Ən son xəbərlər
Sentyabrın 27 - dən başlayan ,44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali baş komandan İ.Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü ,mətinliyini nümayiş etdirdi. Hər bir azərbaycanlı üçün əziz Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8 də 28 illik həsrətdən sonra azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. İdrak liseyinin kollektivi də Zəfər gününün ovqatına rəng qatmaq üçün "Salam, əziz Şuşam " adlı ədəbi - bədii Kompozisiya hazırlayıb. “Sherg.az” xəbər verir ki, Günel Anarqızının eyniadlı essesi əsasında səhnələşdirilən kompozisiyanın əsas məqsədi "Qarabağ Azərbaycandır " reallığını gənc nəslə təqdim etmək ,tanınmağa layiq qəhrəman oğullarımızı daha yaxından tanıtmaqdır. "Salam, əziz Şuşam" kompozisiyasında şəhid Fəxri Qəribzadənin Vətənə əmanət qoyduğu anası Mehparə Qəribova, Şuşaya daxil olan ilk tank komandiri Rüfət Hacızadə ,"fəxr edirəm ki ,bu zəfərdə mənim də payım var " - deyən döyüşən jurnalist ,"İki sahil " qəzetinin baş redaktorunun müavini Anar Miriyev çıxış edərək bir daha qeyd elədilər ki ,hər kəsin ürəyində bir Vətən nəğməsi var ,gec -tez onu oxumalıdır. 25 nəfərdən çox şəhid övladının təhsil aldığı İdrak liseyinin təsisçisi ,professor Mönsüm Alışov tədbirə dəvət alan qaziləri ,şəhid ailələrini ,millət vəkillərini ,təhsil işçilərini Zəfər günü münasibəti ilə təbrik etdi.Liseyin bir qrup şagirdinin Vətənə zəfər raportu və məktəblilərdən ibarət xor kollektivinin ifasında səslənən məşhur "Qarabağ " mahnısı tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Hamısını oxu
Konfrans Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə baş tutub Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin təşəbbüsü, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Respublika Velotrekində “İdmançılar dopinqə və narkotikə yox deyir!” devizi altında konfrans təşkil edilib. Tədbirdə Daxili İşlər Nazirliyi və Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndələri, tanınmış idmançılar, velosipedçilər və onların valideynləri iştirak ediblər. Narkotik vasitələrdən və qəbulu qadağan olunmuş preparatlardan istifadənin hansı fəsadlara yol açması haqda danışan məktəbin direktoru Faiq Qurbanov, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov və AMADA nümayəndəsi Lalə Hacıyeva bu cür hallara qarşı mübarizədə hamının birgə fəaliyyət göstərməsinin vacibliyini bildiriblər. Tədbirdə qonaq qismində çıxış edən Yunan-Roma güləşçisi, Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov, boks üzrə dünya çempionu və İslam Həmrəyliyi Oyunlarının qalibi Cavid Çələbiyev, Uşu-sanda üzrə dəfələrlə dünya və Avropa çempionu Emil Hacıyev də idmançıların karyeralarına zərbə vurmamaları üçün pis vərdişlərdən hər zaman uzaq olmalarının əhəmiyyətini vurğulayıblar. Konfrans zamanı idmançıları maraqlandıran suallar da cavablandırılıb.
