Ən son xəbərlər
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yer tutduğu, dövlətimizin tarixin ən ağır sınaqlarından məhz Heydər Əliyevin uzaqgörənliyi və siyasi səriştəsi nəticəsində üzüağ, alnıaçıq çıxdığı heç kimə sirr deyil. Gücünü xalqından, xalqın ona olan sevgisindən alan Heydər Əliyev bütün həyatını xalqa xidmətə həsr etmiş, öz şəxsi səadətini belə xalqın xoşbəxtliyində axtarmışdır. Bəs Heydər Əliyevi yeni yaranan, hələ möhkəmlənməyən, torpaqlarının bir hissəsi işğal edilən, daxili hərbi-siyasi və iqtisadi təbəddülatlar içərisində çırpınan Azərbaycanın xilasını necə, hansı ideyalar əsasında həyata keçirmişdi? Bunca mürəkkəblik və çıxılmazlıq içərisində onu ruhdan düşməyə, təslim olmağa qoymayan nə idi? Bu və bu kimi suallara aydınlıq gətirmək üçün Heydər Əliyevin sahib olduğu ideyalara, bu ölümsüz ideyaların özündə ehtiva etdiyi böyük dəyərlərə, nəhayətsiz gücə nəzər salmağa ehtiyac var. Mənəvi dəyərlər və azərbaycançılıq ideyası Heydər Əliyevin əsas mübarizə silahı kimi... Heydər Əliyevin yeni dövlətçilik irsi baxımından atdığı ən mühüm addımlardan biri xalqımızın minillik dəyərlərinin təbliği və inkişafı istiqamətində ciddi addımlar atması, xalqın mənəvi birliyini, onun milli-tarixi ruhunun oyanışını təmin etməsi idi. Ulu öndər hesab edirdi ki, milli-mənəvi dəyərlərə bağlılıq tarix qarşısında ağır imtahan verən Azərbaycan xalqının həmrəyliyini artıracaq, xalqımızın və dövlətimizin qarşıya qoyduğu məqsədlərə nail olmasına, öz haqqı və hüququ uğrunda daha əzmlə mübarizə aparmasına, bütün müstəvilərdə qələbə qazanmasına kömək edəcək. Ümumiyyətlə, Heydər Əliyev xalqın milli kimliyini qorumağı xalqın öz varlığını qoruması üçün başlıca şərt hesab edirdi və düşünürdü ki, bu kimliyi yalnız mənəvi dəyərlərə sadiqlik sərgiləmək, gənc nəsli bu dəyərlər əsasında tərbiyə etməklə qorumaq mümkündür. Təsadüfi deyil ki, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev milli-mənəvi dəyərlərimizin təbliği və inkişafına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təbliğinə xüsusi önəm verdiyi belə ideyalardan biri də azərbaycançılıq ideyası olmuşdur. Azərbaycançılıq ideyasının özünəməxsusluğu onun sadəcə milli yaddaşı oyatması, xalqın öz milli kimliyini bütün əzəməti ilə dərk etməsi deyil, həm də Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı vahid məqsəd – Azərbaycan Respublikasının maraqlarının qorunmasına səfərbər etməsi idi. Heydər Əliyev hesab edirdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı ana vətənə - Azərbaycana bağlı olmalı, onun müstəqilliyinin möhkəmlənməsi, tərəqqəsi üçün əlindən gələni əsirgəməməlidir. Heydər Əliyev müstəqilliyi xalqımızın ən böyük uğuru hesab edirdi və düşünürdü ki, hər bir azərbaycanlı bu uğurun qorunması və inkişafına çalışmalıdır. Ulu öndər deyirdi: “İndi hər bir azərbaycanlı qürur hissi keçirə bilər ki, mən azərbaycanlıyam, mənim millətim, mənim millətimin dövləti, ölkəm vardır. İsveçrədə, Almaniyada, Fransada yaşasam da, fərqi yoxdur, mənim xalqımın müstəqil dövləti var və dünya xalqları içərisində yerim vardır. Azərbaycan xalqının əsrin sonunda əldə etdiyi ən böyük nailiyyət budur”. Heydər Əliyevin “xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” kəlamı da Ulu öndərin dövlətimiz, onun müstəqilliyi və bu müstəqilliyin qorunması istiqamətində hər bir azərbaycanlının hansı miqyasda mübarizə aparması gərəkdiyini əks etdirir. Milli ruhun dirilişi: Heydər Əliyev milli azadlığa gedən yolu bunda görürdü Ümummilli lider Heydər Əliyev hər zaman xalqın öz milli-tarixi ruhuna qayıdışına cəhd edir, milli ruhun canlanmasını azadlıq və dövlətçiliyimizin qorunması üçün zəruri hesab edirdi. Heydər Əliyev hesab edirdi ki, bir xalqın öz azadlığını təmin etməsi yalnız o zaman mümkündür ki, xalq milli dirçəlişə nail ola bilsin: “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, mili ruhun canlanması lazımdır”. Heydər Əliyevin fikrincə, milli ruhun dirçəlişi üçün xalq öz keçmişini, tarixini, əcdadlarının apardığı mübarizəni, onların sahib olduğu dəyərləri yaxşı bilməli, bunu öz canına, qanına hopdurmalıdır. Məhz bu səbədən də Heydər Əliyev milli tarixin obyektiv şəkildə gənc nəslə öyrədilməsini vacib hesab edir, bunu milli dirçəliş və özünəqayıdşın əsas şərti hesab edirdi. Ümummilli liderin qənaətincə, məhz tarix xalqı öz kökünə bağlayır, onu öz milli axarından, milli kimliyindən kənara çıxmağa qoymur, xalqı yad dəyərlərin təsiri altına düşməkdən, başqalarının əlində alət olmaqdan xilas edir. Ulu öndərin fikrincə, tarixinə bələd olan, ona sahib çıxan hər bir xalq daim öz kökünə, kimliyinə, mədəniyyətinə, adət-ənənəsinə bağlı olur, keçmişindən güc alaraq gələcəyə doğru əzmlə addımlayır: “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”. Xatırladaq ki, məhz Heydər Əliyevin bilavasitə qayğısı sayəsində müstəqillik dönəmində Azərbaycan tarixinin dərin və hərtərəfli tədqiqinə start verilmiş, milli tariximizin öyrənilməsi və təbliği prosesi geniş vüsət almışdır. Heydər Əliyevin vəfatından sonra eyni siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilmiş, nəticədə vətəninə, xalqına, bayrağına bağlı olan, onun azadlığı və müstəqilliyi uğrunda öz canını sevə-sevə qurban verən nəsillər yetişmişdir. 