağa” çalışırlar. Lakin undurular ki, bu gün onların qarşısında böyük hərbi, iqtsisadi, siyasi və diplomatik gücə malik olan güclü Türkiyə dövləti dayanıb. Bu gün Türkiyənin hörmətli Rəcəb Tayyib Ərdoğanın timsalında çox güclü, qətiyyətli, uzagörən, vətənpərvər prezidenti var. Odur ki, Türkiyəyə təzyiq göstərməyə çalışanların nəyəsə nail olması mümkün deyil”. Sədr müavini bugünə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın Türkiyəyə dəstək verməkdə davam edəcəyini bildirib: “Məlum olduğu kimi, Azərbaycan və Türkiyə sadəcə indi deyil, tarixin bütün keşəkeşli dönəmlərində bir-birlərinə dəstək olub, bir-birlərinə qardaş yardımı göstəriblər. Bu baxımdan, hazırda Türkiyəyə yönəlik təzyiqlərə Azərbaycanın sərt təpgi verməsi, qardaş türk xalqı ilə həmrəylik sərgiləməsi tamamilə məntiqli və anlaşılandır. Çünki ABŞ erməni yalanını müdafiə etməklə, Türkiyəni heç vaxt etmədiyi cinayətdə ittiham etməklə sadəcə Türkiyəni deyil, 300 milyondan çox türk dünyasının qınaq və qəzəbinə səbəb olub. Türkiyənin mənafeyinə zidd hər hansı bir addım, həm də Azərbaycanın, bütün türk dünyasının mənafeyinə zərbə deməkdir. Məhz buna görə də Co Baydenin məlum açıqlamasından dərhal sonra Azərbaycanda yüzlərlə ziyalı, millət vəkili, ictimai-siyasi xadim Türkiyəyə dəstək xarakterli bəyanatlar verərək ABŞ prezidentinin ermənipərəst bəyananatını lənətləmiş, bunu tarixin təhrif edilməsi kimi qiymətləndirmişdir. Bu baxımdan ABŞ bu böyük yanlışı ortadan qaldırana qədər Azərbaycanın Türkiyəyə dəstəyi davam edəcək. Azərbaycanın Türkiyəyə verdiyi bu dəstək bütün türk dünyasının maraq və mənafeyi baxımından son dərəcə önəmlidir. Bu, türk dünyasının mənəvi-siyasi birliyini ortaya qoymaqla, Türkiyənin tək olmadığını, onu dsətəkləyən dövlətlərin mövcudluğunu göstərir. “Bir millət iki dövlət” prinsipinin bizdən tələb etdiyi də məhz budur”. Seymur ƏLİYEV
Читать далее
Bu gün Respublika Veteranlar Təşkilatında Mədəniyyət Nazirliyinin təşəbbüsü və “Respublika Xatirə Kitabı” redaksiyası əməkdaşları tərəfindən hazırlanan “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan kitabın baş redaktoru Nəzakət Məmmədova kitabda yer alan məqalələr haqqında ətraflı məlumat verib, Azərbaycan xalqının Böyük Vətən müharibəsindəki xidmətlərinə diqqət çəkib. Xalqımızın hərb tarixinin qəhrəmanlıqlarla zəngin olduğunu bildirən Nəzakət Məmmədova, ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qalibiyyətin də bu gerçəyin növbəti təsdiqi olduğunu vurğulayıb. Respublika Veteranlar Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov və təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev xalqımızın qəhrəmanlıq tarixindən bəhs edən kitabın önəminə toxunub, bunun gənc nəslin maarifləndirilməsi, tarixi həqiqətlərin üzə çıxarılması, xalqımızın cəsur oğullarının şücaətləri ilə bağlı beynəlxalq ictimaiyyətin daha dolğun məlumatlandırılması baxımından mühüm rol oynadığını qeyd edib. Daha sonra çıxış edən “Respublika Xatirə Kitabı” redaksiyasının əməkdaşı Hikmət Məlikzadə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əldə etdiyi tarixi qələbəyə diqqət çəkib, Azərbaycan xalqının XX əsrin ortasında faşizmə qarşı sərgilədiyi qəhrəmanlığı XXI əsrin əvvəllərində erməni faşizminə qarşı mübarizədə təkrarladığını bildirib. Tədbirdə çıxış edən “Respublika Xatirə Kitabı” redaksiyasının əməkdaşı Vüqar Əsgərov kitabda Azərbaycan dili ilə yanaşı, rus dilində də məlumatların yer aldığını bildirib. Qeyd edib ki, bu faktor faşizmə qarşı mübarizə aparan azərbaycanlıların beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Respublika Veteranlar Təşkilatının Veteranların sosial müdafiəsi şöbəsinin müdiri Telman Babayev isə II Dünya müharibəsində faşizmə qarşı mübarizədə iştirak edən azərbaycanlıların sayının 700 mindən çox olduğunu