Ən son xəbərlər

Cəlil Xəlilov: “Məmmədhüseyn Əsədov bu qəhrəmanlardan biri kimi hər zaman ehtiramla yad ediləcək” “Azərbaycanın xüsusi xidmət orqanları faşizm üzərində qələbəyə böyük töhfələr verib”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, İkinci Dünya müharibəsi dönəmində xüsusi xidmət orqanının əməkdaşı kimi faşizmə qarşı mübarizə aparan, böyük qələbəyə ciddi töhfələr verən bu şəxslərdən biri də Məmmədhüseyn Əsədov olub: “İkinci Dünya müharibəsi zamanı Azərbaycan xalqının yüz minlərlə nümayəndəsi əldə silah ön cəbhədə faşizmə qarşı mübarizə apardığı bir zamanda xüsusi xidmət orqanlarımızın yüzlərlə əməkdaşı dünyanın müxtəlif ölkələrində faşizmə qarşı mübarizədə aktiv iştirak edir, düşmənin təxribatçı planlarının qarşısının alınması istiqamətində böyük əzm ortaya qoyurdu. Azərbaycan xalqının bu qəbildən olan böyük oğullarından biri də Məmmədhüseyn Əsədov olub. İkinci Dünya müharibəsi zamanı İranda alman kəşfiyyatına qarşı əməliyyatların hazırlanmasında iştirak edən, düşmənin planlarını uğurla de-şifrə edərək bu barədə rəhbərliyi operativ şəkildə məlumatlandıran Məmmədhüseyn Əsədov, 1943-cü ilin Tehran görüşündə sadəcə öz adına deyil, Azərbaycan xüsusi xidmət orqanları adına böyük bir nailiyyətə imza atdı. Həmin vaxt SSRİ və onun müttəfiqlərinin İranda keçirilən görüşü zamanı faşistlərin sui-qəsd planı haqqında rəhbərliyi vaxtında məlumatlandıran Məmmədhüseyn Əsədov, bununla məlum sui-qəsdin qarşısının alınmasına nail olur. Məlumdur ki, əgər bu terror aktı reallaşsaydı, o zaman proseslər tamam fərqli məcrada inkişaf edə, dünya miqyasında hadisə və proseslərin gedişatını əhəmiyyətli dərəcədə dəyişdirə bilərdi”. Polkovnik qeyd edib ki, həm tariximizin təbliği, həm də erməni faşizminin yalan təbliğatının qarşısını almaq baxımından vacibdir: “Məmmədhüseyn Əsədov və onun kimi qəhrəmanların tarixi xidmətləri haqqında ictimaiyyətin məlumatlandırılması həm taiximizin təbliği, qəhrəmanlarımızın tanıdılması, həm də ermənilərin apardığı böhtan kampaniyasının, uydurma informasiyaların ifşası baxımından olduqca vacibdir. Bu gün Ermənistan bütün tarixi proseslər kimi, faşizmə qarşı sovet xalqlarının apardığı mübarizəni də saxtalaşdırmağa, ortaya qondarma qəhrəmanlar çıxarmağa çalışır. Məqsəd Ermənistanın faşizm üzərindəki qələbədəki rolunu şişirtmək, onun qələbədə daha böyük pay sahibi olduğu yalanını təbliğ etməkdir. Bu baxımdan Ermənistan beynəlxalq ictimai rəyə qondarma qəhrəmanlar təqdim edir ki, bunlardan da biri Qevork Vartanyandır. Nə qədər gülməli də olsa, erməni tarixçiləri iddia edir ki, guya 1943-cü ilin noyabrında müttəfiqlərin Tehrandakı görüşü zamanı faşistlərin terror aktının qarşısını alan Vartanyan olub. Halbuki, bunun yalan olduğu o dövrün əksər kəşfiyyatçıları tərəfindən açıq şəkildə gündəmə gətirilib. Onların açıqlamalarında, habelə tarixi sənədlərdə qeyd olunur ki, erməni kəşfiyyatçının işi 1943-cü ildə İrandakı ingilis kəşfiyaytçılarını izləmək, onlar haqqında məlumat toplamaq olub. Yəni onun faşistlərin sui-qəsd planı və bu planın qarşısının alınması ilə hər hansı əlaqəsi olmayıb. Vartanyan özü də 1999-cu ildə Moskvada keçirilən görüşdə Vartanyan SSRİ rəhbərliyi tərəfindən aldığı mükafatlara görə azərbaycanlılara borclu olduğunu bildirib. Bütün bu faktlar onu göstərir ki, biz tariximizin hər bir sahəsi kimi həm də xüsusi xidmət orqanlarının tarixinin təbliğinə xüsusi fikir verməli, bu istiqamətdə daha böyük işlər görməliyik". Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, hər zaman şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərən Səfər Əlirzayev tərəfindən hər il olduğu kimi bu il də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinə iftar süfrəsi açılıb. İftardan öncə Nehrəm qəsəbə şəhidliyində şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Aprelin 7-də olan iftar məclisisində Muxtar Respublikanın digər kənd və rayonlarından olan şəhid valideynləri, qazilər, qəsəbə sakinləri ilə yanaşı, Naxçıvan Ali Məclisinin deputatları, Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının sədri İsa Məmmədov, DGKA-nın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirak ediblər. Həmçinin iki gün ərzində Səfər Əlirzayevin iştirakı ilə Naxçıvanın müxtəlif yaşayış məntəqələrində olan şəhidlərin məzarları onların doğmaları ilə birgə ziyarət olunub. Ziyarət əsnasında şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə gül dəstələri qoyulub.