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi, bu müharibədə üç min hərbçimizin şəhid olması gerçəyi deyilənlərin ən böyük isbatıdır. Möcüzə yaratmağın sirri: Güclü iqtisadiyyat və çoxşaxəli beynəlxalq əməkdaşlıq! Heydər Əliyevin yeni Azərbaycanın dövlətçilik irsi baxımından atdığı mühüm addımlardan biri də, güclü iqtisadiyyatın formalaşdırılması istiqamətində qəti və mütəmadi addımların atılması oldu. Yenicə müstəqillik qazanan, torpaqlarının 20%-i ermənilər tərəfindən işğal edilən, iqtisadi-siyasi və hərbi baxımdan ciddi təbəddülatlar yaşayan, müstəqilliyinin beynəlxalq aləmdə tanınması üçün kövrək səylərini davam etdirən Azərbaycanda iqtisadi vəziyyət də kifayət qədər ağır idi. Heydər Əliyev bir tərəfdən ölkədaxili vəziyyəti həssaslıqla izləyir, digər tərəfdən xarici təzyiqlərin qarşısını almağa, eyni zamanda dağılan iqtisadiyyatı bərpa etməyə, onu yeni, modern tələblər üzərində yenidən formalaşdırmağa çalışırdı. Ulu öndər yaxşı dərk edirdi ki, güclü dövlətin təməli güclü iqtisadiyyatdır. Dövlətin bütün digər istiqamətlərdə uğur qazanmasının əsas yolu güclü iqtisadiyyatdan keçir. Heydər Əliyev bu barədə deyirdi: “Hər bir ölkənin, xalqın həm yaşaması, həm də dövlətinin mövcud olması üçün əsas şərt onun iqtisadiyyatıdır”. Ümummilli liderin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı da Heydər Əliyevin güclü iqtisadiyyata verdiyi önəmi göstərir. 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev hər şeydən öncə Azərbaycanın iqtisadi baxımdan müstəqilliyinə nail olmaq, onu güclü iqtisadiyyata malik dövlətə çevirmək üçün sistemli addımlar atmış, tarixi nailiyyətlərə nail olmuşdur. Bu nailiyyətlərdən ən mühümü isə heç şübhəsiz 1994-cü ilin 20 sentyabr tarixində Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə müqavilənin imzalanması oldu. “Əsrin müqaviləsi” kimi xarakterizə edilən bu mübarizə Azərbaycan neftinin dünyanın iri neft şirkətləri ilə birlikdə istismarı, habelə, bu nefrin dünya bazarına çıxmasını təmin etdi. “Əsrin müqasviləsi” çərçivəsində ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, Türkiyə, Yaponiya və Səudiyyə Ərəbistanı ölkəmizə ümumi dəyəri milyardlarla dollar məbləğində investisiya qoymuş, respublikamızın iqtisadi simasını tamamilə dəyişmişdir. Bu müqavilə Azərbaycanın dünyanın ən qabaqcıl dövlətləri ilə geniş əməkdaşlığı üçün də əlverişli şərait yaratmışdır. Bu isə sadəcə iqtisadiyyatımızın inkişafı baxımından deyil, həm də dövlətimizin tanınması, onun beynəlxalq aləmə inteqrasiyanı baxımından olduqca vacib idi. Azərbaycan iqtisadiyyatının güclənməsi dövlətimizə bütün digər sahələrdə, eləcə də hərbi-siyasi müstəvidə güclənmək, özünü inkişaf etdirmək imkanı qazandırdı ki, bu da ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsi, xalqın təhlükəsizliyinin etibarlı şəkildə təmini baxımından olduqca vacib idi. Xatırladaq ki, məhz Heydər Əliyev tərəfindən təməli qoyulan tərəqqi modelinin Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etmiş, dövlətimizin ərazi bütövlüyü təmin edilmişdir. Demokratik dövlət, vətənpərvər gənclik, həqiqi müstəqillik... Heydər Əliyevin yeni Azərbaycanın dövlətçilik irsi baxımından mühüm önəm kəsb edən ideyalarından biri də demokratiya və həqiqi müstəqillik ideyası idi. Demokratiyanı sərhədsiz azadlıq, məsuliyyətsizlik, xaos və qeyri-müəyyənlik hesab edən bəzilərindən fərqli olaraq, Ulu öndər demokratiyanı qanuna, başqalarının hüquqlarına və azadlığına hörmət kimi xarakterizə edirdi: “Demokratiya hərc-mərclik deyildir, özbaşınalıq deyildir, xaos deyildir. Demokraiya yüksək mədəniyyət, yüksək nizam-intizam, vətəndaş həmrəyliyi, vətəndaşların bir-birinə hörməti, dövlət orqanlarına hörməti, dövlətin vətəndaşlarına hörməti, sayğısı və qayğısıdır”. Heydər Əliyev demokratiyanı yüksək mədəniyyət nümunəsi, dövlət və vətəndaşın bir-birinə qarşılıqlı hörməti kimi xarakterizə edirdi. Ulu öndərin firkincə, demokratiyanı itaətsizlik kimi təqdim etmək yanlışdır və bu cür təqdimat daxili sabitlik, vətəndşların rahatlığı və təhlükəsizliyi üçün təhdid yaradır. Heydər Əliyev yeni Azərbaycan dövlətinin həqiqi müstəqilliyinə ciddi önəm verir, onun müstəqil xarici siyasət yürütməsi üçün əsl iradə və prinsipiallıq