Hamısını oxu
“Çalışmalıyıq ki, dünya erməni faşizmini tanısın və ədaləti dəstəkləyənlərin sayı çoxalsın” Azər Badamov: “Ermənistanla informasiya müharibəsinin davam etdiyi bir zamanda bu cür hesabatlar mühüm əhəmiyyətə malikdir” Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlsə də, Ermənistanla informasiya cəbhəsində mübarizə davam edir. Ermənistanın vaxtiylə işğalda saxladığı torpaqlarımızda törətdiyi vəhşiliklərin ifşası, rəsmi İrəvanın son 30 ildə vurduğu maddi-mənəvi ziyana görə kompensasiya ödəməsinin təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Bu baxımdan Bakı Dövlət Univbersitetinin rektoru Elçin Babayevin ideya müəllifliyi və rəhbərliyi altında hazırlanan “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat” erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Azərbaycan dili ilə yanaşı, həm də ingilis dilində hazırlanan sözügedən hesabat dünyanın əksər dövlətlərinin rəsmi dairələrinə, o cümlədən vətəndaş cəmiyyəti institutlarına təqdim ediləcək. Məlum hesabatla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov, bu cür layihələrin milli maraqlarımız baxımından böyük önəm kəsb etdiyini vurğulayıb: “Ermənistanla müharibə döyüş meydanında bitsə də, informasiya məkanında davam edir. Vətəni sevən hər bir şəxs özünün informasiya yaymaq imkanından istifadə edərək erməni vəhşiliklərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışmalıdır. BDU rektorunun rəhbərliyi altında belə bir hesabatın hazırlanmasını faydalı və təqdirəlayiq hesab edirəm. Dünya ictimaiyyəti torpaqlarımız işğal altında olduğu 30 ildə azərbaycanlıların tarixi, mədəni abidələrinə, o cümlədən insanlığa qarşı törətdikləri vəhşilikləri bilməlidir. Belə olan halda ermənilərin əsl faşist sifəti haqqında beynəlxalq ictimaiyyət məlumatlı olar və ədaləti dəstəkləyənlərin sayı çoxalar. Bu baxımdan “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat”ın ingilis dilində dünya dövlətlərinə yayılması olduqca əhəmiyyətlidir. Bu, beynəlxalq ictimaiyyətin erməni vəhşiliyi, Azərbaycan məcburi köçkünlərinin pozulan hüquqları haqqında daha aydın və ətraflı məlumat almasının təmin edilməsi baxımından mühüm önəm kəsb edir. Düşünürəm ki, dünya ictimaiyyətinin konkret və inkaredilməz faktlarla zəngin olan bu cür hesabatlar vasitəsi ilə məlumatlandırılması, sadəcə yaxın keçmişdə baş verən olayların tanıdılması deyil, həm də gələcək fəaliyyətimizin stimullaşdırılması, Ermənistana yönəlik siyasi və hüquqi sahədə daha effektiv addımların atılması baxımından faydalıdır”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyi başda kənd təsərrüfatı naziri İnam Kərimov olmaqla, bütün kənd təsərrüfatı işçilərini peşə bayramı münasibəti ilə təbrik edib. Təbrik müraciətində deyilir: “1 noyabr – kənd təsərrüfatı işçilərinin peşə bayramıdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bu əlamətdar günlə əlaqədar olaraq kənd təsərrüfatı naziri İnam Kərimovu, eləcə də adıçəkilən nazirliyin bütün əməkdaşlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Ölkəmizin iqtisadi qüdrətinin artmasında, insanlarımızın sosial rifahının yaxşılaşmasında kənd təsərrüfatı işçilərinin böyük əməyi, danılmaz zəhməti mövcuddur. İnanırıq ki, Prezident İlham Əliyevin kənd təsərrüfatı işçilərinə göstərdiyi diqqət və qayğı sayəsində Kənd Təsərrüfatı Nazirliyi daha böyük uğurlara imza atacaq, ölkəmizin inkişafına bundan sonra da öz dəstəyini verəcəkdir”. Dərin hörmətlə: Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov
Hamısını oxu
Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda Dövlət katibi Kırımbek Köşerbayevin iştirakı ilə Beynəlxalq Türk Akademiyasının yeni binasının açılışı olub. Mərasimə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Qazaxıstanın mədəniyyət və idman naziri Aktotı Rayımkulova, xarici işlər nazirinin birinci müavini Şahrat Nurışev, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyənin bu ölkədəki səfirləri və səfirlik nümayəndələri, nüfuzlu elm adamları, ictimai xadimlər, millət vəkilləri və digər qonaqlar qatılıblar. Türk Akademiyası iki binada yerləşir. Binalardan biri inzibati məqsədlər, digəri Türk Muzeyi və Türkologiya Kitabxanısı üçün nəzərdə tutulub. Qeyd edək ki, 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan Zirvəsində Qazaxıstan Prezidenti - Elbaşı Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılmasına qərar verilən Türk Akademiyası 2010-cu ilin 25 may tarixində fəaliyyətə başlayıb. 23 avqust 2012-ci ildə Türk Şurasının Bişkekdə keçirilən II Zirvə toplantısında beynəlxalq status qazanıb. Beynəlxalq Türk Akademiyasının əsas məqsədi türk ölkələrinin elmi inteqrasiyasını gücləndirmək, ortaq irsi hərtərəfli təbliğ etmək, Türk dünyasında təhsil və elm sahəsində akademik fəaliyyəti əlaqələndirməkdir.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, millət vəkili Mahir Abbaszadə şəhid Rəşad Sadıqovun məzarını ziyarət edib. Millət vəkili sosial şəbəkədəki hesabında bu barədə aşağıdakıları yazıb: “Oktyabrın 30-da Şəmkirdə Vətən müharibəsi şəhidimiz Rəşad Sadıqovun məzarını ziyarət etdik. Allah rəhmət eləsin. Rəşad Sadıqov 11 oktyabr 1978-ci ildə Laçın şəhərində anadan olmuşdur. 1995-ci ildə Şəmkir şəhəri Ə.Cavad adına orta məktəbi bitirmiş və həmin il Bakı Birləşmiş Ali Komandirlər Məktəbinə qəbul olmuşdur. 1999-cu ildə Ali təhsilini başa vurmuş və leytenant rütbəsi ilə ilk hərbi xidmətinə Naxçıvan şəhərində başlamışdır. 2019-cu ildə Goranboy rayonunda “N” saylı hərbi hissədə xidmətinə davam etmişdir. 2020-ci il sentyabr ayının 27-də Vətən müharibəsində ordumuzun sıralarında yer almış, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və nəhayət Laçın rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəşad Sadıqov oktyabrın 30 da Laçın döyüşləri zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Sadıqov ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib”. Seymur ƏLİYEV
Hamısını oxu
29 oktyabr 2021-ci il tarixdə İdman Tennis Kompleksində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və İdman Tennis Kompleksin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmiş baş leytenant, şəhid Azad Hümbətovun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov, şəhid, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Vətən Müharibəsi şəhidi, mayor Vüsal Vəliyevin qardaşı Eliyar Vəliyev, Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Sənan Axundovun yoldaşı, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, İdman Tennis Kompleksin direktoru Əhməd Abbasbəyli, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Nərimanov rayonunda fəaliyyət göstərən idman məktəblərinin rəhbərləri, müxtəlif idman növləri üzrə federasiyalarının üzvləri, rayonun fəal könüllüləri və 47 saylı tam orta məktəbin şagirdləri hərbi geyimdə iştirak etmişlər. İlk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov və İdman Tennis Kompleksin direktoru Əhməd Abbasbəyli çıxış edərək qeyd etdilər ki, dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısından bəhs edərək bildirmişlər ki, gənc nəsil və müasir gənclərimiz şəhidlərimizin qanı, canı bahasına əldə olunmuş qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daima qoruyub saxlamalı və özlərindən sonrakı gələcək nəsillərə ötürməlidirlər. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların və onlara bərabər tutulan şəxslərin problemləri daim diqqət mərkəzindədir. Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir. Sonra Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Vətən Müharibəsi şəhidi, mayor Vüsal Vəliyevin qardaşı Eliyar Vəliyev, Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Sənan Axundovun yoldaşı, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər. Tədbirin rəsmi hissəsindən sonra “888 Boxing” Klubunun üzvləri boks, Kapoeyra Federasiyasının idmançıları kapoeyra, Azərbaycan Kikboksinq Federasiyasının idmançıları kikboks, Taekvondo Federasiyasının idmançıları taekvondo, 6 saylı Uşaq – Gənclər Məktəbin idmançıları karate idman növləri üzrə nümunəvi çıxışlar göstərdi, 45 saylı tam orta məktəbin şagirdi Arzum Babaşova skripka musiqi alətində ifa nümayiş etdirdi, müğənni Aydın Sani vətənpərvər mahnılar ifa etdi. Sonda şahmat yarışının qalibləri müvafiq dərəcəli diplom və medallar ilə təltif edilmiş, şəhidin atası Arif Hümbətova Xatirə Diplomu və Azərbaycan Dövlət Bayrağı təqdim edilmişdir.