Hamısını oxu

Bir müddət əvvəl bir qrup vətəndaş cəmiyyəti institutları tərəfindən təsis olunmuş Miqrasiya Əməkdaşlıq Platformasının dövlət qurumları və beynəlxalq təşkilatlarla işgüzar görüşləri davam edir. Bu dəfə Platforma üzvləri Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) Bakı ofisinin təmsilçiləri ilə görüşüblər. Görüşdə bildirilib ki, Miqrasiya Əməkdaşlıq Platforması miqrasiya fenomeninin müxtəlif istiqamətlərində daha aktual olan məsələlərin mövcud reallığa uyğun dəyərləndirilməsi, onların mahiyyəti barədə geniş ictimaiyyət arasında təsəvvür formalaşdırılması və həllinə səbəb olacaq təkliflər paketinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi məqsədilə yaradılıb. Vətəndaş cəmiyyəti institutları arasında miqrasiya sahəsində koalisiyanın yaradılmasını müsbət hal kimi dəyərləndirən Mərkəzin Bakı ofisinin rəhbəri Səltənət Məmmədova bu ictimai təsisatla əməkdaşlıqda maraqlı olduğunu ifadə ediblər. Xüsusilə vurğulanıb ki, Azərbaycanda yaşayan əcnəbilərlin və vətəndaşlığı olmayan şəxslər arasında keçirilən maarifləndirmə və məlumatlandırma tədbiləri, miqrant kateqoriyasına aid şəxslərin reinteqrasiyası üçün icra olunan proqramlar, həmçinin miqrasiya sahəsində təşkil olunan təlim və seminalarda qarşılıqlı iştirak və təmsilçilik tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün münbit şərait yaradacaqdır. Qarşılıqlı və faydalı müzakirə şəraitində keçən görüşdə miqrasiya siyasətinin inkişafında ümumi səylərin göstərilməsi, xüsusilə də yerli və beynəlxalq müstəvidə həyata keçirilən təşəbbüslərdə birgə fəaliyyətin əməkdaşlıq çərçivələri və institusional əsasları ətrafında fikir mübadiləsi aparılıb.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, STM-nin təşəbbüsü və dəstəyi ilə çəkilən, Vətən müharibəsi şəhidi, hərbi tibb qulluqçusu Eldar Abdullayevə həsr olunmuş "Şəhidlər evə qayıdır" qısametrajlı bədii-sənədli filmin təqdimatı keçirilib. Təqdimat mərasimində STM-nin tabeliyində olan tibb müəssisələrinin baş həkimləri, şöbə müdirləri və şəhid ailələrinin üzvləri iştirak ediblər. Şəhidlərin ruhunun birdəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlayan təqdimat mərasimini giriş sözü ilə açan STM-nin direktoru Elnur Azadxanov Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidləri və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib. Direktor çıxışında 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını vurğulayıb. E. Azadxanov müqəddəs yolda canlarını fəda edən, bizə böyük qələbəni yaşadan qüdrətli Azərbaycan Ordusunun keçdiyi çətin döyüş yolundan, xalqımızın vətənpərvər övladlarına göstərilən dövlət qayğısı və onlara olan ehtiramdan danışıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova çıxışında bildirib ki, Vətən üçün tökülən hər damla qan, verilən hər can ərazi bötüvlüyümüzün təmin olunmasına səbəb olub. Ü. Müzəffərova qeyd edib ki, qəhrəman şəhidlərimiz, qazilərimiz daim xalqımızın qəlbində yaşayacaq. O, şəhid ailələrinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənova igid oğullarımızın həyatlarının təbliği, vətənpərvərlik ruhunda həyata keçirdiyi tədbirlərdən söz açıb. Şəhid Eldar Abdullayevin qardaşı Teymur Abdullayev çıxış edərək göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Sonda tədbir iştirakçıları "Şəhidlər evə qayıdır" adlı filmi izləyiblər.
