Ən son xəbərlər
“Dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsinin əsasında Ulu Öndər Heydər Əliyevin milli birlik ideyaları dayanır. Ümummilli Lider Heydər Əliyev demişdir ki, “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”. Ulu Öndər Heydər Əliyevin bu dəyərli fikirlərinə əsasən deyə billərik ki, həmrəylik gününün təsis edilməsi dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin yaranması və inkişafı sahəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müstəqil Azərbaycanın ictimai-siyasi həyatında tarixi hadisəyə çevrilmişdir”. Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat açıqlamasında bildirib ki, Ümummilli lider Heydər Əliyev Dünya azərbaycanlılarının I Qurultayında "Dünyada yaşayan bütün azərbaycanlıların bir Vətəni vardır, o da Azərbaycandır" deyərək, bütün dünyada yaşayan 50 milyondan çox azərbaycanlını vahid ideya ətrafında birləşərək milli birliyə çağırmışdır. Qurultay dövlət başçısının dünya azərbaycanlılarını birləşdirmək ideyasının reallığa çevrilməsi üçün əsl mərhələ olmuşdur. Qurultayda milli birliyimiz, həmrəyliyimiz, xaricdə yaşayan həmvətənlərimizin diaspor şəklində formalaşması, təşkilatlanması və azərbaycançılıq ideyalarını geniş ölçüdə müdafiə etmələri üçün strateji proqram müəyyən edildi. Eyni zamanda Ulu öndər Heydər Əliyev Azərbaycan Prezidenti kimi fəaliyyət göstərdiyi ilk illərdə Prezidentin İcra Aparatında Dünya azərbaycanlıları və beynəlxalq qeyri-hökumət təşkilatları ilə iş bölməsi yaradılmışdı. Bu instansiya Ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi altında geniş fəaliyyət göstərərək, dünyada yaşayan azərbaycanlılarla əlaqə yaratmış və onların təşkilatlanması, milli birliyin möhkəmlənməsi istiqamətində böyük işlər görmüşdü. Xaricdə yaşayan soydaşlarımızın ulu öndərlə görüşlərindən sonra müxtəlif sahələrdə qəti addımlar atılmış, onların yaşadıqları dövlətin ictimai-siyasi həyatında fəallıqları artmış, Azərbaycanın taleyüklü problemləri ilə bağlı geniş fəaliyyət göstərilmişdi. T.Cəfərova qeyd edib ki, Ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyəti ilə, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanmışdır. Ötən illərin büdcə zərfində diaspor quruculuğuna ayrılan vəsaitlərin ildən-ilə artırılması da milli həmrəyliyə yüksək diqqət və qayğının bariz nümunəsi kimi diqqəti çəkir. Prezident İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diasporunun əldə etdiyi mühüm əhəmiyyətli nailiyyətlərin sırasında 2004-cü ilin oktyabrında Moskvada Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən Ümumrusiya Azərbaycanlıları Konqresinin II qurultayını, 2006-cı il mart ayının 16-da Bakıda keçirilən Dünya azərbaycanlılarının II qurultayını və 2007-ci il noyabr ayının 17-19-da yenə Bakıda keçirilən Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayını qeyd etmək olar. Milli birlik və azərbaycançılıq ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyevin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbriklər ümummilli lider Heydər Əliyevin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasətinin dövlət səviyyəsində və çox böyük uğurla həyata keçirildiyini nümayiş etdirir. Bu günlərdə dünya azərbaycanlılarına müraciətində dövlətimizin diaspor quruculuğuna böyük diqqət yetirdiyini bildirən Prezident İlham Əliyev həmçinin, həmvətənlərimizin azərbaycançılıq ideyası ətrafında sıx birləşmələrindən razılığını ifadə edib: "Müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və həmvətənlərimizin təşkilatlanması üçün geniş imkanlar yaradır. Eyni zamanda xaricdə yaşayan soydaşlarımız da ölkəmizin inkişafına, qarşıya çıxan problemlərin həllinə yaxından kömək göstərməyə çalışırlar. Bu köməyin səmərəli olması məhz həmvətənlərimizin möhkəm birliyi, mütəşəkkilliyi və yaxşı təşkilatlanması