Latest news
Tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Anar İsgəndərovun qardaşı Hacı Əsəd Camal oğlu İsgəndərov vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Təşkilatın Rəyasət Heyəti adından millət vəkili Anar İsgəndərova qardaşının vəfatı ilə bağlı dərin hüzünlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!
Read more
Dünyanın ictimai-siyasi və sosial-iqtisadi mənzərəsi həm rəngarəng, həm də ziddiyyətlidir. Bir sıra ölkələrdə və regionlarda xaos-anarxiya, qarşıdurma-toqquşma, tənəzzül-böhran hökm sürür, mürəkkəb şərait və çətinliklər xalqların həyatına, dövlətlərin fəaliyyətinə ciddi təsir göstərir. Amma müsbət nümunə - inkişaf və tərəqqi örnəkləri də var. Cənubi Qafqazın lideri – regional güc mərkəzi olan Azərbaycan kimi. Müstəqillik dövrünün, eləcə də son zamanların prosesləri və reallıqları göstərir ki, Azərbaycan dövləti müxtəlif qlobal kataklizmlərin yaratdığı hər cür mürəkkəb situasiyadan çıxmağa, öz inkişafını davam etdirməyə, istənilən şəraitdə xalqının təhlükəsizliyini təmin etməyə qadirdir. Çünki ölkəmizin Prezident İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən dövlət başçısı var. Azərbaycan ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, bütün sahələrdə tarixi nailiyyətlər əldə edilib. Ümumiyyətlə inkaredilməz həqiqətdir ki, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən parlaq səhifələri və həlledici məqamları məhz lider fenomeni və liderlik amili ilə əlaqədardır. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan dövləti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. Ulu Öndərin xalqımız qarşısında müstəsna xidmətlərindən biri isə siyasi varisliyin təmin edilməsidir. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyev Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq zirvələr fəth etməsinə müvəffəq olub. Şübhəsiz ki, Azərbaycanın güclü – qüdrətli və nüfuzlu dövlət kimi ardıcıl müvəffəqiyyətlər qazanması, sabitlik adası, inkişaf diyarı kimi strateji hədəflərinə çatması, beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilməsini təmin edən əsas amil xalqın öz liderinə dəstək verməsi, liderin isə milli mənafelərə adekvat siyasət həyata keçirməsidir. Qətiyyətli lider – müdrik siyasətçi olan Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”. 11 aprel 2018-ci il tarixində ölkəmizdə keçirilən Prezident seçkilərinin nəticələri də bu reallığı təsdiqləyib, xalq öz liderinə növbəti dəfə inam və etimad göstərib. Dövlət başçısı həmin seçkilərdən sonra andiçmə mərasimində qeyd edib ki, “Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”. Beləliklə, cənab İlham Əliyev növbəti dəfə Prezident seçildikdən sonra verdiyi bütün vədlərə əməl edib, Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirib. Bu isə xalqın Prezident İlham Əliyevə inamını və güvənini daha da artırıb. Azərbaycan xalqı həm də onunla qürur duyur ki, dünya miqyasında nüfuzlu siyasi xadim olan dövlətimizin başçısı İlham Əliyev öz fəaliyyəti ilə ölkənin təkcə sürətli inkişafını təmin etməyib. Onun ideyaları, əməli fəaliyyəti həm də bəşəriyyətin inkişafına vacib töhfələr verib. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır. Xüsusi vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir. Ən mühüm məqamlardan biri bölgələrin tarazlı inkişafının təmin olunmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və müvafiq tapşırıqları ilə qəbul edilən, icrası uğurla təmin olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının səmərəli nəticələri göz önündədir. Bu proqramların uğurlu icrası nəticəsində əhalinin məşğulluq səviyyəsi, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi artıb, insanların rifahı daha da yaxşılaşıb, müxtəlif sahələrdə inkişaf dinamikası sürətlənib. Əldə olunmuş nailiyyətlər gələcək inkişaf üçün də mühüm sosial-iqtisadi baza yaradıb. Bundan başqa, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoyub. Burada işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq xüsusi yer tutur. Artıq bu prosesə başlanılıb, əsas infrastruktur layihələrinə start verilib. Heç şübhəsiz, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı əsasında aparılan yeni bölgü və vahid proqram əsasında görüləcək işlər azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsinə imkan verəcək. Bu da bütövlükdə həm regionların sosial-iqtisadi tərəqqisinin yeni mərhələsinin başlanmasına, həm də Azərbaycan iqtisadiyyatının inkişafına əlavə təkan olacaq. Dövlət başçısının bütün sahələri əhatə edən uğurlu strateji fəaliyyətinin nəticələri ilə əlaqədar digər bir sıra məqamlara xüsusi diqqət yetirmək lazımdır. Bunlardan biri Azərbaycanın sabitlik adasına və təhlükəsizlik məkanına çevrilməsidir. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycandakı təhlükəsizlik mühitini çox yüksək qiymətləndirirlər. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malikdir. Bununla yanaşı, siyasi dialoq prosesi, hakimiyyətlə müxalif partiyalar arasında təmasların yaradılması, fikir mübadilələrinin, müzakirələrin aparılması Azərbaycan Prezidentinin siyasi iradəsini əks etdirir. Dövlət başçısının iradəsi əsasında Prezident Administrasiyasında müvafiq struktur islahatlarının aparılmasından sonra siyasi partiyalarla iş sahəsində yeni mərhələ başlanıb, islahat xarakterli - siyasi sistemin inkişafına yönəlmiş mühüm addımlar atılır. Yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, partiyaların qərargahlarla təmin olunması, dialoq prosesinin sistemli şəkildə aparılması və digər faktlar bu reallığın tərkib hissəsidir. Bütün bunlar həm də siyasi birliyin və milli həmrəyliyin güclənməsinə əhəmiyyətli töhfələr verir. Biz bu gerçəkliyi Vətən müharibəsi zamanı gördük və hazırda da müşahidə edirik. Digər məsələ milli maraqlara əsaslanan praqmatik və çoxvektorlu xarici siyasətin həyata keçirilməsi, Azərbaycanın qlobal siyasi arenada mövqeyinin möhkəmlənməsinə nail olmaqdır. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib, Qoşulmama Hərəkatına sədrliyi uğurla davam etdirir. Prezident İlham Əliyev dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış edir, Azərbaycanın nümunəvi təcrübəsini bölüşür və liderlik keyfiyyətini nümayiş etdirir. Başqa sözlə, qətiyyətli liderin rəhbərlik etdiyi qüdrətli Azərbaycan qlobal taleyüklü məsələlərdə öz fəal rolu və liderlik missiyası ilə fərqlənir. Azərbaycanın həmrəyliyə və əməkdaşlığa xidmət edən təşəbbüslərinin beynəlxalq arenada yüksək qiymətləndirilməsi isə ölkəmizə, şəxsən Prezident İlham Əliyevin olan etimadın bariz nümunəsidir. Heç şübhəsiz, tariximizin və müstəqillik dövrümüzün ən əlamətdar, zirvə hadisəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıran, uğurlu diplomatik fəaliyyət həyata keçirən Azərbaycanın münaqişənin həllinə nail olması müstəsna tarixi hadisədir. Azərbaycan öz ərazi bütövlüyü ilə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn bərpasına da müvəffəq olub. Ölkəmiz öz hərbi-siyasi gücü ilə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təmin edib, işğalçı Ermənistanın təcavüzkar siyasətini müdafiə edən, ikili standartlara əsaslanan ədalətsiz mövqe sərgiləyən dairələrə ədalət dərsi verib. Bu, həm də BMT tarixində bir ilkdir. Azərbaycan mürəkkəb beynəlxalq şəraitə və bir sıra təzyiq cəhdlərinə baxmayaraq, bir ölkənin öz gücü ilə işğal faktını aradan qaldıra və separatizmi məhv edə biləcəyi ilə bağlı nümunə yaradıb. Xüsusi vurğulamaq istəyirəm ki, bu Qələbənin əldə olunmasında xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi və milli həmrəyliyimiz vacib rol oynadı. Azərbaycan xalqı, sözün əsl mənasında, vahid amal uğrunda dəmir yumruq kimi birləşdi, öz hədəfinə çatdı. Xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının həmrəyliyi öz sözünü dedi, bütün dünya, o cümlədən işğalçı Ermənistan və onun havadarları gücümüzü, qüdrətimizi gördü. Və bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Zəfər yolunun, Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının inşası, “Ağıllı kənd” konsepsiyası əsasında müasir yaşayış məntəqələrinin yaradılması və digər mühüm addımlar sosial, iqtisadi, siyasi və strateji önəm daşımaqla yanaşı, Böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunmasına vacib töhfədir. Nəhayət, şərtləri diktə edən qalib Azərbaycanın siyasi iradəsi və yaratdığı reallıqlar əsasında regionda yeni sülh, təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşıb. Xüsusilə də, kommunikasiya xətlərinin bərpası, yeni formatda əməkdaşlıq platformasının yaradılması həm Azərbaycan, həm də regionda bütün xalqlar və dövlətlər üçün mühüm siyasi-iqtisadi üstünlüklər vəd edir. Bu kontekstdə Zəngəzur dəhlizinin yaradılması da çox önəmli amillərdən biridir. Zəngəzur dəhlizi həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək. Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır. Bütövlükdə isə, Azərbaycanın müəllifi olduğu yeni geostrateji reallıqlar bölgəyə rifah və inkişaf gətirəcək. Nəticə etibarilə, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə dastanı həm də böyük Zəfər salnaməsidir. Əminliklə söyləyə bilərik ki, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanaraq tarix yazacaq! Nəticə etibarilə, çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, dövlətimizin qüdrəti mütəmadi olaraq artır. Ona görə də Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dünya azərbaycanlıları Azərbaycanın gələcək inkişafının məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu əminliklə vurğulayırlar. Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış Liderə - dövlət başçısı İlham Əliyevə tam güvənir, onun müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə zamanında qəbul etdiyi qərarların uğurlu icrası sayəsində ölkəmizin inkişafının davam edəcəyinə, xalqımızın firavanlığının və yüksək rifahının daimi olacağına inanır! Xalq-iqtidar birliyi, güclü milli həmrəylik isə ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir. Dövlət baışçısının qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır: “Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur”. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Read more
Mahir Abbaszadə: “Azərbaycanın son dörd ildəki uğurları dövlət başçımızın uğurlu siyasi fəaliyyətinin təsdiqidir” Sabah 2018-ci ilin prezident seçkilərinin dördüncü ili tamam olur. Düz dörd il bundan öncə - 2018-ci ilin 11 aprel tarixində 86,03 faiz səslə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev, bu qələbə ilə xalqın həqiqi lideri olduğunu, məhz xalqın gücünə, xalqın sevgisinə arxalanaraq fəaliyyət göstərdiyini sübut etdi. Veteran.gov.az xəbər verir ki, bu tarixi günlə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Mahir Abbaszadə, 2018-ci ildən bu günə qədər Azərbaycan dövlətinin çoxsaylı uğurlara, tarixi nailiyətlərə imza atdığını vurğuladı: “2018-ci ildə möhtərəm Prezident yenidən xalqın dəstəyini qazandıqdan, Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab Prezident dövlətimizin gələcəyi və inkişafı ilə bağlı aydın və uğurlu siyasət həyata keçirməyə başladı. Cənab Prezident seçkilərdən sonra xalqın qarşısında çıxış edərkən ölkəmizin inkişafı ilə bağlı islahatların aaprılacağına, gənclərə dövlət idarəçiliyində daha çox yer veriləcəyinə, iqtisadi islahatları genişləndirmək, əhalinin sosial müdafiəsini gücləndirmək, digər tərəfdən uzun illərdir müddətində işağl altında qalan torpaqların azad ediləcəyi ilə bağlı vədlər verdi. Biz sonrakı dönəmdə gördük ki, cənab Prezident xalqa verdiyi bütün vədlərin hamısını yerinə yetirdi. Dövlət başçısının sərəncamları ilə ölkədə mərkəzi icra hakimiyyəti orqanlarının idarə edilməsinə gənclər gətirildi. Bununla yanaşı, dövlət başçısının rəhbərliyi ilə korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə, şəffaflığın artırılması, büdcə vəsaitlərindən səmərəli istifadə ölkəmiz üçün prioritet məsələlər oldu. Aparılan kadr islahatları, eyni zamanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri nəticəsində ilbəil Azərbaycan Respublikasında qeyri-neft iqtisadiyyatının inkişaf etməsi, dövlət büdcəsindən səmərəli istifadəsi nətiəsində ildən-ilə dövlət büdcəsinə daxil olan maliyyə vəsaitlərinin artmasına şahid olduq. Möhtərəm Prezidentin apardığı siyasət nəticəsində dövlətimizin beynəlxalq aləmdəki imici də möhkəmlənməyə başladı. Xarici siyasətdə aparılan balanslaşdırma, mehriban qonşuluq siyasəti, ölkəmizdə demokratiya, insan hüquq və azadlıqlarının inkişafı nöqteyi-nəzərindən aparılan islahlartlar, bu islahatların beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi dövlətimizin dünyadakı nüfuzunun daha da artmasına səbəb oldu. Cənab Prezidentin rəhbərlii ilə Azərbaycan ordusunun güclənməsi, onun maddi-texniki bazasının möhkəmlənməsi, orduda xidmət edən hərbçilərin həyat şəraitinin yaxşılaşdırılması, orduya müasir silahlarla təchiz edilməsi sayəsində də böyük işlər görüldü. Bunun sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında biz işğal altındakı torpaqlaırmızın hamısını geri qaytara bildik. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq İranla bütün sərhədlərini bərpa etdi. Ermənistanla da bütün sərhədlər bərpa olundu. Bu gün Azərbaycan beynəlxalq hüququn tamhüquqlu, müstəqil üzvü kimi fəaliyyətini uğurla davam etdirir. Məlum olduğu kimi, dövlət başçısının rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə miqyası sözlə ifadə edilə bilməəcək qədər böyük quruculuq işlərinə başlamışıq. Biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da bərpasını həyata keçirəcəyik. 30 ildir ki, öz dədə-baba yurdundan ayrı düşən insanlar yenidən öz torpaqlarına qayıdıb bu torpaqlarda firavan yaşayacaqlar. Cənab Prezidentin rəhbərliyi altında bu illər ərzində ölkəmizdə siyasi islahatlar da genişləndirilmişdir. Azərbaycan Respublikasının Prezident Administrasiyasında ictimai təşkilatlar və siyasi partiyalarla iş üzrə şöbə yaradılıb. Eyni zamanda, ölkəmizdə yenidən parlament seçkiləri keçirildi. Hakim Yeni Azərbaycan Partiyası islahatlara getdi və partiyanın nizamnaməsində dəyişikliklər edildi. Yeni İdarə Heyəti seçildi, rayon təşkilatlarının fəaliyyəti gücləndirildi. Bütün bunlar ölkəmizdə aparılan siyasi islahatların tərkib hissəsidir və hesab edirəm ki, bundan sonrakı illərdə də biz cənab Prezidentin rəhbərliyi altında siyasi-iqtisadi, mədəni və digər sahəsində islahalatların uğurla davam etdiriləcəyinə, Azərbaycan daha böyük uğurlara imza atacağına şahid olacağıq”. Seymur ƏLİYEV
Read more
Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri bir sıra mühüm məqamlarla yadda qaldı. Səfər çərçivəsində baş tutan görüşlər postmüharibə mərhələsində Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Dövlətimizin başçısının Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə görüşündə səsləndirilən fikirlər Azərbaycanın etibarlı və önəmli tərəfdaş kimi qəbul edildiyini, respublikamızla əməkdaşlığın Aİ üçün strateji əhəmiyyətə malik olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşündə isə postmüharibə reallıqları, o cümlədən Cənubi Qafqazda etimad quruculuğu diqqət mərkəzində oldu. Görüşdə iki əsas məqam ifadə edildi: birincisi, haqlı və qalib Azərbaycanın mövqeyi üstün və dəyişməzdir, ikincisi isə, danışıqlar Brüssel sülh gündəliyi əsasında davam etdirilir. Brüssel görüşündə əldə olunan irəliləyişlərdən bəhs edərkən bir sıra məqamlara xüsusi diqqət yetirmək lazımdır. Birincisi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alındı. Hər iki ölkənin xarici işlər nazirlərinə müvafiq təlimatlar verildi. Danışıqlar Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında aparılacaq. Bu, Prezident İlham Əliyevin növbəti diplomatik nailiyyəti – ölkəmizin mühüm uğurudur. İkincisi, tərəflər sərhəd məsələləri üzrə birgə komissiya yaradacaqlar. Azərbaycan Prezidenti sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar məsələni daim gündəmdə saxlayır. Birgə komissiya yaradılması barədə razılıq əldə olunması bu baxımdan əhəmiyyətlidir. Çünki bununla sərhəddə gərginlik aradan qaldırılır, delimitasiya və demarkasiya prosesi hər hansı süni müdaxilə olmadan davam etdirilir. Üçüncüsü, Aİ prosesə dəstək vermək barədə niyyətini ifadə etdi. Minalanmış ərazilərin təmizlənməsi, quruculuq işlərinin aparılması, itkin düşmüş şəxslərin tapılması ilə əlaqədar qurum öz imkanlarından istifadə edə bilər. Dördüncüsü, regionda kommunikasiya xətlərinin bərpası aktualdır və diqqət mərkəzində saxlanılır. İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması bu kontekstdə önəmlidir. Beşincisi, Aİ Şurasının Prezidenti Şarl Mişelin bəyanatında “Dağlıq Qarabağ” ifadəsindən istifadə edilmədi və ATƏT-in Minsk qrupundan bəhs olunmadı. Bu isə onu göstərir ki, Azərbaycan postmüharibə reallıqlarını qabul etdirib, danışıqlar yeni gündəlik əsasında aparılır. Göründüyü kimi, Brüssel görüşü Azərbaycanın daha bir diplomatik uğuru, növbəti strateji hədəflərə doğru vacib addımdır. Bu isə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır. Proseslərin gedişatı regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir. Siyavuş NOVRUZOV Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Read more
“Vətən müharibəsi iştirakçılarının daxili işlər orqanlarında xidmətinə yaradılan şərait dövlətimizin veteranlara olan qayğısına bariz nümunədir” Cari ilin 7 aprel tarixində Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib, ümumilikdə 277 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 61 nəfəri Vətən müharibəsinin iştirakçısıdır. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bunu Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun, onun timsalında dövlətimizin veteranlara olan diqqət və qayğısı kimi dəyərləndirib: “Şübhəsiz, daxili işlər orqanlarında xidmət etmək istəyən şəxslər sırasından seçim turunun növbəti mərhələsinə buraxılanlar içərisində 61 nəfər Vətən müharibəsi veteranının olması faktı qürurverici və təqdirəlayqidir. Bu, hər şeydən öncə dövlətimizin, o cümlədən bu dövlətin təhlükəsiziliyinin, sabitliyinin keşiyində dayanan Daxili İşlər Nazirliyinin, onun rəhbəri general-polkovnik cənab Vilayət Eyvazovun veteranlara olan diqqət və qayğısının göstəricisidir. Bu fakt bir daha sübut edir ki, dövlətimiz veteranlara, onların məşğulluq probleminin həllinə, sosial rifahının yüksəlməsinə xüsusi diqqət və həssaslıqla yanaşı, bunun üçün bütün imkan və resurslarından istifadə edir. Mən buna görə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova öz təşəkkürümü bildirir, daxili işlər orqanlarında xidmət edəcək veteranlarımıza uğurlar arzulayıram. İnanıram ki, 44 günlük Vətən müharibəsində erməni faşizminə qarşı cəsarətlə mübarizə aparan veteranlarımız, ölkəmizdə daxili asayişin qorunmasına da öz töhfələrini verəcəklər”. Seymur ƏLİYEV
Read more
Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Moskvada hərbi parad keçiriləcək. Parad Qırmızı Meydanda təşkil olunacaq. Kremlin mətbuat xidmətinin məlumatına görə, Böyük Vətən Müharibəsindəki qələbənin 77-ci ildönümünə həsr olunmuş paradın məşqi mayın 7-də, hərbi parad isə mayın 9-da keçiriləcək. Paradda kimlərin iştirak edəcəyi, hansı ölkələrdən qonaqların təşrif buyuracağı hələlik məlum deyil. Rusiyanın Ukraynada apardığı müharibə ilə əlaqədar bir çox ölkələr bu addıma etirazla yanaşıb. Belə ki, Latviya parlamenti 9 may tarixini Ukraynada həlak olan şəxslərin anım günü elan edən qanun layihəsi qəbul edib. Layihəni Seymin 100 deputatından 61-i dəstəkləyib. Qanun mayın 9-da Qələbə gününün qeyd olunmasını qadağan edir. Həmin gün dövlət və yerli özünüidarəetmə qurumları tərəfindən əyləncə və bayram tədbirləri keçirilməyəcək. Həmçinin kütləvi tədbirlərin təşkilinə də icazə verilməyəcək. Digər keçmiş Sovet ölkələrində 9 may tarixinin hansı şəkildə qeyd olunacağı hələlik açıqlanmayıb. Bəs, Azərbaycanda 9 may – Qələbə günü qeyd olunacaqmı? Bu barədə Modern.az-a açıqlama verən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov 9 Mayla bağlı bəzi tədbirlərin keçiriləcəyini bildirib: “Təbii ki, biz həmin tarixə hörmətlə yanaşırıq. Ona görə ki, 700 minə yaxın azərbaycanlı müharibədə iştirak edib. Onların yarısından çoxu geri qayıtmayıb. Bu tarixi günü ümummilli lider Heydər Əliyev hələ o zaman bayram kimi tanıyıb. 9 May bayramını həmişə qeyd edirik”. “Tarixi faktları gənclərimizin yadına salırıq. Bizim babalarımız faşizmə qarşı necə mübarizə aparıb, necə qalib gəliblər, bunu bir daha xatırlayırıq. Onların abidələrini ziyarət edirik, gül qoyuruq. Müəyyən konfrans və tədbirlər keçiririk”, - deyə C.Xəlilov vurğulayıb. Xatırladaq ki, bəşər tarixi özünün ən qanlı savaşını 1939-1941-ci illərdə yaşayıb. Xeyli insanın ölümünə səbəb olan müharibənin qalibi SSRİ olub. SSRİ-də birləşmiş xalqlar faşizm üzərində tarixi zəfər qazanıb. O xalqlar arasında azərbaycanlılar da xüsusi qəhrəmanlıq göstəriblər. 700 minə yaxın azərbaycanlı müharibə başlayan kimi cəbhəyə yollanıb. Berlində zəfər bayrağını sancan da məhz azərbaycanlı olub. Qələbədə payı olmuş ölkələrdə hər il 9 may münasibətilə tədbirlər keçirilir, bu tarixdə müharibə iştirakçıları, onların keçdiyi zəfər yolu xatırlanır. Rusiyanın paytaxtı Moskvada isə 9 mayla bağlı hər il ənənəvi qələbə paradı təşkil olunur. Paradda bir sıra ölkələrdən gələn qonaqlar da iştirak edirlər. Bu il keçirilməsi nəzərdə tutulan qələbə paradının qrafiki hələlik bəlli deyil.
Read more
Naqif Həmzəyev: “Uğurlarımız beynəlxalq səviyyədə etiraf olunmaqdadır” Azərbaycan güləşçilərinin istər sərbəst, istərsə də yunan-Roma güləşi üzrə Avropa çempionatında qazandıqları möhtəşəm qələbələr cəmiyyətdə böyük coşğu ilə qarşılanıb. Moderator.az-a açıqlamasında güləşçilərimizin uğurlarını şərh edən millət vəkili Naqif Həmzəyev, bütün bu uğurların Azərbaycanın idman dövləti kimi qüdrətindən xəbər verdiyini vurğulayıb: “Güləşçilərimiz son Avropa çempionatında böyük uğurlara imza atdı və bu uğurlar hər bir azərbaycanlıda böyük sevinc və coşğu yaratdı. Güləşçilərimiz öz uğurları, mübarizələri ilə sübut etdilər ki, Azərbaycan bütün digər sahələrdə olduğu kimi, idman müstəvisində də ən qabaqcıl dövlətlərdən biridir və idman sahəsində böyük potensiala, zəngin ənənələrə malikdir. Mən bu münasibətlə bütün güləşçilərimizi, onların məşqçilərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Güləşçilərimizin əldə etdiyi zəfərlər Azərbaycan xalqının və dövlətinin qələbəsidir. Bu qələbə dövlətimizin qüdrətindən, onun idman siyasətinin səmərəliliyindən xəbər verir. Ən əsası, bu uğur dövlət başçısının idmana olan mütəmadi diqqət və qayğısının göstəricisidir. Güləşçilərimizin bu uğurları onu deməyə əsas verir ki, Azərbaycanda idman sahəsində ciddi inkişaf var və bu inkişafın miqyasını yaxın gələcəkdə daha da genişlənə bilərik. Azərbaycan idman ölkəsidir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən idmana böyük diqqət göstərilir. 2003-cü ildən bugünə qədər ölkəmizdə 70-ə qədər Olimpiya Kompleksləri, idman mərkəzləri inşa edilib, idmançıların inkişafı üçün münbit şərait yaradılıb. Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə Azərbaycan idmançıları ölkəmizi yüksək səviyyədə təmsil edib. Azərbaycanın özündə də mötəbər tədbirlər keçirilib və ölkəmiz bu sahədə yeni standartlar formalaşdırıb. Yəni Azərbaycan idman tədbirlərinin təşkili ilə bağlı meyarları maksimum səviyyəyə qaldırıb ki, bu da beynəlxalq səviyyədə etiraf olunmaqdadır. İnanıram ki, yaxın gələcəkdə idman sahəsindəki uğurlarımızı daha da genişləndirəcək və yeni-yeni qələbələr əldə edəcəyik”. Seymur ƏLİYEV
Read more
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Şəhər İcra Hakimiyyəti başçısının və aparatın rəhbər işçilərinin İcra Hakmiyyətində keçirdikləri qəbullarla yanaşı, mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbul-görüşlərin keçirilməsi mütəmadi hal alıb. Veteran.gov.az Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbul 7 aprel 2022-ci il tarixdə 13 nömrəli tam orta məktəbin akt zalında keçirilib. Qəbulda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, İcra Hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. Qəbulda çıxış edən İcra Hakimiyyətinin başçısı İlqar Abbasov pandemiya dövrünün labüd çətinliklərinə baxmayaraq cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq əldə olunan nailiyyətlərin xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Milli Ordumuzun düşməni məhv edib torpaqlarımızı işğaldan azad etməsini və azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğunu xüsusi vurğulayıb. Erməni təxribatına və təcavüzünə qarşı döyüşlərdə əsgər və zabitlərimizin göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edərək şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir, yaralılara şəfa diləyib. Ölkə başçısının dünya dövlətləri, xarici informasiya agentlikləri ilə keçirdikləri görüşlərdən, diplomatik danışıqlardan, Avropada ilk dəfə respublikamızda keçirilən irimiqyaslı layihələrdən, eyni zamanda Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın zəngin tarixi keşmişimizin, milli-mənəvi dəyərlərimizin dünyada təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq Şirvan şəhərində aparılan abadlıq-quruculuq işlərindən bəhs edib. 143 küçənin tam işıqlandırıldığını, ötən il 39 küçənin asfaltlandırıldığını, bu il isə 37 küçənin asfaltlanacağını bildirib. “Azərsu” ASC-nin hazırladığı layihə əsasında şəhər ərazisində su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanıldığnı qeyd edib. Şəhər sakinlərinin və qonaqların səmərəli istirahətini təmin etmək məqsədilə abadlaşan Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkından, parkda salınan “Qarabağ” və “Zəfər” xiyabanlarından, Leyla Əliyevanın təşəbbüsü ilə "İDEA" İctimai Birliyinin "Bizim həyət" layihəsi çərçivəsində regionlardan ilk dəfə şəhərimizdə yaradılan abad məhəllədən söz açıb. "Bizim həyət" layihəsi çərçivəsində 20 Yanvar 4, A L.İbrahimov 4 saylı binaların qarşısında yaradılan sahəsi 1, 5 hektar olan yeni abad məhəllədə görülən işlərdən və İstiqlaliyyət prospekti 7, 3 və 20 Yanvar 1,2 saylı binaların qarşısında abadlaşması nəzərdə tutulan sahəsi 1,2 hektar olan növbəti məhəllədən danışıb. Hazırda vətəndaş müraciətlərinin əksəriyyətinin yaşayış yeri və mənzil olduğunu nəzərə alaraq, sosial evlərin tikintisi ilə əlaqədar MİDA-ya müraciət edildiyini, bu məqsədlə torpaq sahəsinin ayrılması istiqamətində işlərə başlanıldığını bildirib. Millət vəkili İltizam Yusifov Şirvan şəhərinin uzun illər sənaye və energetika şəhəri olduğunu, lakin hazırda 127 sənaye müəssisəsindən 4-nün fəaliyyət göstərdiyini bildirib. Lakin ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, yaxın gələcəkdə bu problemlərin aradan qaldırılcağına, Şirvanın ən inkişaf etmiş və yaraşıqlı şəhərlərdən birinə çevriləcəyinə əmin olduğunu bildirib. Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Qəbulda iştirak edən vətəndaşlar ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.
Read more
Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası Şuşa şəhərində keçirilib. İclası Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev açaraq gündəliyə daxil olan məsələlər barədə məlumat verib. V. Quliyev "Şuşa ili"nə həsr edilmiş xüsusi qrant müsabiqəsi və 2022-ci il üçün kiçik qrant müsabiqələrinin mövzuları barədə fikirlərini bildirərək QHT-lərin hər iki müsabiqəyə ictimai əhəmiyyət kəsb edən layihələr təqdim edəcəyinə əmin olduğunu vurğulayıb. İclasda qonaq qismində iştirak edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək Agentliyin “Şuşa ili"nə həsr edilmiş qrant müsabiqəsi keçirməsindən məmnun olduğunu vurğulamış, bu məqsədlə birgə müzakirənin təşkil edilməsinin səmərəli olduğunu bildirmişdir. Müşahidə Şurasının üzvləri müsabiqə mövzuları ətrafında müzakirələr aparıblar və müvafiq qərarlar qəbul ediblər. Qeyd edək ki, Agentlik yaxın günlərdə hər iki müsabiqəyə layihələrin qəbulunu elan edəcək.
Read more
Veteran.gov.az xəbər verir ki, 31 mart 2022-cu il tarixdə Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin baş mütəxəssisi Nəbi Hacıyev Sabunçu rayonunda keçirilən tədbirdə iştirak edib. Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbirdə Birinci Qarabağ müharibəsi veteranları, 44 günlük Vətən müharibəsinin iştirakçıları, əmək veteranları iştirak edib. Tədbiri Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev açıb. O qonaqları tədbir iştirakçılarına təqdim edib və daha sonra torpaqlarımızın toxunulmazlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədsbirdə çıxış edən Şükür Həsənov, veteranlar Kamil Ağazadə, Süleyman Bədəlov, Nizami Abbasov, Zülfüqar Cəfərov ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərdən danışıblar. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin baş mütəxəssisi Nəbi Hacıyev Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarna çatdırıb, Mart soyqırımından, bu soyqırımının miqyas və mahiyyətindən ətraflı bəhs edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Read more
Aprelin 8-i əmək veteranı, tanınmış ictimai xadim, elm adamı, uzun illər müxtəlif dövlət orqanlarında aparıcı vəzifələr tutan Surxay Tağızadənin 90 yaşı tamam olur. Surxay İmran oğlu Tağızadə 8 aprel 1932-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. 1949-cu ildə Gəncədəki Sabir adına 5 saylı orta məktəbi, 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitututnun baytarlıq fakültəsini, 1962-ci ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun aspiranturasını bitirmişdir. Baytarlıq elmləri namizədi elmi dərəcəsi və baş elmi işçi rütbəsi vardır. Respublikanın əməkdar kənd təsərrüfatı işçisidir. Əmək fəaliyyətinə AKTİ-də komsomol təşkilatına rəhbərlikdən və müəllimlikdən başlamış, Azərbaycan Elmi-tədqiqat heyvandarlıq institutunda elmi işçi, "Kirovabad kommunisti" qəzetində kənd təsərrüfatı şöbəsinin müdiri, Özbəkistan Elmi-Tədqiqat Baytarlıq institutunda laboratoriya müdiri, Səmərqənd kooperativ institutunda dosent, Azərbaycan Elmi-Tədqiqat baytarlıq institutunda şöbə mudiri vəzifələrində çalışmışdır. 1967-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyində təbliğat idarəsinin rəisi, Azərbaycan KP MK kənd təsərrüfatı şöbəsi müdirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini, Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi, Azərbaycan KP MK kənd təsərrüfatı və emal sənayesi şöbəsinin müdiri, Dövlət Plan komitəsi sədrinin müavini vəzifələrində işləmişdir. Göstərilən illərdə Respublikada kənd təsərrüfatı iqtisadiyyatının yüksəldilməsi, təsərrüfatların ixtisaslaşdırılması və təmərküzləşdirilməsi, mütərəqqi iş üsullarının və qabaqcıl təcrübınin öyrənilməsi, geniş yayılması və tətbiq edilməsi, yeni texnologiyaların, istehsal və sosial sahələrinin yaradılması, inkişaf etdirilməsi, onların maddi bazasının gücləndirilməsi, ixtisaslı kadrların hazırlanması, kəndlilərin sosial məsələlərinin həll edilməsi və kənd təsərrüfatı üçün vacib olan başqa mühüm tədbirlərdə bilavasitə iştirak etmiş, onların bir çoxunun təşəbbüskarı olmuşdur. Surxay Tağızadə Azərbaycan istiqlaliyyətini bərpa etdikdən sonra 1993-cü ildə Azərbaycan Fermerlər İttifaqının yaradıcılarından biri olmuş, 1996-cı ildə isə Azərbaycan "Farmprogress" (fermerin tərəqqisi) Beynəlxalq Elmi-Texniki Əlaqələr Mərkəzini və "Azərbaycan Fermeri" jurnalını təsis etmişdir. Onun rəhbərliyi altında fəaliyyət göstərən bu qurumlar Respublikada fermer təsərrüfatlarının bərqərar olması və inkişaf etdirilməsi, bu sahədə dünya ölkələrində əldə edilmiş çoxillik və ilkin yerli təcrübənin təbliği ilə məşğul olmuş, fermerlərin elmi idarələr, bank və sığorta təşkilatları, aqroxidmət, emal, marketinq müəssisləri ilə işgüzar əlaqələrinin yaradılması üçün geniş maarifçilik işi aparmışlar. S. Tağızadə 2009-cu ilin aprel ayından 2014-cü ilin sentyabr ayınadək Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Respublika Şurası sədrinin 1-ci müavini vəzifəsində işləmişdir. Bu dövrdə o, Respublikada veteran işinin daha da canlanmasına və inkişaf etdirilməsinə, veteran təşkilatının nazirliklər, idarələr, ictimai təşkilatlar və beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsinə, gənclərin vətənpərvərlik tərbiyəsində veteran təşkilatının rolunun artırılmasına çalışmış, təşkilatın mətbu orqanı "Azərbaycan Veteranı" qəzetinin yaranmasının təşəbbüskarı olmuşdur. S. Tağızadə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Azərbaycan Veteranlarının haqq səsinin dünya ictimayyətinə çatdırılması istiqamətində də geniş fəaliyyət göstərmiş və bunlar 1941 – 1945 ci illər Böyük Vətən müharibəsi veteranlarının 2011-ci ildə keçirilmiş ümumrespublika toplantısında, ATƏT-in rəhbərlərinə və Minsk qrupu həmsədr ölkələrinin prezidentlərinə göndərilən Müraciətlərdə, MDB ölkələri Veteranları Əlaqələndirmə Şurasının iclaslarında və başqa sənədlərdə öz əksini tapmışdır. Surxay Tağızadə 2010-cu ilin 24-26 noyabrında UNESKO-nun mənzil qərargahında Dünya Veteranlar Federasiyasının veteranlar və müharibə qurbanları ilə bağlı qanunvericilik üzrə 90-dan artıq ölkənin 200-ə yaxın nümayəndəsinin iştirak etdiyi yeddinci beynəlxalq konfransında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanı beynəlxalq tədbirdə təmsil etmişdir. Burada Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə Azərbaycan veteranlarının Bəyanatını yaymış və çıxış etmişdir. Surxay Tağızadə bu gün də elm adamı, ictimai xadim kimi aktiv fəaliyyət göstərməkdə, dövlətə və xalqa xidmət etməkdədir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 90 illik yubileyi münasibəti ilə Surxay Tağızadəni təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır!
Read more
Sumqayıt Poeziya Evində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Veteran.gov.az Azərtac-a istinadən xəbər verir ki, tədbirin Sumqayıtda keçirilməsi şəhərin ictimai təşəbbüslərin icrası üçün real potensial daşıması və ictimai iştirakçılıq fəaliyyətinin regionlarda genişlənməsi məqsədi daşıyıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov Sumqayıtda vətəndaş cəmiyyəti təşkilatları ilə qurulan əməkdaşlıq əlaqələri və ötən il yaradılan İctimai Şura haqqında məlumat verib. Tədbirdə iştirak edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin İdarə Edilməsi üzrə meneceri Xatirə Bəşirova təmsil etdiyi qurumun “Açıq hökumətin və ictimai nəzarətin təşviqi” mövzusunu prioritet hesab etdiyini və bu mövzuda layihələrə dəstək göstərdiklərini diqqətə çatdırıb. Layihə rəhbəri, İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə ictimai iştirakçılıqla əlaqədar təqdimatla çıxış edib. O, layihənin məqsədi, ictimai iştirakçılığa dair beynəlxalq sənədlər, ictimai iştirakçılığın əsas dəyərləri, ölkə qanunvericiliyində ictimai iştirakçılıq, ictimai iştirakçılığın prinsipləri və formaları, Azərbaycanda ictimai şuraların yaradılması prosesi və digər məsələlərdən danışıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, şəhərdə fəaliyyət göstərən qeyri–hökumət təşkilatları sədrləri və ictimai fəallar mövzu ətrafında çıxış ediblər. Tədbirin yekununda iştirakçılara təşəkkürnamələr təqdim olunub.
Read more