Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri 1990-cı ilin 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibəti ilə Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əkil qoyublar. Tədbir əsnasında veteranlar qarşısında çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Azərbaycan xalqının 1990-cı ilin 20 yanvar tarixində böyük qəhrəmanlıq və fədakarlıq göstərdiyini bildirib, vətəndaşlarımızın öz cəsarətləri ilə ölümə, zorakılığa meydan oxuduğunu vurğulayıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları şəhid məzarlarına gül dəstələri qoyub, şəhidlərimizə ehtiramlarını bildiriblər.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun “Türkiye as a Stabilizing Power in an Age of Turmoil” (Qlobal Xaos Çağında Sabitləşdirici Güc: Türkiyə) adlı yeni kitabı işıq üzü görüb. ABŞ və Böyük Britaniyada fəaliyyət göstərən Academica Press tərəfindən nəşr olunan kitabda qlobal sistemlə bağlı mühüm təsbitlər yer alıb. Qlobal sistemin bir növ xaos yaşadığı günümüzdə Türkiyənin tezisləri, sabitləşdirici və nizam-intizam yaradıcı rolundan bəhs edilib. Türkiyənin son 20 ildə qlobal sistemdə oynadığı rolun və üzləşdiyi çətinliklərin təhlil edildiyi kitab prezident Rəcəb Tayyib Ərdoğanın xarici siyasət baxışının əsas parametrlərini ortaya qoyub. Beynəlxalq sistemin davamlı olaraq böhranlar yaratdığına işarə edilib, sistemin sülh və sabitliyi təmin etməkdən uzaq olduğu ifadə edilib. F.Altun kitabında regional anlaşmazlıqlar, immiqrasiya və gəlir bölgüsündə ədalətsizlik, o cümlədən kibercinayətlər, iqlim dəyişikliyinə bağlı ekoloji fəlakətlər, aclıq və epidemiyalar kimi yeni təhlükələrin də olduğuna diqqət çəkib. O, mövcud beynəlxalq sistemin bu çətinliklərin öhdəsindən gəlmək iqtidarında olmadığını, bütün dövlətlərin öz strategiyalarını tərtib edərkən yeni yanaşmaya ehtiyac duyduğunu vurğulayıb. “Böyük-fövqəlgüc” adlandırıla biləcək ölkələrin mövcud beynəlxalq sistem daxilində öz maraqlarını qoruduğunu bildirən Altun bugünkü beynəlxalq sistemin bütün dünya üçün böyük xərclərə malik olmasına baxmayaraq, böyük güclərin ən çox faydalana biləcəyi şəkildə işlədiyini, qlobal sabitlik və sülh əvəzinə bu güclərin maraqlarının ön planda olduğunu qeyd edib. Kitabında Türkiyənin beynəlxalq sistemdəki roluna da geniş yer verən Fəxrəddin Altun Türkiyənin milyonlarla qaçqına ev sahibliyi etməklə yanaşı, coğrafi baxımdan uzaq yerlərə də yardım əlini uzatdığına diqqət çəkib. O, Türkiyənin bütün aktyorlarla əlaqə yaradaraq regional və qlobal böhranlara həll yolları tapmağa çalışdığını, dünyada bərabərsizliklərə qarşı hər zaman ədaləti müdafiə etdiyini vurğulayıb. Sözügedən kitab Türkiyə ilə yanaşı, ABŞ və İngiltərədə də kitabsevərlərin ixtiyarına verilib. Qeyd edək ki, Fəxrəddin Altunun daha əvvəl “Modernləşmə nəzəriyyəsi: Tənqidi giriş”, “Türkiyədə mətbuat azadlığı”, “Terrorun kökləri və terrorla mübarizə strategiyası”, “15 iyulda media” və “Millətin zəfəri: 15 iyul” adlı kitabları da işıq üzü görüb.
Hamısını oxu
Yanvarın 19-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi Siyəzən rayonunda sahibkarlarla görüş keçirəcək. Veteran.gov.az xəbər verir ki, bu barədə adıçəkilən qurumdan bildirilib. Məlumata görə, “Açıq mikrofon” aksiyası çərçivəsində Siyəzən şəhəri, Cəfər Cabbarlı küçəsi, 23 ünvanında (Siyəzən xidmət sahəsinin qarşısında) baş tutacaq aksiyada sahibkarları maraqlandıran suallar cavablandırılacaq. “Səyyar qəbul otağı” saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Hamısını oxu
Aqil Şirinov: “Baş verənlər həm də dövlətimizin milli-mənəvi dəyərlərə verdiyi önəmi göstərir” İşğaldan azad edilən ərazilərdə erməni vandalları tərəfindən dağıdılan məscidlərin bərpası, eyni zamanda yeni məscidlərin inşa edilməsi dövlətimizin əsas diqqət mərkəzindədir. Təsadüfi deyil ki, dövlət başçısı yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməlinin qoyulduğunu, əsaslı təmir işlərinə start verildiyni bildirdi. Dövlətimiz tərəfindən görülən bu işlər dini-mədəni tariximizin bərpası ilə yanaşı, həm də ümumislam mədəniyyətinə, ümumislam irsinə verilən töhfə hesab edilə bilərmi? Moderator.az-a açıqlama verən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələrin ümumislam mədəniyyəti baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “Cənab prezidentin məlum sözləri Azərbaycan dövlətinin bu sahədə əməli müstəvidə göstərdiyi fəaliyyəti əks etdirir. Şuşada və işğaldan azad edilmiş digər rayonlarımızda məscidlərin bərpası, yeni məscidlərin tikilməsi Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə verdiyi əhəmiyyəti göstərir. Bu, həm də dövlətimizin islami dəyərlərə verdiyi önəmin göstəricisidir. Bütün bunlar isə, təbii ki, yalnız Azərbaycan yox, ümumislam dəyərləri konteksində dəyərləndirilməlidir. Ermənilər işğal dönəmində müsəlman abidələrini – məscidləri, türbələri donuz tövlələrinə çevirmişdi. Onlar bununla belə bir mesaj verirdilər ki, biz islami dəyərlərə hörmət göstərmirik. Azərbaycan dövləti isə bu abidələri yenidən bərpa edir. Hadrutda məscid yox idi. Amma indi Hadrutda da məscid tikilir. Şuşa şəhərindəki qədim məscidlər bərpa olunmaqla yanaşı, yeni məscid də inşa olunacaq. Hansı ki, bu məscidin təməlini cənab prezident qoydu. Yeni məscidlərin inşası, habelə dağıdılan məscidlərin bərpası istiqamətində atılan addımlar dövlətimizin islami dəyərlərə verdiyi önəmi gösrərir və ümumislam mədəniyyəti baxımından mühüm əhəmiyyətə malikdir”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 14 yanvar 2022-cu il tarixində Bakı şəhəri Binəqədi rayonunda yerləşən 246 saylı tam orta məktəbdə 20 yanvar Ümumxalq matəm gününə həsr edilən tədbir keçirilib. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin baş mütəxəssisi Nəbi Hacıyev, Binəqədi rayon VT-nın sədri Teyyub Həsənov, Təşkilatın üzvü Zakir Əliyev, məktəbin direktoru Nəbi Mahmudov, təlim-tərbiyə işləri üzrə direktor müavini Fatma Əliyeva, şagird və müəllim kollektivi iştirak edib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nəbi Mahmudov aç;b. O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Bundan sonra torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir əsnasında şagirdlərrin hazırladıqları qanlı yanvar gecəsini əks etdirən kompozisyalara baxılıb, şeirlər dinlənilib. Şagirdlərin çıxışlarından sonra söz qonaqlara verildi. Binəqədi rayon VT –nın sədri Teyyub Həsənov, Əmək veteranı Zakir Əliyev çıxış ediblər. Daha sonra söz Təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin baş mütəxəssisi Nəbi Hacıyevə verilib. Nəbi Hacıyev bildirib ki, hər bir xalqın tarixində faciəvi gün və qəhrəmanlıq səhifəsi olur. Lakin çox az-az hallarda bu iki hadisə üst –üstə düşür. Məhz 20 Yanvar belə günlərdən biridir. O, həm Azərbaycan xalqı üçün hüzün günü, həm də qəhramanlıq salnaməsidir: “Azərbaycan xalqı müstəqillik qazandı. Lakin bu müstəqilliyi həzm edə bilməyən qüvvələrin köməkliyi ilə mənfur düşmənimiz 28 il torpaqlarımızı işğalda saxladı. Buna baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin vətənə olan sevgisi, sərkərdəlik qabiliyyəti, xarici və daxili siyasəti nəticəsində dövlətimiz 44 günlük Vətən müharibəsindən qalib çıxdı. Düşmən işğalındakı torpaqlarımız azad edildi. Çıxışımın sonunda bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm”. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Yanvarın 15-də Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu" mövzusunda dəyirmi masa keçirilib. Azərtac xəbər verir ki, ADA Universitetində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunan QHT sədrləri, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən təşkilatların təmsilçiləri iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində verdiyi tövsiyələrinin, ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı fikirlərinin vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb. O, korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət prosesində QHT-lərin əhəmiyyətli rolunu qeyd edib və onların dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyini vurğulayıb. Bildirilib ki, dövlətimizin başçısının ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı tövsiyələri qarşımızda yeni vəzifələr qoyur. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov ölkəmizdə korrupsiyaya qarşı dövlət səviyyəsində mübarizə aparıldığını diqqətə çatdıraraq, bu məsələdə vətəndaşlarla sıx təmasda işləyən QHT-lərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Deyib ki, ictimai nəzarətlə bağlı sosial institutların və ictimai nəzarət mexanizmlərinin yaradılması çox vacibdir. "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, müsahibəsində bir çox mühüm məqamlara toxunan dövlətimizin başçısı korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi ilə bağlı yeni gündəlik təqdim etdi. Ölkəmizdə ictimai nəzarətin hüquqi əsaslarının və institutların mövcud olduğunu diqqətə çatdıran Ə.Nuriyev bu sahədə fəallığın artırılmasının vacibliyini vurğulayıb və ictimai şuraların fəaliyyətinin mərkəzləşməsinin mühüm məsələ olduğunu qeyd edib. Korrupsiyaya qarşı mübarizədə medianın və ictimai nəzarətin xüsusi rolunu vurğulayan "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Qarabağda gedən bərpa və quruculuq işlərində tender məsələsinin nəzarətdə saxlanılmasının vacibliyini bildirib. Digər çıxış edənlər - Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov, “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov, “Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin sədri Samir İsayev, “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə və digərləri korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolunu vurğulayıb, onların fəallıqlarının artırlılmasının vacibliyini qeyd ediblər. Onlar QHT-lərin media ilə əlaqəli işləməsinin və dialoq platformasının yaradılmasının vacibliyini diqqətə çatdırıblar. QHT-lərin korrupsiya ilə mübarizədə fəaliyyətlərinin daha geniş vüsət alması üçün bir sıra təkliflər səsləndirilib. Tədbirin sonunda QHT təmsilçilərinin iştirakı ilə müzakirələr keçirilib, onların fikirləri və təklifləri öyrənilib.
Hamısını oxu
“Yanvar ayının 12-də cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ölkənin xarici və daxili siyasəti, iqtisadi-siyasi vəziyyət barədə ətraflı məlumat verərək bir çox mətləblərə toxundu. Dövlətimizin başçısı Azərbaycanın bütün sektorlarda inkişafın ən yüksək mərhələsinə çatmasını bir daha ictimaiyyətin diqqətinə çatdırdı. Həmçinin Azərbaycanın yüksək iqtisadi inkişaf göstəricilərindən bəhs etdi. Vurğuladı ki, ölkəmizdə iqtisadi artım 5 faizdən çoxdur. Müharibədən çıxmış bir ölkə üçün iqtisadi artım çox vacib məsələlərdən biridir. Bununla bərabər, qeyri-neft iqtisadiyyatımız da 7,2 faiz artıb. Bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün işlər doğru istiqamətdə və plana uyğun gedir. Ölkəmizin ümumi sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənaye istehsalı isə 20 faizə yaxın artıb. Bu cür artım dünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər. Real iqtisadi və sənaye sahələrdə artımlar məhz bu rəqəmlərdə öz əksini tapıb”. Bu sözləri Veteran.gov.az-a açıqlamasında Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini şərh edərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Millət vəkili müsahibədə yer alan postmünaqişə dövrünün reallıqlarından, dünyanın əksər dövlətlərinin bu reallıqları hansı səviyyədə qəbul etmələrindən, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşduğu üçün ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyacın olmamasından, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında dünya güclərinin marağından, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzundan və siyasi çəkisindən, hazırkı dövrdə sülh müqaviləsinin zəruriliyindən əlaqələrindən geniş bəhs edərək əsas diqqəti Avropa İttifaqı-Azərbaycan münasibətlərinə yönəldib. “Cənab Prezidentin müsahibəsində önəmli məqamlardan biri də Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Avropa İttifaqının rolu ilə ilə bağlı məsələdir. Bu rolu müsbət qiymətləndirən Dövlət Başçısı qeyd edb ki, bu günə qədər bəzi ölkələrdən fərqli olaraq, Avropa İttifaqı ədaləti qorumuşdur. ATƏT-n Minsk qrupunun üzvləri olan və vasitəçi kimi birmənalı şəkildə neytrallıqlarını qorumalı olduqları halda, Ermənistan tərəfini tutan Fransa və Amerika Birləşmiş Ştatlarından fərqli olaraq, Avropa İttifaqı belə balansı pozan hadisələrdə olmayıb: “Son Brüssel görüşündə də tam paritet saxlanılıb və bu, deməyə əsas verir ki, onlar iki ölkə arasındakı əlaqələrin normallaşmasında müsbət rol oynaya bilərlər. Bu ola bilər, eyni zamanda, Zəngəzur dəhlizinin fəaliyyəti ilə bağlı, iqtisadi və maliyyə yardımı ilə bağlı, qeyd etdiyim kimi, əgər bu, ədalətli olarsa. Avropa məkanında böyük intellektual potensial mövcuddur, təcrübə mövcuddur və sərhədlərin müəyyən edilməsində onlar öz tövsiyələrini verə bilərlər. Yəni bir çox sahələrdə onlar yardımçı ola bilərlər. Hər halda biz bunu alqışlayırıq”. Tamam Cəfərova deyib ki, Avropa İttifaqı ilə Azərbaycanın gündəliyi onsuz da çox genişdir. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşdır və Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. Bu status artıq 2020-ci ilin son günündə Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə daha da möhkəmlənib. Müsahibədə Cənub Qaz Dəhlizi barədə deyilənlər hazırda regionda marağı olan ölkələr üçün çox önəmli idi. Çünki bu layihənin reallaşması birmənalı şəkildə tarixi hadisədir. Sözügedən nəhəng enerji layihəsini çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan böyük səylər tələb edirdi. Buna görə Azərbaycan bir neçə ölkəni səfərbər edib. Hazırda dünyada, ələlxüsus Avropada qaz böhranı yaşandığını vurğulayan millət vəkili qeyd edib ki, Cənub Qaz Dəhlizinin əhəmiyyətini bəlkə də indi Avropada daha çox görürlər. Müsahibədə beynəlxalq hüququn böhran keçirməsinə toxunan Dövlət Başçısı bildirib ki,” Biz hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edirdik və ümid edirdik ki, bu, bizim məsələmizin həllinə, bizə köməklik göstərəcək. Amma görürük ki, bu, yoxdur, bu, işləmir. Amma buna baxmayaraq, bu gün Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Biz dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcəyik, bu imkanlardan bu gün daha rahat istifadə edəcəyik. Çünki artıq biz Qarabağ problemi kimi ağır yükü çiynimizdən atdıq və hesab edirəm ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq. Çünki de-fakto bu, artıq baş verib və biz bu de-fakto vəziyyətə tam hazırıq, bütün daxili resurslarla hazırıq. Həm mənəvi, həm xalqımızın səfərbərliyi, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımız - biz tam hazırıq, istənilən varianta hazırıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq. Yəni, biz komanda kimiyik. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 21-23 Yanvar tarixlərində Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” Karate Klubunun birgə təşkilatçılğı ilə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş 6-cı “Arpachay Open” Beynəlxlaq Karate Turniri keçiriləcək. Ənənəvi yarışda 10-dək ölkədən 40-dan artıq klubu təmsil edən 400-dək idmançının iştirakı gözlənilir. Xatirə turniri uşaq, yeniyetmə və 21 yaşadək gənclər arasında 7 yaş dərəcəsi üzrə təşkil olunacaq. 6-7 və 8-9 yaşlı uşaqlar 21 Yanvarda, 10-11 və 12-13 yaşlı uşaqlar, eləcə də 14-15 yaşlı yeniyetmələr ertəsi gün, 16-18 və 21 yaşadək gənclər isə bazar günü mübarizə aparacaq.Bakı İdman Sarayında beynəlxalq xatirə turnirinin təntənəli açılış mərasimi 21 Yanvarda olacaq.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Türkiyənin Ankara şəhərində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türk Aviasiya və Kosmik Sənaye şirkəti (TUSAŞ) arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Protokolu AzTU-nun elm və innovasiya üzrə prorektoru, prof.dr. Çetin Elmas, TUSAŞ-ın baş direktoru, prof.dr. Temel Kotil və TUSAŞ Uçuş Akademiyasının rəhbəri, dr. Mehmet Demiroğlu imzalayıb. Sənədə əsasən, AzTU-nun tələbələri TUSAŞ–da 4 ay müddətində təcrübə proqramı keçəcəklər. Təcrübə proqramında iştirak üçün AzTU-nun bakalavr (4-cü kurs), magistrant və doktorantları arasından ilkin olaraq 25 nəfər seçiləcək. Tələbələrin Türkiyədə bütün xərcləri TUSAŞ tərəfindən qarşılanacaq. Eyni zamanda, tələbələrə təcrübə proqramı müddətində gördükləri işin müqabilində əməkhaqqı da veriləcək. Dissertasiya və müdafiə işləri mövzularını TUSAŞ-dan götürən tələbələrə tədqiqat aparmaları üçün bütün şərait yaradılacaq. AzTU-nun tələbələri TUSAŞ-ın mütəxəssisləri ilə birgə bu il Azərbaycanda keçiriləcək “Texnofest-2022” festivalına hazırlaşmaq imkanı da əldə edəcəklər. Bundan başqa, TUSAŞ-ın bu il AzTU-da karyera sərgisi keçirməsi də nəzərdə tutulub. Qeyd edək ki, TUSAŞ hər növ hava və kosmik vasitələrin dizaynı, istehsalı sahəsində dünyanın ən qabaqcıl şirkətlərindən biridir.