Hamısını oxu
Milli təhlükəsizlik məsələlərinin tədqiqində yeni uğur Syasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun “Milli təhlükəsizlik nəzəriyyəsi” adlı monoqrafiyası milli təhlükəsizlik məsələlərinin araşdırılmasına sanballı töhfə sayıla bilər. Uzun müddət bu istiqamətdə tədqiqatlar aparmış müəllif milli təhlükəsizliyin həm elmi-nəzəri problemlərinin hərtərəfli öyrənilməsi və təhlil edilməsinə nail olmuş, həm də mövcud təcrübəsindən bəhrələnərək milli təhlükəsizliyin təminatı prosesinin praktik-tətbiqi mexanizmləri ilə bağlı məsələləri dolğun əks etdirə bilmişdir. 9 fəsil, ön söz və ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada milli təhlükəsizliyin mahiyyəti, predmeti, kateqoriyaları, tədqiq və tətbiq metodlarının aydınlaşdırılmasından başlamış, Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti və sisteminin təşəkkülü, formalaşması və inkişaf xüsusiyyətləri, bu siyasətin hüquqi əsasları, həyata keçirilmə mexanizmləri, əsas milli maraqlar və onların reallaşdırılmasının müvafiq istiqamətləri, parametrləri, müasir beynəlxalq münasibətlər nəzəriyyəsində milli təhlükəsizlik probleminə yeni tələblər, çağırışlar və yanaşmalar ümumiləşdirilərək tədqiq olunmuş, düzgün elmi-nəzəri nəticələr çıxarılmışdır. Bununla yanaşı, müasir dövrdə Avropa təhlükəsizlik strategiyasının əsasları və aparıcı dövlətlərin, o cümlədən ABŞ, Fransa, Yaponiya, Almaniya, Böyük Britaniya, Türkiyə, Çin, Rusiya, Ukrayna və sair ölkələrin milli təhlükəsizlik strategiyaları barədə məsələlərin tədqiqi, bu sahədə həm dünya, həm də Azərbaycan alimlərinin, ekspert və mütəxəssislərinin yanaşmalarının hərtərəfli araşdırılaraq təhlil süzgəcindən keçirilməsi monoqrafiyanın elmi-praktik əhəmiyyətini daha da artırmışdır. Cəlil Xəlilovun milli təhlükəsizlik siyasəti məsələləri ilə bağlı elmi-nəzəri mülahizələrinin konkretliyini və dərinliyini şərtləndirən başlıca amillərdən biri də müəllifin praktik olaraq bələd olduğu bu mövzunu uzun illər araşdırması və onunla bağlı AR Prezidenti yanında İdarəçilik Akademiyasında tədris prosesi ilə məşğul olması ilə əlaqədardır. Onu da qeyd edim ki, bu imkandan lazımınca faydalanan müəllif bir neçə il əvvəl ölkədə milli təhlükəsizlik siyasəti məsələlərinin tədqiqinə həsr edilmiş ilk geniş həcmli və elmi ictimaiyyətin diqqətini çəkən “Milli təhlükəsizlik strategiyası” adlı monoqrafiya yazaraq çap etdirmiş, bu əsər respublikanın bir sıra ali və xüsusi təhsil məktəblərinin tədris proqramlarına dərslik kimi daxil edilmişdir. Cəlil Xəliovun adıçəkilən elmi əsərlərindən əlavə bu mövzuda yazdığı ilk tədqiqat işi olan və milli təhlükəsizlik məsələlərinin spesifik istiqamətlərindən birinə həsr edilmiş “Milli təhlükəsizliyin təmin olunmasında milli mənlik şüurunun rolu” kitabı da mütəxəssislər və tədqiqatçılar tərəfindən kifayət qədər maraqla qarşılanmışdır. Əlbəttə, “Milli təhlükəsizlik nəzəriyyəsi” adlı monoqrafiyası müəllifin bu sahə üzrə araşdırma və çalışmalarının yekunu, elmi-nəzəri və praktik cəhətdən təkmilləşdirilmiş nəticəsi sayıla bilər. Ən qədim dövrlərdən başlayaraq əvvəlcə insan (fərd), sonrakı inkişaf mərhələlərində insan birlikləri (icma, qəbilə) və nəhayət, dövlət və cəmiyyət miqyasında qiymətləndirilən təhlükəsizlik probleminin həlli, yaşayış və birgəyaşayış üçün təhlükəsiz mühitin yaradılması və uzunmüddətli təminatı xüsusi əhəmiyyət kəsb etmişdir. Şəraitin və miqyasın dəyişməsi ilə yeni mahiyyət qazanan və etibarlı təminatı üçün fərqli üsullar və vasitələr tələb edən təhlükəsizlik məsələsində yeni dünya düzəninin formalaşdığı “Vestfal sülhü”nün imzalanmasından (1648-ci il 24 oktyabr) sonra fundamental dəyişikliklər baş verdi. İlk dəfə suverenitet anlayışının qəbul olunduğu və müasir beynəlxalq hüququn əsasının qoyulduğu bu sülh sazişi dövlətlərarası münasibətlərin əsas prinsiplərini müəyyənləşdirərək, bərabər hüquqlu dövlətlərin yaranması və öz üzərlərinə mümkün problemlərin sülh yolu ilə həlli öhdəliklərini götürmələri, birgə asayiş ideyasını dəstəklənməsi ilə tarixə düşdü. Beynəlxalq münasibətlərin özünü doğrultmayan iyerarxik qaydalarını dağıdaraq, əvəzində qanunlara əsaslanan qarşılıqlı əməli mexanizmlər yaradan “Vestfal sülhü” yeni dünya düzəni qurulması ilə yanaşı, ümumi və dövlət təhlükəsizliyi məsələlərinə münasibəti də kökündən dəyişdirdi. Artıq dövlətlərin və xalqların təhlükəsizliyinin etibarlı təminatı məsələləri onlar arasında qarşılıqlı münasibətlərin səviyyəsindən və inkişafından birbaşa asılı vəziyyətə düşürdü. 20-ci əsrdə Birləşmiş Millətlər Təşkilatının və müxtəlif dövlətlər birliklərinin yaranması, xüsusi ilə kollektiv təhlükəszizlik anlayışının meydana çıxması milli təhlükəsizlik məsələlərinə tamamilə yeni yanaşma metodlarını və tələbləri formalaşdırdı. Milli təhlükəsizlik anlayışının yeni məzmun kəsb etməsi ilə bu sahədə həm elmi-nəəri, həm də praktik baxımdan əsaslı dəyişikliklər baş verdi. Dünyanın kürəsəlləşdiyi indiki dövrdə bu məsələyə yanaşmalarda daha sürətli dəyişikləri müşahidə edilməkdə, yeni baxışlar formalaşmaqdadır. Ancaq nə qədər parodoksal səslənsə də, deyə bilərik ki, milli təhlükəsizlik anlayışı öz ilkin, bəsit qavramından təsəvvürəgəlməz dərəcədə kənarlaşıb, ən müasir yanaşma metodları tələb etsə də, əsl mahiyyətindən, ibtidai insanın təhlükəsizliyə olan ehtiyacı dərk etməsindən çox da uzaqlaşa bilməmişdir. Baxmayaraq ki, milyon il əvvəl təhlükəsizliyi üçün (qida, təhlükısiz məskən, vəhşi heyvanlardan və düşmən qəbilələrdən müdafiə olunmaq və sair) yollar axtaran ibtidai insandan fərqli olaraq tələbatına uyğun olaraq təhlükəsizliyinin təminatına daha böyük ehtiyac duyan çağdaş insanın bu tələbatlarının ödənilməsi daha təkmil vasitələr tələb edir. Ancaq hər iki halda təhlükəsizlik təminatının təxirəsalınmazı zərurəti azalmayıb, əksinə yeni təhdid və təhlükələr fonunda daha da artıb və artmaqda davam edəcək. Siyasi elmlər üzrə fəlsəfə doktoru C.Xəlilovun təhlükəsizlik nəzəriyyəsinin ölkəmizdə yeni bir elm sahəsi kimi dərindən araşdırmaq səyləri, gətirdiyi arqumentlər, irəli sürdüyü mülahizə və qənaətlərin həqiqiliyi və inandırıcılığı onu deməyə əsas verir ki, müəllifin bu istiqamətdə tədqiqatlarının əahatə dairəsini genişləndirməsi bu sahənin inkişafına töhfə vermək niyyətindən və potensialından qaynaqlanır. Bu baxımdan C.Xəlilovun öz arqumentlərini ardıcıl xətlə və istisnasız olaraq elmi-nəzəri cəhətdən əsaslandırmaqla mövzunu sadədən mürəkkəbə doğru təkamül prosesi kimi təqdim etməsi və bu sahədə mövcud elmi-nəzəri bazadan səmərəli istifadə ilə genişləndirməsi təqdirəlayiqdir. Bütün bunlar mövzunun şərhində beynəlxalq miqyasda qəbul olunmuş yanaşmaların, sadəcə, təkrarlanması deyil, yenidən dəyərləndirilməklə, elmi təhlil əsasında təqdim edilməsinə imkan vermişdir. Monoqrafiyada Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin təşkili, milli maraqlar, onların təminatı prosesi, vasitələri, üsulları, təhlükəsizliyin müxtəlif aspektlərinin və ölkəmizə qarşı mümkün təhdidlərin təhlili, müvafiq dövlət orqanlarının bu sahədəki vəzifələri, səlahiyyətləri və əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi məsələləri elmi-nəzəri, həm də praktik baxımdan kifayət qədər əsaslandırılmış, düzgün nəticələr çıxarılmışdır. Müəllif hərbi, siyasi, iqtisadi, sosial, mədəni, ekoloji və digər istiqamətlərdə milli təhlükəsizliyin təminatı, dövlət, cəmiyyət və fərdlər səviyyəsində bu işin təşkili ilə bağlı məsələləri günün prizmasından dəyərləndirmiş və qeyd edilən sahələrdə daha səmərəli və əlaqləndirilmiş fəaliyyətin vacib məqamlarına toxunmuşdur. Monoqrafiyada milli təhlükəsizliyə qarşı təhdidləri doğuran səbəblər, onların vaxtında aşkarlanması, qarşısının alınması üçün görülən qabaqlayıcı tədbirlər və digər məqamlar da də ciddi tədqiqat obyektinə çevrilmiş, hərtərəfli dəyərləndirilmiş, bütün incəliklər nəzərə alınmışdır. Bir daha vurğulayaq ki, bütün bunların məntiqi ardıcıllıqla və yüksək səviyyədə təhlil olunması Cəlil Xəlilovun milli təhlükəsizlik məsələlərini yalnız nəzəri deyil, həm də təcrübi baxımdan yaxşı bilməsindən, peşəkar hərbi kadr kimi uzun müddət sərhəd, hərbi və milli təhlükəsizliyin təminatı sahələrində çalışmasından və son 10 ilə yaxın müddətdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi fəaliyyətindən qaynaqlanır. Görkəmli alman filosofu və nasiri Hötenin təbirincə desək, “həmişə yaşıl həyat ağacı”ndan bacarıqla bəhrələnməsi tədqiqat əsərini daha canlı və faydalı etmişdir. Bu mənada müəllifin Azərbaycan Respublikasında ölkə həyatının müxtəlif sahələrində təhlükəsizliyin təminatı sahəsində həyata keçirilməlo olan tədbirlərlə bağlı mülahizələri, elmi və təcrübi cəhətdən mükəmməl şəkildə əlaqələndirilmiş bitkin fikir və qənaətləri xüsusi maraq kəsb edir. Müəllif həmçinin Azərbaycan Respublikasında milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində, müvafiq sistemin formalaşmasında həm sovet dövründə, həm də müstəqilliyin bərpasında sonrakı illərdə dövlət tərəfindən görülən ardıcıl tədbirlərdən bəhs etmiş, bu istiqamətdəki fəaliyyətin bir sıra nəticələrini təhlilə cəlb edərək, lazımi nəticələr çıxarmışdır. O, haqlı olaraq İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən və 2023-cü ilin 19-20 sentyabrında bir günlük lokal antiterror əməliyyatından sonra öz ərazi bütövlüyünü və bütün ərazisində dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin gerçəkləşdirilməsində tamamilə yeni dövrün