vurğulayıb, bu sahədə tədqiqatların davam etdirilməsinin vacibliyini qeyd edib. Respublika Veteranlar Təşkilatının Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Samir Musayev isə qeyd edib ki, “Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən hazırlanan kitabdan daha səmərəli istifadə etmək, Azərbaycan xalqının faşizmə qarşı mübarizədəki xidmətlərini dünyaya çatdırmaq üçün sözügedən kitabın XİN vasitəsi ilə xarici ölkələrdəki səfirliklərimizə çatdrırılması faydalı olardı. Maraqlı müzakirələr şəraitində keçən tədbirin sonunda iştirakçılara “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabı təqdim edilib, xatirə şəkli çəkilib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Читать далее
Bu gün Respublika Veteranlar Təşkilatının inzibati binasında 44 günlük Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib. Tədbirdən öncə vətən uğrunda şəhid olan hərbçilərimizin ruhui bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ordumuzun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlığa diqqət çəkib, bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirib. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun cəmi 44 gün içində düşmənin 30 il ərzində möhkəmləndirdiyi istehkamları, gücləndirilmiş müdafiə xəttini yarıb keçdiyinə diqqət çəkən Cəlil Xəlilov, hərbçilərimizin sərgilədiyi peşəkarlığın dünyanın ən qabqcıl dövlətlərini də heyrətləndirdiyini vurğulayıb. Prezident İlham Əliyevin şəhid ailələrinə, qazi və veteranlara böyük diqqət və qayğı göstərdiyini qeyd edən Respublika Veteranlar Təşkilatının sədr müavini, Vətən müharibəsində olduğu kimi, bundan sonra da cəmiyyətimizin, o cümlədən onun bir hissəsi olan veteran və qazilərin ölkə başçısına dəstək verməsinin, onun ətrafında sıx birləşməsinin zəruriliyini qeyd edib. Həmçinin, sədr müavini bildirib ki, Respublika Veteranlar Təşkilatı hər bir veteran və qazini narahat edən, onları maraqlandıran məsələ və problemlərin həllinə dəstək verməyə, onlarla əlaqədar dövlət qurumları arasında koordinasiya yaratmağa hazırdır. Polkovnik Respublika Veteranlar Təşkilatı və onun yerlərdəki şöbələrinin qapısının bugünə qədər olduğu kimi, bundan sonra da qazi və veteranların üzünə açıq olduğunu bildirib. Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova öncə Böyük Vətən Müharibəsində xalqımızın faşizmə qarşı apardığı mübarizəyə diqqət çəkib: “Azərbaycan xalqı digər sovet xalqları ilə birlikdə 1941-1945-ci illərdə faşizmə qarşı müharibədə aktiv iştirak edib, bu müharibədə böyük qəhrəmanlıqlara imza atıb. 44 günlük müharibədə isə Azərbaycan xalqının qeyrətli oğulları müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə apardı. Bu müharibədə iştirak edən hər bir qazi, hər bir veteran bizim üçün əziz və dəyərlidir. Onları dəyərli edən isə vətənimiz, xalqımız, bayrağımız uğrunda vuruşmasıdır. Mən qazilərimiz önündə, onların göstərdiyi qəhrəmanlıq qarşısında baş əyirəm. Vətən müharibəsində Ali Baş Komandan 44 gün ərzində hərbi mundiri əynindən çıxarmadı. İlham Əliyev dünyada yeganə prezidentdir ki, bütün müharibə boyu əsgəri ilə çiyin-çiyinə döyüşdü, onunla bir yerdə oldu, hərbçi paltarını əynindən çıxarmadı. Biz Ali Baş Komandanımızla fəxr edir, qürur duyuruq”. Daha sonra çıxış edən Vətən müharibəsi qaziləri Namiq Rufullayev və Elçin Əhmədov müharibə ilə bağlı xatirələrini danışıb, dövlətin qazilərə olan dəstəyindən bəhs edib. Respublika Veteranlar Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov və təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev təşkilatın hüquqi və digər məsələlərdə qazilərə dəstək verməyə hazır olduğunu qeyd edib. Tədbirin sonunda qazilərin bir qismi təşkilata üzv qəbul edilib, xatirə şəkli çəkilib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Читать далее