Ən son xəbərlər
Tədbirdə şəhid ailələri də iştirak ediblər Veteran.gov.az xəbər verir ki, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB) məzunların Azərbaycana inteqrasiyası, məzunlar arasında koordinasiyanın təmin edilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsinə töhvə vermək məqsədilə silsilə tədbirlər keçirir. Belə tədbirlərdən biri də aprelin 28-də - Müqəddəs Ramazan ayının qədir gecəsində təşkil edilib. Məzunları bir araya toplayaraq, mənəvi hissləri bir arada yaşamaq məqsədilə keçirilən tədbirdə 150-yə yaxın Türkiyə məzunu ilə yanaşı dövlət və hökumət nümayəndələri, Türkiyə məzunu olmuş Vətən müharibəsi şəhidləri Məmmədağa Səfərov və Murad Məmmədovun ailələri iştirak edib. İftardan öncə ilahiyyatçı hoca Sadiq Ramizoğlu Qurani Kərim oxuyaraq dualar verib. İftardan sonra tədbiri açıq elan edən TUMİB idarə heyətinin sədri Tural Əfəndiyev TUMİB-in hazırkı və gələcək fəaliyyəti haqqında məlumat verib. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirinin səlahiyyətli nümayəndəsi, təhsil ataşesi Nihat Büyükbaş Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fuad Babayev cənab nazir Fərid Qayıbov adından məzunları və şəhid ailələrini salamlayıblar. Daha sonra Milli Məclisin deputatı, komitə sədri Sadiq Qurbanov çıxış edərək, Türkiyə-Azərbaycan münasibətlərindəki birlik, qardaşlıq və inkişaf haqqında danışıb. Millət vəkili iki qardaş ölkə arasındakı münasibətlərdə daha böyük irəliləyişlərə nail olmağın vacibliyini diqqətə çatdırıb. Tədbir Yunus Emre İnstitutunun Azərbaycan koordinatoru Səlcuk Karakılıç , doktor Vaqif Qələndər və bir sıra məzunların çıxışları ilə yekunlaşıb.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, “Benilüks” Azərbaycanlıları Konqresi və “DAYAQ” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı tərəfindən Zərifə xanım Əliyevanın doğum gününə həsr edilmiş silsilə tədbirlər keçirilib. “Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Təşkilatının Rəhbərliyi ilk öncə I Fəxri Xiyabana gedərək Zərifə xanım Əliyevanın və Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Daha sonra “Benilüks” Azərbaycanlıları Konqresinin, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının və “Yüksəliş” Gənclər Hərəkatının rəhbərləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, II Dünya Müharibəsi iştirakçısı, İstiqlal ordenli, 101 yaşlı Fatma Səttarova ilə görüş keçirmişdir. Görüş zamanı “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov tərəfindən birgə və səmərəli əməkdaşlığa görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və Cəlil Xəlilov fəxri fərmanla təltif edilmişdir. Eyni zamanda “Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının tərəfdaşlığı ilə Şəhid ailələri və Qazilərlə görüş keçirildi. Görüş zamanı 100-dən çox Şəhid ailələri və Vətən Müharibəsi Əlillərinə “Benilüks” Azərbaycanlıları Konqresinin dəstəyi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının təşkilatçılığı ilə bayram sovqatları çatdırılmışdır.
Hamısını oxu
Bu məqamlar Özbəkistanda gənclərin öz gələcəyinə diqqət yetirmələri, biliklərə yiyələnmələri, istedadlarını nümayiş etdirmələri üçün hər cür şərait və imkanlar yaradılıb deməyə əsas verir. Bu gün buxaralı gənclərin həyatında, dünyagörüşlərində baş verən dəyişikliklər, onların sağlam gələcək arzusu, ölkəmizin inkişafına töhfə vermək istəyi də təqdirəlayiqdir. Bundan söz düşmüşkən, ilk növbədə uğur qazanmış, həyatda öz yerini tapan məşhur adamlarin həyat fəlsəfəsinə diqqət yetirək: onlar təhsildən əl çəkmirlər, çətinliklərə boyun əymirlər, həmişə səbirli, hərəkətdə olurlar. Eyni zamanda Özbəkistanda xaricdən işləyənlərin sayı da artır. Əlbəttə, uzaqdan işləmək