Ən son xəbərlər
101 yaşlı müharibə veteranı Tofiq Hüseynov vəfat edib. Hüseynov Tofiq Paşa oğlu 1922-ci ilin fevral ayında Gəncə şəhərində anadan olub. 1941-ci ildə 18 yaşında ikən Qori şəhərində hərbi təlimlərə qatılıb, Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayıb. Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərib. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub. Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri vəzifələrində çalışıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Tofiq Hüseynovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınların dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Hamısını oxu
Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri şəhid Şamo Kərimovun anım günündə iştirak etmək üçün rayonun Maşlıq kəndinə gedib, şəhidin məzarını ziyarət ediblər. Anım tədbirində Rayon İcra Hakimiyyətində "Şəhid ailələri və qazilərlə işin təşkili" şöbəsinin müdiri Füzuli Cəfərov, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti idarəsinin Cəlilabad rayon şöbəsinin rəisi, polkovnik Rasim Həsənov, şəhid ataları, qazilər və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Qeyd edək ki, idman ustası olan Şamo Kərimov Vətən müharibəsinin ilk günündən ön cəbhəyə yollanıb. O, silaha sarılaraq döyüş yoldaşları ilə birgə Füzuli və Cəbrayıl istiqamətində düşmənin istehkamlarını və canlı qüvvələrini məhv edib. Şamo torpaqlarımızın azadlığı uğrunda apardığımız haqq savaşında 2020-ci il oktyabr ayının 6-da qəhrəmancasına həlak olub, şəhidlik zirvəsinə ucalıb. Kərimov Şamo Elman oğlu Prezidentin sərəncamları ilə "Cəsur döyüşçü", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Təşkilatın Rəyasət Heyətinin 2022-ci il “15” noyabr tarixli İclasında təsdiq etdiyi Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Tədbirlər planının icra vəziyyəti müzakirə edilib. İclasda çıxış edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov Tədbirlər planının icra vəziyyətini ümumilikdə qənaətbəxş hesab edib, bununla yanaşı, görülməsi gərəkən işlərə diqqət çəkib. İclasda bu və digər məsələlərlə bağlı ətraflı fikri mübadiləsi aparılıb, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun anadan olmasının 100 ilik yubileyi ilə əlaqədar tədbirlər planının hazırlanması qərara alınıb. Toplantıda həmçinin 1941-1945-ci illər Böyük Vətən Müharibəsində alman faşizmi üzərində Qələbənin 80-ci ildönümü ilə əlaqədar Tədbirlər Planının layihəsinin hazırlanması müzakirə edilib. Iclasda Vətən müharibəsində əldə edilən qələbənin təbliği ilə bağlı xüsusi planın qəbulu ilə bağlı da təkliflər dinlənilib.
Hamısını oxu
“Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu təsadüfən Zəngilanda keçirilmədi.Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir və artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Sevindirici haldır ki, heç zaman öz Vətənini görməyən gənc nəsil Zəngilana qayıdıb.Ermənistanın işğalından əziyyət çəkən köçkünlərimiz 30 il ərzində Azərbaycanın müxtəlif bölgələrində yaşayırdılar. Hökumət hər il onlar üçün 300-500 milyon ABŞ dolları arasında vəsait ayırırdı ki, yeni yaşayış layihələri icra edilsin, yeni yaşayış məntəqələri tikilsin. 300 mindən çox məcburi köçkün yaxşı şəraitlə, yeni mənzillərlə, evlərlə təmin edilib.Bu gün biz onun şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq istəyirlər.Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir.Qısa vaxt keçsə də, Zəngəzur beynəlxalq tədbirə ev sahibliyi edir. 2-ci Milli Şəhərsalma Forumunda 53 ölkədən 200-ə yaxın xarici qonaq iştirak etdi. Forum həm də iştirakçı ölkələr arasında olan dostluğun təzahürüdür.Forum iştirakçıları da şahid oldular ki, Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir.Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir.Qloballaşan müasir dünyada Zəngilan mühüm nəqliyyat qovşağıdır. Çünki Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktordur.Bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.Ürəkağrısı ilə qeyd etmək istəyirəm ki, Zəngilan məscidi ermənilər tərəfindən məhv edilib.Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir.İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib.Bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıtsınlar.Azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir.Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat yaşıl enerji potensialı var. Buraya həm günəş, həm külək, həm də su elektrik stansiyaları aiddir. Bu, Azərbaycanın potensialının cüzi bir hissəsidir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı 157 qiqavat təşkil edir. Hətta yaşıl hidrogen ixrac ediləcəkdir. İlkin hesablamalara görə, bizim potensialımız çox böyükdür. Günəş enerjisinə gəldikdə, artıq Cəbrayıl rayonunda 240 meqavat həcmində yeni stansiya tezliklə inşa olunacaq. Bir sözlə, tezliklə Azərbaycan yaşıl enerjini ixrac edən ölkə olacaq.İndiki Ermənistan hakimiyyəti istəsəydi, Azərbaycanla sülhə gələrdi, bunu edə bilərdi. Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər bunu bilirdilər. Keçmiş həmsədrlər bilirdi ki, biz bunu Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında dinc yolla həll etməyə hazır idik.Çətin günlər arxada qalıb. Azərbaycan siyasi iradəsi və güclü ordusu ilə torpaqlarını işğaldan azad edib. Xankəndi ərazisində son lokal tipli antiterror tədbirləri ilə ərazilərimiz qanunsuz etməni silahlılarından tam təmizlənib. Bütün baş verənlərə rəğmən Azərbaycan konstruktiv yanaşma sərgiləyir. Regionda sülh bərqərar olunmalı və konstruktiv əməkdaşlıq aparılmalıdır. Məşhur Məmmədov,Millət vəkili
