Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, 7 sentyabr 2021-ci il tarixində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyinin, əməkdaşlarının və rayonun fəal könüllülərinin iştirakı ilə Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl və gümüş medalçısı Azərbaycan para-atleti Lamiyə Vəliyeva yaşadığı evinin qabağında böyük coşqu qarşılanıb. Qeyd edək ki, Lamiyə Vəliyeva 2021 -ci ildə Tokiodakı Yay Paralimpiya Oyunlarında Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55.00 saniyəyə qaçaraq və Paralimpiya rekordunu qıraraq finalda birinci olub. Eyni oyunlarda Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda İspaniyalı atletdən 0,03 saniyə geridə qalaraq gümüş medal qazanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə, Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alınıb ki, XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçilərinin təltif olunanları sırasında 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli Lamiyə Rövşən qızı Vəliyeva da vardır.
Hamısını oxu
Nəsib Məhəməliyev: “Bu layihə “Bir millət, iki dövlət” prinsipini özündə tam əks etdirir” Xəbər verdiyimiz kimi, Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla “Qardaş briqada” layihəsinə strat verdiyini bildirib. Türkiyə ilə hərbi əməkdaşlığın bu şəkildə inkişafı Azərbaycan ordusunun yaxın gələcəyinə nə vəd edir? Türkiyə ilə hərbi əməkdaşlıq Azərbaycanın regiondakı şəriksiz hərbi üstünlüyünü qorumaq baxımından nə dərəcədə önəmlidir? Veteran.gov.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev Türkiyə ilə hərbi əməkdaşlığın mühüm əhəmiyyətə malik olduğunu qeyd edib: “Türkiyə Müdafiə Nazirliyinin “Qardaş briqada” layihəsinin məqsədi, Azərbaycanla birlikdə qarşılıqlı fəaliyyəti, döyüş təlimlərinin planlaşdırılması və idarəetmənin uyğunlaşdırılması ilə bağlıdır. Bildiyiniz kimi, cari ilin iyun ayının 15-də Azərbaycan və Türkiyənin Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında tarixi “Şuşa Bəyannaməsi” imzalandı. Həmin bəyannamənin əsas müddəalarından birində hərbi sahədə əməkdaşlıq, müttəfiqlik, Azərbaycan Silahlı Qüvvələrinin Türk Ordusuna uyğunlaşdırılması məsələsi nəzərdə tutulur. Tərəflərdən hər birinin ərazi bütövlüyünə, suverenliyinə təhdid yarandıqda vahid mövqedən çıxış etmə öhdəliyi götürülür. Yaşadığımız Cənubi Qafqaz regionu müasir geosiyasi baxımdan maraqların toqquşduğu, mürəkkəb bölgə hesab olunur. Eyni zamanda, dövlət siyasətini tarixi türk-Azərbaycan düşmənçiliyi üzərində qurmuş, xəstə təxəyyüllü Ermənistan kimi işğalçı qonşunun olması, hər an stabil, güclü döyüş qabiliyyətinə malik ordunun olmasını şərtləndirir. Onu da etiraf etmək lazımdır ki, son illər dünyada beynəlxalq hüququn deqradasiyası baş verir, bir çox qərarların qəbulunda ikili standartların tətbiqi, sivilizasiyalar arası, təbii sərvətlər uğrunda gərgin mübarizə gedir. Nəticə olaraq, bir çox ölkələrdə, əsasən müsəlman ölkələrində müharibələr, dağıntılar baş verir. Milyonlarla insan öz yurdlarından qaçmaq məcburiyyətində qalırlar. Belə faciələrin olmaması üçün ilk növbədə daxili sabitliyin qorunması, milli birliyin, iqtisadi inkişafın təmin olunması, ən müasir silahlarla təchiz olunmuş güclü ordunun olması əsas şərtdir. Vətən müharibəsi bir daha göstərdi ki, bütün bunlar olmadan böyük Qələbədən danışmaq mümkün deyil. Mürəkkəb geosiyasi şəraitdə, 200 il ərzində itirdiklərimizi cəmi 44 gün ərzində işğaldan azad etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər bunu bir daha təsdiq etdi. Bugünkü reallıq ondan ibarətdir ki, Ermənistan müharibədə acı məğlubiyyətə uğramasına baxmayaraq, sülh müqaviləsini imzalamağa tələsmir və regionda gərginliyin saxlanılmasında maraqlı qüvvələr də öz ənənəvi siyasətlərini davam etdirməkdədirlər. Belə olan halda, hər zaman Silahlı Qüvvələrin daha da təkmilləşdirilməsi, operativ döyüş qabiliyyətinin, taktiki və fiziki hazırlın artırılması, beynəlxalq şəraitə və şərtlərə uyğun innovativ təcrübələrin sınaqdan keçirilməsi olduqca vacib məsələlərdəndir. Bu baxımdan qardaş Türkiyə Silahlı Qüvvələri ilə birlikdə həyata keçirilən “Qardaş briqada” layihəsi son dərəcə əhəmiyyətlidir və “Bir millət, iki dövlət” prinsipini özündə tam əks etdirir”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin təşkilatçılığı ilə Novamed klinikasında Ukraynadan dəvət olunmuş həkim ekspertlər tərəfindən bir çox qazi tibbi müayinə olunub. Qazilər tibbi müayinələri, həkim qəbulu, laborator analizlər və digər bütün tibbi xidmətlər pulsuz təşkil olundu. Tibbi müayinə aksiyasında Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin İdarə Heyəti, klinkanın rəhbər və tibbi personalı iştirak ediblər. Tibbi aksıyada çıxış edənlər bildirdilər ki, Birlik tərəfindən davamlı olaraq şəhid ailələrinə və qazilərə bu cür tibbi əhəmiyyətli dəstəyi həyata keçirməkdə əsas məqsəd ölkəmizin həssas təqbəqsinin sağlamlığının vacibliyini düşünürək dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərin sağlaamlığının yaxşılaşdırılması istiqamətində həyata keçirdikləri uğurlu fəaliyətə ictimai təkan olmaqla yanaşı tibbi dəstək göstərməkdir.
Hamısını oxu
Vətən müharibəsindəki Qələbəmizdən sonra Azərbaycan bölgədə yeni geosiyasi reallıqlar yaratdı, eyni zamanda, müharibənin bitməsindən ötən doqquz ayda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə işğaldan azad olunmuş ərazilərimizə səfərlər edib. Bu gün işğaldan azad edilmiş torpaqlarımızın bərpası ilə bağlı verilmiş tapşırıqlar müvəfəqiyyətlə yerinə yetirilir. Quruculuq işləri, infrastruktur layihələrinin icrası sürətlə davam etdirilir. Azərbaycanın istər beynəlxalq, istər regiondakı uğurları Ermənistanı sözsüz ki, narahat etməyə bilməzdi. Belə ki, “mehriban qonşumuzun” hökumət dairələri təşviş və qorxu içərisindədir. Elə bunun səbəbidir ki, hər yerdən əli üzülən Ermənistan çıxış yolunu təxribatda, xalqını aldatmaqda, Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda görürlər. Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizin mövqeyi intensiv atəşə tutulub, düşmən cavab atəşi ilə susdurulub. Hadisə baş verən kimi Azərbaycan tərəfi Rusiya sülhməramlılarının komandanlığını və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzini erməni təxribatı haqqında məlumatlandırıb, onları zəruri informasiya ilə təmin edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidən mövqelərimizin erməni hərbçiləri tərəfindən atəşə tutulması Azərbaycan tərəfini narahat edən, eyni zamanda, rəsmi İrəvanın məkirli niyyətlərindən xəbər verən hadisədir: “Xatırladım ki, erməni hərbçiləri bundan əvvəl də dəfələrlə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, 10 noyabr Bəyanatının şərtlərini kobud şəkildə pozmaqla öz məkrli niyyətlərini ortaya qoyublar. Hesab edirəm ki, baş verən bu təxribatlar bir neçə aspektdən şərh edilə bilər. Bunlardan biri Ermənistanın hələ də 44 günlük Vətən müharibəsindəki rüsvayçı məğlubiyyətindən lazımi dərs çıxarmaması ilə bağlıdır”. “Cəmi 44 gün ərzində öz hərbi potensialının 80 faizindən məhrum olan Ermənistan yeni təxribatlara əl atmaqla bölgədə gərginliyi artırmağa, sabitliyi pozmağa çalışır” deyən C. Xəlilov Ali Baş Komandanın fikirlərinə diqqət çəkərək bildirib: “Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, “Dəmir yumruq” öz yerindədir və Azərbaycan ona yönəlik hər bir təhlükəni dəf etməyə, hər bir təhdidi aradan qaldırmağa qadirdir. Məsələnin ikinci tərəfi təxribatların Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə reallaşmasıdır. Halbuki, 2020-ci ilin 10 noyabr Bəyantında açıq şəkildə qeyd olunub ki, Rusiya sülhməramlıları yerləşdikləri ərazidə bu cür təxribatlara yol verməməli, onların qarşısını qətiyyətlə almalıdırlar. Lakin təəssüflər olsun ki, biz hələ də Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdən ermənilərin mövqelərimizə atəş açmasına, yeni təxribatlara cəhd etməsinə şahid oluruq. Məhz buna görədir ki, bugünlərdə Azərbaycanın müdafiə naziri bu təxribatların qarşısının qətiyyətlə alınması ilə bağlı göstəriş verdi və sentyabrın 3-də mövqelərimizə hücum edən düşmən hərbçiləri itki verərək geri çəkilməyə məcbur oldu”. Polkovnik C. Xəlilov söylədi ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də savaşdan sonra erməni təxribatlarının qarşısının qətiyyətlə alınması göstərir ki, Azərbaycan bundan sonra da öz ərazi bütövlüyünü, mülki və hərbi vətəndaşlarının təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək: “ Bu məsələdə hər zaman olduğu kimi ciddi, prinsipiallıq sərgiləyəcək. Başqa sözlə desək, erməni hərbçilərinin həyata keçirməyə çalışdıqları təxribatlar bundan sonra da Ermənistanın özü üçün üzücü və faciəvi sonluqla bitəcək”. Günel Eyyubova, “İki sahil”
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, sentyabrın 7-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Portuqaliya oyununun bilet satışından əldə olunan gəlirin 10%-i Qarabağ Dirçəliş Fonduna ianə ediləcək. AFFA və Qarabağ Dirçəliş Fondu arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan – Portuqaliya oyunundan başlayaraq, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının bütün ev oyunlarında bilet satışından əldə olunan gəlirin 10%-i Qarabağ Dirçəliş Fonduna ianə olunacaq. Qeyd edək ki, ianə olunan məbləğ işğaldan azad olunan ərazilərdə futbol infrastrukturunun bərpası və inkişafı kimi məqsədlərə sərf olunacaq. Azərbaycan – Portuqaliya oyununa biletləri “iTicket.Az” veb saytı, mobil tətbiqi və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən “iTicket” bilet satış məntəqələrindən əldə etmək mümkündür. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq. Qeyd edək ki, yaxın günlərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Qarabağ Dirçəliş Fondu arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məqsədilə əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan, əsas vəzifəsi işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması, inkişaf etmiş, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstəyinin göstərilməsi olan Qarabağ Dirçəliş Fondu, bu mühüm işlərə qoşulmaq istəyən bütün vətəndaşlarımız üçün vahid və əlçatan platformadır. İanələrin köçürülməsi ilə bağlı daha ətraflı burada: https://qdf.gov.az/iane-et/
Hamısını oxu
Milli Qəhrəmanın oğlu erməni rəqibinə qalib gələrək kuboka sahib olub. Veteran.gov.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun ( Fred Asif) oğlu Azər Məhərrəmov peşəkar "Arm Wrestling" liqasında erməni rəqibinə qalib gəlib. Həmyerlimiz Azər Məhərrəmov və erməni rəqibi arasında qarşılaşma Ukraynanın Kiyev şəhərində baş tutub. Qələbə qazanan Azər Məhərrəmov "Arm Wrestling" liqasının kubokuna sahib olub.
Hamısını oxu
Xəyal Rza: “Yazıçılarımızın zəfərə həsr edilmiş əsərlərinə bundan sonra da rast gələcəyik” Qarşıdan 44 günlük Vətən müharibəsinin ildönümü gəlir. Maraqlıdır, bu tarixi zəfər, böyük qələbə ədəbiyyatımızda öz əksini yetərincə tapırmı? Yaxın gələcəkdə bu istiqamətdə yeni ədəbi əsərlərin yaradılması nə dərəcədə zəruridir? Saytımıza açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza artıq bu yöndə bir sıra addımların atıldığına diqqət çəkib: “Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə, sədr müavini Rəşad Məcidin redaktorluğu ilə (ön söz Rəşad Məcid) "Qarabağ dastanı - 30 ilin həsrəti, 44 günün zəfəri" adlı kitab çap edildi. Almanax halında çap edilən kitabda qarabağlı qələm adamlarının məqalələri, şeirləri yer alıb. Şəhidlərimizə, zəfərimizə həsr edilimiş ayrı-ayrı onlarla kitab işıq üzü görüb. AYB-nin "Ulduz" jurnalı Qarabağa xüsusi buralıxlış həsr edib. "Ədəbiyyat qəzeti" müntəzəm olaraq zəfərə, şəhidlərimizə həsr edilmiş əsərlər, hekayələr, məqalələr, şeirlər dərc edir. Düşünürəm ki, bu bir başlanğıcdır. Yazıçılarımızın zəfərə həsr edilmiş əsərlərinə bundan sonra da rast gələcəyik. Bilirsiniz ki, roman uzun zaman tələb edir. Yaxın illərdə bu münasibətlə yazılmış romanları da oxuya biləcəyimizə inanıram”. Seymur ƏLİYEV
Hamısını oxu
Qalib Azərbaycan xalqı milli təqvimə daha bir tarixi günü qürurla və əzəmətlə yazmağa müvəffəq oldu. "Qarabağ" təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi. Bu, 30 ilə yaxın müddətdə həsrətlə gözlədiyimiz Böyük Qayıdışın daha bir rəmzi - simvolik ifadəsidir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri həmin ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Təqdirəlayiq haldır ki, Prezident İlham Əliyevin rəhbərliyi və müvafiq tapşırıqları əsasında bəhs olunan torpaqlarda zəruri infrastrukturun yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Böyük Qayıdışın təmin edilməsində çox mühüm humanitar missiya həyata keçirir. Onun rəhbərliyi ilə görülən işlər - atılan addımlar işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparılmasında çox böyük əhəmiyyət daşıyır. Bütövlükdə, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanı ilə yanaşı, Laçın və Zəngilan rayonlarında da beynəlxalq hava limanlarının tikintisi həm sosial-iqtisadi, həm də strateji cəhətdən olduqca önəmlidir. Azərbaycan dövləti bütün bu imkanlardan və üstünlüklərdən istifadə edərək öz qüdrətini daha da artıracaq! Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Hamısını oxu
Müasir müstəqil Azərbaycan dövlətinin banisi, müdrik dövlət xadimi Heydər Əliyevin xalqımızın qarşısındakı xidmətləri misilsizdir. O, fəaliyyətinin bütün dövrlərində respublikamızın qüdrətinin, xalqın isə rifahının artmasına xidmət edən tarixi işlər görüb, mühüm nailiyyətlərə imza atıb. Yeri gəlmişkən, Ulu Öndər Heydər Əliyevin düz 30 il əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi də Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Naxçıvanın xilası və dirçəlişi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır Məlumdur ki, həmin dövrdə ölkəmiz mürəkkəb şəraitlə qarşı-qarşıya idi. Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun ağırlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca gərginləşdirmişdi. O zaman müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun ağır olduğu şəraitdə - 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə çox mühüm işlər görüldü. Muxtar Respublikada tənəzzülün qarşısı alındı, sabitlik təmin edildi. Aqrar islahatlar reallaşdırıldı, infrastruktur quruculuğu istiqamətində ardıcıl işlər görüldü. Bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyevin atdığı addımlar tarixi və dövlətçilik ənənələrinin bərpası baxımından çox mühüm əhəmiyyətə malik oldu. Belə ki, 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Həmçinin Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Muxtar Respublika ərazisindən çıxarıldı. Bunlarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edilməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar verilməsi xüsusi vurğulanmalıdır. Eyni zamanda, blokada şəraitində olan Muxtar Respublikanın qonşu ölkələrlə, o cümlədən Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələrinin inkişafı ilə əlaqədar mühüm addımlar atılması sosial-iqtisadi inkişafın təmin olunması baxımından mühüm önəm daşıyırdı. Göründüyü kimi, Naxçıvanın xilası və dirçəlişi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Beləliklə, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü də milli maraqlarımızın, dövlətçilik ənənələrimizin qorunması baxımından olduqca əlamətdardır. Qalib və güclü Azərbaycan Ulu Öndərin ideyaları əsasında uğurla inkişaf edir Ümummilli Lider Heydər Əliyev müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində isə gördüyü tarixi işlərlə Azərbaycanı tərəqqi yoluna çıxarıb və ölkəmizin qarşısında yeni inkişaf üfüqləri açıb. Bir sözlə, Azərbaycanın inamlı inkişafı məhz Heydər Əliyev siyasəti sayəsində mümkün olub. Həmçinin Naxçıvan bu gün Ulu Öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı, həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən uğurlu fəaliyyət sayəsində öz intibah dövrünü yaşayır. Naxçıvan əhalisi gələcəyə böyük inamla baxır və bugünkü nailiyyətləri gələcək inkişafın təminatçısı kimi görür. Beləliklə, qalib və güclü dövlət olan Azərbaycan Ümummilli Liderimizin ideyaları əsasında uğurla inkişaf edir, tarixi nailiyyətlər qazanaraq zirvələr fəth edir. Ölkəmizin bugünkü reallıqları Ulu Öndərin qüdrətli Azərbaycan arzusunun gerçək olduğunu göstərir! Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, avqustun 30-dan sentyabrın 4-dək İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, İtaliya Ticarət Agentliyi (İCE) və İtaliyanın Memarlıq, İncəsənət və Şəhərlərin Bərpası Assosiasiyasının (Assorestauro) birgə təşkilatçılığı ilə İtaliyanın müxtəlif şəhərlərində “Bərpa həftəsi - 2021” çərçivəsində silsilə tədbirlər keçirilir. Sözügedən tədbirlərdə Azərbaycandan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Read Qasımov iştirak edir. Tədbirə Azərbaycanla yanaşı Albaniya, Livan, Kuba, Səudiyyə Ərəbistanı Krallığı və İsraildən olan nümayəndə heyətləri də qatılıb. “Bərpa həftəsi - 2021” çərçivəsində Bari şəhərinin Fiera del Levante sərgi kompleksində keçirilmiş tədbirinin açılış mərasimində Bari şəhər rəhbərliyi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin, Assorestauronun, Bari Vilayətinin memarlar, landşaft dizaynerləri və bərpaçılar Assosiasiyasının, Fiera del Levante Sərgisinin, Ferrara Sərgi Konqresinin rəhbər şəxsləri çıxış ediblər. Sentyabrın 2-də “Bərpa həftəsi - 2021 çərçivəsində Azərbaycanla bağlı ölkə təqdimatı təşkil olunub. Açılış nitqi ilə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, İtaliya Ticarət Agentliyinin Sənaye Tərəfdaşlığı və Beynəlxalq Qurumlarla Əlaqələr Departamentinin müdiri Roberto Lovato və Assosrestauronun texniki direktoru Andrea Qriletto çıxış edərək Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, müxtəlif sahələrdə mövcud olan yüksək səviyyəli əlaqələrdən və qarşılıqlı faydalı mübadilələrdən, mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlıq imkanları, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası çərçivəsindəki imkanlardan danışıblar. Tədbirdə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə “Böyük qayıdış” və mədəni irsin bərpasına yönəlmiş davamlı proses haqqında geniş təqdimatla çıxış edib. Ermənistan Respublikası tərəfindən 30 il ərzində işğal altında saxlanılan ərazilərimizdə tarix və mədəniyyət abidələrinin dağıdılmasına, mənimsənilməsinə və vandalizmə məruz qalmasına, qeyri-qanuni arxeoloji qazıntıların aparılmasına dair ətraflı məlumatlar və fotofaktlar təqdim edib, mədəni irsimizə qarşı törədilmiş vəhşilikləri nümayiş olunub. Həmçinin Azərbaycan tərəfindən bərpa prosesinə başlanıldığı, çoxsaylı minalardan təmizləmə fəaliyyətinin davam etdiyi diqqətə çatdırılıb. Vurğulayıb ki, post-konflikt dövründə davamlı sülhün və rifahın tam bərqərar olması məqsədilə infrastruktur və şəhərsalma layihələri həyata keçirilir. Bunun məntiqi davamı olaraq Azərbaycan tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə “Mədəniyyət naminə sülh” kampaniyasına bağlanıldığı qeyd olunub. Təqdimatda abidələrin dağıdılmasının miqyası barədə statistik məlumat, Ağdam şəhərinin və azad olunmuş digər ərazilərimizin acınacaqlı durumu diqqətə çatdırılıb. Dövlət Xidmətinin rəsmisi qeyd edib ki, Azərbaycan tərəfi bərpa prosesi çərçivəsində qarşılıqlı faydalı təkliflərə açıqdır və bu istiqamətdə İtaliyadan olan tərəfdaşların və şirkətlərin bu prosesə töhfə verməsini müsbət qiymətləndirir. Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Read Qasımov İçərişəhərdə aparılan bərpa işləri haqqında, gələcəkdə açılması nəzərdə tutulan unikal muzey layihəsinə dair məlumat vermişdir. Tədbir çərçivəsində təşkil olunan Beynəlxalq Bərpa Sərgisi də öz işini davam etdirməkdədir. Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti İCE, Assorestauro, İtaliya Milli Tədqiqat Şurasının (CNR), habelə İBİX (abidələrin təmizlənməsi), ENEL X (memarlıq işıqlandırılması), CORES4N (abidələrin interyerinin bərpası üzrə) kimi İtaliyanın tikinti və bərpa sahələrində çalışan qabaqcıl şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib. Azərbaycan nümayəndə heyəti “Bərpa həftəsi - 2021” çərçivəsində 3 sentyabr tarixində Matera şəhərində keçiriləcək tədbirlərdə iştirak edəcək.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, “AS Group Investment” şirkəti ölkə başçısının şəhid ailələri və qazilərə dəstək olmaq siyasətini, eyni zamanda özünün dövlətimiz və cəmiyyətimiz qarşısında sosial məsuliyyətini əsas tutaraq Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan polkovnik leytenant Mehman Qənbərovun Binəqədi qəsəbəsində kirayə evdə yaşayan ailəsinə mənzil hədiyyə edib. 31 avqust 2021-ci il tarixində “AS Group Investment” şirkətinin əməkdaşları şəhid ailəsilə görüşərək qəhrəman şəhidimizin həyat yoldaşı Xuraman xanım Qənbərovaya yeni mənzilin sənədlərini təqdim ediblər. Onlar üçün gözlənilməz və ani olan bu xəbər illərlə mənzil həsrətilə yaşayan ailənin hər bir üzvündə inanılmaz sevinc hissi yaradıb. “AS Group Investment” şirkətinin şəhid polkovnik leytenant Mehman Qənbərovun ailəsinə hədiyyə etdiyi 3 otaqlı mənzil şirkətin özünün inşa etdiyi Göl-Park Yaşayış Kompleksində yerləşir. “AS Group Investment” uzun illər evsizlikdэn əziyyət çəkən şəhid ailəsinə hədiyyə etdiyi yeni mənzilin tam təmiri və lazımi əşyalarla təchiz edilməsini də öz üzərinə götürüb. Şəhid polkovnik leytenant Mehman Qənbərov hələ 2016-cı il aprel döyüşlərində qəhrəmanlığı ilə seçilib. O, polkovnik-leytenant rütbəsini də məhz Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə xüsusi qəhrəmanlıq göstərdiyi üçün qazanmışdır. Ağdam rayonunda doğulub Birinci Qarabağ Müharibəsi nəticəsində uşaq ikən məcburi köçkün həyatını yaşamış şəhidimizin ən böyük arzusu doğma torpaqların işğaldan azad edilməsi idi. İkinci Qarabağ Müharibəsinə yollanan zaman onun ailəsinə dediyi son cümlələri: “Həyatdır, hər şey ola bilər. Mən geri qayıtmaya da bilərəm. Əsas odur torpaqlarımızı azad edək!” olur. Sentyabrın 27-də döyüşlərə qatılan şəhid Qənbərov bir neçə kəndin azad edilməsində xüsusi qəhrəmanlıq göstərir. Sentyabrın 30-da o, Füzuli ərazisində düşmənin üzük halqası kimi əhatəyə aldığı döyüş yoldaşlarını mühasirədən çıxararaq qəhrəmancasına şəhid olur. Ölümündən sonra şəhid Qənbərov Vətən uğrunda, Füzulinin azad edilməsi uğrunda medalları və Qarabağ ordeni ilə təltif edilir.Qeyd edək ki, “AS Group Investment” şirkəti bu ilin mart ayında Mingəçevir şəhidi çavuş Niyaz İsgəndərovun ailəsinə də özünün orada inşa etdiyi “Park Residence” Yaşayış binasından mənzil hədiyyə etmişdir.
Hamısını oxu
Veteran.gov.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub. Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub. Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb. Bildiririk ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq.
Hamısını oxu