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsini hamımız izlədik. Cənab Prezident xarici kanallara verdiyi çoxsaylı müsahibələr kimi bu dəfə də ölkənin xarici və daxili siyasəti, iqtisadi-siyasi vəziyyət barədə ətraflı məlumat verərək bir çox mətləblərə toxundu. Sülhməramlıların fəaliyyəti barədə söylədikləri fikirlərə diqqət yetirəndə görürük ki, sülhməramlıların fəaliyyətinin müsbət tərəflərinin nəzərə alınmaması ədalətsizlik olar. Azərbaycan–Rusiya əlaqələri həmişə çox müsbət olub. Amma keçən il bu əlaqələr daha da dinamik olub və təmaslar daha çox olub, o cümlədən prezidentlər səviyyəsində. Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Bu əraziyə girən maşınların 91 faizi yoxlanılmır. Oradan çıxan maşınların isə cəmi 46 faizi yoxlanılmır. Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Azərbaycan maşınların da, insanların da sayını bilir, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır. Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər. Fransada Prezidentliyə namizəd olan xanım Pekresin Azərbaycan ərazisinə təxribat xarakterli səfəri barədə məsələyə münasibət bildirən cənab İlham Əliyev qeyd etdi ki, bu səfər ilk növbədə, Prezident Makrona qarşı edilən səfər idi. Səfər zamanı verilən təxribat xarakterli bəyanatların əsas səbəbi Fransada keçiriləcək növbəti prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaqdır. Fəaliyyəti birmənalı qarşılanmayan Minsk qrupu barədə açıqlama da, fikrimcə xarici mətbuatda çox müzakirə olunacaq açıqlama idi. Prezident İlham Əliyev qətiyyətlə bildirdi ki, Mins qrupu danışıqlarla bağlı öz gündəliyini formalaşdırmalı və bizə təqdim etməlidir. Sonra biz həmin gündəliyi ya təsdiq etməli, ya təsdiq etməməli, ya da qismən təsdiq etməliyik. Yəni, onların konsolidə edilmiş qrup kimi məşğul olmaq istədikləri bəndlərdən söhbət gedir. Rusiya ilə ABŞ, Rusiya ilə Avropa İttifaqı arasında baş verən son hadisələr bunu deməyə əsas verir ki, həmin ölkələr arasında əməkdaşlığın bu yeganə formatı formal mənada deyil, məhz belə konsolidə edilmiş şəkildə saxlanacaq. Minsk qrupu, əslində, qalan ölkələri danışıqlar prosesindən təcrid edib. Eyni zamanda, qrup daxilində də narazılıq var. İqtisadi məsələlər də həmişə ölkə başçısı üçün prioritet məsələ olub. Energetika, nəqliyyat, humanitar məsələlərlə, multikulturalizmlə bağlı bütün təşəbbüslər regionda daha çox proqnozlaşdırılan vəziyyətə, həm siyasi, həm iqtisadi fayda əldə edilməsinə hədəflənib. Ona görə də artıq uzun illər ərzində Azərbaycanın təşəbbüsləri ilə bağlı olan hər şey düşünülmüş və həyata keçirilmək üçün zəmin olan təşəbbüs kimi qəbul edilir. Elə bir hal olmayıb ki, Azərbaycan kiməsə ağıllı görünmək və ya kiminsə xoşuna gəlməkdən ötrü hansısa xəyalpərəstliklə, populizmlə, havaya sözlə və ya hansısa bayağı, çeynənmiş terminlərin artikulyasiyası ilə məşğul olsun. Xarici siyasətdən danışarkən Qoşulmama Hərəkatına üzv olan ölkələrin iki dəfə Azərbaycanın lehinə səs verdiyini nəzərə çatdıran Prezident qeyd etdi ki, bir dəfə ölkəmizin rəhbərlik etməyinə etimad göstərdilər, sonra isə yekdilliklə təklif etdilər ki, Azərbaycanın sədrliyi daha bir il uzadılsın. İnstitusionallaşdırma yolu ilə getmək lazımdır. Hərəkatın üzvü olan parlamentlərin başçılarının qarşıdakı Bakı görüşü yüksək səviyyədə təşkil olunmalıdır. Məıum oldu ki, Azərbaycan Parlament elementini yaratmaq niyyətindədir. Artıq razılıq əldə edilib. Həmçinin bu Hərəkatın gənclər elementini də yaratmaq təqdirəlayiqdir. Məhz Azərbaycanın fəaliyyəti və təşəbbüsləri sayəsində Qoşulmama Hərəkatının nüfuzu artıb. Pandemiya vaxtı görülən işlər, beynəlxalq təşəbbüslər, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü, BMT-nin İnsan Haqları Şurasında aldığımız dəstək, yaxın vaxtlarda Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirə - bütün bunlar Hərəkatın nüfuzunu artırır. Azərbaycanın çoxlu humanitar proqramları var ki, bu barədə bəlkə də Azərbaycan ictimaiyyətinin məlumatı yoxdur. Xarici İşlər Nazirliyi tərkibində Beynəlxalq Yardım Agentliyinin xətti ilə çox ölkələrə humanitar yardım göstərilir, pandemiya dövründə isə 80-dən çox ölkəyə maliyyə yardımı göstərilib. Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Azərbaycan dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcək. Şükürlər olsun ki, artıq Qarabağ problemi kimi ağır yük ölkənin çiyinlərindən düşüb. Dövət başçısı ermənilərin tez-tez dəyişən mövqeyini yada salaraq güc dövlətlərinin Azərbaycanla Ermənistana münasibətdə fərqli nümayiş sərgilədiyini diqqəfə çatdırdı: "Ermənistan bir çox hallarda bir tərəfdaşa bir söz deyir, o biri tərəfdaşa bunun əksini deyir, üçüncü tərəfdaşa isə üçüncü versiyanı deyir. Bu cür yanaşma uzunmüddətli siyasət ola bilməz. Çünki gec-tez bunun üstü açılacaq. Ölkəmizin isə mövqeyi birmənalıdır. Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Avropa İttifaqı rol oynaya bilər. Çünki bu günə qədər bəzi ölkələrdən fərqli olaraq, Avropa İttifaqı ədaləti qorumuşdur. Balans pozulur, nümayişkaranə göstərilir ki, indiki Amerika administrasiyası birtərəfli olaraq Ermənistan tərəfindədir. Ermənistanda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Vaşinqtona dəvət edilib, orada görüşlər keçirir. Azərbaycan Təhlükəsizlik Şurasının katibi isə dəvət edilməyib. Qərəzli yanaşmaları nəzərə alaraq, Demokratiya uğrunda dırnaqarası “zirvə görüşündə” iki dəqiqəlik çıxış üçün adam özünü heç əziyyətə verməməlidir". Cənub Qaz Dəhlizi barədə deyilənlər hazırda regionda marağı olan ölkələr üçün çox önəmli idi. Çünki bu layihənin reallaşması birmənalı şəkildə tarixi hadisədir. Sözügedən nəhəng enerji layihəsini çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan böyük səylər tələb edirdi. Buna görə Azərbaycan bir neçə ölkəni səfərbər edib. Gələn ay Bakıda növbəti dəfə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçiriləcək. Orada bütün aparıcı banklar iştirak edir - Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur Bankı. Cənub Qaz Dəhlizinin əhəmiyyətini bəlkə də indi Avropada daha çox görürlər. Çünki qaz böhranı onları böyük dərəcədə sarsıtdı - həm qiymətlər, həm qazın qıtlığı, həm qaz anbarlarının dolu olmaması. Məlum oldu ki, cari ildə təxminən 19 milyard kubmetr qaz ixrac ediləcəkdir. Qazın 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliyaya ixrac ediləcək. Qalan qaz Gürcüstan, Bolqarıstan, Yunanıstan arasında bölünəcək. Eyni zamanda, daxili tələbat da artır və artacaq. Bütövlükdə Azərbaycanda 45 milyard kubmetr qazın hasilatı gözlənilir. 19 milyard ixraca gedəcək, qalan hissə isə daxili tələbata və lay təzyiqini saxlamaq üçün neft laylarına yenidən qazın vurulmasına sərf olunacaqdır. İnfrastruktur nöqteyi-nəzərindən ölkəmizin qazı bir çox ölkələrə çatdırıla bilər. Nəzərə alsaq ki, “Şahdəniz”in çox böyük potensialı var. Bunun təsdiq edilmiş həcmi 1 trilyon kubmetrdən çoxdur. Amma daha çox olacaq, necə ki, Azəri-Çıraq-Günəşli. İlkin hesablamaları göstərirdi ki, 500 milyon tondur, amma bunun potensialı artıq 1 milyardı ötür. Üstəgəl, gələcəkdə Abşeron qaz yatağı istismara veriləcək. Ümid, Babək, Asiman, yəni bir çox qaz yataqlarımız tədricən artıq işlək vəziyyətə çıxacaq və bizim həcmimiz böyük dərəcədə artacaq. Prezident İlham Əliyev beynəlxalq hüquq və hazırda güc dövlətlərinin ona yanaşmasını da çox gözəl təsbit etdi: "Bu gün böyük ölkələr artıq açıq bəyan edirlər ki, beynəlxalq hüquq onlar üçün əhəmiyyət daşımır. Əgər əvvəlki dövrlərdə bunu hansısa bəyanatlarla pərdələmək istəyirdilərsə, bu gün bu da yoxdur. Bu siyasi sinizmdir. Bəzi ölkələr ki, beynəlxalq hüquqa inanıb və buna aldanıb və gözləyir ki, kimsə gələcək onların yerinə onların problemlərini həll edəcək. Onlar indi peşmançılıq çəkirlər...". Hər bir dövlət öz gücünə arxalanmalı, beynəlxalq aləmdə özü öz hüquqlarını qorumalıdır; Azərbaycan kimi. Məşhur Məmmədov, Millət vəkili
Hamısını oxu
Qarabağın tacı sayılan, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri Azərbaycan tarixi və mədəniyyətində özünəməxsus əhəmiyyətli yer tutur. Dini-mədəni və tarixi abidələri, sarayları ilə məşhur olan Şuşa ədəbiyyat, incəsənət, siyasət və digər sahələrdə bir çox dahi və nüfuzlu şəxsiyyətlər yetişdirmişdir. Bu qədim diyar Azərbaycanın milli-mənəvi və mədəni irsinin təşəkkül və inkişafına mühüm töhfələr vermişdir. Bu mənada, “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 may 2021-ci il və “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli sərəncamları xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan İlahiyyat İnstitutu ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq, 05 may 2022-ci il tarixdə Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə Şuşa” mövzusunda respublika elmi konfransı təşkil edəcək. Konfransın məqsədi şəhərin milli-mənəvi və sosial-mədəni irsinin tarix, siyasət, ədəbiyyat, incəsənət, memarlıq, din və fəlsəfə kimi müxtəlif aspektlərdən araşdırılmasıdır. Bu istiqamətdə əsas vəzifə elmi tezis və məqalələrin nəşr olunaraq elmi-ictimai mühitə çatdırılmasıdır. Həmçinin aparılacaq elmi tədqiqat və müzakirələrə şərait yaratmaq, bu layihə çərçivəsində Azərbaycan İlahiyyat İnstitutu ilə Respublikanın digər elmi tədqiqat institut və mərkəzləri arasında əməkdaşlığı genişləndirməkdir. Konfransın əsas mövzu və istiqamətləri:– Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşa və onun tarixi;– Azərbaycanın ictimai-siyasi düşüncə tarixində Şuşa və şuşalı dövlət xadimləri;– Şuşanın Azərbaycan ədəbi irsində yeri;– Şuşada incəsənət və memarlıq nümunələri;– Şuşanın milli-mənəvi irsimizin təşəkkül və inkişafında rolu;– Şuşada dini-mədəni abidələr;– Şuşa – Azərbaycanın multikultural mədəni irsində;– Şuşanın geosiyasi əhəmiyyəti və 44 günlük Vətən müharibəsində Qarabağ Zəfəri. Məqalələrin qəbul qaydaları: 1. Məqalələr heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır.2. Məqalələrin həcmi 6-15 səhifə, xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır.3. Məqalələrin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, Azərbaycan, türk və ya rus dillərində “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: ilahiyyatkonfransshusha@gmail.com4. Təqdim olunan yazının əvvəlində məqalənin başlığından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.5. Məqalənin əvvəlində müəlliflə bağlı məlumatdan sonra, məqalənin yazıldığı dildə xülasə və açar sözlər verilməlidir.6. Elmi araşdırmaların yazılma üsullarına uyğun olaraq, beynəlxalq standartlara cavab verən məqalələrdə giriş, ən azı, iki yarımbaşlıq və nəticə olmalıdır.7. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinadlar göstərildiyi yerdən sonra, mötərizədə müəllifin soyadı, nəşrin ili və səhifə nömrəsi sıra ilə verilməlidir; məs.: (Məmmədov 2007, 17-21).Əgər bir müəllifin eyni ildə çap olunmuş iki və daha artıq əsəri varsa, belə olduğu halda, (Məmmədov 2007(1), 31-36) və ya (Məmmədov 2007 (2), 42-55) kimi qeyd edilməlidir. Məqalənin sonunda ədəbiyyat siyahısında soyad, ad və nəşr ili göstərildikdən sonra, mötərizə içərisində 1 və ya 2 rəqəmləri qeyd edilir; məs.: (Məmmədov Emil (2007/1), 31-36) və ya (Məmmədov Emil (2007/2), 42-55).8. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat bu formatda yerləşdirilməlidir: müəllifin soyadı və adı; nəşr ili (il); kitab; məqalə; konfrans və digərlərinin tam adı (əgər varsa, tərcümə edənin adı və soyadı); nəşr edilən yer; nəşriyyatın adı. Məqalələrdə ən sonda səhifələr göstərilir. Ədəbiyyat siyahısı məqalənin sonunda verilməlidir.9. Xülasə və açar sözlər məqalənin yazıldığı dildən başqa iki xarici dildə, ədəbiyyat siyahısından sonra yerləşdirilməlidir. Hər bir xülasədə məqalənin adı, müəllifin adı, soyadı və elmi dərəcəsi (olduğu təqdirdə) tam göstərilməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir.10. Müəllif məqalənin keyfiyyətinə, göstərilən faktların dəqiqliyinə və digər məlumatlara görə cavabdehlik daşıyır. Məqalələrin təqdim olunması üçün son tarix: 17.03.2022Qəbul edilən məqalələrin elan edilmə tarixi: 11.04.2022Əlaqələndirici şəxslər: Elnarə Ağaoğlu (+99412) 510 65 45(+99470) 250 05 27Şahin Ələsgərov (+99412) 510 65 45(+99455) 529 93 80Emil İsbatov (+99412) 510 65 45(+99455) 200 21 03
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda konfrans keçirilib. Veteranların və 44 günlük Vətən müharibəsi iştirakçılarının qatıldığı konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın təklifi ilə dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin əsl sərkərdəlik məharəti sərgilədiyini vurğulayan Fatma Səttarova, işğalçı Ermənistan üzərində əldə edilən qalibiyyətin Azərbaycan tarixinə qızll hərflərlə həkk edildiyini bildirib. Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dövlətin qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib, bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb: “Qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə dövlətin göstərdiyi mütəmadi diqqət və qayğı beynəlxalq praktika üçün Azərbaycan modelini formalaşdırıb ki, bu model bütün dünyada maraq və təqdirlə qarşılanmaqdadır. Vətən müharibəsində olduğu kimi, bu gün də cəmiyyətin bütün kateqoriyalarının, o cümlədən qazilərin dövlətimiz və onun prezidenti ətrafında birləşməsi zəruridir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı vətənpərvərliyin təbliği istiqamətində çoxşaxəli fəaliyyət ortaya qoymaqdadır. Bu məqsədlə qazilərlə mütəmadi görüşlər keçirilir, onların qayğılarının öyrənilməsi və həllinə dəstək verilir. Son vaxtlar cəmiyyətdə müşahidə edilən bəzi mənfi təzahürlər narahatlıq doğurur. Bəzi hallarda müxtəlif şəxslərin qazi adından sui-istifadə etməyə cəhd edir ki, bu da yolverilməzdir. Vətən müharibəsində iştirak etməyən bəzi şəxslərin özünü qazi kimi təqdim edərək müxtəlif iddialarla çıxış etməsi, dövlətin qazilərə olan diqqət və qayğısına kölgə salmağa çalışması kimi hallara qarşı ictimaiyyət də fəal reaksiya verməli, bu cür şəxslər qanunsuz əməlləri ifşa olunmalıdır. Bəzi radikal və təxribatçı qüvvələr qaziləri özlərinə cəlb etmək, onların adından və nüfuzundan çirkin, qeyri-sağlam məqsədlərini reallaşdırmağa çalışırlar ki, bu da anti-xalq və anti-dövlət mahiyyəti daşıyır. Bəzi qüvvələrin qazilərdən, onların cəmiyyətdəki nüfuzundan dövlətə qarşı istifadə etməyə cəhd etməsi yolvverilməzdir və qaziləri bu kimi halllarla bağlı diqqətli olmağa, hər zaman olduğu kimi bundan sonra da dövlətin və onun prezidentinin ətrafında birləşməyə səsləyirik. Qazilərə diqqət və qayğının sadəcə dövlətin deyil, hər bir vətəndaşın borcudur. Bununla yanaşı, qazi adı daşıyan şəxslər də öz arzu və istəklərini mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə ifadə etməlidirlər. Son vaxtlar 44 günlük Vətən müharibəsi və 2016-cı ilin aprel döyüşləri iştirakçılarından 800 nəfərə qədər qazinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üzv olub. Respublikanın bütün bölgə və rayonunda təşkilatımızın yerli strukturları mövcuddur. Mən qazilərimizi təşkilata üzv olmağa səsləyirəm. Onlar təşkilatdaxili müzakirələr və tədbirlərdə iştirak edə, onları narahat edən, düşündürən məsələləri dilə gətirə, təşkilatın imkanlarından yararlana bilərlər”. Konfransda çıxış edən 44 günlük Vətən müharibəsi iştirakçıları da dövlətin onlara olan diqqət və qayğısından məmnunluqla bəhs etməklə yanaşı, cəmiyyətdə bəzi hallarda mənfi təzahürlərə də rast gəldiklərini vurğulayıblar. Aparılan müzakirələrdən məlum olub ki, dövlət başçısının xəbərdarlığına rəğmən hələ də bəzi məmurlar tərəfindən müharibə iştirakçılarına laqeyd münasibət, o cümlədən süründürməçilik halları mövcuddur ki, bu da qazilərdə haqlı narazılığa səbəb olur. Konfransda mənfi təzahürlərə qarşı birgə mübarizənin zəruriliyi qeyd olunub və bu cür hallarla qarşılaşan qazilərə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına müraciət etmək, öz hüquqlarını təmin etmək üçün təşkilatın imkanlarından faydalanmaq tövsiyə olunub. Konfransda iştirak edən xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan mayoru Salman Hüseynovun, ehtiyatda olan kiçik çavuş Elçin Əhmədovun, polkovnik-leytenant Şahin Məmmədovun, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı Rasim Mirzəyevin çıxışları da böyük maraqla qarşılanıb və konfrans iştirakçıları tərəfindən təqdir olunub. Konfransın sonunda bir daha tədbir iştirakçılarına üz tutan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova qaziləri dövlət başçısının ətrafında sıx birləşməyə, dövlətimizin daha da güclənməsi prosesində aktiv iştirak etməyə səsləyib. Daha sonra konfrans iştirakçıları xatirə şəkli çəkdirib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxu