Ən son xəbərlər
Лидер, изменивший геополитическую Азербайджан идет к внеочередным Президентским выборам. В этой связи будет уместно и справедливо обратить особое внимание на кандидатуру Ильхама Алиева, на его значимые для истории нашей страны созидательные дела. Под его руководством Азербайджан за последние 20 лет в социально-экономическом, политическом отношении качественно изменился, стал признанной в мире ведущей страной. Целенаправленная внутренняя и внешняя политика Президента позволила Азербайджану не только успешно войти в фарватер мирового развития, но и решить тяжелую, навязанную нам мировым армянством Карабахскую проблему. В результате произошла трансформация традиционной геополитической картины Южного Кавказа. Южный Кавказ – относительно небольшая территория на нашей планете. Но она с давних пор стала предметом мировой политики в силу географического положения и богатства природными ресурсами. Как уникальное связующее звено между Европой и Азией, и насыщенное горючими и минеральными ресурсами Южный Кавказ неизменно формировал манящий эффект у соседей. Исторически здесь непосредственно сталкивались интересы трех империй: Персидской, Османской и Российской. Не безразличны были к данной территории Великобритания и Франция. С XIX века Россия стала доминировать в этом регионе и, к сожалению, проводить политику арменизации этих земель. Вследствие массового переселения из Ирана, стран Ближнего и Среднего Востока армян в азербайджанские, отчасти грузинские и Северо-Кавказские земли произошли изменения в традиционной этнической картине Южного Кавказа. Этот процесс, как ни странно, продолжался и в ХХ веке, вплоть до распада СССР. Особенно сильно пострадал в результате этих миграционных манипуляций азербайджанский народ, который разными путями вытеснялся из своих исконных земель. В результате Иреван стал Ереваном, Гейчегёлю - Севаном, Карабах - Арцахом, Зангезур - Суником и т.п. Важно подчеркнуть, что заселение обширных территорий армянами в идеологическом отношении поддерживались мифами о «Великой Армении», об «Армении от моря до моря», «Древнем Арцахе» и другими сумасбродными идеями. Ссылаясь на эти мифы армянские политики, без зазрения совести, представляли захват чужих земель как возвращение к историческим истокам. Отсутствие должного ответа международной общественности на эти мистификации содействовало формированию агрессивного армянского мышления, которое противоречит не только международному праву, но и всем канонам цивилизованного общества. Наша окончательная победа в прошлом году в Карабахской эпопее действительно беспрецедентна. Азербайджан победил не только карабахских сепаратистов и армянские войска, но и мировое армянство, которое вот уже полтора столетие вынашивает проекты освоения тюркских земель. Победа стала возможной под руководством Президента страны, Верховного главнокомандующего – Ильхама Алиева. Разве это не является доказательством особой роли личности в истории! Продуманная политика Ильхама Алиева позволила мобилизовать все возможности страны для победы. Развитие экономики, создание современной армии, патриотическое воспитание стали определяющими факторами государственной стратегии Азербайджана. Параллельно Президент обращал особое внимание на формирование «мягкой силы». Необходимо было объективно представлять Азербайджан в глобальном коммуникационном пространстве, распространять должную информацию о стране, народе, его чаяниях. Под руководством Ильхама Алиева весь наш потенциал —культурный, дипломатический, экономический, военный был мобилизован на то, чтобы достойно и с наименьшими потерями выйти из этого испытания. Благодаря соответствующей информационной политике, выдающимся программным выступлениям Президента в средствах массовой информации, системному патриотическому воспитанию азербайджанцы прониклись мыслью, что происходящее — это отечественная война. Победа Азербайджана в Карабахской войне открыла принципиально новые перспективы для социально-экономического и научно-технического развития в регионе. Президент страны при этом обращает внимание на сохранение реваншистских сил в Армении, что нужно быть готовым ответить на их возможные вызовы. Учитывая изложенное, думаю, не должно быть никаких сомнений в целесообразности поддержки на выборах Президента Азербайджана кандидатуру Ильхама Алиева. Это настоящий лидер, всесторонне доказавший свою высокую компетентность в управлении страной в интересах азербайджанского народа. Джалил Халилов, полковник, заместитель председателя Организации ветеранов войны, труда и вооруженных сил Азербайджанской Республики картину Южного Кавказа: Ильхам Алиев
Hamısını oxu
Bunu Təşkilatın sədr müavini Cəlil Xəlilov açıqlayıb. O, qeyd edib ki, təşkilat üzvlərinin siyahıları bu günlərdə MSK-ya təqdim olunacaq: “Təşkilatımız və onun çoxminlik üzvləri hər zaman respublikamızın həyatında fəal iştirak edib. Biz bu prosesdən də kənarda qalmırıq. İnanıram ki, veteranlarımız bu məsuliyyətli işin də öhdəsindən müvəffəqiyyətlə gələcək, azad, demokratik seçki prosesinə layiqli töhfə verəcəklər”.