sayəsində mümkündür. Ona görə də Azərbaycan dövləti diaspor quruculuğu işinə böyük əhəmiyyət verir və bu prosesə hərtərəfli yardım göstərir. Sevindirici haldır ki, xaricdəki həmvətənlərimiz arasında azərbaycançılıq ideyaları, milli-mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salır". “Əminəm ki, 2020-ci il də ölkəmiz üçün uğurlu olacaqdır, Azərbaycan uğurla inkişaf edəcək və daha güclü dövlətə çevriləcək”... Möhtərəm cənab Prezident İlham Əliyevin hələ 2020-ci ilin yanvar ayında, 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə söylədiyi bu sözlər öz təsdiqini qısa zamanda tapdı. Yeni növ koronaviorus pandemiyası ilə bütün dünyanı böyük bir imtahan qarşısında qoyan 2020-ci il Azərbaycan tarixinə Böyük Zəfər ili kimi qızıl hərflərlə yazılaraq dövlətimizin siyasi və hərbi gücünü ortaya qoydu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində tarixi qələbəsi Azərbaycan dövlətinin, xalqımızın, o cümlədən də dünya azərbaycanlıllarının birlik, həmrəylik və qürur rəmzinə çevrildi. Böyük Zəfər ölkəmizin, dövlətimizin və xalqımızın tarixində yeni bir səhifə açdığı kimi, xaricdə yaşayan həmvətənlərimizin birləşdiyi diasporumuzun da fəaliyyəti üçün yeni bir başlanğıc yaratdı. Pandemiyanın yaratdığı qlobal təhlükə ilə başlayan birliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda apardığımız Vətən müharibəsi xalqımızı, diasporumuzu daha da mətinləşdirdi, birlik, həmrəylik anlayışlarını praktik olaraq reallaşdırdı. Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözləri ilə desək, “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları həmvətənlərimiz üçün milli qürur rəmzinə çevrilmişdir- deyə Tamam Cəfərova bildirib.
Hamısını oxu
Əziz və hörmətli veteranlar! Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının həmrəyliyi getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir. Dövlət quruculuğunun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın dünya birliyində layiqli yer tutmasına geniş imkanlar açır. Ümummilli Liderimizin layiqli davamçısı, möhtərəm Prezident - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz misilsiz nailiyyətlər ölkəmizin hər bir vətəndaşı kimi, biz veteranlar üçün fəxr mənbəyidir. Yüksək intellektə və zəngin dövlətçilik təcrübəsinə malik Prezidentimizin siyasi iradəsini, qətiyyətini qiymətləndirir, veteranlara daim göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk. Onun müdrik rəhbərliyi ilə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyuldu. Qarabağ Zəfəri ilə işğal altındakı torpaqlar azad edilib, bölgəmizdə davamlı sülh, sabitlik şəraiti yaranıb. Əminliklə deyə bilərik ki, biz veteranlar möhtərəm Prezidentimizin ətrafında daha da sıx birləşərək qarşıdan gələn ildə də fəaliyyətimizi davam etdirəcək, respublikanın inkişafı naminə əlimizdən gələni əsirgəməyəcək, üzərimizə düşən işin öhdəsindən layiqincə gələrək, Vətənimiz Azərbaycanı etibarlı əllərdə saxlayan gəncliyi yetişdirməyə davam edəcəyik. Yeni iliniz mübarək! Hər birinizə və ailənizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxt həyat, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Dərin hörmətlə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri - müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin rəhbəri İrek Zinnurovla görüş keçirilib. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, sədr müavini, polkovnik Cəlil Xəlilov, Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir İsmayılov iştirak edib. Görüşdə iki təşkilat arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub, 2022-ci illə bağlı əməkdaşlıq imkanları təhlil edilib. Qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Rusiya Mədəniyyət-İnformasiya Mərkəzi arasında əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq ildən-ilə genişlənməkdədir.