Hamısını oxuBu gün Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Nəsillərin görüşü” keçirilib. İlk öncə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasında birgə əməkdaşlığa dair Memorandum imzalandı. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma müvafiq olaraq gələcəkdə Şəhid ailələri, Qazilər, Müharibə iştirakçəlarında diqqət və qayğı yönümündə birgə ictimai təşəbbüslər layihə və tədbirlər uğurla davam etdiriləcək. Daha sonra hər iki qurumun birgə təşkilatçılığı və İydə parfumun tərəfdaşlığı ilə 8 noyabr Zəfər günün 1-ci ildönümü ərəfəsində "Nəsillərin görüşü" adlı tədbir keçirildi. Tədbirdə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr əvəz Qalib Əliyev, İctimai birliyin sədr müavini Məcid Məmmədov, icraçı direktoru Zamin Zeynal, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Fatma Səttərova, sədr müavini Cəlil Xəlilov, İydə parfumun rəhbərliyi, Qazilər, Müharibə iştitakçıları iştirak edərək çıxış etdilər. Birlik rəsmiləri çıxış edərək qeyd etdilər ki, Azərbaycan tarixinə qızıl hərflərə həkk edilmiş 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan, cəsarətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında fədakar Azərbaycan ordusu tarixi, əbədi, əzəli Azərbaycan məxsus olan Qarabağ torpalarımızı, düşmənin istilasından azad etməyə müvəffəq olmuşdur. Bu gün hər bir vətəndaş cəmiyyəti təsisatı milli, Vətənpərvər ruhda birlik, həmrəylik nümayiş etdirərək Ali Baş Komandanın daha böyük Azərbaycan naminə həyata keçirdiyi məqsədyönlü, uğurlu, daxili və xarici siyasətinə öz ictimai, siyasi töhfəsini verməlidir. Birliyin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirdi ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı ilə birgə belə bir tədbiri gerçəkləşdirməkdə məqsəd Dövlət Başçısının Şəhid ailələri, Qazilər, Müharibə iştirakçıları ilə bağlı gördüyü uğurlu işlərə birgə fəaliyyət çərçivəsində ictimai təkan olmaqdır. Qeyd edək ki, tədbirdə vətənpərvər fəaliyyətinə və vətənə ləyaqətlə xidmətinə görə bir qrup müharibə əlili və iştirakçısı fəxri fərman və hədiyyələr ilə təltif olundu.
Hamısını oxu
Məşhur Məmmədov: “Bu hesabatdan məcburi köçkünlərimizin pozulan hüquqlarının təmin edilməsində ciddi və etibarlı istinad nöqtəsi kimi istifadə ediləcək” Məlum olduğu kimi, bir müddət bundan öncə Bakı Dövlət Universitetində “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat”ın tədimatı keçirilib, bu hesabat haqqında ictimaiyyətə ətraflı məlumat verilib. BDU rektorunun ideya müəllifi və rəhbəri olduğu layihənin hazırlanmasında universitetinin professor-müəllim heyəti ilə yanaşı, ABŞ, Rusiya, Ukrayna, Qazaxıstan və Türkiyənin görkəmli mütəxəssisləri də iştirak edib. Layihənin hazırlanmasında məqsəd 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən Azərbaycan Respublikası ərazilərinin işğalı nəticəsində həmin ərazilərdən olan məcburi köçkünlərin pozulmuş hüquqlarının, dəymiş ziyanın əhatə dairəsinin və istiqamətlərinin müəyyən edilməsi, beynəlxalq təcrübəni öyrənməklə pozulmuş hüquqların bərpası, nəhayət dəymiş ziyanın Ermənistan tərəfindən ödənilməsi üçün beynəlxalq hüquqi mexanizmlərin təhlil edilməsi olub. Xatırladaq ki, Azərbaycan dili ilə yanaşı, həm də ingilis dilində hazırlanan bu hesabatın beynəlxalq təşkilatlara, dünyanın bir çox ölkələrinin rəsmi qurumlarına, o cümlədən beynəlxalq vətəndaş institutu cəmiyyətlərinə göndərilməsi nəzərdə tutulur. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu kimi layihələrin milli maraqlarımız, Azərbaycan həqiqətlərinin dünyaya yayılması və erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib: “İlk növbədə qeyd edim ki, 30 il ərzində baş verənləri unutmağa, yaddan çıxartmağa mənəvi haqqımzı yoxdur. Biz hər zaman bu məsələləri gündəmdə saxlamalı, beynəlxalq ictimaiyyəti bu barədə məlumatlandırmalıyıq. Sadəcə Qarabağ və ətraf ərazilərdə deyil, həm də indi Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarından qovulan, didərgin salınan soydaşlarımızın bu torpaqlara qayıtması da diqqət mərkəzində saxlanılmalıdır. Biz beynəlxalq aləmin də diqqətini bu məsələlərə cəlb etməliyik. Azərbaycan xalqına dəyən maddi və mənəvi zərərin qarşılanması, Ermənistan tərəfinin buna görə gərəkli təzminatın ödəməsi məsələsi də ən aktual məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılmalıdır. Biz həmişə görürük ki, Avropa dövlətləri öz ölkələrində, yaxud dünyanın digər bölgələrində yaşayan xristianlarla bağlı həssaslıq sərgiləyir. Bu gün Qarabağdakı 30 min erməniyə görə az qala bütün dünya narahatlıq ifadə edir. Amma bir milyondan çox azərbaycanlının haqlarının pozulması ilə bağlı nə Avropa Şurasında, nə Avropa dövlətlərində ciddi bir narahatlıq müşahidə edilmir. Bizim mənəvi baxımdan haqqımız var ki, daim bu məsələlərə diqqət çəkək, bunu beynəlxalq məhkəmələrə daşıyaq. BDU rektoru Elçin Babayevin rəhbəri olduğu bu layihə həm milli maraqlarımızın müdafiə edilməsi, həm erməni faşizminin ifşa edilməsi, həm də soydaşlarımızın pozulan haqlarının təmin edilməsi baxımından mühüm bir layihədir. Əslində oxşar layihələrin hazırlanması və beynəlxalq aləmdə yayılması istqiamətində digər qurumlar da aktivlik sərgiləməli, hər bir kəs erməni faşizminin ifşasında yaxından iştirak etməlidir. Bildiyiniz kimi, bu məsələlər Milli Məclisin də gündəmindədir. Milli Məclisin sədri Sahibə Qafarova xarici səfərlərində erməni vəhşiliklərinə diqqət çəkir, Xocalı soyqırımının tanınması, məcburi köçkünlərin hüquqlarının bərpa edilməsi, onlara dəyən zərərin ödənilməsi və s. kimi məsələləri hər zaman diqqətdə saxlayır, beynəlxalq ictiamiyyəti bununla bağlı ətraflı şəkildə məlumatlandırır. Deputat qruplarımız da xarici ölkələrə səfərlər əsnasında bu məsələləri qaldırır. Bu, cənab Prezidentimizin bizim qarşımızda qoyduğu bir məsələ olmaqla yanaşı, həm də mənəvi borcumuzdur. Vətəndaşlarımızın hüquqlarının bərpa olunması, doğma yurdlarına qayıtmasının təmin edilməsi dövlətimizin, Prezidentimizin daim diqqət mərkəzində saxladığı bir məsələdir və bu istiqamətdə görülən işlər göz önündədir. Bu baxımdan “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat” olduqca mühüm əhəmiyyətə malik böyük bir layihədir və təqdir edilməlidir. İnanıram ki, bu hesabat məcburi köçkünlərimizin pozulan hüquqlarının təmin edilməsi, erməni faşizminin etdiyi əməllərə görə cəzalandırılması baxımından mühüm sənəd rolunu oynayacaq, bu hesabatdan ciddi və etibarlı istinad nöqtəsi kimi istifadə ediləcəkdir”. Seymur ƏLİYEV
Hamısını oxu
Cəlil Xəlilov: “Füzuli Beynəlxalq Hava Limanının açılması sadəcə ölkəmiz deyil, bütün region baxımından mühüm əhəmiyyət kəsb edir” Dünən Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzili Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimi olub. Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu hadisənin regional əhəmiyyətə malik olduğunu bildirib: “Füzuli Beynəlxalq Hava Limanının açılması sadəcə ölkəmiz deyil, bütün region baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, hər şeydən öncə Azərbyacanın iqtisadi gücünün təcəssümüdür və dövlətimizin, xalqımızın quruculuq qabiliyyətindən, tikib-yaratmaq əzmindən xəbər verir. Füzuli Beynəlxalq Hava Limanının açılışı sadəcə ölkəmizdə deyil, bütün regionda iqtisadi həyatın canlanmasına öz müsbət təsirini göstərəcək, yeni iqtisadi inkişaf dalğasını stimullaşdıracaqdır. Bildiyiniz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açılış mərasimində iştirak etdi, bütün dünyaya bir daha Azərbaycan və Türkiyənin qardaşlıq münasibəti ilə bağlı ciddi mesajlar verdi. Türkiyə Prezidentinin Füzuliyə bu səfəri sözügedən rayonun, ümumilikdə işğaldan azad edilən torpaqlarımızın iqtisadi önəmindən, regional əhəmiyyətindən xəbər verir. Azərbaycan və Türkiyə prezidentləri Zəngilan rayonunda da birinci özəl investisiya layihəsinin əsasını qoydular. Azərbaycan və Türkiyənin birgə layihəsi olan bu layihə işğaldan azad edilən ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığını, qardaş Türkiyə dövlətinin də bu prosesdə Azərbaycanla birlikdə iştirak etdiyini göstərir. Birgə həyata keçirilən bu layihələrin miqyas və əhəmiyyəti göstərir ki, işğaldan azad edilən torpaqlar qısa zamanda öz iqtsiadi inkişaf tempinə görə bütün regionda liderliyə yüksələcək, Azərbaycanın ümumi inkişafına böyük təkan verəcəkdir. Bu gün ictimaiyyətin işğaldan azad edilən ərazilərdə həyata keçirilən quruculuq işlərinə münasibəti, media və sosial mediada yer alan məlumatlar, cəmiyyətdən gələn mesajlar göstərir ki, xalqın hərbi-diplomatik müstəvidə tarixi zəfərə imza atan Prezident İlham Əliyevin iqtisadi müstəvidə də böyük uğurlara imza atacağına inamı tamdır. Bizim üçün qürurvericidir ki, işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən bərpa və yenidənqurma prosesində qardaş Türkiyə dövləti də bizimlə birlikdə iştirak edir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə layihələr Qarabağ və ətraf rayonların qısa zamanda dirçəlişini təmin edəcək, bu dirçəliş insanlarımızın sosial rifahının daha da yüksəlməsinə öz müsbət təsirini göstərəcəkdir”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, millət vəkili Elnur Allahverdiyev Vətən müharibəsi iştirakçıları ilə görüşüb. Bu barədə millət vəkili özünün sosial şəbəkədəki hesabında məlumat verib. Məlimatda deyilir: “44 günlük Vətən Müharibəsinə dairəmizdən 158 sakinimiz yollanıb. 4 şəhidimiz var. Allah onlara rəhmət etsin! Evlərinə sağ-salamat dönən müharibə iştirakçıları və qazilərimizlə mütəmadi görüşlərim olur - seçici qəbullarında, Yasamal Rayon İcra Hakimiyyətində keçirilən tədbirlərdə, son bir aydır ki, Fəxri Xiyabanda, - şəhidlərimizi anma mərasimlərində. Bir neçəsinin evində olub, valideyinləri ilə tanış olmuşam. Ötən aydan etibarən isə cəngavərlərimizlə çay süfrəsi arxasında görüşüb söhbətləşir, onları maraqlandıran suallara cavab, narahat edən problemlərə əlac, qarşılaşdıqları çətinliklərdən birlikdə çıxış yolu axtarmağa çalışırıq. Görüşlərimizin bu formatı həm mənim, həm də onların ürəyincədir. Səmimi