Ən son xəbərlər
26-28 fevral 2022-ci il tarixlərində, Bakı İdman Sarayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyası tərəfindən “Şuşa ili”nə həsr edilmiş, Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında 26-cı açıq respublika çempionatı və birinciliyi keçirilir Azərbaycan Kempo Federasiyası, Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasında rəsmi və səlahiyyətli nümayəndəliyi, V & A Law Consulting Group -un rəsmi tərafdaşlığı ilə 26-cı açıq respublika çempionatı və birinciliyində paytaxtla yanaşı, Respublikanın ən güclü 350 idmançısı mübarizə aparır. Qalib idmançılar yığma komandanın tərkibində yer alaraq, 2022-ci il üçün Beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər deyə Federasiya rəsmisi Vüsal Abdullazadə bildirib. Vüsal Abdulazadə qeyd edib ki, bugünün sağlam gənci, dövlətimizin gələcəyi, sabahımızın təminatçılarıdır: “Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində bildirib ki, xalqımız 2022-ci ildə Pənahəli xanın 1752-ci ildə təməlini qoyduğu Şuşanın yubileyini böyük təntənə ilə qeyd edəcək. Dövlətimizin başçısı bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə 2022-ci ili “Şuşa ili” elan Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyası tərəfindən “Şuşa ili”nə həsr edilmiş, Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında 26-cı açıq respublika çempionatı və birinciliyi edib. Bu xəbər hər bir vətənpərvər insan kimi, məni də çox sevindirdi. Ona görə ki, Şuşa adi şəhər deyil. Bu gözəl və ecazkar şəhər bizim milli musiqimizin beşiyidir, mədəniyyətimizin tacıdır. Mən inanıram ki, 2022-ci il təkcə Şuşa, Qarabağ üçün deyil, bütövlükdə ölkəmiz üçün çox uğurlu il olacaq. Təsadüfi deyil ki, Prezident xalqa müraciətində demişdir: “Əziz həmvətənlər, qeyd etdiyim kimi, bu il ölkəmiz üçün uğurlu olub. Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək. Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm”. Məlum olduğu kimi, bu il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gəliblər. Dövlətimizin başçısı Şuşanın məşhur Cıdır düzündə parlaq, dərin məzmunlu çıxış edərək deyibdir: “Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Azərbaycan xalqı bütün bu illər ərzində mənə inanırdı. Baxmayaraq ki, həm ovaxtkı məcburi köçkünlər, həm ölkə ictimaiyyəti ildən-ilə davam edən mənasız danışıqlara nəzər salaraq görürdü ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli çətinləşir. Amma buna baxmayaraq, doğma xalqım mənim sözlərimə inanırdı. Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. Prezident İlham Əliyev Cıdır düzündəki tarixi çıxışında həmçinin vurğuladı ki, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir. Azərbaycan xalqı Qarabağı şəhidlərinin canı-qanı bahasına azad edibdir. Qoy bunu hamı bilsin: heç bir qüvvə bundan sonra bizi Şuşadan, Qarabağdan ayrı sala bilməz! Bəllidir ki, İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı öz liderinin ətrafında bir yumruq kimi birləşdi. O yerdə ki, milli birlik, həmrəylik var, orada həmişə uğur və qələbə olacaq. Biz bu xoşbəxtliyə xalq-iqtidar birliyi sayəsində nail ol-muşuq. Bəli, biz birlikdə güclüyük! Bu həqiqəti heç vaxt unutmamalıyıq. Bu yerdə bir məqamı da vurğulamaq istərdim. Azərbaycan xalqı bu gün işğaldan azad edilmiş ərazilərdə böyük həvəs və şövqlə qurub-yaratmaqla məşğuldur. Prezident İlham Əliyevin müdrik liderliyi ilə Azərbaycan dövləti və xalqımız regionda