Latest news
“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2022-ci ilin birinci yarımili üçün nəzərdə tutulmuş İş planının 4.2-ci bəndinin icrası məqsədilə cari ilin 15 fevral 2022-ci il tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət Məktəblərinin fortepiano ixtisası və rəsm sənəti üzrə müəllimlərin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbində ustad dərs keçirilmişdir”. Veteran.gov.az xəbər verir ki, bu barədə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sosial şəbəkədəki səhifəsində məlumat verilib. Məlumatda deyilir: “Bildiyimiz kimi, Bədii təhsil sahəsinin inkişafı müasir çağırışlara cavab verən yeni metodların ərsəyə gəlməsi və bilavasitə tətbiqi nəticəsində baş verir. Qeyd edək ki, yeni metodlardan istifadə şagird, həmçinin müəllim kontingenti üçün ən mühüm məsələlərdən biridir. Növbəti “Ustad dərslər” layihəsi fortepiano ixtisası üzrə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva, rəsm sənəti üzrə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının pedaqoqu Aydan Şahbazlı tərəfindən reallaşdırılmışdır. Təşkil edilən ustad dərslərdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət Məktəbi, Qəbələ rayon Uşaq İncəsənət Məktəbi, İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbi, Qobustan rayon Təklə kənd Uşaq Musiqi Məktəbi, Ağsu rayon Uşaq Musiqi Məktəbi, Şamaxı şəhər Uşaq İncəsənət Təhsili Mərkəzinin müəllim və şagird heyəti iştirak etmişlər. Dərs zamanı adları qeyd edilən məktəb şagirdlərinin çəkdiyi rəsmlər, həmçinin dərs proqramları üzərində praktiki göstərişlər edilərək, müəyyən tövsiyələr müəllimlərin diqqətinə çatdırılmışdır. Ustad dərslərin sonunda isə müəllimlər tərəfindən verilən müəyyən suallara aydınlıq gətirilərək fikir mübadiləsi aparılmış, eyni zamanda ustad dərsdə iştirak edən müəllimlər dərsin keçirilməsinə görə təşkilatçılara öz dərin minnətdarlıqlarını bildirmişlər”.
Read more
Veteran.gov.az xəbər verir ki, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Ukraynanın Gənclər və İdman nazirinin müavini ilə görüşüb. Bu barədə Fərid Şahbazlı özünün sosial mediadakı səhifəsində məlumat verib. Məlumatda deyilir: “Bu gün Kiyevdə Ukraynanın Gənclər və İdman nazirinin müavini Marina Popatenko ilə görüşdük. Nazir müavininə Azərbaycandakı uğurlu dövlət gənclər siyasəti modeli haqqında məlumat verdik. Ukraynanın gənclər təşkilatları ilə əməkdaşlıq, ortaq toplantıların keçirilməsi, beynəlxalq platformalarda birgə fəaliyyət haqqında müzakirələr apardıq. İnanırıq ki, Azərbaycan dövlətinin böyük dəstəyi ilə Ukrayna gənclər təşkilatları ilə Bakıda bir araya gələcəyik. Görüşün təşkilinə verdiyi dəstəyə görə, dəyərli dostumuz, Azərbaycanı Ukraynada uğurla təmsil edən jurnalist Mübariz Aslanova təşəkkür edirəm”.
Read more
Veteran.gov.az xəbər verir ki, Qahirə Universitetinin doktoru, azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirov tariximiz və klassik ədəbi irsimizlə bağlı dəyərli məlumatları üzə çıxarmaqda davam edir. Alimin növbəti uğuru Qahirənin qədim əlyazmalarla zəngin kitabxanalarından biri olan (burada 60 minə yaxın əlyazma saxlanılır) “Misir Kitablar Evi”ndə (Dər əl-Kutub əl-Misriyyə) Xaqani Şirvaninin əlyazmalarını tapması olub. Belə ki, S.Nəsirov şairin divanının “Divan Xaqani” dörd nüsxəsi (üçü tam və dördüncüsü natamamdır) və “Töhfətül İraqeyn” divanının əlyazma nüsxəsini aşkar edib. Tədqiqatçı-alim bildirib ki, Xaqani Şirvani ərəb mənbələrində iki adla təqdim olunur. Birinci variantda Fəzləddin Bədil Əli oğlu əl-Xaqani əl-Şirvaninin hicri tarixi ilə 595–ci (miladi 1199) ildə vəfat etdiyi qeyd edilir. İkinci təqdimatda isə Əfzələddin Əli oğlu İbrahimin həkim Xaqani kimi məşhur olduğu, hicri tarixi ilə 582–ci (miladi 1186) ildə vəfat etdiyi yazılıb. Birinci nüsxə hicri tarixi ilə 1012–ci (miladi 1603) ildə gözəl nəstəliq xətti ilə köçürülüb. Bu əlyazma 369 vərəq və 17 sətirdən ibarətdir. Ikinci nüsxə qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində hicri tarixi ilə 858–ci (miladi 1454) ildə köçürülüb və onun birinci səhifəsi yoxdur. Bu əlyazma isə 322 vərəq və 21 sətirdən ibarətdir. Üçüncü nüsxə də qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində hicri tarixi ilə 1009–cu (miladi 1600) ildə Ümməti Türbəti tərəfindən köçürülüb, 335 vərəq və 20 sətirdən ibarətdir. Hicri tarixi ilə 823–cü (miladi 1420) ilə aid olan dördüncü nüsxə Fürsət Ğərib tərəfindən köçürülüb ki, burada Xaqani ilə yanaşı müxtəlif şairlərin əsərləri də mövcuddur. “Töhfətül İraqeyn” adlanan son nüsxədəki əsərin Xaqani Şirvani tərəfindən hicri tarixi ilə 551-ci (miladi 1156) ildə, ilk Həcc ziyarətində yazdığı qeyd olunur. Bu əlyazma hicri tarixi ilə 1106–cı (miladi 1694) ilin səfər ayında Məhəmməd Əli İzzəddin Əhməd oğlu əl-Şirazi tərəfindən köçürülüb və 12 sətirdən ibarətdir. Qeyd edək ki, S.Nəsirov bundan öncə Nizami Gəncəvinin “Xəmsə”si və İmadəddin Nəsiminin Azərbaycan dilində “Külliyatı”nın əlyazmaları haqqında məlumat verib. O, Misirdə ərəb mənbələrinə istinadla 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın və çoxlu sayda elmi məqalələrin müəllifidir. Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan diasporuna rəhbərlik edən tədqiqatçı-alim, eyni zamanda, dünyanın 50 ölkəsindən olan və Qahirədə təhsil alan mindən çox tələbəyə rəhbərlik edir.
Read more
Veteran.gov.az xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) CDİO Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub. Bununla bağlı rektor Vilayət Vəliyev rəsmi feysbuk səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Azərbaycan Texniki Universiteti (AzTU) iki illik yazışma və müzakirələrin nəticəsi olaraq yeni nəsil mühəndis hazırlığında qabaqcıl ənənələrin daşıyıcısı olan CDİO (Öyrən-Layihələndir-Reallaşdır-İşlət) Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub. Bu münasibətlə kollektivimizi təbrik edir, CDİO üzvü olaraq yeni nəsil mühəndis hazırlığında uğurlar arzulayıram. Massaçusets Texnologiya İnstitutu (MIT) təşəbbüsü ilə yaradılan CDİO ailəsinə 100-dən çox ən qabaqcıl texniki ali məktəb daxildir. AzTU regionda bu şəbəkəyə daxil olan ilk texniki universitetdir. CDİO ailəsinə üzv qəbul olunmaq bizə dünyanın mühəndislik sahəsində zəngin ənənələrə malik universitetlərinin təcrübələrindən yararlanmaq imkanı yaradacaq. Bu, eyni zamanda universitet-sənaye işbirliyinin reallaşması üçün təhsil proqramlarının köklü dəyişdirilməsinə vəsilə olacaq. Çünki bugünkü mühəndislər praktiki bilik-bacarıqları yüksək olan, komandada işləməyi bacaran, yaradıcı mütəxəssislər olmalıdırlar. AzTU ailəsinin bu yolda bütün imkanlarını səfərbər edəcəyinə və yüksək nəticələr qazanacağına inanıram. CDİO ailəsinin üzvü olaraq kollektivimizə uğurlar arzu edirəm!”
Read more
Veteran.gov.az xəbər verir ki, “Huner Group” şirkətində şəhid övladları ilə görüş keçirilib. Bu barədə “Huner Group”-un sosial şəbəkədəki hesabında məlumat verilib. Məlumatda deyilir: “Huner Group “Hilal kursları” ilə əməkdaşlıq edərək Azərbaycanın ən keyfiyyətli və qabaqcıl təhsil mərkəzlərindən biri olan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə hazırlaşan şəhid və qazi övladlarının 1 illik təhsil xərclərini qarşılayıb. Belə ki, yalnız imtahan əsasında qəbul həyata keçirən TDV Bakı Türk Liseyində təhsil almaq istəyən 15 şəhid və 17 qazi övladı “Hilal kursları”nda hazırlaşaraq yüksək nəticələr əldə etmək üçün çalışırlar. Bu səbəbdən kiçik dostlarımız Huner Group-un baş ofisində bizi ziyarət etməyə gəldilər. Olduqca maraqlı keçən görüşdə qəhrəman Vətən oğullarının övladları ofisimizlə tanış oldular. Ofisin istirahət sahəsində yerləşən kinozalda onlar üçün vətənpərvərlik mövzusunda hazırladığımız sənədli filmi izlədilər, komanda şəklində müxtəlif oyunlar oynadılar. Günün sonunda qonaqlarımıza Huner Group adından xatirə hədiyyələrimizi təqdim etdik. Azad və firəvan gələcəyimiz üçün öz həyatlarını qurban verən şəhid və qazilərimizin ailələri, övladları bizim ən dəyərli sərvətimizdir. Onları daim diqqət mərkəzində saxlayıb dəstək olmaq isə mənəvi borcumuzdur”.
Read more
Veteran.gov.az xəbər verir ki, bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilat sədri Fatma Səttarova ilə görüşüb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə, Şuranın Aparat rəhbəri Ramin Həsənli və mətbuat katibi Rafiq Rzayev iştirak ediblər. Görüşdə dövlətimizin veteranlara, həmçinin ağsaqqallara və gənclərə olan diqqətindən, Azərbaycanın uğurlu inkişafından, Qarabağda həyata keçirilən nəhəng quruculuq işlərindən, xalqımızın bugünə qədər olduğu kimi bundan sonra da ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməsinin zəruriliyindən bəhs edilib. Görüşdə veteran və ağsaqqallarımız tərəfindən gənc nəsil arasında dövlətimizə dəstək siyasəti ilə bağlı təbliğat işinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurası arasında əməkdaşlığın genişləndirilməsi, gələcəkdə birgə tədbirlərin həyata keçirilməsi də müzakirə olunan məsələlər sırasında olub. Görüşün sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Fatma Səttarovaya gül dəstəsi və hədiyyə təqdim edərək onu 100 illik yubileyi və “İstiqlal” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.
Read more
Masallı Rayon Ağsaqqallar Klubunda rayon icra hakimiyyəti, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Masallı rayon şöbəsi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Azərtac-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev Birinci Qarabağ və Vətən müharibəsi iştirakçılarına, düşmənlə müharibədə öz sağlamlıqlarını itirmiş qazilərə göstərdikləri şücaətə görə minnətdarlığını ifadə edərək onların, o cümlədən şəhid ailələrinin daim dövlətimizin başçısının diqqət mərkəzində olduğunu söyləyib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Masallı rayon təşkilatının sədri, ehtiyatda olan polis polkovnik-leytenantı Məmmədağa Şiriyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon təşkilatının sədri Nahid Rəhimov çıxışlarında Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Masallıdan olan döyüşçülərin qəhrəmanlıqlarından danışıblar. Şəhid çavuş Rafael Hüseynovun atası Teymur Hüseynov, Birinci Qarabağ və Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan kapitan Camaləddin Məmmədov, Vətən müharibəsi iştirakçısı Amil Fərəcov və başqaları çıxış edərək ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Görüşdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlili Vəli Nurullayevə “Vətən naminə” medalı təqdim edilib.
Read more
16 fevral 2022-ci il saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Müdafiə Nazirliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Nəsillərin görüşü: Azərbaycan veteranları və vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir keçirilib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində baş tutan tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq, veteranların vətənpərvərlik tərbiyəsindəki rolu, dövlətimizin gənclər siyasəti, Müzəffər Ali Baş Komandanın Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumundakı çıxışından irəli gələn vəzifələrin icrası istiqamətində atılması gərəkən addımlar müzakirə edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edib. Daha sonra Azərbaycan Rerspublikasının Dövlət Himni səslənib, vətən uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Veteran adını, onun müqəddəsliyini qorumalıyıq!” Polkovnik Cəlil Xəlilov dövlətin gənclərə olan diqqət və qayğısından bəhs edib, eyni zamanda gənclər qarşısında dayanan vəzifələrə toxunub: “Hörmətli tədbirlər iştirakçıları! Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib, gənclərin ölkə həyatındakı roluna, eyni zamanda onlar qarşısında dayanan vəzifələrə toxunub. Xatırladım ki, müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin illər sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlərin gəncləri təsir altına salma cəhdləri ilə müşayiət olunurdu. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi. 2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Lakin gənclərin missiyası bununla bitmir. Bu gün Azərbaycan gəncləri işğaldan azad edilən ərazilərdəki böyük quruculuq prosesində aktiv iştirak etməklə yanaşı, Azərbaycanın müstəqilliyinə, dövlətçilik maraqlarına düşmən olan qüvvələrə qarşı da mübarizələrini davam etdirməli, bundan sonra da dövlətçilik maraqlarımızın keşiyində ayıq-sayıq dayanmalıdırlar. Təəssüflər olsun ki, bəzən özünü qazi kimi təqdim edən müəyyən şəxslərin dövlət qurumlarına qarşı qanunsuz tələblər irəli sürməsi, aqressiya sərgiləməsi müşahidə edilir. Hər kəs bilməlidir ki, bütün hüquq və imtiyazlar qanunla tənzimlənir. Əgər hansısa vətəndaşın, yaxud qazinin hüququ pozulubsa, nədənsə narazıdırsa, bunu hüquqi yolla, qanuni şəkildə tənzimləməli, həmin problemi əlaqədar dövlət qurumlarına müraciət edərək həll etməlidir. Biz veteran adını, onun müqəddəsliyini qorumalı, atdığımız hər bir addımda bu ada layiq olmağa çalışmalıyıq”. “44 günlük Vətən müharibəsində Azərbaycan düşmənə qarşı 10 milyonluq ordu ilə savaşdı” Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Əbilov da Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən söz açıb, xalqın müharibədə ordunun yanında yer aldğını, hər vasitə ilə Azərbaycan Silahlı Qüvvələri ilə həmrəylik sərgilədiyini bildirib: “44 günlük Vətən müharibəsində Azərbaycan düşmənə qarşı 10 milyonluq ordu ilə savaşdı. Xalq çətin gündə öz ordusunun, Ali Baş Komandanının yanında oldu, düşmən üzərində zəfərin əldə edilməsi üçün əlindən gələni əsirgəmədi. Məhz xalqın dəstəyi ilə biz düşmənə layiq olduğu dərsi verdik, işğaldakı torpaqlarımızı azad etdik. Azərbaycan dövləti hər zaman veteranlara diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atıb. Bu işlər bu gün də davam edir. Mən buna görə Azərbaycan dövlətinə öz minnətdarlığımı bildirir, gənclərimizi bundan sonra da dövlətimizə dəstək verməyə, onun müstəqilliyinin, təhlükəsizliyinin keşiyində dayanmağa səsləyirəm”. “Müstəqilliyimizi, dövlətçiliyimizi göz bəbəyimiz kimi qorumalıyıq” Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gənclərin 44 günlük Vətən müharibəsində sadəcə ön xətdə deyil, informasiya cəbhəsində də düşmənə qarşı uğurla mübarizə apardığını bildirib: “44 günlük Vətən müharibəsində Azərbaycan ordusu böyk qəhrəmanlıq və fədakarlıq sərgilədi, düşməni qısa zamanda darmadağın edərək dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Xalqımızın, gənclərimiz Azərbaycan ordusunun, onun Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək bu tarixi qələbəyə öz töhfəsini verdi. Bu, Azərbaycanın son 200 illik tarixinin ən böyük qələbəsidir. Bizim hər birimizin müstəqilliyimizi, dövlətçiliyimizi göz bəbəyimiz kimi qorumalı, milli maraqlarımızın keşiyində dayanmalıyıq. Bu, bizim vətəndaşlıq borcumuz, vicdan borcumuzdur. İnanıram ki, gənclərimiz hər zaman olduğu kimi bundan sonra da dövlət maraqlarımızın keşiyində duracaq, dövlətimizi zəiflətməyə, onun imicinə kölgə salmağa cəhd edən qüvvələrə layiqli cavab verəcəklər”. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Vətən müharibəsi qazisi Kənan Kərimli, Elnur İsgəndərov və digərləri çıxış edib. Vətən müharibəsi qaziləri onları maraqlandıran məsələlərlə bağlı təşkilatçılara suallar ünvanlayıb, milli maraqlarımızın keşiyində dayanmaqlarından qürur duyduqlarını bildiriblər. Tədbirin sonunda hərbi-vətənpərvərlik mahnısı ifa edilib, xatirə şəkli çəkilib. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Səbail, Nəsimi, Nizami və Yasamal Rayon Veteranları Təşkilatının nümayəndələri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, gənclər, tələbələr və qazilər iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Read more
Bu gün akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin ad günüdür. Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu münasibətlə Arif Paşayevi təbrik edib. Təbrikdə deyilir: “Hörmətli Arif müəllim. Sizi ad gününüz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, hər zaman olduğu kimi bundan sonra da, dəyərli elmi əsərləriniz və ixtiralarınızla ölkəmizdə elmin və təhsilin inkişafına böyük töhfələr verəcək, doğma Azərbaycanımızı beynəlxalq elmi konfranslarda, mötəbər elmi təşkilatlarda uğurla təmsil edəcəksiniz. İftixar hissi ilə qeyd edirik ki, Siz hər zaman zəngin elmi fəaliyyətinizi davam etdirməklə yanaşı, təcrübəli pedaqoq və elmi rəhbər kimi ölkəmizdə yüksək intellektə malik gənc kadrların hazırlanması prosesinə də böyük dəstək vermisiniz, dövlətimizin savadlı, dünyagörüşlü və vətənpərvər milli kadrlarla təmin edilməsində mühüm rol oynamısınız. Sevindiricidir ki, Sizin bu müqəddəs missiyanız bu gün də uğurla davam edir. Sizi bir daha ad gününüz münasibəti ilə təbrik edir, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından ən xoş arzularımızı bildiririk”. Hörmətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Fatma Səttarova və Cəlil Xəlilov
Read more
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Şamxal Xasay oğlu Abbasovun doğum günüdür. O, 1995-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Şamxal Abbasov 2013-cü ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında MAXE kimi xidmət edib. Vətən müharibəsində Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. 21 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi mərdlik və igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamxal Abbasov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub. Allah rəhmət eləsin!
Read more
Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Məmmədov Mirzə Məhəmməd oğlu vəfat edib. Mirzə Məmmədov 1942-1945-ci illərdə Ukrayna, Çeçenistan, Macarıstan, Polşa və Almaniyada gedən döyüşlərdə iştirak edib. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə hərbi komandanlıq tərəfindən çoxlu sayda orden və medalla təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Mirzə Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!
Read more
Sabah Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının sabiq rəis müavini, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü general-mayor İsgəndər Allahverdiyevin 75 illik yubileyidir. Məlumat üçün qeyd edək ki, İsgəndər Allahverdiyev 1947-ci il fevralın 11-də Bakıda anadan olub. 1991-ci ilin dekabrın 16-da yaradılan Dövlət Sərhədlərinin Mühafizə Komitəsinin sədri olub. Müstəqil Azərbaycanın Sərhəd Qoşunlarının ilk komandanı olan İsgəndər Allahverdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında çalışıb, peşəkar kadrların hazırlanması prosesində yaxından iştirak edib. İsgəndər Allahverdiyev Sərhəd Qoşunlarının ilk komandanı kimi müstəqil və demokratik dövlətimizin bərpa edildiyi mürəkkəb tarixi şəraitdə bu qoşunların yaradılması üçün böyük əmək sərf etmiş, dövlət sərhədlərinin etibarlı mühafizəsini və təhlükəsizliyini tam təmin edilməsində yüksək peşəkarlıq göstərmişdir. Dövlət və xalq qarşısındakı tarixi xidmətlərinə görə İsgəndər Allahverdiyev Ulu öndər Heydər Əliyev və Prezident Prezident İlham Əliyev tərəfindən müxtəlif orden və medallarla təltif olunmuşdur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu əlamətdar gün münasibəti ilə general İsgəndər Allahverdiyevi təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı arzulayır.
Read more