başlandığını, Azərbaycanın dünyanın müxtəlif təhlükəsizlik sistemləri ilə münasibətlərinin bu reallıqlar zəminində təşəkkül tapması zərurətini xüsusi vurğulamışdır. Hazırda Azərbaycan dövləti tərəfindən milli təhlükəsizliyin təminatı sahəsində müasir çağırışların hərtərəfli nəzərə alındığını, müvafiq dövlət orqanlarının bu istiqamətdə fəaliyyətinin daha da təkmilləşdirildiyini diqqətəlayiq hal kimi qiymətləndirmişdir. Milli təhlükəsizlik siyasətinin etibarlı təminatı sahəsində aparılan fəaliyyətin hüquqi tənzimlənməsi üçün müvafiq qanunvericilik bazasının yaradılmasının vacibliyi və Azərbaycan Respublikasında bu sahədə mövcud vəziyyətin təhlili də müəllif tərəfindən çox doğru olaraq monoqrafiyanın mühüm tədqiqat obyektlərindən biri kimi seçilmişdir. Belə ki, “Milli təhlükəsilik haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Dövlət sirri haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və digər qanunlarından, Azərbaycan Respublikasının milli təlükəsizlik konsepsiyası, Azərbaycan Respublikasının Hərbi doktrinası və digər strateji sənədlərdən irəli gələn vəzifələr, qanunvericiliyin tətbiqi mexanizmləri barədə kifayət qədər əsaslandırılmış mülahizələr irəli sürən müəllif Azərbaycan Respublikası Milli Məclisi tərəfindən bu istiqamətdə daimi və səmərəli fəaliyyətin həyata keçirildiyini xüsusi qeyd etmişdir. Ümumiyyətlə, monoqrafiyada tədqiqata cəlb olunmuş mövzu ilə bağlı bütün məqamlar nəzərə alınmış, dolğun və düzgün nəticələr çıxarılmış, təkmil bir elmi-nəzəri əsərin ortaya çıxmasına nail olunmuşdur. Mövzunun elmi-nəzəri təhlilində kifayət qədər geniş və bu sahədə həqiqi dəyərə malik olan elmi və elmi-publisistik ədəbiyyatdan (Azərbaycan, rus və ingilis dilində) istifadə olunması da monoqrafiyanın elmi dəyərini daha da artırmışdır. Bu sanballı monoqrafiyanın Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında, bu mövzunun tədris edildiyi digər xüsusi və ali məktəblərdə tədris vəsaiti kimi istifadə ediləcəyinə, eləcə də milli təhlükəsilik məsələlərinin araşdırılması ilə məşğul olan alimlərin, tədqiqatçıların və mütəxəssilər üçün dəyərli mənbə olacağına inanırıq. Lətif Babayev, tarix üzrə fəlsəfə doktoru.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki,Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 29 mart 2024-cü il tarixində Yasamal rayonunda tədbir keçiriblər. Tədbir 31 mart soyqırımına həsr olunub. Tədbir Yasamal rayonu Heydər Əliyev Mərkəzində baş tutub. ”31 Mart - Azərbaycanlıların Soyqırım Günüdür” adlı tədbirdə Yasamal rayon VT-nın sədri Vaqif Məmmədov, RVT-nın üzvü Esmira Orucova, Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva, Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinin birinci kurs kursantları iştirak ediblər. Tədbiri Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva açıb, 1onaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, ərazi bütövlüyümüzü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev ilk öncə Təşkilatın sədri, Böyük Vətən Müharibəsi iştirakçısı Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev çıxışında bildirib ki, ermənilər 1905-ci və 1907-ci illərdən başlayaraq zaman-zaman xalqımıza qarşı cinayətlər törədib: “1918-ci ildə törətdilmiş qırğınların coğrafiyası daha geniş olub. Belə ki, 25000 min Bakıda, 8000 min Zəngəzurda, 8000 min Göyçayda,7000 min Şamaxıda, 3000 min Naxçıvanda, 2000 min Qubada və digər ərazilərdə soydaşlarımızı qətlə yetiriliblər. 1988-ci ildən başlayaraq Azərbaycanın sərhədlərində və Qarabağda törədilən cinayətlər bir dahaha sübut etdi ki, düşmən hər zaman öz məkirli siyasətini həyata keçirmək üçün fürsət gözləyir. Biz buraxılan səhvlərimizdən nəticə çıxarmalı və Ali Baş Komandanımız İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşməliyik. Düşmən hər zaman öz başı üzərində Prezidentin göstərdiyi “Dəmir Yumruğu” hiss etməlidir”. Daha sonra Vaqif Məmmədov və Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Leninqrad blokadasının iştirakçıları ilə görüşüb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, sədr müavini polkovnik Cəlil Xəlilov və digər veteranlar iştirak edib. Aleksandr Beqlov Azərbaycan xalqının faşizmə qarşı mübarizədə fəal iştirak etdiyini, bu mübarizədə böyük qəhrəmanlıqlar göstərdiyini bildirib, buna görə xalqımıza, veteranlara öz təşəkkürünü bildirib. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycanla Rusiya arasında tarixi dostluq əlaqələrinə diqqət çəkib, hər iki xalqın faşizmə qarşı birgə mübarizə apardığını vurğulayıb. Polkovnik Cəlil Xəlilov Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovu “General Həzi Aslanov” yubiley medalı ilə təltif edib.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki,Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 29 mart 2024-cü il tarixində Səbail rayonu Badamdar qəsəbəsində tədbir təşkil ediblər. Tədbir Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 239 saylı tam orta məktəbdə baş tutub. ”31Mart-Azərbaycanlıların Soyqırım Günüdür” adlı tədbirdə Bakı şəhər Sabail rayon VT-nın sədri Adilə Yaqubova,məktəbin direktoru Nisə Fərəcova, şagird və müəllim kollektivi iştirak ediblər. Tədbiri məktəbin direktoru Nisə Fərəcova açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev ilk öncə Təşkilatın sədri, Böyük Vətən Müharibəsi iştirakçısı Fatma Səttarovanın və sədr müavini polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Polkovnik çıxışında erməni vandalizmindən, zaman-zaman xalqımızın başına gətirilən faciələrdən danışıb. Yeniyetmələrə tariximizi unutmamağı tövsiyə edib, gələcək nəsillərin ermənilərlə münasibətdə diqqətli v əehtiyatlı olmasının vacibliyini vurğulayıb. Daha sonra Nəbi Hacıyev və Adilə Yaqubova çıxış edib, maraqlı tarixi faktlara diqqət çəkiblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
“Ermənistanın şərti sərhəddə canlı qüvvə və hərbi texnika cəmləməsi açıq-aşkar İrəvanın təxribatçılıq niyyətindən xəbər verir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan hakimiyyətinin bu kimi təxribatlarla bəzi məqsədlərə çatmağa çalışdığı şübhəsizdir: “Ermənistanın Vətən müharibəsindən sonra da ölkəmizə qarşı həm hərbi, həm də siyasi-informasiya müstəvisində təxribatları davam etdirdiyi hər kəsə məlumdur. Bu da məlumdur ki, Ermənistan və onun havadarları bu kimi təxribatlarla sülh sazişinin imzalanmasını əngəlləməyə, regionda yeni bir gərginlik yaratmağa çalışırlar. Ölkəmizə qarşı təxribatlarda digər bir məqsəd isə Azərbaycanı hərbi müstəvidə konkret addımlar atmağa, cavab tədbirləri görməyə sövq etmək, bununla da ölkəmizin aqressiv dövlət obrazını formalaşdırmaqdır. Bu işdə Ermənistan qədər onun xaricdəki himayədarları da maraqlıdırlar. Artıq mümkün təxribatlarla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəsmi açıqlamalar verib, habelə düşmənin şərti sərhəddə möhkəmlənmək cəhdlərinin əks olunduğu görüntülər paylaşıb. Bütün bu faktlar aydın şəkildə Ermənistanın təxribat hazırlıında olduğunu göstərir. Bu faktlar bir daha sübut edir ki, rəsmi İrəvan sülh haqqında deyil, yeni qarşıdurmalar haqqında düşünür. Aprelin 1-də Naxçıvan istiqamətində mövqelərimizin Ermənistan ordusu tərəfindən atəşə tutulması planlaşdırılan təxribatların tərkib hissəsidir. Ermənistan ordusunun şərti dövlət sərhədlərində cəmləşdirldiyini nəzərə alsaq, bu kimi təxribatların yaxın günlərdə təkrarlanacağı istisna deyil. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin də bəyan etdiyi kimi, bölgədə baş verə biləcək mümkün insidentlərə görə məsuliyyət birmənalı şəkildə Ermənistan və onun himayədarlarının üzərinə düşəcək. Azərbaycan dövləti, onun Silahlı Qüvvələri xalqımızın və dövlətimizin təhlükəsizliyini təmin etməyə, ərazi bütövlüyümüzə, suverenliyimizə yönəlik hər cür təhlükənin qarşısını almağa qadirdir. Əgər Ermənistan ölkəmizə qarşı hər hansı təxribata əl atarsa, o zaman bu təxribatın qarşısını bir neçə misli ilə alacaq”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar evində “31 mart- Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib. Rayon Veteranlar Təşkilatının təşkilatçılığı ilə düzənlənən tədbirdən öncə Soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.Rayon Veteranlar Təşkilarının sədri Ədalət Salman çıxış edərək uzun illərdən bəri ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımdan danışıb, 1918-ci ilin martında daşnak-bolşevik dəstələrinin əhaliyə kütləvi divan tutması barədə məlumat verib. Daha sonra Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart – Azərnaycanlıların Soyqrımı günü elan edildiyini və bu bəşəri cinayətin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədi ilə ölkəmizin prezidenti İlham Əliyevin 2018-ci ildə Soyqırım gününün 100 illiyi ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayıb.Tədbirdə ADPU Cəlilabad filialının tədqiqatçı tarix müəllimi Ələsgər Mirzəzadə, rayon Ağsaqqallar şurasının sədri Ədalət Əsgərov, rayon Qarabağ qaziləri İctimai birliyinin rəhbəri Maşallah Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü İman Abdulla, şəhid qardaşı Sakit İsayev, veteran müəllimlər Adil Hüseynov, İsmayıl Məmmədov, Muxtar Əsədov, Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mirsüleyman Eynullayev və başqaları çıxış edərək mənfur ermənilərin törətdikləri vəhşiliklərdən söz açıblar, 44 günlük Vətən müharibəsində düşmənə ordumuz tərəfindən döyüş meydanında layiqli cavab verilməsindən fəxrlə danışıblar.