ədalətli və davamlı sülhün bərqərar olunması üçün çalışır. Sonda demək istəyirəm ki, 2022-ci ilin “Şuşa ili” elan edilməsi xalqımız üçün çox əlamətdar hadisədir. Əminəm ki, bu il ölkəmizin uğurları daha da artacaq, xalqımızın inkişaf və intibahı sürətlənəcək”. Federasiyanın prezidenti, Əməkdar Bədən tərbiyəsi və idman xadimi Tarverdi Allahverdiyev idmançıları salamlayaraq onlara uğurlar arzulayıb. Bildirib ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində 2022-ci ili “Şuşa İli” elan etdiyini bildirdi. Bu il yanvarın 5-də isə dövlətimizin başçısı Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Məlum olduğu kimi, Şuşa şəhərinin təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub və bu il biz mədəniyyət paytaxtımızın 270 illiyini böyük təntənə ilə qeyd edəcəyik. Bu ilin “Şuşa İli” elan olunması isə bütün xalqımız üçün cari ildə görüləcək işlərin əhəmiyyətini daha da artırır. O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncam bir daha ölkəmizdə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunmasına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyini nümayiş etdirir. Daha sonra isə digər rəsmilər, şəhid ailələri və qazilər çıxış edərək idmançılara uğurlar arzu ediblər.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin nümayəndələri - şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev Bakı şəhəri Nizami rayonunda yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi Dövlət Peşə Təhsil Agentliyi Texnika və Texnalogiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 4 nömrəli Bakı Peşə Liseyində tədbirdə iştirak ediblər. Xocalı soyqırımının 30 illiyinə həsr edilmiş tədbirdə 4 nömrəli Bakı Peşə Liseyinin direkroru Mahir Namazov, müavini Vüsal Babakişiyev, müəlimlər Şahsevərova Ziyafət, Leyla Məmmədova və digər müəlimlər, tələbələr iştirak edib. Tədbir Dövlət Hminin səslənməsi ilə başlayıb. Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarının bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra səhnəyə tələbələr dəvət olunub. Oların ifasında şəhidləri, vətəni tərənnüm edən mahnılar, şerlər dinlənilib. Xocalı faciəsini əks etdirən səhnəciklərə baxılıb. Tələbələrin çıxışından sonra məktəbin direktoru Mahir Namazov çıxış edib, Xocalı soyqırımının bütün əsrlərin ən qorxunc qətliamı olduğunu bildirib. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev qeyd edib ki, Xocalı soyqırımını törədən qatillər gec-tez beynəlxalq hüquq qarşısında cavab verəcək, öz layiqli cəzalarını alacaqlar. Polkovnik insnaları Ali Baş Komandanın rəhbərliyi altında sıx birləşməyə, milli maraqları qətiyyətlə müdafiə etməyə səsləyib. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Ceyhun Məmmədov: “Xocalı soyqırımının təbliği milli ruha malik gəncliyin formalaşdırılması baxımından vacibdir” Bu günlərdə Azərbaycan xalqı Xocalı soyqırımının 30-cu ildönümünü qeyd edir. Üstündən 30 illik tarixi müddət keçsə də, Xocalı soyqırımı ilə bağlı həqiqətləri təbliğ etmək, bu qətliamın mahiyyəti və dəhşətli nəticələri haqqında uşaqları, yeniyetmə və gəncləri məlumatlandırmaq, Xocalı soyqırımının bütün dünyada tanınmasına nail olmaq bu gün də qarşıda duran əsas vəzifələrdən biridir. Məlumat üçün qeyd edək ki, soyqırımın 30 illiyi münasibəti ilə Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Xocalı soyqırımını unutma” mövzusunda məktəblilər arasında inşa-yazı müsabiqəsi keçiirilmiş, müsabiqədə fərqlənən şagirdlər adıçəkilən dövlət qurumu tərəfindən Fəxri Fərman və medallarla təltif edilmişdir. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov, gənc nəslin erməni vəhşilikləri haqqında məlumatlandırılması, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliği, uşaq və yeniyetmələrin milli ruhda yetişdirilməsi baxımından bu cür tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Xocalı soyqırımını unutma” mövzusunda məktəblilər arasında inşa-yazı müsabiqəsi keçirilməsi təqdirəlayiqdir. Hesab edirəm ki, bu kimi tədbirlərin keçirilməsi vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq gəncliyin yetişdirilməsi baxımıdnan mühüm əhəmiyyət kəsab edir. Üstündən 30 il keçməsinə baxmayaraq, xalqımızın Xocalı qətliamının qurbanlarının xatirəsini ağrı hissi ilə anır, erməni vəhşiliyini lənətləyir. Ermənilər zaman-zaman Azərbaycan xalqının başına bir çox müsibətlər gətirib. Bu müsibətlərdən biri də Xocalıdır. Ermənilər Xocalıda soyqırım törətməklə insnalarımızın mübarizə əzmini qırmağa çalışırdı. Amma Azərbaycan öz mübarizə əzmini qoruyub saxladı, düşmənə müqavimət göstərməkdə davam etdi. Nəhayətdə, 44 günlük Vətən müharibəsində Azərbaycan erməni faşizmi üzərində tarixi qələbə əldə etdi, ərazi bütövlüyünü təmin etdi. Azərbaycan xalqı qarşısında duran mühüm vəzifələrdən biri Xocalı soyqırımının bütün dünyada tanınmasına nail olmaqdır. Bu gün cənab Prezidentin, eləcə də Mehriban xanımın rəhbərliyi ilə dünyanın bir çox ölkələrində bu istiqamətdə geniş təbliğat işi aparılır. Azərbaycan həqiqətlərinin təbliği üçün silsilə tədbirlər həyata keçirilir. Hesab edirəm ki, dövlət qurumları tərəfindən bu cür tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir və bu, milli ruha malik, milli tarixə yaxından bələd olan gəncliyin formalaşdırılması baxımından olduqca önəmlidir”. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanının QHT nümayəndələri və Agentliyin İcraçı direktoru Aygün Əliyevanın iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ofisində görüş keçirilib. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, adıçəkilən qurumun Təşkilati və Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı polkovnik Samir Musayev də iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qonaqları təşkilatın ofisi ilə tanış edib. Qonaqlar ofisdə Ulu öndər Heydər Əliyevin guşəsi, xatirə lövhələri ilə tanış olublar. Prezident İlham Əliyevin veteranlarla görüşündən stendləri izləyiblər. Sonra qonaqlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı, bu yaxınlarda 100 yaşını qeyd edən Fatma Səttarova ilə görüşüblər. Qonaqları Bakıda görməyindən məmnun olduğunu bildirən Fatma Səttarova Srebrenitsa soyqırımı haqqında məlumatlı olduğunu, bu cinayəti törədənləri qınadığını deyib və bu soyqırımı aktının hüquqi qiymət almasını onların mübarizəsinin nəticəsi kimi dəyərləndirib. Fatma Səttarova qonaqlara keçdiyi həyat yolundan, İkinci Dünya müharibəsində tibb bacısı kimi fəaliyyətindən danışıb. Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilməsini dövlətçiliklə bağlı işlərinə verilən yüksək dəyər kimi qiymətləndirdiyini qeyd edib. Srebnitsa Analar Cəmiyyətinin sədri Munira Subasic Fatma Səttarovanın keçdiyi həyat yolunu böyük maraqla dinlədiyini, onun zəhmətsevərliyinin və pozitivliyinin hər kəsə örnək olduğunu deyib. Görüş qarşılıqlı fəaliyyətin prioritetləri və zəngin təcrübə mübadiləsinin aparılması ilə yekunlaşıb.
