Ən son xəbərlər
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu veteranlara diqqət və qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Hər zaman xatırlanan canlı tariximiz və qızıl fondumuz adlandırılan İkinci Dünya müharibəsi veteranlarının, eləcə də hər birimizin sevimli bayramlarından olan 9 May - Qələbə bayramı ərəfəsində onlara birdəfəlik maddi yardımların verilməsi artıq ənənə halını alıb. İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” aprelin 24-də imzaladığı Sərəncamı tarixin qanlı-qadalı günlərindən dəyanətlə çıxmağı bacaran qəhrəman veteranlarımızın sevincinə səbəb olub. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov deyib ki, bu, qarşımızda hansı sınağın olmasından asılı olmayaraq hər bir vətəndaşın diqqət mərkəzində olmasının daha bir əyani təzahürü oldu. Sərəncamla 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Sərəncam ümumilikdə 7600 nəfərə şamil olunur. Onlardan 264-ü İkinci Dünya müharibəsində iştirakçısı, qalanı İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdir. İldən-ilə güclənən Azərbaycan iqtisadiyyatının vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına xidmət etdiyini qeyd edən polkovnik deyib: “İkinci Dünya müharibəsi iştirakçılarına və digər şəxslərə hər il Qələbə günü ərəfəsində verilən birdəfəlik maddi yardımın məbləği də mütəmadi artırılır. Bu istiqamətdə növbəti artım kimi, ötən ilki ilə müqayisədə hazırda həmin şəxslər üçün nəzərdə tutulan birdəfəlik yardımın məbləği də 50 faiz artırılıb”. Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycan dövlətinin hər zaman öz vətəndaşlarına sahib çıxması, xüsusən veteranların, ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirləri həyata keçirməsi bu fəaliyyətin bariz və qürur doğuran nəticəsidir. Ötən il Prezident İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır” şüarı ilə sosial islahatlar sahəsində müstəsna işlər həyata keçirildi. Bu gün dünyanı cənginə alan koronavirus pandemiyasının yayılmasına qarşı düzgün aparılan siyasət vətəndaşların sağlamlığının qorunması və sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan məqsədyönlü addımlar təqdirəlayiqdir və hər bir veteran tərəfindən dəstəklənir. Bütün bunlara əsaslanaraq iftixarla qeyd edə bilərik ki, Azərbaycan hər bir sahədə dünyaya nümunə olmağı bacarır. “Veteranlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirir, onun Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə atdığı bütün addımları dəstəkləyir və bu istiqamətdə yorulmaz, əzmli fəaliyyətində müvəffəqiyyətlər arzulayırlar. Veteranlar hər zaman Prezident İlham Əliyevin yanındadırlar”, - deyə Cəlil Xəlilov vurğulayıb. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Hamısını oxuPrezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər. AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir qismini təqdim edir. Biləsuvar rayonundan Teyyub Həsənov yazır: “Hörmətli cənab Prezident, hər zaman olduğu kimi, indiki çətin günlərdə də xalqımızın bütün təbəqələrinə, qocalara, gənclərə, xəstələrə, uşaqlara qayğınızla dəstəksiniz. COVID-19 pandemiyası demək olar ki, bütün dünyanı bürüyərək hər gün minlərlə can alır. Bunu ölkələrin gündəlik statistik göstəricilərindən də görürük. Amma Sizin düzgün siyasətiniz, görülən qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə bu bəlanın qarşısı demək olar ki, alınıb. Bu qabaqlayıcı tədbirlər olmasaydı, nələr olacağını xəyalıma belə gətirmək istəmirəm. Hörmətli Prezident, vaxtında görülən tədbirlərə, ölkəmizi, xalqımızı qoruduğunuza görə Sizə dərin minnətdarlığımızı bildiririk. İnşallah, bu bəla, qara bulud ölkəmizin üstündən tezliklə çəkiləcək. Sizin ölkəmiz üçün çəkdiyiniz əziyyəti, qayğınızı, dəstəyinizi görürük. Görməyənlər isə Vətən sevgisindən məhrumdur. Mən əliləm. Gənc valideyn olaraq iki oğul böyüdürəm və deyirəm, nə yaxşı ki, bu ölkədə doğulmuşuq, Azərbaycanın vətəndaşıyıq. Hörmətli cənab Prezident, biz Sizinlə, Azərbaycanımızla fəxr edirik. Mən ailəmiz adından Sizə ürəkdən təşəkkürümüzü çatdıraraq, karantin rejiminə riayət etdiyimizi bildirirəm. Hər zaman sağ olun, var olun!”. Kürdəmirdən Tofiq Əliyev, Bəbiş Mehdiyev, Şəmsəddin Cəfərov, Nicat İbrahimov və İlqar Həsənov rayonda məskunlaşan məcburi köçkünlər adından yazırlar: “Möhtərəm cənab Prezident, ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyünüz işlərə görə Kürdəmir rayonunda məskunlaşan məcburi köçkünlər adından Sizə təşəkkür edirik. Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğı, maddi və mənəvi dəstək heç zaman unudulmayacaq. İnşallah, Sizin rəhbərliyinizlə bu bəlaya qalib gəldikdən sonra daha neçə-neçə zirvələr fəth edəcəyik. Allah bu müqəddəs işinizdə Sizə yardımçı olsun!”. Bakı şəhərinin Xətai rayonunda yaşayan Qarabağ müharibəsi əlili Teymur Əliyevin məktubunda deyilir: “Hörmətli cənab Prezident, mən Qarabağ müharibəsi əlili, təqaüddə olan polis işçisi kimi Azərbaycan vətəndaşı olmağımla fəxr edirəm. Hər gün dünya xəbərlərini izlədikcə ölkəmizdə olan vəziyyətdən qürur hissi keçirirəm. Hörmətli Prezident, cənab Ali Baş Komandan, dünyaya meydan oxuyan ölkələrdə baş verən olayları, yüzlərlə, hətta minlərlə insan itkilərini gördükdə bu pandemiyanın necə qorxunc bəla olduğunu başa düşürük, lakin ölkəmizdə bunu hiss etmirik. Çünki Sizin kimi müdrik Prezidentimiz var. Azərbaycan xalqı bir daha Prezidentimizin yürütdüyü siyasətin doğruluğunu, vətəndaşların rifahının hər şeydən üstün tutulduğunu gördü. Buna görə də bütün xalq Sizin ətrafınızda sıx birləşərək deyir: “Cənab Prezident, biz Sizinləyik!”. Allah Sizi qorusun!”. Bakı şəhərinin Nərimanov rayonunun sakini Arif Əsgərov: “Hörmətli cənab Prezident, ölkəmizin bu çətin günlərində - koronavirus pandemiyası ilə mübarizədə Sizin göstərdiyiniz diqqət və qayğınızla xalqımıza dayaq olmağınız bizi qürurlandırır. Bizə - müharibə veteranlarına göstərdiyiniz diqqətə görə Əfqanıstan müharibəsi veteranları adından Sizə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, Sizin sayənizdə ölkəmiz tez bir zamanda əvvəlki gözəl günlərinə qayıdacaqdır”. Bakı şəhərinin Xətai rayonunda yaşayan məcburi köçkün Zəminə Cəfərova: “Möhtərəm cənab Prezident, Sizin müdrik siyasətinizin nəticəsində Azərbaycan cənnət diyara çevrilib. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Sizin rəhbərliyinizlə koronavirusa qarşı mübarizədə dövlətimiz vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür. Bizim dəyərli Prezidentimiz, inşallah, Sizin rəhbərliyinizlə Vətənimizdə həyat yenidən öz axarına düşəcəkdir. Siz xalqın etimadını qazanmış bir Lidersiniz. Ulu Tanrıdan Sizi və ailənizi qorumağı diləyirəm”. ƏTRAFLI urekliolurekleal.az Şəki Dövlət Regional Kollecinin müəllimi Namiq Hacıyev: “Möhtərəm cənab Prezident, bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşib. Sizin uzaqgörən və müdrik siyasətiniz, həyata keçirilən qətiyyətli qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradıb. Azərbaycanda koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə təşəkkürümü bildirirəm. Ölkəmizdə hələ COVID-19 infeksiyasına yoluxma baş verməmişdən əvvəl Sizin tapşırıq və göstərişinizlə dezinfeksiya işlərinə başlanıldı. Sonra Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Mən doğma Azərbaycanımı dünyada ən xoşbəxt ölkə hesab edirəm. Çünki bu xalqın Sizin kimi mərd oğlu, müdrik Prezidenti vardır. Bu çətin günlərdə Sizə və ailənizə cansağlığı, yeni uğurlar arzulayıram”. Bakının Xətai rayonunda fəaliyyət göstərən Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva, müəllimlər Sima Əhmədova, Kənan İsmayılov, Sərxan Behbudov və Nüşabə Bilalova təhsil ocağının kollektivi adından dövlətimizin başçısına yazırlar: “Möhtərəm cənab Prezident, cəmiyyət və dövlət olaraq ağır sınaqdan keçdiyimiz bir vaxtda hər bir vətəndaş Sizə ümid çırağı kimi baxır. Bu savaşdan birlikdə qalib çıxacağımıza zərrə qədər də şübhəmiz yoxdur. Çünki öz vətəndaşlarının hər cür təhlükədən etibarlı müdafiəsini təşkil edən, koronavirus pandemiyasının ölkə əhalisinə təsirini mümkün qədər azaltmaq üçün ən səmərəli tədbirlər həyata keçirən qüdrətli dövlətimiz var. Milli həmrəylik məsələsində çoxminli müəllimlər ordusunun üzvləri olaraq biz də dövlətimizin, onun müdrik rəhbərinin yanındayıq. Azərbaycanda həm də milli təhlükəsizliyimizin qorunmasını özündə ehtiva edən bu mübarizədə Sizin rəhbərliyinizlə həyata keçirilən təxirəsalınmaz tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunmasında oynadığı həlledici rol gözlərimizin önündədir. Cənab Prezident, ölkəmizin sabahı, gələcəyi olan uşaqlar, o cümlədən bizim məktəbin şagirdləri də dərslərini evdən onlayn şəkildə davam etdirir, videodərslərdə fəal iştirak etməklə bilik və bacarıqlarını möhkəmləndirirlər. Əmin olun ki, xalqımızı pandemiya bəlasından qorumaq üçün böyük əzm və fədakarlıqla gördüyünüz işlərdən düşən ümid işığını indidən görürük. Biz Sizinlə güclüyük!”. Salyan rayonunun Aşağı və Yuxarı Noxudlu kəndlərinin sakinləri Səxavət Nuriyev, Müzəffər Feyzullayev və İsgəndər Babayev yazırlar: “Hörmətli cənab Prezident, bəşəriyyət koronavirus pandemiyası kimi çətin sınaqla üz-üzədir. Bəzi ölkələrdə əsl insanlıq faciələri yaşandı. Çox sevinirik ki, tərəfinizdən görülən tədbirlər nəticəsində biz belə halları kənardan seyr etdik. Sizə, həmçinin koronavirus infeksiyasına qarşı mübarizədə fəal iştirak edən hər kəsə, xüsusilə də həkimlərə dərin minnətdarlığımızı bildiririk. Məhz Sizin qətiyyətli mövqeyinizin sayəsində xalqımız bütün çətinliklərin öhdəsindən uğurla gələcək. Siz gördüyünüz işlərlə və verdiyiniz qərarla hər zaman vətəndaşın yanında olduğunuzu bir daha sübut etdiniz. İnanırıq ki, narahat günlərimiz tezliklə tarixin yaddaşına köçəcək və doğma ölkəmizdə həyat yenidən öz axarına düşəcəkdir”. Daşkəsən rayonundan Rövşən Həsənov, Mübariz Abbasov, İsmayıl Mürsəlov və Jalə Musayeva yazırlar: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirləri dəstəkləyirik. Bu tədbirlər sayəsində hazırda ölkəmizdə xəstəliyə yoluxma nisbətində müsbət dinamika müşahidə edilir, sağalanların sayı hər gün daha da artır. Ölüm sayı isə digər ölkələrlə müqayisədə kifayət qədər azdır. Bu xəbərlərin bizi necə sevindirdiyini sözlə ifadə etməkdə çətinlik çəkirik. Cənab Prezident, bu mübarizə hələ tam başa çatmayıb, amma artıq hər bir azərbaycanlı əmindir ki, Siz bütün vasitələrdə bu problemin öhdəsindən də gələcəksiniz. Allah Sizi xalqımızın başı üzərindən əskik etməsin!”. İmişli rayonunun sakini Rafiq Məhəddinov: “Möhtərəm cənab Prezident, Sizi salamlayır və dövlətimiz üçün bu çətin zamanda gecə-gündüz xalqımıza xidmət etməyinizi böyük fəxarət hissi ilə vurğulayaraq, Sizə minnətdarlığımı bildirirəm. Bütün dünyanı sarsıtmış yeni növ koronavirusdan ən az zərər görən ölkələr sırasındayıq. Bu, Sizin diqqətinizin, qayğınızın, qətiyyətli mövqeyinizin nəticəsidir. İnanırıq ki, karantin müddətində xalqımızın Sizin tövsiyə və tapşırıqlarınıza əməl etməsi dövlətimizi bu çətin zamanda daha da gücləndirərək, virusa qalib gəlməsinə kömək edəcək”. Ağdam rayonunun Zəngişalı kəndinin sakini Ramin Sadıqov: “Çox hörmətli cənab Prezident, Azərbaycanın xalqının rifahı, gözəl, firavan yaşaması üçün var gücünüzlə çalışdığınıza görə Sizə və Mehriban xanıma təşəkkürümü bildirirəm. Bölgələrimizdə aparılan abadlıq-quruculuq işlərində Sizin və Mehriban xanımın imzalarınız danılmazdır. Bununla yanaşı, vətəndaşlarımızın sağlam yaşamaları üçün ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizədə əlinizdən gələni əsirgəmir, virusa yoluxan xəstələr üçün yeni modul tipli xəstəxanalar tikdirərək, xalqımızın qayğısına qalırsınız. Sizin sayənizdə xalqımızın bu dərd-bəladan tezliklə qurtulacağına inanırıq. Uca Allah millətimizi, Sizi və Sizin ailəni qorusun!. Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət etsin ki, bizlərə Sizin kimi oğul bəxş edib. Görülən bütün işlərə görə Sizə minnətdarıq, cənab Prezident. Sizə uzun ömür və cansağlığı arzu edirik”. Odlar Yurdu Universitetinin kollektivi və tələbələri adından Əhməd Vəliyev yazır: “Çox hörmətli cənab Prezident, bu gün dünyanı fəlakətin bürüdüyü bir zamanda ən nəhəng dövlətlərin və onların rəhbərlərinin xəstəlik qarşısında acizliyi hamımıza məlumdur. Siz isə belə bir bulanıq, təlatümlü dünyada dərin zəka, ağıl, düşüncə nümayiş etdirərək, xalqla bir olan dünyəvi Lider olduğunuzu bir daha sübut etdiniz. Belə ağır və məsuliyyətli günlərdə Siz hər bir vətəndaşımıza diqqət yetirirsiniz, yorulmadan onlarla daim bir yerdə olursunuz. Həmçinin Birinci vitse-prezidentimiz, çox əziz Mehriban xanımın bu çətin vaxtlarda insanlarımıza doğmalıqla, bir ana qayğısı ilə, humanistcəsinə müraciətləri soydaşlarımızda böyük mənəvi stimul və yüksək əhval-ruhiyyə yaradıb. Biz təhsil işçiləri olaraq Sizin atdığınız hər bir addımı təhlil edir, bu gün üçün müəyyənləşdirib uğurla tətbiq etdiyiniz idarəçilik modelinin alternativsiz olduğunu təsdiqləyir və çox yüksək qiymətləndiririk. Nəsirəddin Tusinin belə bir kəlamı var: “Hökmdar o zaman hökmdar olaraq qəbul edilir ki, ölkə xəstələndikdə onu müalicə etsin, sağlam olduqda isə onun sağlamlığının keşiyində dayansın”. Hörmətli cənab Prezident, bu ifadələrin fonunda Siz zirvədəsiniz və əvəzolunmaz Lidersiniz. Odlar Yurdu Universitetinin çoxsaylı kollektivi və tələbələri Sizinlə qürur duyaraq əmin olduqlarını bildirirlər ki, Siz dünya miqyasında alternativi olmayan bir lider kimi qələbə qazanacaqsınız. Tanrı köməyiniz olsun!”. Lənkəran rayonunun Boladi kəndindən Ramazan Quliyev: “Möhtərəm cənab Prezident, koronavirus təhlükəsi gözlənilmədən sərhədlərimizə dayandı. Siz bu fəlakət gətirən virusun qarşısını almaq üçün dərhal fəaliyyətə başladınız, onun ölkəmizdə yayılmaması üçün dövlət səviyyəsində qərarlar qəbul edildi, həyati əhəmiyyətli tədbirlər görüldü. Bu tədbirlərin nəticəsidir ki, dünyanı çökdürən pandemiyanın ölkəmizə təsiri güclü olmadı, müdrik qərarlarınız xalqımızı bu qorxunc bəladan qorudu. Xalqımız da Sizin ətrafınızda sıx birləşərək, bu xəstəliyə qarşı mübarizədə səfərbər oldu. İnşallah, zəhmətiniz bəhrə verəcək, rəhbərliyinizlə bu sınaqdan şərəflə çıxacağıq!”. Ağdam rayonundan məcburi köçkün, hazırda Ağsunun Xanbulaq kəndində yaşayan Teymur Əhmədov: “Möhtərəm cənab Prezident, bu gün hər bir azərbaycanlı yaxşı bilir ki, onu düşünən, onun qayğısına qalan Prezidenti var. Siz dünyanı bürüyən virusun ölkəmizdən tezliklə yox olması üçün əlinizdən gələni edirsiniz. İşləyən bütün şəxslərin maaşı vaxtında verilir və işləməyən şəxslərə də müavinətlər ayrılır. Mən gənc şair kimi Sizin sayənizdə heç nəyin qayğısını çəkmədən evdə yaradıcılıqla məşğul oluram. Bu ağır günlərdə mənə və bütün xalqımıza gözəl şərait yaratdığınıza görə Sizə bir daha təşəkkür edirəm. Allah Sizi var eləsin!. Ulu Tanrı Sizi və ailənizi qorusun!”. Göyçay rayonunun Alpout kəndinin ağsaqqalları adından yazan Qəhrəman İbrahimov dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: “Hörmətli cənab Prezident, bütün dünyanı öz əsarətinə almış koronavirus pandemiyası respublikamıza da təsirsiz ötüşmədi. Lakin vaxtında görülmüş tədbirlər sayəsində bu təsirlər başqa ölkələrə nisbətən o qədər də güclü olmadı. Sizin xalqımıza bağlılığınız imzaladığınız sərəncamlarla və verdiyiniz qərarlarla bir daha özünü doğrultdu. Belə çətin dövrdə yaşı 65-dən yuxarı vətəndaşlara yoluxmanın qarşısını almaq məqsədilə evdə sosial xidmətlərin göstərilməsi, əfv Sərəncamınız ilə 176 məhkumun öz ailələrinə qovuşması, həmçinin işsiz vətəndaşlara birdəfəlik ödənişlərin verilməsi Sizin humanistliyinizin və əvəzsiz himayənizin sübutlarıdır. Azərbaycanımız üçün gördüyünüz bütün işlərə görə Sizə və Mehriban xanım Əliyevaya ailəm adından və Alpout kəndinin ağsaqqalları adından dərin minnətdarlığımı bildirirəm”