Hamısını oxu
Azər Allahverənov: “Azərbaycan hər situasiyada hansı addım atmalı olduğunu yaxşı bilir” “Ermənistana qarşı Azərbaycan-Rusiya ittifaqının formalaşdığı iddiası Qərbin yeni yalanıdır” “İrəvan Azərbaycanı yeni antiterror əməliyyatına sövq etməklə ölkəmizin aqressiv dövlət imicini yaratmağa çalışır” Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistanın şərti dövlət sərhəddinə canlı qüvvə və ağır texnika cəmləşdirdiyi ilə bağlı rəsmi məlmat yayıb. Məlumatda bölgədə baş verə biləcək mümkün gərginliyə görə bütün məsuliyyətin Ermənistan və onun havadarlarının üzərinə düşdüyü vurğulanır. Moderator.az olaraq siyasi şərhçi Azər Allahverənovla söhbətimizdə məlum gərginlik fonunda ölkəmizə qarşı aparılan informasiya müharibəsini şərh etməyə çalışdıq. -Azər bəy, son vaxtlar Ermənistanın şərti dövlət sərhəddində canlı qüvvə və ağır texnika toplaması müşahidə edilir. Belə bir dönəmdə Ermənistanın Qərbdəki himayədarlarının ölkəmizə qarşı yürütdüyü informasiya təxribatının daha da genişlənməsi ehtimalı varmı? -Azərbaycana qarşı bütün cəbhələrdə informasiya müahribəsinin aparıldığı birmənalıdır. Yalnız Ermənistan deyil, onun havadarları, bəzi hallarda havadarları olmayan ölkələr belə hansısa formada Cənubi Qafqazda yeni münaqişə ocağının alovlanmasında, xaosun yaranmasında maraqlıdır. Erməni himayədarları bununla Ermənistan üzərindən öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Onlar Rusiyanın forpostu olan Ermənistanı öz təsir dairələrinə daxil etməklə onu öz forpostlarına çevirmək, Ermənistanı siyasi maraqların toqquşduğu poliqona çevirməyə çalışırlar. Bu siyasətin hədəfində isə həm iqtisadi, həm də siyasi cəhətdən güclənən, beynəlxalq münasibətlər sistemində öz sözünü deyən, sözü imzası qədər dəyərli olan Azərbaycan dayanır. -Sizcə bu qüvvələrin hədəf olaraq Azərbaycanı seçməsinə səbəb nədir? -Onlar Azərbaycanın güclənməsində, ölkəmizin beynəlxalq miqyaslı layihələrdə söz sahibi olmasında maraqlı deyillər. Onlara kölə, təsir altında olan Ermənistan və onun kimi dövlətlər lazımdır. Buna görə də onlar bütün resurslardan istifadə etməklə ölkəmizə qarşı informasiya müharibəsi aparmağa çalışırlar. Bəzi hallarda erməni diasporunun rəğbəyini qazanmaq, bəzi hallarda erməni diasporu tərəfindən maliyyələşən dairələrin dəstəyinə nail olmaq, eləcə də qarşıdan gələn seçkilərdə erməni əsilli seçicilərin səslərini təmin etmək üçün ölkəmizə qarşı informasiya müharibəsində yer almaqdadırlar. Ona görə də informasiya müharibəsinin əsas gücünü məhz Azərbaycan əleyhinə yönəldirlər. Xatırladım ki, Münxen konfransından sonra dünyanın bir çox güc mərkəzinin nümayəndələri cənab İlham Əliyevlə təkbətək görüşmək təkliflərini irəli sürdülər. Qarşı tərəfin təşəbbüsü ilə bu qəbildən çoxsaylı görüşlər keçirildi. Bu, ölkəmizin artan nüfuzundan xəbər verirdi. Bundan sonra Ermənistanda bir növ susqunluq hökm sürdü. Hətta ən yüksək səviyyədə Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin bağlanması ilə bağlı pozitiv fikirlər səsləndirməyə başladılar. Bu fikirlər Azərbaycan tərəfindən də təqdirlə qarşılandı. Amma Cənubi Qafqazda xaos yaratmaq məqsədi güdən güclər bununla barışa bilməzdilər. Onlar hələ o zaman maksimum çalışdılar ki, Azərbaycanın aqressiv xarici siyasət yürüdən tərəf kimi təqdim etsinlər. Həmin siyasət bu gün də davam edir. Avropa İttifaqı, ATƏT, AŞPA və s. qurumların təmsilçiləri çıxışlarında Azərbaycanın guya Ermənistana hərbi təcavüz həyata keçirmək niyyətində olduğunu iddia edirlər. Bildirirlər ki, guya şərti dövlət sərhədlərində Azərbaycan canlı qüvvə və ağır texnika cəmləyir. Bunlar feyk məlumatlardır. Azərbaycan bununla bağlı dəfələrlə öz etirazını bildirb. Cənab Prezident çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycanın hər hansı dövlətə, eləcə də Ermənistana qarşı ərazi iddiası yoxdur. Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin mövcudluğunda maraqlıdır. Sülh sazişinin imzalanması, delimitasiya və demarkasiya üzrə işçi qrupunun intensiv fəaliyyəti, kommunukasiyaların açılması və s. kimi amillər ölkəmiz üçün prioritet məslələr hesab olunur. -Sülhün reallaşması üçün Ermənistanın atması gərəkdiyi addımlar hansılardır? -Bunun üçün Ermənistan ilk növbədə ölkəmizə qarşı təxribatlardan və ərazi iddiasından əl çəkməlidir. Ermənistan öz qanunvericiliyindən, müstəqillik haqqında deklarasiyadan ərazi iddiaları ilə bağlı müddəaları çıxarmalıdır. Ancaq hələ ki, bunların heç biri baş vermir. Əksinə, bu gün Ermənistan şərti dövlət sərhəddində hərbi qüvvə toplamağa çalışır. Bu hadisələr fonunda Azərbaycana qarşı Qərbin müxtəlif rıçaqlardan istifadə edərək siyasi-informasiya təxribatları vasitəsilə Azərbaycanı aqressiv tərəf kimi qələmə vermək cəhdləri özünü büruzə verir. 2023-cü ilin sentyabrından sonra biz bu cəhdlərin daha da artmasına şahif olmaqdayıq. Bu təxribatı törədənlər həm də Ermənistan ərazisində fəaliyyət göstərən qeyri-qanuni hərbi birləşmələrdir. Bura VOMA, Yerkrapa, Sasna Tsrer və s kimi hərbi birləşmələr daxildir. Bu qanunsuz hərbi birləşmələr müxtəlif təxribatlar törətməklə şərti sərhəd bölgəsində Azərbaycanı antiterror əməliyyatı aparmağa sövq etmək istəyirlər. Azərbaycan tərfi isə təbii ki, hər bir amili nəzərə alır və Ermənistan əraazisinə daixl olmadan atəş nöqtələrinin susdurulmasına nail olur. Ölkəmizə qarşı həyata keçirilən siyasi-informasiya müharibəsində bir məqsəd Azərbaycanı aqressiv dövlət kimi qələmə verməkdirsə, digər məqsəd sülhün bərqərar olmasında maraqlı olmayan ölkə kimi təqdim etməkdir. -Azər bəy, nə qədər gülünc olsa da, bəzi Qərb dairələri iddia edir ki, guya Rusiya Ermənistanın ondan üz döndərməsinə cavab olaraq Azərbaycanın əli ilə İrəvanı cəzalandırmağa çalışır və bu məqsədlə də hər iki dövlət Ermənistan əleyhinə birlik formalaşdırıblar. Sizcə bu iddiaların ortaya atılmasında məqsəd nədir? -Qeyd etdiyiniz kimi, Qərb iddia edir ki, guya Azərbaycanla Rusiya arasında Ermənistan əleyhinə bir ittifaq var. Halbuki, bu, absurd bir yanaşmadır. Vətən müharibəsi və ondan sonra atılan addımlar göstərdi ki, Azərbaycan ərazi bütövlüyün təmin edərkən heç kəsdən bunun üçün icazə almır. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirir. Qərb bu kimi iddialarla Azərbaycanla yanaşı, həm də Rusiyanı hədəf seçir, öz aləmində həm də onu “cəzalandırır”. -Azərbayan Ermənistan üzərində tarixi zəfər çalsa da, hələ də 8 kəndimiz düşmən işğalı altındadır. Sizcə Ermənistan bu kəndləri qaytarmaq istəməsə, o zaman proseslər hansı mcərada inkişaf edəcək? -Bu gün Azərbaycanın 8 kəndi işğal altındadır. O kəndlərin 4-ü eksklavdır, 4-ü isə sərhəddə yerləşir. Hətta sərhəddə yerləşən kəndlər birbaşa olaraq Azərbaycanın nəzarətindədir və bu kəndlər qeyri-şərtsiz qaytarılmalıdır. Ermənistan isə bu mövzu ətrafında spekulyasiya apararaq fərqli siyasət yürüdü. Bəyan edirlər ki, bu kəndlər Azərbaycana qaytarılmayacaq. Bu siyasətdə məqsəd Azərbaycanı təxribata çəkməkdir. 5 aprel görüşü öncəsi belə bir bəyanatın Paşinyanın dilindən səsləndirilməsi onu göstərir ki, Ermənistanda mövcud olan siyasi rejim özünün havadarlarının onları dəstəklədiyindən ilhamlanaraq revanşist əhval-ruhiyyəni təbliğ edir. Bu isə əlbəttə ki, yanlış yanaşmadır. Əgər qonşu dövlət olan Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaq niyyəti yoxdursa, ölkəmiz nə etmək lazım gəldiyini yaxşı bilir. Azərbaycan sülh müqaviləsi bağlanmadan belə öz ərazi bütövlüyünü təmin etmək üçün bütün resurslardan istifadə etməyə hazır olan güclü bir dövlətdir. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr lokal antiterror tədbirləri onu göstərdi ki, Azərbaycan beynəlxalq hüququ əldə rəhbər tutaraq beynəlxalq hüququn bərqərar olması naminə bütün resurslardan bacarıqla istifadə edə bilir. Azərbaycan gələcəkdə də beynəlxalq hüququn təminatçısı qismində çıxış etməyə qadirdir və lazım gələrsə dövlətimiz bu qətiyyəti bir daha sərgiləyəcək. Seymur ƏLİYEV
Hamısını oxu