Hamısını oxu
Bəşəriyyət bu vaxta qədər çox sayda genişmiqyaslı qanlı cinayətlərə şahidlik edib. Etnik təmizləmə, soyqırımı, kütləvi qətllər, terrorizm və digərləri insanlığa qarşı yönəlmiş vandalizm aktları sırasında yer alır. Təəssüflər olsun ki, Azərbaycan xalqı da dünyanın gözü önündə belə vəhşiliklərə məruz qalıb. Bunlardan biri də 30 il əvvəl törədilmiş Xocalı soyqırımıdır. Milli-etnik zəmində soyqırımı aktı Xocalı faciəsi, şübhəsiz ki, XX əsrin ən dəhşətli qətliamlarından biridir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Xocalı şəhərinin sakinlərinin vəhşicəsinə qətlə yetirilməsi erməni terrorizminin daha bir nümunəsidir. Təsadüfi deyil ki, Xocalı faciəsi “bəşəriyyətə qarşı qanlı cinayət aktı – soyqırımı” adlandırılır. Tam doğru yanaşmadır. Əvvəla, tarixi faktlar sübut edir ki, Xocalı faciəsi dinc əhalinin kütləvi qətliamı kimi tarixə düşmüş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımıları ilə eyni sırada yer alır. Digər tərəfdən, qətliam zamanı qadın, uşaq və qocalar xüsusi qəddarlıqla öldürülüb, əsir və girov götürülmüş insanlar amansız işgəncələrə məruz qalıb, 8 ailə tamamilə məhv edilib. Bu, milli-etnik zəmində genosid aktıdır. Unutmadıq, unutdurmarıq! Xocalı faciəsi qan yaddaşımızdır. Yəni milli-tarixi yaddaşımızın bir hissəsidir və onu unutmaq olmaz. Unutmuruq, unutdurmarıq! Azərbaycan dövləti bu faciə və bütövlükdə erməni terrorizmi, barbarizmi ilə əlaqədar beynəlxalq miqyasda sistemli iş aparır – reallıqlar və faktlar dünya ictimaiyyətinin diqqətinə çatdırılır. İlk dəfə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verilən Xocalı soyqırımının tanıdılması ilə əlaqədar hər il respublika miqyasında, eləcə də xarici ölkələrdə tədbirlər keçirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə əlaqədar həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması erməni vandalizminin və yalanlarının ifşası baxımından olduqca önəmlidir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bütövlükdə müsbət nəticələr verir. Görülən işlərin nəticəsi olaraq bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Bəzi ölkələrin, o cümlədən ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Qisas qiyamətə qalmadı! Şübhəsiz ki, Azərbaycan Xocalı soyqırımını törətmiş cinayətkarların – faciənin sifarişçiləri və icraçılarının ədalət mühakiməsinə cəlb edilməsinə nail olacaq. 44 günlük Vətən müharibəsində Azərbaycan işğalçı və terrorçuları döyüş meydanında layiqincə cəzalandırdı, ordumuz tərəfindən məhv edilən terrorçular sırasında bu soyqırımının icraçıları da var idi. Bir sözlə, Xocalı soyqırımı qurbanlarının qanı yerdə, qisas isə qiyamətə qalmadı. Əli Azərbaycan xalqının qanına batmış digər qatillər və canilər də qanun qarşısında cavab verəcəklər və layiqli cəzalarını alacaqlar. O gün uzaqda deyil! Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri 26 fevral Xocalı soyqırımının 30-cu ildönümü münasibəti ilə soyqırım qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyan veteranlar soyqırım qurbanlarının ruhuna dualar oxyub, erməni faşizminin qanlı cinayətini lənətləyiblər.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev Bakı şəhəri Binəqədi rayonunda yerləşən 246 saylı məktəb-liseydə şagirdlərlə görüşüb. 26 fevral Xocalı soyqırımı ilə əlaqədar təşkil olunan tədbirdə Binəqədi rayon VT –nın sədri Teyyub Həsənov, Təşkilatın üzvü Rövşən Xəlilov, Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, məktəbin direktoru Nəbi Mahmudov, təlim-tərbiyə işləri üzrə direktor müavini Fatma Əliyeva, şagird və müəllim kollektivi iştirak edib. Tədbiri məktəbin direktoru Nəbi Mahmudov açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şagirdlərin hazırladıqları Xocalı faciəsinə həsr edilmiş kompoziziyalara baxılıb, şeirlər dinlənilib. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi vəhşiliklərin canlı şahidi olan polkovnik qeyd edib ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi müzəffər ordumuz tərəfindən düşmənin darmadağın edilməsi ilə nəticələnib: “Ordumuzun əsgər və zabitləri Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına və müharibənin qaydalarına əməl edərək istər hərbi əsirlərlə, istərsə də mülki insanlarla humanist davranmışlar. Mənim siz şagirdlərə tövsiyəm odur ki, faciələrimizi heç zaman unutmayasınız, müəllimlərinizin verdiyi tapşıriqları yerinə yetirəsiniz, vətənə layiqli övladlar olasınız”. Teyyub Həsənov və Nəbi Hacıyev də çıxışlarında erməni vəhşiliklərinə və ordumuzun şanlı qalibiyyətinə diqqət çəkib. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 24 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 fevral - Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” məktəblilər arasında keçirilmiş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif edilib. Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Xocalı soyqırımının sadəcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bütün insanlığa qarşı törədilən cinayət olduğunu vurğulayıb. İdarə rəisi qeyd edib ki, gənc nəsil Xocalı soyqırımı və erməni faşizminin xalqımıza qarşı törətdiyi çoxsaylı cinayətlər haqqında məlumatlı olmalı, erməni vəhşiliklərini unutmamamlı və hər an doğma vətənin müdafiəsinə hazır olmalıdır.