Hamısını oxu
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra yeni dövr mətbuatımızın və jurnalistikamızın formalaşmasında bir çoxlarının danılmaz əməyi olub. Onları daim xatırlamağımız təkcə vicdan borcu deyil, həm də gələcəkdə bu tarixin daha obyektiv və hərtərəfli yazılmasına azacıq da olsa töhfə vermək məsuliyyətindən irəli gəlir. Dünən Azərbaycan mətbuatı və hərbi jurnalistikası son 32 ilin azı yarısının səlnaməsini yaradan istedadlı qələm sahiblərindən birini, imzası yaxşı tanınan Ədalət Teymurovu itirdi. Onun jurnalistlik fəaliyyəti Azərbaycan Dövlət Universiteti Jurnalistika fakültəsini bitirdiyi 1984-cü ildən daha əvvəl, 1970-ci illərin sonlarından “Bakı” və “İnşaat”çı qəzetlərində başlamışdı. Xüsusən görkəmli mətbuat işçisi, Azərbaycan jurnalistikasının təşəkkülündə müstəsna yerə malik müəllimi Nəsir İmamquliyevin baş redaktoru olduğu “Bakı” qəzetində işləməsi Ədalət Teymurov üçün də böyük bir məktəb oldu. Bu qəzetlə əməkdaşlığı, az sonra qəzetin ştatlı işçisi kimi fəaliyyətə başlaması onu püxtələşdirdi. Qələmini bir çox mövzularda sınasa da iqtisadiyyat sahəsi ilə bağlı yazıları diqqəti daha çox cəlb etdi. Sonrakı illərdə “Kənd həyatı”, “Azərbaycan təbiəti” jurnallarında dərc edilən publisitik yazıları və sanballı araşdırmaları onu nüfuzlu qələm sahibi kimi tanıtdı. Həmin illərdə Azərbaycanda cəmi bir neçə mərkəzi qəzet və jurnal nəşr edilirdi. Nə gizlədək, bu nəşrlərn bir çoxunda iqtisadi mövzularda yazmağı bacaran jurnalistlər az idi. Çünki adətən, əksər iqtisadçılar hətta mükəmməl iqtisadi təhlillər aparsalar da, maraqlı yazmağı bacarmırdılar, jurnalistlər isə oxunaqlı yazsalar da, bu sahəni lazımi səviyyədə bilməmələri səbəbindən məqalələri ya səthi alınır, ya da mövzu yetərincə açılmırdı. Ədalət Teymurov iqtisadi bilikləri və jurnalist istedadı ilə həmin nəşrləri tam qane edirdi, buna görə də kifayət qədər iş, əməkdaşlıq təklifləri gəlirdi. Öz qərarını verməkdə tərəddüd etməsə belə, bu məqamlarda adətincə, bəzi dostlardan: “Qadası, sən nə məsləhət bilirsən”, deyə soruşardı. Bu təkliflər maddi və təminat baxımından bəzi üstünlüklər vəd etsə də, onları tam fərqli yöndən dəyərləndirməsi yəqin o vaxt olduğu kimi, bu gün də bir çoxlarını təəccübləndirəcək. “Bunu belə, onu elə yaz, deyiləcəksə, siz sağ, mən salamat”. Çox sevdiyi Məmməd Araz demişkən: Ürəyimsiz kəlmə yazan deyiləm, Nə qədərki öz əlimdir, yazanım. Yazmadı da, çünki “qələmin borcu həqiqəti yazmaqdır” deyən sələflərdən doğruları yazmağı əxz etmiş, böyüklərdən “özünə, sözünə sədaqət”dərsi almışdı. Bir müddət ciddi məşğul olsa da, 1988-ci ildən sonra ölkədə və ətrafında baş verən hadisələrlə əlaqədar iqtisadi jurnalistika sahəsindəki fəaliyyətinə fasilə verməli oldu. O illərdə Azərbaycan, həqiqətən də, öz tarixinin ən mürəkkəb və çətin dövrlərindən birini yaşayırdı, Ermənistanın ərazi iddiası ilə başlatdığı işğalçılıq müharibəsi respublikanı ağır sınaqlarla üz-üzə qoymuşdu. Belə bir şəraitdə xalqın etiraz səsini, öz torpağını, haqqını müdafiə etmək qərarını saxta beynəlmiləlçilik təbliğatından əl çəkməyən, əslində, milli məsələlərə biganə olan hakimiyyət orqanlarına çatdırmaq üçün yeni və müstəqil mətbuat orqanlarının yaranmasına ciddi ehtiyac yaranmışdı. Az keçmədi ard-arda belə nəşrlərin meydana çıxması ilə Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açıldı. Sürətlə dəyişməkdə olan şəraitdə qələminə, məsləkinə sədaqətli, sözünü cəsarətlə deyən, açıq fikirli yazarlara meydan verilmişdi. Ədalət Teymurov müstəqil mətbuatın bayraqdarları sırasında olan, 1989-cu il oktyabrın 6-da Qarabağa Xalq Yardımı Komitəsinin nəşri kimi işıq üzü görən “Azərbaycan” qəzetində işə başladı. “Azərbaycan” qəzeti Şərqin ilk müstəqil demokratik dövləti Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il sentyabr ayının 15-də Bakının daşnak-bolşevik qüvvələrindən azad olunduğu gündə ilk sayı çapdan çıxan və Cümhuriyyətinin süqutu gününə qədər nəşr edilmiş eyniadlı rəsmi dövlət qəzetinin varisi idi. Milli mətbuat tariximizdə xüsusi yeri tutan bu qəzetin baş redaktorları Azərbaycanın fədakar aydınları, Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli qardaşları, Şəfi bəy Rüstəmli kimi böyük şəxsiyyərlər olmuşdular. İndi belə bir nəşrin əməkdaşları sırasında yer almaq, doğrudan da, şərəfli və məsuliyyətli idi. Ədalət Teymurov üzərinə hansı məsuliyyəti götürdüyünü yaxşı bilirdi və bu böyük şərəfi doğrultmaqda, tarixi ənənədən qaynaqlanan missiyanı layiqincə yerinə yetirməkdə qərarlı idi. Öz dövrünün ən oxunaqlı nəşrlərindən olan “Azərbaycan”-nın səhifələrini vərəqləməklə buna canlı şahidlik etmək mümkündür. Ədalətin həmin qəzetdəki yazıları haqqında “Azərbaycan”-nda ona