Hamısını oxuXəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağla bağlı maraqlı açıqlama ilə çıxış edib. Problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu bildirən Rusiyanın xarici işlər naziri, öncə Qarabağ ətrafındakı rayonların azad edilməsi gərəkdiyini vurğulayıb. Lavrovun sözlərinə görə, yalnız ətraf rayonlar azad ediləndən, nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyaların blokadadan çıxarılandan sonra problemin həllinin ikinci mərhələsinə start vermək olar. Moderator.az-a açıqlamasında Lavrovun məlum bəyanatına münasibət bildirən Respublkia Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Qarabağ probleminin mərhələli şəkildə, ərazi bütövlüyümüz çərçivəsində həlli planının Azərbaycanın da maraqlaırna cavab verdiyini söylədi: “Rusiyanın xarici işlər nazirinin Qarabağ probleminin mərhələli şəkildə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən həlli ilə bağlı verdiyi açıqlama ölkəmizin maraqlarına cavab verir və bizim üçün məqbuldur. Lavrov çıxışında problemin həllinin birinci mərhələsi kimi Qarabağ ətrafındakı rayonların qaytarılması məsələsini ortaya qoyur ki, bu özü də problemin həlli istiqamətində atılan önəmli bir addımdır. İkinci mərhələdə isə Qarabağın özünün işğaldan azad edilməsi, Azərbyacanın nəzarətinə qaytarılması təmin olunur ki, bu da BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində öz əksini tapıb. Əslində Lavrovun bu açıqlaması çoxdan qəbul edilsə də, bu günə qədər də icra edilməyən BMT-nin məlum qətnamələrinə diqqətin yönəldilməsi, problemin məhz bu qətnamələrin tələbləri çərçivəsində həlli məsələsinin gündəmə gətirilməsi baxımından olduqca əhəmiyyətlidir. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Azərbaycan ictimaiyyətinin Qarabağ problemini məhz bu şəkildə - BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həlli ilə bağlı ciddi gözləntilərə malik olduğunu bildirib. Yəni həm Lavrov, həm də cənab Məmmədyarov Qarabağ probleminin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında icrasını zəruri hesab edib, bu məsələdə eyni mövqe sərgiləyiblər. Rusiyanın Qarabağ probleminin həllində böyük imkanlara malik olduğunu nəzərə alsaq, Moskva ilə Bakının mövqeyinin üst-üstə düşməsi Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, rəsmi Bakının apardığı siyasətin nəticəsidir ki, dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları, iri dövlətləri Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli zərurətini qəbul edir, ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Prezident İlham Əliyevin iştirak etdiyi Münhen debatı da ölkəmizin diplomatik müstəvidə Ermənistan üzərində böyük uğurlar əldə etdiyini bir kəs daha nümayiş etdirdi. Bu gün koronavirusa qarşı öz imkanları hesabına mübarizə apara bilməyən, bu məsələdə digər dövlətlərin köməyinə ümid bəsləyən, iqtsiadi-sosial böhrandan əziyyət çəkən, regional layihələrdən kənarda qalan, dövlət kimi məhvə məhkum olan Ermənistan anlamalıdır ki, onun yeganə xilas yolu işğal etdiyi torpaqları azad etmək, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməkdir. Rəsmi İrəvan bunu da anlamalıdır ki, Azərbaycan heç vaxt heç bir şəkildə öz torpaqlarının bir qarışını belə kimsəyə güzəştə getməyəcək, öz tarixi, əzəli torpaqları üzərində faktiki nəzarəti bərpa etmək, ərazi bütövlüyünü təmin etmək üçün atılması gərəkən hər bir addımı atacaqdır. Hesab edirəm ki, indiki məqamda Qarabağ probleminin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə həlli üçün digər böyük dövlətlər, xüsusilə də Minsk qrupunun həmsədri olan ABŞ və Fransa, eləcə də başda BMT olmaqla, digər beynəlxalq təşkilatlar aktivlik sərgiləməli, bu yöndə əməli addımlar atmalıdır. Yalnız belə olarsa, Qarabağ probleminin həlli istiqmaətində uğura nail olmaq olar”. Seymur ƏLİYEV
Hamısını oxuPrezident İlham Əliyevin koronavirusa qarşı mübarizə sahəsində imzaladığı sərəncamları, sosial həmrəylik nümayiş etdirilməsi barədə dəyərli tövsiyələri və təşəbbüslərini veteranlar dəstəkləyir, dövlətimizin başçısının çağırışına qoşulurlar. Koronavirus təhlükəsinin bütün dünyada sürətlə artması Azərbaycanın da önləyici addımlar atmasını zəruri edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Dövlətimiz bu gün də əhalinin sağlamlığını qorumaq, koronavirusun yayılmasını önləmək üçün səylərini davam etdirir. Bu tövsiyələrə məsuliyyətlə yanaşaraq xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına inanırıq. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, dövlətimizin başçısı pandemiya dövründə veteranlara, əlillərə də qayğı ilə yanaşır. Veteranlar hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunublar. Bütün dünyanın üzləşdiyi pandemiya dövründə dövlətimiz veteranları da unutmur. Veteranlar Prezidentin fəaliyyətini alqışlayır. Dövlətin vətəndaşların təhlükəsizliyi baxımından bütün zəruri addımları atmaqda davam etdiyini, Prezident İlham Əliyevin əhalini koronavirus təhlükəsindən qorumaq məqsədilə ilk gündən çevik qərarlar qəbul etdiyini, ciddi qabaqlayıcı tədbirlər gördüyünü qeyd edən Cəlil Xəlilov deyib ki, Azərbaycan yalnız regionda deyil, bütün dünyada koronavirus təhlükəsinə adekvat reaksiya verən, zamanında qabaqlayıcı tədbirlər görən azsaylı dövlətlərdən biridir. Məhz buna görə də digər dünya dövlətləri ilə müqayisədə Azərbaycanda koronavirusun yayılma tempi azdır. Bununla belə, dövlətimiz bu gün də koronavirusun yayılmasının qarşısını almaq üçün səylərini davam etdirməkdədir. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, 65 yaşdan yuxarı tənha şəxslərin, eləcə də aztəminatlı ailələrin, muzdlu işçilərin, sahibkarların, veteranların dövlət tərəfindən himayə edilməsi, onlara maddi dəstəyin göstərilməsi də həyata keçirilən tədbirlər sırasındadır. Bu, bir daha dövlətimizin başçısının vətəndaşlara olan həssas münasibətini təcəssüm etdirir. Əminik ki, dövlətimizin başçısının koronavirusla mübarizə çərçivəsində atdığı qətiyyətli və humanist addımlar bu mübarizəyə töhfəsini verəcək və xalqımızın bu bəladan ən az itki ilə çıxmasını təmin edəcək. “Biz veteranlar hər zaman dövlətin qayğısını hiss edirik. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Vətənimiz və xalqımız üçün gördüyü bütün işlərə, yorulmaz fəaliyyətlərinə, bizə göstərdikləri diqqət və qayğıya görə Respublika Veteranlar Təşkilatı adından dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində dövlətimiz tərəfindən atılan qətiyyətli və humanist addımlar ölkəmiz və əhalimizin sağlamlığı üçün öz dəyərli töhfəsini verəcək”, - deyə o vurğulayıb.
Hamısını oxuAZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılsın. Müəyyən edilsin ki, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlayır. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin. Əli Əsədov Azərbaycan Respublikasının Baş Naziri Bakı şəhəri, 18 aprel 2020-ci il № 144
Hamısını oxuƏziz veteranlar!Müharibədə qalib gəldiyiniz üçün təşəkkür edirik! KATV1, Böyük Vətən Müharibəsi vetranlarına və müharibə iştirakçılarına 4 aylıq pulsuz tv-paket təqdim edəcəkdir.1941-1945 Böyük Vətən Müharibəsi veteranları və arxa cəbhədə fədakar əməyinə görə təltif edilmiş şəxsləri, müharibə veteranlarının dul həyat yoldaşlarını, dörd ay ərzində (may, iyun, iyul, avqust 2020) pulsuz televiziya izləmə xidmətləri təqdim olunacaqdır.Hədiyyə paketi ölkənin aparıcı kabel televiziyası və internet xidmətləri provayderi KATV1 tərəfindən təqdim olunacaqdır. Aksiyaya qoşulmaq üçün https://bit.ly/2xVucHp qeydiyyat formasın doldurulmalısı zəruridir. Ölkədə koronovirus pandemiyası ilə bağlı tətbiq olunan profilaktik tədbirləri nəzərə alaraq KATV1 abunəçilərinə aşağıdakı alternativ xidmət kanallarından istifadə etməyi tövsiyyə edir:- www.katv1.az saytında onlayn müştəri xidməti;- Onlayn formatda rəsmi social səhifələrimizdən facebook https://bit.ly/3avJ51k və https://www.instagram.com/katv1_en/;- Whatsapp çat xidməti +994 50 888 81 27 и +994 50 444 41 27;- 127 Çağrı Mərkəzi və qəza xidməti 247 formatında gücləndirilmiş rejimdə işləyir. ----------------------------------------------------------------------------------KATV1 (торговая марка компании AG Telecom), один из ведущих операторов кабельного телевидения и интернет-услуг, в преддверии празднования 75-летия Победы в Великой Отечественной войне запускает социальную акцию! Ветераны Великой Отечественной войны 1941-1945 годов, а также труженики тыла (лица награжденные за самоотверженный труд в тылу) и вдовы участников войны, получат четыре месяца (май, июнь, июль, август 2020 г.) бесплатного просмотра телевидения. Чтобы воспользоваться акцией необходимо заполнить регистрационную форму https://bit.ly/2xVucHp Принимая во внимание превентивные меры, применяемые в стране, KATV1 рекомендует своим абонентам использовать следующие альтернативные каналы обслуживания:- Онлайн обслуживание клиентов на сайте www.katv1.az;- В онлайн-формате с мессенджеров социальных страниц facebook https://bit.ly/3avJ51k и https://www.instagram.com/katv1_en/;- WhatsApp чат-сервис активирован на +994 50 888 81 27 и +994 50 444 41 27- Call-центр 127 работает в усиленном режиме в формате 247; Hörmətlə, Əli ƏliyevKATV1 kommunikasiya şöbəsin rəhbəriMobViberSkypeTelegramWhatsapp +994 55 803 55 55
Hamısını oxuHacı NƏRİMANOĞLU Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Lətif Şüküroğlu (Babayev) adı, imzası Qarabağ müharibəsinin ön cəbhəsində savaşmış döyüşçülərə, zabit-komandir heyətinə, hərbi jurnalistlərə, ordu, sərhəd, polis, təhlükəsizlik strukturlarında çalışanlara yaxşı tanışdır. Hərbi jurnalistikamızın tanınmış imzalarından olaraq, onun cəbhə, döyüş bölgələrində yaşayıb çalışarkən gördükləri, qazandığı praktiki biliklərin, peşəkar bacarıqların, təcrübi fəaliyyətlərin nəticəsi idi ki, Lətif sonradan tarixşünaslığımızda Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu, sərhəd mühafizəsi məsələlərinin ən nüfuzlu tədqiqatçılarından biri, tanınmış tarixçi alim oldu - “niyətin hara, mənzilin ora”. Lətiflə bağlı xatirələr məni 30 ilin o üzünə apardı; Zəngilanlı Lətif Şüküroğlu “Vətən səsi” qəzetinin, mən AzərTAc-ın müxbiri idik, görüşürdük, xəbərləşirdik, sevindirici, uğurlu hərbi əməliyyatlarla bir-birimizi məlumatlandırırdıq. Güclü, qürurlu, enerjili gənclər idik, ayağımız dünyaya göz açdığımız, göz açıb ilk gördüyümüz, könül verib ilk sevdiyimiz doğma torpağımızın üstündə idi, dimdik gəzirdik. Ermənistan və Dağlıq Qarabağla 180 kilometrə qədər bitişik sərhəddi olan Qubadlı, Zəngilan və digər sərhədyanı bölgə torpaqlarının müdafiəsi 1988-91-ci illərdə əsas yerli əhalinin, özünümüdafiə dəstələrinin və polisin üzərinə düşürdü, hər kəs ilk növbədə ailəsini, ev-eşiyini, doğmalarını düşünürdü, yurd-yuvasında yaşamaq, el-obanı qorumaq üçün yaşayırdı. Cavanlar dünənə qədər elə Qafan, Gorus, Qacaranda qarşımızda quyruq bulayan, indisə canımıza, torpağımıza qənim kəsilib qan-qan deyən erməni silahlılarına (saqqallılarına) qarşı döyüşmək, öldürülən hər kəsin intiqamını artıqlaması ilə almaq arzusu ilə alışıb yanırdı. Hər kəndin öz müdafiə dəstəsi var idi, aşağı kəndlər hansı gün ön mövqelərdəki hansı postu, olan-qalan ov tüfəngləri ilə birlikdə kimdən, nə vaxt təhvil alacağını bilirdi, ölmək var idi, geri çəkilmək yox. Ölürdük, öldürürdük. Kimin həddi nəydi kəndindən çıxmağı, evindən nə isə daşıyıb çıxarmağı düşünəydi, el qınağı, töhməti nəslinə ləkə olardı. Ermənistanın ən böyük 2-3-cü şəhərlərini birləşdirən Qafan-Gorus abad avtomobil yolu ilə erməni tərəfinin quşu da qorxusundan uça bilmirdi, o ki ola maşını, texnikası. Gecələr bu şəhərlər qorxudan işıqlarını da yandıra bilmirdi. 1993-ün avqust, oktyabrına hələ 4-5 il var idi. Bu yerlərin xəyanətlə, məkrli planlarla murdar qonşularımıza təslim ediləcəyi, Qarabağ, ətraf rayonarla bağlı işğal planlarının belə asanlıqla gerçəkləşəcəyi heç xəyalımıza da gəlməzdi, yuxumuza da girməzdi. ... Üç yazar - Nəsiman Yaqublu, Lətif Şüküroğlu əlində də həmişəki fotoaparatı raykomun ayırdığı UAZ-da ön mövqelərdə ayıq-sayıq keşik çəkən döyüşçülərlə, sərhəd kəndlərinin sakinləri ilə görüşdük. Bizim son postu da keçib, bütün təkidlərə baxmayaraq, ermənilərin də qarşı təpələrdən əl içi kimi gördükləri güllə məsafəsi dərənin dibinə enib Turşsu bulağından su içmək həvəsimizin qarşısını ala bilmədi. Bura Zəngilan, Qubadlı, Qafanın - aşağı Zəngəzurun qovuşduğu məkan, Üçənis erməni kəndi ilə bizim Fərcanın arasında unikal mənzərə idi. Sonra bizim kəndin orda postda duran cavanları deyirdi ki, o bulağa sonuncu enən siz oldunuz, bir neçə gün sonra İrəvandan gələn saqqallılar həmin yerdən Çərəli İrzəvanı girov aparmışdılar, təbii ki, yenə bizim qorxubilməz “Qaranquş” partizan, kəşfiyyat dəstəsinin uşaqları polislərimizlə birlikdə diri erməni tutub aldəyiş eləmişdilər. Belə şeylər bu sərhəd bölgəsində adi hala çevrilmişdi. Sonra Xocalıdan nə qədər əsiri azad eləmişdi bizim uşaqlar. Şuşanın işğal günlərində Şuşaya bitişik Turşsudan Söhbət Səfərli və Nəsiman Yaqubla birlikdə Lətifin AzTV ilə yayılan canlı məlumatları, həyəcan dolu səsi bu gün də yaddaşımdadır, Şuşa, Laçının işğalı ilə bağlı Lətif Şüküroğlu və Söhbət Səfərlinin "Xalq Ordusu"nda çıxan silsilə yazıları o günlərin acı həqiqətlərini anlamaq baxımından bu gün daha çox lazımdır. Onu da deyim ki, həmin yazıların üçü də Şuşa-Laçının