sərgiləyirdi. Təsadüfi deyil ki, Ulu öndər bəzən Ermənistanın Azərbaycana təcavüzü qarşısında susqunluq sərgiləyən Rusiya, ABŞ kimi dünyanın qabaqcıl dövlətlərinə belə açıq iradını bildirir, onları ədalətli olmağa, ikili standartlardan uzaq durmağa səsləyirdi. Ümummilli lider Azərbaycanın müstəqilliyini qorumaq, onu inkişaf etdirmək üçün dövlətinə, bayrağına, tarixinə, ana dilinə, mədəniyyətinə bağlı vətənpərvər gənclik yetişdirməyi zəruri hesab edir, mütəmadi şəkildə bunun əhəmiyyətindən bəhs edir, vətən sevgisindən məhrum şəxsləri mənəvi baxımdan şikəst insanlar kimi xarakterizə edirdi. Göründüyü kimi, yeni Azərbaycan dövlətinin banisi olan Heydər Əliyev öz fəaliyyəti ilə əsl vətənpərvərlik nümunəsi yaratmış, bütün zamanların ən böyük ideya nəhəngi olduğunu praktiki şəkildə isbatlamışdır. Illər, əsrlər keçsə də tərəqqi və məğlubedilməzlik simvolu olan Heydər Əliyevin parlaq ideyaları yaşayacaq, Azərbaycan xalqının gələcəyinə şəfəq saçacaqdır. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, sentyabrın 30-da Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Kəlbəcər Rayon İcra Hakimiyyətinin akt zalında baş tutan tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, Kəlbəcər RİH-in məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk öncə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının və ötən dövr ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurasında son illərdə millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi altında ciddi canlanma hiss edilir. Ağsaqqallar cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirirlər. Azərbaycan Ağsaqqallar Şurasının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə qurduğunu vurğulayan Həbib Misirov qeyd edib ki, təşkilatda təmsil olunan bütün respublika ağsaqqalları kimi, Kəlbəcər rayonunun ağsaqqalları ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, regionun kuratoru Bayram Yusifov konfrans iştirakçılarına Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını çatdırıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Kəlbəcərin düşmən tapdağından azad edilməsi münasibətilə kəlbəcərliləri ürəkdən təbrik edərək növbəti tədbirlərin Azərbaycanın o sazlı-sozlü cənnət guşəsində keçirilməsini arzulayıb. O, 44 günlük Vətən müharibəsindəki möhtəşəm Qələbəmizdən, əsgər və zabitlərimizin şücaətindən, müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz hərbi və siyasi istedadından bəhs edib. Vurğulayıb ki, Azərbaycanın qəhrəman övladları könüllü olaraq Vətən müharibəsində iştirak etmək üçün böyük ruh yüksəkliyi ilə səfərbəlik məntəqələrinə axışırdılar. O, Kəlbəcərin mərd oğullarının da cəbhənin ön sıralarında vuruşduqlarını bildirib. Çıxışında ağsaqqal sözünün, ağsaqqal xeyir-duasının xalqımız üçün hər zaman böyük əhəmiyyət daşıdığını qeyd edən natiq ulu öndər Heydər Əliyevin ağsaqqallar haqqındakı tarixi “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” fikrini bir daha xatırladıb. Bayram Yusifov daha sonra ağsaqqalların səmərəli fəaliyyətindən, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, həmçinin onlara göstərilən dövlət qayğısından da danışaraq, bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib. Həmçinin gənclərimizin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu, onların üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb. Sonra təşkilati məsələlər müzakirə olunub. Kəlbəcər Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Ziyalı, şair-publisist, el ağsaqqalı Vəliyəddin İsmayılov Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti və Təftiş Komissiyası da formalaşdırılıb. Konfransda rayon ağsaqqalları, ziyalılar və digər natiqlər də çıxış edərək yeni seçilmiş sədrə və heyətə uğurlar arzulayıblar, onların ölkəmizin, o cümlədən rayonun ictimai-mədəni həyatında yaxından iştirak edərək səmərəli fəaliyyət göstərəcəklərinə əmin olduqlarını vurğulayıblar. Belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə, habelə ağsaqqallara ayrılan diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər. Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Vəliyəddin İsmayılov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Konfransdan sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Azərbaycan Ağsaqqallar Şurasının rəsmi şəxslərini və rayon ağsaqqallarını qəbul edib. Kəlbəcər Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan icra başçısı rəhbər təyin olunduğu ilk gündən mütəmadi olaraq ağsaqqallarla görüşdüyünü, hər zaman onların xeyir-duasını aldığını, ağsaqqal məsləhətinə, tövsiyəsinə əməl etdiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verdiyini, onların tariximizin bütün dövrlərində öz sözlərini dediklərini qeyd edib.
Hamısını oxu
1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə ölkəmizin bütün ahıl vətəndaşlarını, o cümlədən ahıl yaşda olan ağsaqqallarımızı və müharibə, əmək, silahlı qüvvələr veteranlarını səmimi-qəlbdən təbrik edir, onlara uzun ömür, möhkəm cansağlığı, xoş günlər, xalqımızın tərəqqisi naminə gərəkli və şərəfli ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayırıq! Hər il oktyabrın 1-i bütün dünyada olduğu kimi Azərbaycanda da Beynəlxalq Ahıllar Günü olaraq qeyd edilir. Azərbaycanın xilası naminə xalqımızın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründən başlayaraq ölkəmizdə Beynəlxalq Ahıllar Günü ilə bağlı bir çox tədbirlər, sosial proqramlar və layihələr yüksək səviyyədə həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin uğurlu sosial-iqtisadi siyasət kursunun başlıca istiqamətlərindən biri də ahılların dövlət qayğısı ilə tam əhatə olunması, onların maddi və mənəvi tələbatlarının ödənilməsi idi. Ümumbəşəri humanizm dəyərlərini özündə əks etdirən bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də hərtərəfli və layiqli şəkildə davam etdirir. Əhalinin həssas təbəqəsinə aid olan bu insanlar arasında çoxlu sayda ağsaqqallar, habelə müharibə, əmək və silahlı qüvvələr veteranları da mövcuddur ki, onlar da dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğma övlad qayğısı səviyyəsində diqqət və nəvazişini hiss edirlər. Belə ki, bütün ahıllar kimi onlara da müxtəlif növ xidmətlərin göstərilməsi, maddi-məişət şəraitlərinin daha da yaxşılaşdırılması, o cümlədən cəmiyyətə inteqrasiyaları sahəsində mütəmadi olaraq effektiv işlər görülür. Pensiya və müavinətləri müntəzəm şəkildə artırılır, onların yubileyləri qeyd edilir, ali mükafatlarla layiq görülürlər, müharibə iştirakçıları minik avtomobilləri ilə təmin olunurlar və başqa bu kimi bir çox lazımlı tədbirlər həyata keçirilir. Bir sözlə, bu gün ölkəmizin ahılları hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar və bu qayğı ildən-ilə daha da artır. Hər zaman öz üzvlərini, xüsusilə də ahıl üzvlərini və bütün ahıl vətəndaşlarımızı diqqətdə saxlayan, onlara böyük qayğı, həmçinin maddi və mənəvi dəstək göstərən Azərbaycan Ağsaqqallar Şurası və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz bir daha bu əlamətdar tarix – 1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə Azərbaycanın bütün ahıl insanlarını ürəkdən təbrik edir, onlara daha uzun və sağlam ömür, xoşbəxtlik, gələcək fəaliyyətlərində yüksək nailiyyətlər və uğurlar diləyirik! Hörmətlə, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisinin deputatı, professor Eldar Quliyev Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı Fatma Səttarova
Hamısını oxu
Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları da iştirak edib Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 27 sentyabr 2022-ci ildə Nizami rayonunda keçirilən tədbirdə iştirak ediblər. 27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım gününə həsr olunmuş tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Rasim Musabəyov, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Nizami rayon VT-nın sədri Yəhya Ağayev, şəhid ailələri, qazilər, veteranlar, sagirdlər, müəllimlər və digər qonaqlar iştirak ediblər. Yeni istifadəyə verilmiş parkda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanların adlarının əbədiləşdirilməsi üçün abidə inşa olunub. Tədbir Azərbaycanın Dövlət Himni səslənməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın toxunulmazlığı yolunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şəhdilərin qəhrəmanlığından bəhs edib, bu qəhrəmanlığın gələcək nəsillərə daim örnək olacağını bildirib. Daha sonra Milli Məclisin deputatı Rasim Musabəyov, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev şəhid ailələri,veteranlar çıxış ediblər. Tədbirin sonunda abidə önünə çiçəklər qoyulub və xatirə şəkli çəkilib.
Hamısını oxu
Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Veteran.gov.az xəbər verir ki, Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da şəhidlərin xatirəsi ehtiramla anılıb.Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, rayon Veteranlar Təşkilatının üzvləri və din xadimləri iştirak edib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tədbirdə çıxış edərək 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalçılardan azad edərək tarixi Qələbəyə imza atdığını vurğulayıb. Bu il sentyabrın 12-dən 13-nə keçən gecə baş vermiş növbəti erməni təxribatı nəticəsində qəhrəmancasına şəhid olan igid Azərbaycan oğullarının qanlarının yerdə qalmadığı, görülmüş əks-hücum tədbirləri nəticəsində düşmənə layiqli cavabın verildiyini qeyd edib. Şəhid ailələri adından çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin anası Sevil Abdullayeva, Vətən müharibəsi şəhidi Elməddin İbrahimovun atası Zeynəddin İbrahimov, Vətən Müharibəsi Qəhrəmanı, leytenant Qəzənfər Ağayev, Birinci Qarabağ şəhidi Şamil Nəzərovun qardaşı, baş leytenant Aqil Nəzərov və Qarabağ qazisi Maşalla Əliyev çıxış edərək igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən danışdılar. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan razılığını ifadə edən çıxışçılar Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər. Tədbir iştirakçıları Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsinə yenidən inşa edilmiş Şəhidlər Xiyabanını və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, əbədi məşəl önünə əklil və gül-çiçək dəstələri qoyublar. Tədbirdən sonra rayon Veteranlar Təşkilatının İdarə Heyətinin üzvləri müharibənin ilk günü şəhid olan Cəlilabad rayonunun Muğan kəndinin igid oğlu Dəmirov Həsən Turan oğlunun ailəsini ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxunub. Allah bütün şəhidlərimizi rəhmət eləsin! Ədalət SALMANOV Cəlilabad rayon Veteranlar Təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salmanov və İdarə Heyətinin üzvləri Cəlilabad RİH Başçısının Astanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi ilə birlikdə Astanlı kəndində yaşayan II Dünya Müharibəsi iştirakçısı Zamanov Əbiş İbiş oğlunu ziyarət ediblər. Onun səhhəti və yaşayış şəraiti ilə maraqlanıblar. Odun, alovun içindən keçmiş, faşistlərə qarşı Mazdok ətrafında gedən qızğın döyüşlərdə ağır yaralanaraq təxris olunan keçmiş döyüşçüyə sağlam və ğümrah ömür arzulayıblar. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, “Sözün işığı” qəzetinin təsisçi və baş redaktoru Ədalət Salman Cəlilabad torpağının şəhidləri haqqında yazdığı “Şəhidlik zirvəsinə ucalanlar” kitabını II Dünya Müharibəsi iştirakçısı Əbiş Zamanova hədiyyə verib. Görüş iştirakçıları 100 yaşa qədəm qoymuş Əbiş əmi ilə xatirə şəkilləri çəkdiriblər. Onu da qeyd edək ki, Əbiş Zamanov bu gün Cəlilabad rayonunda sağ qalan yeganə II Dünya Müharibəsi iştirakçısıdır.
