Ən son xəbərlər

Hazırda Mühacir Qərbi-Azərbaycan (İrəvan) Hökumətinin iclası keçirilir. Publika.az xəbər verir ki, bu barədə Türkiyədə yaşayan azərbaycanlı siyasətçi Aqil Səmədbəyli məlumat verib. O bildirib ki, iclasda Qərbi Azərbaycan-İrəvan dövlətinin bayrağı qəbul edilib. “4 iyun - Bayraq günü kimi təsdiqləndi. Vətənə, millətə xeyirli olsun”, - deyə o qeyd edib. Xatırladaq ki, Mühacir Qərbi Azərbaycan Respublikası Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının təşəbbüsü ilə elan edilib. Artıq mühacir hökumət də formalaşıb.
Hamısını oxu
İşğalçı Ermənistanın Xarici İşlər nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qeyri-qanuni rejimin qondarma "prezidenti" ilə görüşü bu ölkənin təcavüzkar və ilhaqçı siyasətinin növbəti bariz nümunəsidir. Ermənistan rəhbərliyinin bu kimi addımları, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma və coğrafi adların dəyişdirilməsi də daxil olmaqla həyata keçirilən qeyri-qanuni fəaliyyət işğalın möhkəmləndirilməsinə xidmət edir. Milli.Az Trend-ə istinadən bildirir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi ilə görüşərək, münaqişə məsələsini müzakirə etməsi ilə bağlı sualı şərh edərkən bildirib. Leyla Abdullayeva deyib: "Əlaltı rejimlə görüş keçirməklə bu qondarma qurumu sanki münaqişə tərəfi kimi qələmə verməyə çalışan Ermənistan özünü aldatmaqdan başqa heç nəyə nail olmur. Ermənistan-Azərbaycan münaqişəsinin, Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması ilə bağlı dünya ictimaiyyətinin prinsipial mövqeyi bəllidir. Danışıqların formatına gəldikdə isə, 1992-ci ildən etibarən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların tərəfləri işğalçı Ermənistan və işğala məruz qalan Azərbaycandır. Hər bir işğal halında olduğu kimi, Ermənistanın işğalı da müvəqqəti xarakter daşıyır və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü bərpa ediləcək və torpaqlarından didərgin düşmüş azərbaycanlıların öz evlərinə geri dönüşü təmin olunacaq". Xatırladırıq ki, Minsk Qrupu həmsədrlərinin münaqişənin mərhələli həllinə əsaslanan təkliflərinin mahiyyətini məhz Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması təşkil edir.
Hamısını oxu
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb. İcmadan APA -ya daxil olan məlumata görə, bəyanatda deyilir: Ermənistan hakimiyyəti özünün təşkil etdiyi oyuncaq qurumun pərdəsi altından Azərbaycana qarşı yenidən ərazi iddiaları ilə çıxış edir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 1/5 hissəsini təşkil edən Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun hələ də Ermənistanın işğalı altında olması fonunda baş verir. Nə qədər anormal səslənsə də, 30 ildə yaxındır ki bir milyona yaxın azərbaycanlını öz evlərindən didərgin salmış, onları əsas insan hüquqlarından məhrum etmiş Ermənistan utanmadan erməni əhalisinin münaqişədən əziyyət çəkməsindən şikayətlənir. Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində təşkil etdiyi qondarma rejimin adından gülünc açıqlamalar verməklə ya reallıqları dərk etmir ya da bu cür əsassız iddialarla beynəlxalq ictimaiyyəti aldada biləcəyini zənn edir. Görünən odur ki, bizim sülh mesajlarımızın ruhuna zidd olaraq Ermənistan Azərbaycan ərazilərinin işğalını uzatmaq niyyətindədir. Ermənistanın və erməni diasporunun etnik təmizlənməyə məruz qalmış azərbaycanlıları hədəf alan nifrət nitqi kampaniyaları bunun əyani sübutudur. Biz Ermənistanı münaqişənin həllində destruktiv mövqe tutmaqdansa sülhə yönəlməyə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı əhalinin sülh şəraitində birgə yaşayışı istiqamətində bizim səylərimizi dəstəkləməyə dəvət edirik. Bölgə əhalisinin təhlükəsizliyi və rifahı yalnız davamlı və ədalətli sülhün əldə olunması ilə mümkün ola bilər.
Hamısını oxu
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin ev problemi həll olunub. AZXEBER.COM xəbər verir ki, bu barədə "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb. Məlumata görə, 2018-ci il aprelin 4-də cəbhənin Ağdam istiqamətində şəhid olan baş leytenant Nurid Abdullayevin ailəsinin yaşadığı mənzil ipoteka ilə alındığından, ailə ödənişi etməkdə çətinlik çəkib. Bu səbəbdən ailənin mənzil problemi ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət olunub. Müraciət tez bir zamanda cavablandırılaraq ailənin hazırda yaşadığı mənzilin ipoteka borcu ödənilib, eyni zamanda şəhid övladlarının müalicəsi Heydər Əliyev Fondunun nəzarətinə götürülüb.
