Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin tövsiyəsinə uyğun olaraq Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhid futbolçular İlqar Bürcəliyevin və Şöhrət Əliyevin əziz xatirəsinə həsr olunmuş Uşaq Gənclər İdman Məktəbləri arasında mini futbol növü üzrə Gəncə şəhər birinciliyi keçirilmişdir. Birinciliyin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, şəhid İlqar Bürcəliyevin əmisi teatrşünas-tənqidçi Anar Bürcəliyev , şəhid Şöhrət Əliyevin qardaşı Sadiq Əliyev, Vətən müharibəsi qazisi Tural Xanəliyev çıxış edərək, qəhrəman Şəhidlərimizin döyüşdəki igidliklərindən və şücayətindən bəhs edərək, onların simasında bütün şəhidlərimizə Allahdan rəhmət diləmişlər və yarışda iştirak edən komandalara uğurlar arzulamışlar. 2009-2010-cu il təvəllüdlü yeniyetmələrin 8 komandanın tərkibində iştirak etdiyi yarışda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin komandası 1-ci yerə, 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin komandaları isə 2-ci və 3-cü yerlərə layiq görülmüşdür. Sonda Qaliblər Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlarla təltif edilmişdir.
Hamısını oxu
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. APA xəbər verir ki, Sərəncamla 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1 500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Bu Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,5 milyon manat vəsait ayrılacaq. Maliyyə Nazirliyi bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etməlidir.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 28 ildən sonra Ermənistan işğalından azad olunan Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə "Məclisi Fəramuşan" şairlər məclisinin rəsmi açılışı olub. Açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyi, hər iki ölkənin Yazıçılar Birliyi nümayəndələri, habelə şairləri iştirak ediblər. İlk öncə Azərbaycan şairləri, Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndələri Molla Pənah Vaqifin məqbərəsi ziyarət olunmuş, şairin, habelə Xurşidbanu Natəvanın büstlərinin qarşısına gül-çiçək dəstələri qoyulmuşdur. Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki əsrdən sonra Türk dünyasının böyük elm, mədəniyyət, ədəbiyyat, poeziya mərkəzi sayılan Azərbaycan və Özbəkistan arasında bərpa olunan "Məclisi Fəramuşan" poeziya məclisi layihəsi haqqında məlumat verib, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin əhəmiyyəti barədə danışıb. Samir Abbasov hər iki ölkənin mədəniyyət, ədəbiyyat nümayəndələrinin tarixi Şuşa şəhərində bir araya gəlməsi, dünyaya böyük mədəniyyətimiz, sənətimiz, qardaşlığımız və birliyimizi göstərmək və ədəbiyyat sahəsində gözəl əməkdaşlıq platformasını ortaya qoymasını mühim amil və təqdirəlayiq hal kimi dəyərləndirib. Diplomat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ilin "Şuşa ili" elan olunduğunu və bu məqsədlə çoxsaylı layihələrin həyata keçirildiyini bildirib. Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Ermənistan işğalından azad olunan Şuşamızın mədəni həyatının get-gedə canlandığını, azad olunan Şuşaya yenidən mədəniyyətimizin qayıtdığını qeyd etdi. Prezident İlham Əliyev tərəfindən Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan olunduğunu qeyd edən A. Marifli 2023-cü ili TÜRKSOY tərəfindən Şuşanın Türk mədəniyyətinin paytaxtı elan olunduğunu, Türk dünyasının qəlbinin Şuşada döyünəcəyini söyləyib. Akif Marifli keçiriləcək şairlər məclisinin əhəmiyyəti və bu kimi layihələrə Mədəniyyət Nazirliyi tərəfindən lazımi dəstəyin göstərildiyini vurğulayıb. Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu ədəbiyyatımızın dünyada tanıdılması ilə bağlı görülən işlərdən danışıb, ədəbiyyatın hər zaman Türk dünyasının mədəni həyatında rolunun mühim əhəmiyyət kəsb etdiyini qeyd edib. S. Babullaoğlu keçirilən bu beynəlxalq tədbirin şairlərimiz arasında ədəbi əlaqələrin genişlənməsi, təcrübə mübadiləsinin aparılması, birliyimiz və həmrəyliyimiz üçün gözəl imkanlar açdığını söyləyib. Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Məcid xalqlarımız, dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində dostluq və qardaşlığımızın daha da möhkəmləndiyini bildirib. O, Qarabağın, Şuşanın hər guşəsində, daşında Türk mədəniyyətinin nişanələrinin göründüyünü, Şuşanın həqiqətən də zəngin mədəniyyətə, sənətə, ədəbiyyata malik olduğunu qeyd edib. Şuşada Azərbaycan xalqının zəngin mədəniyyət yaratdığını vurğulayan Qayrat Məcid 2023-cü ildən Türk dünyası üçün əhəmiyyətli olacağını, hər bir insanımız mədəniyyət paytaxtı, sənət məbədi olan Şuşaya həsr olunmuş tədbirlərin şahidi olacaqlar. Açılışda filologiya elmləri üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Qarabağda XIX-XX əsrlərdə mövcud olmuş şairlər məclisinin tarixi haqqında məlumat vermişdir. Daha sonra "Məclisi Fəramuşan" Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə davam edib. Azərbaycanın xalq şairi Nəriman Həsənzadə, şair İlqar Fəhmi, Sayman Aruz, özbək şair Qayrat Məcid, tərcüməçi-ədəbiyyatşünas alim Babaxan Şərifin də iştirakı ilə Vətən, Qarabağ, ədəbiyyat, sənət, Türk dünyası, birlik, həmrəylik mövzusunda şeirlər səsləndiriblər. Qeyd edək ki, şairlər məclisinin Azərbaycan Dövlət Televiziyası tərəfindən videoçəkilişləri aparılıb və "Körpü" verilişində yayımlanacaqdır. Qonaqlar səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə nümayəndəliyində olmuş və keçirilən tədbir, mədəniyyət, ədəbiyyat sahəsində həyata keçiriləcək işlər, layihələrə dair fikir mübadiləsi aparmışlar.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Bayramov Bayraməli Səfər oğlu vəfat edib. Bayraməli Bayramov İkinci Dünya müharibəsi zamanı faşist istilasına qarşı qəhrəmancasına mübarizə aparmış, döyüşlərdə göstərdiyi igidliklərə görə hərbi komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Bayraməli Bayramovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı, 1926-cı ildə Astara rayonunun Pensər kəndində anadan olan Qasımov Abdulla Həsən oğlu vəfat edib. Müharibə dönəmində faşist işğalçılarına qarşı cəsarətlə döyüşən, çoxsaylı yaşayış məntəqələrinin işğaldan azad edilməsində yaxından iştirak edən Abdulla Qasımov, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə bir sıra orden və medallarla təltif edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Abdulla Qasımovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin işçiləri,şöbə müdiri e/o polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 19 aprel 2022-ci il tarixində Bakı şəhəri Pirallahı rayonunda tədbirdə iştirak etmişlər.”Gənclər bizim gələcəyimizdir” adlı tədbir Pirallahı rayonunda yerləşən 168 saylı tam orta məktəbdə keçirilmişdir. Baş tutan tədbirdə Pirallahı rayon İcra Hakimiyyətinin İctimai əlaqələr və Hümanitar şöbə müdiri Abdullayev Azər, Pirallahı rayon Vətən müharibəsi iştirakçılari ilə iş şöbəsinin müdiri Məmmədov Süphay, rayon VT-nın sədri Şirinov Xəqani, məktəbin direktoru Mansırova Mehparə, 44 günlük Vətən müharibəsi iştirakçıları, şagird və müəllim kollektivi iştirak etmişdilər. Tədbiri Azər Abdullayev açdı. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndi, daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldı. İlk önncə çıxış üçün söz e/o polkovnik Adil Haqverdiyevə veridi. O, Təşkilatın sədri Fatma Xanım Səttarovanın və sədrin müavini, e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Haqvürdiyev keçdiyi döyüş yolundan, həyat gənc nəslə danışdı. O, bildirdi ki, vətənini, torpağını, xalqını sevmək dildə yox, hər kəsin əməlində olmalıdı: “Bu gün sizlərin qarşısında bir məqsəd olmalıdir - müəllimlərin verdikləri tapşırıqları yerinə yetirib, əla oxumaq.Məktəb sizin gələcəyinizin təməlidir. Təməl nə qədər möhkəm olsa, gələcəyiniz daha parlaq olacaq. Mən çıxışımın sonunda xalqımızı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyə dəvət edirəm. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə,veteranlarımıza cansağlığ diləyirəm. Daha sonra 44 günlük Vətən müharibəsi iştirakçısı Məmmədov Süphay çıxış etdi. Tədbirin sonunda xatirə şəkli şəkildi.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Azərbaycan idmanının görkəmli simalarından olan Firdovsi Umudova polkovnik, Hacı Əliyevə kapitan rütbəsi verilib. Firdovsi Umudov bu barədə sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir: “Əziz dostlar, aprelin 16-da son dövrdə milli və beynəlxalq idman yarışlarında böyük nailiyyətlər qazanmış “Sərhədçi” İdman-Olimpiya Mərkəzinin idmançıları ilə görüş keçirilib. Dövlət Sərhəd Xidməti (DSX) yarışlarda fərqlənmiş idmançılarını mükafatlandırıb. Dövlət Sərhəd Xidmətinin rəisi, cənab general polkovnik Elçin Quliyevin əmrinə müvafiq olaraq həm idmançı, həm əməkdar məşqçi, həm də zabit kimi mənə polkovnik, üçqat dünya, üçqat avropa çempionu, olimpiya mükafatçısı Hacı Əliyevə isə vaxtından əvvəl kapitan hərbi rütbələri verildi. Bu mənada həm öz adımdan, həm də "Sərhədçi" İdman-Olimpiya Mərkəzinin yetirmələri və ya sərhədçi idmançılar adından Dövlət Sərhəd Xidmətinin rəisi, cənab general polkovnik Elçin Quliyevə dərin təşəkkürlərimi ifadə edirəm. Gələcək fəaliyyətimdə də bu etimadı doğruldacağıma söz verirəm. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, idman sahəsində də olduqca səmərəli, effektiv işlər görülür, böyük uğurlara imza atılır. Bütün bunlar isə müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın idman sahəsinə və idmançılara göstərdikləri qayğının ən bariz təzahürləridir. Ölkə başçımıza və Birinci vitse-prezidentimizə idmançılara verdikləri böyük dəstək və stimuldan dolayı minnətdarlığımı bildirirəm. İdmançıların işinə, zəhmətinə verilən qiymət biz idmançıların üzərinə həm də daha böyük məsuliyyət qoyur. Bundan sonra da istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda keçiriləcək idman yarışlarında üçrəngli şanlı Azərbaycan bayrağını ən uca zirvələrdə dalgalandırmaq, himnimizi səsləndirmək kimi şərəfli missiyamızı qürurla yerinə yetirəcəyik. Mən hər zaman istər idmançı və məşqçi, istərsə də zabit kimi dövlətimə, xalqıma və Ali Baş Komandanıma sədaqətlə xidmət etmişəm və bundan sonra da bu yolla davam edəcəyəm. Azərbaycan idmançilarının ay-ulduzlu, üçrəngli şanlı Azərbaycan bayrağını işğaldan azad edilən Qarabağ torpaqlarında dalğalandırmaq arzusu ilə bizə dəstək və təbrik ünvanlayan hər kəsə təşəkkür edirəm. Azərbaycan Respublikasına xidmət edirəm!” P.S.Hər iki idmançını bu münasibətlə təbrik edir, onlara gələcək fəaliyyətində uğurlar arzulayırıq! Seymur ƏLİYEV
Hamısını oxu
İməclikdə minə yaxın insan iştirak edib Yazın gəlişi ilə əlaqədar aprelin 16-da Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ümumşəhər iməciliyi keçirilib. Veteran.gov.az Azərtac-a istinadən məlumat verir ki, aksiyanın keçirilməsində məqsəd ölkəmizin turizm mərkəzlərindən olan qədim Şəki şəhərini təmiz saxlamaq və şəhər sakinlərini buna təşviq etməkdir. İməcilik zamanı şəhərin küçə və prospektlərində, meydanlarda, parkların ərazisində abadlıq və təmizlik işləri aparılıb. Yol kənarları səliqəyə salınıb, yaşıllıqlara, ağaclara aqrotexniki qaydada qulluq olunub. İməcilikdə şəhərdə fəaliyyət göstərən idarə və təşkilatların əmək kollektivləri yaxından iştirak ediblər. Ümumilikdə, aksiyaya minə yaxın insan cəlb olunub. Bu cür aksiyaların davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
Hamısını oxu