Hamısını oxu
“Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, 22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində iki dövlət başçısı tərəfindən imzalanan “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” dövlətimizin maraqlarına tam cavab verir: “Bu Bəyannamə Azərbaycan və Rusiyanın strateji müttəfiq olduqlarını bir daha təsdiqləyir, müttəfiqlik münasibətlərinin inkişafı üçün yeni imkanlar açır. Bəyannamənin 12-16-cı bəndlərində ikitərəfli hərbi əməkdaşlığın genişlənməsi məsələləri öz əksini tapır. Hansı ki, Azərbaycanın şimal qonşusu olan və dünyanın hərbi baxımdan ən güclü dövlətlərindən biri sayılan Rusiya ilə belə bir müqavilənin imzalanması Azərbaycanın hərbi maraqlarına tam cavab verir”. Polkovnik qeyd edib ki, Bəyannamə Rusiya və Azərbaycan orduları arasında birgə təlimlərin keçirilməsini, hərbi əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur: “Bildiyiniz kimi, Azərbaycan hərbi sahədə dünyanın bir sıra dövlətləri, o cümlədən Rusiya ilə əməkdaşlıq edir. Xəzər dənizində mütəmadi şəkildə birgə təlimlərin keçirilməsi, iki dövlətin güc strukturları arasında möcud olan birgə əməkdaşlıq buna nümunədir. Bu baxımdan Moskva Bəyannaməsinin 13-cü bəndi xüsusi əhəmiyyət kəsb edir. Həmin bənddə qeyd edilir ki, “tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər”. Bəyannamədə birgə hərbi məhsulların istehsalı da öz əksini tapıb. Moskva Bəyannaməsinin 14 və 15-ci bəndləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Həmin bəndlərdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin modern silahlarla təmin edilməsi, habelə silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkil edilməsinin önəmi qeyd edilir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə hər iki dövlətin hərbi istehsal sahədə birgə əməkdaşlığına şahid ola bilərik”. Cəlil Xəlilovun sözlərinə görə, Moskva Bəyannaməsində terrorizmə qarşı birgə mübarizənin təşkili məsələsi də öz əksini tapıb ki, bu da regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir: “Bəyannamənin 18-ci bəndi hər iki dövlətin beynəlxalq terrorizmə qarşı birgə mübarizəsi baxımından mühüm əhəmiyyətə malikdir. Həmin bənddə qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər”. Bu, tarixən erməni terrorizmindən əziyyət çəkən, terrora qarşı mübarizədə hər zaman qətiyyətli mövqe sərgiləyən, 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etməklə terrorizmə qarşı mübarizəyə böyük töhfə verən dövlətimizin maraqlarına tamamilə uyğundur. Hesab edirəm ki, bu Bəyannamə iki dövlətin xüsusi xidmət orqanları arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı məlumat mübadiləsi prosesinin daha da optimallaşmasına da öz müsbət təsirini göstərəcək ki, bu da regionun təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Onu da qeyd edim ki, Moskva Bəyannaməsi beynəlxalq qanun və konvensiyalara tamamilə uyğundur və hər hansı üçüncü dövlət üçün heç bir təhdid təşkil etmir”.
Hamısını oxu
Bu gün şəhid Tərlan Dərgah oğlu Atakişiyevin doğum günüdür. O, 23 fevral 1977-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. Tərlan Atakişiyev 1998-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1998 -2000 Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsində xidmət edib. Azərbaycan Ordusunun leytenantı olan Tərlan Atakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Atakişiyev oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub, Şamaxı rayonunun Göylər kəndində dəfin olunub Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyatına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il Sərəncamına əsasən Tərlan Atakişiyev ölümündən sonra “ Vətən uğrunda ”medalı ilə təltif edilib. Azərbaycan Respublikası ərazisinin işğaldan azad olunması zamanı döyüş tapşırığını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş Tərlan Atakişiyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il Sərəncamına əsasən ölümündən sonra “ Döyüşdə fərqlənməyə görə ”medalı ilə təltif edilib. Allah rəhmət eləsin!