Hamısını oxu
Bu gün dünyanın ağır böhranla üz-üzə olduğu bir zamanda məntiqə, əsaslı arqumentlərə söykənən təşəbbüslərlə çıxış edən Prezident İlham Əliyev bütün dünyanı əməkdaşlığa, həmrəyliyə çağıraraq əsl liderlik keyfiyyətlərini bir daha nümayiş etdirir, yalnız birgə atılan addımlarla bu sınaqdan üzüağ çıxmağın mümkünlüyünü vurğulayır. Bununla bağlı olaraq iyulun 4-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşəbbüsü ilə “Azərbaycanın qlobal təşəbbüsləri” mövzusunda videokonfrans keçirilib. YAP Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, videokonfransda birliyin 80-dən çox fəal üzvü iştirak edib. Videokonfransın moderatoru YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov deyib ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə ölkə daxilində insanların sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görməklə yanaşı, beynəlxalq miqyasda da uğurlu və vacib addımlar atır. Dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi önəmli siyasi hadisədir. Azərbaycan regional və qlobal səviyyədə koronavirusla mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə ilk gündən töhfəsini verməyə çalışıb. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası ölkəmizi dünyada etibarlı tərəfdaş, sabit mövqeli dövlət kimi tanıdıb. Ölkəmiz artıq dünyada qlobal əhəmiyyətli problemlərin həllinə töhfə verməyə qadir dövlət kimi qəbul olunur. Ona görə də Azərbaycanın hər bir təşəbbüsünə ciddi yanaşılır, etimad göstərilir. Təbii ki, burada dövlətimizin başçısının şəxsi nüfuzu çox mühüm amillərdən biri kimi çıxış edir. Daha sonra çıxış edən Milli Məclisin deputatı, YAP Xarici əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva pandemiya ilə mübarizə çərçivəsində Azərbaycanın beynəlxalq miqyasda töhfələr verdiyini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının videoformat şəklində zirvə görüşlərinin keçirilməsinin buna sübut olduğunu vurğulayıb. Qeyd edilib ki, bu prosesdə Azərbaycan dünyada birləşdirici rol oynadı. Vacib məqam isə Azərbaycanın 30-dan çox ölkəyə humanitar yardım göstərməsidir. O ölkələr ki, onların buna ehtiyacı var, həmin ölkələrin əksəriyyəti Qoşulmama Hərəkatının üzvləridir. Bununla da BMT-nin 130-dək üzv dövlətinin Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə böyük etimadın növbəti göstəricisidir. Bu fakt bir daha Azərbaycanın dünyada artan nüfuzunun əyani nümunəsidir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev pandemiyanın bütün dünyaya sürətlə yayıldığı bir zamanda sərhədlərin bağlandığı, beynəlxalq tədbirlərin ləğv edildiyi, yaxın təmasların olmadığı bir müddətdə müasir texnologiyaların tətbiqi ilə əməkdaşlığın davamlılığını qorumağın zəruriliyini iştirakçıların diqqətinə çatdırıb. “Azərbaycan Prezidentinin təşəbbüsü ilə videokonfrans formatında zirvə görüşlərinin, digər görüşlərin keçirilməsi onu sübut etdi ki, yaxın təmaslar olmadan da beynəlxalq əməkdaşlığı qurmaq və onu inkişaf etdirmək mümkündür. Dövlətimizin başçısının bu məsələdə liderlik keyfiyyətlərini ortaya qoyması, mötəbər beynəlxalq təşkilatların zirvə görüşlərini keçirməsi pandemiya ilə mübarizədə dövlətlərarası, təşkilatlararası əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, bütün bunlar ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirir. Azərbaycan Prezidentinin bu təşəbbüsləri həm də dövlətimizin başçısının ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və inkişaf etdirdiyi siyasətə sadiqliyinin göstəricisidir”, - deyə Fərid Şəfiyev vurğulayıb. Sonda Yeni Azərbaycan Partiyası rayon (şəhər) təşkilatlarının Gənclər Birliyi sədrləri və fəal gənclər İman Ağayev, Ülvi Heydərov, Elvin İmaməliyev, Əhməd Əliyev, Hülya Məmmədli, Səid Musayev mövzu ilə əlaqədar fikirlərini bildirib, onları maraqlandıran məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
Hamısını oxu
Заместитель исполнительного секретаря правящей партии «Ени Азербайджан», председатель комитета Милли меджлиса по региональной политике Сиявуш Новрузов в интервью изданию «Бизим Йол» рассказал о сенсационных фактах, проливающих свет на деятельность экс-министра здравоохранения Али Инсанова в руководстве партии «Ени Азербайджан». Комментируя активизацию Али Инсанова в оппозиционном стане, представитель правящей партии решительно опроверг информацию о переходе членов «Ени Азербайджан» в новосозданную партию Инсанова: «Ничего подобного. Был у нас глава Бейлаганской районной организации, которого мы отстранили еще 15 лет назад. Это один из тех, кто перешел в партию Инсанова. Да еще пара человек из Насиминской районной организации. Помимо них, рядом с Инсановым нет ни одного из ЙАП». С.Новрузов также решительно опроверг бытующее мнение об основополагающей роли А.Инсанова в создании правящей партии: «Решительно заявляю, что такого не было. Все это – мифы и ложь. Я с первого дня в партии. В ряду основателей партии были Зия Буниятов, Фарамаз Максудов, Али Нагиев, Сируз Тебризли, Рафаэль Аллахвердиев, Гаджибала Абуталыбов, Ася Манафова. Как этот человек мог быть опорой партии рядом с такими людьми? Он несет чушь» Далее С.Новрузов поведал сенсационную историю о заседании правления партии «Ени Азербайджан» с участием президента и главы партии Ильхама Алиева и экс-министра здравоохранения Али Инсанова: «Я вам расскажу об одном эпизоде, о котором не знает общественность. В 2005 году, за день до съезда «Ени Азербайджан», состоялось собрание правления партии. Президент принимал участие в заседании. Согласно регламенту, с правой стороны от президента сидел вице-премьер Али Ахмедов, затем я и рядом со мной Али Инсанов. Есть стенограмма этого заседания, и 20 живых свидетелей. Али Инсанов поднялся и, извинившись перед президентом, попросил слова. А.Инсанов стал жаловаться президенту. Он попросил главу государства о защите. Сказал, что Рамиз Мехтиев и Али Гасанов заказывают статьи о нем в прессе. Президент указал Али Инсанову на дверь и сказал, что если он не может себя вести, то пусть покинет заседание. То есть, если ты не можешь решить проблему с журналистом, почему это должен делать президент? У Али Инсанова стали трястись руки и ноги. Я схватил его за руку и усадил на место. На следующий день Али Инсанов попросил Али Ахмедова передать президенту свои извинения и сожаления за невыдержанный поступок. Али Ахмедов попросил главу государства простить Али Инсанова. Спустя три дня Али Инсанов позвонил и сказал, что хочет прийти и поблагодарить нас. Инсанов вошел, в кабинете были Али Ахмедов, я, Мубариз Гурбанлы и Бахар Мурадова. Он подарил каждому из нас книгу и еще раз выразил свое сожаление, попросив извинения перед президентом. Инсанов заверил нас, что продолжит работу в партии. Сейчас эта лиса хочет предстать перед людьми в шкуре льва. И если в моих словах есть хоть крупица лжи, я готов отказаться от своего депутатского мандата».