Aprelin 15-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Nəsillərin görüşü” adlı zona konfransı keçirilib. Konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Şəki şəhərinin və ətraf rayonların veteran və ziyalıları, o cümlədən Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak ediblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov açaraq, xalqımızın, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından bəhs edib. Polkovnik qeyd edib ki, müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşən Azərbaycan xalqı, qəhrəman ordumuz cəmi 44 gündə Ermənistan ordusunu darmadağın edərək, ərazi bütövlüyümüzün təmin edilməsinə nail olub. Dövlətin veteranlara, müharibə əlillərinə, Vətənin müdafiəsində bu və ya digər dərəcədə iştirak edən şəxslərə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan polkovnik Cəlil Xəlilov, cəmiyyətdə narahatlıqla qarşılanan bəzi məqamlara da diqqət çəkib. Bəzi şəxslərin müharibə iştirakçısı statusundan süni şəkildə istifadə etməyə çalışdığını, dövlət qurumlarına təzyiq göstərməyə cəhd etmək, əsassız iddia və tələblər səsləndirməklə qazi adına yaraşmayan əməllərə imza atdığını diqqətə çatdıran Cəlil Xəlilov qanunun hamı üçün bir olduğunu bildirib, həmin şəxsləri hüquqi əsası olmayan tələblər irəli sürməkdən çəkinməyə çağırıb. Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Azərbaycan xalqının dövlətimizin başçısının rəhbərliyi altında 44 günlük Vətən müharibəsində böyük əzm və mübarizlik sərgilədiyini bildirib. Qeyd olunub ki, Azərbaycan Ordusu xalqın dəstəyi ilə qısa zamanda işğalçı Ermənistan ordusunu darmadağın edərək, dövlətimizin ərazi bütövlüyünü, xalqımızın təhlükəsizliyini qorumağa qadir olduğunu sübut edib. Dövlətin şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara böyük qayğı göstərdiyini diqqətə çatdıran icra başçısı, həmin kateqoriyadan olan vətəndaşlarla bağlı böyük sosial layihələrin həyata keçirildiyini, bu təşəbbüslərin cəmiyyətdə məmnunluqla qarşılandığını bildirib. Bəzən sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən dövlətimizə qarşı əsassız iddia və tələblər səsləndiyini təəssüflə qeyd edən Elxan Usubov, bu cür qərəzli iddialara qarşı hər kəsin, o cümlədən müharibə veteranlarının, qazi və əlillərin birgə mübarizə aparmalarının vacib olduğunu söyləyib. Konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev 44 günlük Vətən müharibəsinin dünya hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atdığını bildirib. Sektor müdiri dövlətin şəhid ailələrini, veteranları, müharibə əlillərini daim diqqət mərkəzində saxladığını qeyd edib. Vüsal Quliyev, həmçinin bəzi şəxslərin və veteran adı daşıyan təşkilatların bu statusdan sui-istifadə cəhdlərini də qınayıb, bu cür hallara qarşı birgə mübarizənin vacibliyinə toxunub. Sektor müdiri bildirib ki, veteranlar müharibədə olduğu kimi, bu sahədə də aktiv olmalı, milli maraqların, dövlətin və dövlətçiliyin keşiyində dayanmalıdırlar. Vüsal Quliyev veteran təşkilatlarına bu cür görüşlərin mütəmadi təşkil olunmasını, veteran təşkilatlarının beynəlxalq veteranlar hərəkatında daha aktiv iştirak etmələrini tövsiyə edib. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələrin İctimai Birliyinin Şəki filialının sədri, Qarabağ müharibəsi əlili Məmmədnuru Əzizov, Əfqanıstan və Birinci Qarabağ müharibəsi veteranı Adil Musayev, Vətən müharibəsi qazisi Asif Məmmədəliyev də çıxışlarında dövlətin veteranlara qayğısından razılıqla bəhs edib, veteran adından, qazi statusundan sui-istifadə cəhdlərini qınayıblar. Tədbirin ikinci hissəsi aktiv diskussiya şəraitində keçib. Konfransda çıxış edən 44 günlük Vətən müharibəsi qaziləri dövlətin həssas təbəqə ilə bağlı sosial siyasətini, şəhid ailələrinə, veteran və müharibə əlillərinə göstərdiyi qayğını yüksək qiymətləndirib, dövlətimizin başçısına öz təşəkkürlərini bildiriblər. Eyni zamanda, üzləşdikləri neqativ hallarla bağlı şikayətlərini də dilə gətirən qazilər, xüsusilə əlilliyin təyinatı ilə bağlı məsələlərdə bəzi hallarda süründürməçilik və qeyri-obyektivliklə qarşılaşdıqlarını vurğulayıblar. Polkovnik Cəlil Xəlilov rəhbərliyində təmsil olunduğu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının neqativ hallarla üzləşən veteranlara yardım etməyə, onların şikayət və narazılığını, təklif və iradlarını əlaqədar qurumlara çatdırmağa hazır olduğunu bildirib. Tədbir iştirakçıları sonda ulu öndər Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdiriblər.
