Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, Şamaxı Texniki, Humanitar və Təbiət fənləri təmayüllü internat tipli lisey tərəfindən üç şəhid məzunu ( Orxan Nəbiyev Rza oğlu, Yusif Əliyev Asif oğlu, İsaxan Qəniyev İsaman oğlu ) adına inşa edilən bulağın açılışında Şamaxı rayonundan millət vəkili Tamam Cəfərova və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər. Orxan Nəbiyev 1995-ci il yanvarın 20-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 2001-2012-ci illərdə Qurdtəpə kənd tam orta məktəbində təhsil alıb. 2012-2016-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" üzrə ali təhsil alıb. Subay idi. Orxan Nəbiyev ali təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində "Kəşfiyyatçı" olaraq müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra isə Silahlı Qüvvələrdə üç aylıq təlimlərdə olub. Təlimləri bitirəndən sonra Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. Azərbaycan Ordusunun leytenantı olan Orxan Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Nəbiyev tabeçiliyində olan dörd əsgəri ilə birgə "Teleqüllə" adlandırılan ərazini işğaldan azad edib, silah yoldaşları tərəfindən "Qorxmaz Leytenant" ləqəbini qazanıb. Orxan Nəbiyev oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub.Noyabrın 3-də Şamaxı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Nəbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Nəbiyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Yusif Əliyev 2001-ci il fevralın 11-də Şamaxı şəhərində anadan olub. Orta təhsilini 2007-2018-ci illərdə Şamaxı şəhərində alıb. Subay idi. Yusif Əliyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Yusif Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Yusif Əliyev oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. İsaxan Qəniyev 1985-ci il noyabrın 11-də Şamaxı şəhərində anadan olub. Ailəli idi. Üç oğlu, bir qızı yadigar qaldı. Azərbaycan Ordusunun giziri olan İsaxan Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. İsaxan Qəniyev sentyabrın 27-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Tədbirin sonunda liseyin şagirdləri şəhidlərə həsr olunmuş kompozisiya ilə çıxış etdilər. Uca Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Hamısını oxu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan “Məşğulluq marafonu”nda iştirak edənlərin sayı hər gün artmaqdadır. Marafona qoşularaq şəhid ailələrinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatına dəstək olan işəgötürənlərin sayı artıq 499-dur. Korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış edərək mühüm sahədə öz töhfələrini verən həmin işəgötürənlərin 262-i dövlət, 237-si özəl müəssisələrdir. Onlar tərəfindən elektron sistemə 2388 vakansiya daxil edilib. Vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 671 nəfər (o cümlədən 117 şəhid ailəsi üzvü və 554 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir. “Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər. Mənbə: https://dma.gov.az/media/pressreliz/marafona-500-isegoturen-qosulub?fbclid=IwAR0uvqhu1oTXwQ9dsZQkVbZvFK3vftjFcGcQzyOyWHY4jeAyeW8hc9V8cck
Hamısını oxu
Təhsilə dəstək Veysəloğlu Şirkətlər Qrupunun əsas prioritet istiqamətlərindəndir. Veteran.gov.az xəbər verir ki, Şirkətlər Qrupu 2018-2020-ci illərdə “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi çərçivəsində Bakı və regionlarda yaşayan və ali məktəblərdə təhsil almaq arzusunda olan aztəminatlı ailələrdən 44 gəncin biliklərinin artırılmasına və yüksək təhsil əldə etmələrinə imkan yaradıb. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi şagirdlər yüksək nəticələr göstərərək tələbə adını qazanıblar və hazırda Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələridirlər. Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, pandemiya dövründə də təhsilə dəstəyini davam etdirən Veysəloğlu Şirkətlər Qrupu universitetə giriş balı və GPA balı yüksək olan gənclər “Veysəloğlu ilə İlk Addım” təcrübə proqramında iştirak edirlər.
Hamısını oxu
Cəlil Xəlilov: “Xalqlarımız dar gündə daim bir-birlərinin yanında olub, bir-birinə dsətək verib” Bu gün Bakının daşnak-bolşevik zülmündən qurtuluşunun 103-cü ildönümüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu tarixi hadisənin Azərbaycan üçün önəminə toxunub: “1918-ci ilin sentyabrına qədər sadəcə Bakıda deyil, ümumilikdə Azərbaycandakı mövcud durum son dərəcə acınacaqlı idi. Ermənilər bütün ölkə ərazisində silsilə qətliamlar həyata keçirmiş, minlərlə insanı amansız işgəncələrlə məhv etmişdilər. Bakı şəhəri erməni-bolşevik qüvvələrinin nəzarəti altında idi. Azərbaycanlılar öz vətənlərində hüquqsuz vəziyyətdə, ölüm təhlükəsi altında yaşayırdılar. Bakının, bütövlükdə dövlətçiliyimizin itirilməsi təhlükəsi mövcud idi. Məhz bu təhlükənin qarşısını almaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) rəhbərləri müxtəlif xials yolları arayır, ciddi səylər ortaya qoyurdu. Belə bir məqamda qardaş Türkiyə dövləti Azərbaycan xalqının köməyinə gəldi. 1918-ci ilin 15 senbtyabrında ağır döyüşlərdən sonra Bakı Qafqaz İslam Ordusu tərəfindən erməni-bolşevik qüvvələrindən azad edildi. Bundan sonra AXC-nin paytaxtı Gəncədən Bakıya köçürüldü və digər bölgələrimiz də erməni quldur dəstələrindən təmizləndi. 15 sentyabr tarixi Azərbaycan-Türkiyə qardaşlığının özünütəsdiq günlərindən biridir. Xalqlarımız dar gündə daim bir-birlərinin yanında olub, bir-birinə dsətək verib”. Cəlil Xəlilov qeyd edib ki, Türkiyənin Azərbaycana verdiyi bu tarixi dəstək bu gün də xalqımız tərəfindən minnətdarlıq hissi ilə yad edilməkdədir: “Qardaş Türkiyənin Azərbaycana verdiyi bu mühüm dəstək hər zaman xalqımız tərəfindən dərin minnətdarlıq və rəğbət hissi ilə yad edilib və bu gün də eyni minnətdarlıq duyğusu ilə xatırlanmaqdadır. Nəzərinizə çatdırım ki, Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbçilərin yürüşləri təşkil olunacaq. Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında təşkil edilən yürüşlər hərbi orkestrlərin müşayiəti ilə keçiriləcək. Bundan başqa, ölkədə bu tarixi günlə bağlı çoxsaylı tədbirlər keçiriləcək ki, bütün bunlar Türkiyənin bir əsr öncə ölkəmizə etdiyi qardaş yardımına xalqımızın verdiyi önəm və duyduğu minnətdarlıqdan xəbər verir”. Sədr müavini Türkiyənin 44 günlük Vətən müharibəsində də ölkəmizə mənəvi və diplomatik baxımdan ciddi dəstək verdiyini xatırlatdı: “Qürurvericidir ki, biz 44 günlük Vətən müahribəsində də Türkiyənin ölkəmizə dəstəyinə şahid olduq. Türkiyə həm mənəvi, həm də diplomatik baxımdan Azərbaycana ciddi dəstək verməklə, öz qəti, xəbərdaredici mövqeyini ortaya qoydu. Məhz Türkiyənin bu qətiyyətli davranışları bəzi ermənipərəst qüvvələrin proseslərə geniş müdaxiləsinə imkan vermədi. Türkiyə dövləti açıq şəkildə bəyan etdi ki, əgər hər hansı üçüncü qüvvə müharibəyə müdaxilə etsə, o zaman Türkiyə dövləti bütün gərəkli addımları atacaqdır. Bu baxımdan Türkiyənin tarixi qələbəmizdə mühüm rol oynadığı birmənalıdır. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstək yüz il öncəki yardımlaşma ənənəsinin bu gün də davam etdiyini göstərir. Bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər sürətlə inkişaf etməkdə, genişlənməkdədir. 44 günlük Vətən müharibəsində sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan müqavilələr bunu bir daha sübut edir. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və bütün regionda sülhün, əminamanlığın qorunub saxlanılmasına öz töhfəsini verəcək”. Mətbuat xidməti
Hamısını oxu
Nəsib Məhəməliyev: “Vətən müharibəsinin ilk günlərindən də qardaş Türkiyə Azərbaycanın yanında oldu” “15 sentyabr 1918-ci il Bakının daşnak erməni-bolşevik birləşmələrinin işğalından azad olunduğu, XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”. Bunu Veteran.gov.az-a millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstəyə də diqqət çəkib: “May ayının 28-də İstiqlal bəyannaməsinin elan olunmasına baxmayaraq, Bakı və ölkənin bir çox əraziləri erməni-daşnaklarının, bolşeviklərin işğalında idi. Yeni yaranmış müstəqil dövlətin isə, ərazi bütövlüyünü təmin etmək üçün resursları yox dərəcəsində idi. O dövrdə bütün imkanları ilə Azərbaycana dəstək verən Osmanlı Türkiyəsi öz vəziyyətinin kritik olmasına baxmayaraq, Nuri paşanın komandanlığı ilə Qafqaz islam ordusunu Azərbaycana göndərdi. Türk qoşunlarının Azərbaycana göndərilməsi Avropa ölkələri, o cümlədən Osmanlının müttəfiqləri tərəfindən böyük etirazla qarşılansa da, Türkiyə qardaşlıq borcunu yerinə yetirdi. Qəhrəman türk əsgərləri isə, yerli qüvvələrlə birlikdə, cəmi iki ay ərzində Bakını və ətraf əraziləri düşməndən təmizlədi. Tarix təkrar olunur. Əsrin sonlarında yaranmış boşluqdan istifadə edən əzəli düşmənimiz Qarabağı 30 il işğalda saxladı. Ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyə Azərbaycanın yanında olduğunu bəyan etdi. 44 gün ərzində torpaqlarımız azad olundu və Azərbaycan Ordusunun apardığı əməliyyatlar dünya hərb tarixinə düşdü. Bu şərəfli gündə gələcək nəsillərə nümunə ola biləcək şərəfli miras qoyan Qafqaz islam ordusunun şəhidlərini, Komandan Nuri paşanı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəmi şəhidlərimizi böyük ehtiramla yad edir, Allahdan rəhmət diləyirik. Seymur ƏLİYEV
Hamısını oxu
Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Məmmədzadə İman Elman oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilmişdir. Sentyabrın 14-də Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkilləri Soltan Məmmədov, İqbal Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİHBA-nın məsul əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı, İctimai Birliklərin rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidin uyuduğu məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Xəzər rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və qazilərə mütəmadi olaraq xüsusi diqqət və qayğı göstərilir. Vətən müharibəsində şəhid olanların hər birinin ailə üzvlərinə baş çəkilir, onları narahat edən problemlər dinlənilir. Mərasimdə Millət vəkilləri Soltan Məmmədov, İqbal Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı və digər qonaqlar çıxış edərək bildiriblər ki, Vətən müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycan tarixində əbədi qalacaq: “Bu, o müharibədir ki, dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitdi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri idi. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Daha sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkilləri Soltan Məmmədov, İqbal Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı və RİHBA-nın məsul əməkdaşları şəhidin ailəsini ziyarət ediblər. Ailə üzvləri ilə söhbət zamanı qəhrəmanlarımız İman və Bəhram Məmmədzadələrin şərəfli döyüş yollarından danışılaraq xatirələri anılıb. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. İman Elman oğlu Məmmədzadə 14 sentyabr 1998-ci ildə Lerik rayonunun Kəlvəz kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan İman Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İman Məmmədzadə noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İman Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Qardaşı Bəhram Məmmədzadə də Vətən müharibəsində şəhid olub. Azərbaycan Ordusunun əsgəri olan Bəhram Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhram Məmmədzadə noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhram Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Mənbə: http://xazar-ih.gov.az/news/1201.html?fbclid=IwAR1ii-kx_UNsWaCUHcwww7W7YdGbgbJEHj89Y3Lo93IB5RGOLrSiYS-SX60
Hamısını oxu
Turnir Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə təşkil olunur Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarının əməkdaşlarının iştirakı ilə “Zəfər” futbol turniri keçiriləcək. Ölkəmizin tarixi qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunmuş turnirin açılış oyunu sentyabrın 27-də baş tutacaq. Turnirdə 17 komanda birincilik uğrunda mübarizə aparacaq. Finala yüksələn komandalar arasında həlledici oyun noyabrın 8-də baş tutacaq və qalib komanda müəyyənləşəcək. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə keçirilən “Zəfər” futbol turniri Vətən Müharibəsində Zəfərin ən böyük pay sahibləri olan şəhidlərimizin əziz xatirəsinə ithaf olunub.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən 13-20 sentyabr 2021-ci il tarixlərində "27 sentyabr-Anım günü" ilə əlaqədar Binəqədi rayon orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Müzəffər ordumuzun zəfər yürüşü" adlı onlayn inşa-yazı müsabiqəsinə start verilir. Müsabiqənin keçirilməsində məqsəd: - Azərbaycan gəncliyi “2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi; -Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş vətən oğullarınln tanıdılması; -Böyüməkdə olan gənc nəslin doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ oluması; - Ordumuzun möhtəşəm qələbgələrinin əks etdirilməsi, işğaldan azad olmuş şəhər və qəsəbələrimizin yeniyetmə və gənclərimiz tərəfindən tanınması; - Yeniyetmə və gənclərimizdə mübarizə və qələbə əzminin yüksəldilməsi, vətənin hər bir qarış torpağının bizim üçün əziz olmasının aşılanması; - İstedadlı şağırdlərin inşa-yazı və rəsm işi sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması. Müsabiqəyə təqdim olunmuş inşa-yazılar təşkilatçılar tərəfindən yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndirilir. - Müsabiqədə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak edə bilər - İnşalar 2-5 səhifə həcmində olmalıdırlar; -İnşa yazılarının üzərində müəllifin soyadı, adı və təmsil etdiyi təhsil müəssisəsinin adı qeyd olunmalıdır; -Müsabiqədə I, II, III yerləri tutmuş iştirakçılar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunacaqlar. Qeyd; İştirakçılar inşa-yazıları onlayn qaydada 13-20 sentyabr 2021-ci il tarixlərində İdarənin whatsapp nömrəsinə 077 228 00 70 göndərilməlidir.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Ağdam rayonunda Milli Məclisin deputatı Ağalar Vəliyev və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ilə rayon ictimaiyyəti arasında görüş keçirilib. Görüşdə millət vəkili tərəfindən ali məktəblərə daxil olarkən yüksək bal toplamış abituriyentlərə, əlaçı şagirdlərə və təhsildə yüksək uğurlar qazanmış orta məktəb müəllimlərinə pul mükafatları təqdim olunub. Görüşlə bağlı bəzi fotoları oxuculara təqdim edirik.
Hamısını oxuSəmyar Abdullayev: “Nəhəng quruculuq prosesi göstərir ki, Şuşa qısa zamanda daha gözəl, daha qüdrətli şəhərə çevriləcək” Məlum olduğu kimi, sentyabrın 11-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin Şuşa şəhərinə səfəri təşkil olunub. Səfərdə iştirak edən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev Veteran.gov.az-a açıqlamasında səfərlə bağlı təəssüratını bölüşüb: “Şuşa səfəri sözün həqiqi mənasında bizdə qürur və həyacan doğuran, bizə qeyri-adi hislər və duyğular bəxş edən bir səfər oldu. Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun qanı, canı bahasına azad etdiyi Şuşaya səfər əsnasında şəhərin tarixi yerlərini ziyarət etdik, Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini, Bülbülün, Üzeyir bəyin, Xurşidbanu Natəvanın heykəllərini, Yuxarı Gövhər ağa məscidini ziyarət etdik. Məlum səfər əsnasında ermənilərin 30 ilə yaxın müddət ərzidə Azərbaycanın tarixi mədəniyyət mərkəzi, hazırkı mədəniyyət paytaxtı olan Şuşada törətdikləri vəhşiliklərə şahid olmaq bizim üçün nə qədər ağır olsa da, dövlətimizin qısa zaman ərzində Şuşada həyata keçirdiyi təmir-bərpa və yenidənqurma işləri bizdə bir o qədər böyük fərəh doğurdu. Məlumat üçün qısaca qeyd edim ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Şuşada mərkəzi küçələri təmir edilib, tarixi abidələrin, memarlıq nümunlərinin, sosial obyektləri bərpası prosesi uğurla davam etdirilir. Görülən işlərin miqyası onu söyləməyə əsas verir ki, Şuşa qısa zamanda daha gözəl, daha qüdrətli, daha möhtəşəm bir şəhərə çevriləcək”. Səmyar Abdullayev qeyd edib ki, şəhəri gəzdikcə, onun təbiəti ilə yaxından tanış olduqca əsgərlərimizin qəhrəmanlığına, onların əzminə heyran olmamaq mümkün olmur: “Yüksək dağlıq relyefdə yerləşən, möhtəşəm dağlar, sıx meşələrlə əhatə olnan Şuşanı dolaşıb, onun ecazkar təbiəti ilə yaxından tanış olduqca, istər-istəməz 44 günlük Vətən müharibəsində Şuşanı azad edən hərbçilərimizin