Hamısını oxu
Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar nəticəsində, dövlətçiliyin möhkəmləndirilməsində, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətləri olan Daxili İşlər Nazirliyi orqanları əməkdaşlarının bu gün peşə bayramıdır.1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsis edilmiş polis orqanları mərdlik, cəsarət və rəşadətlərlə zəngin bir yol keçərək, həm cümhuriyyət, həm də Sovetlər Birliyi dövründə öz şərəfli missiyasını layiqincə yerinə yetirib, cinayətkarlıqla mübarizənin ön sıralarında duraraq, daxili asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayıb, böyük təcrübə qazanaraq, daha da möhkəmlənib. Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır .-deyə Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general polkovnik Tofiq Ağahüseynov qeyd edib.Polisin şanlı tarixinin ən mühüm mərhələləri, xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər, mərhum Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli "Azərbaycan Polisi gününün təsis edilməsi haqqında" fərmanına əsasən məhz bu tarixi gün - 2 iyul respublikada hər il polis əməkdaşlarının peşə bayramı - Polis günü kimi qeyd edilir.İllərin danılmaz həqiqətlərindən biri də budur ki, artıq heç bir qüvvə daxili işlər orqanlarına Vətənə xidmət borcunu yerinə yetirməkdə mane olmaq iqtidarında deyil. Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, beynəlxalq standartlara da uyğunlaşdırılır. Bu çətin günlərdə biz hamımız vətəndaşlarımızın sağlamlığı naminə onların atdığı qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinin və peşəkarlığının şahidi oluruq.Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının kollektivi adından və şəxsən öz adımdan peşə bayramı münasibətlə Daxili İşlər Nazirliyinin şəxsi heyətini səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli, fədakar və şərəfli işlərində uğurlar arzu edir. General Tofiq Ağahüseynov
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Rusiyada vətəndaşların böyük əksəriyyətinin Konstitusiyaya dəyişikliklərin lehinə səs verməsi münasibətilə Vladimir Putinə təbriklərini çatdırıb. Dövlətimizin başçısı Rusiyanın ictimai-siyasi həyatında bu mühüm hadisəni ölkə vətəndaşlarının Prezident Vladimir Putinin həyata keçirdiyi siyasətə verdikləri dəstəyin növbəti təzahürü kimi dəyərləndirib. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, Konstitusiyaya edilən bu dəyişikliklər Rusiya Federasiyasının daha da inkişaf etdirilməsi, firavanlığı, ölkədə ictimai-siyasi sabitliyin bundan sonra da möhkəmləndirilməsi işinə böyük töhfə verəcək. Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı ilə bağlı məsələlər də müzakirə edilib.
Hamısını oxu
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Hamısını oxu
Bakı, 2 iyul, AZƏRTAC Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır. • 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. ● Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır: 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək. ● Virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir. Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək, həmçinin aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir: ● nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti; ● ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər; ● muzey və sərgi zallarının fəaliyyəti; ● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət); ● təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla); ● açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir: ● təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə) ● ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə) ● yaxın qohumunun dəfnində iştirakla əlaqədar. (102 Xidməti – Zəng Mərkəzi vasitəsilə) Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq-mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq-mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər. Fəaliyyətinə icazə verilən qurum və sahələrin işləyən əməkdaşları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq xidməti vəsiqələr və ya “icaze.e-gov.az” portalı vasitəsi ilə hərəkət edə bilər. Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir. Nəzərdə tutulan qaydalarla şəxslərin hərəkəti zamanı onların üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar. Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmaqdan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Bu müddətdə yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmaq zəruridir.
Hamısını oxu
Bakı, 2 iyul, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Facebook” səhifəsində 2 iyul - Polis Günü münasibətilə paylaşım edilib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Qanunun keşiyində duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir”.
Hamısını oxu
Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Respublikamızın bütün guşələrindən həmvətənlərimiz dövlətimizin başçısının diqqət və qayğısından razılıqlarını ifadə edirlər. AZƏRTAC Prezidentin saytına istinadla minnətdarlıq məktublarının daha bir qismini təqdim edir. Ağcabədi rayonundan müəllim Vüsalə Əliyeva yazır: “Hörmətli cənab Prezident, biz Azərbaycan gəncləri, Azərbaycan müəllimləri Sizinlə qurur duyuruq. Bütün dünya ölkələri pandemiya ilə mübarizədə ciddi itkilərlə və çətinliklərlə üz-üzə olarkən, insanlar arasında çaşqınlıq yaranarkən, Sizin müdrik siyasətiniz, peşəkar və çevik göstərişləriniz ölkəmizin virusla bağlı statistikasını ən son yerlərdə qərarlaşdırmışdır. Bu ağır şəraitdə insanlarımıza verdiyiniz dəyər, səhiyyə sistemimizi günün tələblərinə uyğun qurmağınız və əhalinin sosial rifah halının qorunması istiqamətində atılan addımlar nəticəsində xalqımız rahat yaşayır, xəstəliklə mübarizəni qaydalara və tələblərə uyğun şəkildə aparır. Möhtərəm cənab Prezident, Sizə bu karantin dövründə təhsilimizin davamlı şəkildə fəaliyyət göstərməsinə, müəllimlərə və təhsilimizə verdiyiniz hərtərəfli dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə xalqımız və dövlətimiz bu sınaqdan üzüağ çıxacaq və postpandemiya dövrünə yeni uğurlu addımlarla qədəm qoyacaq”. Biləsuvar rayon Veteranlar Təşkilatının sədri Məhərrəm Kazımlı: “Hörmətli cənab Prezident, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncamınıza əsasən polkovnik Nizami Ağoğlan oğlu Məmmədova “general-mayor” hərbi rütbəsi verməyiniz bütün Biləsuvar əhalisinə göstərdiyiniz böyük etimaddır. Müstəqil Azərbaycanın ilk günlərindən bu günə kimi biləsuvarlılar respublikanın inkişafında, ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlər göstərmişlər. Belə ki, Qarabağ döyüşlərində yüzlərlə biləsuvarlı könüllü olaraq Vətənin müdafiəsinə qalxaraq 109 şəhid vermiş, 22 nəfər döyüşlərdə itkin düşmüşdür. Aprel döyüşlərində Ordumuzun göstərdiyi o böyük şücaətdə biləsuvarlılar mətinliklə döyüşərək Vətənə və dövlətə olan sədaqətlərini bir daha göstərmişlər. Bu döyüşlərdə 3 nəfər şəhid olmuş, 17 nəfər isə yaralanmışdır. Hörmətli cənab Prezident, Vətənin müdafiəsində iştirak edən oğullara verdiyiniz qiymətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, biz biləsuvarlılar Vətənin, dövlətin, dövlətçiliyin və şəxsən Sizin yanınızdayıq. Lazım olsa, Vətən yolunda canımızdan keçməyə hazırıq. Biz Prezidentimizlə, Ordumuzla fəxr edirik. Yaşasın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev! Yaşasın müstəqil Azərbaycan Ordusu!”. Ağdam rayonundan məcburi köçkün Raqub Cəfərov: “Möhtərəm cənab Prezident, yeni növ koronavirus infeksiyasından zərər çəkmiş və bu xəstəliyə yoluxmuş insanlara Sizin rəhbərliyinizlə görülmüş tədbirlər hesabına dövlət dəstəyi göstərilməkdədir. Belə bir zamanda sosial və infrastruktur layihələrinin uğurla icra edilməsi dövlətimizin gücünü və maliyyə dayaqlarının möhkəm olduğunu göstərir. Torpaqlarımızın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər də Sizin diqqətinizdən kənarda qalmır. Onlar üçün yeni qəsəbə və yaşayış kompleksləri salınır, mənzil-məişət şəraitləri və sosial vəziyyətləri yaxşılaşdırılır. Cənab Ali Baş Komandan, ona görə də biz məcburi köçkünlər Sizi dəstəkləyirik, Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”. Bakının Suraxanı rayonundan Orxan Əlizadə: “Hörmətli cənab Prezident, bu mürəkkəb şəraitdə atdığınız düzgün addımlar nəticəsində ölkəmiz qlobal pandemiya vəziyyətində minimum itkilərlə mübarizə aparır. Dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, bu çətin günlərdə də xalqın yanında olduğunuza və xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Koronavirus pandemiyası dövründə bütün rayonlarda olduğu kimi, Suraxanı rayonunda yaşayan aztəminatlı ailələrə ərzaq yardımları, işsiz vətəndaşlara 190 manat birdəfəlik müavinət verilməsi sakinlərimizi sevindirdi. Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır. Allah Sizi, ailənizi və xalqımızı qorusun!”. Ağcabədi rayonunun Taynaq kəndindən Fatma Quliyeva: “Möhtərəm cənab Prezident, dünya birliyi bizə qarşı hələ də ədalətsiz mövqe nümayiş etdirərək Ermənistanın işğalçılıq siyasətinə birmənalı olaraq göz yumur. Buna baxmayaraq, Siz bu məsələdə daim qətiyyətlə Azərbaycanın barışmaz mövqeyini ifadə edirsiniz. Sizin iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfrans tipli sammitindəki çıxışınız bunu bir daha sübut edir. Siz Ermənistanın baş naziri Nikol Paşinyana özlərinin terrorçunu xalq qəhrəmanına çevirdiklərini bildirdiniz. Bu, ən düzgün və yerində verilmiş cavab idi. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Ermənistanın hökumət başçısı susdu, çünki bu, həqiqət idi. Biz daim Sizin siyasətinizi dəstəkləyirik və istər sülh yolu ilə olsun, istərsə də hərbi yolla, tezliklə Qarabağ məsələsinin bizim xeyrimizə həll olunacağına inanırıq”. Zaqatala rayonundan Mehnurə İsmayılova: Möhtərəm cənab Prezident, Sizə ailəmin adından və öz adımdan sonsuz minnətdarlığımı bildirmək istəyirəm. Siz hər zaman xalqın yanında olmusunuz. Bu gün də dünyanı cənginə alan pandemiyaya qarşı mübarizədə bizlərə göstərdiyiniz sevgi, diqqət, qayğıkeşliyiniz dünyada əvəzolunmaz, hər zaman xalqının yanında olan Prezident olduğunuzu göstərdi. Cənab Prezident, Sizə cansağlığı arzulayıram. Arzum budur ki, kölgəniz heç zaman başımızın üstündən əskik olmasın. Azərbaycan Sizinlə fəxr edir və ölkəmiz Sizinlə gözəldir”. Gəncə şəhərindən professor Azad Bayramov: “Möhtərəm cənab Prezident, Sizin ölkədə apardığınız islahatlar hər bir Azərbaycan vətəndaşı kimi məni də fərəhləndirir. Xüsusilə onu qeyd etmək istəyirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz diqqət və qayğı bizi daha da ruhlandırır. Sizin son dörd ildə üçüncü dəfə Azərbaycan Dövlət Aqrar Universitetində olmağınız aqrar sahəyə, eyni zamanda, universitetimizə göstərdiyiniz qayğının bariz nümunəsidir. İyunun 24-də Gəncə şəhərinə səfəriniz çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tipli tədris korpusunun açılış mərasimində Sizin və Birinci vitse-prezident Mehriban xanımın iştirakı aqrar sahəyə böyük bir töhfədir. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, nəinki aqrar sahənin inkişafına vəsilə olacaq, kadrların yetişdirilməsinə kömək edəcək, eyni zamanda, xeyli sayda insanın işlə təmin olunmasına şərait yaradacaqdır. Bütün bunlar üçün Sizə dərin minnətdarlıq edirəm. Var olsun müstəqil Azərbaycan, var olsun, əziz Prezidentimiz!”. Goranboy rayonunun Muzdurlar kəndindən İlahə Paşayeva: “Möhtərəm cənab Prezident, dünyanı bürüyən bu pandemiyanın ölkəmizdə sürətlə yayılmasının qarşısının alınmasında Sizin çox böyük fədakarlığınızı görürük. Siz təkcə pandemiyanın qarşısının alınması zamanı yox, hər vaxt xalqımızın yanındasınız. Ölkəmizin gündən-günə inkişaf etməsi, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması, dövlətimizin dünya dövlətləri içərisində nüfuzlu yer tutması Sizin rəhbərliyinizlə aparılan işlərin əyani sübutudur. Biz də öz işimizlə Sizin etimadınızı dogruldacağımıza, layiqli vətəndaş olmagımıza söz veririk. Hörmətli cənab Prezident, xalqımız, eləcə də biz şagirdlər üçün yaratdığınız bu gözəl şəraitə görə Sizə minnətdarlığımızı bildiririk”. Zaqatala rayonundan Namidə Süleymanova, Aybəniz Kələşova və Xanım İsayeva yazırlar: “Möhtərəm cənab Prezident, məlum pandemiyanın bütün dünyanı sarsıtdığı vaxtda Sizin qabaqlayıcı tədbirləriniz nəticəsində ölkəmizdə vəziyyət nəzarət altında saxlanıldı. Sizin uzaqgörən siyasətiniz, ən çətin məqamlarda qəbul etdiyiniz düzgün qərarlar ölkəmizi və xalqımızı pandemiyanın ən ağır nəticələrindən xilas etdi. Vətəndaşların sağlamlığını düşünərək zəruri addımların atılması, insanların sosial rifahının təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə Sizə təşəkkürümüzü bildirir, çətin və şərəfli işinizdə yeni uğurlar arzulayırıq. İnanırıq ki, xalqımız, eləcə də bütün bəşəriyyət bu bəladan tezliklə xilas olacaq”. Biləsuvar rayonundan Nurəngiz Bədəlova: “Hörmətli cənab Prezident, ilk növbədə, Sizə möhkəm cansağlığı, yeni uğurlar diləyirəm. Doğma Vətənim Azərbaycana isə sülh, əmin-amanlıq və daim çiçəklənmək arzu edirəm. Möhtərəm cənab Prezident, son illər Biləsuvar rayonunda əkin sahələrinin su təminatı ilə bağlı çətinliklər əhalini narahat edirdi. Bu yerlərdə təsərrüfat işlərində su böyük əhəmiyyət kəsb edir. Yaranmış vəziyyətlə bağlı əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında imzaladıgınız Sərəncam bir biləsuvarlı kimi məni çox sevindirdi. Sizə dərin təşəkkürümü bildirirəm. Ömrünüz uzun olsun!”. Zaqatala rayonunun Əliabad qəsəbəsindən Elçin Zamanov: “Çox hörmətli cənab Prezident, əvvəlcə Azərbaycan xalqının mənafeyi naminə gördüyünüz bütün işlər üçün Sizə ürəkdən gələn minnətdarlığımı bildirirəm. Bütün dünya ölkələrini cənginə almış koronavirus pandemiyasının Azərbaycanda təzahürləri hələ görülməmişdən əvvəl ölkəmizdə gerçəkləşdirdiyiniz təxirəsalınmaz tədbirlər sayəsində xalqımız bu pandemiyanın ciddi təsirlərindən qoruna bildi. Məhz Sizin həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə bu virusa yoluxanların sayı dünya ölkələri ilə müqayisədə azlıq təşkil etməkdədir. Bu pandemiya günlərində Siz əməlinizlə xalqımızın yanında olduğunuzu bir daha göstərdiniz. Bütün bu işlərinizə görə Sizə şəxsən öz adımdan, ailəmin və kəndimizin sakinləri adından dərin təşəkkürümü bildirir və uzun ömür, cansağlığı arzulayıram”. Bakı şəhərindən müəllim Səriyyə Ziyadova-Eyvazova: “Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan özünün intibah dövrünü yaşayır. Son illər ərzində görülən genişmiqyaslı işlər, min bir əziyyət hesabına ərsəyə gələn sosial və infrastruktur obyektləri bunu deməyə əsas verir. Respublikamızda abad yollar çəkilib, gözəl şəhərlər yaradılıb, müasir məktəblər və xəstəxanalar tikilib xalqın istifadəsinə verilmişdir. “ASAN xidmət” də Sizin uğurlarınızdan biridir. Gənc nəslin nümayəndələrinə geniş imkanlar açmağınız, onları dövlət idarəçiliyində irəli çəkməyiniz təqdirəlayiqdir. Pandemiya dövründə uşaqlar və gənclər təhsildən geri qalmadılar. Virtual dərslərin təşkil olunması buna şərait yaratmışdır. Şagirdlər və tələbələr bu imkandan lazımınca faydalanmağa çalışırlar. Əziz Prezidentimiz, Sizə bu çətin və şərəfli yolda həndəsi silsilə şəklində böyük uğurlar arzulayıram”. Saatlı rayonu Dəllər kəndinin sakinləri adından Əlimuxtar Muxtarov: “Hörmətli cənab Prezident, Azərbaycan Respublikasının vətəndaşı olaraq, pandemiya dövründə Sizin mərkəzində ölkə vətəndaşının sağlamlığı dayanan fəaliyyətinizə görə həm öz adımdan, həm də Saatlı rayonunun Dəllər kəndinin sakinləri adından sonsuz minnətdarlığımı bildirməyi özümə borc bilirəm. Cənab Ali Baş Komandan, Sizin müvafiq tapşırığınızla aztəminatlı ailələrə təyin edilən birdəfəlik yardım bizim kəndimizdə də bir çox ailənin güzəranının yaxşılaşmasına səbəb olmuşdur. Bu məqamda bir ailənin Sizə olan alqışını, duyğusunu nəzərinizə çatdırmaq istəyirəm. Ailə deyir: "Allah Prezident İlham Əliyevin atası Heydər babaya rəhmət eləsin, Özünə isə uzun və sağlam ömür versin". Bəli, hörmətli Prezidentimiz, biz Sizin Ulu Öndərin yolu ilə həyata keçirdiyiniz daxili və xarici siyasəti bəyənir, dəstəkləyir, eyni zamanda, hər an Sizin yanınızda olduğumuzu ifadə etmək istəyirik. Tanrı Sizi, ailənizi və bütün Azərbaycan xalqını gözəgörünməz bəla və müsibətlərdən hifz etsin!”. Bakı şəhərindən Murad Əzimzadə: “Möhtərəm cənab Prezident, bütün dünyanı bürüyən pandemiya dövründə Azərbaycan xalqının sağlamlığını siyasətinizin ən prioritet istiqaməti elan etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Ən güclü dövlətlərin belə qarşısında aciz qaldığı pandemiya dövründə Azərbaycanın doğru əllərdə olduğu bir daha sübut olundu. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində uğurlu addımlar atıldı. Əhalini virus təhlükəsindən qorumaq üçün ölkədə xüsusi karantin rejimi elan olundu, dezinfeksiya işləri aparıldı, səhiyyə sistemində gücləndirilmiş iş rejiminə start verildi, həkimlərin maaşı artırıldı. Bundan əlavə, insanların evdə qalması ilə əlaqədar yarana biləcək digər problem bir qrup insanın sosial rifahı ilə bağlı idi. Lakin bu problemi də tez bir zamanda həll etdiniz. Siz 600 min ailəyə 190 manat birdəfəlik ödənişin edilməsi ilə bağlı göstəriş verdiniz. Bundan əlavə, Sizin təşəbbüsünüzlə başladılmış yardım kampaniyasına ölkənin hər yerindən iş adamları da qoşularaq insanlara bu çətin vəziyyətdə dəstək oldular. Artıq dünya dövlətləri bizim təcrübədən bəhrələnir. Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarlarınızı dəstəkləyirik. Biz birlikdə güclüyük. Güclü Azərbaycanın layiqli Lideri, Allah Sizi və ailənizi qorusun!”. Biləsuvar rayonunun Ağayrı kəndindən Fərhad Qəfərov: “Hörmətli cənab Prezident, koronavirus pandemiyasının dünyanı bürüdüyü, iqtisadiyyatları, sosial sahələri iflic hala saldığı bir zamanda Siz Azərbaycan iqtisadiyyatının inkişafına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına böyük diqqət ayırırsınız. Bu il iyunun 22-də imzaladığınız Sərəncamla Biləsuvar rayonunun Çinarlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən 455 min manat vəsait ayrılması rayonun ziyalıları və əmək adamları tərəfindən yüksək dəyərləndirilir. Bu çətin günlərdə rayonumuza ayırdığınız diqqət və qayğıya görə Sizə və ölkəmizin birinci xanımı Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. İnanırıq ki, müstəqil Azərbaycanımız Sizin rəhbərliyinizlə daha yüksək zirvələrə qalxacaqdır”. Məcburi köçkün müharibə veteranları adından Əbil Zeynalov yazır: “Hörmətli cənab Prezident, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirakınız zamanı "mənim Prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir” deməyiniz, Azərbaycan Ordusunun dünyada 50 ən güclü ordu sırasında olmasını vurğulamağınız biz məcburi köçkünləri, eləcə də müharibə veteranlarını rəhbərliyinizlə yeni qələbələrə ruhlandırır. Bütün Azərbaycan xalqı ilə yanaşı, biz məcburi köçkünlər, eləcə də müharibə veteranları üçün xüsusi önəm daşıyan ordu quruculuğu məsələsində əldə etdiyiniz nailiyyətlər bizi Sizin ətrafınızda daha sıx birləşdirmişdir. COVID-19 pandemiyasının dünyada tüğyan etdiyi bir dövrdə hər bir Azərbaycan vətəndaşının sağlamlığının, ordu quruculuğunun, eləcə də Azərbaycan respublikasının ərazi bütövlüyünün təmin olunması məsələsinə xüsusi önəm verdiyinizə görə biz "Qobu Park 1" və "Qobu Park 2” yaşayış komplekslərində məskunlaşmış məcburi köçkünlər və müharibə veteranları Sizə dərin minnətdarlığımızı bildirir və işlərinizdə böyük uğurlar arzu edirik”. Zaqatala rayonundan Abdulməcid Şabanov: “Hörmətli cənab Prezident, koronavirus infeksiyasına qarşı ən adekvat addım atan və qabaqlayıcı tədbir görən ölkələrdən biri Azərbaycandır. Bu xəstəliyin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə atdığınız bütün addımlar bir daha