Hamısını oxu
Sentyabrın 28-də Böyük Vətən Müharibəsinin əfsanəvi veteranı, 95-ci Qvardiya atıcı diviziyasının tibb tağımının həkim-təlimçisi Mariya Mixaylovna Roxlinanın 98 yaşı tamam oldu. “Diaspornews.az” xəbər verir ki, Mariya Mixaylovnanı ad günü münasibətilə azərbaycanlılar adından evində təbrik etmək üçün “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Əli Kazımov və təşkilatın üzvü İrina Silina gediblər. Əli Kazımov və İrina Silina Azərbaycanın Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və“Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti”nin təbrik məktublarını oxuyublar. Təbriklərdə möhkəm cansağlığı, işlərində uğurlar arzuları səsləndirilib.Həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov onlayn olaraq da Mariya Mixaylovnanı ad günü münasibətilə təbrik ediblər.
Hamısını oxu
Sumqayıt Tibb Mərkəzi və tabeliyində olan tibb müəssisələrində 27 sentyabr Anım Günü ilə əlaqədar tədbirlər keçirilib. Veteran.gov.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin sosial şəbəkədəki rəsmi hesabında məlumat verilib. Məlumatda deyilir: “Tədbirlərdə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirlərində 44 günlük zəfər savaşından geniş söhbət açılıb. Çıxış edənlər şəhid adının müqəddəsliyindən danışıb, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər. STM-in kollektivi Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhlarına ehtiramlarını ifadə ediblər, məzarları üzərinə gül dəstələri düzüblər”. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Sumqayıtda şəhid ailələri və müharibə qazilərinə həm Sumqayıt Şəhər İcra Hakimiyyəti, həm də Sumqayıt Tibb Mərkəzi tərəfindən ciddi qayğı və diqqət göstərilir, məlum kateqoriyaya daxil olan insanların hər bir müraciətinə xüsusi həssaslıqla yanaşılır. Seymur ƏLİYEV
Hamısını oxu
Bu gün – 27 sentyabr Anım Günüdür. Düz iki il bundan öncə düşmən təxribatına əks-hücumla cavab verən Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində işğaldakı torpaqlarımızı azad etmiş, Azərbaycanən ərazi bütövlüyünü təmin etmişdir. Şübhəsiz, 44 günlük Vətən müharibəsi Azərbaycan üçün də itkisiz ötüşməmiş, üç min hərbçimiz şəhidlik zirvəsinə yüksəlmişdir. Qürurvericidir ki, müharibədə verdiyimiz şəhidlər xalqımızın, o cümlədən şəhid ailələrinin iradəsini, mübarizə əzmini qrımamış, əksinə, şəhidlərimiz kimi onların anaları, bacıları, qızları, həyat yoldaşları da əsl fədakarlıq sərgiləmiş, onların bəzisi şəhidini əbədi mənzilə öz çiynində vüqarla daşımışdır. Veteran.gov.az xəbər verir ki, 5-ci sinif şagirdi, bədii qiraətçi Zəhra İmranlı “Şəhidin çiynində daşıyan qadın!” şeirində Azərbaycan qadının bu mübarizliyini vəsf etmiş, bunu vətən, bayraq sevgisinin bütün dünyaya örnək olan ən ali nümunəsi kimi xarakterizə etmişdir. Zəhra İmranlının müəllifi olduğu “Şəhidin çiynində daşıyan qadın!” şeirini oxucuların diqqətinə çatdırırıq.
Hamısını oxu
Talıb Əliyev: “27 sentyabr Azərbaycan xalqının özünütəsdiq günüdür” “27 sentyabr Azərbaycan xalqının özünütəsdiq günüdür”. Bunu Moderator.az-a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Talıb Əliyev bildirib. Talıb Əliyev qeyd edib, məhz 27 sentyabr tarixində ayağa qalxan Azərbaycan xalqı qəhrəman ordusunun və Ali Baş Komandanının fədakarlığı sayəsində tarixi zəfərə imza atdı, dünya hərb tarixində yeni bir səhifə açdı: “27 sentyabr sadəcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının tarixi baxımından son dərəcə əlamətdar gündür. Çünki məhz bu tarixi gündə Azərbaycan xalqı 30 illik erməni işğalına son qoymaq üçün qəti şəkildə ayağa qalxdı, qanlı hərb meydanında öz haqqının axtarışına çıxdı. Azərbaycan xalqı öz qəhrəman ordusu və yenilməz Ali Baş Komandanı sayəsində düşmənə, onun havadarlarına, eləcə də bütün dünyaya sübut etdi ki, onu yenmək, onun haqqını qəsb etmək, torpağını əsarətdə saxlamaq mümkün deyil. Azərbaycan xalqı həm də onu sübut etdi ki, o, zəngin mənəvi dəyərlər malikdir və bu cür dəyərlər malik xalqa zor gücünə nəyisə diktə etmək imkansızdır. Bu baxımdan əminliklə demək olar ki, 27 sentyabr Azərbaycanm xalqının özünütəsdiq günüdür. Azərbaycan xalqı 30 ildən sonra öz haqqı ilə yanaşı, həm də qürurunu, vüqarını bərpa etdi, mənəvi baxımdan yeni bir zənginliyə qovuşdu”. Talıb Əliyev bildirib ki, əldə edilən bu tarixi zəfərə görə ilk növbədə şəhidlərimizə və qazilərimizə borcluyuq: “Təbii ki, müharibə həm də şəhid, göz yaşı, itki deməkdir. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı üç minə nəfərə qədər şəhid verdi, minlərlə qazimiz sağlamlığını itirdi. Mülki vətəndaşlarımız arasında da şəhidlər oldu. Lakin bütün bu itkilər Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi. Əksinə, Ordumuz şəhdilərimizin qısasını döyüş meydanında aldı. Qəhrəman şəhidlərimiz, qazilərimiz həyatları, canları və qanları bahasına mənfur düşməni tarixi torpaqlarımızdan qovmaqla yenidən o torpaqlara azadlıq bəxş etdi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda geniş yenidənqurma işləri həyata keçirilməkdədir. Artıq Zəngilan rayonunun Ağalı kəndinə ilk sakinlərin qayıdışı təmin olunub. Gələn il biz Qarabağa yön alan daha böyük köçlərə şahidlik edəcəyik. Və heç vaxt unutmayacağıq ki, bütün bunlara görə müqəddəs şəhidlərimizə, onların qəhrəmanlığına borcluyuq. Şəhidlərimizə rəhmət diləyir, vətənimizə əbədi sülh və firavanlıq arzulayıram!” Seymur ƏLİYEV
Hamısını oxuXalqımız hər zaman bizə qələbə bəxş edən qəhrəman övladlarını sevinc və minnətdarlıq hissi ilə anacaq. 27 Sentyabr xalqımızın qürur və özünəqayıdış günüdür. 44 günlük Vətən müharibəsinin ilk günü olan 27 sentyabr Azərbaycanın hərb və dövlətçilik tarixində hər zaman ehtiram və iftixar hissi ilə anılacaq. Bu fikirləri “Xalq qəzeti”nə müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Müsahibəni təqdim edirik: – Cəlil müəllim, müharibənin başladığını necə xatırlayırsınız? – 2020-ci ilin 27 Sentybar tarixi 44 günlük şanlı Vətən müharibəsinin başladığı, ordumuzun bütün cəbhə xətti boyu əks-hücuma keçdiyi gündür. Məhz 27 sentyabr tarixində Azərbaycan xalqı, Azərbaycan Ordusu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 30 illik erməni işğalına qarşı hərbi müstəvidə mübarizəyə başladı və bu mübarizə cəmi 44 gün ərzində yağı düşmənin məğlub olması, Ermənistanın hərbi potensialının 80 faizdən çoxunun darmadağın edilməsi ilə nəticələndi. Azərbaycan 44 gün ərzində düşməni torpaqlarımızdan qovub çıxardı. Bir sıra iri rayonlarımız – Ağdam, Laçın və Kəlbəcər isə bir güllə belə atılmadan, Prezident İlham Əliyevin diplomatik səriştəsi nəticəsində erməni işğalından azad edildi. Ermənistanın bu 30 ildə qurduğu bütün istehkamlar 44 gün ərzində yarıldı, hərbi texnikaları dəmir yığınına çevrildi. Bu, Azərbaycan hərb tarixinin ən böyük, ən möhtəşəm qələbəsi idi. Əminəm ki, illər, əsrlər keçsə də, bu qələbə Azərbaycan xalqının qan yadaşında, Azərbaycan tarixində ən şanlı qalibiyyət kimi yaşayacaq, öz əzəmətindən heç nə itirməyəcəkdir. 27 Sentyabr həmişə tarixin yaddaşında qalacaq. – Cənab polkovnik, istərdik müharibənin tarixi əhəmiyyətindən danışasınız. – 30 il ərzində Azərbaycan bütün dünya ictimaiyyətinə - xarici dövlətlərə, təşkilatlara öz sülh təklifini verdi. Bu istiqamətdə xeyli görüşlər baş tutdu. Azərbaycan hər zaman sülhə, sülh danışıqlarına sədaqət nümayiş etdirdi. Təəssüf ki, ermənilər işğalçılıq ideyalarından, vandal aktlarından, faşist təfəkküründən əl çəkmədilər. Bu mənada müharibə qaçılmaz idi. Bu müharibəni həm də xalqımız, gənclərimiz, orduda xidmət edən zabitlərimiz, əsgərlərimiz tələb edirdi. Qələbənin əldə edilməsi Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan xalqının qəhrəman övladlarının fədakarlığı sayəsində mümkün olub. Şübhəsiz, 30 il torpaqlarımızı işğalda saxlayan, bu torpaqlarda çoxlu sayda maneə və istehkamlar inşa edən erməniləri tarixi torpaqlarımızdan qovub çıxarmaq heç də asan məsələ deyildi. Bu, yüksək dağ şəraitində döyüşə bilən bacarıqlı, peşəkar ordu, sözün əsl mənasında dahi sərkərdə tələb edirdi. Bundan başqa, bu müharibədə qələbə qazanmaq üçün həm də həqiqi fədakarlıq, yüksək mənəvi keyfiyyətlər tələb olunurdu. Qürurvericidir ki, Azərbaycan xalqı qələbə üçün gərəkli olan bütün amilləri ortaya qoya bildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa zamanda düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdi. Müharibə nəticəsində üç min hərbçimiz şəhid oldu, minlərlə hərbçimiz yaralandı. Ermənistan müharibəni beynəlxalq hüquq prinsiplərinə uyğun aparmırdı. Dinc sakinləri, mülki obyektləri, şəhər və kəndlərimizi hədəf olaraq seçirdi. Bütün bunlar qəzəb, hiddət doğururdu. Lakin bütün bunlara baxmayaraq, xalqımız qələbəyə imza ata, düşmənə tarixi dərs verə bildi. Bu gün 44 günlük Vətən müharibəsinin başlamasından iki il ötür. Biz sadəcə 27 sentyabr tarixində deyil, hər zaman qəhrəman şəhidlərimizi