işğalı ilə bağlı məhkəmə işinin istintaq materiallarında istifadə edilib. Heç nə unudulmamalı, heç kim yaddan çıxmamalıdır, Qarabağda ürəyinin, vicdanının səsi ilə ölümlə üzbəüz qalıb qələmlə savaş aparanlar, savaş tarixini yaddaşa yazanlar da. Və sonra olanlar oldu... 1990-cı ilin 20 yanvarında Bakıda günahsız insanları qətlə yetirən rus ordusunun tanklı, vertolyotlu, pulemyotlu hərbi hissələri – çağırılmamış qonaqları əllərində fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında qərarla Zəngilana, Qubadlıya daxil oldu. Müsibətlər ondan sonra başladı; özünümüdafiə dəstələrində, kəndlərdə, kimin əlində, evində qeydiyyatlı-qeydiyyatsız nə silah-sursat, ov, quş tüfəngi, məktəblərdəki tir tüfəngləri, idman tapançalarına, aşağı rayonlardan alıb gətirib RTS-in sexlərində “peredelka” elədiyimiz doludağıdan toplara kimi guppultusu, tappıltısı gələn hər şey yığıldı, polis şöbəsindəki, hərbi komissarlıqdakı bir neçə avtomat silahla birlikdə rus hərbçilərinin əli ilə sərhəddin o tərəfinə ötürüldü, rus ordusunun bu gəlişi o yerlərin ermənilərə verilməsinə hazırlıq idi. Və sonra Milli Ordumuz gəldi, 1993-cü ilin avqustun son günləri yuxarıdan verilən əmrlə Qubadlıda yerləşən 6 batalyonun hamısı canlı qüvvəsi, texnikası ilə birlikdə çox böyük mütəşəkkilliklə rayonu tərk etdi, əliyalın camaat təpədən dırnağa qədər silahlı, bu elin qanına susayan erməni ordusu ilə üz-üzə qaldı. Yaddaşsızlara xatırlatmağı borc bilirəm; 1988-ci il noyabrın 24-də Qubadlıdan 13 km aralı daşnak yuvası Gorusun 3 km-liyində yerləşən Eyvazlı kəndimiz gecə hücumu ilə yağmalanıb yandırılmışdı, 1993-cü il avqustun 31-dək qalan 93 kəndimizin hamısı əlimizdə idi, əhalisi də içində yaşayırdı, dediyim o əvvəlcədən planlaşdırılmış əmrin “mütəşəkkil” icrasının nəticəsi idi ki, Qubadlıda təkcə işğalın son iki günündə, yəni 30-31 avqustda qətlə yetirilmiş mülki şəxslərin sayı 183 nəfər, işğal zamanı güllə yarası və ya digər səbəbdən əlil olanların sayı 238 nəfər, işğal zamanı aldığı zərbədən sonralar vəfat etmiş şəxslərin sayı 9 nəfər, ermənilər tərəfindən girov götürülmüş və işgəncələrə məruz qalmış şəxslərin sayı 49 nəfər olmuşdu (http://www.qubadli-ih.gov.az/page/42.html.) Bəllidir ki, 802 min kv.km ərazisi olan rayon, şəhər, kənd, qəsəbə uğrunda savaşda ilk növbədə və ən çox döyüşçü, əsgər savaşıb həlak olmalıydı. Milli Ordu, Daxili İşlər Nazirliyinin şəxsi heyətindən işğalın o son günlərində cəmi 5 nəfər şəhid, 3-4 nəfər də yaralı olmuşdu. Bunlar da ərazini döyüşsüz tərk etmək haqqında verilmiş əmrə tabe olmayıb doğma yurdunu, el-obasını, darda qalmış ailələrini, həmvətənlərini labüd ölümün murdar əllərindən xilas etmək üçün ordudan yayınanlar idi. Bu müharibəyə başlamadan əvvəl ermənilər 1918-ci ilin təcrübəsini yaxşı öyrənmişdi, Zabux dərəsində Xosrov bəy, Sultan bəy Sultanovların verdiyi dərsdən nəticə çıxarmışdı, Ermənistanla dövlət sərhəddindən hücum edib Qarabağa koridor açmağın həm də Kəlbəcərin işğalına dair BMT-nin dişsiz kağız üzərində olsa da, qərarın da nəzərə alıb bu dəfə Azərbaycanın içində Dağlıq Qarabağı, Şuşa, Laçın, Ağdam, Füzuli, Cəbrayılı alıb Ermənistanla birləşmişdilər, bu savaşı Dağlıq Qarabağ ermənilərinin azadlıq hərəkatı kimi göstərə bilmiş, sonra da hərbi uğurlarını siyasi-diplomatik üstünlüklə də möhkəmləndirib “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” kimi təqdim etməyi bacarmışdılar. Zəngilanı Azərbaycanla birləşdirən Horadiz avtomobil və dəmiryolunun tutulmasından sonra da mühasirədə yalqız qalan Zəngilan daha 60 gün təkbaşına davam gətirdi – 1993-cü ilin 29 oktyabrına qədər, köməyə, imdada çağıran səsə, o cümlədən bu sətirlərin müəllifinin Dövlət İnformasiya Agentliyi - AzərTAc-a ötürdüyü, yaydığı, Lətif Şüküroğlunun “Sərhəd” və başqa qəzetlərdə dərc etdirdiyi real mənzərəni əks etdirən həyəcanlı çağırışlara səs verən olmadı, Bakıda ayrı oyunlar gedirdi. Araz çayı Zəngilanlıların yeganə xilas yolu oldu. ... Lətifin facebook səhifəsində fotosunu paylaşdığı “Əliyar Əliyevlə beş görüş” adlı bir səhifəlik məqaləsi əməkdaşlıq etdiyi «Azərbaycan ordusu» qəzetinin 1993-cü il 24 aprel nömrəsində dərc olunub. Və bu məqalədə həm Lətifin, həm də jurnalist dostları Bədirxan Əhmədli, Söhbət Səfərli, Nəsiman Yaqublu ilə Qubadlının sərhəd kəndlərində Şəhid batalyon komandiri ilə, döyüşçülərlə görüşlərinə, uğurlu hərbi əməliyyatlara dair detallar da əks olunub. Bu yazını oxuyub bir daha təsirləndim, anladım ki, məni Lətifə bağlayan tellər həm də ümumi dərdin daşıyıcıları olmağımızdır, hər ikimizin yurd-yuva itkisidir. Lətif qoyub gəlmək məcburiyyətində qaldığımız o dağların, o ellərin aşiqidir. senet.az saytında onun avtobioqrafik xarakter daşıyan, uşaqlıq və gənclik xatirələri əsasında yazdığı “Taleyin izləri” kitabı hissə-hissə verilmişdi. Yaşasın internet! Xüsusilə bu koronaviruslu günlərimizdə bir daha İKT çıxaranın atasına rəhmət oxuyub o yazıları bir də ləzzətlə oxudum: “Yurd yeri”,“Atamın hekayəti”, “Mən necə şair olmadım?”. Xatirələr bu dəfə də məni hafizəmdə silinməz izləri qalan Zəngilan, Qubadlı, Qafan, Qacaranın dağ, dərə, meşələrində gəzdirdi, qaysaq bağlamayan yaramı yenidən göynətdi. Qoyub gəldiyimiz yurd yerlərimizi unutmaq qara torpağın qoynuna qovuşanadək mümkünsüzdür. Ən böyük qorxu, vahimə isə o torpaqlara dönmədən, o torpaqlardan uzaqda bu fani dünyadan köçməkdir. Düşündükcə ürəyim əsir, acizliyimiz də dərdin bir böyüyü. Və bu dərdi hər kəslə bölüşmək də olmur. Bar-bərəkətli əkin sahələrinin boynuna dolana-dolana qoşa hörük kimi uzanıb Araza qovuşan Həkəri, Bərguşad, Oxçu çaylarının, sıra dağların, igidlər kimi boy-boya dayanan sıldrım qayaların, təmiz havası insanı yerdən alan o ellərin gözəlliyinin qədrini ayrılandan sonra dərk etmişik. Tikili, qurulu, içi təpili ev-eşik, bağça-bağ, əzizlərinin qəbrin qoyub gələnlər bilər ancaq qaçqınlıq, didərginlik nədir. Səni satana lənət, səni alana lənət, Vətən!!! Bir az qəmli, mövzudan kənar oldu, amma bu anda düşündüklərim, içimdən gələn bunlar oldu... Lətif yazır: “Torpağı vətənləşdirən, onu insana doğmadan-doğma edən həm də bu xatirələr, illərin yaddaşı, saldığı izlərdir. Atamın surəti də mənim yaddaşımda elə bu dağlarla bağlı qalıb... O dağlarla bağlı çoxlarımızın yaddaşına əbədi yazılmış xatirələr var. Bu xatirələr yaşadığımız itkilərdən sonra bizə daha doğma, daha əzizdir.” Hələ 90-cı ilə qədər Qubadlı, Zəngilanın çox sakini işsizlikdən, ailəsini dolandırmaq üçün erməni şəhərləri Qafan, Qacarana üz tuturdu. Lətifin mərhum sürücü atasının başına gətirilənlər sıradan tək hadisə deyildi, nə qədər özünə hörmət edən, qürurunu saxlayan azərbaycanlı-türk erməni hiyləsinin, terrorunun qurbanı olmuşdu Hayastanla Azərbaycanın qardaş olduğu, SSRİ-nin damı altında birgə yaşadığı illərdə. Qafan şəhər komsomol komitəsində işləyən tanışım məni xəbərdar etmişdi; çalışın 24 aprel qabağı buralarda görünməyin, işləyən qohumlarınız da varsa, deyin gəlməsinlər, daşnaklar həmin günlərdə türk qanı axıtmağı özlərinə borc, şərəf bilir, hər cür amansız işlərə əl atırdılar... Lətif yazır: “Dili yaxşı bildiyindən və təşkilatçılıq qabiliyyətinə görə Qacaranda atamı sürücülərin briqadiri qoyubmuşlar. Ancaq bir türkün gəlib burada onlara briqadirlik etməsinə dözməyən ermənilər bir müddət sonra onu zəhərləmişdilər. Yeməyinə qatılmış bu zəhərin təsirindən atam düz altı ay xəstəxanaları gəzmiş, yatağa düşmüşdü. Onun qulaqlarından və gözündən sarı su gəlirmiş. Uzun müddət müalicə almışdı. Bir həkim hətta «belə sağlam bədənin, polad kimi ürəyin olmasaydı, sən çoxdan ölmüşdün» demişdi. O hadisənin atamın sağlamlığına vurduğu agır zərbənin izləri özünü illər sonra da göstərdi. Bu hadisəyə qədər də erməni sürücülər bir neçə dəfə atama xətər yetirməyə çalışmışdılar. Hətta bir dəfə onun sürdüyü yüklə dolu iritonnajlı maşının arxa təkərlərindən birinin qaykalarından 4-nü boşaldıblarmış ki, yolda qəzaya uğrasın. Ancaq təcrübəli sürücü olan atam maşını hərəkətə gətirdikdən bir qədər sonra nəsə dəyişiklik hiss edib onu saxlamış, sonuncu qaykanın da az qala açılıb düşməkdə olduğunu görmüşdü. Çox keçməmiş ona qarşı növbəti təxribata əl atılmışdı. Bu dəfə qarajda saxlanılan maşınının mühərrikini sıradan çıxarmaq üçün yağını boşaldıblarmış. Maşını işə salan kimi onun səsindən şübhələnən atam dərhal mühərriki söndürüb, yağını yoxlamış və ermənilərin ona qarşı bu planını da puça çıxarmışdı. Ancaq təəssüf ki, ermənilərin sonuncu hiyləsindən qurtula bilməmiş, onların qara niyyyətindən duyuq düşməmişdi.” Peşəkar jurnalist olan Lətif publisistikada da güclüdür. Ən başlıcası təbii, səmimidir, həqiqətləri, görüb yaşadıqlarını yerli-yataqlı, detallı yazır, yazdıqları oxuyanı duyğulandırır, ardınca aparır, gəzdirir, göstərir, sevdirir, bəzən də yandırıb yaxır, üstü qaysaq bağlamış yaraların qartmağın qoparır. “Atam az qala hər qarışına bələd olduğu həmin dağları bizə də sevdirmişdi. Hər il məktəb bağlananda biz o dağlara, daha doğrusu, yaylaqlara qalxardıq. Ətəyində təkəm-seyrək ağaclar bitən o dağların otu-pencəri, gül-çiçəyi qurşağa çıxırdı. Min cür ətrin bir-birinə qarışdığı, bal arılarının, novbənöv böcəklərin, alabəzək kəpənəklərin çiçəkdən-çiçəyə qonduğu o yerləri ömür boyu unutmadı. Bizim də qanımıza yurd sevgisini o hopdurdu. Qayasında qartalları qıy vuran, dağ keçiləri dolaşan, daşlarında kəklikləri ötən, başından qarı, sinəsindən dumanı-çəni əksik olmayan o dağlar onun ata-anası, dədə-babasıydı desəm, daha doğru olar. Ürəyi onlarla döyünür, köksü o yerlərdə qabarırdı. Dədə-babamız bu yerlərin sahibi olub. Qoruq yalı, Mal gədiyi, Yağlıdərə, Müşülan düzü, Daş başı, Qanlı yurd, Aşağı məhlə yurdu, Erkək qoyun yatağı, Qaraçı yurdu, Daşkəsən, daha nə bilim nə qədər yurd yerlərinin adını indi də xatırlayıram.” Torpaq onun üstündə yeriyən, yaşayan, əkib becərən, öləndə o torpağın altında dəfn olunanındır. Bir zamanlar bizim olan o yerlər indi erməninindir. Bu gedişlə o yerlərə qayıdacağımıza inam, ümid ilbəil itir, azalır, Qarabağsız, Zəngəzursuz ötən hər il bizi o torpaqlardan daha da uzaqlaşdırır, soyudur, o yerlərdən gələn, ora qayıdıb ölmək arzusu ilə yaşayanların sayı kimi. Ermənilər də, bu oyunu quranlar, işğal planlarını hazırlayıb reallaşdıran, danışıqlar adı altında 28 ildir bu işi uzadanlar da bu həqiqəti çox gözəl anlayırlar, nə etdiklərini yaxşı bilirlər. Yalnız biz özümüzü aldatmaqdayıq... İnsan təkcə ata-anasının deyil, həm də doğulduğu təbiətin övladıdır. Mənəvi saflıq insanın udduğu təmiz hava, yeyib böyüdüyü qida, gözün açıb gördüyü uca dağ, göz oxşayan yamyaşıl sıx meşə, gur şəlalə, dumduru bulaqların suyu ilə böyüyənlərin qanına, canına da hopur. Lətifin kitabında bu mənzərələr o qədər canlı verilib ki, bir daha itirdiklərimizin, əlimizdən alınan, əlimizdən verdiklərimizin qədir-qiymətini bilmədiyimizin, gərəyincə dəyərləndirmədiyimizin fərqinə vardıqca içimiz göynəyir, qəlbimiz sızlayır. Hansı təbii-təbiət və mənəvi ucalıqdan endiyimizi düşünüb göz önünə gətirmək faciədir. Görünür bu dərdə dözməyi də o təbiət bizə həm də cəza olaraq verib. Dəfələrlə addım-addım gəzdiyim Zəngilandakı Bəsitçay Dövlət Təbiət Qoruğunun, Avropada yeganə Çinar meşəsinin, Şərfan, Məmmədbəyli, Babaylıdakı orta əsr kümbəzlərinin, nadir təbii sərvətləri qoynunda saxlayan o torpağın, Qafqazın nadir təbiət möcüzəsi olan Xusdub dağının 27 ildən bəri yağı əsarətində qalmasını düşünmək dəhşətdir. 90-cı illərdə ölkəmizdə yeni ab-hava, azadlıq, müstəqillik uğrunda hərəkətlənmə başlananda doğma Zəngilanda xətir-hörmətli jurnalist, söz, qələm sahibi kimi tanınan Lətif rayonda bu işlərin önündə gedənlərdən, hərəkata ziyalılıq, aydınlıq qatanlardan, nüfuz, hörmət gətirənlərdən biri olub. Mənim tanıdığım Lətif harda yaşayıb işləməsindən asılı olmayaraq, həmişə mənəvi saflığını, qürurunu, mənliyini qoruyub saxlayıb, boğazdan yuxarı tərifdən uzaq olub, sözünün, özünün qədir-qiymətini bilib. Və təbii, özünə öz xarakterinə uyğun dostlar, oxucular toplayıb. Bu, ailədən, yurddan gələn tərbiyədir. Sözügedən avtobioqrafik əsərindəki Atanın - 6 övladını, ailəsini zəhməti ilə saxlayan Şükür kişinin obrazı möhtəşəmdir. Lətifin kitabının “Mən necə şair olmadım?” hissəsindəki saf, təmiz duygular, ilk sevgi ünvanlı ilk şeirlər, uçaqlığın dadı, ləzzəti, şirini, acısı ilə bir ömür uzunu yol yoldaşı olan o mərhəm duyğuları təbiiliklə, səmimiyyətlə, həssaslıqla qələmə alınıb. “Taleyin izləri” kitabı ədəbiyyatımızda avtobioqrafik janrda yazılmış mükəmməl, ən gözəl əsərlərdən biridir. Mən bu kitabı oxuyandan sonra bu janrın nə qədər əxlaqi-mənəvi, estetik zövq, təsir mənbəyi olduğuna əmin oldum. Bədii mətn avtobioqrafik janrın deyib anlatdıqlarını verə bilmir. Cümhuriyyətimizin sevdalısı, fədakar tədqiqatçısı Lətif Şüküroğlu, heç şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün, Cümhuriyyət tariximizin, Cümhuriyyəti quran şəxslərin irsinin ən məhsuldar, fədakar tədqiqatçılardan biridir. 1997-99-cu illərdə Cümhuriyyət qurucularından, nazir, nazir müavinlərindən 23-nün axiv-istintaq işini araşdıraraq, 2000-ci ildə 2 cildlik “Cümhuriyyət hökuməti repressiya məngənəsində” adlı kitabın nəşri təkcə tarixşünaslığımızda deyil, bütünlükdə ictimai-siyasi fikir tariximizdə böyük hadisəyə çevrildi. Hələ arxivlərə hər kəsin buraxılmadığı, giriş-çıxışın kütləvi hal almadığı illərdə onun çoxsaylı arxiv materiallarını arayıb, axtarıb tapıb bir yerə cəmləyib ortaya qoyduğu sanballı nəşrlər sonrakı tədqiqatlar üçün də çoxlu ideyalar, stimullar verdi. Lətif cani-könüldən sevərək, canınayananlıqla, milli təəssübkeşlik, mənəvi əzabla gördüyü bu işlərin bir böyük dəyəri də tarixi həqiqətlər işığında Azərbaycan ictimaiyyətində Cümhuriyyət qurucularına sevgi aşılaması oldu. Müəllif yazır: “Onların əksəriyyəti barəsində həbsdən sonra tərtib edilmiş sənədlərdə, əsasən müsadirə aktında “Əmlakı” ifadəsinin qarşısında yazılırdı: “Əmlakı yoxdur”. Onların əmlakı olmadı, ancaq onlar bizə Azərbaycan adlı bir məmləkəti, 114 min kvadrat kilometrlik bir ərazini, zərrəsinə də göz dikmədikləri tükənməz sərvətləri əmlak qoyub getdilər. Əksəriyyətinin məzarı da Vətəndən kənarda, Azərbaycan uğrunda son nəfəslərinə qədər mübarizə apardıqları Türkiyədə və başqa torpaqlarda qaldı. Biz bu əmlaka sahib çıxa bilməsək, onların ruhu qarşısında öz mənəvi borcumuzu yerinə yetirməmiş qalacağıq. Tanrı bizi bu sınaqdan alnı açıq, üzüağ çıxarsın.” Bu təsirli cümlələrə başqa nə artırmaq olar? Heç nə. Millət, xalq, dövlət olaraq bizim 1-ci vəzifəmiz, borcumuz buna nail olmaqdır. Gecikmişik, gecirik, ancaq boynumuzun borcudur, əks halda Cümhuriyyətimizin o şərəfli qurucularının, bu yolda şəhid gedən insanların ruhu da bizi bağışlamayacaq, başıaşağı, gözükölgəli, üzüqara köçəcəyik bu dünyadan. "Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu” kitabı, tarix üzrə fəlsəfə doktoru aldığı “Azərbaycan Xalq Cümhuriyyəti dövründə sərhəd mühafizəsinin təşkili" mövzusunda dissertasiya işi, eyni adda kitabı, bu istiqamətdə apardığı ardıcıl araşdırmalar, böyük bir hissəsini ilk dəfə tapıb üzə çıxardığı arxiv sənədləri tarixşünaslığımıza, Cümhuriyyət tariximizə mühüm töhfədir, vətən, xalq, naminə dəyərli xidmətlərdir. Professor Bədirxan Əhmədlinin qənaəti ilə razılaşmamaq mümkünsüzdür: “L.Şüküroğlunun kitabı faktların zənginliyi, mənbələrin dəqiqliyi, təhlillərin dərinliyi və obyektivliyi, hadisələri düzgün dəyərləndirilməsi, obyektiv qənaətlər çıxarılması baxımından indiyədək ordu quruculuğuna həsr olunmuş tədqiqatlar arasında layiqli yer tutur. Görünür, buna görə də tədqiqatını «Azərbaycan fədaisi olmuş böyük şəxsiyyətlərimiz qarşısında sonsuz minnətdarlıq borcu» ilə onlara həsr etmişdir. Cümhuriyyətə və onun qurucularına olan bu sevgi onu arxivlərə aparmış, səbrlə, təmkinlə faktları toplamış, ortaya yeni və sanballı bir tədqiqat əsəri çıxarmışdır. L.Şüküroğlunun bu araşdırması indiyədək ordu quruculuğuna həsr olunmuş bütün tədqiqatlardan fərqlənir.” Lətifin Cümhuriyyət tariximizə möhkəm bağlılığının təzahürü olaraq, təkcə “525-ci qəzet”də son bir ildə dərc olunan, yəni axtarışda üzə çıxan məqalələrinin başlıqlarına baxmaq kifayətdir: “Cümhuriyyət fədaisi: görkəmli hərb xadimi Həbib bəy Səlimov”, “Millətə xidmətlə qazanılan unudulmazlıq: Əhməd bəy Pepinov”, “Milli tərəqqi yolunun cığırdaşı - Nəsib bəy Yusifbəyli”, “Azərbaycanın ilk Ordu generalı: Səməd bəy Mehmandarov”, “İstiqlal və cümhuriyyətçilik ideyalarına Əhməd Cəfəroğlu baxışı”, “Bir daha “Türkçülüyün üçlü formulu" haqqında” və sair. Bu məqalələrin hər birində tarixçi alim üçün də, sıradan oxucu üçün də yeni, maraqlı, ibrətamiz məqamlar var. Mən çox sevinirəm ki, tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Lətif Babayevin 24 il təhlükəsizlik orqanlarında dəyərli xidmətləri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Hərbi xidmətlərə görə” medalıilə təltif olunub, "Qüsursuz xidmətlərə görə" medalının hər üç dərəcəsini alıb. Lətif təhlükəsizlik orqanlarından təqaüdə çıxdıqdan sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri kimi, cəmiyyətimizin bu ən hörmətli insanlarının qayğı və problemlərinin həlli, dövlət siyasətinin icrasında bu kateqoriyadan olan insanların fəal iştiraka cəlb olunması, xarici ölkələrdə keçirilən mötəbər tədbirlərdə Azərbaycan həqiqətlərinin təbliği, xüsusilə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm təşkilatçılıq, ideya-siyasi tərbiyə işi aparıb. Maarifçilik - ziyalı missiyasıdır və Lətifin həyatının ayrılmaz hissəsidir. Bilik Fondunda çalışdığım illərdə dəfələrlə şahidi olmuşam ki, Lətif hansı məktəbə, əmək kollektivinə mühazirə deməyə gedirdisə, ardınca razılıq, təşəkkür sorağı gəlirdi, təkrar görüşməyi xahiş edirdilər. Onun facebook səhifəsindəki rəngarəng mövzularda lakonik, sadə, rəvan yazıları həm informasiya, maarifləndirmə mənbəyidir, həm də lakonik, yığcam üslubu ilə könül oxşayır. Bunlar facebook səhifəsində yazdıqlarından nümunələrdir. R.Rövşənin doğum gününə 4 adlıq cümlə - cəmi 20 söz yazıb: “Yaşayan klassik. Tanrının Azərbaycan sevgisinin dövrümüzə töhfəsi. Bu gün yaşadığımız dövrün əbədiyaşar adlarından biri - Ramiz Rövşən. "Təpədən dırnağa" nur içində olması arzusu ilə.” Yeni ilə də elə o qədər: “İsmayıl bəy Qaspıralı: ""Dildə, fikirdə, əməldə birlik". Yeni iliniz mübarək, əziz həmvətənlər! Hər biriniz və xalqımız üçün uğurlu olsun!” Yaxud: “Biz hələ də sadəlövhcəsinə başımıza gətirilən bəlalarda hansısa təsadüf axtarırıq.” “Millət vəkili olmaq çox böyük məsuliyyətdir...Deputatlıq statusu səlahiyyətdən əvvəl məsuliyyətdir, özü də yalnız onu seçmiş dairənin seçiciləri qarşısında deyil, bütün xalq qarşısında böyük məsuliyyətdir. Bu məsuliyyəti anlayaraq yola çıxanlara uğur olsun!” “Qasım Süleymaninin öldürülməsi ətrafında baş verənlər cəmiyyətdə hansı təhlükəli meyllərin olduğunu üzə çıxardı. Bunu bilməkdə fayda var. Xüsusi araşdırmalar aparmağa, sorğular keçirməyə ehtiyac qalmadı. Şübhə etmirəm ki, mümkün təhdidlərin qarşısının alınması üçün tədbirlər görüləcək.” “Bu da, əlbəttə, keçəcək. Bədbinliyə qapılmayaq. Virus haqqında düşünməkdənsə, nə iləsə məşğul olun, maraqlı kitab oxuyun, özünüzə faydalı bir məşğuliyyət tapın.” Lətif belə qısa, ancaq mənalı, tutumlu, təfərrüatsız, düşündürücü mülahizə, lakonik qeydləri ilə özünün vətəndaş mövqeyini ifadə edir. Bu həm də onun daxili azadlığından, müstəqilliyindən irəli gəlir, vəzifə, rütbə, görəv missiyasından qabaqda dayanır. Sakitcə, hay-küy salmadan mövqeyini ortaya qoyur, bu mövqe onun həyatında, nəşr olunmuş kitablarında, məqalələrində də aydın görünür, yəni özü özünü göstərmir, sadəcə, oxuyan bunları yazanın Vətəndaş olduğunu görüb anlayır. Lətifin facebook səhifəsi ürəkaçıqlığının, səxavətinin də güzgüsüdür; yaxşı nə görürsə, yayır, təbliğ edir, rəy bildirir, insanları maarifləndirməyə, savadlandırmağa çalışır – dünən də, bu gün də xalqımıza ən gərəkli xidmət elə budur. İşıqlı insanlar belə olur - xeyirxah, xoş məramlı. Lətifin üz cizgiləri, mehriban səsi, xoş çöhrəsindən əskik olmayan təbəssümü, özünü formada saxlaması, bunlardan da qabaq sağlam, enerjili çalışmaları, ailə xoşbəxtliyi məni sevindirir. Mənalı ömür yaşamış əziz dost, istəkli Lətif Şüküroğlu, 60 yaşın mübarək! Ulu Yaradan səni ən böyük arzuna - Zəngilan, Şuşa... həsrətinə qovuşdursun, sonrası asandır. Təbrik edirəm!
Hamısını oxuLətif Şüküroğlu (Babayev) “Cümhuriyyət hökuməti repressiya məngənəsində”, “Azərbaycan Xalq Cümhuriyyətinin sərhəd mühafizəsi tarixi (1918-1920)”, “AXC dövründə ordu quruculuğu” (və s.) kitablarının müəllifi, tarix üzrə fəlsəfə doktorudur. İxtisasca jurnalistdir. AYB üzvüdür. Jurnalist kimi qələmindən çoxlu məqalə çıxsa da, yazıçı tək onu avtobioqrafik “Taleyin izləri” romanı təmsil edir. Bioqrafiyasının bir önəmli cəhəti də Xüsusi Xidmət Orqanlarında işləməsi olub, ehtiyatda olan polkovnikdir. Hal-hazırda Milli Məclisdə çalışır. ÜMİDLƏRİMİZİN YAZ SƏHƏRİ... Gəncliyin qızıl illərində Rəfiq Özdəkin “Türkün qızıl kitabı”nı bir də əlimə götürəndə tərcüməçilərinə baxdım: Lətif Şüküroğlu, Nəsiman Yaqublu. “İndiyədək niyə fikir verməmişəm?” Lətiflə neçə ildi eyni qurumda çalışırdıq. Ancaq Lətif özü də bu barədə danışmamışdı. Dəyərli bir kitabın tərcüməsi üçün ona “sağ ol” dedim. Lətif adı gələndə, Qarabağ uğrunda şəhidlər verən Zəngilana xidməti ezamiyyətdəykən yazdğım şeirim yadıma düşür həmişə, xüsusən də, bu misralar: Di gəl bu qansız ağaclar gör necə ürəkdən açıb... ...Gözlərimi Lətifin telefon zənginə açdım,– gecə gec yatmışdım. “Sənin ilin gördün də necə başladı,–” tez onu qabaqladım. “Nə olsun, koronavirus qadağaları sənin doğulduğun gündən sərtləşdi,-”dedi. Gülüşdük. “Pəncərədən baxıram.., həyətdəki ağacın nə çiçəyi var, nə yarpağı, ancaq üzərində buğum-buğum yaşılı görünür,-” söylədi Lətif. “Ancaq Zəngilanda barıt qoxulu havada belə, ağaclar ürəkdən açırdı,–” öz-özümə düşündüm. “Həyətdəki ağacın üzərindəki buğum-buğum yaşıl isə bəlkə ölməyən son ümidlərimizdir,-” bunu da ürəyimdə söylədim. Bir yaz səhəri mənə Zəngilandan zəng elə, Lətif! Və... səsini “su kimi alışan ruhuma çiləyim...” Qardaşxan aprel, 2020 P.S. “Karantin fürsəti”ndə mənə qalın-qalın kitablar yazmağı arzulayan dost, qoy bu kiçik yazı bir başlanğıc olsun.
Hamısını oxu"Bu gün bütün dünya ölkələri kimi Azərbaycan da koronavirusdan əziyyət çəkən dövlətlər sırasındadır. Lakin digərlərindən fərqli olaraq ölkəmizdə vaxtında görülən tədbirlər, atılan addımlar nəticəsində vəziyyət digərləri ilə müqayisədə qat-qat yaxşıdır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərarlar, verilən tapşırıq və tövsiyələrin məqsədi ölkəmizin bu bəladan daha az itki ilə çıxmasıdır: "Azərbaycan bir çox məsələlərlə bağlı əksər ölkələrdən daha çevik qərarlar qəbul edir, önləyici tədbirlər həyata keçirir, həmçinin bu prosesdə insan hüquq və azadlıqlarının qorunmasını da təmin etməyi bacarır". C. Xəlilov söyləyib ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı da Ölkə başçısı İlham Əliyevin çağırışı, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara əməl etməklə yanaşı, cəmiyyəti, veteranları, gəncləri. ümumilikdə bütün ictimaiyyəti qaydalara riayət etməyə çağırır. Ölkəmizdə pandemiya ilə mübarizədə dövlət qurumlarının tam məsuliyyətlə çalışdığını deyən polkovnik vurğulayıb ki, tibb işçiləri, polislər və bütövlükdə bu prosesdə iştirak edən bütün dövlət qurumları öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər: "Azərbaycan veteranları da ölkəmizdə bu istiqamətdə görülən işlərə qoşulur, bu işlərə öz töhfəsini verməyə çalışır. İnanıram ki, Azərbaycan xalqı qəbul edilən qərarlara hörmətlə yanaşacaq, hər kəs öz üzərinə düşən məsuliyyəti yerinə yetirəcək. Bununla biz həm ailələrimizi, həm övladlarımızı, həm də ümumilikdə xalqımızı bəladan xilas edə bilərik". Təşkilat rəsmisi qeyd edib ki, bəzi şəxslərin məsələyə inanmaması, məsuliyyətsiz yanaşması təəssüfedicidir: "Çünki koronavirus bəlasından təkcə Azərbaycan deyil, bütün dünya əziyyət çəkir. Hər gün vəziyyətin nə qədər ciddiləşdiyinin şahidi oluruq. Bu gün bütün dünyanın aparıcı mütəxəssisləri, alimləri, həkimləri insitutları COVİD-19-la bağlı araşdırma aparır, onunla mübarizə yollarını axtarır, vaksinləri təcrübədən keçirirlər. Bütün bunlar təhlükənin olduğunu göstərir. Ölkəmizin bu təhlükədən az zərərlə çıxması üçün biz üzərimizə düşən işi, vəzifəni layiqincə yerinə yetirməliyik". Müəllif: Nailə Məhərrəmova
Hamısını oxuCəlil Xəlilov: “Dövlətimizin mövcud təhlükəyə reaksiyası adekvatdır” Koronavirus təhlükəsinin bütün dünyada sürətlə genişlənməsi Azərbaycanın da önləyici addımlar atmasını zəruri edib. Redaksiyamıza açıqlamasında ölkə başçısının bu müstəvidə həyata keçirdiyi tədbirlərə diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, dövlətin əhalinin təhlükəsizliyi baxımından bütün zəruri addımları atmaqda davam etdiyini vuğulayıb: “Prezident İlham Əliyevin koronavirus təhlükəsindən qorunmaq məqsədi ilə ilk gündən çevik qərarlar qəbul etdiyi, ciddi önləmlər aldığı hər kəsə məlumdur. Təsadüfi deyildir ki, ölkəmiz yalnız regionda deyil, bütün dünyada koronavirus təhlükəsinə adekvat reaksiya verən, zamanında qabaqlayıcı tədbirlər görən azsaylı dövlətlərdən biridir. Məhz buna görə də digər dünya dövlətləri ilə müqayisədə Azərbaycanda koronavirusun yayılma tempi azdır. Bununla belə, dövlətimiz bu gün də əhalinin salamlığını qorumaq, koronavirusun yayılmasını önləmək üçün səylərini davam etdirməkdədir. Bildiyiniz kimi, aprelin 20-nə qədər ölkəmizdə xüsusi karantin rejimi elan edilib ki, məqsəd əhalinin evdə qalmasını təmin etmək, sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da virusun yayılmasının qarşısını almaqdır. Koronavirusla bağlı görülən tədbirlər sırasında qoruyucu və dezinfeksiyaedici məhsulların istehsalı da diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Bu gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etdilər. Hansı ki, bu müəssisədə gündəlik 120 min maska istehsal ediləcək ki, bu da nəinki daxili tələbatı ödəməyə, həm də bu maskaların ixracına imkan yaradacaq. 65 yaşdan yuxarı tənha şəxslərin, eləcə də aztəminatlı ailələrin, muzdlu işçilərin, kiçik və orta sahibkarların dövlət tərəfindən himayə edilməsi, onlara maddi dəstəyin göstərilməsi də həyata keçirilən tədbirlər sırasındadır. Bundan başqa, son vaxtlar koronavirus təhlükəsi ilə əlaqədar olaraq müxtəlif cinayətlərə görə məhkum edilən yaşlı şəxslərin azad edilməsi yönündə də addımlar atılmaqdadır. Bu addımlardan biri kimi, bu gün prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 65 yaşdan yuxarı 176 məhkumun əfv edilməsi faktını göstərmək olar. Bu, bir daha ölkə başçısının vətəndaşlara olan həssas, duyarlı münasibətini təcəssüm etdirir, ölkə başçısının humanizmindən xəbər verir. Hesab edirəm ki, ölkə başçısının koronavirusla mübarizə çərçivəsində atdığı qətiyyətli və humanist addımlar bu mübarizəyə öz töhfəsini verəcək və xalqımız bu bəladan ən az itki ilə çıxmasını təmin edəcək”. Seymur ƏLİYEV
Hamısını oxu