döyüş əzmi, qəhrəmanlığı, cəsarət və rəşadəti yada düşür. Şuşanın sıldırım qayalarına, sərt dağlarına tamaşa etdikcə insan güllə və mərmi yağışı altında sərt qayaları dırmaşaraq şəhərə daxil olan, bıçaq və yalın əllə düşmənə divan tutan hərbçilərimizin necə böyük qəhrəmanlığa imza atdığını bir daha dərk edir. Və bu qavrayış fonunda onu da anlayırsan ki, belə cəsur, yenilməz, fədakar oğullara malik olan vətən heç vaxt məğlub ola bilməz”. Səmyar Abdullayevin sözlərinə görə, səfər əsnasında Şuşa ilə bağlı yeni məlumat və təəssüratlara malik olan iştirakçılar erməni vəhşiliyinin ifşa edilməsində daha ciddi səy göstərməli, dünya ictimaiyyətini, beynəlxalq aləmi erməni vandalizmi haqqında daha ətraflı məlumatlandırmalıdır: “Məlum səfər hər bir iştirakçının Şuşa, onun keçmişi və bugünü ilə bağlı təəsüratının zənginləşməsi, şəhərlə bağlı daha ətraflı məlumata sahib olması baxımından mühüm rol oynadı. Hesab edirəm ki, həm QHT, həm də media nümayəndələri səfər əsnasında şahidi olduğu hadisə və yeniliklərdən – erməni vəhşiliyindən, onun şəhərin sosial-mədəni həyata vurduğu zərbədən, habelə işğaldan sonra Şuşada həyata keçirilən nəhəng quruculuq işlərindən beynəlxalq media platformasında geniş bəhs etməli, dünya ictimaiyyətini bu haqda ətraflı şəkildə məlumatlandırmalıdır. Dünya erməni vəhşiliyi haqqında da, Azərbaycan xalqının qurmaq-yaratmaq əzmi haqqında da geniş informasiya almalı, erməni faşizminin dağıdıcı xisləti ilə müqayisədə Azərbaycan xalqının qurucu-yaradıcı təbiəti haqqında daha dolğun məlumata sahib olmalıdır”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, sentyabrın 13-də Suraxanı rayonunda Vətən müharibəsinin növbəti şəhidi, əsgər Manafov Osman Natiq oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilən bulaq-abidə kompleksinin açılışı olub. Açılışda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və Birliyin əməkdaşları, RİHB-nin müavinləri, şöbə müdirləri, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, Suraxanı Gənclər və İdman İdarəsinin rəisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Vətən Müharibəsinin Şəhid ailələri və qazilər, eləcə də Şəhidimizin ailə üzvləri və yaxınları iştirak etmişlər. Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs edərək bildirmişdir ki, həyata keçirilən düşünülmüş siyasətin və vaxtında atılan addımların nəticəsidir ki, biz bu gün qalib ölkəyik. Ölkə başçımız dahi siyasətçi, müdrik dövlət xadimi ulu öndər Heydər Əliyevin layiqli varisi kimi onun vəsiyyətini həyata keçirdi və arzuladığı Qarabağı azad etdi. O, həm də bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhrəman, məğrur xalqdır. Şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan RİH başçısı həmçinin qeyd etdi ki, ölkəmizin ərazi bütövlüyünü bərpa edən dövlət Rəhbərimiz Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazdı. 44 günlük Vətən müharibəsində öz canından keçərək şəhidlik məqamına ucalan Osman Manafov da adını əbədiyaşarların cərgəsinə yazdı. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşan Osman Manafov Xocavənd döyüşləri zamanı şəhid olub. İllər keçsə də, gələcək nəsillər Osman kimi vətən oğullarımızı hər zaman böyük minnətdarlıqla yad edəcəklər. Qeyd edək ki, Osman Manafov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi keçiriləcək. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “ASAN xidmət”, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzinin və “ASAN Könüllülük Məktəbi”nin təşkilatçılığı ilə 27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi keçiriləcək. Sərginin ekspozisiyasında Azərbaycan rəssamları və heykəltəraşlarının müxtəlif üslub və janrlarda Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirdiyi əsərləri yer alacaqdır. Sərgidə iştirak etmək istəyən rəssamlar 20 sentyabr tarixinədək mövzuya uyğun rəsmlərinin keyfiyyətli fotosunu, əsərin adını, ölçüsünü və texnikasını, öz ad, soyadı və əlaqə nömrələri ilə birgə resmqalereya@gmail.com ünvanına göndərə bilərlər. Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçiriləcək. Ətraflı məlumat: +994 77 717 33 37
Hamısını oxu