sevgi ilə anır, onlarla fəxr edir, qəlbən öz minnətdarlığımızı bildiririk. Çünki dövlətimizin ərazi bütövlüyü məhz onların sayəsində bərpa olunub. Xalqımız öz mənəvi bütövlüyünü, öz qürurunu məhz onların igidliyi, fədakarlığı sayəsində bərpa edib. Məhz onların sayəsində biz hər kəsin gözünə dik baxa, öz milli kimliyimizlə fəxr edə, işğaldan azad edilən torpaqlarımızda azad və qürurla gəzə bilirik. Dünyanın aparıcı ölkələri belə Azərbaycana irad tuta bilmirlər. Çünki bu müharibə Azərbaycanın haqq savaşı idi. Azərbaycan Ordusu Azərbaycan torpağında terrora, erməni silahlı dəstələrinə qarşı ədalətli müharibə aparırdı. Ədalət tərəfdarı olan Türkiyə, Pakistan kimi bir çox ölkələr Azərbaycanın haqq savaşını dəstəkləyirdi. – Cəlil müəllim, ordumuz, gənclərimiz müharibəyə hansı səviyyədə hazırlıqlı idi? – Biz qələbəni olduqca yüksək əhval-ruhiyyə ilə hazırlıqlı olan ordumuz, gənclərimiz sayəsində qazandıq. Son 30 ildə gənclərimiz yüksək səviyyədə döyüşə hazırlanmış, mənəvi-psixoloji cəhətdən yetişmişdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bu proseslər başladı – ictimai-siyasi sabitlik yarandı, ordu quruculuğu, iqtisadiyyat və idarəetmə gücləndirildi, xarici dövlətlərlə iqtisadi-siyasi əlaqələr quruldu, Azərbaycan gənclərinin xaricdə hərbi təhsil almaları üçün imkanlar yaradıldı. Hərbi məktəblərin yaradılması, güclü ordunun formalaşması, NATO kimi təşkilatların ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildi. Azərbaycan Ordusu yüksək səviyyədə təmin olunmuş, NATO standartları səviyyəsinə çatdırılmışdı. Türkiyə, Rusiya, Çexiya, İsrail kimi ölkələrdən ən müasir silah və texnikalar alınaraq, Azərbaycan Ordusunun arsenalına daxil edilmişdi. Bütün bu imkanlardan sonra qalib gəlməmək mümkün deyildi. Bu müharibədə Ali Baş Komandan həm də diplomat kimi olduqca yüksək səriştə göstərdi. Dünya ictimaiyyətinə Azərbaycanın haqq savaşını çatdırmaqla yanaşı, ordumuza da yüksək dəstək göstərdi. 44 gün ərzində hərbi formanı çıxarmadı, zabit və əsgərlərimizin yanında oldu. Prezident hər an cəbhədə gedən məsələləri araşdırır, analiz edir və təkliflər verirdi. – Düşünürəm ki, qələbənin qazanılmasında xalq-dövlət birliyi də az rol oynamadı. – Əlbəttə ki, bu belə idi. Səfərbərlik və hərbi çağırış xidməti idarələrinin qarşısı gənclərlə, ehtiyatda olan zabitlərlə dolu idi. Hər kəs döyüşmək istəyirdi. Hər bir azərbaycanlı əsgərlərimizin yanında olmaq, onlarla birgə döyüşmək istəyirdi. – Biz həm də arxa cəbhədə xüsusi fəallıq görürdük. – Bəli, iş adamlarımız, dövlət müəssisələri, qurum və təşkilatlar orduya lazım olan ləvazimatlar göndərirdi. Təminat o qədər güclənmişdi ki, onları yerləşdirmək belə olmurdu. Müharibədə iştirak edən bir qazimizin mənə danışdığı hissələri sizinlə bölüşəcəm. Qazimiz deyirdi ki, bir məktəbli uşaq əsgərə corab göndərmişdi və üzərinə yazmışdı ki, “əsgər əmi, geyin bunu, ayaqlarına soyuq olmasın”. Bu məktəblidən tutmuş yüz yaşındakı veteranlarımıza maddi və mənəvi birlik nümayiş etdirdi. Ordumuzu bu birlik daha da irəli aparırdı. Hər gün irəli gedir, 44 gün ərzində bir gün belə ləngimirdi, ancaq irəli. – Siz Əfqanıstan və Qarabağ müharibələrinin veteranı olmaqla yanaşı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavinisiniz. Təmsil olunduğunuz təşkilat istər müharibə ərəfəsində, istərsə də müharibədən sonra hansı işləri həyata keçirib? – Təmsil olunduğum təşkilat hər zaman şəhidlərimizin təbliğinə, onların xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət yetirib və bu amil təşkilatın gələcək fəaliyyətində də əsas istiqamətlərdən biri olaraq qalacaqdır. Hesab edirəm ki, kimliyindən, sosial statusundan, harada, hansı vəzifədə çalışmasından asılı olmayaraq, hər kəs şəhidlərimizin xatirəsini uca tutmalı, onların xatirəsinin əbədiləşdirlməsi, müharibədə göstərdikləri qəhrəmanlıqların təbliğ edilməsi, gənc nəslə tanıdılması istiqamətində əlindən gələni etməlidirlər. Bu mənada, təşkilatımız gənclərin orduya hazırlanması ilə bağlı müxtəlif qurumlarda, təhsil ocaqlarında görüşlər keçirib. Hərbi qanunvericiliyi, Azərbaycanın tarixini xüsusi təbliğ edirik. Ordumuzda olan texnikalardan istifadə qaydaları, nizam-intizama riayət edilməsi məsələlərinin təbliği istiqamətində, gənclərin fiziki hazırlığı cəhətdən xeyli işlər görmüşük. Təkcə ölkə daxilində deyil, müxtəlif xarici dillərdə dünya ictimaiyyəti, dünya veteranlar təşkilatları qarşısında da təbliğatımızı yüksək səviyyədə aparmışıq. Həmin proses bu gün də davam etdirilir. Biz həm xaricə dəvət olunur, həm də ölkəmizə qonaqlar dəvət edərək nəzərlərinə çatdırırıq ki, Azərbaycan ərazi bütövlüyünü təmin etməsi üçün mübarizə aparır, heç bir dövlətə ərazi iddiası yoxdur. Sadəcə, bugünkü gənclər deyil, gələcək nəsillər də bilməlidirlər ki, biz 8 Noyabr Zəfərinə görə kimlərə borcluyuq. Bu baxımdan Müharibə, Əmək və Silahlı Qüvvələrt Veteranlar Təşkilatı mütəmadi iş aparmaqda, orta və ali təhsil müəssiələrində, müxtəlif auditoriyalarda şəhidlərimizin və onların qəhrəmanlıqlarının təbliği ilə məşğul olmaqda, onların xatirəsinin əbədiləşdirilməsi üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldırmaqdadır. Biz hər vasitə ilə çalışırıq ki, gənclərimiz şəhidlərimizi tanısın, onların döyüş yoluna dərindən bələd olsunlar. Bu, həm milli və hərb tariximizin öyrənilməsi, həm də qəhrəmanlıq ənənələrinin davam etdirlməsi baxımından əhəmiyyətlidir. Müharibə, Əmək və Silahlı Qüvvələrt Veteranlar Təşkilatı olaraq gələcəkdə bu istiqaməti daim diqqət mərkəzində saxlayacaq, şəhdilərimizin təbliği istiqamətində yeni-yeni addımlar atacaq, layihələr həyata keçirəcəyik. – Müsahibəmizin sonuna gəldik. Sonda vurğulamaq istədiyiniz fikirlərinizi bölüşə bilərsiniz. – Ermənistan sülhdən yayınır. Bu həm də Ermənistan rəhbərliyinin xalqına olan xəyanətidir. İşğalçılıq niyyətindən əl çəkərək, orada yaşayan insanların firəvanlığı üçün nələrsə edə bilərlər. Ermənilər xaricdən yardım alaraq, təxribatlar törətməyə son qoymalı, kiminsə oyuncağına çevirlməkdən yaxa qutarmağı düşünməlidirlər. Görünən odur ki, himayədarları onları düzgün təlimatlandıra bilmirlər. Müharibə itkisiz, qələbə şəhidsiz olmur. Sözsüz ki, şəhidlərimiz, qazilərimiz oldu. Mən həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ruhu qarşısında baş əyirəm. Şəhidlərimizə olan sevgimiz sonsuz və əbədidir. Qazilərimizə can sağlığı arzulayıram. Qələmə aldı: Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Cəlilabad Rayon Təşkilatının təşkilatçılığı ilə “Tut bağı” istirahət mərkəzində Qarabağ müharibəsi veteranı, yazıçı Qurban Əhmədin yeni kitabının təqdimatı keçirilib. Tədbirdə təşkilatın idarə heyətinin üzvləri, şəhid ataları, qazilər, əmək və müharibə veteranları, ictimai birliklərin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdən öncə iştirakçılar tərəfindən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təqdimat mərasimini Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salmanov giriş sözü ilə açaraq təşkilatın gördüyü işlər barədə məlumat verdikdən sonra yazıçı Qurban Əhmədin həyat və yaradıcığı haqqında geniş danışııb, rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini xüsusi vurğulayıb və ona Cəlilabad rayon Veteranlar Təşkilatının Fəxri fərmanını təqdim edib. Tədbirdə təşkilatın İdarə Heyətinin üzvləri Mirzəbala Hüseynov, Əfrahim Abbas, Yusif Əzimov, Mirdamət Muradov, şəhid atası Əsədxan Həşimov, əmək və müharibə veteranları Əsəd Əliyev, Adil Hüseynov, Sahib Əliyev, Həsən Mirzəyev, Cəlilabad şəhər nümayəndəliyinin rəsmisi İlqar Mirzəyev, rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Salamat Nəcəfov, pedaqoji işçilərdən Dadaş Bayramov, Xəlil Fərəməzoğlu, Tarix Vüsallı, “Gücümüz dəmir yumruqdadır” ictimai birliyinin Cənub bölgəsi üzrə sədri İlham Əliyev, “Cəlilabad Ziyalıları İctimai Mühitin Demokratik İnkişafına dəstək” ictimai birliyinin sədri Əzizxan Əzizxanlı, Maşlıq kənd məsçidinin axundu Kamran Sadıqov, mədəniyyət işçilərindən Xeyrulla Şahbazov, Ramin İbrahimov, Telman Əsgərov, şair-yazıçılardan Əlövsət Tahirli, Mikayıl İnçəçaylı, Əfsanə Soltan, Məhəmməd Əliabadlı və başqaları çıxış edərək rayon Veteranlar Təşkilatının gördüyü xeyirxah işləri yüksək qiymətləndiriblər və Qarabağ müharibəsi veteranı, yazıçı Qurban Əhmədin yeni kitabı haqqında öz ürək sözlərini deyiblər, ona yaradıcılıq uğurları arzulayıblar. Veteran müəllim Yusif Əliyev isə bitki toxumları ilə hazırladığı “Şəhidlər ölməz, Vətən bölünməz” tablosunu yazıçıya hədiyyə edib. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun tapşırığı ilə tədbirdə iştirak edən İcra Hakimiyyətinin baş məsləhətçisi Varid Əsgərov rayon Veteranlar Təşkilatının fəaliyyəti haqqında xoş sözlər deyib, Qarabağ müharibəsi veteranı, yazıçı Qurban Əhmədə ədəbi və ictimai fəaliyyətində nailiyyətlər arzulayıb.. Sonda xatirə şəkilləri çəkdirildi.
Hamısını oxu