hər iki tərəf üçün əlverişlidir. Bu fəaliyyət növü frilanserlik, yəni bir mütəxəssisin müəyyən bir müəssisə ilə birbaşa əlaqəli olmaması və razılaşdırılmış pul məbləğində müəyyən bir müddət ərzində müstəqil şəkildə layihələr və tapşırıqları yerinə yetirməsidir. Frilanseliyin proqramlaşdırma sahəsi yüksək həddə çatıb. İT üzrə frilanser olmaq proqramlaşdırma və ingilis dilini dərindən öyrənməyi tələb edir. Bunun üçün internetdə xarici və proqramlaşdırma dillərini öyrədən bir çox pulsuz təlim kursları mövcuddur. Proqramlaşdırma üçün xarici dilləri pulsuz öyrədən duolingo.com, code.org, uzbekcoders.uz, mohirdev.uz və ya prep.uz saytlarından istifadə edə bilərsiniz. Təhsil xidmətləri göstərən İT parkın rezidentləri vasitəsilə informasiya texnologiyaları sahəsində öz bacarıqlarını artırmaq imkanı da var. Qeyd edək ki, Buxara Vilayət Xalq Deputatları Şurasının ölkədə ilk olan e-kengash.uz rəsmi saytı İT parkın rezidenti “IT Education Leader” MÇC tərəfindən hazırlanıb. Dövlətimizin başçısı tərəfindən irəli sürülən beş mühüm təşəbbüsdən üçüncüsü, əhalinin və gənclərin kompüter texnologiyalarından və internetdən səmərəli istifadəsinin təşkilinə yönəlib. Bu təşəbbüsün həyata keçirilməsini, yəni əhalinin, o cümlədən gənclərin kompüter texnologiyaları və internetdən səmərəli istifadəsini təmin etmək məqsədilə rayonun bütün şəhər və rayonlarında ümumilikdə 12 rəqəmsal texnologiya tədris mərkəzi yaradılmışdır. Onlarda hazırda 25 mütəxəssis çalışır. Bu mərkəzlərdə gənclərə informasiya texnologiyaları, proqramlaşdırma, robototexnika, kiberidmanın əsasları və elektron ticarət kimi istiqamətlər üzrə bilik və bacarıqlar verilir. Bu günə qədər 2398 tələbə kompüter savadlılığı, veb-proqramlaşdırma, mobil-proqramlaşdırma, qrafik dizayn, robototexnika, kibersport və İT-İngilis dili kimi müvafiq sahələr üzrə təlim keçib və sertifikat alıb. 2021-ci ilin may ayında Buxara rayonunda Rəqəmsal texnologiyalar tədris mərkəzini veb-proqramlaşdırma üzrə sertifikatla bitirən Azadbek Hatamov hazırda "Feliçita" Tədris Mərkəzində bacı və həmyaşıdlarına proqramlaşdırma üzrə dərs deyir. Digər məzun Nazim Rəhimov hazırda "İT PARK" ın Buxara filialında veb-proqramlaşdırma sahəsində çalışır. Tədris mərkəzlərində “Dəmir dəftər”, “Gənclər kitabı” və “Qadın kitabı”nda qeydiyyatdan keçən 374 şagird pulsuz təhsil alıb və bacarıqlarını inkişaf etdirib. Gənclərin proqramlaşdırma və informasiya texnologiyaları sahəsində startap layihələrinə cəlb edilməsi və dəstəklənməsi, təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə rayonumuzda bir çox müsabiqələr təşkil olunub. Bunlara “İdeaton”, “Hakaton”, “Perspektivli İT layihələri”, “Proqramlaşdırmada ilk addım”, “Vabkent.Teç”, “Buxara IT EXPO” müsabiqələri və kiberidman yarışları daxildir. Gənclərin informasiya texnologiyaları və kommunikasiyalarına marağını artırmaq, onların proqramlaşdırma üzrə ilkin bacarıqlarını inkişaf etdirmək, o cümlədən gəncləri “Bir Milyon proqramçı” layihəsinə cəlb etmək məqsədilə rayonlarda İT-parkın əməkdaşları ilə bağlı təbliğat-təşviqat işləri aparılıb, uzbekcoders.uz platformasından dərslərin mənimsənilməsi üzrə dərslər keçirilir. Bu günə kimi www.uzbekcoders.uz saytında “Bir milyon proqramçı” layihəsi çərçivəsində 57 735 gənc oğlan və qız qeydiyyatdan keçib və 36 443 iştirakçı, o cümlədən 28 810 məzun sertifikat alıb. Həmçinin bu layihənin təbliği məqsədilə rayonda 102 ümumtəhsil məktəbi, 36 peşə liseyi, kollec və texnikumlar təşkil olunub. Bundan əlavə, yeni yaradılmış Buxara İnformasiya Texnologiyaları Kollecində gənclərin informasiya texnologiyaları sahəsində biliklərini təkmilləşdirmək üçün geniş imkanlar var. Orta ixtisas təhsili proqramlarını müvəffəqiyyətlə başa vurmuş məzunlar ixtisasları üzrə bakalavriat təhsili sahələri üzrə qəbul imtahanı olmadan təkbətək müsahibə yolu ilə ali təhsil müəssisələrində təhsillərini davam etdirmək hüququ qazanacaqlar. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda informasiya texnologiyaları və rabitə sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların sayı 15 faiz artaraq 341-ə çatıb. Təbii ki, informasiya texnologiyaları sahəsində ixtisaslı kadrların yetişdirilməsi bu sahədə yeni müəssisə və təşkilatların sayını artıracaq ki, bu da iqtisadi inkişafda mühüm rol oynayacaq. Ən əsası isə yuxarıda adlarını çəkdiyimiz gənclərin çağa uyğun böyüməsi, ölkəmizin inkişafına töhfə vermək kimi böyük yolda geniş imkanlardan istifadə edilməsi hər bir gənci böyük nailiyyətlərə sövq edən əməllərdir. Bu yolda ayıq ruhla yaşamaq gənclərimizdən fədakarlıq və iştirak hissi tələb edir. Əlican Yaxşıyev, İnformasiya Texnologiyaları və Rabitə İnkişafı Nazirliyinin Buxara Regional İdarəsinin rəisi
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin işçiləri, şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 27 aprel 2022-ci il tarixində Bakı şəhəri Xətai rayonunda yerləşən Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə tədbirdə iştirak ediblər. ”Cəbhədən cəbhəyə qələbədən qələbəyə “ adlı tədbirdə Xətai rayon VT-nın sədri Adil Əzməmmədov, arxa cəbhə veteranı İskəndər Alıyev, məktəbin direktoru Zenfira Məsiyeva, şagird-müəllim kolektivi ilə yanaşı, digər qonaqlar da iştirak ediblər. Tədbir İkinci Dünya müharibəsinin qələbə ilə başa çatmasında Azərbaycan xalqının rolu və Qarabağ torpaqlarının işğaldan azad olunmasında ordu-xalq birliyinə həsr edilib. İlk öncə Azərbaycan Dövlət Himni səslənib, şəhdilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin və müəllimlərin birgə hazırladıqları kompozisyalara baxılıb, şeyirlər, mahnılar dinlənilib. Şagirdlərin və müəllimlərin çıxışlarından sonra söz qonaqlara verilib. Adil Haqverdiyev çıxış edərək bildirib ki, xalqımızın İkinci Dünya müharibəsinin qələbə ilə başa çatmasında misilsiz xidmətləri olub: “ Müharibənin ilk günlərində vətəndaşlarımıza qarşı ədalətsiz davranışlar olmuşdur.Belə ki, rus dilini bilməmələri səbəbi ilə verilən əmri düzgün yerinə yetirə bilmədikləri üçün vətəndaşlarımız rus zabitləri tərəfindən cəzaladırılmışlar. Bu hadisələrdən Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin katibi Mircəfər Bağırov xəbər tutmuşdur. O, ön cəbhəyə getmiş, doğma dilində rus zabitinə əmr vermiş və əmri yerinə yetirməyən zabiti cəzalandırmışdır. Bu hadisədən sonra milli divizyalarımız yaranmış və bu müharibənin sonuna qədər şərəfli döyüş yolları keçmişlər. Hər kəsə bəllidir ki, Bakı nefti olmasaydı, bəlkə də qələbə də olmayacaqdı. Döyüşlərdən üzü ağ çıxan babalarımızın varisləri onların davamçıları olmalı idi. Uzun illərin həsrətindən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz düşmənləri torpaqlarımızdan qovdu. İndi Qarabağda quruculuq işləri başlanıb. Mən çıxışımın sonunda bir daha torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərə uca Allahdan rəhmət, qazilərə cansağlığı diləyirəm!” Daha sonra Nəbi Hacıyev və Adil Əzməmmədov çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin işçiləri, şöbə müdiri e/o polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 26 aprel Bakı şəhəri Suraxanı rayonunda yerləşən Albert Aqarunov adına 154 saylı tam orta məktəbdə tədbirdə iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə həsr edilib. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin müavini Günel Axundova, YAP-ınm Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov, rayon VT-nın sədri Eldar Rüstəmov, Qarabağ müharibəsi veteranları Ağa Məmmədov, Elmar Hüseynov, məktəbin direktoru Əli Əliyev, şagird və müəllim kollektivi iştirak ediblər. Tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin hazırladıqları kompozisyalara baxılıb, şeirlər dinlənilib. Şagirdlərin çıxışından sonra səhnəyə qonaqlar dəvət olunub. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin müavini Günel Axundova çıxış edib. O, bildirib ki, torpaqlarımızın toxunulmazlığı uğrunda şəhidlik zivəsinə ucalanlar əbədiyyətə qovuşsalar da, hər zaman xalqımızın qəlbində qalacaqdır. Qazilərimizin, veteranlarımızın həyat yolu gənc nəslə hər zaman örnək olacaq. Daha sonra söz Adil Haqverdiyevə verilib. O,ilk öncə Təşkilatın sədri Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb.A.Haqverdiyev Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısı kimi bildirib ki,həmin illərdə vətənpərvər oğullarımız könülü olaraq vətənin müdafiəsinə qalxıb: “Dilindən, dinindən aslı olmayaraq hər kəsin bir amalı vardı - mənfur düşməndən torpaqlarımızı qorumaq. Belə oğullardan biri də Albert Aqarumov idi. O vaxt silah-sursatın az olması, işğalçıya bəzi qüvvələrin havadarlıq etməsi və s. kimi amillər səbəbi ilə torpaqlarımızın bir hissəsi işğal altına düşdü. Lakin indi biz Şəhidlər Xiyabanı önündən qürurla keçib deyirik: “Ruhunuz şad olsun şəhidlərimiz, Ali Baş Komandan İlham Əiyevin rəhbərliyi altında müzəffər ordumuz torpaqlarımızı azad etdi”. Mən çıxışımın sonunda bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr,qazilərimizə cansağlığı diləyirəm”. Tədbirin sonunda Suraxanı VT-nın sədri Eldar Rüstəmov şagirdlərlə suallar ünvanlayıb. Sualları düzgün cavablandıran şagirdlərə Fəxri Fərman və kitab hədiyyə olunub.
Hamısını oxuBu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümüdür. Veteran.gov.az xəbər verir ki, bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov Fəxri Xiyabanda akademik Zərifə Əliyevanın və Ümummilli lider Heydər Əliyevin məzarlarını ziyarət edib, məzarların önünə gül dəstələri qoyublar.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 27 aprel 2022-ci il tarixdə Azərbaycan - Türkiyə Qardaşlıq Parkında Quba Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun Qımıl kəndindən həqiqi hərbi xidmətdə olan əsgər Aşurov Mərdəli Fərhad oğlunun rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, tələbələr və məktəblilər iştirak etmişdir. Tədbirdə çıxış edənlər əsgər Mərdəli Aşurovun Kəlbəcər rayonunun Günəşli kəndində öz doğma evlərini ziyarət etmək istəyən Kəlbəcər sakinlərini müşaiyət edərkən ərazidəki tank əlehinə minanın fərqinə vararaq həmin şəxslərə xəbərdarlıq etməsindən və onları son anda ölümdən xilas etməsindən danışmışdır. Əgər bu mina aşkar edilməsəydi, həmin yolun üzərindən keçmək üçün yaxınlaşan avtobus partlayacaqdı, avtobusda olan iyirmi nəfərin təxribatdan sağ çıxma ehtimalı isə demək olar ki yox idi. Tədbirdə əsgər Mərdəli Aşurova Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən fəxri fərman və qiymətli hədiyyələr, həmçinin YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova tərəfindən də hədiyyələr təqdim edilmişdir. Azərbaycan əsgəri işğal olunan Vətən torpaqlarını azad etdiyi kimi, oraya qayıdan insanların təhlükəsizliyini də təmin edir. Rayon ictimaiyyəti Mərdəli Aşurovun bu nümunəvi hərəkətini yüksək qiymətləndirir.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Brandenburq Texniki Universitetində (BTU) səfərdədir. Səfər çərçivəsində magistratura səviyyəsində maşınqayırma mühəndisliyi və metallurgiya mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramı haqqında müqavilə imzalanıb. Müqaviləni AzTU-nun rektoru, professor Vilayət Vəliyev və BTU-nun prezidenti, professor Gezine Grande imzalayıblar. İmzalanma mərasimindən sonra AzTU-nun rektoru Vilayət Vəliyev və BTU-nun prezidenti Gezine Grande müqavilənin 10 ildən artıq davam edən əməkdaşlığın nəticəsi olduğunu bildiriblər. Sənədin hər iki ali təhsil müəssisəsi üçün faydalı olacağı vurğulanıb, ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub. Qeyd edək ki, nümayəndə heyətində Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev də iştirak edib. Yaqub Piriyev Almaniyanın mühəndis təhsilinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu müqavilə Almaniya universitetləri ilə imzalanan ilk ikili diplom müqaviləsidir. O da qeyd olunub ki, Təhsil Nazirliyi Almaniya universitetləri ilə ikili diplom proqramlarına böyük əhəmiyyət verir. Daha sonra nümayəndə heyəti universitetin kampusu və laboratoriyaları ilə tanış olub. Həmçinin AzTU-nun məzunları olan, BTU-da magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələrin tədqiqat hesabatları dinlənilib və perspektiv imkanlar barədə müzakirələr aparılıb. Nümayəndə heyətinin səfəri davam edir.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı çərçivəsində Rusiyadan ölkəmizə səfər edən bir qrup diaspor nümayəndəsi bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Təşkilat sədri Fatma Səttarova ilə görüşən diaspor nümayəndələri Rusiyada gördükləri işlər, həyata keçirdikləri layihələr haqqında məlumat verib, birgə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Görüşdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqlara Təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verib, onları görülən işlərlə tanış edib.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rasim Mirzəyevin müəllifi olduğu “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının və eyniadlı bukletin təqdimat mərasimi keçirilib. Tədbirdə müxtəlif kateqoriyalı veteranlar, ziyalılar, media təmsilçiləri, vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində çap edilən kitabda 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının, Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlar, xalqın, dövlətin və ordunun ali amal uğrunda bir yumruq kimi birləşməsi faktı maraqlı təhlil və nümunələrlə əks olunub. Tədbir giriş sözü ilə layihə rəhbəri, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının müəllifi, dövlət qulluğunun baş müşaviri Rasim Mirzəyev açıb. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, ordu ilə ciddi həmrəylik sərgilədiyini vurğulayan layihə rəhbəri, 8 Noyabr zəfərinin məhz bu birlik nəticəsində əldə edildiyinə diqqət çəkib. Rasim Mirzəyev qeyd edib ki, cəmiyyətdə vətənpərvərlik ruhunun qorunub saxlanılması, post-müharibə dönəmindən sonra qarşıya qoyulan məqsədlər nail olunması, dövlətimizin hərtərəfli inkişafının təmin edilməsi üçün 44 günlük Vətən müharibəsi dövrünün xalq-dövlət-ordu birliyi bundan sonra da davam etdirilməli, bu birlik və onun önəmi yeniyetmə və gənclər arasında təbliğ edilməlidir. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilaıtnın sədr müavini, polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sadəcə hərbi müstəvidə deyil, həm də diplomatik müstəvidə böyük uğurlara nail olduğuna, cəmi 44 gün ərzində xalqımızı qələbəyə qovuşdurduğuna diqqət çəkdi. Cəlil Xəlilov bildirdi ki, məhz dövlət başçısının siyasi peşəkarlığı sayəsində heç bir kənar müdaxilənin təsiri olmadan müharibəni qələbə ilə başa vurmaq mümkün oldu. 44 günlük Vətən müharibəsindəki xalq-dövlət, xalq –ordu birliyindən bəhs edən “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının mühüm təbliğati əhəmiyyətə malik olduğunu vurğulayan Cəlil Xəlilov, veteran təşkilatı olaraq bundna sonra da yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi baxımından işləri davam etdirəcəklərini qeyd edib. Tədbirdə çıxış edən şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova 30 ilə yaxın müddətdə erməni işğalı altında qalan torpaqların məhz xalqın Ali Baş Komandanı, ordusu ilə sərgilədiyi birlik sayəsində, şəhidlərin qanı, qazilərin rəşadəti hesabına azad edildiyinə diqqət çəkib. Nəcibə Axundova qeyd edib ki, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanların bir çoxunun heç vaxt Qarabağı görməyən, bu torpaqlarda olmayan insanlar olması faktı, ölkəmizdə vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunun ən böyük isbatıdır. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində çap edilən kitabın böyük qələbəyə, onun səbəb və nəticələrinə həsr olunduğunu bildirən Nəcibə Axundova, milli şüurun möhkəmlənməsi, tarixi həqiqətlərin gənclər arasında təbliği baxımından sözügedən kitabın mühüm əhəmiyyətə malik olduğunu bildirib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezidenti Sərraf Orucov da “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının önəmindən bəhs edib. Kitabın uşaq və yeniyetmələr, gənclər tərəfindən böyük maraqla qarşılanacağını bildirən Sərraf Orucov, kitabın məktəblilər üçün əlavə ədəbiyyat kimi də faydalı olacağını qeyd edib. O, vurğulayıb ki, gələcəkdə də bu kimi təşəbbüslər dəstəklənməli, cəmiyyətdə vətənpərvərlik tərbiyəsi baxımından işlər davam etdirilməlidir. Tədbirdə çıxış edən ziyalılar, vətəndaş cəmiyyəti institutunun nümayəndələri “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabının əhəmiyyətindən danışıb, belə kitablara ciddi ehtiyac olduğunu vurğulayıblar. Tədbir həm də məktəblilər tərəfindən vətənpərvərliklə bağlı səsləndirilən maraqlı şeirlərlə yadda qalıb. Tədbirin sonunda xatirə şəkli çəkilib. Məlumat üçün qeyd edək ki, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabı 450, eyniadlı buklet isə 700 nüsxədə çap edilib və onların bir hissəsi təqdimat mərasimində tədbir iştirakçılarına paylanılıb. Layihə çərçivəsində daha geniş auditoriyada tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, bu gün Quba şəhər Mədəniyət Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə zona konfransı keçirilib. Zona konfransında Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və rayonun digər rəhbər işçiləri, aidiyyati qurumların nümayəndələri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndən əmək, müharibə və Silahlı Qüvvələr veteranları, o cümlədən 44 günlük Vətən müharibəsi qaziləri, tələbə və ziyalılar, Sərhəd Qoşunlarının, Müdafiə Nazirliyinin nümayəndələri iştirak edib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Konfransı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov açıb. Konfrans iştirakçılarını salamlayan Cəlil Xəlilov, dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, veteran və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Həssas kateqoriyadan olan vətəndaşlara dövlət qayğısı fonunda Quba Rayon İcra Hakimiyyətinin gördüyü işlərə, həyata keçirdiyi layihələrə toxunan polkovnik Cəlil Xəlilov, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara cəmiyyətdə də böyük ehtiram göstərildiyini vurğulayıb. 