göstərdi ki, Siz hər bir vətəndaşın sağlamlığının qayğısına qalırsınız. Vətəndaşların sağlamlığı naminə gördüyünüz bütün işlərə görə Sizə dərin təşəkkürümü bildirir və yorulmaz fəaliyyətlərinizdə yeni uğurlar arzulayıram”. Ağcabədi rayonundan Əli Əhmədov: “Hörmətli cənab Prezident, Sizin yüksək siyasi biliyiniz, dünyagörüşünüz, sağlam düşüncəniz və uzaqgörən qabaqlayıcı qərarlarınız sayəsində bu gün bütün dünyanı öz pəncəsinə alan COVID-19 virusu ilə mübarizədə ölkəmiz ən az zərər görən ölkələr sırasındadır. Xalqımıza göstərdiyiniz bu qayğı bütün insanlar tərəfindən rəğbətlə qarşılanır və Sizə öz dərin minnətdarlıqlarını bildirirlər. Ağcabədi gəncləri olaraq Sizə inamımız sonsuzdur. Sizin müdrikliyiniz sayəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevrilib. Bu ayın 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Paşinyan növbəti dəfə özünü ifşa etdi. Sammitdə səsləndirdiyiniz inkaredilməz tarixi faktlar beynəlxalq aləmdə və dövlət idarəçiliyində uğurlu bir siyasətçi olduğunuzu bir daha sübut etdi. Paşinyan beynəlxalq səviyyəli tədbirdə Sizin tarixi həqiqətə əsaslanan tutarlı faktlarınız qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi. Biz Sizə inanırıq, cənab Ali Baş Komandan. İnanırıq ki, Azərbaycanın tarixi torpağı olan Qarabağı Sizin rəhbərliyinizlə düşmən tapdağından azad edəcəyik. Bütün Azərbaycan xalqı Sizi sevir və dəstəkləyir. Uca Tanrı Sizi, ailənizi və Azərbaycanımızı qorusun!”. Siyəzən rayonunun Yenikənd kəndindən Ramiz Ağayev: “Hörmətli cənab Prezident, bir danılmaz faktdır ki, ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-cu ildən başlayaraq respublikamız sürətlə inkişaf etmiş, keçmiş sovetlər birliyində sonuncu sıralardan öncül yerlərə yüksəlmişdir. O, həmişə gənclərin qayğıkeş lideri, mənəvi atası olmuşdur. Gənclərin iri şəhərlərdə yerləşən yaxşı ali təhsil məktəblərində təhsil alması üçün əlindən gələni əsirgəməmiş, onlara himayədarlıq etmişdir. Şəxsən mənim də həyatımın düzgün formalaşmasında böyük rolu olmuşdur. Buna görə də Ulu Öndərə həmişə minnətdar olmuşam. Cənab Prezident, mən həm də ona görə fəxr edirəm ki, Ümummilli Liderimiz Sizin kimi mərd, savadlı, xalqını sevən, dünya siyasətçiləri arasında sayılıb-seçilən, ən mötəbər tribunalardan öz sözünü deyən, Azərbaycanın haqq səsini çatdıran, böyük rəğbət qazanan bir oğul qoyub gedib. Mənim 69 yaşım olduğu üçün karantin dövründə evdən çıxa bilmirdim. Heydər babanın vaxtilə verdiyi pay torpağımda becərdiyim taxıl yerli qurumların köməyi ilə biçilib həyətimizə göndərildi. Fəxarət hissindən qəlbimiz dağa döndü, gözlərim yaşardı. Bu, Sizin məmurlar qarşısında qoyduğunuz tələblərin, vətəndaşlara xidmət göstərilməsi ilə bağlı tapşırıqlarınızın nəticəsidir, cənab Prezident. Biz Sizinlə fəxr edirik. Ulu Tanrıdan Sizə və bütün ailə üzvlərinizə cansağlığı, uzun ömür arzulayıram”. Salyan rayonunun Qızılağac kəndindən fermer Emin Mirzəyev: “Möhtərəm cənab Prezident, ölkəmizdə həyata keçirdiyiniz çoxşaxəli siyasətiniz sayəsində Azərbaycan uğurlu inkişaf yolundadır və dünya ölkələri sırasında ön yerlərdədir. Bu, bir Azərbaycan vətəndaşı kimi məni qürurlandırır. Kənd təsərrüfatı sahəsində çalışan bir insan kimi Sizin bu sahənin inkişafına göstərdiyiniz diqqət və qayğını minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm. Bu qayğı sayəsində fermerlər çoxsaylı güzəştlərlə əhatə olunurlar. Kənd təsərrüfatı sahəsinin vergilərdən azad olunması, gübrələrin və texnikaların fermerlərə güzəştli şərtlərlə verilməsi sayəsində kənd təsərrüfatı məhsullarının istehsalı və məhsuldarlıq yüksək həddə çatıb. Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində biz kəndlilər torpaq sahibi olmuşuq. Ulu Öndər hər bir kənd sakininə pay torpağı verdi. Bunun hesabına kəndlilər öz məşğulluğunu təmin etdi, onların maddi rifah halı yaxşılaşdı. Bu gün də fermerlər öz torpaq sahələrində həvəslə çalışır və güzəranlarını təmin edirlər. Əziz Prezidentimiz, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür və ölkəmizin inkişafı naminə uğurlu fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”. Gəncə şəhərindən Gülşən Bağırova: “Hörmətli cənab Prezident, hər şeydən əvvəl belə bir vəziyyətdə bütün vətəndaşlara dayaq və dəstək olduğunuz üçün Sizə bir həkim və ana kimi təşəkkür edirəm. Dünyanı bürüyən çətinlik əsnasında xalqımızı bu bəladan müdafiə edərək hər birimizin təhlükəsizliyini təmin edirsiniz. Eyni zamanda, Gəncə və gəncəlilərə belə bir zamanda qayğı göstərdiyiniz, şəhərimizdə yeni irəliləyişlərə səbəb olduğunuz üçün də təşəkkür edirəm. Biz Sizinlə fəxr edirik və hər zaman şəhərimizə gözəl səfərlərinizi gözləyirik. Ölkəmizin və dünyamızın bu bəladan xilas olmağını diləyir və daha xoş günlər görməyi arzu edirəm. Şəhərimiz və bizlər üçün etdiklərinizə görə minnətdaram Sizə. Allah Sizi qorusun!”