Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin "Əlillərin protezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi " layihəsinin açılış mərasimi olub. İlk görüş Tərtər rayonunda Gənclər mərkəzində keçirilib. Tədbirdə Birliyin sədri Yasəmən xanım Qəyyumlu, idarə heyəti, Tərtər rayon icra hakimiyyətinin məsul işçiləri İctimai - siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, Şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə işin təşkil şöbəsinin müdiri Ülvü Nəcəfov, təlimçi həkim Nağıyev Bəkir, protezlərdən, əsa və korsetlərdən istifadə edən Vətən müharibəsinin əlilləri , "Ədalət yolu " qəzetinin baş redaktoru Lalə xanım Həşimova iştirak ediblər. Protezlərdən , əsa və korsetlərdən istifadə zamanı əziyyət çəkən əlilləri dinləyən Bəkir həkim onlara müvafiq göstərişlər verib və istifadə qaydalarını izah edib. Bundan əlavə Birlik sədri Yasəmən xanım Qəyyumlu, şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə işin təşkili şöbəsinin müdiri Ülvü müəllim, "Ədalət yolu" qəzetinin baş redaktoru Lalə xanım onların əməyini , müharibə zamanı döyüş meydanında göstərdikləri igidliyi xüsusi vurğulayıb və onlara daha dözümlü, qətiyyətli olmağı tövsiyyə ediblər . Hər bir əlilə tədbirlə bağlı və layihəyə uyğun olaraq mövcud problemlərini qeyd etmək üçün dəftər və qələmlər paylanılıb. Tədbir sonrası əlillərə və qonaqlara çay süfrəsi təşkil olunub. Fərid Səfərov, Mətbuat katibi
Hamısını oxu
MİRİİB sədri Zamin Zeynal: Sosial şəbəkələrdə İnformasiya mədəniyyətinin təbliğ edilməsi ilə yanaşı İCTİMAİ QINAĞIN olması da vacibdir. İnformasiya mədəniyyəti nədir? İnformasiya mədəniyyəti informasiyanın məqsədyönlü işlənilməsi və onun əldə olunması, emalı və ötürülməsi üçün kompüter texnologiyasından, çağdaş texniki vasitə və metodlardan istifadə edilməsi bacarığının olmasını nəzərdə tutur. Bir sözlə, insanın informasiya mədəniyyətinin əsas göstəriciləri aşağıdakılardır: – Telefondan tutmuş fərdi kompüterlərə və kompüter şəbəkələrinədək müxtəlif texniki qurğulardan istifadə etmək vərdişləri; -İnformasiya texnologiyalarını mənimsəmək bacarığı (məsələn: ofis proqramlarını, qrafik redaktorları və s.-ni bilmək); -İstər dövri mətbuatdan, istərsə də elektron vasitələrin köməyi ilə informasiya almaq bacarığı (məsələn: hər hansı qəzet, yaxud jurnalın saytını açıb oxumaq); -İnformasiyanın anlaşıqlı şəkildə təqdimatı və ondan səmərəli istifadə etmək bacarığı; -İnformasiyanın emalının müxtəlif üsullarını bilmək; – Müxtəlif növ informasiya ilə işləmək bacarığı. Ölkəmizdə informasiya mədəniyyətinin ən vacib göstəricilərindən biri də insanların ingilis dilini necə bilmələridir.Bu gün informasiya texnologiyalarını müəyyən edən proqram məhsullarının, demək olar ki, hamısı ingilis dilində təqdim olunur. Qlobal informasiya resurslarından istifadə interfeysləri bu dildə yaradılır. Elmin, texnologiyaların və biznesin əksər sahələrində də ingilis dili hakim mövqe tutur.Qeyd olunduğu kimi, informasiya cəmiyyətinin hər bir üzvü kompüter vərdişlərinə, onun köməyi ilə müxtəlif sənədlər yaratmaq bacarığına, proqramların əsas sinifləri haqqında təsəvvürlərə və çalışdığı sahədə dərin biliklərə malik olmalıdır. Belə bilik və vərdişlərə bəzən kompüter savadlılığı deyilir. Başqa insanlarla əlaqə qurmaq üçün kommunikasiya vasitələrindən lazımi səviyyədə istifadə edə bilmək vacib keyfiyyət hesab olunur. Bura elektron yazışma vasitələrindən istifadə, informasiya sistemlərində lazım olan məlumatları əldə etmək, hüquqi və etik normaları (qaydaları) bilmək və onlara əməl etmək aiddir. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrə maraq hər gün əhəmiyyətli dərəcədə artmaqdadır. Ümumiyyətlə “sosial şəbəkə” nədir, hansı zərurətdən yaranıb? Sosial şəbəkələr – sosial qarşılıqlı əlaqələr, sosial obyektlər (insanlar və ya təşkilatlar) və kommunikasiyalar arasında sosial struktur düyünlərindən ibarət olan qrupdur. “Sosial şəbəkə” termininin 1954-cü ildə ortaya çıxdığı düşünülür. “Sosial şəbəkə” anlayışı sosioloq Ceyms Barnes tərəfindən təqdim edilib. İnternetin yaranması (1969) ilə Ceyms Barnesin elmi konsepsiyası məşhurlaşmağa başlayıb. İlk müasir sosial media isə 1997-ci ildə yaradılan “Six Degrees” olub. Müasir dövrün bəzi məşhur sosial şəbəkələri, onların əsas fərqləndirici xüsusiyyətləri və istifadə imkanları ilə gəlin birlikdə tanış olaq: “Facebook” – ən iri sosial şəbəkə olmaqla, insanların yoldaşlarıyla ünsiyyət qurması və məlumat almaq məqsədi ilə yaradılan bir ictimai veb saytıdır; “YouTube” – istifadəçilərə videoların saxlanması, çatdırılması və göstərilməsi xidmətlərini təqdim edir; “WhatsApp” – mobil və digər platformalar üçün ismarışların ani mübadilə sistemi olmaqla, mətn ismarışları, şəkil, video və audio göndərməyə imkan verir; “Instagram” – şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkədir; “TikTok” – musiqili qısa videolar, canlı yayımlar yaratmağa və ismarışlar yollamağa imkan verən sosial şəbəkədir; “Twitter” – onlayn sosial şəbəkə və mikroblogging xidmətləri təklif edən saytdır. Onun vasitəsi ilə istifadəçilər 140 işarəlik “tvit” adlandırılan mətn sms-ləri göndərə bilirlər; “LinkedIn” – işgüzar əlaqələrin qurulması və professional peşələrin insanları üçün sosial şəbəkə saytıdır; “Skype” – səsli və görüntülü danışmağa imkan verən kompüter proqramıdır; “Pinterest” – hər növ şəkillərin paylaşıldığı və panorama sistemi vasitəsi ilə çalışan internet vebsaytıdır; “Viber” – ağıllı telefonlar və digər əlaqə vasitələri tərifindən 3G və ya Wi-Fi şəbəkəsi üzərindən mesajlaşma və səsli görüşmə imkanı təqdim edən əlaqə vasitəsidir; “Odnoklassniki” – Azərbaycan dilində mənası “sinif yoldaşları” olmaqla, Rusdilli internetin ən populyar sosial şəbəkələrindən biridir; “WeChat” – mətn və səs ismarışlarının ötürülməsi üçün mobil kommunikasiya sistemidir. Bu gün bəzi insanlar üçün sosial şəbəkələr gündəlik həyatın mühüm tərkib hissəsi, digərləri üçün isə vaxt itkisidir. Əgər bir neçə il öncə sosial şəbəkələr gənclərin əyləncə, vaxt keçirmə yeri sayılırdısa, son zamanlar bu münasibət tamamilə dəyişmişdir. Hazırda sosial şəbəkələr həm ünsiyyət və müxtəlif sosial əlaqələrin qurulması, həm də maariflənmək və öyrənmə prosesində iştirak üçün bir platforma rolunu oynayır. Belə ki, sosial şəbəkələrdən ünsiyyət vasitəsi kimi dünyanın hər yerindən olan insanlarla virtual ünsiyyət yaratmaq, dostlarla görüşmək və ya köhnə dostları tapmaq, iş axtarışı, tanışlıqlar, ictimai həyatda baş verən aktual məsələlər barədə fikir bildirmək, qarşılıqlı fikir mübadiləsi aparmaq məqsədilə istifadə olunur. Təhsil, təlim-tədris və digər maarifləndirmə proseslərində isə canlı yayım vasitəsilə müxtəlif iclaslar, müzakirələr keçirmək, onlayn rejimdə keçirilən müxtəlif forumlarda iştirak etmək, marketinq və ya biznes işi qurmaq, dil öyrənmək, müxtəlif sorğular təşkil etmək, elmi yeniliklərlə bağlı məlumat əldə etmək və digər məqsədlər üçün sosial şəbəkələr olduqca əhəmiyyətli rola malikdir. Lakin sosial şəbəkələrdən istifadənin müsbət tərəfləri ilə yanaşı, istifadəçilər üçün mənfi təsirləri də var. Belə ki, sosial şəbəkələrdən çox istifadə bir müddətdən sonra asılılıq yaradır. Bu asılılıq “hypertext” (gündə minimum 120 mesajın yazılması) və “hypernetworking”ə (gündə üç saatdan çox sosial mediadan istifadə) gətirib çıxarır ki, bu da sağlamlığa ziyanlıdır. Araşdırmalara görə, sosial şəbəkələrdən bu cür asılılıq psixoloji problemlərin artmasına – yorğunluq, yuxu məhrumiyyəti, depressiya, təhsildə gerilik, tənbəllik, aqressivlik və hətta intihara səbəb göstərilə bilər. Buna görə də, sosial şəbəkə istifadəçilərini bu cür mənfi təsirlərdən qorumaq üçün sosial şəbəkələrdən düzgün istifadənin təbliği üzrə maarifləndirmə işlərinin aparılması olduqca vacibdir. Bununla yanaşı sosial şəbəkələrdən mənfi məqsədlərə xidmət edən, şəxsi maraqlar naminə etik qaydaları pozan sosial şəbəkə iştirakçılarına hüquqi müstəvidə cəzaların tətbiqi ilə yanaşı bu prosesin müsbət həllinə döğru ictimai qınaq vasitələrindən istifadə edilməsinin də böyük təsiri ola bilər.Yaxşı olar ki, valideynlər uşaqlarını virtual dünyanın mənfi təsirlərindən qorumaq üçün onların sosial şəbəkələrdən istifadəsini izləyərək diqqətli olsunlar. Zamin ZeynalMüasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri
Hamısını oxu
Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Təşkilatın yaranmasının 35 illiyi ilə bağlı yubiley tədbiri keçirilib. Tədbirdə veteranlar, ictimai-siyasi xadimlər, media nümayəndələri, dövlət və QHT təmsilçiləri, o cümlədən Müdafiə Nazirliyinin əməkdaşları iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açılıb. Daha sonra respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu öndər Heydər Əliyevin büstü önünə çələngi qoyulub. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova tədbir itşriakçılarını salamlayıb, Təşkilata göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Təşkilatın tarixindən, keçdiyi yoldan, 44 günlük Vətən müharibəsi və post-müharibə dövründəki fəaliyyətindən danışıb. Polkovnik qeyd edib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman dövlətin yanında olub, milli maraqlarımızın qorunması istiqamətində səylə çalışıb. Polkovnik Cəlil Xəlilov veteranların bundan sonra da dövlətçiliyin keşiyində ayıq-sayıq dayanacağını, Prezident İlham Əliyevin siyasətini qətiyyətlə müdafiə etməkdə davam edəcəklərini bilidirib. Tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun məsul əməkdaşı Samir Məmmədov veteranların gənclər üçün nümunə olduğunu, öz həyat yolları, qəhrəmanlıqları, əmək fəaliyyətləri ilə onlara örnək olduğunu bildirib. Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxışında veteranlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb, eyni zamanda veteranların gənclər arasında apardığı vətənpərvərlik tərbiyəsinin önəmindən danışıb. Cəmiyyətdə veteranların xüsusi çəkiyə malik olduğunu bildirən polkovnik, Azərbaycan xalqının hər zaman veteranlara hörmət və ehtiramla yanaşdığını, veteranların isə öz növbəsində gənc nəslin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynadığını söyləyib. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik fəaliyyətindən bəhs edilən videorolik nümayiş edilib, hərbi-vətənpərvərlik mahnıları səsləndirilib. Tədbirin sonunda Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Elvin Əzizov veteranlar adından Prezident İlham Əliyevə ünvanlanan müraciəti səsləndirib. Müraciətdə onlara göstərilən qayğıya görə dövlət başçısına təşəkkür edən veteranlar, hər zaman olduğu kimi, bundan sonra da dövlət başçısının hər bir çağırışını dəstəkləyəcəklərini, Azərbaycanın inkişafı və tərəqqisi üçün əllərindən gələni əsrigəməyəcəklərini bildiriblər. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətində, vətənpərvərlik tərbiyyəsinin təbliğində aktiv iştirak edən şəxslər Müdafiə Nazirliyi və Təşkilat tərəfindən təltif olunub.
Hamısını oxu
Cəlil Xəlilov: “Təşkilatımız yaradıcısı olduğu Heydər Əliyevin ideyalarına sadiqdir və hər zaman dövlətinin, Prezidentinin yanındadır” “Veteranlarımız bundan sonra da dövlətimizin inkişafı, respublikamızın çiçəklənməsi üçün əlindən gələni əsirgəməyəcək” Bu il Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyidir. Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilovla söhbətimizdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının keçdiyi 35 illik yola nəzər salmağa çalışdıq. -Cəlil müəllim, bu il Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyidir. Rəhbərliyində təmsil olunduğunuz təşkilatın 35 illik fəaliyyətini necə dəyərləndirirsiniz? -Təbii ki, 35 il bir təşkilat üçün heç də az müddət hesab edilə bilməz. Bizim üçün qürurvericidir ki, Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılan bu təşkilat 35 ildir ki, əsl veteran evi, veteran ocağı kimi fəaliyyət göstərə, veteranların, o cümlədən xalqımızın, dövlətimizin ona olan ümidlərini doğrulda bilib. Bu müddət ərzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq sadəcə ölkə daxilində deyil, respublikamızın hüdudlarından kənarda onlarla böyük layihələr həyata keçirmiş, Azərbaycan veteranlarının dünya veteranlar hərəkatında öz dəsti-xətti ilə seçilməsini təmin etmişik. Təbii ki, bütün bunlar Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dəstəyi və qayğısı sayəsində olub. Bir sözlə, hesab edirəm ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik fəaliyyəti qənaətbəxşdir və tarixi uğurlarla yadda qalıb. -Bu gün ölkəmizdə veteranlarla, müharibə əlilləri və şəhid ailələri ilə bağlı çoxlu sayda təşkilat fəaliyyət göstərir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını onlardan fərqləndirən, ona özünəməxsusluq və təkrarsızlıq qazandıran nədir? - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının özünəməxsus xüsusiyyətlərindən biri onun özündə sadəcə müharibə veteranlarını deyil, həm də əmək və və Silahlı Qüvvələr veteranlarını əhatə etməsidir. Yəni təşkilatımızda demək olar ki, bütün kateqoriyadan olan veteranlar cəmləşib. Müharibə veteranlarımız arasında isə İkinci Dünya müharibəsində, Əfqanıstan müharibəsində, Birinci və İkinci Qarabağ müharibəsində, eyni zamanda 2016-cı ilin aprel döyüşlərində, habelə, müxtəlif məhəlli müharibələrdə iştirak edən çoxsaylı veteranlar mövcuddur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını digər təşkilatlardan fərqləndirən digər mühüm xüsusiyyət onun fəaliyyətinin bütün respublikanı – onun hər bir bölgəsini əhatə etməsi ilə bağlıdır. Bu gün respublikamızın demək olar ki, bütün rayonlarında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yerli təşkilatları fəaliyyət göstərir. Onların hər biri ofislə təmin edilib və yerlərdəki veteranlarla aktiv iş aparırlar. Yerlərdəki veteranların qayğı və problemlərinin öyrənilməsi, onların təşkilatlanması, gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi prosesində veteranların yaxından iştirakının təmin edilməsi, dövlət siyasətinin dəstəklənməsi, milli maraqlarımızın müdafiəsi və s. kimi məsələlərdə veteranların avanqard qüvvə kimi aparıcı mövqeyinin təmin edilməsi yerli təşkilatalrımız tərəfindən uğurla həyata keçirilməkdədir. Təşkilatımız üçün xarakterik olan mühüm özəlliklərdən biri də onun beynəlxalq müstəvidə uğurla fəaliyyət göstərməsi, geniş beynəlxalq əməkdaşlıq əlaqələri qurmasıdır. Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını dünyanın bir sıra ölkələrinin veteranları, o cümlədən beynəlxalq veteran təşkilatları ilə geniş əlaqələr qurub ki, bu da dünya veteranlar hərəkatında uğurla təmsil olunmağımızı, o cümlədən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmağımızı təmin edir. -Cəlil müəllim, bütün cəmiyyətlərdə nəsillər arasında bağlılığın, mənəvi birliyin güclü, sarsılmaz olması həm cəmiyyətin birliyi, bütövlüyü, həm də milli tarixi yaddaşın yaşadılması baxımından vacib hesab edilir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən yaşlı nəsillə gənc nəsil arasınna bu birlik və harmoniyanın güclənməsi istiqamətində hansı addımlar atılıb? -Yaşlı nəsil, o cümlədən yaşlı veteranlarla gənclər arasında əlaqələrin güclənməsi, nəsillər arasında mənəvi bağların möhkəmlənməsi hər zaman təşkilatımızın diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biri olub. Təkcə bir faktı qeyd edim ki, 2021-ci il oktyabrın 1-də Bakı Konqres Mərkəzində Təşkilatımız tərəfindən “Nəsillərin görüşü” adlı böyük konfrans təşkil edildi. Hansı ki, bu konfransda həm gənclər, həm də bütün kateqoriyadan olan veteranlar iştirak edirdi. Bundan başqa, 2021-2022-ci illərdə respublikamızın bir sıra bölgəsində təşkilatımız tərəfindən “Nəsillərin görüşü” adlı silsilə konfranslar həyata keçirilib ki, bu konfranslar böyük maraqla qarşılanıb. 9 mart 2022-ci ildə Şirvanda, 15 aprel 2022-ci ildə Şəkidə, 22 aprel 2022-ci il tarixində Qubada və digər rayonlarda “Nəsillərin görüşü” adlı zona konfranslar təşkil olunub, bu konfranslarda veteranların, gənclərin, şəhər ziyalılarının onlarla nümayəndəsi çıxış edib, aktual məsələlər ətrafında açıq diskussiyalar keçirilib. Bütün bu görüş və konfranslarda səslənən fikirlərin ümumiləşdirilməsi bir daha göstərib ki, yaşlı və gənc nəslin bir-biri ilə qırılmaz tellərlə bağlanması olduqca vacibdir. Gənclik o zaman güclü, o zaman yenilməz olur ki, öz keçmişindən güc alır, öz tarixini, babasının, atasının keçdiyi mübarizə yolunu bilir, onun qəhrəmanlıqlarından dərs alır, öyrənir... Bu baxımdan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman gənclərlə yaşlı nəsil arasında mənəvi bağların güclənməsinə xüsusi önəm verib, bu bağların möhkəmlənməsi üçün əlindən gələni edib. Bu arada onu da qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqalalr Şurası arasında sıx əməkdaşlıq mövcuddur ki, bu əməkdaşlıqda da məqsəd daha dolğun, daha vətənpərvər, mənəvi dəyərlərə daha dərindən bağlı olan gəncliyin formalaşmasına töhfə verməkdir. Məhz bu məqsədlə 2022-ci ilin 8 iyul tarixində Beynəlxalq Muğam Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə əməkdaşlıq forumu keçirilmişdir. Həmçinin, 12 avqust 2022-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurası arasında 2022-2024-cü illərdə birgə fəaliyyət barədə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Gənc və yaşıl nəsil arasında təmasların artırılması, gənclərin ağsaqqallarımızın, veteranlarımızın təcrübəsindən, bilik və bacarığından yararlanmasının təmin olunması bundan sonra da təşkilatımız tərəfindən diqqətdə saxlanılacaq, bu istiqamətdə bütün gərəkli addımlar atılacaqdır. - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 44 günlük Vətən müharibəsi və post-müharibə dönəmindəki fəaliyyətini necə xarakterizə edərdiniz? Bu fəaliyyət nə ilə yaddaqalan oldu? -2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın müstəqillik tarixində, o cümlədən hərb tarixmizdə yeni səhifə açdı. Təbii ki, müharibə bütün qurumlar və təşkilatlar, eləcə də fərdlər qarşısında yeni vəzifələr qoydu. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq həmin vaxt qarşımızda duran ən başlıca vəzifə Ali Baş Komandanın ətrafında veteranların sıx birləşməsinə təkan vermək, dövlətimizə, ordumuza dəstək nümayiş etdirmək, düşmənin dezinformasiyalarını ifşa etmək, daxildəki birlik və həmrəyliyin möhkəmlənməsinə təkan vermək idi. Bu məqsədlə də 44 günlük Vətən müharibəsi dönəmində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri haqqında daha dolğun məlumat əldə etməsinə nail olmaq üçün informasiya müstəvisində geniş fəaliyyət göstərmiş, cəmiyyətdə geniş təbliğat işi aparmış, döyüşən orduya, o cümlədən şəhid və qazi ailələrinə dəstək kampaniyalarında yaxından iştirak etmişdir. Müharibədən sonra 44 günlük Vətən müharibəsinin yüzlərlə iştirakçısı təşkilatımıza üzv olmuş, təşkilatımız tərəfindən keçirilən tədbirlərdə fəal iştirak etmişdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq post-müharibə dönəmində də Ermənistanın terror və təxribatçılıq siyasətinə qarşı fəali müabrizə aparmış, bununla bağlı beynəlxalq təşkilatlara, dünya veteranlarına, qabaqcıl dövlətlərə tərəfimizdən müraciətlər ünvanlanmışdı. Nümunə olaraq qeyd edim ki, 2021-ci ilin 4 iyun tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Ermənistanın mina terroru, 13 sentyabr 2022-ci il tarixində isə 12 sentyabr erməni təxribatı ilə bağlı müvafiq bəyanatlarla çıxış etmiş, bütün dünyanın, eləcə də dünya veteranlarının, beynəlxalq təşkilatların diqqətini erməni vəhşiliklərinə cəlb etmişik. Həmin bəyanat təşkilatımız tərəfindən müxtəlif xarici dillərə tərcümə edilərək veteran.gov.az saytında yerləşdirilmiş, həm də müxtəlif beynəlxalq təşkilatlara, diplomatik korpuslara göndərilmişdir. Təşkilatımız bu gün də erməni yalanlarına, dezinformasiyalarına qarşı mübarizə aparır və bu bu mübarizədə veteranların bilik və bacarığından, təcrübəsindən uğurla istifadə edir. 35 illik yubileyimizi qalib Azərbaycanın veteranları olaraq keçirməkdən şərəf duyuruq. -Yaxın gələcəklə bağlı planlarınız nədən ibarətdir? Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hansı layihələr və yeniliklər haqqında düşünürsünüz? -Bu il Prezident İlham Əliyevin 5 yanvar 2022-ci il Sərəncamı ilə “Şuşa İli” elan edilmişdi və biz də veteranlarla bilrikdə mədəniyyət paytaxtımıza səfər etdik, Şuşa, onun tarixi, mədəniyyəti, ermənilərin 30 illiik işğal dönəmində bu şəhərdə törətdiyi vəhşiliklər haqqında həm yerli, həm də xarici mediaya açıqlamalar verdik. Təşkilatımızın mətbuat xidmətinin Şuşa ilə bağlı hazırladığı reportajlar bir sıra media orqanlarında geniş şəkildə işıqlandırıldı. İlin sonuna kimi Şuşamızın təbliği, onun zəngin mədəniyyətinin dünyaya tanıdılması istiqamətindəki səylərimizi davam etdirəcəyik. Gələn il isə xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd ediləcək. Bu müstəvidə də bir sıra layihələr həyata keçirməyi düşünürük ki, məqsəd Heydər Əliyev ideyalarını gənclərə çatdırmaq, onların Ulu öndərin işıqlı ideyaları, xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətləri haqqında daha dolğun təsəvvür əldə etməsinə nail olmaqdır. Veteranları düşündürən, onları narahat edən problemlərin müəyyən edilərək əlaqədar dövlət orqanlarının diqqətinə çatdırılması, onlarla müvafiq qurumlar arasında əlaqənin təmin edilməsi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük şanlı Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimizin, həlak olan şəhidlərimizin döyüş yolunun təbliğ edilməsi, onların cəmiyyətə tanıdılması və s. istiqamətində səylərimizi də davam etdirəcəyik. Ümid edirəm ki, bu il olduğu kimi 2023-cü ildə də veteranlarımız cəmiyyətin ictimai həyatında yaxından iştirak edəcək, dövlətimizin inkişafı, respublikamızın çiçəklənməsi üçün əllərindən gələni əsirgəməyəcəkdir. Seymur ƏLİYEV Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi
Hamısını oxu
Sumqayıt Dövlət Universitetinin 7 tələbəsinə təqaüd veriləcək Veteran.gov.az xəbər verir ki, hər zaman cəmiyyətin həssas kateqoriyasına yönəlik yardım xarakterli sosial layihələr, xeyriyyəçilik fəaliyyəti ilə gündəmə gələn Qartal Tikinti Firması bugünlərdə Azərbaycan təhsilinə daha bir töhfə verib. Belə ki, bundan sonra Qartal Tikinti Firması tərəfindən Sumqayıt Dövlət Universitetinin 7 tələbəsinə təqaüd veriləcək. Bu, tələbələrin sosial rifahının yaxşılaşmasına, maddi təminatının yüksəlməsinə, onların elmə, təhsilə daha dərindən motivasiya olunmasına kömək edəcək. Xatırladaq ki, Qartal Tikinti Firması şəhid ailələri, müharibə əlilləri və qazilərə də mütəmadi yardımlar göstərməkdə, dövlətimizin sosialyönümlü siyasətini aktiv şəkildə dəstəkləməkdədir. Seymur ƏLİYEV
Hamısını oxu
Şəhid ailələrinə və Qarabağ qazilərinə göstərdiyi diqqət və qayğıya görə Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salmanov Qarabağ Əlillərinin "Qayğı" İctimai Birliyinin Cəlilabad filialı tərəfindən Fəxri Fərmanla təltif olunub. Bu münasibətlə keçirilən görüşdə "Qayğı" İctimai birliyin rəsmisi, Qarabağ qazisi Asəf İsmayılov Fəxri Fərmanı Ədalət müəllimə təqdim edib. Rayon Veteranlar Təşkilatının sədri Ə. Salmanov öz çıxışında qeyd edib ki, mənə verilən bu ödülü bizim təşkilatımızın fəaliyyətinə verilən dəyər kimi qiymətləndiririk və buna görə Qarabağ Əlillərinin "Qayğı" İctimai Birliyinə təşəkkür edirik.
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Ermənistanın hərbi cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Bu barədə Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov məlumat verib. Müraciətdə deyilir: “Artıq 30 ildən çoxdur ki, Ermənistan Azərbaycan xalqına qarşı etnik-milli zəmində sistemli cinayətlər törətməkdə, xalqımıza qarşı terror və soyqırım siyasəti törətməkdə, dövlətimizin ərazi bütövlüyünə qəsd etməkdədir. XX əsrin 90-cı illərindən etibarən Azərbaycan xalqına qarşı silsilə cinayətlər törədən Ermənistan ordusu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum etmiş, bütöv bir şəhərin sakinlərini qətlə yetirmiş, əsir götürülənləri ağır işgəncələrə məruz qoymuşdur. Ümumiyyətlə, Birinci Qarabağ müahribəsi dönəmində minlərlə Azərbaycan vətəndaşı qətlə yetirilmiş, bütöv şəhərlər, kəndlər yer üzündən silinmişdir. Birinci Qarabağ müharibəsi və işğal dönəmində minlərlə hərbi-mülki şəxsi qətlə yetirən Ermənistan, törətdiyi cinayətləri gizlətmək məqsədi ilə Qarabağ və ətraf rayonlarda qətlə yetirilən azərbaycanlııları kütləvi məzarlıqlarda basdırmış, qanlı əməllərini bu yolla ört-basdır etməyə, məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Bugünlərdə Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıq Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi minlərlə cinayətdən biri, bu cinayətlərin inkaredilməz sübutudur. Xatırladaq ki, Birinci Qüarabağ müharibəsi nəticəsində itkin düşən 3890 vətəndaşımızdan bu gün də heç bir xəbər yoxdur və Ermənistan həmin şəxslərin aqibəti haqqında Azərbaycana heç bir məlumat təqdim etməyib. Ermənistan 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərini əhatə edən 44 günlük Vətən müharibəsi dönəmində də Azərbaycan xalqına qarşı silsilə cinayətlər həyata keçirmiş, Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərləri istifadəsi beynəlxalq konvenmsiyaalrla qadağan edilən ballistik raketlərlə atəşə tutmuş, nəticədə içərisində uşaq və qocaların da olduğu onlarla Azərbaycan vətəndaşı qətlə yetirmişdir. Ermənistan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əsir hərbçilərinə qarşı da ağır cinayət törətmiş, onlara yaxın məsafədən atəş açmaqla vəhşicəsinə qətlə yetirmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu müharibənin gedişində - 2020-ci ilin 30 oktyabr tarixində ictimaiyyətə məlumat vermiş, ictimaiyyəti erməni cinayətləri haqında məlumatlandırmışdır. Ermənistanın Azərbaycan xalqına qarşı cinayətləri 2020-ci ilin 10 Noyabr tarixindən, Vətən müharibəsinin başa çatmasından sonra da davam etmişdir. 30 il ərzində Azərbaycanın işğaldakı torpaqlarında bir milyondan çox mina basdıran Ermənistan, post-müharibə dönəmində də mina terrorunu davam etdirmiş, torpaqlarımızda minlərlə yeni-yeni minalar basdırmışdır. 2022-ci ilin 15-30 avqust tarixlərində, yəni cəmi 15 gün ərzində təkcə Laçın rayonunda 1318 ədəd PMN-Э növlü mina aşkar edilmişdir ki, həmin minalar 2021-ci ildə Ermənistanda istehsal edilmişdir. Bu fakt bir daha Ermənistanın 10 Noyabr bəyanatı əsasında üzərinə götüqrdüyü öhdəlikləri yerinə yetirmədiyini, əksinə, terror və təxribat siyasətini davam etdirdiyini göstərir. Ermənistanın cinayətləri fonunda təəssüf doğuran əsas məqamlardan biri də dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, qabaqcıl dövlətlərin bu cinayətləri görməzdən gəlməsi, minlərlə insanın qətli ilə nəticələnən məlum cinayətləri susqunluqla qarşılamasıdır. Özünü demokratiya və insan hüquqlarının carçısı hesab edən beynəlxalq təşkilat və dövlətlərin Ermənistanın qətliyam siyasətinə göz yumması, rəsmi İrəvana heç bir etiraz və təzyiq göstərməməsi həm beynəlxalq qanun və insna hüqyqlarına, həm humanizm prinsiplərinə, həm də əxlaqi-mənəvi dəyərlərə tamamilə ziddir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq dünya ictimaiyyətini, beynəlxalq birlik və təşkilatları Ermənistana qarşı sanksiyalar tətbiq etməyə, bu cinayətləri geniş müstəvidə araşdırmağa və həmin cinayətlərin həm sifarişçilərinin, həm də icraçılarının cəzalandırılmasını təmin etməyi xahiş edirik. Bu, ədalətin təmin edilməsi, Ermənistanın növbəti cinayətlərinin qarşısının alınması və regionda sabitliyin təmin olunması baxımından olduqca zəruridir. Ümid edirik ki, beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti minlərlə veteranın mövqeyini əks etdirən bu müraciətə həssaslıqla yanaşacaq, nəhayət ki, Ermənistanın cəzalandırılması istiqamətində əməli addımlar atacaqdır”. О Б Р А Щ Е Н И Е Организации ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики к Международным Организациям, связанным с военными преступлениями Армении “Уже более 30 лет Армения совершает систематические преступления против азербайджанского народа на этнической и национальной почве, проводит политику террора и геноцида против нашего народа, посягает на территориальную целостность нашего государства. Армянская армия, совершившая с 90-х годов XX века серию преступлений против азербайджанского народа, в ночь с 25 на 26 февраля 1992 года напала на Ходжалы, убила жителей целого города, подвергла пленных жестоким пыткам. В целом за время Первой Карабахской войны были убиты тысячи граждан Азербайджана, стерты с лица земли целые города и села. Армения, убившая в ходе Первой Карабахской войны и оккупации тысячи военных и гражданских лиц, с целью сокрытия совершенных преступлений похоронила азербайджанцев, убитых в Карабахе и прилегающих районах, в массовых могилах, таким образом пыталась скрыть свои кровавые деяния и избежать ответственности. Массовое захоронение, обнаруженное сегодня в селе Эдилли Ходжавендского района, является одним из тысяч преступлений, совершенных Арменией против азербайджанского народа, неоспоримым доказательством этих преступлений. Напомним, что из 3890 наших граждан, пропавших без вести в результате Первой Карабахской войны, до сих пор нет новостей, и Армения не предоставила Азербайджану никакой информации о судьбе этих лиц. В период 44-дневной Отечественной войны, охватившей период с 27 сентября по 10 ноября 2020 года, Армения также совершила ряд преступлений против азербайджанского народа, обстреляла Гянджу, барду, Тертер, Мингячевир и другие города баллистическими ракетами, использование которых запрещено международными конвенциями, в результате чего погибли десятки граждан Азербайджана, среди которых были дети и старики. Армения во время Отечественной войны также совершила тяжкие преступления против пленных военнослужащих Вооруженных сил Азербайджана, зверски убив их с близкого расстояния. В связи с этим Генеральная прокуратура Азербайджанской Республики в ходе войны - 30 октября 2020 года-проинформировала общественность об армянских преступлениях. Преступления Армении против азербайджанского народа продолжались до 10 ноября 2020 года, после окончания Отечественной войны. Армения, которая за 30 лет закопала на оккупированных землях Азербайджана более миллиона мин, и в поствоенный период продолжила минный террор, закопала на наших землях тысячи новых мин. С 15 по 30 августа 2022 года, то есть всего за 15 дней, только в Лачинском районе было обнаружено 1318 мин типа ПМН-Э, которые были произведены в Армении в 2021 году. Этот факт еще раз показывает, что Армения не выполняет взятые на себя обязательства на основании заявления от 10 ноября, а, наоборот, продолжает политику террора и саботажа. На фоне преступлений Армении одним из ключевых моментов, вызывающих сожаление, является то, что мировое сообщество, международные организации, ведущие государства игнорируют эти преступления, молчаливо встречают известные преступления, которые приводят к убийствам тысяч людей. Тот факт, что международные организации и государства, считающие себя сторонниками демократии и прав человека, закрывают глаза на геноцидную политику Армении, не оказывают никакого протеста и давления на официальный Ереван, полностью противоречит как международному праву и правам человека, так и принципам гуманизма и морально-нравственным ценностям. Как организация Ветеранов Войны, Труда и Вооруженных Сил, мы призываем мировое сообщество, международные сообщества и организации ввести санкции против Армении, расследовать эти преступления в широком масштабе и обеспечить наказание как заказчикам, так и исполнителям этих преступлений. Это крайне необходимо с точки зрения обеспечения справедливости, предотвращения дальнейших преступлений Армении и обеспечения стабильности в регионе. Надеемся, что международные организации, мировое сообщество будут чутко реагировать на это обращение, отражающее позицию тысяч ветеранов, и, наконец, предпримут практические шаги в направлении наказания Армении”. S T A T E M E N T Organization of Veterans of war, Labor and Armed Forces of the Republic of Azerbaijan to International Organizations related to the war crimes of Armenia For more than 30 years, Armenia has been committing systematic crimes against the Azerbaijani people on ethnic and national grounds, pursuing a policy of terror and genocide against our people, encroaching on the territorial integrity of our state. The Armenian army, which has committed a series of crimes against the Azerbaijani people since the 90s of the XX century, attacked Khojaly on the night of February 25-26, 1992, killed residents of an entire city, subjected prisoners to cruel torture. In general, during the First Karabakh War, thousands of Azerbaijani citizens were killed, entire towns and villages were wiped off the face of the earth. Armenia, which killed thousands of military and civilians during the First Karabakh War and occupation, buried Azerbaijanis killed in Karabakh and adjacent areas in mass graves in order to conceal the crimes committed, thus trying to hide its bloody deeds and avoid responsibility. The mass grave discovered today in the village of Edilli in Khojavend district is one of the thousands of crimes committed by Armenia against the Azerbaijani people, an indisputable proof of these crimes. It should be recalled that out of 3,890 of our citizens who went missing as a result of the First Karabakh War, there is still no news, and Armenia has not provided Azerbaijan with any information about the fate of these persons. During the 44-day Patriotic War, which covered the period from September 27 to November 10, 2020, Armenia also committed a number of crimes against the Azerbaijani people, fired at Ganja, Barda, Terter, Mingachevir and other cities with ballistic missiles, the use of which is prohibited by international conventions, resulting in the death of dozens of Azerbaijani citizens, among whom were children and old people. During the Patriotic War, Armenia also committed grave crimes against captured servicemen of the Azerbaijani Armed Forces, brutally killing them at close range. In this regard, the Prosecutor General's Office of the Republic of Azerbaijan informed the public about Armenian crimes during the war on October 30, 2020. Armenia's crimes against the Azerbaijani people continued until November 10, 2020, after the end of the Patriotic War. Armenia, which has buried more than a million mines in the occupied lands of Azerbaijan for 30 years, and continued the mine terror in the post-war period, has buried thousands of new mines on our lands. From August 15 to August 30, 2022, that is, in just 15 days, 1,318 PMN-E type mines were discovered in the Lachin district alone, which were produced in Armenia in 2021. This fact once again shows that Armenia does not fulfill its obligations on the basis of the statement of November 10, but, on the contrary, continues the policy of terror and sabotage. Against the background of Armenia's crimes, one of the key points of regret is that the world community, international organizations, leading states ignore these crimes, tacitly meet known crimes that lead to the murder of thousands of people. The fact that international organizations and states that consider themselves supporters of democracy and human rights turn a blind eye to Armenia's genocidal policy, do not exert any protest and pressure on official Yerevan, completely contradicts both international law and human rights, as well as the principles of humanism and moral values. As an Organization of Veterans of War, Labor and the Armed Forces of the Republic of Azerbaijan, we call on the world community, international communities and organizations to impose sanctions against Armenia, investigate these crimes on a large scale and ensure punishment for both the customers and perpetrators of these crimes. This is extremely necessary from the point of view of ensuring justice, preventing further crimes of Armenia and ensuring stability in the region. We hope that international organizations and the world community will react sensitively to this appeal, reflecting the position of thousands of veterans, and, finally, will take practical steps towards punishing Armenia.
Hamısını oxu
Açılışda Cəlilabad rayon Veteranlar Təşkilatının nümayəndələri də iştirak edib Veteran.gov.az xəbər verir ki, Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin büstünün açılış mərasimi olub. Büst şəhidin adını daşıyan Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin həyətində qoyulub. Şəhidin anım günündə reallaşan tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, rayon Veteranlar Təşkilatının və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün, müstəqilliyimizin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Cəlilabad İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, döyüşlər zamanı şəhid və qazilərimizin, o cümlədən Rəşad Abdullayevin göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıb. İcra başçısı çıxışında, həmçinin bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğını xüsusi vurğulayıb. Rəşad Abdullayevin atası Arif Abdullayev, anası Sevil Abdullayeva, şəhidin həyat yoldaşı, yaxınları və digər çıxış edənlər öz şücaəti ilə tarix yazan şəhidlər haqqında danışıb, belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində müstəsna əhəmiyyətə malik olduğunu söyləyiblər. Sonda Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin adını daşıyan məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Qeyd edək ki, kapitan Rəşad Abdullayev 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 29-da Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub və ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı fəxri adı, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Ədalət Salmanov, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri
Hamısını oxu
Cəbrayılın azad olunması Vətən müharibəsinin ən şanlı səhifələrindən biridir. Bunu Azərtac-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Cəbrayılın azad edilməsi uzun illər erməni işğalı altında qalan torpaqlarımızın bir hissəsini düşmən tapdağından xilas etməklə yanaşı, növbəti əməliyyatlar üçün də əlverişli zəmin formalaşdırdı: “Cəbrayılın erməni işğalından azad edilməsi özlüyündə çox böyük hadisə, tarixi Qələbə idi. Çünki 30 ilə yaxın müddətdə bu torpaqlar erməni işğalı altında qalmış, düşmən bu torpaqlarda müxtəlif istehkamlar, müdafiə sədləri inşa etmişdi. Lakin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri düşmən qüvvələrini darmadağın edərək 2020-ci il oktyabrın 4-də Cəbrayılı azad etdi. Cəbrayılın azad edilməsi düşmənin müdafiə xəttinin yarılması, onun zərbə qüvvəsinin müəyyən bir hissəsinin məhv edilməsi ilə paralel şəkildə baş verdi. Cəbrayılın azad edilməsi, Ordumuzun rayonun ətrafındakı strateji əhəmiyyətli nöqtələrə nəzarəti ələ keçirməsinə və sonrakı əməliyyatlara da müsbət təsirini göstərdi. Belə ki, Cəbrayılın azad edilməsi Xocavənd və Hadrutun azad edilməsi ilə bağlı uğurlu əməliyyatlar üçün də əlverişli şərait yaratdı. Başqa sözlə desək, Cəbrayılın azadlığı digər torpaqlarımızın azad edilməsi üçün də yol açdı”. Təşkilatın sədr müavini vurğulayıb ki, bu, həm də xalqımızın böyük Qələbəyə olan inamını daha da artırdı, Ordunun özünün psixoloji əhval-ruhiyyəsinin daha da yüksəlməsinə səbəb oldu: “Şəhərin azad edilməsinin hərbi əhəmiyyəti ilə yanaşı, psixoloji-mənəvi əhəmiyyəti də böyük idi. Belə ki, Cəbrayılın azad edilməsi Azərbaycan xalqının böyük Qələbəyə olan ümidini, inamını daha da artırdı. Bu qələbə Silahlı Qüvvələrin özünün mənəvi-psixoloji durumuna da müsbət təsir göstərdi. Cəbrayılın azadlığı ordu daxilində ruh yüksəkliyinin artmasına səbəb oldu ki, bu da müharibədə uğur qazanmaq üçün başlıca şərtlərdən biri, bəlkə də birincidir. Bu baxımdan Cəbrayılın azad edilməsi mühüm hərbi-tarixi önəmə malikdir”. Polkovnik bildirib ki, hazırda Azərbaycan dövləti işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Cəbrayılda da böyük quruculuq işləri həyata keçirir: “Bu gün respublikamızın işğaldan azad edilən bütün bölgələrində, o cümlədən Cəbrayılda dövlətimiz tərəfindən genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilir. Rayonun infrastrukturu, sosial obyektlər, kommunikasiya sistemləri – bir sözlə, hər şey yeni nəsil texnologiyalar əsasında müasir tələblər səviyyəsində inşa edilir. Görülən işlərin miqyas və sürəti onu söyləməyə imkan verir ki, vaxtı ilə Cəbrayıldan didərgin düşən insanlarımız qısa zamanda yenidən öz ata yurdlarına qayıda biləcək, doğma diyarlarının inkişafına öz töhfələrini verə biləcəklər”.
Hamısını oxu
Oktyabrın 4-də Bakının Sabunçu rayonunda Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi xəfiyyə Rixard Zorgenın yaşadığı evin qarşısında mərasim keçirilib. Rixard Zorgenin anadan olmasının 127-ci il dönümü münasibətilə keçirilən mərasimdə Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin rəhbərliyi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, yerli bələdiyyə nümayəndəsi iştirak ediblər. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev çıxış edərək Rixard Zorgenin həyat yolu və xəfiyyəlik fəaliyyəti haqqında danışıb. Digər veteranlar da çıxışlarında Rixard Zorgenin İkinci Dünya müharibəsindəki rolu haqqında fikirlərini bildiriblər. xeber7.az
Hamısını oxu