atmosferdə, rahat, qeyri-formal şəraitdə döyüş yollarından bəhs edirlər. Növbəti dəfə bu gənclərin necə böyük ürəyə malik olduqlarının şahidinə çevrilirik. Allah hamısının ürəyincə versin! Bu gün növbəti görüşümüzü gerçəkləşdirdik. Dairəmizin 11 müharibə iştirakçısı ilə çay süfrəsi arxasında bir araya gəldik. Bu, bu gün keçirəcəyim görüşlərdən ilki oldu. Görüşdə iştirak edən hər birimizin qəhrəmanlarımızdan aldığı bu müsbət enerji ötənilki Zəfərimizin nə qədər önəmli tarixi hadisə olduğunu təsəvvürlərimizdə bir daha canlandırmış oldu. Budəfəki görüşümüzdə I Qarabağ savaşının qazisi Elxan Abbasov və müharibə iştirakçısı Rövşən İmanov da iştirak edirdi. R.İmanovun qardaşı ilk Qarabağ müharibəsində şəhid olub. İki Qarabağ müharibəsinin iştirakçıları, iki nəsil vətənpərvər döyüşçülərimizin fikir mübadiləsi görüşümüzə əlavə rəng qatdı. Qarşıdakı günlərdə qazilərimizlə görüşlərim davam edəcək. Yaşasın Azərbaycan gəncləri! Qarabağ Azərbaycandır!” Seymur ƏLİYEV
Hamısını oxu
Gənclər və İdman Nazirliyi noyabrın 9-da Bakıda “Qələbə qaçışı” xeyriyyə tədbiri keçirəcək. “Qürurla irəli” şüarı ilə təşkil ediləcək qaçış ötən il müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin ildönümünə həsr olunub. İanə... Qaçışa qoşulmaq istəyən hər kəs “YAŞAT” Fonduna minimum 20 manat iştirak haqqı ödəməlidir. Fonda daha yüksək məbləğdə ianə etmək istəyənləri də sıramızda görmək xoş olacaq. Məqsəd… Xeyriyyə aksiyasında əsas məqsəd xalqımızın həmrəyliyini, dövlət-xalq birliyini bir daha nümayiş etdirməklə, Vətən uğrunda canını fəda etmiş, yaralanmış qazilərə dəstək olmaq, müharibə dövründəki qalib xalq ruhunu daim yaşatmaqdır. Məkan… “Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, Elektra Hall-ın qarşısından start götürəcək və 5000 metrlik məsafəni əhatə edərək Bakı Dəniz Vağzalının qarşısında finişə çatacaqlar. Qaçışdan əyləncəyə… Bu qaçışda iştirak etməklə siz artıq qaliblər sırasındasınız! Günün maraqlı davamı üçün təşkilatçılar finişdə maraqlı proqram hazırlayıblar. Tədbirin qaçış hissəsi başa çatdıqdan sonra iştirakçıları urban (şəhər) idmanı master klasları, maraqlı tədbirlər və digər sürprizlər gözləyir. Qeydiyyat… Qaçışda iştirak üçün say limiti tətbiq olunacaq. Qeydiyyatdan ilk keçənlər qaliblər sırasında olmaq imkanı qazanacaqlar. 18 yaşdan yuxarı hər kəs qaçışda iştirak edə bilər. Bunun üçün, Təşkilat Komitəsinin təsdiqlədiyi əsasnaməyə uyğun olaraq və göstərilən link (https://www.smartscoring.com/az/form) vasitəsilə qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyat noyabrın 7-də saat 18.00-da başa çatır. Qeydiyyat başa çatdıqdan sonra, müraciəti qəbul edilmiş hər kəsin e-mailinə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək. Hamı üçün… “Qələbə qaçışı”ndan sonra, bütün iştirakçıların e-mail ünvanlarına təşkilatçıların təşəkkür əlaməti olaraq, elektron sertifikatlar göndəriləcək. Sağlamlığa faydalı… Qaçış xeyriyyə aksiyası olmaqla yanaşı, həm də bədən tərbiyəsinin kütləviliyinə marağı artırmaq, idmanın inkişafına nail olmaq və əhali arasında sağlam həyat tərzinin təbliği baxımından faydalı olacaq. Elə isə... Qürurla irəli! Ətraflı məlumat üçün və ya qeydiyyat zamanı yarana biləcək hər hansı bir sualla bağlı 050-593-37-47 mobil telefonla əlaqə saxlamaq, info@smartscoring.com e-mailinə yazmaq olar.
Hamısını oxu