. Sabunçu rayonunun Bakıxanov qəsəbəsindən Mədət Əliyev: “Möhtərəm cənab Prezident, karantin rejimi ilə əlaqədar imzaladığınız Sərəncama əsasən mənə düşən 190 manat məbləğində birdəfəlik ödəməni aldım. İşsiz kimi qeydiyyata alınmış vətəndaşlar üçün nəzərdə tutulan bu yardım onların ailələri üçün böyük köməkdir. Siz hər zaman çətin anlarda vətəndaşların yanında olmusunuz, onları öz qayğınızla əhatə etmisiniz. Buna görə də Azərbaycan xalqı Sizi sevir və dəstəkləyir. Sizin xalqa verdiyiniz vədlər həmişə həyatda reallığa çevrilib, insanların xoş güzəranına xidmət edib. Mənə edilən köməyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Şəxsən mən bunu heç vaxt unutmayacağam. Sizin və dövlətimizin yolunda heç bir qüvvəmi, köməyimi əsirgəmərəm. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində apardığınız siyasəti dəstəkləyirəm və hər bir çağırışınıza hazıram. Allahın xeyir-duası hər bir işinizdə Sizinlə olsun!”. Sumqayıt şəhərinin Corat qəsəbəsindən Yəhya Məmmədov, Əlislam Aslanoğlu və Nərgiz Ağayeva yazırlar: “Hörmətli cənab Prezident, bütün ölkəmizdə olduğu kimi, Sumqayıt şəhərində, eləcə də Corat qəsəbəsində tikinti-quruculuq, abadlıq işləri aparılır. Qəsəbədəki X.Məhərrəmoğlu, Sahil, Sülh, Vidadi küçələrinə yüksək keyfiyyətli asfalt çəkilib. Hazırda digər küçələrin asfaltlanması davam etdirilir. Bu işlər bizi fərəhləndirir, rahatlığımızı təmin edir. Qəsəbəmiz gözümüzün qarşısında toz-torpaqlı kənd görkəmindən uzaqlaşaraq sanki, şəhərə çevrilir. Möhtərəm Prezident, Sizə bütün qəsəbə sakinləri adından minnətdarlığımızı bildiririk. Yolunuz hər zaman hamar, qədəmləriniz mübarək olsun!”. Zaqatala şəhərindən Fərhad Acırqayev: “Möhtərəm cənab Prezident, bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın hər bir vətəndaşı Sizin dəstəyinizi hiss edir. Siz xalqın xilaskarı olmaq missiyasını uğurla davam etdirirsiniz. Koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığınız qətiyyətli addımlara, xalqımıza göstərdiyiniz diqqətə və qayğıya, hər birimizin sağlamlığı naminə gördüyünüz işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Şübhəsiz ki, bu bəlaya birlikdə qalib gələcəyik. Biz birlikdə güclüyük!”. İsmayıllının Qalınçaq kənd sakinləri adından Taleh Nəcəfov, Kamal Əzizov və Fikrət Əliyev yazırlar: “Möhtərəm cənab Prezident, bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizdə ciddi mübarizə aparılır. Epidemiyaya qarşı mübarizə ilə əlaqədar gördüyünüz bütün tədbirlər xalq tərəfindən alqışlanır. İyulun 1-də İsmayıllı rayonunun əhalisinin içməli su və suvarma suyu ilə təminatını daha da yaxşılaşdırmaq məqsədilə verdiyiniz Sərəncam Sizin xalqınıza olan sevginizin daha bir bariz nümunəsidir. Sərəncamınıza uyğun olaraq bizim kəndimizdə 2 subartezian quyusu qazılacaqdır ki, nəticədə kənd sakinlərinin suvarma suyuna və içməli suya olan tələbatı ödəniləcəkdir. Bizə göstərdiyiniz diqqət və qayğıya görə İsmayıllı rayonu Qalınçaq kəndinin əhalisi adından Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi və ailənizi qorusun”. Səbail rayonunun Badamdar qəsəbəsindən Azər Vahidov və Polad Axundov: “Möhtərəm cənab Prezident, bütün xalqımız kimi bizim ailələrimiz də Sizə qəlbən dərin ehtiram bəsləyir və Sizi dəstəkləyirlər. Ölkəmizin adını ucaldan, insanların rifahını düşünən, çətinə düşən vətəndaşlara hər zaman kömək əlini uzadan dövlət başçımızla - Sizinlə fəxr edirik. Biz - Badamdar qəsəbəsinin sakinləri əvvəllər bir çox problemlərdən əziyyət çəkirdik. Xüsusilə də, suyun fasilələrlə verilməsi böyük narahatlıq yaradırdı. İndi isə daimi su ilə təmin olunmuşuq. Bundan başqa, qəsəbədaxili yollar və qəsəbəni şəhərlə birləşdirən əsas yolumuz təmir olunmuşdur. Biz şahidiyik ki, ailə üzvləriniz də xalqımız üçün daim mühüm işlər görürlər. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət" layihəsi də bunlardan biridir. Bu layihə çərçivəsində Badamdar qəsəbəsində neçə-neçə yaşayış binasının həyəti abadlaşdırılmış, uşaqlar və ahıllar üçün xüsusi guşələr yaradılmış, attraksionlar quraşdırılmışdır. Cənab Prezident, Vətənə və vətəndaşlara göstərdiyiniz xidmətlərə görə çox sağ olun. Sizə bu çətin və şərəfli yolda hər zaman ucalıq və daimi uğurlar arzu edirik”. Bakı şəhərinin Xətai rayonundan Elvin Nağıyev və Emin İsmayılov: “Möhtərəm cənab Prezident, biz ailə üzvlərimizlə birlikdə Sizə və respublikamızın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirik. Siz Azərbaycanda COVID-19 xəstəliyinin qarşısını almaq istiqamətində böyük işlər görürsünüz. İnsanlar bütün bunları görür və talelərinin etibarlı əllərdə olmasından məmnunluq duyur. Hazırda Azərbaycanda bir çox ölkələrlə müqayisədə böyük gərginlik və iqtisadi tənəzzül yaşanmaması vaxtında atılan addımların, çətin günlər üçün nəzərdə tutulan maliyyə ehtiyatlarının sayəsindədir. Nahaq yerə deməyiblər: “Ehtiyat igidin yaraşığıdır”. Əziz Prezidentimiz, inanırıq ki, dövlətimiz və xalqımız bu bəlanı tezliklə tarixin yaddaşına köçürəcək, Azərbaycanda həyat yenidən əvvəlki axarına düşəcəkdir. Azərbaycan vətəndaşları Sizinlə fəxr edirlər. Allah Sizə və xalqımıza hər zaman kömək olsun!”.
Hamısını oxu