Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Cəlilabad Rayon Təşkilatında Zəfər Günü ilə bağlı tədbir keçirilib.Veteranlar Evində təşkil olunan tədbirdən öncə torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığımız haqq savaşında şəhid olan igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman veteranları şanlı qələbə münasibəti ilə təbrik edib, bu qələbənin qazanılmasında dövlət-xalq-ordu birliyinin sarsılmazlığını, möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qüdrətini, qəhrəman əsgər və zabitlərimizin şücaətini xüsusi vurğulayıb. Tədbirdə əmək və müharibə veteranları da çıxış edərək 44 gün davam edən Vətən müharibəsində əsgərlərimizin qəhrəmanlığından, qazanılan qələbənin böyük əhəmiyyətindən danışıblar, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda şəhidlərimizin anım günlərində fəal iştirak edənlərə rayon Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub.
Hamısını oxu
Cəlil Xəlilov: “General Əli Nağıyev Prezidentin etimadını doğruldaraq bu qurumu qısa zamanda layiq olduğu zirvəyə yüksəldə bilib” 8 noyabr Zəfər Günü ilə yanaşı, həm də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin ad günüdür. Bü münasibətlə Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Vetaranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin Vətən müharibəsindəki roluna diqqət çəkib, general Əli Nağıyevin ad gününü təbrik edib: “8 noyabr Azərnbaycan xalqının Zəfər Günü, mənəvi diriliş günüdür. Düz iki il bundan öncə Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında erməni faşizmini cəmi 44 gün ərzində darmadağın edərək işğaldakı torpaqları yağı düşməndən azad edib. 30 illik işğal dönəmindən sonra ərazi bütövlüyümüz təmin olunub, Şuşada, Laçında, Kəlbəcərdə üçrəngli bayrağımız dalğalanıb. Bu müharibədə erməni işğalçılarına qarşı mübarizədə Dövlət Təhlükəsizliyi Xidməti də yaxından iştirak edib, qələbəmizin əldə edilməsində mühüm rol oynayıb. 8 noyabr həm də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin ad günüdür. Xatırladım ki, məhz general Əli Nağıyev Prezidentin etimadını doğruldaraq Dövlət Təhlükəsizliyi Xidmətini qısa zamanda layiq olduğu zirvəyə yüksəldə, bu qurumun fəaliyyətində ciddi keyfiyyət dəyişikliyinə nail ola bilib. Mən hörmətli Əli müəllimi həm Zəfər Günü və Dövlət Bayrağı Günü, həm də ad günü münasibəti ilə təbrik edir, ona, habelə onun rəhbərlik etdiyi quruma gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dövlətimiz sürətlə inkişaf etməkdə davam edəcək, Dövlət Təhlükəsizliyi Xidməti xalqımızın və dövlətimizin əmin-amanlığının etibarlı təminatçısı kimi bütün məkirli qüvvələrə hər zaman olduğu kimi, bundan sonra da öz yerini göstərəcəkdir”. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Zəfər Günü ilə bağlı tədbir keçirilib. Veteranların iştirakı ilə keçirilən tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı ilə Veteranlar Təşilatının birgə təşkilatçılığı ilə baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, şəhdilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Təşkilatın sədr müavini, polkvonik Cəlil Xəlilov 8 Noyabr tarixinin önəmindən söz açıb, qələbənin əldə edilməsini şərtləndirən amillərə toxunub: “8 Noyabr tarixi sadəcə Azərbaycan deyil, bütün türk dünyası tarixi baxımından mühüm hadisədir. Bu, türk dünyasının ən şanlı zəfərlərindən biridir. Hansı ki, bu zəfər Azərbaycan xalqı, türk dünyası ilə birlikdə sonsuza kimi yaşayacaqdır. Ordumuzun Vətən müharibəsindəki qalibiyyəti bütün regionun gələcək taleyini həll etdi. Şübhəsiz, Azərbaycan Ordusunun qalibiyyəti sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mrəhələnin başlanması demək oldu. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdi, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açdı. Şübhəsiz, 44 günlük Vətən müharibəsi dönəmində qələbəni təmin edən ən mühüm faktorlardan biri, bəlkə də birincisi məhz bacarıqlı sərkərdə, təcrübəli Ali Baş Komandan faktoru olmuşdur. Məhz Prezident İlham Əliyevin Ali Baş Komandan kimi peşəkarlığı ermənilərin sadəcə hərbi müstəvidə deyil, bütün müstəvilərdə məğlub edilməsində mühüm rol oynamış, böyük, həlledici qələbəni təmin etmişdir. Hansı ki, Ali Baş Komandanımızın əzmkarlığı, müharibədəki həlledici rolu xarici ölkə ekspertləri tərəfindən də etiraf olunmaqda, təsdiqlənməkdədir. Bütün bunlar bir daha onu göstərir ki, biz bu qələbəyə görə hər şeydən öncə Ali Baş Komandanımıza, o cümlədən şəhidlərimiz, qazilərimizə minnətdarıq”. Polkovnik Cəlil Xəlilovun çıxışından sonra 44 günlük Vətən müharibəsindən bəhs edən film nümayiş olunub. Tədbridə çıxış edən “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi tarixi qəhrəmanlığa diqqət çəkib: “44 günlük Vətən müharibəsində Azərbaycan xalqı böyük əzm və fədakarlıq göstərdi. Ali Baş Komandanın ətrafında sıx birləşən xalq, onun hər bir fərdi qələbənin əldə edilməsi üçün əlindən gələni əsirgəmədi. Ancaq heç şübhəsiz, bu qələbədə ən böyük pay şəhidlərimizə və qazilərimizə məxsusdur. Çünki məhz onlar düşmənlə üz-üzə mübarizə apararaq işğaldakı torpaqlarımızı qanları və canları bahasına düşməndən azad etdi. Azərbaycan xalqı ona bu böyük zəfəri yaşadanları heç vaxt unutmayacaq, onları hər zaman sevgi və minnətdarlıq hissi ilə xatırlayacaqdır”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova isə çıxışında 8 Noyabr zəfərini xalqa bəxş edən qazilər və şəhidlərin ruhu qarşısında baş əydiyini bildirib: “8 Noyabr Azərbaycan xalqının qürur günü, milli özünütəsdiq günüdür. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu erməni faşizmini məhv etdi, düşməni işğaldakı torpaqlardan qovaraq dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Biz bu qələbəyə görə Prezidentimizə, Ordumuza, şəhidlərimizə və qazilərimizə borcluyuq. Mən bizə bu böyük zəfəri yaşadan şəhidlərimizin ruhu qarşısında, qazilərimiz qarşısında baş əyirəm. Azərbaycan xalqı sizin qəhrəmanlığınızı heç vaxt unutmayacaq”. Tədbirdə çıxış edən 44 günlük Vətən müharibəsi qazisi tankçı Ramin Şirinov ordumuzun müharibədəki qəhrəmanlığından danışıb, şəhid ailələri və qazilərə göstərdiyi dəstəyə görə dövlət başçısına təşəkkür edirb. Daha sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solostləri gizir Leyla Əliyeva və Mətləb Ağayev tərəfindən hərbi vətənpərvərlik mahnıları ifa edilib. Tədbirin sonunda veteranlara bayram sovqatı verilib, onlar üçün çay süfrəsi təşkil olunub.
Hamısını oxu
Səmyar Abdullayev: “Bu böyük günün qəhrəmanları isə Müzəffər Ali Baş Komandan, ordu və xalqdır” “Şəhidlərimizi və qazilərimizi hər zaman sevgi və minnətdarlıqla yad edəcəyik” Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev 8 Noyabr Zəfər Günü ilə bağlı Veteran.gov.az-a müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq: -Səmyar bəy, qarşıdan 8 Noyabr – düşmən üzərindəki tarix qələbinin ikinci ildönümü gəlir. Öncə bu günün əhəmiyyəti ilə bağl fikirlərinizi bilmək istərdik. -Zəfər Günü sadəcə işğalçı Ermənistan üzərində tarixi qələbə günü deyil. Zəfər Günü həm də Azərbaycan xalqının, onun timsalında bütün türk dünyasının uzun fasilədən sonra ayağa qalxdığı, özünü bir xalq kimi təsdiq etdiyi gündür. Xalqımız bu tarixi zəfərlə sadəcə, öz ərazi bütövlüyün təmin etmədi. Həm də milli qürurunu, tarixi ədaləti bərpa etdi. 8 Noyabr zəfəri ilə Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, o, öz suverenliyini, ərazi bütövlüyünü, haqqını və hüququnu qorumağa qadirdir. Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, onun güclü sərkərdəsi, yenilməz ordusu var bu bu ordu cəmi 44 gün ərzində düşməni darmadağın edəcək gücdədir. Bu baxımdan 8 Noyabr zəfərinin hərbi-siyasi əhəmiyyəti ilə yanaşı, mənəvi-ideoloji əhəmiyyətini də yüksək qiymətləndirirəm. -Sizcə 44 günlük Vətən müharibəsində qələbəni təmin edən əsas amillər hansılar oldu? -Şübhəsiz ki, Vətən müharibəsində qələbəni təmin edə ən başlıca amil güclü sərkərdə faktoru oldu. Ali Baş Komandan İlham Əliyev bütün xalqı ətrafıdna birləşdirərək düşmən üzərində tarixi zəfərə imza atdı. Dövlət başçısı müharibə dönəmində elə bir hərbi-siyasi əzm ortaya qoydu ki, yalnız Ermənistan deyil, onun havadarları da bu əzm qarşısında geri çəkilməyə, Azərbaycanın iradəsi ilə razılaşmağa məcbur oldular. Müharibədə qələbəni təmin edən əsas faktorlardan biri də qüdrətli ordu amili oldu. Müharibə göstərdi ki, son 30 ildə ordumuzda həyata keçirilən islahatlar həqiqətən də güclü, modern ordunun formalaşmasına gətirib çıxardıb. Müharibə sübut etdi ki, Azərbaycan Ordusu həqiqətən də bütün dünyanın ən güclü ordularından biridir və bu ordu istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Qələbənin təminində ordu və Ali Baş Komandanla tam bir həmrəylik sərgiləyən Azərbaycan xalqının fədakarlığı da həlledici rol oynadı. Azərbaycan xalqı hər bir fərdi ilə Prezidentin yanında oldu, orduya böyük dəstək verdi. Başqa sözlə desək, xalq Ali Baş Komandanın və Azərbaycan Silahlı Qüvvələrinin ətrafında bir yumruq kimi birləşdi və məhz bu yumruq erməni faşizminin başını əzdi. -Səmyar bəy, müharibə həm də Azərbaycan hərbçilərinin qeyri-adi qəhrəmanlıqları ilə yadda qaldı. Sizcə bu qəhrəmanlıqların təbliği və yaşadılması nə dərəcədə zəruridir? -Şübhəsiz, 44 günlük Vətən müharibəsinin hər günü, hər dəqiqəsi Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı və fədakarlığı ilə yadda qaldı. 30 il ərzində düşmənin müxtəlif mühəndis-istehkam qurğuları ilə möhkəmləndirdiyi, bir neçə səddən ibarət müdafiə səddi yaratdığı torpaqları cəmi 44 gündə azad etmək bu qəhrəmanlığın ən bariz göstəricisidir. Şuşanın erməni işğalından azad edilməsi zamanı ordumuzun ortaya qoyduğu əzm isə bütün dünyanı heyrətləndirməkdir. Əminəm ki, illər, əsrlər keçəcək, ancaq Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar bütün bəşəriyyət tərəfindən öyrənilməkdə, tədqiq edilməkdə davam edəcək, bununla bağlı cild-cild kitablar yazılacaq, filmlər çəkiləcəkdir. Məlumat üçün qeyd edim ki, artıq ölkəmzidə bizi bu tarixi zəfərə qovuşduran şəhdilərimiz, qazilərimizlə bağlı xeyli sayda sənədli filmlər çəkilib, yazılar yazılıb. Yaxın gələcəkdə bu proses daha da kütləviləşəcək, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı təbliğ ediləcək, yaşadılacaqdır. Gələcək nəsillər 44 günlük Vətən müharibəsi qəhrəmanlarına baxaraq öz keçmişləri ilə fəxr edəcək, varislik ənənələrini qürurla davam etdirəcəklər. -Post-müharibə dönəmində işğaldan azad edilən ərazilərdə həyata keçirilən geniş abadlıq-quruculuq işlərini necə dəyərləndirirsiniz? -Hesab edirəm ki, Azərbaycan dövlətinin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi layihələr, gördüyü işlər sadəcə region dövlətlərinə deyil, bütün dünyaya nümunədir. Bir tərəfədn mina terroruna qarşı mübarizə aparan, işğaldan azad edilən torpaqlarımızı döyuüş sursatından təmizləyən dövlətimiz, digər tərəfdən bu ərazilərdə geniş tikinti işləri həyata keçirməkdədir. Bu gün dövlətimiz işğaldan azad edilən ərazilərdə erməni vandalizminin məhv etdiyi tarixi-mədəni abidələri bərpa edilməklə yanaşı, böyük iqtisadi və enerji layihələri həyata keçirməkdədir. Yalnız yerli deyil, həm də xarici investisiyanın iştirakı ilə bu ərazilərdə müasir istehsalat müəssiələrinin, fabrik və zavodların inşası, ekoloji baxımdan təmiz enerji resurslarından maksimum səmərəli istifadə, modern kənd təsərrüfatı müəssisələrinin yaradılması dövlətimizin bu torpaqlarda həyata keçirdiyi mühüm layihələr sırasındadır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında görülən işlərin miqyas və əhəmiyyətini nəzərə alsaq, əminliklə deyə bilərik ki, yaxın illərdə Qarabağ və ətraf rayonlar iqtisadi inkişaf tempinə görə bütün dünyanın sürətlə tərəqqi edən bölgələrindən birinə çevriləcək, Azərbaycan iqtisadiyyatına böyük töhfələr verəcəkdir. Bu isə öz növbəsində xalqımızın sosial rifaının daha da yaxşılaşmasına, vətənimizin daha da çiçəklənməsinə səbəb olacaqdır. Seymur ƏLİYEV
Hamısını oxu
Ermənistanda revanşist hisslərlə yaşayan qüvvələr və onlara havadarlıq edən xarici dairələr isə regionda yaranmış yeni reallıqları qəbul etməlidir. Veteran.gov.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlər Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev deyib. O bildirib ki, Ermənistan Azərbaycanın təhlükəsizliyinə risk yaradacaq bütün çirkin əməllərdən çəkinməlidirlər: “Əks halda nəzərə almalıdırlar ki, dövlət başçısının dediyi kimi, “Dəmir yumruq yerindədir!”,- deyə Dövlər Təhlükəsizliyi Xidmətinin rəisi bildirib. Əli Nağıtev bildirib ki, erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir: “Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın!”.
Hamısını oxu
Cəlil Xəlilov: “Bu gün qəhrəman ordumuz bütün dünyanın hər zaman heyrətlə xatırlayacağı yeni bir tarix yazdı” Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 8 Noyabr – Zəfər Günü ilə bağlı saytımza açıqlama verib. Açıqlamasında bu tarixi günün önəminə diqqət çəkən polkovnik Cəlil Xəlilov, 8 Noyabr zəfərinin bütün regionun gələcəyinə həlledici təsir göstərdiyini vurğulayıb: “8 Noyabr tarixi sadəcə Azərbaycan deyil, bütün türk dünyası tarixi baxımından mühüm hadisədir. Bu, türk dünyasının ən şanlı zəfərlərindən biridir. Hansı ki, bu zəfər Azərbaycan xalqı, türk dünyası ilə birlikdə sonsuza kimi yaşayacaqdır. Ordumuzun Vətən müharibəsindəki qalibiyyəti bütün regionun gələcək taleyini həll etdi. Şübhəsiz, Azərbaycan Ordusunun qalibiyyəti sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mrəhələnin başlanması demək oldu. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdi, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açdı. Bildiyiniz kimi, Ermənistanın 30 ilə qədər davam edən işğalı bütün regionun inkişafı üçün başlıca əngəl idi. 44 günlük Vətən müharibəsində əldə edilən qalibiyyət bu əngəli ortadan qaldırdı. İşğaldakı torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda başda qardaş Türkiyə olmaqla, bir sıra dost dövlətlər bərpa və yenidənqurma işinə start verib ki, bu da həm ölkəmizin, həm də bütün regionun iqtisadi inkişafı baxımıdnan böyük əhəmiyyətə malikdir”. “Müharibə ordumuzun gücü ilə yanaşı, xalqımızın bayraq sevgisini də ortaya qoydu” Polkovnik qeyd edib ki, müharibə Azərbaycan Silahlı Qüvvələrinin gücünü əyani surətdə bütün dünyaya göstərdi: “44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu həqiqətən də ən çətin, ən mürəkkəb tapşırıqların belə öhdəsindən gəlməyə, onları müvəffəqiyyətlə icra etməyə qadirdir. Bu, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən ordu quruculuğu prosesinin nə qədər effektiv olduğunu sübut etdi. Vətən müharibəsi ordumuzun gücü ilə yanaşı, xalqımızın vətənprəvərlik ruhunu, torpaq, bayraq sevgisini də bütün əzəməti ilə ortaya qoydu. Gənclərimiz döyüşmək, işğaldakı torpaqları azad etmək üçün çağırış məntəqələri qarşısında uzun növbələr yaradır, hər vasitə ilə bu döyüşlərdə iştirak etməyə can atırdılar. Hansı ki, həmin vaxt minlərlə erməni gənci silahını, ona həvalə edilən texnikanı döyüş meydanında ataraq qaçır, kütləvi şəkildə fərarilik edirdi. Müharibə dönəmində Ermənistanda on min nəfərdən çox hərbçi döyüş mövqeyini özbaşına tərk etmiş, fərarilik etmişdir. Bunu Ermənistanın rəsmi dövlət qurumlarını da etiraf edir. Azərbaycanda isə insanlar hər vasitə ilə orduya kömək etməyə can atır, torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə iştirak etmək üçün əlaqədar dövlət qurumlarına ardıcıl müraciətlər edirdilər. Müharibə dönəmində orduya dəstək məqsədi ilə çoxlu sayda kampaniyalar təşkil edildi ki, bu kampaniyalarda cəmiyyətin bütün təbəqələri yaxından iştirak etdi”. “Qələbəni təmin edən ən mühüm faktorlardan biri güclü sərkərdə amili oldu” Cəlil Xəlilov 8 Noyabr zəfərini şərtləndirən ən mühüm amillərdən birinin məhz bacarıqlı sərkərdə faktoru olduğunu vurğulayıb: “Şübhəsiz, 44 günlük Vətən müharibəsi dönəmində qələbəni təmin edən ən mühüm faktorlardan biri, bəlkə də birincisi məhz bacarıqlı sərkərdə, təcrübəli Ali Baş Komandan faktoru olmuşdur. Məhz Prezident İlham Əliyevin Ali Baş Komandan kimi peşəkarlığı ermənilərin sadəcə hərbi müstəvidə deyil, bütün müstəvilərdə məğlub edilməsində mühüm rol oynamış, böyük, həlledici qələbəni təmin etmişdir. Hansı ki, Ali Baş Komandanımızın əzmkarlığı, müharibədəki həlledici rolu xarici ölkə ekspertləri tərəfindən də etiraf olunmaqda, təsdiqlənməkdədir. Bütün bunlar bir daha onu göstərir ki, biz bu qələbəyə görə hər şeydən öncə Ali Baş Komandanımıza, o cümlədən şəhidlərimiz, qazilərimizə minnətdarıq”. Sədr müavini Azərbaycanın 44 günlük Vətən müahribəsində dünya hərb sənayesinin ən son yeniliklərini uğula tətbiq etdiyini bildirib: “Azərbaycan bu müharibədə hərbi texnologiyanın ən müasir yeniliklərini tətbiq etdi. Hansı ki, ordumuzun bu təcrübəsi, Vətən müharibəsindəki taktika və strategiyası dünyanın bir çox dövləti tərəfindən öyrənilməkdədir. Lakin təbii ki, ordumuzun bundan sonra da müasir texnika ilə təmin edilməsi, ən son hərbi məhsullarla təchizi qarşıda duran əsas məsələlərdən biridir. Ali Baş Komandan da dəfələrlə bəyan edib ki, ordumuzun peşəkarlığının artırılması, döyüş hazırlığının qorunub saxlanılması, müasir silah-sursatla təmin olunması bundan sonra da diqqət mərkəzində olacaq. Azərbaycan bu istiqamətdə artıq bəzi əməli addımlar atmaqdadır. Belə ki, Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması bunun ən böyük sübutudur. Bildiyiniz kimi, bu bəyannamə ikitərəfli münasibətləri bütün parametrlər üzrə, o cümlədən hərbi müstəvidə daha da inkişaf etdirməyi nəzərdə tutur ki, bu da ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Bildiyiniz kimi, Türkiyə NATO-nun ən güclü dövlətlərindən biridir. Vətən müharibəsində düşmən üzərində qələbə əldə etməyimizdə Türkiyədəki hərbi məktəblərdə təhsil alan zabitlərimizin böyük əməyi oldu. O cümlədən, Azərbaycan-Türkiyə hərbi təlimləri ordumuzun peşəkarlığının artırılmasında, onun döyüş qabiliyyətinin yüksəlməsində mühüm rol oynadı. Şuşa Bəyannaməsi bu sahədə daha geniş əməkdaşlıq üçün hüquqi əsas yaradır”. Polkovnik qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın milli hərb sənayesinin məhsulları da özünü yüksək səviyyədə doğruldub: “Vətən müharibəsi Azərbaycanın hərbi sənaye məhsullarının real döyüş şəraitində sınanması baxımından da mühüm əhəmiyyət kəsb etdi. Sevindiricidir ki, məhz milli hərbi sənayemizin istehsal etdiyi məhsullar nəticəsində Azərbaycan ordusunun xarici hərbi məhsullardan asılılğı minimuma endi. Ordunu əsas sursat və mərmilərlə məhz yerli hərbi sənaye müəssisələri təmin etdi. Hansı ki, Vətən müharibəsindən sonra ölkəmizdə hərbi sənayenin daha da genişləndirilməsi, yeni ad və çeşiddə yeni hərbi məhsulların istehsal edilməsi planlaşdırılır. Azərbaycan bu məsələdə də qardaş Türkiyənin təcrübəsindən istifadə edəcək. Yəqin ki, Vətən müahribəsində Azərbaycanın qalibiyyətində özünəməxsus rol oynayan birgə dron və müşahidə sistemlərinin istehsalı da Türkiyə ilə yaxın gələcəkdəki əməkdaşlıqda yer alacaq. Bir sözlə, Vətən müharibəsi və yeni reallıqlar Azərbaycan ordusunun gələcək simasının müəyənləşməsində mühüm rol oynayacaq. Onu da qeyd edim ki, Ermənistandan fərqli olaraq, Azərbaycan iqtisadi baxımdan da olduqca güclüdür və bu güc ona ordumuzun inkişaf etdirmək, onun inkişafı üçün gərəkli olan xərcləri qarşılamağa imkan verir”. “Xüsusi Təyinatlı Qüvvələr xalqımızın qürur mənbəyidir” Polkovnik 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin böyük qəhrəmanlıqlara imza atdığını bildirib: “Heç kimə sirr deyil ki, Azərbaycan Ordusunda Xüsusi Təyimatlı Qüvvələr özünməxsus çəkiyə və əhəmiyyətə malikdir. Hələ 2016-cı ilin aprel döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələr yüksək döyüş hazırlığına malik olduqlarını sübut etdilər. Həmin döyüşlərdə xüsusi təyinatlılarımız çoxlu sayda düşmən hərbi texnikasını və canlı qüvvəsini məhv etdi. Onlar düşmənə sadəcə hərbi müstəvidə deyil, psixoloji baxımdan da böyük zərbə vurdu. Aprel döyüşləri həmçinin Azərbaycan Ordusunun qüdrətini, onun qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə hazır olduğunu bütün dünyaya göstərdi. 44 günlük Vətən müharibəsində isə Xüsusi Təyinatlı Qüvvələr sözün həqiqi mənasında tarix yazdı. Bir tək Şuşa şəhərinin azad edilməsində xüsusi təyinatlıların göstərdiyi qəhrəmanlıq onların əldə edilən qələbəyə hansı miqyasda töhfə verdiyini göstərmək baxımından kifayətdir. Xüsusi Təyinatlı Qüvvələr düşmənin canına elə qorxu salmışdı ki, bir sıra döyüşlərdə işğalçı erməni əsgərləri sona qədər müqavimət göstərmədən silahlarını atıb qaçırdı. Onlar bəzi hallarda öz yaralılarını, meyidlərini belə götürmədən döyüş yerindən uzaqlaşır, öz canlarını xilas etməyə çalışırdılar. Bütün bu faktlar Xüsusi Təyinatlı Qüvvələrin Vəətn müharibəsində necə böyük fədakarlıq sərgilədiyini göstərir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xüsusi təyinatlıların sayının artırıldığını, bu prosesin gələcəkdə də davam edəcəyini bildirib. Bu faktın özü Ali Baş Komandanımn xüsusi təyinatlı hərbçilərimizə, onların igidliyinə necə böyük önəm verdiyini göstərir”. Cəlil Xəlilov 8 Noyabr zəfərinin heç zaman unudulmayağını, hər zaman heyrət və qürurla anılacağını qeyd edib: “8 Noyabr xalqımızın məğlubedilməzliyinin təsdiqi günüdür! Bu gün qəhrəman ordumuz bütün dünyanın hər zaman heyrətlə xatırlayacağı yeni bir tarix yazdı. Əminəm ki, illər, əsrlər keçsə də 8 Noyabr zəfəri, bizə bu zəfəri yaşadanlar əsla və əsla unudulmayacaq, hər zaman sevgi və minnətdarlıq hissi ilə xatırlanacaqlar!” Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib. Xatırladaq ki, pokovnik Cəlil Xəlilov uzun illərdir ki, yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanan, Azərbaycan Silahlı Qüvvələrinin təbliğində, düşmən dezinformasiyalarına qarşı mübarizədə yaxından iştirak edən peşəkar hərbi ekspertdir. O, həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, pedaqoq kimi milli kadrların hazırlanması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi prosesində də yaxından iştirak edir.
Hamısını oxu
Milli Məclisdə parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai müzakirənin keçirilməsi təqdirəlayiqdir. 2019-cu ilin sonlarında idarəetmə sistemində aparılan uğurlu islahatlar çərçivəsində ictimai–siyasi sektora dövlətin yeni baxışı formalaşdı. Əvvəllər bəzi məmurların intriqa və şəxsi mənafeləri ucbatında ictimai–siyasi sektorda formalaşan qeyri sağlam münasibətlər sistemi Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yarandığı dövrdən tədricən aradan qalxdı. Həmin şöbə tərəfindən siyasi mövqeyi və partiya mənsubiyyətindən asılı olmayaraq cəmiyyətin bütün sağlam qüvvələri üçün müzakirə platformaların yaradılmasına başlanıldı. Hesab edirəm ki, Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai müzakirənin geniş formatda keçirilməsi bir neçə il ərzində formalaşan siyasi partiyalarla uğurlu iş mexanizminin nəticəsidir. Veteran.gov.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, Cəsarət Hüseynzadə söyləyib. O bildirib ki, qanunun müzakirəsinə siyasi partiyaların, QHT-lərin, ekspertlərin cəlb edilməsi prosesin şəffaflığına, demokratik dəyərin əsas götürülməsinə dəlalət edir. Bu müzakirələr, eyni zamanda, siyasi iradənin mühüm göstəricidir. Hesab edirəm ki, bu iradənin ən vacib nümunəsi 2020-ci il martın 10-da Prezident İlham Əliyev tərəfindən Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında göstərildi. Prezident siyasi partiyaların rolunun artırılması məqsədi ilə partiya nümayəndələrinin Milli Məclisin Komitələrində rəhbərliyə gətirilməsi ideyasını irəli sürmüşdü. “Geniş ictimaiyyətin öz təklif və təşəbbüslərini irəli sürməsi üçün münbit şərait yaradılması müsbət haldır. Yeni qanunla bağlı müzakirələr açıqdır və Milli Məclisdə baş tutmuş ilk müzakirədə xeyli sayda alternativ fikirlər səsləndirildi. Qanunun bəzi maddələri ilə bağlı hakim Yeni Azərbaycan Partiyası də fikirlər irəli sürür. Bu müzakirə platforması qərarların qəbulunda ictimai iştirakçılığın təmin olunmasına imkan yaradır. Prezident Ilham Əliyevin 27 fevral 2020-ci il Sərəncami ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” 5.5-ci maddəsində də Dövlət orqanlarında kollegial qərarların qəbulu prosedurlarında, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının iştirakının və təmsilçiliyinin genişləndirilməsi qeyd edilib. Bu maddənin icrası, eyni zamanda, Milli Məclisə də tövsiyə edilib. Proses, eyni zamanda, qərarların qəbulunda ictimai iştirakçılığın təmin olunmasın əhatə edir və bu çox vacib amildir”, - deyə Cəsarət Hüseynzadə qeyd edib. Onun sözlərinə görə, iclasdan əvvəl Milli Məclisin sədri Sahibə Qafarovanın tədbirin keçirildiyi zala gəlib, hazırlıq məqsədilə görülən işlərlə tanış olması, həmçinin ictimai müzakirələrdə iştirak edən partiya sədrləri ilə görüşməsi da müzakirə mühitinin inkişafı və müxtəlif siyasi qüvvələr üçün bərabər imkanlar yaradılması baxımdan mühüm addım sayılmalıdır. Onu da xüsusi qeyd etmək lazımdır ki, qanun layihəsi digər formatlarda da ictimai müzakirələr üçün açıqdır. Bu məqsədlə cari ilin sentyabrın 7-dən qanun layihəsi Milli Məclisin saytında yerləşdirilib. Milli Məclisin saytının internet istifadəçilərinə verdiyi imkan nəticəsində hər bir vətəndaş qanun layihəsinin müzakirəsində onlayn iştirak edərək, rəy və təkliflərini təqdim edə bilər. Qanunun tam və açıq mənbədə ictimaiyyətə təqdim edilməsi, eyni zamanda, media, sosial şəbəkələrdə və digər platformalarda qanun layihəsinin müzakirəsi üçün geniş imkanlar yaradıb. Siyasi partiya nümayəndələri, ekspertlər və sadə insanlar həmin alətlərdən istifadə etməklə öz fikirlərini və mövqelərini açıqlaya bilirlər. Ötən müddətdə davamlı olaraq media subyektlərində geniş ictimai müzakirələr açılmış və müxtəlif siyasi partiyaların nümayəndələri və ekspertlər tərəfindən qanunun müxtəlif maddələri ilə bağlı rəy və təkliflər səsləndirilib. Azərbaycan cəmiyyətinin, siyasi partiyaların və milli maraqlarının əks olunduğu və ictimai müzakirələr nəticəsində inkişaf etdirilmiş qanunvericilik bazası ölkəmizin yeni inkişaf mərhələsinə də öz töhfəsini verəcəkdir.
Hamısını oxu
Bütün zamanlarda gənc nəslin tərbiyəsi, xüsusilə vətənpərvərlik tərbiyəsi ön planda olmusdur. Heç zaman öz aktuallığını itirməyən bu məsələ çağdaş zəmanəmizdə daha priotet sahələrdəndir. Mənfur və məkrli düşmənimiz və onun çoxlu sayda havadarlarının ölkəmizdə, həmçinin regionumuzda sülh prosesinə hər vəchlə əngəllər törətməyə çalışdığı bur vaxtda bu hər an diqqət mərkəzində olmalıdır. Veteran.gov.az xəbər verir ki, 2020-ci ilin noyabr ayının I ongünlüyündə ölkəmizin prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, şəhidlərimizin canı və qazilərimizin qanı sayəsində zəfər çaldıq.İşğal altında olan ərazilərimiz düşmən əsarətindən xilas edildi. Amma yenə müharibə gedir,daha doğrusu informasiya və diplomatiya müharibəsi gedir. Məhz buna görə də ölkəmizin hər bir vətəndaşı indiki zamanda təbliğatla, vətənpərvərlik tərbiyədilə daha ciddi məşğul olmalıdır. Bugünlərdə Abşeron rayonunun Qobu qəsəbəsində Q.Xalıqov adına 1 saylı tam orta məktəbdə, tədris ocağının təçkilatçılığı və Vətən Müharibəsi Veteranları İctimai Birliyi Abşeron rayon filialının Qobu qəsəbə özəyinin iştirakı ilə yuxarı sinif şagirdlərinin görüşü keçirilib. Tədbirə I və II Qarabağ müharibəsi iştirakçıları iştirak edib. Dəvətlilər arasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qəsəbədəki üzvlərindən ehtiyatda olan mayor Ramiz Məmmədov və Əfqanıstan, həmçinin Qarabağ müharibəsinin döyüşçüsü Təbriz Bəhrəmov da olub. Tədbir interaktiv şəkildə sual-cavab formatında təşkil edilib. Şagirdlər müharibə iştirakçılarına suallar verir və cavablar alırdı. Görüş maraqlı və məzmunlu keçib.Belə tədbirlərin müntəzəm keçirilməsi qərara alınıb.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, ictimai-siyasi xadim Surxay Tağızadə vəfat edib. Xatırladaq ki, Surxay İmran oğlu Tağızadə 8 aprel 1932-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. 1949-cu ildə Gəncədəki Sabir adına 5 saylı orta məktəbi, 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitututnun baytarlıq fakültəsini, 1962-ci ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun aspiranturasını bitirmişdir. Baytarlıq elmləri namizədi elmi dərəcəsi və baş elmi işçi rütbəsi vardır. Əmək fəaliyyətinə AKTİ-də komsomol təşkilatına rəhbərlikdən və müəllimlikdən başlamış, Azərbaycan Elmi-tədqiqat heyvandarlıq institutunda elmi işçi, "Kirovabad kommunisti" qəzetində kənd təsərrüfatı şöbəsinin müdiri, Özbəkistan Elmi-Tədqiqat Baytarlıq institutunda laboratoriya müdiri, Səmərqənd kooperativ institutunda dosent, Azərbaycan Elmi-Tədqiqat baytarlıq institutunda şöbə mudiri vəzifələrində çalışmışdır. 1967-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyində təbliğat idarəsinin rəisi, Azərbaycan KP MK kənd təsərrüfatı şöbəsi müdirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini, Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi, Azərbaycan KP MK kənd təsərrüfatı və emal sənayesi şöbəsinin müdiri, Dövlət Plan komitəsi sədrinin müavini vəzifələrində işləmişdir. Göstərilən illərdə Respublikada kənd təsərrüfatı iqtisadiyyatının yüksəldilməsi, təsərrüfatların ixtisaslaşdırılması və təmərküzləşdirilməsi, mütərəqqi iş üsullarının və qabaqcıl təcrübınin öyrənilməsi, geniş yayılması və tətbiq edilməsi, yeni texnologiyaların, istehsal və sosial sahələrinin yaradılması, inkişaf etdirilməsi, onların maddi bazasının gücləndirilməsi, ixtisaslı kadrların hazırlanması, kəndlilərin sosial məsələlərinin həll edilməsi və kənd təsərrüfatı üçün vacib olan başqa mühüm tədbirlərdə bilavasitə iştirak etmiş, onların bir çoxunun təşəbbüskarı olmuşdur. Azərbaycan istiqlaliyyətini bərpa etdikdən sonra 1993-cü ildə Azərbaycan Fermerlər İttifaqının yaradıcılarından biri olmuş, 1996-cı ildə isə Azərbaycan "Farmprogress" (fermerin tərəqqisi) Beynəlxalq Elmi-Texniki Əlaqələr Mərkəzini və "Azərbaycan Fermeri" jurnalını təsis etmişdir. Onun rəhbərliyi altında fəaliyyət göstərən bu qurumlar Respublikada fermer təsərrüfatlarının bərqərar olması və inkişaf etdirilməsi, bu sahədə dünya ölkələrində əldə edilmiş çoxillik və ilkin yerli təcrübənin təbliği ilə məşğul olmuş, fermerlərin elmi idarələr, bank və sığorta təşkilatları, aqroxidmət, emal, marketinq müəssisləri ilə işgüzar əlaqələrinin yaradılması üçün geniş maarifçilik işi aparmışlar. S. Tağızadə 2009-cu ilin aprel ayından 2014-cü ilin sentyabr ayınadək Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin I müavini vəzifəsində işləmişdir. Bu dövrdə o, Respublikada veteran işinin daha da canlanmasına və inkişaf etdirilməsinə, veteran təşkilatının nazirliklər, idarələr, ictimai təşkilatlar və beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsinə, gənclərin vətənpərvərlik tərbiyəsində veteran təşkilatının rolunun artırılmasına çalışmış, təşkilatın mətbu orqanı "Azərbaycan Veteranı" qəzetinin yaranmasının təşəbbüskarı olmuşdur. S. Tağızadə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan Veteranlarının haqq səsinin Dünya ictimayyətinə çatdırılması istiqamətində də geniş fəaliyyət göstərmiş və bunlar 1941 – 1945 ci illər Böyük Vətən müharibəsi veteranlarının 2011-ci ildə keçirilmiş ümumrespublika toplantısında, ATƏT-in rəhbərlərinə və Minsk qrupu həmsədr ölkələrinin prezidentlərinə göndərilən Müraciətlərdə, MDB ölkələri Veteranları Əlaqələndirmə Şurasının iclaslarında və başqa sənədlərdə öz əksini tapmışdır. S.Tağızadə 2010-cu ilin 24-26 noyabrında UNESKO-nun mənzil qərargahında Dünya Veteranlar Federasiyasının veteranlar və müharibə qurbanları ilə bağlı qanunvericilik üzrə 90-dan artıq ölkənin 200-ə yaxın nümayəndəsinin iştirak etdiyi yeddinci beynəlxalq konfransında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanı beynəlxalq tədbirdə təmsil etmişdir. Burada Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə Azərbaycan veteranlarının Bəyanatını yaymış və çıxış etmişdir. S.Tağızadə 2013-cü ildə Respublika Veteranlar Təşkilatının V Qurultayında Təşkilatın fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin iş planına uyğun olaraq, şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 14 oktyabr 2022 –ci ildə Bakı şəhəri Xətai rayonunda tədbirdə olub. Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə “Öncə vətəndir” adlı tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Rayon Ağsaqqallar Şurasının sədri İzzət Rüstəmov , müavini Nizami Hüseynov, VT-nın sədri Adil Əzməmmədov, məktəbin direktoru Zenfira Məsiyeva, şagirdlər və müəllimlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlayıb. Şagirdlər vətənpərvərlik şeirləri ilə çıxış ediblər. Daha sonra Xətai rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası İzzət Rüstəmova söz verilib. O, çıxışında vətən sevgisindən, qəhrəmanların adlarını həmişə uca tutmağın vacibliyindən danışıb. Polkovnik Adil Haqverdiyev çıxşında Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətindən,vətənimizin çiçəklənməsi yolunda səylərindən bəhs edib. O, bildirib ki, xoşbəxt gələcəyimiz Prezident Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdən keçir. Adil Haqverdiyev şagirdlərə öz tövsiyyəsini verib,dərslərində uğurlar arzulayıb. Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov rayon ərazisində vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdən, şəhid ailələrinə, veteranlara göstərilən diqqət və qayğıdan danışıb. Məktəbin direktoru Zenfira Məsiyeva isə çıxışında bildirib ki, bu cür tədbirlər şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişafına, habelə, onların öz dərslərinə daha diqqətlə yanaşmasına təkan verir. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyi münasibətilə Cəlilabad rayonunda tədbir keçirilib. Cəlilabad rayon Veteranlar Təşkilatının təşkilatçılığı ilə şənbə günü keçirilən yubiley tədbirində rayon Veteranlar Təşkilatının sədri, şair-publisist Ədalət Salman Azərbaycan Veteranlar Təşkilatının yaranma tarixindən və onun səmərəli fəaliyyətindən ətraflı danışıb, tədbir iştirakçılarına rayon təşkilatının gördüyü işlər haqqında da məlumat verib. Əmək və müharibə veteranlarının iştirakı ilə təşkil olunmuş tədbirdə Veteranlar Təşkilatına yeni üzv qəbul edilmiş 27 nəfər Əmək, Qarabağ və Əfqanıstan müharibələri veteranlarına vəsiqələr təqdim olunub. Rayonun ictimai-siyasi həyatında və rayon təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak etdiyinə görə bir qrup veteran yubiley münasibəti ilə Fəxri Fərmanlarla təltif edilib. Tədbirdə çıxış edən veteranlar Azərbaycan Veteranlar Təşkilatının ünvanına xoş sözlər söyləyib, rayon təşkilatının gördüyü işləri yüksək qiymətləndiriblər.
Hamısını oxu