Последние новости

Когда встречаются лидеры государств, общественность всегда пытаемся выяснить смысл и значение этих встреч, их актуальность и востребованность для страны, для ее будущего. Тем более, когда речь идет о встрече с Президентом великой страны, известным и популярным сейчас в мире политическим деятелем Владимиром Путиным. Президент России 27-28 сентября находился в Баку с рабочим визитом. Совместно с Ильхамом Алиевым он открыл IX Российско-азербайджанский форум регионов, в котором принимали участие более тысячи человек, потом смотрел финальные соревнования 32-го чемпионата мира по дзюдо и очень высоко оценил их организацию. Главы двух государств общались с главами регионов, выступили перед ними. Отдельно состоялась закрытая встреча президентов. В своем выступлении на Форуме Президент Азербайджана Ильхам Алиев, на мой взгляд, выразил искреннее мнение населения Азербайджана, сказав, что мы всегда очень рады высокому гостью из России. И это не случайно. С великим северным соседом нас связывают более двухсотлетняя история. В этой истории были и трагические, драматические страницы, и много позитивных станиц, духовно объединивших наши народы. Неоспоримо, что Россия оказала существенное влияние на становление и развитие современного Азербайджана. И сейчас для нас Россия, действительно, очень важный и ценный партнер. Впечатляют достигнутые конкретные результаты и масштабы ожидаемого взаимовыгодного сотрудничества в экономической, транспортной, энергетической, гуманитарной областях. Вместе с тем нельзя молчаливо обойти карабахскую проблему. Армения живет за счет России. Совершенно очевидно, что Россия может однозначно потребовать от Армении вывести свои вооруженные силы с оккупированных территорий Азербайджана, как того требуют соответствующие резолюции Совета Безопасности ООН и других международных организаций. При этом Азербайджан готов соблюдать интересы армянского населения Карабаха, гарантируя их автономное существование и развитие на самом высоком уровне. Если мировая армянская диаспора действительно заботится о судьбе соотечественников, то должна понять, что будущее Армении, ее цивилизованное развитие требуют соблюдения добрососедских отношений с соседними странами. Миссия Россия в данном случае донести до сведения своего «стратегического союзника» эту банальную истину. Азербайджан ждет от России решительных миротворческих усилий. Абсолютно не в интересах России вспышка новой войны в Закавказье. Азербайджанские просветители считали, что знание русского языка необходимое условие доступа к мировой культуре, западной философии и науке. Ценилась служба в русской армии, получение образования в Петербурге, Москве… Эти мысли, по существу, стали архетипами азербайджанской культуры. И сейчас, несмотря на возможность учиться, работать в западных странах, азербайджанцы преимущественно ориентированы на Россию. Русский язык, русская культура у нас высоко ценится. И в отличие от других стран СНГ в Республике не сокращаются, а открываются все новые и новые школы на русском языке. Молодое поколение ориентировано на знание трех языков: родного – азербайджанского, русского и английского. В этом отношении примером для них является Президент Азербайджана Ильхам Алиев, свободно владеющий несколькими языками. Язык, как считал немецкий философ Мартин Хайдеггер, дом бытия. И этим домом для азербайджанцев, благодаря полилингвизму, может стать весь мир. ДЖАЛИЛ ХАЛИЛОВ, полковник, заместитель председателя Организации ветеранов войны, труда и Вооруженных сил Азербайджанской Республики, докторе философии по политическим наукам.
Читать далее
Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsini icrası çərçivəsində ilk tədbirini keçirmişdir. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, vətən yolunda canından keçmiş şəhidlərimizin, vətən qarşısında əvəzsiz xidmətləri olan şəxslərin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ edilməsidir. Tədbir Azərbaycan Respublikasının dövlət himninin sələnməsi ilə başlamış, şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müvini polkovnik Cəlil Xəlilov lahiyə barəsində, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Təşkilatın fəaliyyəti, keçirilən tədbirlər məlumat vermiş, bu sahədə veteranların üzərinə düşən vəzifələrdən danışmışdır. Cəlil Xəlilov çıxışına davam edərək demişdir: “Bu gün biz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” adlı layihənin ilk tədbirinə toplaşmışıq. Şəhidlərimizə həsr olunmuş belə layihələr mühüm əhəmiyyət kəsb edir. Çünki şəhidlər babaların bizlərə əmanət etdiyi yurdu canları, qanları bahasına müdafiə ediblər. Onlar Vətəni yaşatmaq naminə qanlı döyüşlərə atılıblar. Düşmənə ağır zərbələr vuraraq Azərbaycanın qəhrəmanlıq, mərdlik tarixinə yeni, silinməz səhifələr yazıblar. Hər birimiz