Hamısını oxu
Cəlil Xəlilov: “Onun ictimai-siyasi fəaliyyəti saysız-hesabsız uğurlarla zəngindir” Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adıçəkilən vəzifəyə təyin olunmasının beşinci ildönümüdür. Xatırladaq ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Mehriban Əliyevanın fəaliyyətinin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini bildirib: “Mehriban Əliyeva veteranların himayədarı, cəmiyyətimizin humanizm simvoludur. Cəmiyyətin bütün həssas təbəqələrini, o cümlədən şəhid ailələrini, veteranları, müharibə əlillərini, aztəminatlı ailələri, bir sözlə dəstəyə, köməyə ehtiyac duyan hər kəsi diqqət mərkəzində saxlayan Mehriban Əliyeva, bu insanların sosial rifahının yüksəlməsi, onları narahat edən problemlərin həlli istiqamətində respublika miqyaslı işlər görüb, mühüm layihələr həyata keçirib. Mehriban xanımın təşəbbüsü ilə bugünə qədər səhhəti ilə bağlı müxtəlif problemlər yaşayan yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən qazi və veteran xarici ölkələrdə əməliyyat olunub, öz sağlamlıqlarına qovuşublar. Birinci vitse-prezident ölkəmizdə çoxlu sayda reabilitasiya mərkəzinin açılmasında, veteranların və şəhid ailələrinin işlə, mənzillə təmin edilməsində, onların övladlarının yüksək səviyyədə təhsil almasında mühüm rol oynayıb. Ölkə ərazisində çoxsaylı məktəblərin, xəstəxanaların inşa edilməsində də Mehriban xanımın xidmətləri əvəzsizdir. Mehriban xanım bu gün işğaldan azad edilən ərazilərimizdə geniş abadlıq-quruculuq işlərində də yaxından iştirak edir, böyük uğurlara imza atır. Şuşanın erməni faşistləri tərəfindən dağıdılan tarixi-mədəni abidələrinin Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyef Fondu tərəfindən yüksək peşəkarlıqla bərpa edilməsi, genişmiqyaslı quruculuq işlərinin aparılması Birinci vitse-prezidentin tarixi xidmətlərindən biridir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Mehriban xanım Əliyevanı Birinci vitse-prezident kimi fəaliyyətə başlamasının beşinci ildönümü ilə bağlı təbrik edir, ona ağır zəhmət və böyük səy tələb edən fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 18 fevral 2022-ci il tarixində Xəzər rayonunda keçirilən tədbirdə iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər rayon Veteranlar Təşkilatının sədri Səxavət Məcnunov, müavini Samir Məmmədov, Birinci və İkinci Qarabağ müharibəsinin qaziləri və veteranları iştirak ediblər. Tədbiri giriş sözüq ilə açan polkovnik Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın toxunulmazlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Adil Haqverdiyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Çıxışında Xocalı faciəsindən danışan Adil Haqverdiyev bildirib ki, mənfur düşmən Birinci Qarabağ müharibəsi dönəmində şəhərlərimizi, qəsəbələrimizi, kəndlərimizi viran qoydu. Onlar nəinki xalqımıza, eyni zamanda dinimizə, tariximizə, mədəniyyətimizə qarşı da ağır cinayətlər törətdilər. Qürurvericidir ki, 44 günlük Vətən müharibəsində xalqımızın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın edərək torpaqlarımızın azadlığını təmin etdi. Adil Haqverdiyev çıxışında son vaxtlar bəzi qüvvələrin qaziləri, veteranları öz tərəfinə çəkmək, onların nüfuzundan şəxsi ambisiyalarını həyata keçirmək, dövlətimizin maraqlarına zərbə vurmaq üçün istifadə etməyə çalışdıqlarını bildirib, qaziləri ayıq-sayıq olmağa, dövlətin və Prezidentin ətrafında sıx birləşməyə çağırıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu