Latest news
Veteran.gov.az xəbər verir ki, 1 aprel tarixdə Azərbaycan Respublikası Autizm Defektoloji və Qeyri-Hökumət Təşkilatlarına Psixoloji Yardım Mərkəzi İB -in təşkilatçılığı ilə Autizmli uşaqların valideynlərinin bacarıqları üçün innovativ təşəbbüslərin həyata keçirilməsi “ layihəsi çərçivəsində” 2 Aprel Dünya Autizm Məlumatlandıma gününə həsr edilmiş 2-ci Beynəlxalq Autizm Konfransı keçirildi. Konfransın keçirilməsində məqsədi autizmlə bağlı maarifləndirmənin geniş yayılmasına dəstək göstərməkdən ibarət idi. Konfransda sahəsi üzrə mütəxəssislər tərəfindən autizmlə bağlı müxtəlif mövzular səsləndirildi. Əvvəlcə Azərbaycan Respublikasi Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İB-nin sədri Çiçək xanım Məmmədli iştirakçılara Layihə haqqında məlumatı səsləndirdi. Millət Vəkili Fazil Mustafa tərəfindən isə “Mövcud qanunvericilikdə autizm probleminə baxışın təkmilləşdirilməsi.” mövzusunda çıxış oldu. Konfransda Sağlamlığın Qorunması İctimai Birliyinin rəhbəri , t.ü.f.d. Yazgül Abdıyeva tərəfindən “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda çıxış oldu. Yazgül Abdıyeva çıxışı zamanı ilkin olaraq autizmin yaranması, risk faktorları, statistik göstəriciləri və s. barədə geniş məlumat təqdim etdi. Burada əsas vurğu autizmin xəstəlik yox, fərqlilik olmasına yönəldilmişdir. Məruzə zamanı Yazgül Abdıyeva Autizm sindromlu uşaqlar fərqli və xüsusi istedada malik olmasından, tarixdə iz qoymuş dahi şəxsiyyətlərin çoxunun məhz autizmli insanlar olmasını qeyd etdi. Belə ki, məşhur alman alimi Albert Eynşteyn, məşhur rəssam, heykəltaraş Leanardo da Vinci, İngilis fiziki İsaak Nyuton, ispan əsilli rəssam Pablo Pikasso, holandiyalı məşhur rəssam Vincent Van Gogh, məşhur musiqişünas Ludviq van Bethoven, Avstryanın təkrarsız bəstəkarı Amadey Motsart, Amerika musiqiçisi James Durbin, kinorejissor Kim Berten, Kortni Lav, görkəmli Amerika yazıçısı Mark Tven, dünya şöhrətli Amerika ixtiraçısı Tomas Edison və digər dünya şöhrətli məşhurlar da autizm sindroumu ilə üzləşənlərdəndirlər. Bununla da biz fərqində olmalıyıq ki, hər bir autist gələcəyin dahi şəxsiyyəti ola bilər. Hər zaman onlara dəstək olmalı, onların real həyata adaptasiyasına, cəmiyyətə inteqrasiyasına dəstək olmalıyıq. Sonda digər təşkilat üzvləri tərəfindən məruzələr və iştirakçılar arasında suallar, təklif və müzakirələr həyata keçirlidi.
Read more
Tədbir Azərbaycan - Türk Kultur Dərnəyinin təşkilatçılığı ilə baş tutub Veteran.gov.az xəbər verir ki, Niderlandın Haaqa şəhərində Azərbaycan - Türk Kultur Dərnəyinin başkanı İlhan Askın tərəfindən təşkil edilən 31 Mart soyqırımı ilə bağlı tədbir keçirilib. Əvvəlcə deportasiya zamanı soyqırıma məruz qalmış və Qarabağ müharibəsində şəhid olmuş əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, şəhidlərin xatirəsinə Quran oxunub. Daha sonra soyqırımla bağlı film nümayiş olunub. Tədbirə Azərbaycandan qatılan Azərbaycan Dillər Universitetinin dosenti, Azərbaycan Qaçqlnlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının Beynəlxalq Əlaqələr üzrə sədr müavini fil.f.d., Həqiqət Hacıyeva çıxış edib. O, çıxışlnda 31 Mart soyqırımı, deportasiyalar və xalqımlzın başına gətirilən müsibətlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Tədbirdə özlərinin yaşamış olduğu hadisələrdən danışan Türk - İslam Kültur Cəmiyyətinin sədri Tahsin Cətinqaya, Azərbaycan Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırova, Azərbaycan Lades Klubunun rəhbəri Kəmalə Cəlilova, Avropa Ana Vətən Qadınlar Cəmiyyətinin rəhbəri Mayisə Ağamirzəyeva, CDA partiyasından Betul Sen-Avci , D 66 Tolunay Azər, DƏNK partiyasından Funda İləri çıxış edib. Tədbirin sonunda şəhidlərimiz üçün ehsan verilib. Seymur ƏLİYEV
Read moreVeteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin açıq iclası keçirilib. İclası giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, son aylar Təşkilatın gördüyü işlərlə bağlı Rəaysət Heyəti üzvlərinə ətraflı məlumat verib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxışında Rəyasət Heyəti üzvlərinin, o cümlədən digər veteranların Təşkilatın fəaliyyətində aktiv iştirak etdiyini, məhz onların fədakarlığı sayəsində çoxsaylı tədbir və layihələrin həyata keçirildiyini qeyd edib, əməklərinə görə onlara təşəkkürünü bildirib. Daha sonra Rəyasət Heyəti tərəfindən gündəlikdə duran məsələlər müzakirə edilib, görülən işlərin təhlili ilə yanaşı, yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan işlərdən bəhs olunub. Rəyasət Heyətinin iclasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyi münasibəti ilə keçiriləcək tədbir və layihələrlə bağlı da fikir mübadiləsi aparılıb.
Read moreVeteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün 104-cü ildönümü ilə bağlı tədbir keçirilib. Təşkilatın Rəyasət Heyətinin və veteranların iştirak etdiyi tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov 31 Mart soyqırımı və bu soyqırımının anti-insani mahiyyətindən danışıb: “31 Mart soyqırımı miqyas və mahiyyətini görə XX əsrin ən dəhşətli soyqırımlarından biridir. Təəssüf hissi ilə qeyd etməliyik ki, erməni faşizmi XX əsrdə bir deyil, bir neçə dəfə xalaqımıza qarşı soyqırım və qətliamlar törədib. XX əsrin sonlarında -1992-ci ildə baş verən Xocalı soyqırımı buna nümunədir. Bütün bu faktlar onu göstərir ki, erməni faşizmi Azərbaycan xalqına qarşı əsrlər uzunudur ki, sistemli şəkildə soyqırımları həyata keçirməkdə, genosid törətməkdədir. Bizim üçün qürurvericidir ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizminə ağır zərbə vurdu, işğaldakı torpaqlarımızın azadlığını təmin etdi. İşğalçı Ermənistan xalqımıza qarşı törətdiyi cinayətlərə görə layiqli şəkildə cəzalandırıldı. Bununla yanaşı ,erməni faşizminin xalqımıza qarşı törətdiyi soyqırımlarına görə beynəlxalq hüquq müstəvisində də öz layiqli cəzasını alması vacibdir və əminəm ki, Azərbaycan xalqı gec-tez buna nail olacaqdır. Onu da untumaq olmaz ki, bütün bu soyqırımları mahiyyət etibari ilə həm bütün bəşəriyyətə, bütün insanlığa qarşı törədilib. Bu baxımdan erməni faşizminin tarixin müxtəlif dönəmlərində xalqımıza qarşı törətdiyi qətliamlara görə beynəlxalq hüquq müstəvisində məsuliyyətə cəlb edilməsi sadəcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin mənafeyi və təhlükəsizliyi baxımından zəruridir”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov da çıxışında 31 Mart soyqırımı və erməni faşizminin beynəlxalq müstəvidə ifşasının önəmindən danışıb. Professor qeyd edib ki, erməni cinayətkarlarının cəzalandırılması üçün hərbi tribunalın yaradılması, xalqımıza qarşı qətliamlar, soyqırımları törədənlərin bu tribunal qarşısında cavab verməsi vacibdir.
Read more
Ölkəmizdə idmana dövlət tərəfindən ciddi qayğı göstərildiyi, uşaq və yeniyetmələrin fiziki inkişafı istiqamətində mühüm layihələrin, dövlət proqramlarının həyata keçirildiyi məlumdur. Məhz dövlətimizin uzunmüddətli və sistemli qayğısının nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarış və turnirlərdə parlaq qələbələr əldə etməkdə, Azərbaycan bayrağını zirvələrə daşımaqdadır. Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimizin 7-si qızıl medal olmaqla toplam 16 medal qazanması gerçəyi bunun ən böyük isbatıdır. Hansı ki, Azərbaycan güləşçilərinin bu nəticə ilə yalnız Avropanı deyil, bütün dünyanı təlatümə gətirdiyi, dövlətimizdən, idmançılarımızda heyrətlə söz açdırdığı günümüzün qürurverici həqiqətləri sırasındadır. Güləşçilərimizdən tarixi zəfər: Dövlətin və dövlət başçısının etimadına layiq qələbə! Avropa çempionatında güləşçilərimizin əldə etdiyi qələbənin önəmini artıran, bu qələbəni təkrarsız və əvəzedilməz edən bir sıra amillər var ki, bunlardan ən önəmlisi idmançılarımızın böyük əksəriyətinin rəqibləri üzərində aşkar üstünlüklə qələbə qazanması, çempionatın ən ali pilləsində qərarlaşması faktıdır. İdmançılarımızın kütləvi şəkildə uğurlu nəticə sərgiləməsi güləşçilərimizin komanda hesabında da birinci yerdə qərarlaşması ilə nəticələndi. Hansı ki, Prezident İlham Əliyev idmançılarla görüşündə bu amilə xüsusi diqqət yetirmiş, qələbənin ağır rəqabət fonunda əldə edildiyini vurğulamışdı: “Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar, 16 medal qazanıldı, onlardan 7-si qızıl medaldır. Bu, çox böyük nailiyyətdir. Xüsusilə nəzərə almalıyıq ki, komanda hesabında bizim komandamız birinci yerə layiq görülmüşdür. Bu münasibətlə ilk növbədə idmançıları və onların məşqçilərini, Güləş Federasiyasını təbrik edirəm. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Mən bilirəm ki, idmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir. Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar”. (//president.az/az/articles/view/55638 ). Göründüyü kimi, dövlət başçısı güləşçilərimizin bu nailiyyətini hər bir azərbaycanlı üçün qürur mənbəyi, dövlətimizin qüdrətinin idman müstəvisində növbəti dəfə nümayiş etdirilməsi kimi səciyyələndirib. Bu baxımdan, güləşçilərimizin əldə etdiyi bu tarixi zəfəri sözün həqiqi mənasında dövlətin və dövlət başçısının etimadına layiq qələbə adlandırmaq olar. Prezidentdən gənc idmançılara böyük diqqət və böyük təqdir Azərbaycanda gənclərin fiziki və mənəvi inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyinin ən bariz nümunələrindən biri də martın 17-də Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarınının Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi oldu. Görüş əsnasında idmançıları göstərdikləri yüksək nəticəyə görə təbrik edən Prezident İlham Əliyev, Azərbaycanda idmanın dövlət siyasəti olduğunu bir kəs daha bəyan etdi. Dövlət başçısı vurğuladı ki, idman dövlətin qüdrətini göstərən əsas göstəricilərdən biridir: “Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər. Mən dəfələrlə idman ictimaiyyəti ilə görüşlər əsnasında deyirdim ki, idman bizim dövlət siyasətimizdir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Çünki əgər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha da böyük uğurlar qazanırlar. Bu da təbiidir, çünki həm təlim-məşq toplanışlarının keçirilməsi, ümumiyyətlə, hazırlıq işlərinin qurulması, iqtisadi baza - bütün bu amillər önəmli rol oynayır. Əlbəttə ki, dövlət siyasəti burada aparıcı məsələdir və Azərbaycan bu ölkələrin sırasındadır. Biz nəinki iqtisadi və digər sahələrdə, idman sahəsində də qabaqcıl ölkələrin sırasındayıq və bu liderliyi qorumalıyıq. Təsadüfi deyil ki, beynəlxalq idman qurumları Azərbaycana çox böyük rəğbətlə yanaşırlar. Belə olmasaydı, Azərbaycanda iki dünya səviyyəli tədbir keçirilməzdi - həm Avropa Oyunları, həm də İslam Həmrəyliyi Oyunları. Bir ölkədə, bir şəhərdə cəmi iki il ərzində iki böyük tədbirin keçirilməsi beynəlxalq idman ictimaiyyətinin, federasiyalarının bizə olan münasibətinin əlamətidir. Biz bu yarışları yüksək səviyyədə keçirdik və idmançılarımız bizi sevindirdilər”. Şübhəsiz, Prezidentin Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçiləri qəbul etməsi, onları uğurlarına görə təbrik etməsi, qarşıdakı vəzifələr, görülən və görülməsi gərəkən işlər haqqında ətraflı danışması, idmançılar üçün bütün gərəkli şəraitin yaradıldığı və gələcəkdə də yaradılacağını vurğulaması faktının özü dövlət başçısının idmana və idmançılara nə qədər böyük diqqətlə yanaşdığını göstərir. Bu baxımdan, sözügedən görüşü birmənalı şəkildə idmançılar üçün ən böyük təqdir və mənəvi stimul hesab etmək olar. Əminliklə demək olar ki, dövlət başçısının idmançılara göstərdiyi bu qayğı onlara böyük ruh yüksəkliyi bəxş etməklə yanaşı, idmançılarımızın məsuliyyət hissini də artıracaq, onları qarşıdakı yarışlara mənəvi-psixoloji baxımdan daha effektiv kökləyəcəkdir. İdman uğurları gənc nəslin mənəvi inkişafını necə stimullaşdırır? Gənclərimizin idman sahəsindəki uğurlarının digər mühüm əhəmiyyəti, bu uğurların gənclərin mənəvi baxımdan inkişafına da böyük təkan verməsi faktı ilə bağlıdır. Belə ki, idman arenasında əldə edilən hər qələbə, bu qələbələrlə bağlı ictimaiyyətə təqdim edilən hər bir informasiya uşaq və yeniyetmələrin idmana marağını artrmaqla yanaşı, ölkəmizdə idmanın kütləviləşməsinə, daha çox gəncшт sağlam həyat tərzinə üstünlük verməkə zərərli vərdişlərdən uzaqda qalmasına xidmət edir. Bu baxımdan, Azərbaycan Güləş Federasiyasının media və sosial media müstəvisindəki fəaliyyəti də təqdirəlayiqdir. Azərbaycan Güləş Federasiyası həm rəsmi saytı, həm sosial şəbəkədəki hesabları vasitəsi ilə ölkə ictimaiyyətini güləşçilərimizin qatıldığı hər bir yarış və bu yarışların gedişatı haqqında çevik şəkildə məlumatlandırır, bu idmançıları ictimiyyətə tanıtmaqla uşaq və yeniyetmələr üçün real və parlaq nümunələr təqdim edir. Bu isə uşaq və yeniyetmələr arasında idmana marağın artmasına, onlarda mübarizə əzminin yüksəlməsinə, dövlətə və xalqa faydalı olmaq arzusunun inkişafına səbəb olur. Nəticədə, uşaq və gənclərin mənəvi inkişafı üçün də geniş imkanlar yaranmış olur. Bir sözlə, idman uşaq və yeniyetmələrin sadəcə fiziki inkişafını deyil, həm də ruhi-mənəvi inkişafını şərtləndirir. Bu isə dövlətimizin uşaq və gənclərlə bağlı siyasətinin əsas tərkib hissəsi, ana xəttidir və bu xətt bugünə qədər olduğu kimi bundan sonra da dəyişməz olaraq qalacaqdır! Seymur ƏLİYEV
Read more
Ölkəmizin beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasının təməlində dövlətimizin uğurlu idman siyasəti dayanır. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkləşməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallığa çevrilməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin əvəzolunmaz üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Respublikamızın Prezidenti seçildikdən sonra isə ölkədə idmanın inkişafı daha da sürətləndi. Uğurlu idman siyasətinin nəticəsi olaraq, Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı 2012-ci ilin «İdman ili» elan edilməsi idman sahəsinin inkişafına diqqət və qayğının bariz nümunəsi idi. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakı və minlərlə medala layiq görülməsi bunun əyani sübutudur. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının, habelə futbol üzrə qadınlar arasında dünya çempionatının keçirilməsi bunu bir daha təsdiq edir. Ən əsası 2015-ci ilin dünyanın idman tarixində yeni bir səhifə açması - ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi uğurlarımızın zirvə nöqtəsi kimi dəyərləndirildi. 2017-ci ildə isə Bakı müsəlman dünyasını bir araya gətirən İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zaldan izləməsi isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir. Sevindirici haldır ki, ölkə Prezidenti, idman aləminin qayığıkeşi, idmançıların dostu Cənab İlham Əliyevin bu gün imzaladığı Sərəncam ilə Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi dövlət səviyyəsində qeyd ediləcəkdir. Bu əlamətdar hadisə yetişməkdə olan gənc nəslimizi idmanın müxtəlif növlərinə cəlb edərək, idmanımızı daha da kütləviləşdirəcəkdir. Nəcəf Novruzov Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi
Read more
Veteran.gov.az BAK-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Niderlandda fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin vitse-prezidenti Sima Cəfərovanin təşəbbüsü və təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr edilmiş “Azərbaycan XX əsrdə: deportasiyalar, soyqırımlar, qırğınlar” mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycanlıları İcmasının Beynəlxalq Əlaqələr üzrə sədr müavini, Azərbaycan Dillər Universitetinin Filologiya üzrə Fəlsəfə doktoru, dosent Həqiqət Hacıyeva da iştirak edib. Konfrans Azərbaycan və Niderland himni ilə öz işinə başladı. Sonrahər iki Qarabağ müharibəsində, deportasiya və soyqırımlar zamanı həyatlarını itirən hər kəsin xatirəsini bir dəqiqəlik sükutla yad edilərək ruhlarına dualar oxunub. Konfransın əsas məqsədi barədə məlumat verən Sima Cəfərova, sözü Həqiqət Hacıyevaya verib. O, XX əsrdən başlayaraq Xalqımızın başına gətirilən müsibət, soyqırımların səbəb və nəticələrinin ətraflı təhlil edib.Təəssüf ki, belə bir tarixi ədalətsizliyin hələ də davam etməsini və bunu törədənlərin hüquqı baxımdan cəzasız qaldığını söyləyib. Həqiqət Haciyeva nitqində xalqımızın Ali Baş Komandanımız İlham Əliyevin ətrafında birləşərək, nəinki torpaqlarımızın geri alınmasında, həmçinin, dünyanın siyasi və iqtisadi arenasında güclü dövlət və xalq kimi özünü təsdiq edildiyini bildirib. Həmçinin, 44 günlük müharibədə qəhrəmanlıq göstərən Şanlı Ordumuzun qələbəsi, qürbətdə yaşayan həmyerlilərimizin başı dik, qaməti şux yeriməsinə səbəb olduğunu vurğulayıb. İnternet bağlantısı ilə tədbirə qatılan Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycanlıları İcmasının sədri, millət vəkili Əziz Ələkbərli də çıxış edərək Qərbi Azərbaycanda baş verən deportasiya və qırğınlar haqqında məlumat verib. O, öz çıxışında himayədarlarının köməyi ilə torpaqlarımızı işğal edərək viran qoyan, uşaq , yaşlı bilməyərək soydaşlarımızı qətlə yetirən erməni daşnaklarının qurduqları hiyləgər planlardan danışıb. Əziz Ələkbərli ermənilər tərəfindən viran qoyulmuş mədəni irsimiz, memarlıq inciləri, dəyişdirilmiş və erməniləşdirilmiş toponimlərimiz haqda ürək ağrısı ilə danışıb. Əziz Ələkbərlinin çıxışından sonra söz Niderland Türk Azərbaycan Kültür dərnəyinin başqanı İlhan Aşkına verilib. O, əslən Qərbi Azərbaycanlı olub sonra İğdıra deportasiya olunan ailəsi barədə danışıb. İlhan Aşkın baş vermiş qırğın və deportasiyalardan nəticə çıxarıb düşmənlə layiqli siyasət yürütməyimiz və tariximizin qanlı səhifəsi olan soyqırımları unutmamağı arzulayıb. Həqiqət Hacıyeva, konfransın təşkilinə görə Benilüks Azərbaycanlıları Konqresinin vitse-prezidenti və Şimali Hollandiya Azərbaycanlıları İttifaqının sədri Sima Cəfərovaya öz təşəkkürünü və hədiyyələrini təqdim edib. Eləcə də, bu işdə əməyi olan BAK üzvləri də hədiyyə ilə təltif olunublar. Öz növbəsində Sima Cəfərova BAK və Şimali Hollandiya Azərbaycanlıları İttifaqı adından iştirakına və konfransın təşkilinə görə Həqiqət Hacıyevaya təşəkkür edərək hədiyyə təqdim edib. Daha sonra, konfrans iştirakçıları tərəfindən fikir mübadiləsi aparılıb. Konfransdan sonra Niderlandda məskunlaşmış Qərbi Azərbaycanlıları nümayəndələri BAK mətbuat xidmətinə müsahibə verərək deportasiya zamanı yaşadıqları sarsıntı və problemlərdən urək ağrısı ilə danışıblar. Niderlandda və konfransda qonaq qismində iştirak edən II Qarabağ müharibəsi qazisindən də müsahibə götürüldü.
Read more
28 mart - Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanları əməkdaşılarının peşə bayramı ilə əlaqədar "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvləri Fəxri Xiyabanda təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər. Veteran.gov.az "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sosial şəbəkədəki hesabına istinadən xəbər verir ki, Ümummilli Liderin məzarı önünə əkil və gül dəstələri qoyulmuş, əziz xatirəsi anılmışdır. Daha sonra tədbir iştirakçıları görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişlər. Tədbirdə çıxış edən natiqlər general-mayor Heydər Əliyevin yüksək peşəkarlıqla keçirdiyi əməliyyatlar, onun rəhbərliyi dövründə təhlükəsizlik orqanlarının nailiyyətləri, o cümlədən Ulu Öndərin göstərişi ilə peşəkar azərbaycanlı kadrların hazırlanması istiqamətində görülmüş işlər haqda danışmışlar. Məlumat üçün qeyd edək ki, ziyarətdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, həmçinin, millət vəkili Arzu Nağıyev də iştirak edib. Seymur ƏLİYEV
Read more
Məşhur Məmmədov: “İşğalçı Ermənistan üzərində tarixi qələbənin əldə edilməsində onların da böyük xidməti var” Bu gün – martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır. Qeyd edək ki, bu əlamətdar hadisə Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramı elan edilmişdir. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edib, dövlətimizin təhlükəsizliyinin təmin edilməsində onların mühüm rol oynadığını bildirib: “Bu gün Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıdır. Mən bu münasibətlə həm Dövlət Təhlükəsizliyi Xidməti, həm də Xarici Kəşfiyyat Xidməti əməkdaşlarını təbrik edir, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram. Bildiyiniz kimi, dövlət başçısı tərəfindən təhlükəsizlik orqanlarında aparılan islahatlar nəticəsində bu qurumların fəaliyyəti daha effektiv şəkildə təşkil olunmuş, dövlətimizin, xalqımızın təhlükəsizliyinin etibarlı şəkildə təminin istiqamətində böyük uğurlara nail olunmuşdu. 44 günlük Vətən müharibəsi dönəmində, düşmən təxribatlarının qarşısının alınmasında, vətəndaşlaırmızın təhlükəsizliyinin təmin edilməsində xüsusi peşəkarlıq və fədakarlıq sərgiləmişdilər. Bu gün də Azərbaycanın təhlükəsizlik orqanları öz peşəkarlığına görə dünyanın ən qabaqcıl xüsusi xidmət orqanları sırasında yer almaqdadır və bu, bizim hər birimizdə haqlı olaraq qürur hissi doğurur. İnanıram ki, dövlətimizin təhlükəsizlik orqanları bugünə qədər olduğu kimi, bundan sonra da ölkəmizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq və bədxah qüvvələrin məkirli niyyətlərinin qarşısını mətinliklə alacaqdır”. Seymur ƏLİYEV
Read more
Azərbaycan postmüharibə mərhələsində strateji fəaliyyətini uğurla davam etdirir. Yeni reallıqlar fonunda sülh gündəliyi qalib və haqlı Azərbaycanın prinsipial mövqeyinə uyğun müəyyənləşdirilib, regionun siyasi gündəliyi Bakının geostrateji iradəsi əsasında tənzimlənir. Xüsusilə də, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası kimi məsələlərdə bölgə dövlətləri və aparıcı güc mərkəzləri Azərbaycanın konkret yanaşmasını, faydalı təklif və təşəbbüslərini yüksək dəyərləndirirlər. Lakin regional təcrid vəziyyətində, iqtisadi tənəzzül və siyasi xaos şəraitində olan Ermənistan prosesləri sabotaj etməyə çalışır. Konkret olaraq İrəvan 10 noyabr 2020-ci il tarixində üçtərəfli Bəyanatın imzalanması ilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməkdən boyun qaçırmaq üçün vaxtaşırı təxribatlar törədir. Martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərməsi də bunun bariz nümunəsidir. Əlbəttə, Azərbaycan həm təxribatların qarşısını almaqla, həm də qətiyyətli mövqe sərgiləməklə bildirir ki, üçtərəfli Bəyanatın bütün tələbləri zamanında, tam və qeyd-şərtsiz yerinə yetirilməlidir. Bir daha sübuta yetirilir ki, Vətən müharibəsində şanlı qələbə qazanmış Azərbaycan yeni reallıqlar yaradıb və istər məğlub Ermənistan, istərsə də onun havadarları bu reallıqları dəyişmək iqtidarında deyil. “Dəmir yumruq” öz yerindədir və istənilən təxribat cəhdinin qarşısı alınacaq! İstər Ermənistan, istərsə də təxribat cəhdlərinə rəvac və dəstək verən geosiyasi dairələr bilməlidirlər ki, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli mövqeyi qarşıda duran bütün strateji hədəflərə çatmağa imkan verəcək! Ermənistanın isə iki yolu var: ya konstruktiv mövqe tutaraq - təxribatlardan əl çəkərək yeni imkanlardan yararlanacaq, ya da sabotajlarına davam edərək bumeranq effekti ilə üzləşəcək. Seçim İrəvanındır. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Read more
Veteran.gov.az xəbər verir ki, Hədəf Şirkətlər Qrupunun direktoru Şəmil Sadiq və Hədəf liseyinin bir qrup şagird, müəllim və valideyn heyəti İzmir İzbilim Kollejinin təşkil etdiyi “Tək Millət, iki dövlət” proqramı çərçivəsində İzmir şəhərində rəsmi səfərdədir. 24 mart tarixində Azərbaycan heyəti İzbilim kollecinin hazırladığı törəndə iştirak etmiş, kolleclə tanışlıq olmuş, sonra isə İzmir şəhər Mənəmən kaymakanı Fatih Yılmaz bəy Azərbıycan heyətinin bir qrupunu qəbul etmiş, Azərbaycan Türkiyə qardaşlığı, təhsil əlaqələri mövzusunda müzakirə edilmişdir. Şəmil Sadiq Azərbaycan Türkiyə qardaşlığını ifadə edən kitab və müxtəlif hədiyyələri kaymakan bəyə təqdim etmişdir! Seymur ƏLİYEV
Read more
Arzu Nağıyev: “Pakistan Azərbaycan-Ermənistan münaqişəsi başlayan andan işğalçı dövlətlə bütün diplomatik əlaqələri kəsib” Bugünlərdə Azərbaycan hərbçiləri Pakistandakı paradda iştirak edib, dost dövlətlə həmrəylik sərgiləyiblər. Bundan başqa, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovla Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı general Qamar Caved Bacva arasındakı görüşdə iki dövlət arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə edilib. Maraqlıdır, Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişafı hər iki dövlətin maraqları baxımından nə dərəcədə önəmlidir? Veteran.gov.az xəbər verir ki, Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev, Azərbaycanın bütün dost dövlətlər, o cümlədən Pakistanla əməkdaşlığı genişləndirməkdə maarqlı olduğunu bildirib: “Bir sıra dövlətlər var ki, bizim həmin dövlətlərlə iqtisadi, siyasi, mədəni, mənəvi və hərbi əməkdaşlığımız mövcuddur. Pakistan Azərbaycan-Ermənistan münaqişəsi başlayan andan Ermənistanla bütün diplomatik əlaqələri kəsib. Pakistan hərbi baxımdan da güclü bir dövlətdir. Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın mövcudluğu mühüm əhəmiyyətə malikdir. Bizim bir sıra dövlətlərlə yanaşı, Pakistanla da müəyyən silah-sursatın idxalı ilə bağlı müqavilələrimiz mövcuddur. 44 günlük Vətən müharibəsaində Pakistan bizə mənəvi dəstək verən islam dövlətlərindən biridir. Təbii ki, Türkiyə ilə münasibətimiz yüksək səviyyədədəir. Pakistanla münasibətlərimiz də kifayət qədər qənaətbəxşdir. Azərbaycan və Pakistan arasında humanitar sahədə də geniş əməkdaşlıq var. Heydər Əliyev Fondunun Pakistanın bir sıra qurumları ilə əlaqəsi buna nümunədir. Bu gün Pakistan hərbi qüdrətinə görə dünyanın ən güclü dövlətlərindən biridir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də bizim Pakistanla effektiv əməkdaşlığımız mövcuddur. Pakistandakı paradda Azərbaycanın müdafiə nazirinin iştirak etməsi, hərbçilərimizin bu paradda təmsil olunması faktı da göstərir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bizi dəstəkləyən hər bir dövlətlə, o cümlədən Pakistanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Hansı ki, bu əməkdaşlıq həm Azərbaycanın, həm də Pakistanın dövlət maraqlarına tam cavab verir”. Seymur ƏLİYEV
Read more