44 günlük Vətən müharibəsində veteranların, o cümlədən hər bir vətəndaşın Ali Baş Komandan ətrafında sıx birləşdiyini bildirən Cəlil Xəlilov, bu gün də veteranların Azərbaycan Respublikasının Prezidenti ətrafında sıx birləşməsinin zəruriliyini qeyd edib. Sədr müavini bildirib ki, son vaxtlar bəzi veteranların daşıdıqları statusdan sui-istifadəyə cəhd etməsi, dövlət qurumlarına təyziq göstərməyə çalışması, əsassız tələb və iddialar səsləndirməsi müşahdiə edilir ki, bu da təəssüf doğurur. Polkovnik qeyd edib ki, hər bir tələb və iddia qanuna əsaslanmalı, yalnız və yalnız hüquqi müstəvidə həll edilməlidir. Bu kimi neqativ halların cəmiyyətdə veteranlar haqqında mənfi fikirlərə yol aça biləcəyini söyləyən Cəlil Xəlilov, belə hallara qarşı birgə mübarizə aparmağın zəruriliyini qeyd edib: “Veteranlarımız sadəcə bu kimi neqativ hallara qarşı mübarizə aparmaqla kifayətlənməməli, həm də cəmiyyətdə vətənpərvərlik ruhunun güclənməsi, 44 günlük Vətən müharibəsi qəhrəmanlarının tanıdılması, gənc və yeniyetmələr arasında hərbi vətənpərvərlik tərbiyəsinin güclənməsi baxımından da fəal iş aparmalıdır. Müharibə dönəmində cəbhədə böyük qəhrəmanlıqlara imza atan gənclərim respublikamızın sosial-iqtisadi həyatında, o cümlədən Qarabağda aparılan böyük yenidənqurma işlərində də fəal olmalı, ön cəbhəəki qəhrəmanlıqlarını arxa cəbhədə öz əməkləri ilə təkrarlamalıdırlar”. Daha sonra çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial layihələrdən, şəhid ailələrinə, müharibə əlillərinə, veteran və qazilərə göstərilən diqqət və qayğıdan bəhs edib: “44 günlük Vətən müharibəsində Azərbaucan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük qələbəyə, şanlı zəfərə imza atdı. İşğalçı erməni ordusu darmadağın edilərək rüsvayçı məğlubiyyətə uğradıldı. Bununla da Azərbaycan Respublikaısnın ərazi bütövlüyü təmin edildi. Hər zaman şəhid ailələrinin, müharibə veteranlarının yanında olan dövlət başçısı post-müharibə dönəmində də vətənin azadlığı uğrunda şəhid olanların ailələri, müharibə iştirakçıları ilə həmrəylik sərgilədi. Bu həmrəylik bu gün də davam edir. Şəhid ailələrinin, veteranların sosial problemlərinin həlli istiqamətində böyük layihələr həyata keçirilir. Bu baxımdan, Quba rayonunda da bir sıra mühüm işlər həyata keçirilir. Buna nümunə olaraq Quba rayonunda Azərbaycan-Türkiyə qardaşlıq parkının, o cümlədən “Media şəhidləri” parkının salınmasını göstərmək olar. Hava şəraitindən asılı olaraq, bəzi dərslərini məhz bu parklarda keçiilir. Azərbaycan-Türkiyə qardaşlıq parkında həm Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, həm Türkiyə xalqının böyük oğlu Mustafa Kamal Atatürkün, o cümlədən hər iki qardaş dövlətin hazırkı dövlət başçılarının kəlamları yer alır. Bu park uşaq və yeniyetmələrə, gənc nəslə Azərbaycan-Türkiyə dostluğunu təbliğ edir. Yaxın günlərdə şəhid ailələrinin həyətlərinin abadlaşdırılması, onların evlərinə gedən yolların asfaltlaşdırılması prosesinə başlanılacaq. Şəhid ailəlrinin, veteranların problemlərinin həll edilməsi, onların sosial rifahının yüksəldilməsi bizim üçün prioritetdir və bu istiqamətdə bütün imkanlardan bundan sonra da maksimum istifadə olunacaq”. Konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev xalqımızın Azərbaycan Respublikaısnın Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi uğura imza atdığını vurğuladı: “44 günlük Vətən müharibəsi və bu müharibədə ədlə edilən qələbə sadəcə Azərbaycanın deyil, türk dünyasının ən şanlı qalibiyyətlərindən biridir. Azərbaycan Ordusu, Azərbaycan xalqı bu zəfərlə 200 illik erməni işğalına layiqli cavab verdi. Azərbaycan öz tarixi torpaqlarını erməni faşizmindən azad etməklə ərazi bütövlüyünü təmin etdi. Tarixi və hüquqi ədalət şanlı Azərbaycan Ordusunun cəsarəti və rəşadəti nəticəsində təmin edildi. Bu gün Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə, veteran və qazilərə dövlət tərəfindən mütəmadi qayğı göstərildiyi, onların sosial rifahının yüksəldilməsinin dövlət siyasətimizin prioritet istiqamətlərindən bir olduğu hər kəsə məlumdur. Məlum kateqoriyadan olan vətəndaşlarımızın mənzil, avtomobil, sosial müavinətlərl təmin edilməsi, çoxsaylı güzəştlərdən yararlanması faktı buna nümunədir. Lakin təəssüflə qeyd etməliyik ki, bu gün bəzi veteranlar, o cümlədən veteran adı daşıyan təşkilatlar əsassız iddia və tələblərlə çıxış edir, ictimai maraqlardan daha çox öz şəxsi maraqlarının müdafiəsinə çalışırlar. Təbii ki, bu kimi hallar cəmiyyətdə də narazılıq doğurur, veteran statusunun aliliyinə, müqəddəsliyinə kölgə salır. Hər bir veteran bu kimi arzuedilməz hallara qarşı mübarizə aparmalı, dövlətimizin şəhid ailələri, veteranlarla bağlı siyasətinə kimlərinsə kölgə salmasına imkan verməməlidir”. Konfransda çıxış edən şəhid ailələrinin nümayəndələri, müharibə əlilləri, 44 günlük Vətən müharibəsi iştirakçıları, QHT təmsilçiləri dövlətin şəhid ailələri və veteranlara dəstəyini yüksək qiymətləndirdiklərini, hər zaman olduğu kimi bundan sonra da milli maraqların keşiyində ayıq-sayıq dayanacaqlarını vurğulayıblar. Konfrans əsnasında şəhid ailərinin nümayəndələri, o cümlədən veteranlar həm də onları düşündürən, narahat edən məqamlara toxunub, üzləşdikləri problemlərdən birgə həll yollarının müzakirəsinə qoşulublar. Şəhidlərin adlarının əbədiləşdirilməsi, onların göstərdiyi qəhrəmanlıqların təbliği istiqamətində də çoxsaylı təkliflər səsləndirilib. Daha sonra konfrans diskussiya formasında davam edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ondan çox şəhid anasının, müharibə veteranının suallarını cavablandırıb, onların müxtəlif məsələlərlə bağlı səsləndirdiyi təkliflər dinlənilib, ümumiləşdirmələr aparılıb. Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev konfransdan sonra şəhid ailələri və müharibə iştiraçkılarının təmsil olunduqları QHT-lərin nümayəndələri ilə görüşüb.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin işçiləri, şöbə müdiri, e/o polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 22 aprel 2022-ci iltarixində Bakı şəhəri Nəsimi rayonunda yerləşən 111 saylı tam orta məktəbdə tədbirdə iştirak ediblər. Tədbir Böyük Vətən Müharibəsinin qələbə ilə başa çatmasında Azərbaycan xalqının rolu və Qarabağ torpaqlarının işğaldan azad olunmasında ordu-xalq birliyinə həsr edilmişdir. Tədbirdə BVM-si veteranı Ağababa İskəndərov, Nəsimi rayon VT –nın sədri Validə Vəliyeva, məktəbin direktoru Jalə Hacıyeva, şagird və müəllim kollektivi iştirak etdilər. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açdı. O, qonaqları tədbir iştirakçılarına təqdim etdi. Vətən, torpaq ugrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha sonra söz BVM-si veteranı Ağababa İskəndərova verilib. Ağababa İskəndərova keçdiyi şərəfli döyüş yolundan şakirdlərə bəhs edib. Vətənimizi, torpaqlarımızı, xalqımızı sevməyi onlara tövsiyə etdi. Sonra söz Adil Haqverdiyevə verildi.O, çıxış edərək bildirdi ki, BVM –nin qələbə ilə başa çatmasında xalqımızın misilsiz xidmətləri olmuşdur: “Alman faşistlərinin böyük hərbi planlarından biri Bakını işğal etmək və neft buruqlarını ələ keçirmək idi.Qəhrəman döyüşçülərimiz faşistlərin arzusunu gözlərində qoydular. Müharibənin sonuna qədər ordu neftlə təmin olundu. Qələbədən sonra mütəxəssislər dəfələrlə etiraf etmişdilər ki, Bakı nefti olmasaydı, bəlkə də qələbə çalmaq mümkün olmayacaqdı. Ön və arxa cəbhənin birgə fədakarlığı qələbəni təmin etdi. Şanlı tarixi olan bir xalqın torpağına göz tikmək sadəcə ağılsızlıqdır.Uzun illərin sülh danışıqlarına məhəl qoymayan düşmən, Müzəffər Ordumuzun gücü qarşısında 44 gün ərzində darmadağın olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Mən çıxışımın sonunda bir daha torpaq uğrunda həlak olanlara, şəhidlərə uca Allahdan rəhmət diləyirəm!” Tədbirin sonunda xatirə şəkli çəkildi.
Hamısını oxu