bu gün də, sabah da onlar qarşılarında minnətdarlıq borcumuzu yerinə yetirməli olduğumuzu bir an da unutmamalıyıq. Xüsusilə gənclər onların hər birinin həyat yolu, döyüş yolu barədə məlumatlı olmalı, Vətəni, xalqı müdafiə etməkdə yeri gəlsə hər cür fədakarlığa hazır olmalıdırlar. Bu yolda həyatını fəda edənlərin əbədi yaşamaq haqqı var. Respublika Veteranlar Təşkilatı belə tədbirləri yalnız layihələrlə əlaqədar deyil, il ərzində müvafiq Tədbirlər Planı əsasında müntəzəm olaraq keçirir. Layihələrə gəlincə, biz 2016-cı ildə “Qarabağ müharibəsi qəhrəmanlarını tanıyaq və tanıdaq” adlı layihə də həyata keçirmişdik. Bu çərçivədə ölkənin 4 regionunda əsasən gənclərin iştirakı ilə silsilə tədbirlər keçirilmişdi. İndiki tədbirlərdə də həm Qarabağ, həm də Aprel şəhidlərinin həyat və döyüş yolundan söhbət açılacaqdır. Ümumiyyətlə vətənpərvərlik tərbiyəsi, gənclərin xalqımızın qəhramanlıq, dövlətçilik tarixinə sədaqət, məhəbbət ruhunda tərbiyə olunması Təşkilatımızın başlıca vəzifəsidir. Bu baxımdan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi və bu günü, qəhrəman oğullarımızın nəsillərə örnək olacaq yolunun təbliği bizim daim diqqət mərkəzimizdədir. Şəhidlərimiz haqqında biz hər gün, hər saat danışmalı, onların daim xatırlanmalarına nail olmalıyıq. Yeniyetmə və gənclər bu işdə daha fəal olmalı, onların adına layiq insanlar kimi yetişməyə çalışmalıdırlar. Layihə çərçivəsində görüşlərimiz davam edəcək, ali və orta məktəblərdə belə tədbirlər keçiriləcəkdir. Biz şəhidlərimizə həsr olunmuş bir kitabça da hazırlamışıq”. Tədbirdə Respublika Veteranlar Təşkilatının əməkdaşları ehtiyatda olan polkovniklər Adil Haqverdiyev, Lətif Babayev, şairə Güləmail Murad, polis orqanlarının veteranı e.o polkovnik-leytenant Zakir Məmmədov və başqaları çıxış edərək şəhidlərimizin xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşadacağını, yeniyetmə və gənclərimizin onların həyat və döyüş yolunu öyrənmələrinin mühüm əhəmiyyət kəsb etməsini qeyd etmiş, yeni nəslin üzərlərinə düşən vəzifənin məsuliyyətlərini dərindən dərk etdiklərinə, torpaqlarımızın erməni işğalından azad olunması üçün hər cür fədakarlığa hazır olacaqlarına əminlik ifadə etmişlər. Həmçinin bildirilmişdir ki, Təşkilatın layihəni həyata keçirməkdə məqsədi həm də müasir yeniyetmə və gəncliyimizə vətənpərvərlik hisslərinin daha dərindən aşılanmasına nail olmaqdır. Tədbirin sonunda iştirakçılara qəhrəman şəhidlərimizə həsr edilmiş marifləndirici bukletlər paylandı, gənclərlə veteranların birgə xatirə şəkli çəkdirildi.
Читать далее
İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Respublika Veteranlar Təşkilatı “Qələbənin Varisləri” Beynəlxalq İttifaqı ilə birlikdə Bakı şəhəri Binəqədi rayon 83 nömrəli və Səbayıl rayon 189 nömrəli orta məktəblərdə 2018-ci il sentyabr ayının 21-də dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırş təntənəli yığıncağı keçirmişdir. Səbayıl rayon 189 nömrəli məktəbin direktoru Ceyran Quliyeva və Binəqədi rayon 83 nömrəli məktəbin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Nəbi Mahmudov, İkinci Dünya müharibəsi veteranları Ulduz Kəngərli, İsmayıl Fərəcov, Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, Təşkilatın əməkdaşları ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Telman Babayev, Nəbi Hacıyev, İsmayıl İsmayılov, Binəqədi rayon Veteranlar Təşkilatının sədri Telman Hətəmov, Binəqədi və Səbayıl rayon İcra Hakimiyyətlərinin nümayəndələri iştirak etmişlər. Tədbirlərdə həmçinin hər iki təhsil ocağının şagird və müəllim kollektivi, veteranlar Təhsil Nazirliyinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış etmişdir. O demişdir: “İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr vermiş Azərbaycan Respublikasının bu beynəlxalq tədbirdə iştirak etməsi təbiidir. Azərbaycan xalqı qələbə naminə 340 minə yaxın övladını itirib, on minlərlə soydaşımız yaralanıb, minlərlə soydaşımız itkin düşüb. Azərbaycan xalqı İkinci Dünya müharibəsində təkcə cəbhəyə yola saldığı 700 min nəfər oğul və qızı, 5 milli diviziyası: 77-ci dağatıcı, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları, ümumən 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi ilə iştirak etməyib. Xalqımız elliklə bu müharibəyə qoşulmaqla qələbəyə böyük töhfələr verib. Buna görə də böyük qələbədə danılmaz payı olan xalqımızın belə tədbirlərə qoşulması və ev sahibliyi etməsi onun mənəvi haqqıdır. Bu gün keçirilən təntənəli aksiya həm də xalqımızın bir daha dünyaya sülh mesajları çatdırmasıdır. Bizim 20 faiz torpaqlarımızın bu gün Ermənistan hərbi birləşmələrinin işğalı altında olması da belə tədbirlər çərçivəsində dünya ölkələrinin, beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırılır. Ermənistanın birmənalı olaraq təcavüzkar, işğalçı dövlət kimi tanıdılmasına, bununla isə Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq dəstəyin daha da güclənməsinə nail olmalıyıq. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu müqəddəs işə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız da dəstək verməlidir. Mən bugünkü tədblərin təşkilində fəal iştiraklarına görə Respublika Veteranlar Təşkilatının rəhbərliyi adından 189 və 83 nömrəli məktəblərin direktorlarına, pedoqoji kollektivlərinə, şagirdlərə minnətdarlığımı bildirirəm. Veteranlarımıza çox sağ olun deyirəm ki, onlar yaşlarının ahıl çağında da daim belə tədbirlərdə həvəslə iştirak edirlər”. Daha sonra II Dünya müharibəsi veteranı Aleksandr Qritiçenko, məktəbin direktoru Ceyran Quliyeva, Respublika Veteranlar Təşkilatının əməkdaşları, məktəbin müəllimləri çıxış etmişlər. Çıxış edən natiqlər Beynəlxalq sülh günündə keçirilən bu tədbirin əhəmiyyətindən, Azərbaycan dövlətinin sülhsevər siyasətindən, xalqımızın məcburən müharibəyə cəlb edilməsinə baxmayaraq, daim sülh tərəfdarı olmasından və bu istəklə yaşamasından danışmışlar. Sonra hər iki təhsil ocağının şagirdləri İkinci Dünya müharibəsi, Qarabağ və digər müharibələrdə həlak olmuş, itkin düşmüş azərbaycanlıların xatirəsinin yad edilməsi ilə əlaqədar hazırlanmış şarları havaya buraxmışlar. Həmin gün Bakı vaxtı ilə saat 16:00 və 16:30-da hər iki təhsil ocağının nümayəndələri, veteranlar dünyanın 60-dan çox ölkəsinin təmsilçilərinin qoşulduğu videokanfransda iştirak etmiş, bir daha Azərbaycan Respublikasının dünyada sülhün bərqərar olması sahəsindəki dəyişməz mövqeyini və xalqımızım sülh, əmin-amanlıq istəklərini bəyan etmişlər. Videokanfranslarda hər iki təhsil ocağının direktorları, Ceyran Quliyeva, Nəbi Mahmudov, RVT-nin nümayəndələri, II Dünya müharibəsi veteranları Ulduz Kəngərli və Aleksandr Qritçenko, məktəblilər Əzim Niyazov, Nəzrin Mehdizadə, Fidan Mahmudlu və başqaları ingilis və rus dillərində çıxış etmişlər. Həmçinin məktəblilər sülh haqqında mahnı ifa etmişlər.
Читать далее
Azərbaycan öz coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, inkişaf etmiş iqtisadiyyatı, rus mədəniyyəti ilə ənənəvi əlaqələri baxımından Rusiya üçün böyük maraq və dəyər kəsb edir. Xüsusən ona görə ki, respublikada rus dili, birgə tarix, iki yüz il ərzində xalqlarımızı birləşdirən nə varsa, hamısı qayğı ilə əhatə olunub və qorunur. Bu fikri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində Azərbaycan və Rusiya prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünü şərh edərkən söyləyib. Şübhəsiz ki, yüksək səviyyədə müntəzəm görüşlər dövlətlərarası münasibətlərə dinamizm verir, lakin indiki halda bu münasibətlər fundamental əhəmiyyətə malikdir. Hər iki dövlətin başçısı öz çıxışlarında iki ölkə arasında əlaqələrin strateji xarakterini vurğulayıb. Cəlil Xəlilov qeyd edib ki, biznes sahəsindən siyasətə keçən "strateji tərəfdaşlıq" termini iki ölkənin fəaliyyətinin əlaqələndirilməsinin yüksək formasını, siyasi, sosial, mədəni, iqtisadi sahələrdə resursların qarşılıqlı səmərəli kooperasiyasını göstərir. Azərbaycan və Rusiya arasında əlaqələr strateji tərəfdaşlığın ruhuna və məzmununa tamamilə uyğundur. İqtisadiyyatın və mədəniyyətin bir çox sahələrində Azərbaycanın Rusiya ilə əməkdaşlıq perspektivləri təqdirəlayiqdir. Belə ki, investisiyalar, ticarət əlaqələri, nəqliyyat kommunikasiyaları genişlənir, humanitar və turizm sahəsində əlaqələr dərinləşir. 2017-ci ilin yekunlarına görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiya qeyri-neft sektorunda idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. Rusiyanın bir çox şirkətləri Azərbaycanda uğurla işləyir. Energetika, maşınqayırma, kimya, əczaçılıq sənayesi sahələrində kooperasiya dərinləşir. Cənubi Asiyanı və Yaxın Şərqi Avropa ilə birləşdirəcək "Şimal-Cənub" qitələrarası nəqliyyat dəhlizinin yaradılması üzrə birgə işlər böyük beynəlxalq əhəmiyyət daşıyır. Azərbaycanın bilavasitə Rusiyanın regionları ilə fəal əməkdaşlığı diqqət çəkir. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla iqtisadi, mədəni əlaqələr saxlayır. Elm, təhsil, ədəbiyyat və incəsənət sahələrində çox geniş əlaqələr mövcuddur. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan Rusiyanın geostrateji maraqlarına anlaşıqlı yanaşır. Rusiya da öz növbəsində, Qarabağ problemi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faiz işğal edilməsi ilə bağlı Azərbaycanın narahatlığını bölüşür. "Azərbaycan ictimaiyyəti bu münaqişənin həllində Rusiyanın daha fəal iştirakına ümid bəsləyir. Rusiya öz hərbi müttəfiqi Ermənistana Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılmasına dair BMT qətnamələrini icra etməklə bağlı birmənalı təsir göstərə bilərdi. Biz bu istiqamətdə Rusiya tərəfdən daha qətiyyətli addımlar gözləyirik", - deyə siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov bildirib.