çiyindaşlıq etmiş tanınmış jurnalist, istedadlı publisit Elman Gədiklinin dedikləri ən yaxşı bələdçidir. “Ədalətin bənzərsiz üslubu, mövzunu mükəmməl çardırması, təsirli və oxunaqlı dili adamı valeh edirdi. O, haqqını almamış orjinal qələm adamı idi”. Ədalət təqribən iki il sonra fəaliyyətini başqa bir yeni və müstəqil qəzetdə, həmin vaxt Hüquqşünaslar İttifaqının nəşri olan “Ədalət”də davam etdirdi. Düzə düz, əyriyə əyri dedi, doğruları yazmaqdan nə çəkindi, nə də usandı. Ancaq həmişə ədalətli oldu, ən kəskin vəziyyətlərdə belə obyektivliyi gözlədi, həqiqəti yazdı desəm, heç bir mübaliğəyə yol vermərəm. Ədalət “Ədalət”in şöhrətinə töhfə verdi, “Ədalət”sə onun jurnalist keyfiyyətlərinin, peşəkarlığının gizli qalan tərəflərini üzə çıxardı. Azərbaycan çətin günləri davam edirdi. Ya Qarabağ, ya ölüm! deyib ayağa qalxan xalq öz haqlarını axıradək qorumaqda qərarlı idi. Gərgin dövrdən keçən, torpaqlarının müdafiəsi üçün ölüm-dirim savaşına qalxmış Vətənin çağrışına cavab verən, harayına yetənlərin ilk sırasında o, Ədalət Teymurov da vardı. Yurd, millət, dogma ocaq sevgisi ilə alışan qəlbini nümunə bildiyi Danko kimi əlinə alıb başı üzərində məşələ çevirməkdə qərarlıydı. Ədalət Teymurovun jurnalist taleyinə fərqli bir sahədə ilklərin sırasında yer almağı qismət edən də elə bu amal, bu yanğı oldu. 1991-ci il sentyabrın 5-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi fəaliyyətə başladı. İlk gündən qarşıya çıxan və təcili həllini gözləyən məsələlərdən biri gənc nazirlikdə informasiya işinin təşkili, eləcə də ictimaiyyətlə əlaqələrin qurulması idi. Bu baxımdan mətbuatla müntəzəm və səmərəli əməkdaşlıq əlaqələrini qurmağa qadir, səriştəli jurnalist kadrlara ciddi ehtiyac vardı. Qısa müddətdə Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi təşkli edildi və fəaliyyətə başladı. Bu şöbədə ilk iş dəvəti alanlər sırasında yazıları ilə artıq ölkədə kifayət qədər tanınan Ədalət Teymurov da var idi. 1992-ci ilin yanvarından Ədalətin cəbhə bölgələrinə, ön xətdə yerləşən döyüş səngərlərinə yolu başladı. İlk mərhələdə operativ və peşəkarlıqla hazırlanmış hərbi, hərbi-siyasi xarakterli informasiyalar üstünlük təşkil etsə də, çox keçmədi bunlarla yanaşı, bütün müvafiq tələblər gözlənilməklə cəbhə bölgələrindən göndərilən qısa reportajlar da Azərbaycan televiziyasının proqramları vasitəsi ilə bu sületləri səbirsizliklə gözləyən tamaşaçılara çatdırıldı. Ədalət artıq zabit kimi hərbi xidmətini yeni yaradılmış Sənədli Filmlər Kinostudiyasında davam etdirirdi. Onun mərhum videooperator Seyidağa Mövsümlü ilə birgə çəkib hazırladıqları yüzləcə belə süjetlər və 20-də artıq sənədli film bu gün Azərbaycanın Birinci Qarabağ müharibəsi tarixinin canlı xronikasını təşkil edir. Bu çəklişlər zamanı hər iki hərbi jurnalistimiz dəfələrcə ölüm təhlükəsi ilə üz-üzə gəlmişdilər, böyür-başlarında mərmilər partlamış, müxtəlif çaplı silahlardan atılan güllələr az qala santimetrlik məsafələrindən keçmişdi. Həmin güclü top atəşlərindən birində lap yaxınlığına düşən mərminin partlamasından ciddi zədə (kontuziya) alan Ədalət Teymurova 3-cü dərəcəli əllillik verilmişdi. O, 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsinin getdiyi dövrdə Azərbaycanın cəbhə bölgələrini, səngərləri az qala qarış-qarış gəzmiş, neçə döyüşün canlı şahidi, hətta iştirakçısı olmuş, əsgər-zabitlərmizin necə fədakarlıqla vuruşduqlarını qürurla qələmə almışdı. Bu yazıların bir çoxu Seyidağanın çəkdiyi süjetlərin kadrarxası mətni kimi televizya ekranlarından yayılsa da, əksəriyyəti Müdafiə Nazirliyinin arxiv materialları arasında, hərbi xronika nümunələri kimi qorunub saxlanılır. Yəqin nə vaxtsa o kadrların əsasında hərb tariximizi əks etdirən sənədli və tammetrajlı bədii filmlər çəkiləcək. Onda Ədalət Teymurovun hərbi jurnalistika tariximizdə hansı xidmətlər göstərdiyini, qələminə, borcuna necə sadiq olduğunu indiyədək bu fədakarlıqdan xəbərsiz olanlar da, bunu görməzdən gələnlər də nəinki biləcək, inanaq ki, etiraf da edəcəklər. Nə gizlədim, bir neçə il əvvəl dostların israrlı tələblərindən sonra mətbuatımızla əlaqədar təşkilatlardan birinin rəhbərinə göndərilən və onun da səndləşdirib müvafiq ünvana çatdırdığı təqdimat nəzərə alınmamışdı. Beləcə, Ədalət Teymurovun adı sağlığında haqq etdiyi mükafatı alanlar sırasında olmadı. Ancaq o bundan bir qədər incik düşsə də, məsələyə yenə özünəməxsus nikbinliklə yanaşdı, necə deyərlər, “əlyazmaları yanmır”. Elə bizim də ümidimiz bunadır. Yanmayan dəyərli yazılar kimi, Seyirdağa Mövsümlünün çəkdiyi tarixi kadrları tamamlayan, Ədalət Teymurovun qələmə aldığı o mətnlər də yəqin nə vaxtsa həqiqi dəyərini alacaq. Onun jurnalistlik fəaliyyəti sonra da davam