Hamısını oxu
Hörmətli, cənab Prezident! Hörmətli Ali Baş Komandan! Sizi 60 yaşınızın tamam olması münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, xoşbəxt illər, ölkəmizin və xalqımızın inkişafı və tərəqqisi naminə yorulmaz xidmətlərinizdə böyük uğurlar arzu edirəm. Cənab Prezident! Siz, Ulu öndər, dünya şöhrətli böyük siyasi və dövlət xadimi Heydər Əliyevin layiqli siyasi varisi və ideya davamçısı olaraq nəinki onun vəsiyyətlərini uğurla həyata keçirmiş, habelə öz şərəfli adınızı Türk Dünyasının, xalqımızın və dövlətimizin tarixinə qızıl hərflərlə yazmışsınız. Milli və beynəlxalq səviyyədə tanınan və sevilən siyasi lider olaraq Azərbaycan tarixində ilk dəfə milli birliyimizi, bir yumruq kimi birləşdirərək, şəxsi səyiniz və böyük sərkərdəlik bacarığınızla erməni faşistlərinin on illərlə işğal altında saxladığı torpaqlarımızı azad, milli təhlükəsizliyimizi, ərazi bütövlüyümüzü və Konstitusiya quruluşumuzu bərpa etdiniz. Bu gün Sizin yorulmaz fəaliyyətiniz nəticəsində Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasında bərqərar olmuş, beynəlxalq və regional səviyyədə söz sahibinə çevrilmiş, müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu təmin etmiş və böyük uğurlara imza atmışsınız. Bütün bunlar da bu gün, ölkə rəhbəri kimi sözünüzün imzanız qədər nüfuzlu və mötəbər olduğunu tam təsdiq edir. Əziz Prezidentimiz! Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu günki müstəqil Azərbaycan Respublikası , Sizin səyinizlə millətimizin və xalqımızın şah əsərinə çevrilmişdir. Siz, ölkə rəhbəri, ölkə Prezidenti olaraq millətimizin, dövlətimizin və xalqımızın tarixinə heç vaxt olmayan, çoxsaylı şanlı səhifələr, tarixi qələbər yazmış, bununla da öz adınızı da hər birimizin könlünə, yaddaşına, milli tariximizə qızıl hərflərlə həkk etmişsiniz. Doğum gününüz mübarək olsun! Allah Sizi qorusun və millətimizə çox görməsin! Sizinlə qürur duyur və fəxr edirik. Hörmətlə, Müharibə və Əmək veteranı, Baş Ədliyyə müşaviri, Hüquq elmləri doktoru, professor Bəhram Zahidov
Hamısını oxu
“Azərbaycanın bu günkü inkişafından danışarkən, ilk olaraq, sosial və iqtisadi sahədəki nailiyyətləri qeyd etmək lazımdır. Təbii ki, sosial-iqtisadi sahədə həyata keçirilən siyasətin nəticəsində formalaşan siyasi-ictimai sabitlik hazırda hökm sürməkdədir və bu fakt da cəmiyyətimizin bütün sahələrinin sürətli inkişafına öz müsbət təsirini göstərir”. Bunu Moderator.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib. Millət vəkili qeyd edib ki, dövlət başçısının bütün addımlarının hədəfində Azərbaycan insanı, onun rifahı dayanır: “Son illərdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması, yüksək gəlirli ölkəyə çevrilməsi başlıca məqsəddir. Ən təqdirəlayiq hal bütün bu proseslərin pandemiya dövrünə baxmayaraq davam etməsidir. Hazırda dünyanın əksər ölkələrində sosial-iqtisadi durğunluq cərəyan edir. Bu durğunluğa baxmayaraq ölkədə quruculuq, abadlıq və sosial-iqtisadi inkişafı şərtləndirən bütün proseslər axsamadan davam etdi. Pandemiya dövründə zərər çəkmiş sahibkarlar dəstəkləndi, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Dövlət sektorunda çalışan 900 min şəxsin əksəriyyəti dövlət tərəfindən əmək haqqı ilə təmin edildi. Təbii ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənib. Ölkədə əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi məqsədilə aparılan islahat tədbirləri davam edir. Əhalinin həssas qruplarına diqqət və qayğı isə həmişə olduğu kimi, prioritet hesab edilir. Azərbaycan dövlətinin apardığı sosial siyasət bütövlükdə ölkə əhalisinin rifah halının yüksəldilməsi, firavan yaşayışının təmin edilməsinə yönəlib. 2021-ci ilin sonlarına yaxın əhalinin sosial müdafiəsinin gücləndirilməsi və problemlərinin həlli məqsədilə həyata keçirilən tədbirlər bir daha göstərir ki, Azərbaycan dövləti qarşıya qoyduğu məqsədə - hədəfə doğru gedir. Əmək haqları, təqaüdlər, əmək pensiyalarında artımlar oldu. Tələbələrin, magistr və doktorantların, eyni zamanda kollec tələbələrinin təqaüdlərində artım baş verdi. Son illərdə iqtisadiyyatın şaxələndirilməsi prosesi xeyli genişləndirilmişdi və büdcənin neft amilindən asılılığının aradan qaldırılmasının nəticəsi olaraq iqtisadiyyatın müxtəlif sahələri inkişaf etdirildi. Ölkəyə ciddi kapital axını oldu və bunun nəticəsi olaraq Azərbaycanda müxtəlif sahələrdə ciddi işlər görülür, eyni zamanda ölkə başçısı, xüsusilə insanların məvaciblərinin artırılması üçün əsaslı addımlar atır. Yaşlı, fiziki cəhətdən problemi olan insanların təqaüdlərinin yüksəldilməsi, daha çox sosial müdafiəyə ehtiyacı olan təbəqinin təqaüdlərinin artırılması istiqamətində işlər aparıldı. Bütün bunlar onu göstərir ki, cənab prezidentin həyata keçirdiyi siyasət yalnız Azərbaycan insanını hədəfə alaraq aparılır”. Seymur ƏLİYEV
Hamısını oxu
“Bu gün sülhdən danışırıqsa, o demək deyil ki, dünənimizdəki erməni vəhşilikləri haqqında susmalıyıq” Elman Məmmədov: “Erməni faşizmini ifşa etmək üçün hər bir imkandan istifadə etməliyik” Xəbər verdiyimiz kimi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Vikipediya Elektron Ensiklopediyasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərova haqqında özbək dilində bölmə yaradılıb. Bölmədə mərhum jurnalistlə bağlı bir çox vacib məlumatla yanaşı, onun ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı informasiya da öz əksini tapıb. Moderator.az-a açıqlamasında erməni vəhşilikləri ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının vacibliyini bildirən millət vəkili Elman Məmmədov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin məlum təşəbbüsünü alqışladığını qeyd edib: “Ermənilərin xalqımızın başına gətirdiyi vəhşilikləri, soyqırımlarını daim yaymalı, bunu dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Ermənilərin kimliyi, qəddarlığını, faşistliyini beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq üçün hər bir imkandan istifadə etməliyik. Ermənistanla müharibənin bitib-bitmədiyi, onlarla münasibətlərimizin yaxşılaşıb-yaxşılaşmamasının bu məsələyə aidiyyatı yoxdur. Heç kim güman etməsin ki, bu gün Ermənistanla sülhdən danışırıqsa, onların elədikləri vəhşiliklər unudulmalı, bu barədə danışılmamalıdır. Xeyr! Kim belə düşünürsə, səhv edir. Bu məsələ daim gündəmdə olmalıdır. Ermənilərin sovet dönəminin ilk illərində Orta Asiya dövlətlərində törətdiyi vəhşiliklər hamıya məlumdur. Bunu özbək xalqı da, qazax xalqı da, türmən xalqı da bilir. Onlar da bilir ki, ermənilər bolşevik adı ilə Orta Asiyada nə qədər günahsız insanı qətlə yetiriblər. Bunlar heç vaxt unudulmamalıdır. Bu baxımdan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya Elektron Ensiklopediyasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərova haqqında özbək dilində bölmə yaratmasını alqışlayıram. Bu, həm xalqımızın fədakar ziyalılarının dünyaya tanıdılması, həm də erməni vəhşiliyinin ifşası baxımıdan mühüm əhəmiyyətə malikdir. Mən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin bu istiqamətdə atdığı addımları təqdir edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram”. Seymur ƏLİYEV
Hamısını oxu
Yüksək beynəlxalq imic, regionun lideri, beynəlxalq miqyasda söz sahibi və dayanıqlı inkişaf kimi nailiyyətlərin müəllifi ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevdir. Azərtac xəbər verir ki, bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Pərvin Kərimzadə bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Müasir müstəqil Azərbaycan dövlətini xarakterizə edən bu nailiyyətlər, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yüksəlişi, əldə olunan möhtəşəm iqtisadi uğurlar, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi hər birimizin qəlbini fəxarət hissi ilə dərindən qürurlandırır. Bunların hamısı ilk növbədə onu təsdiq edir ki, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir. Ötən ilin Vətən müharibəsində Azərbaycanın titulların sırasına “qalib dövlət” titulu əlavə olundu. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi əzəmətli bir qəhrəmanlıq dastanı kimi yaddaşlara yazıldı. Eyni zamanda, dünya ictimaiyyəti Azərbaycanın böyük zəfəri ilə başa çatan Vətən müharibəsi ilə müstəqil Azərbaycanın gücünü, qüdrətini, tarixi uğurların müəllifi dövlətimizin başçısının mahir sərkərdəlik, liderlik bacarığını aydın gördü. “Qarabağ Azərbaycandır və nida” ifadəsi “Dəmir yumruq” əməliyyatında böyük Qələbəmizin rəmzinə çevrildi. Azərbaycan dövləti uzun illər ərzində kağız üzərində qalan BMT-nin məlum 4 qətnaməsinin döyüş meydanında hərbi-siyasi yolla həllinə nail oldu, 44 gün ərzində əks-hücum əməliyyatları ilə Ermənistanı diz çökdürdü, təcavüzkar ölkə tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı 30-dan artıq müsahibəsi XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi, dövlətimizin başçısının qlobal informasiya məkanında Azərbaycan Ordusunun cəbhədəki uğurlarını möhkəmləndirən və Qələbənin beynəlxalq legitimliyini təmin edən titanik mübarizəsi məğrur xalqın qalib ruhunun güzgüsünə çevrildi. Azərbaycan Prezidentinin “Biz birlikdə güclüyük” şüarı xalqı dəmir yumruq kimi birləşməyə, vətəndaşları milli birliyə dəvət etdi. 2003-cü ildə dövlətimizin başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrildi. Yola saldığımız hər bir ilin yekunları təsdiq edir ki, Prezident İlham Əliyev Ulu Öndərin ən layiqli davamçısı olaraq onun başladığı, təməlini qoyduğu taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə irəli aparır, ölkəmizin şərəfli tarixini yazır. “Bu gün Azərbaycan dünyanı bir daha heyrətləndirir. Bu dəfə işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa, yenidənqurma və quruculuq işləri ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş rayonlarımıza ardıcıl səfərləri Qarabağın dirçəlişini daha da sürətləndirib. Düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, tarixinə, mədəni irsinə, ənənələrinə, dini mirasına qovuşur. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Bu gün Prezident İlham Əliyev dünyanın ən təcrübəli dövlət başçılarındandır, xalqın sevimli rəhbəridir, Qarabağı işğaldan azad etmiş sərkərdədir, 30 illik münaqişəyə son qoymuş sülhpərvər siyasətçi və diplomatdır. Onun haqqında ən obyektiv proqnoz ulu öndər Heydər Əliyevə məxsusdur: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Özünü xalqın alternativsiz lideri, qüdrətli dövlət rəhbəri kimi təsdiq edən Prezident İlham Əliyev Azərbaycanı regionun lideri səviyyəsinə yüksəltməyi bacardı”, - deyən deputat fikirlərini yekunlaşdırıb.
Hamısını oxu
“Azərbaycan dünyaya günəş kimi doğacaqdır”. Bu sözləri 1993- cü ildə ildə, yenicə əldə olunmuş müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycan adlı məmləkətin xilaskarı, Ümummilli Lider Heydər Əliyev səsləndirmişdir. İllər keçdi, Ulu Öndərin Azərbaycanın gələcəyinə yönəlik bütün arzuları, vəsiyyətləri real həyatda təsdiqini tapdı. Bu arzuları reallığa çevirməklə, adını dünya tarixnə qızıl hərflərlə yazdıran Lider isə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdir. Tarix yaradan Lider. Son günlər, ölkənin aparıcı Kütləvi informasiya vasitələri, siyasətçilər, ictimai-siyasi xadimlər Prezident İlham Əliyevin rəhbərliyi dövrdə əldə etdiyi, əldə etdiyi nailiyyətlər barədə çoxsaylı yazılar yazılır, çıxışlar edilir. Təbiidir. Xalq öz Liderinə, xilaskarına vəfa borcunu qaytarır. “Bütün ixtiraların ən mürəkkəbi idarəetmə sistemidir” Kant. 2003-cü ildə Prezident seçildikdən sonra İlham Əliyev, “Regionların sosial-iqtisadi inkişafı haqqında “ 4, “ Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafı haqqında” isə, 3 dövlət proqramını təsdiq etdi. Nəticə olaraq, minlərlə yeni məktəb, uşaq bağçaları,xəstəxanalar, diaqnostika mərkəzləri, olimpiya-idman kompleksləri, mədəniyyət sarayları, magistral yollar, elektrik stansiyaları, inzibati binalar, şəhid ailələri, qazilər, məcburi köçkünlər üçün evlər, yeni ali məktəblər, inzibati binalar tikildi, parklar salındı. Əhalinin elektrik enerjisinə, təbii qaza, içməli və texniki suya olan tələbatının ödənilməsi istiqamətində milyardlarla maliyyə tutumu tələb edən infrastruktur layihələri icra olundu. Aqrar sektorun inkişafına xüsusi diqqət göstərildi. Proqramların icrası, ölkə regionlarının və paytaxtın harmonik inkişafını təmin etmiş oldu. TANAP-(Trans-Anadolu), TAP-(Trans-Adriatik), onun tərkib hissəsi olan “Cənub Qaz Dəhlizi” , Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verildi. 100 illərdən bəri Bakı əhalsinin 1 nömrəli problemi, içməli suya ehtiyacının ödənilməsi üçün, Oğuz-Qəbələ-Bakı layihəsi icra olundu. Taxtakörpü su anbarı tikildi. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutlarının, Avropadan Asiyaya çəkilən fiber-optik kabelin Azərbaycandan keçməsi, ölkəmizi regionun nəqliyyat-loqistika mərkəzinə çevirdi. Azərbaycan yerin süni peyklərini kosmik fəzaya göndərməklə, azsaylı kosmos ailələrinə aid edilən dövlətlərin sırasına düşdü. Azərbaycan, Şərqlə Qərbin arasında körpü rolunu oynayan, beynəkxalq tədbirlərin keçrildiyi multikulturalizm, konfessiyalar arası münasibətlərin nizamlandığı, tolerantlıq mərkəzinə çevrildi. “Avrovision” musiqi festvalı, ilk Avropa Oyunları, İslam oyunları və çoxsaylı idman yarışları, dünya və Avropa çempionatları keçirildi. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra, xeyli sayda idmançılarımız olimpiya, dünya və Avropa çempionları titulunu qazandılar. Minlərlə istedadlı gənc, Dövlət maliyyəsi hesabına dünyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə etdi. Post-sovet ölkələri arasında, Rusiyadan sonra BMT Təhlükəsizlik Şurasına dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq üzv seçildi və sədrlik etdi. Qoşulmama Hərəkatına üzv olandan sonra qısa zaman kəsiyində sədr seçildi və Hərəkatın ciddi beynəlxalq gücə çevrilməsinə nail oldu. Biz bunun real nəticələrini Vətən müharibəsində gördük. ÜDM, makro-iqtisadi göstəricilər dəfələrlə artdı. Əhalinin sosial vəziyyəti yaxşılaşdı. İqtisadi imkanlar artdıqca sosial layihələr icra olundu. Elə bir sahə yox idi ki, Prezident onun inkişafında inqlabi nəticələrə nail olmasın. Ancaq, ölkənin əsas problemi, son 30 ildə hər bir azərbacanlının ürəyində yara salmış Qarabağ torpaqları işğalda idi. Ən müasir silahlarla, döyüş texnikası ilə təchiz olunmuş güclü ordu quruldu. 21-ci əsrin müharibəsini aparmaq üçün Silahlı Qüvvələrin bütün növlərinin, NATO sisreminə uyğun, peşəkar hazırlığına xüsusi diqqət yetirildi. Prezident gözəl başa düşürdü ki, tək güclü ordu ilə torpaqları işğaldan azad etmək mümkün deyil. Bunun üçün hüquqi-normativ bazanın yaradılması, aparıcı beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin ərazi bütövlüyünü təsdiqləyən qətnamələrin qəbulu, regionda marağı olan böyük güclərin neytral mövqeyinə nail olmaq lazım idi. Bəllidir ki, məhz, həmin supergüclərin hər birisinin korparativ maraqları, ikili standartlar, xristian təəssübkeşliyi nəticəsində konflikt həllini tapmırdı. Məsələnin ən çətin tərəfi də, geosiyasi gücləri bir araya gətirmək və prosesdən maksimum az zərərlə çıxmaq idi. İlk baxışda, hətta ən güclü dövlətlər üçün mümkünsüz görünən problemi, beynəlxalq münasibətlər sistemini, beynəlxalq təhlükəsizlik sistemini, ən yüksək səviyyədə mənimsəmiş peşəkar diplomat, strateq, Ali Baş Komandan İlham Əliyev bacardı. Və Adını Dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı. Tarixi Qələbədən sonra Azərbaycanın beynəlxalq nüfuzu kəskin artdı. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının sınmış qüruru bərpa olundu. Hesab edirəm ki, ən böyük xoşbəxtlik, elə budur. İlham Əliyev şəxsiyyəti isə, dünya Liderləri arasında xüsusi rəğbətlə seçilir. Dünyanı bürümüş Pandemiya ilə mübarizədə, cənab Prezidentin təşəbbüsləri, beynəlxalq birlik tərəfindən yüksək səviyyədə dəstəkləndi. Müharibədən sonra regionda yeni reallıqlar yarandı. Tarixi “Şuşa Bəyannaməsi” imzalandı. Qısa zaman kəsiyində fantastik sürətlə bərpa işləri aparılır. Özündə ən innovativ ideyaları əks etdrən İnfrastruktur layihələri həyata keçirilir. Müasir Azərbaycan tarixinin İlham Əliyev Liderliyində görülmüş iri miqyaslı işlərin kiçik bir yazıda sadalanması qeyri-mümkündür. Bütün bu nailiyyətlərin müəllifi, bu gün 60 yaşını qeyd edən, Tarix yazan və Tarix yaradan Prezident, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevdir. Çox Hörmətli cənab Prezident! Sizi doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə, ailənizə möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik, Azərbaycanın gələcəyi naminə gördüyünüz işlərdə uğurlar arzulayıram! Tanrı Sizləri qorusun! 24.12. 2021. Nəsib Məhəməliyev, millət vəkili
Hamısını oxu