Читать далее
“Bu il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olunacaq. 15 sentyabr həqiqətən də qürurverici, həm də Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır”. Bu fikirləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.Azərbaycan əsgər və zabitlərinin türklərlə birlikdə Bakının düşməndən təmizlənməsində şərəflə döyüşdüyünü deyən ehtiyatda olan polkovnik bildirib ki, 1918-ci il sentyabr ayının 15-də Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib:“Azərbaycan və türk əsgər və zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı əsasən ermənilərdən ibarət olan daşnak-bolşevik qüvvələrindən azad olunub. Leninin direktiv göstərişlərini həyata keçirən S.Şaumyan 1918-ci ilin mart-iyul aylarında Bakı Sovetinə tabe olan daşnak silahlı dəstələrindən və bolşevik hərbi birliklərindən istifadə edərək Azərbaycanın Bakı, Şamaxı, Quba və başqa qəzalarında qırğınlar törədib, yüzlərlə yaşayış məskənini dağıdıb, dinc insanları amansızcasına qətlə yetirib. Həmin dövrdə Gəncə üzərinə yürüş edən düşmən qüvvələrin qarşısının alınması üçün öz hərbi gücü yetərli olmadığından Azərbaycan nümayəndələri kömək məqsədi ilə Türkiyə, o zamankı Osmanlı hökumətinə müraciət etdilər. Bu müraciətə müsbət cavab verən qardaş dövlət yeni yaradılmış Qafqaz İslam Ordusunu 1918-ci ilin may ayında Azərbaycan ərazisinə köməyə göndərdi. Burada general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu ilə birləşən, Nuru Paşanın rəhbərlik etdiyi həmin ordunun 1918-ci il iyunun əvvəllərində artıq 15 min əsgər və zabiti vardı”.C.Xəlilovun sözlərinə görə, Bakı Sovetinin ixtiyarında olan, mütləq əksəriyyəti ermənilərdən ibarət hərbi birləşmələr iyunun 12-də Kürdəmiri işğal edib, Göyçaya yaxınlaşıblar: “Göyçay ərazisində qanlı döyüşlər iki həftədən çox davam etdi. Müqavimətinə baxmayaraq, düşmən Türkiyədən göndərilən əlavə qüvvələr və Azərbaycan könüllüləri tərəfindən məğlub edildi. Qafqaz-İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi hadisələrin gedişini tamamilə milli hökumətin xeyrinə dəyişdi, Azərbaycanın şərq hissəsi, o cümlədən Bakının bolşevik-daşnak işğalından azad edilməsi üçün ilk zəmin yaratdı. Bolşevik-daşnak birləşmələrini darmadağın edən Qafqaz İslam Ordusunun Bakı istiqamətində başlatdığı azadlıq yürüşündə növbəti şanlı qələbə iyul ayının 20-də mühüm strateji məntəqə olan Şamaxı şəhərinin azad edilməsi oldu”.Qurum rəsmisi söyləyib ki, Bakını əldə saxlamaq üçün müxtəlif qüvvələrdən kömək uman daşnak və bolşeviklər buna nail ola bilmədilər: “Qafqaz İslam Ordusunun avqustun 5-dən Bakı üzərinə intensiv hücumları qarşısında dayana bilməyən həmin qüvvələr geri çəkildi. 1918-ci ilin sentyabrında yaranmış beynəlxalq vəziyyət Bakının tezliklə azad olunmasını zəruri edirdi. Cümhuriyyət rəhbərləri Bakının nəyin bahasına olursa-olsun azad olunması üçün ardıcıl iş aparırdılar. Qafqaz İslam Ordusu güclü müqavimətə baxmayaraq, sentyabrın 15-də dörd mindən artıq əsgər və zabit şəhid vermək bahasına da olsa, Bakını düşmənlərdən azad etdi”.C.Xəlilov qeyd edib ki, bu tarixi günü qeyd etdiyimiz vaxt hər birimizin qəlbindən Azərbaycan əsgərinin eyni sevinci, qüruru bizə Qarabağı erməni işğalından azad etməsi ilə yaşatması arzusu keçir: “Biz inanırıq ki, hazırda Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yaradılmış güclü ordumuz buna nail olacaq. Müasir Azərbaycan ordusu düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. 2016-cı ilin aprel döyüşləri Ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin qələbə əzmi nümayiş etdirildi. Biz veteranlar erməni işğalında olan Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyinə inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”.