etdi. Hərbi mütəxəssis kimi mayor rütbəsində pensiyaya çıxdıqdan sonra da müxtəlif mətbu orqanlarda, daha çox da “Təzadlar”, “Bakı Xəbər” qəzetlərində köşə yazarı kimi aktual mövzulara həsr edilən maraqlı məqalələri dərc edildi. Yəqin onun barəsində daha geniş bir yazıda bunlar barəsində də söhbət açarıq. …Ədalət Teymurov Birinci Qarabağ müharibəsinin od-alovunu ekranlardan izləməmişdi, üz-gözünü qarsan bu od-alovu ekranlara, kinoxronikaların nümayiş etdirildiyi səhnələrə gətirənlərdən olmuşdu. Təkcə buna görə ən azı özü barədə nələrinsə yazılmasını, göstərlməsini haqq edir. Vətən müharibəsinin getdiyi günlərdə teleoperatorlarımızın çəkdikləri və nümayiş etdirilən qürurverici, peşəkar kadrlara baxanda onun və məsləkdaşlarının daha çətin şəraitdə, məhdud imkanlı texnika ilə az qala eyni işi gördüklərini xatırlayıb, bir daha, ey fədakar insanlar, minnətdar Vətən sizi unutmayacaq, dedim. Torpaqlarımızın Ermənistanın işğalından qurtardığı gün və sonrakı günlərdə onun necə ürəkdən sevindiyini, gözlərinin yaşardığını da xatırladım. “İnşallah, imkan olsun, Laçını, Qubadlını, Kəlbəcəri, Zəngilanı, Cəbrayılı, Ağdamı ziyarət edərik”, demişdi. Bəs, Şuşa, soruşmuşdum? Sən demə, Şuşaya getməyi tələbə dostlarımızdan birinə vəd edibmiş, onu da özü ilə aparacaqmış. Ilk dəfə vədinə əməl etmədi. Ancaq təssüf ki, əməl etmədiyi daha bir vədi qaldı. Dekabrın 24-də çox arzuladığı bir görüşə, dostlarla görüşə gələ bilmədi. Çünki artıq getmişdi. Əlində nə qədər işi vardı... Haqqında deyiləsi, yazılası çox şeylər var. Təki ömür aman versin. İndiliksə, məslək və can dostumuz, Masallının Qədirli kəndində dədə-baba məzarlığındakı son mənzilində arxayın uyu. Ədalət Teymurov, sən saflığın, millət, Vətən sevgin, bütövlüyün, nəhayət, təsirli yazıların ilə yol tapdığın qəlblərdə həmişə yaşayacaqsan, deyirəm və buna inanıram. Lətif ŞÜKÜROĞLU
Hamısını oxuYığıncaqda 2024-cü il üzrə fəaliyyət planı da müzakirə olunub Veteran.gov.az xəbər verir ki, 27 dekabar 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ümumi yığıncağı keçirilib. Yığıncaqda çıxış edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin 2023-cü il üzrə fəaliyyəti barədə hesabat verib, son bir il ərzində görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdrıb. Yığıncaqda həmçinin Təşkilatın 2024-cü il üzrə nəzərdə tutulan fəaliyyət planına toxunulub, tədbir iştirakçıları bu barədə məlumatlandırılıb.
Hamısını oxu27 dekabr 2023-cü ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ümumi yığıncağı keçirilib. Yığıncağı Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilib. Daha sorna çıxış edən polkovnik Cəlil Xəlilov Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinə diqqət çəkib, onun qoyub getdiyi siyasi kursun ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyətinə toxunub. Cəlil Xəlilov qeyd edib ki, həssas kateqoriyadan olan vətəndaşlara xüsusi diqqət göstərən Ulu öndər, veteranlara da hər zaman qayğıkeş münasibət göstərib: “Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunmuş, veteranlara münasibət köklü şəkildə dəyişmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Təsadüfi deyil ki, Heydər Əliyev müstəqilliyin ilk illərində yazırdı: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər... Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, veteranlar bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək, bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının müqəddəs borcudur”. Ulu öndərin imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olmuşdur. Bununla da veteranlara dövlət qayğısı tamamilə bərpa edilmiş, onlara münasibət yüksək səviyyəyə qaldırılmışdır. 1994-cü il 28 iyundan etibarən Azərbaycanda veteranlarla bağlı ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin əsası qoyulmuşdur”. Veteranlara dövlət qayğsının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən sədr müavini, veteranlara olan bu münasibətin hər kəs üçün örnək olduğunu qeyd edib: “Ulu Öndərimiz Heydər Əliyevin siyasi varisi, onun dövlətçilik və idealoji kursunun şərəfli davamçısı, ölkə Prezidenti, Qalib Ordunun Ali Baş Komandanı İlham Əliyev isə veteranlara üz tutaraq demişdir: “Onlar xalqımızın fəxridir. Cəmiyyətin ən dəyərli insanlarıdır... Hər bir vəzifəli şəxs, Sizə böyük diqqət və qayğı göstərməlidir. Mən bütün məmurlara tapşırmışam ki, Sizin problemlərinizlə məşğul olsunlar ki, Siz rahat yaşaya biləsiniz. Sizin buna haqqınız çatır... Çünki Siz Vətəni müdafiə etmisiniz, qəhrəmanlıq göstərmisiniz... Biz Sizinlə fəxr edirik. Gənc nəsil də Sizinlə fəxr etməlidir. Gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, Sizin kimi insanların rolu çox böyükdür”. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma xanım Səttarova, ölkədə veteranlara göstərilən qayğı və diqqəti qürur hissi və minnətdarlıqla xatırladaraq, “ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevi və vitse-Prezident Mehriban xanım Əliyevanı Veteranlarımızın hamisi” adlandırmaqla, onlara öz dərin minnətdarlığını bildirmişdir”. Tədbirdə çıxış edən Sumqayıt şəhər veteran təşkilatının sədri - əmək veteranı Sovet Şükürov, Əməkdar müəllim Sara xanım Xanlarova, Milli Qəhrəman polkovnik-leytenent Anar Mirzəyev, istefada olan general-mayor Vladimir Vasilyeviç Timaşenko, professor İbrahim Quliyev, istefada olan polkovnik Yusif Məmmədov Ulu öndərin tarixi xidmətlərindən bəhs edib, Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin Azərbaycanın hərbi, iqtisadi və siyasi qüdrətini artırmaq üçün gördüyü misilsiz işlərə diqqət çəkiblər. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, II Dünya müharibəsi və əmək veteranı Fatma xanım Səttarova Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsindəki şanlı qələbəsinə toxunub, bu qələbənin tarixi önəmindən söz açıb. Müzakirələrin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevə dəstək Bəyanatı qəbul edib. Nərimanov rayon veteran təşkilatının sədri, Əfqanıstan və Qarabağ müharibəsi veteranı polkovnik Elşad Şabanova Bəyanatın mətnini yığıncaq iştirakçılaırnın diqqətinə çatdırıb. Yığıncaq Şəmistan Əlizamanlının ifası ilə sona çatıb. Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının BƏYANATI Azərbaycan xalqı hazırda tarixinin tam yeni, son dərəcədə qürurlu, şərəfli bir mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsi şanlı qələbə ilə nəticələndi, əvvəlcə, ölkənin ərazi bütövlüyü, daha sonra suverenliyi tam təmin olundu. Azərbaycan 44 günlük müharibədən daha güclü çıxdı. 2023-cü ildəki əməliyyat cəmi 1 gün çəkdi. Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan torpaqlarından tam təmizləndi, müharibə cinayətkarları, hərbi xunta başçıları həbs edildi. Prezident İlham Əliyev memarı olduğu bu tarixi qələbələrlə xalqımızın son 200 illik dövrdə üzləşdiyi məşəqqətlərə, məğlubiyyətlərə və sarsıntılara son qoydu, Azərbaycanın dövlətçilik tarixinin qızıl dövrü açıldı. Prezident İlham Əliyev bu müqəddəs missiyanı uğurla reallaşdırmaqla, Ulu Öndər Heydər Əliyevin ən ümdə arzusunu - “ata vəsiyyəti”ni yerinə yetirdi. 8 noyabr – Şuşanın azad edilməsi günü tariximizə Zəfər günü kimi yazıldı. Bu gün Xankəndində, Xocalıda, Ağdərədə Azərbaycan Bayrağı məğrurluqla dalğalanır. İlham Əliyev qalib xalqın qalib lideridir. Bütün Azərbaycan xalqı, bütün veteranlar onunla fəxr edir! Ümummilli liderin 30 il əvvəl ağır, böhranlı vəziyyətdən və dağılmaq təhlükəsindən xilas etdiyi Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedərək, Prezident İlham Əliyevin qətiyyəti, zamanın çağırışlarına cavab verən siyasəti ilə dinamik inkişaf etməkdədir. Azərbaycanın xüsusilə son 20 ildə qazandığı nəhəng uğurlar onu dünyada siyasi sabitliyin, tərəqqinin, qlobal təşəbbüslərin məkanına çevirib. İlham Əliyevin milli maraqlara və qarşılıqlı etimada əsaslanan müstəqil siyasət kursu Azərbaycana beynəlxalq miqyasda böyük hörmət, nüfuz qazandırıb. Biz veteranlar bugünki Azərbaycana baxanda zəhmətimizin hədər getmədiyini görürük. Qürur duyuruq ki, Azərbaycan etibarlı əllərdədir, qürur duyuruq ki, Azərbaycanın İlham Əliyev kimi Prezidenti var. Bu, Azərbaycan xalqının taleyinə yazılmış tarixi xoşbəxtlikdir! Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib, bu gün hər bir azərbaycanlının ürəyi bir vurur, bu gün hamı eyni amal uğrunda çarpışır. Budur milli güc! Budur milli lider İlham Əliyev siyasəti! Bu gün hər kəs qurub-yaratmağa tələsir. Azərbaycan öz imkanları ilə qədim yurdlarımıza yeni həyat bəxş edir, insanlarımız doğma ata-baba ocaqlarına qayıdır. Bu gün biz veteranlar gənclərə baxıb fəxr edirik. Onlar bizim yolumuzu şərəflə gedir, şöhrətimizi dünyaya yayır. Onlar Prezident İlham Əliyevin dövründə yetişən gənclikdir, Vətəni, Bayrağı uğrunda canını, qanını verməyə hazırdır. Bu qətiyyətə, bu əqidəyə malik gəncliyə eşq olsun! Biz veteranlar çox əzablı yollar görmüşük, çox əziyyətlər çəkmişik. Bu gün dünyanın bir çox bölgələri sakit bir günə həsrətdir, müharibələr, qırğınlar ətraf regionları bürüyüb. Azərbaycan isə sabitlik, təhlükəsizlik, inkişaf adası kimi ancaq irəli gedir. Biz veteranlar respublikanın hər yerindən Bakıya toplaşıb, bu Ümumi Yığıncağı keçirməklə, bəyan edirik ki, hər birimiz Prezident İlham Əliyev siyasətinin davam etməsini istəyirik. İlham Əliyev xalq qarşısında bütün vədlərini yerinə yetirib. Onu sözü imzasıdır. Bunu bütün dünya bilir. Biz veteranlar bəyan edirik ki, Prezident İlham Əliyevlə bir yerdəyik! Bu qələbələr davam etməlidir.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 24 dekabr 2023-cü ildə görmə üzrə əlilliyi olan 18 yaşına çatmayan şəxslər – uşaq və yeniyetmələr üçün bayram şənliyi təşkil edilib. Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək ictimai birliyi “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti”nin təşkilati dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili” adlı müsabiqəsi çərçivəsində Zaqatala, Şəki, Qax, Balakən rayonlarında yaşayan görmə üzrə əlilliyi olan 18 yaşadək uşaqlar üçün silsilə bayram şənlikləri keçirilib. Tədbiri giri sözü ilə açan “Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin sədri Reyhan Cəfərova tədbir iştirakçılaırnı qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, tədbirin əhəmiyyətindən bəhs edib. Daha sonra çıxış edən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinə diqqət çəkib. Cəmiyyət sədri bildirib ki, məhz Heydər Əliyevin fədakarlığı nəticəsində Azərbaycanın müstəqilliyi nəinki qorunub, həmçinin, ölkəmiz beynəlxalq iqtisadi-siyasi aləmdə öz nüfuzunu gücləndirib, beynəlxalq təşkilatlar, dünya birliyi ilə geniş əlaqələr qurub. Ümummilli liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Səmyar Abdullayev, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun 30 illik erməni işğalına son qoyduğunu vurğulayıb. Səmyar Abdullayev Prezident İlham Əliyevin ad gününü təbrik edib, dövlətimizin öz liderinin rəhbərliyi altında qarşıdakı illərdə yeni-yeni uğurlara imza atacağını bildirib. Azərbaycan xalqının 2024-cü ilin 7 fevral tarixindəki prezident seçkilərində öz Müzəffər Ali Baş Komandanının namizədliyini dəstəkləyəcəyini bildirən Cəmiyyət sədri qeyd edib ki, həssas kateqoriyadan olan şəxslər kimi gözdən əlillər də İlham Əliyevin namizədliyini müdafiə edəcək. Bayram şənliyində Zaqatala, Şəki, Qax, Balakən rayonlar üzrə görmə imkanları məhdud olan uşaqların iştirakı təmin edilib, hər bir uşaq üçün müvafiq şərait qurulub. Zaqatala regionu üzrə bayram şənliyi Zaqatala şəhərinin “Tala Rooms” otel-restoranında təşkil edilib. Bayram şənliklərində gözdən əlil uşaqlar üçün müyəssər oyun və “Gənc Tamaşaçılar” teatrının aktyorlarının iştirakı ilə təşkil edilmiş şou proqramlarla yanaşı, maraqlı musiqi nömrələri, viktorinalar, flaşmoblar, yemək və şirniyyat süfrəsi ,eləcə də, hədiyyələr təqdim edilib. Şənlikdə yüzdən çox uşaq və onları müşayiət edən valideynləri iştirak edib.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib. Təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq.
Hamısını oxu
Dekabrın 21-də akademik Ziya Bünyadovun anadan olmasının 100 ili tamam olur Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun doğum günüdür. AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın görkəmli alimə həsr etdiyi “Zaman anlamının fövqündə duran böyük alim” sərlövhəli məqaləsini təqdim edir. Elm aləmində elə dühalar var ki, müasirləri onları tam dolğunluğu ilə qiymətləndirməyə çətinlik çəkir. Onların həqiqi qiymətini zaman özü verir və bu qiymət tarix məsafəsindən daha dəqiq, hərtərəfli olur. Zaman və məkan anlamının fövqündə duran elə ulduzlar var ki, vaxt axarı onları daha aydın, daha parlaq və möhtəşəm göstərir. Belə nəhəng insanlardan biri bu il 100 illik yubileyini qeyd etdiyimiz Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elmi ictimaiyyətimiz tərəfindən böyük hadisə kimi qiymətləndirilən “Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 28 sentyabr tarixli Sərəncamına əsasən AMEA-da görkəmli alimin yubileyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Şərqşünaslıq İnstitutu da bu yubileyə öz töhfəsini alimin xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfrans və alimin əsərlərinin çap olunacaq külliyatı ilə verəcək. Dövlətimizin başçısının imzaladığı Sərəncam ölkəmizdə elmə və alimə verilən çox yüksək dəyər olaraq tarix və şərqşünaslıq elmimizin tədqiqində yeni üfüqlər açır, neçə-neçə tədqiqatçılara yeni imkanlar yaradır. Respublikada medievist – şərqşünas tarixçilər məktəbini yaradan və inkişaf etdirən akademik Ziya Bünyadov öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb, geniş oxucu kütlələrinin rəğbətini və məhəbbətini qazanıb. Onun qələmindən çıxmış 300-dən artıq elmi əsərin hər biri müstəsna zəhmətin, dərin bilik və məharətin məhsuludur. Məhz Z.Bünyadov ilk dəfə dünyaya bir sıra orta əsrlər Azərbaycan alimi və ədibinin adını tanıtdırdı. Ziya müəllimin elmimizə töhfələri sırasında 1980-ci ildə Dövlət mükafatına layiq görüldüyü “Azərbaycan Atabəylər dövləti”, onun Urgənc şəhərinin birinci fəxri vətəndaşı adına layiq görülməsinə əsas olan “Xarəzmşahlar-Anuştəginlər dövləti. 1097-1231-ci illər”, eləcə də “Azərbaycan VII-IX əsrlərdə” kitabları, Şihabəddin Məhəmməd ən-Nəsəvinin “Sirat əs-sultan Cəlal əd-Din Mankburnı”, Əbülqasim əz-Zəhravinin “Cərrahiyyə və alətlər haqqında traktat”, ölməz Füzulinin “Mətləul-etiqad” kimi bir çox əsərin ərəbcədən şərhli tərcüməsi, tədqiqatı və tərtibi var. Ziya Bünyadov öz alim qələmi və çoxsaylı qədim mənbələrə əsaslanan çıxışları ilə bədnam qonşularımıza qarşı daim mübarizə aparıb, milli mənafelərimizi və ərazi bütövlüyümüzü müdafiə edib. Onun elmi axtarışları təkcə orta əsrlər dövrü ilə məhdudlaşmırdı. Alimi Vətənin yaxın keçmişi də maraqlandırırdı. O, ötən əsrin əvvəllərində Azərbaycanda baş verən hadisələr, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, Bakı kommunası və sair mövzulara bir sıra məqalələr həsr edib. 30-cu illərin repressiyaları isə alimin “Qırmızı terror” kitabında işıqlandırılıb. Kitab bilavasitə çoxsaylı arxiv sənədləri əsasında yazılıb. Ziya Bünyadovun Vasim Məmmədəliyevlə birgə müqəddəs “Qurani-Kərim”i ana dilimizə çevirməsi, bundan əlavə hazırladığı irihəcmli “Dinlər, təriqətlər, məzhəblər” adlı soraq kitabı xalqımızın islam dininin doğru-dürüst öyrənməsinə yönəlmiş mühüm addımlardır. Ziya Bünyadov dünya şərqşünaslığında mühüm yeri olan bir alimdir. O, bir çox beynəlxalq elmi məclislərdə Azərbaycan elmini ləyaqətlə təmsil edib. Türk Tarix Qurumunun VI-XII konqreslərində, Bağdadda tarixçilərin beynəlxalq konqresində, Tokioda şərqşünasların XXXI beynəlxalq konqresində, İranda Təbərinin 1100 illiyinə, Füzulinin 500 illiyinə həsr olunmuş beynəlxalq konfranslarda, Misirdə məşhur tarixçi əs-Süyutinin yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edərək maraqlı məruzələrlə çıxış edib. Türkiyə tarixinin tədqiqi sahəsindəki xidmətlərinə görə 1982-ci ildə Türk Tarixi Qurumunun müxbir üzvü, 1988-ci ildə isə həqiqi üzvü seçilib. Onun rəhbərliyi ilə Türkiyə, İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt vətəndaşları böyük elmə qədəm qoyublar. Təbiətin ona səxavətlə bəxş etdiyi keyfiyyətlər və uzun illər boyunca titanik zəhmətin bəhrəsi olan xüsusiyyətlər Ziya müəllimin simasında üzvi vəhdətdə birləşmişdi. Nəticədə onun şəxsiyyətində böyük alim və alovlu vətənpərvər obrazı yaranmışdı. Ən ülvi, ən yüksək keyfiyyətlər - səmimilik, xeyirxahlıq, ilk növbədə özünə, sonra ətrafdakılara qarşı yüksək tələbkarlıq, söz və əməl birliyi, xalqa, millətə, torpağa hədsiz məhəbbət elm Olimpinin ən yüksək zirvəsində duran Ziya müəllimin şəxsində cəmləşmişdi. Qarabağ məsələsini böyük yanğı və ürək ağrısı ilə yaşayırdı Ziya müəllim. Xatirimdədir, azərbaycanlılar qədim oğuz eli - indiki Ermənistandan kütləvi şəkildə qovulduqda, o hamıdan öncə onların Qarabağda yerləşdirilməsinin vacibliyini ovaxtkı respublika rəhbərliyinə çatdırdı. Əfsuslar olsun ki, böyük alimin bu təklifı qulaqardına vuruldu. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində dövlət imtahanları zamanı Ziya Bünyadovla ilk tanışlığım zamanı biz tələbələrə uca, əlçatmaz bir zirvə kimi görünən böyük alimin, Sovet İttifaqı Qəhrəmanının baxışları altında tir-tir əsirdik. Universiteti bitirəndən sonra Şərqşünaslıq İnstitutunda işləyərkən o vaxt Orta əsr Şərq tarixi şöbəsinin müdiri olan Ziya müəllimin institutun ümumi yığıncaqlarında olduqca prinsipial, tələbkar, hətta sərt çıxışları onun haqqında məndə yaranmış əvvəlki fikri bir daha təsdiqləyirdi. 1993-cü ildə Şərqşünaslıq İnstitutunun direktoru Ziya Bünyadovun müavini olduqdan sonra və onu yaxından müşahidə etdikdə anladım ki, Ziya müəllim haqqında əvvəlki qənaətim tamamilə yanlış imiş. Tədricən, günbəgün qarşımda yeni, indiyəcən tanımadığım bir insan xarakteri canlanırdı və bu insan böyüklüyü qədər də sadə və səmimi idi. Ziya müəllim mərdlik və cəsarət nümunəsi idi. Bu cəhətlər onun həyatının hər bir sahəsində özünü büruzə verirdi - elmdə də, şəxsi və ictimai həyatında da, həmkarları ilə münasibətlərində də. İnanırıq ki, Ziya Bünyadovun yaratdığı elmi məktəbinin işıqları heç vaxt sönməyəcək, əksinə, getdikcə gurlaşacaq və bu işıqlar yandıqca böyük ustadımız həmişə yad olunacaq. AzərTac
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, 14 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. İclasda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 2024-cü il üzrə İş Planının layihəsi müzakirə edilib. Layihə barədə Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov iclas iştirakçılarına ətrafl məlumat verib. Daha sonra layihədə yer alan müddəalarla bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib. İclasın sonunda 2024-cü il üzrə İş Planının layihəsi Rəyasət Heyəti tərəfindən yekdilliklə qəbul edilib.