Hamısını oxu
Nazirliyin mətbuat xidmətindən Bakusport.az saytına verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Yığıncaqda ARKOF-un son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib, qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, federasiya rəhbərliyinə seçkilər keçirilib. Şahin Mövsümov yenidən federasiyanın prezidenti seçilib. Həmçinin Seymur Qurbanov federasiyanın vitse-prezidenti, Tural Seyidov, Zemfira Qəhrəmanova və Natiq Fazilov İdarə Heyətinə üzv seçiliblər. Tədbirin sonunda Ş.Mövsümov çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.
Hamısını oxu
Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlət başçısı müşavirədə bir çox məsələlərlə yanaşı, ordudakı islahatlara da toxunub, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayının artırıldığını, bu prosesin davam etdiriləcəyini bildirib. Veteran.gov.az xəbər verir ki, bununla bağlı Azərtac-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov aparılan islahatların Azərbaycanın müdafiə qabiliyyətini daha da artıracağını vurğulayıb: “Dövlət başçısı müşavirədəki çıxışında bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırılıb və bu proses gələcəkdə də davam edəcək. Ordudakı son islahatlarla bağlı diqqət çəkən məqamlardan biri də yeni qoşun növünün - Komando növünün yaradılması ilə bağlıdır. Ali Baş Komandan müşavirədə komandoların sayını ildən-ilə artıracağını bildirdi. Hesab edirəm ki, bu islahatlar əsasən 44 günlük Vətən müharibəsinin nəticə və gedişatından qaynaqlanır. 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələr işğalçılar üçün əsl kabusa çevrildi, erməni faşizminin məğlub edilməsində mühüm rol oynadı. Məhz bu baxımdan Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin artırılması, onların təchizatının, döyüş hazırlığının daha da yüksəldilməsinə xüsusi diqqət yetirilir. Komanda qoşun növünün yaradılması gerçəyi də məhz bu amillə əlaqədardır”. Polkovnik qeyd edib ki, Azərbaycanın maliyyə imkanları, iqtisadi gücü istər Xüsusi Təyinatlı Qüvvələrdə, istərsə də Komanda qoşun növündə xidmət edən əsgərlərin sayının artırılmasına, onların təchizatının daha da gücləndirilməsinə imkan verir: “Ali Baş Komandan açıq şəkildə qeyd etdi ki, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin artırılması bundan sonra da həyata keçiriləcək və hərbi məsələlərin həlli üçün nə qədər maliyyə vəsaiti lazımdırsa, o qədər də vəsait ayrılacaq. Yəni hərbi məsələlərin həlli, ordudakı islahatların davam və inkişaf etdirilməsi üçün heç bir maliyyə problemi yoxdur. Dövlətimizin maliyyə imkanları, iqtisadi gücü bu islahatların dərinləşməsinə imkan verir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə biz daha güclü, daha qüdrətli orduya sahib olacağıq”.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, aprelin 12-də Azərbaycan Texniki Universitetində (AzTU) "Caspian Energy Club"un təşkilatçılığı ilə "B2G Forum" keçirilib. Forumda universitet nümayəndələri və sahibkarlar iştirak edib. Forumun moderatoru “Caspian Energy Club”un idarə heyətinin sədri və baş icraçı direktoru Telman Əliyev klubun fəaliyyəti haqqında qonaqlara məlumat verib. Qeyd edib ki, "B2G Forum"un fəxri qonağı AzTU-nun rektoru Vilayət Vəliyevdir. Məqsəd universitetlə sahibkarların işbirliyini inkişaf etdirmək, əmək bazarının tələblərinə cavab verən kadr hazırlanması istiqamətində təkliflər verməkdir. Daha sonra AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə görülən işlər və həyata keçirilən yeniliklər haqqında təqdimatla çıxış edib. Bildirib ki, belə görüşlərin keçirilməsi universitet-sənaye işbirliyi əsasında ideyaların biznesə çıxışı üçün əhəmiyyətlidir. Rektor AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyası barədə də məlumat verib. İnkişafla yanaşı çatışmazlıqları da diqqətə çatdıran rektor innovasiyaların tətbiqində mövcud olan problemləri qeyd edib. Forum çərçivəsində AzTU-nun rektoruna “Caspian Energy Club”un fəxri üzvlük sertifikatı təqdim olunub. Rektor daha sonra sahibkarların suallarını cavablandırıb. Sahibkarlar universitetdə tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsi üçün yeni tədqiqat mərkəzlərinin, laboratoriyaların və texnoparkların yaradılması istiqamətində AzTU ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər. Forumdan sonra qonaqlar universitetin laboratoriyaları və institutlarının fəaliyyəti ilə tanış olub.
Hamısını oxu