Читать далее
Sentyabrın 12-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Bakının bolşevik-daşnak qüvvələrindən azad olunmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak qüvvələrindən azad etməsinin 100 illik yubileyinin yaxın günlərdə dövlət səviyyəsində qeyd olunacağını deyib. O bildirib ki, Azərbaycanın əsgər və zabitləri də türk qardaşlarmızla birlikdə Bakının düşməndən təmizlənməsində şərəflə döyüşüblər. Biz bu gün onları minnətdarlıq hissi ilə xatırlayırıq. Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, Bakı şəhərinin düşməndən azad olunması həm qürurverici hadisədir, həm də Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir. 1918-ci il sentyabrın 15-də Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib. Azərbaycan və türk əsgərlərinin, zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı əsasən ermənilərdən ibarət olan daşnak-bolşevik qüvvələrindən azad olunub. Qeyd edilib ki, Stepan Şaumyan 1918-ci ilin mart-iyul aylarında Bakı Sovetinə tabe olan daşnak silahlı dəstələrindən və bolşevik hərbi birliklərindən istifadə edərək Azərbaycanın Bakı, Şamaxı, Quba və başqa qəzalarında qırğınlar törədib, yüzlərlə yaşayış məskənini dağıdıb, dinc insanları amansızcasına qətlə yetirib. Həmin dövrdə Gəncə üzərinə yürüş edən düşmən qüvvələrinin qarşısının alınması üçün öz hərbi gücü yetərli olmadığından Azərbaycan nümayəndələri kömək məqsədilə Türkiyəyə, o zamankı Osmanlı dövlətinə müraciət ediblər. Bu müraciətə müsbət cavab verən qardaş dövlət Qafqaz İslam Ordusunu 1918-ci ilin mayında Azərbaycan ərazisinə köməyə göndərib. Burada general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu ilə birləşən Nuru Paşanın rəhbərlik etdiyi həmin ordunun 1918-ci il iyunun əvvəllərində artıq 15 min əsgər və zabiti var idi. Bildirilib ki, Bakı Sovetinin ixtiyarında olan, mütləq əksəriyyəti ermənilərdən ibarət hərbi birləşmələr iyunun 12-də Kürdəmiri işğal edib və Göyçaya yaxınlaşıblar. Göyçay ərazisində qanlı döyüşlər iki həftədən çox davam edib. Müqavimətə baxmayaraq, Türkiyədən göndərilən əlavə qüvvələr və Azərbaycan könüllüləri düşməni məğlub edib. Qafqaz İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi hadisələrin gedişini tamamilə milli hökumətin xeyrinə dəyişib, Azərbaycanın şərq hissəsi, o cümlədən Bakının bolşevik-daşnak işğalından azad edilməsi üçün ilk zəmin yaradıb. Bolşevik-daşnak birləşmələrini darmadağın edən Qafqaz İslam Ordusunun Bakı istiqamətində başlatdığı azadlıq yürüşündə növbəti şanlı qələbə iyulun 20-də mühüm strateji məntəqə olan Şamaxı şəhərinin azad edilməsi olub. Bakını əldə saxlamaq üçün müxtəlif qüvvələrdən kömək uman daşnak və bolşeviklər buna nail ola bilməyiblər. Qafqaz İslam Ordusunun avqustun 5-dən Bakı üzərinə intensiv hücumları qarşısında dayana bilməyən həmin qüvvələr geri çəkilib. 1918-ci ilin sentyabrında yaranmış beynəlxalq vəziyyət Bakının tezliklə azad olunmasını zəruri edib. Cümhuriyyət rəhbərləri Bakının azad edilməsi üçün ardıcıl iş aparıblar. Peşəkar Qafqaz İslam Ordusu güclü müqavimətə baxmayaraq, sentyabrın 15-də dörd mindən çox əsgər və zabiti şəhid vermək bahasına da olsa, Bakını düşmənlərdən azad edib. Bu tarixi günü qeyd etdiyimiz bir vaxtda hər birimizin qəlbindən Azərbaycan əsgərinin eyni sevinci, qüruru bizə Qarabağı erməni işğalından azad etməsi ilə yaşatması arzusu keçir. Biz inanırıq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yaradılmış güclü ordumuz buna nail olacaq. Müasir Azərbaycan Ordusu düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünü və döyüş əzmini bir daha aydın göstərdi, işğalçıya Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirildi. Biz veteranlar erməni işğalı altındakı Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyinə inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk. Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova, Prezident yanında Bilik Fondunun sektor müdiri Haci Nərimanoğlu və başqaları çıxış edərək Bakının düşmənlərdən azad olunması ilə bağlı 1918-ci ilin aprel-sentyabr aylarında Cümhuriyyət xadimlərinin fəaliyyətindən, Qafqaz İslam Ordusunun şücaətindən danışıblar. Qeyd ediblər ki, bu tarix Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin və birliyin nümunəsidir. Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasının tariximizin geniş auditoriyaya, xüsusilə də gənclərə aydın çatdırılması və cəmiyyətdə təbliğ olunması baxımından əhəmiyyətindən söz açılıb. Çıxış edənlər Azərbaycan Ordusunun öz sələflərinin yolunu şərəflə davam etdirdiyini və yaxın gələcəkdə qəhrəman Azərbaycan əsgərinin üçrəngli bayrağımızı hazırda işğal altında olan bütün ərazilərimizdə dalğalandıracağına inandıqlarını bildiriblər.