Hamısını oxu
Cəlilabad Rayon Veteranlar Təşkilatı Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlqədar tədbir keçirib. Tədbir iştirakçıları Vetetanlar evində Cəlilabad rayon Dövlət Rəsm Qaleriyasının təşkil etdiyi Ulu Öndərə həsr olunan rəsm sərgisi ilə tanış olublar. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla anılıb. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra sözü nəhəng ictimai-siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə etmək üçün Göytəpə şəhər tam orta məktəbin tarix müəllimi Firudin Zeynalova verib. Dahi şəxsiyyətin ictimai-siyasi xidmətlərini dolğun əks etdirən məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. "Qarabağ qaziləri" İctimai birliyinin rayon bölməsinin sədri Maşalla Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Abbas, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad rayon nümayəndəsi Cavidan Rəşidov, "Gənc qazilər"İctimai birliyinin sədri Vüsal Muradzadə, Qarabağ müharibəsi iştirakçıları Aqil Məzərov, Paşa Əliyev, Qurban Əhməd, hərbçi mayor Elşən Abasov və başqaları çıxış edərək ümumxalq məhəbbəti qazanmış nadir tarixi şəxsiyyət Heydər Əliyev haqqında öz ürək sözlərini söyləyib və xüsusi olaraq vurğulayıblar ki, Ulu Öndərin unudulmaz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
Hamısını oxuMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev-100: Xalqa mənsub olan həyat” adlı konfrans keçirilib. Konfransda ölkə ziyalıları, bir sıra dövlət qurumlarının nümayəndələri, müxtəlif kateqoriyadan olan veteranlar, media mənsubları, vətəndaş cəmiyyəti institutunun təmsilçiləri, kursant və hərbçilər iştirak edib. Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov açıb. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Polkovnik Cəlil Xəlilov çıxışında Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı tarixi roluna diqqət çəkib, milli dövlətçiliyimizin qorunub saxlanılması, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, təhlükəsizliyinin gücləndirilməsi istiqamətində yürütdüyü siyasətdən danışıb. TədbirdəAzərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri professor Namiq Əliyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Akademiyasının rəhbəri Kollegiyanın üzvü, professor, hüquq elmləri doktoru Əmir Əliyev, Azərbaycan Tibb Universitetinin İctimai fənnlər kafedrasının müdiri pofessor Qoşqar Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Seymur Şeydayev, Təşkilatın Rəyasət Heyətinin üzvü, I Qarabağ müharibəsi veteranı, DİN VT-nın sədri, i/o polis polkovniki Fərhad Süleymanov və digər qonaqlar iştirak edib. Konfransda çıxış edən professor Namiq Əliyev, professor Əmir Əliyev, pofessor Qoşqar Əliyev, polkovnik Seymur Şeydayev Ulu öndər Heydər Əliyevin sözün həqiqi mənasında öz ömrünü xalqımızın rifahı, dövlətimizin təhlükəsizliyinə həsr etdiyini bildirib, Ümummilli liderlə bağlı maraqlı faktlara toxunublar. Konfransda yeni nəşr edilən, polkovnik Cəlil Xəlilovun müəllifi olduğu və Ulu öndər Heydər Əliyevə həsr olunan “Xalqa mənsub olan həyat” kitabı da tədbir iştirakçılarına paylanılıb. Konfransda çıxış edənlər “Xalqa mənsub olan həyat” kitabının tariximizin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini, gənc nəslin bu cür kitablara böyük ehtiyacının olduğunu bildirib. Sonda polkovnik Cəlil Xəlilov tədbir iştirakçılarına öz təşəkkürünü bildirib, xatirə şəkli çəkilib.
Hamısını oxu
Oturub düşünsən bir az dərindən Bu torpaqda ulu hər yan, hər yerdi. Bu qədər dəyərsiz idisə Vətən, Mübariz nə üçün canını verdi?! Bu misraları yazanda əsgər Əlikram Xanışovun heç 20 yaşı yox idi. Qonşu rayondan olan əfsanəvi Milli Qəhrəman Mübariz İbrahimov haqqında düşüncələrini qələmə almağa çalışmışdı. Elə bu duyğularla da onun yolunu davam etdirmək üçün müddətli hərbi xidmətdən cəmi 20 gün sonra müqavilə əsasında işləyən kiçik komandir heyətinə qəbul olunmuşdu. Bir neçə ay keçməmiş Vətən müharibəsi başlananda həyatını hərb işinə həsr edən Əlikram sevinmişdi ki, nəhayət, işğalçılardan qisas almaq üçün fürsət yaranıb. Buna görə də ön cəbhədə mərdliklə döyüşür, azacıq sakitlik yaranan kimi isə qeyd dəftərçəsinə Vətənlə bağlı poetik duyğularını yazırdı: İnsan deyərəm mən sənə, haqqına can ver, Gəl, saxlama öz haqqını pünhan ürəyində. Bəli, Vətən uğrunda şərəflə vuruşaraq ölmək onun amalı idi. Odur ki, döyüşlər başlanandan bir həftə sonra şəhadətə ucalması ilə sanki arzusuna qovuşdu Əlikram. “Əgər ölsəm, eləyin cismimə bayrağı kəfən”, – deyən şəhid, arzuladığı kimi, üçrəngli Azərbaycan bayrağına bükülərək doğma Göytəpə şəhərinə gətirildi... Əlikram Xanışov ölümündən sonra Prezident sərəncamları ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. Cəlilabad Rayon Veteranlar Təşkilatının təşəbbüsü ilə çap olunan şeirlər kitabına isə onun müqəddəs məsləkinə uyğun ad qoyulub: “Vətən uğrunda ölərəm”. Cəlilabad şəhərindəki 3 nömrəli tam orta məktəbin geniş akt zalında şəhid şairin kitabının təqdimat mərasiminə toplaşanlar – hərbçi dostları, qazilər, əmək və müharibə veteranları, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər öncə onun ölməz xatirəsinə baş əyiblər. Rayon Veteranlar Təşkilatının sədri – kitabın redaktoru və ön sözünün müəllifi, şair Ədalət Salman Vətən müharibəsi şəhidi Əlikramın həyat və döyüş yolu haqqında danışıb, onun fitri istedad sahibi kimi erkən yaşlarından yaradıcılıqla məşğul oldugunu bildirib. Qeyd edib ki, kitabdakı şeirlərin böyük əksəriyyəti vətənpərvərlik ruhunda yazılan nümunələrdir. Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov, hərbçi mayor Elşən Abbasov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavidan Rəşidov, şəhidin döyüş yoldaşı Mirnatiq Cabbarlı, AYB üzvləri Əfrahim Abbas, İman Abdulla, Sakit İsayev, xeyriyyəçi sahibkar Rafiq Abışov və başqaları çıxış edərək torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinin həmişə əziz tutulduğunu, şəhid ailələrinə və qazilərə dövlətimizin daim diqqət və qayğı göstərdiyi xüsusi vurğulayıblar. Şəhid Əlikram Xanışovun məktəblilərin ifasında səslənən şeirləri tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Şəhidin anası Xoşqədəm Xanışova kitabın nəşrini və təqdimatını təşkil etdiyinə görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına minnətdarlığını bildirib. Sonda şəhid Əlikram Xanışovun "Vətən uğrunda ölərəm" adlı kitabı tədbir iştirakçılarına hədiyyə olunub. “Xalq” qəzeti Ə.ƏLİYEV
Hamısını oxu