Читать далее
Avqustun 21-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının binasında “Üçüncü ən qədim “T” İdarəsinin İsveç qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimat mərasimi keçirilib. “Üçüncü ən qədim “T” İdarəsinin İsveç qambiti” kitabının həmmüəllifləri Şamil Süleymanov və Vladimir Mişindir. “Fədakarlar gərəkdir” kitabının həmmüəllifləri isə Şamil Süleymanov və Şövkət Kərəmovadır. AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov təqdimat mərasimində çıxış edərək hər iki kitabın Azərbaycan oğullarının xüsusi xidmət orqanlarındakı fədakar əməyindən bəhs etdiyini bildirib. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycanda gənclərin vətənpərvərlik, tariximizə, milli adət-ənənələrimizə, maddi-mənəvi dəyərlərimizə hörmət, dövlətə, xalqa sədaqət ruhunda yetişdirilməsi və tərbiyə edilməsi istiqamətində aparılan uğurlu və məqsədyönlü siyasətin həyata keçirilməsində digər aidiyyəti orqanlar və təşkilatlarla yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) də fəallığı ilə seçilir. Bu işdə DTX-nin veteranlarının, xüsusilə Şamil Süleymanovun rəhbərlik etdiyi “Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları” İctimai Birliyinin əməyi danılmaz və təqdirəlayiqdir. Sonra hər iki nəşr haqqında məlumat verilib. Bildirilib ki, “Fədakarlar gərəkdir” kitabında kəşfiyyat və əks-kəşfiyyat sahəsində zəngin təcrübəsi olan, əqidəsinə sadiqliyi ilə seçilən xüsusi xidmət orqanı veteranı, dəyərli ziyalı Şamil Süleymanovun mənəvi keyfiyyətlərindən, şərəfli xidmət yolundan bəhs olunur. Nəşrdə Ş.Süleymanovun ulu öndər Heydər Əliyev ilə ilk tanışlığı, dahi şəxsiyyətin rəhbərliyi altında bu çətin xidmətdə yüksək keyfiyyətlərə yiyələnməsi, onun kəşfiyyatçı kimi iştirak etdiyi əməliyyatlar, habelə hazırkı ictimai fəaliyyəti və rəhbərlik etdiyi veteranlar təşkilatının gördüyü işlər barədə söhbət açılır. Qeyd olunub ki, “Üçüncü ən qədim “T” İdarəsinin İsveç qambiti” romanı 1980-ci illərdə inkişaf etmiş Avropa ölkələrindən birində cərəyan edən real hadisələr əsasında yazılıb. Romanın Azərbaycan dilində nəşrinin redaktoru və rus dilindən tərcüməçisi yazıçı Azər Hacıbəylidir. Rus dilində variantı 2013-cü ildə işıq üzü görən romanın “Ön söz”ünün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadədir. Kitabda Ş.Süleymanovun bilavasitə iştirakçısı olduğu real hadisələr yüksək dəqiqliklə oxuculara çatdırılır. Əsərin qəhrəmanının müvəffəqiyyət qazanmasının əsasında onun peşəkarlığı ilə yanaşı, yüksək istedadı da durur. Tədbirdə “Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları” İctimai Birliyinin sədr müavini Azər Qarayev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Mircəfər Həsənov, yazıçı Azər Hacıbəyli, uzun müddət milli təhlükəsizlik sistemində xidmət etmiş ehtiyatda olan polkovniklər Əliheydər Dadaşov, Sücəddin Abdullayev, polis orqanları veteranı, yazıçı Georgi Zapletin, veteranlar və başqaları çıxış edərək böyük və şərəfli həyat yolu keçən, zəngin bilik və təcrübəsini gənc nəslə öyrətmək işində yorulmadan çalışan Şamil Süleymanovun fəaliyyəti haqqında ətraflı məlumat verib, Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinə görə ona minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər bu sanballı əsərlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, hərbi qulluqçuların ruh yüksəkliyinin artırılmasında önəmini xüsusi vurğulayıblar. Bu kitabların gələcəkdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında tədris vəsaiti kimi istifadəsinin əhəmiyyəti qeyd olunub. Şamil Süleymanov çıxış edərək Respublika Veteranlar Təşkilatına və tədbir iştirakçılarına təşəkkürünü bildirib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə çalışdığı illərlə bağlı xatirələrini bölüşən Şamil Süleymanov Ümummilli Liderin uzaqgörən siyasətinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyin dönməz xarakter aldığını, Azərbaycanın mühüm uğurlar qazanaraq regionun lider dövlətinə çevrildiyini vurğulayıb. Veteranlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edən Şamil Süleymanov Azərbaycanın təhlükəsizliyinin qorunmasının gözəgörünməz cəbhədə çalışan hər bir əməkdaşın müqəddəs vəzifəsi olduğunu deyib və bu sahədə fəaliyyət göstərən hər bir şəxsə uğurlar arzulayıb.
Читать далее
Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsinin icrasına başlayıb. Layihə 3 ay müddətində ( avqust- oktyabr) Bakı şəhərində həyata keçirilməyi nəzərdə tutulur. Layihə Qarabağ müharibəsində və Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş oğullarımız, hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir. Layihə müddətində yeniyetmə və gənclərlə, universitet tələbələri ilə görüşlər keçiriləcək. Görüşlər zamanı vətən sevgisi, vətən uğrunda canında keçmiş qəhrəman oğullarımızın keçdiyi həyat və döyüş yollları barəsində müzakirələr aparılacaq, Qarabağ və Aprel döyüşləri şəhidlərimizin, vətənimizin qəhrəman oğullarının xatirəsi yad olunacaq və onların barəsində yeniyetmə və gənclərlə maarifləndirici söhbətlər aparılacaq, görüşlər təşkil olunacaq. Layihənin əsas mahiyyəti Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir. Layihəni həyata keçirməklə müasir gəncliyimizə vətənpərvərlik hisslərinin daha dərindən aşılanmasına nail olmaq, eyni zamanda yeniyetmə və gənclər arasında heç bir tərəddüd etmədən vətən uğrunda şəhid olmuş qəhrəman oğullarımızın vətənpərvərlik hissləri və vətən sevgiləri təbliğ olunacaq.
Читать далее
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin inkişaf və əməkdaşlıq perspektivlərini müəyyənləşdirən tarixi hadisə baş verib. Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin özünəməxsus “Konstitusiyası” olan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 22 il sürən sistemli danışıqlardan sonra imzalanıb. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a məxsusi müsahibəsində qeyd edib ki, Konvensiyanın yekun mətninə aparan yol çətin olub. 1996-cı ildə Xəzəryanı ölkələrin maraqlarının və istəklərinin razılaşdırılması üzrə beynəlxalq ekspert qrupu yaradılanda ilkin tələblər bir-biri ilə o qədər təzad təşkil edirdi ki, razılaşdırılmış mətnin işlənib hazırlanması reallıqdan uzaq məsələyə bənzəyirdi. Bir sıra prinsipial və qeyri-adi qərarlar əsaslandırılmalı və qəbul edilməli idi. İlk növbədə Xəzərin coğrafi baxımdan qiymətləndirilməsi qeyri-müəyyən xarakter daşıyırdı. Etiraf olunmalı idi ki, Xəzər nə dəniz, nə də adi göldür. Deməli, onun bölünməsini əsaslandırmaq üçün başqa meyarlar işlənib hazırlanmalıdır. Xəzər akvatoriyasında neft-qaz ehtiyatlarının qeyri-bərabər paylanması məsələni daha da mürəkkəbləşdirirdi. Qəbul edilmiş Konvensiyaya görə, Xəzərin bütün su səthi tərəflərin ümumi istifadəsində qalır, dibi və təki isə qonşu dövlətlərin razılaşmasına əsasən, beynəlxalq hüquq əsasında onlar arasında bölünür. Daha sonra tərəflər belə bir məsələdə razılıq əldə etməli idilər ki, Xəzərin hansı hissəsində baş verirsə-versin, neft-qaz hasilatı və onların daşınması açıq xarakter daşımalı, ekoloji təhlükəsizlik təmin edilməli, gəmiçilik, balıqçılıq, boru kəmərlərinin çəkilməsi qonşu ölkə ilə razılaşdırılmış qaydalara əsasən həyata keçirilməlidir. C.Xəlilov vurğulayıb ki, geosiyasi və hərbi məsələlərin nəzərə alınması da az əhəmiyyət daşımayıb. Xəzərdə üçüncü ölkələrin silahlı qüvvələrinin yerləşməsinin yolverilməzliyi haqqında müddəanı Konvensiyanın əsas bəndlərindən biri saymaq olar. Beləliklə, qarşılıqlı əlaqədar və mürəkkəb məsələləri güzəştlər yolu ilə razılaşdırmaq mümkün oldu. Azərbaycanın təşəbbüskar rolu danışıqlar prosesinin bütün mərhələlərində əhəmiyyətli idi. Xüsusi vurğulamaq lazımdır ki, Konvensiyanın zəruriliyi, Xəzərin təhlükəsiz, qarşılıqlı faydalı şəkildə və birgə mənimsənilməsində onun rolu hələ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsaslandırılıb. Onun ideya və göstərişləri Konvensiyanın işlənib hazırlanmasında Azərbaycanın mövqeyinin əsasını təşkil edib. Şübhəsiz ki, bu Konvensiyaya riayət olunması Xəzəryanı ölkələrin xalqlarına sülh və firavanlıq bəxş edəcək.
Читать далее
Глубокоуважаемый Президент! Глубокоуважаемая Вице-президент! Ветераны нашей Республики неизменно чувствуют Ваше внимание к социальному положению, жизненным проблемам участников войн, семьям шахидов. И сейчас мы тронуты очередной масштабной акцией в данном направлении - предоставлением 1 августа в поселке Локбатан Гарадагского района Баку квартир и автомобилей инвалидам Карабахской, Великой Отечественной войн, Чернобыля и семьям шехидов. Особое впечатление на нас произвело Ваше личное участие в этой благородной, чрезвычайно гуманной церемонии, знакомство с условиями, созданными в квартирах, Ваши теплые, обнадеживающие слова в адрес ветеранов. Мы знаем, что в течение последних двадцати лет семьям шехидов, инвалидам войны по Вашей инициативе государством предоставлено более 5500 частных домов и квартир, около шести тысяч легковых автомобилей, а до конца этого года еще 500 человек будут обеспечены квартирами. Нас вдохновляет, принятая Вами, широкомасштабная программа самозанятости, в которую будут привлечены инвалиды войны и семьи шехидов. Это существенно улучшит социальную обстановку в Республике. Огромное спасибо Вам за все это! В целом мы ветераны, благодаря Вашему мудрому руководству, уверены в будущем, счастливой судьбе подрастающего поколения. От имени Президиума Совета ветеранов войны, труда, вооруженных сил, генерал-полковник Тофик Агагусейнов
Читать далее
ADA Universitetinin rektoru Hafiz Paşayevlə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun görüşü keçirilib. Görüşdə Respublika Veteranlar Təşkilatının ölkənin ictimai-siyasi həyatında xüsusi rolu olduğu haqqında Hafiz Paşayevə ətraflı məlumat verilib. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətindəki və eləcə də bütün sahələrdə əsl vətəndaş kimi yetişdirilməsində veteranların əməyindən ölkə səviyyəsində istifadə edildiyi bildirilib. Hər zaman vətənin keşiyində dayanan veteranların bu gündə sırada olduğu vurğulanıb. Tofiq Ağahüseynov Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi tədbirlərin, layihələrin ölkə ictimaiyyəti tərəfindən daima yüksək qiymətləndirildiyini bildirib. Hafiz Paşayevdə Respublika Veteranlar Təşkilatının ölkəmizin veteran hərəkatının həyata keçirilməsinin əsas iştirakçısı olduğunu bildirib. Vətənin dar günündə sinələrini sipər etmiş veteranların əzmi, mərdliyi və qəhrəmanlıqlarının hər kəsə örnək olduğunu qeyd edib. Veteranları tariximizin canlı yaddaşı, igidlik və məğrurluq təcəssümü kimi qiymətlənirib. Respublika Veteranlar Təşkilatı və ADA Universitetinin gələcəkdə bir sıra məsələlərdə qarşılıqlı fəaliyyət göstərəcəklərinə dair danışıqlar aparılıb. Universitetin beynəlxalq layihələrin həyata keçirilməsində Respublika Veteranlar Təşkilatına köməklik göstəriləcəyi vurğulanıb. Qonaqpərvərliyə görə ADA Universitetinin rektoru Hafiz Paşayevə minnətdarlıq ifadə olunub. Gələcəkdə belə görüşlərin daha tez-tez keçiriləcəyinə inam ifadə edilib.
Читать далее
Bu gün Azərbaycan Respublikası demokratik dəyərlərə əsaslanan inkişaf yolu ilə gələcəyə doğru inamla addımlayır. Azərbaycanın dini və milli tolerantlıq sahəsində həyata keçirdiyi siyasət xalqımızın tarixi ənənələrinə əsaslanmaqla, digər dövlətlərə nümunə olacaq səviyyədədir. Sağlam cəmiyyətin, güclü dövlətin təməli kimi şəxsiyyət yönümlü siyasəti özünün başlıca hədəfi elan edən Azərbaycan dövləti hər bir vətəndaşına yüksək dəyər verir. Əlbəttə, müharibələrin, terror aktlarının, təlatüm və çaxnaşmaların tüğyan etdiyi müasir dövrdə insani dəyərlərə əsaslanan siyasətin ardıcıl şəkildə, dönmədən həyata keçirilməsi böyük qüvvə və ən başlıcası siyasi iradə tələb edir. Bu fikri iyulun 10-da Gəncədə törədilən iğtişaşlarla bağlı şərhində Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, Azərbaycanın uğurları uzun illər boyu müxtəlif dini-siyasi ideologiyaların basqısı altında olan xalqlara ümid verir, onları elmə, təhsilə, mədəniyyətə, innovativ inkişafa, tərəqqiyə səsləyir. Bu gün Azərbaycanın dünyəviliyə, insani dəyərlərə, humanizmə əsaslanan siyasi kursu inamla davam etdirilir. Bütün bunlar başda ölkə rəhbərliyinin və hər bir azərbaycanlının yorulmaz əməyinin nəticəsidir. Ölkədə sabitliyin, əmin-amanlığın qorunub saxlanılmasında bu siyasətin əvəzsiz rolu var. Əlbəttə, bu sahədə ölkənin güc strukturlarının səmərəli fəaliyyəti də xüsusi qeyd edilməlidir. Milli təhlükəsizliyin əsas komponenti olan daxili təhlükəsizliyin etibarlı təmin edilməsində hüquq mühafizə orqanları, o cümlədən Azərbaycan polisi bütün lazımi tədbirləri görür. Vətənə, xalqa sədaqəti ilə fərqlənən Azərbaycan polisi Gəncədə baş verən iğtişaşların qarşısının alınmasında bunu bir daha göstərdi. Hamılıqla bir daha şahidi olduq ki, daxili sabitliyin və rifahın təmin edilməsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının xidməti əvəzsizdir. Vəzifə borcuna sadiq qalan polislərimiz konstitusion dövlət quruluşunun dəyişdirilməsinə yönəlmiş cəhdlərin qarşısını öz canları bahasına qətiyyətlə aldılar. “Təəssüf ki, ölkəmizin inkişafını istəməyən müəyyən qüvvələrin Azərbaycanda çirkin niyyətlərinin təmin olunmasına xidmət edən bu cəhdlərə bəzi daxili qüvvələr də cəlb olunublar. Ölkənin dünyəvi, demokratik konstitusion dövlət quruluşunu dəyişməyə, dövlət idarəçiliyi modelini sarsıtmağa yönəlmiş belə cəhdlərlə Azərbaycan müstəqilliyin bərpasının ilk illərində də qarşılaşmışdı. Ancaq xalqımızın iradəsi, mərdliyi, eləcə də, ulu öndər Heydər Əliyevin yürütdüyü düzgün, uzaqgörən və qətiyyətli siyasət sayəsində bu cəhdlərin hamısı uğursuzluqla nəticələndi. Həmin qüvvələri həmişə eyni tale gözləyir. Çünki Azərbaycan indi əvvəlki illərdə müqayisə olunmayacaq dərəcədə güclü və inkişaf etmiş dövlətdir və heç bir qüvvə ölkəmizi inkişaf yolundan döndərə bilməz”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin yüksək səviyyədə qeyd edilməsi, ordumuzun möhtəşəm hərbi paradı bizi istəməyən bəzi məkrli qüvvələrdə qısqanclıq və paxıllıq hissini artırıb. Bütün bunlar din pərdəsi arxasında gizlənən və dindən öz məqsədləri üçün istifadə edən simasız və mənfəət güdən qüvvələrin riyakar fəaliyyətindən başqa bir şey deyil. “Veteranlar xalqımızı cəmiyyətdə nifaq yaradacaq fəaliyyətlərə qarşı olmağa, dözümlülük nümayiş etdirməyə səsləyir, hər zaman olduğu kimi, bu hadisələrin səbəbkarlarının tezliklə layiq olduqları cəzaları alacaqlarına inanırlar. Azərbaycan Ordusu, polisi və digər güc strukturları sabitliyin təmin edilməsinin qarantıdır. Azərbaycanın dünyəvi və modern dövlət quruluşu radikalizmin, terrorizmin dövlət ideologiyasına çevrildiyi, din pərdəsi altında insanların azad yaşamaq haqlarının əlindən alındığı, feodalizm qaranlığının hökm sürdüyü, insan həyatının və hüquqlarının dəyər verilmədiyi ölkələrin vətəndaşları üçün işığın, inkişafın, azadlığın ünvanıdır. Heç bir qüvvə zamanın sınaqlarından çıxmış Azərbaycan xalqının birliyini sarsıda bilməz”, - deyə C.Xəlilov vurğulayıb. Respublika Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov
Читать далее