Hamısını oxuGörüşdə bir qrup veterana Təşkilatın üzvlük vəsiqəsi təqdim olunub Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında I Qarabağ müharibəsi və Vətən müharibəsi veteranları ilə görüş keçirilib. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin və dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranların xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətindən danışıb, eləcə də, bu gün veteranlar qarşısında dayanan vəzifələrə diqqət çəkib. Dövlətimizin hər zaman şəhid ailələri və veteranlara yüksək diqqət və qayğı göstərdiyini bildirən Cəlil Xəlilov, veteranların da hər zaman olduğu kimi bundan sonra da, dövlətimizin və xalqımızın yanında olacağını vurğulayıb. Tədbirdə çıxış edən “Security Operation Services” MMC-nin direktoru Anar Məmmədov da veteranların gənc nəsil üçün örnək olduğunu, onların göstərdiyi tarixi qəhrəmanlıqların heç vaxt unudulmayacağını vurğulayıb. Bundan sonra bir qrup müharibə veteranına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqəsi təqdim edilib. Daha sonra çıxış edən müharibə veteranları - Fərid Həsənov və Tacir QubatovAli Baş Komandanla həmrəyliklərini nümayiş etdirib, milli maraq və mənafeylərin keşiyində ayıq-sayıq daynmağın zəruriliyini vurğulayıblar. Tədbirin sonunda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova şəhidlərin və veteranların Qarabağın erməni işğalından azad edilməsindəki tarixi roluna diqqət çəkib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında onların göstərdiyi qəhrəmanlıqlardan danışıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
“Report” xəbər verir ki, vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində təşkil olunub. Mərasimdə DTX-nin rəhbərliyi, şəhidin döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirblər. Vida mərasimindən sonra Riad Əhmədovun nəşi İkinci Fəxri Xiyabanda dəfn edilib. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də Milli Qəhrəman Riad Əhmədovdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb. 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.
Hamısını oxu
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəfat edib. Yusifzadə Xoşbəxt Bağı oğlu 1930-cu ildə Bakı şəhərinin Pirşağı kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)) Geoloji-kəşfiyyat fakültəsini Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə bitirərək “dağ mühəndisi-geoloq” ixtisasına yiyələnib. Əmək fəaliyyətinə elə həmin il təyinatla SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında başlayıb, lakin az sonra o vaxt təzə təşkil olunmuş “Dənizneft” Birliyində işə qəbul edilib, burada Geoloji şöbənin rəis müavini, sonra isə “Azneft” Birliyində böyük geoloq vəzifələrində çalışıb. 1954-cü ildə “Gürganneft” Trestinin (indiki Neft Daşları NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilib və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin ömürlük iştirakçısına və rəhbərinə çevrilib. X.Yusifzadə 1958-1959-cu illərdə “Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləyib. 1960-cı ildə, o, Sovet İttifaqi Kommunist Partiyasının XXII qurultayı adına neft mədənləri İdarəsi (keçmiş “Gürganneft”) rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunub və bu vəzifədə 1963-cü ilədək çalışıb. 1963-cü ildən 1970-ci ilədək “Başdənizneft” İdarəsində Baş geoloqun müavini, şöbə rəisi, “Dənizneft” İB-nin Geoloji-kəşfiyyat şöbəsinin rəisi-baş geoloqun müavini olub. 1970-1992-ci illərdə “Xəzərdənizneft” İB-nin (müxtəlif illərdə strukturun adı fərqli olub) Baş direktorunun müavini-baş geoloq vəzifələrində işləyib. 1992-1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004-2016-cı illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifələrində çalışıb. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub. 1960-cı ildə “Neft quyularının və laylarının tədqiq edilməsi və “Neft Daşları” yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, geologiya-minerologiya elmləri namizədi, 1987-ci ildə isə Moskvada SSRİ Elmlər Akademiyasının və SSRİ Neft Sənayesi Nazirliyinin Yanar Faydalı Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda “Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrinə layiq görülüb. 2005-ci ildə ona “Professor” elmi adı verilib. X.Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, ADNSU-nun professorudur. Akademik 200-dən çox elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 8 ixtiranın müəllifidir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Azərbaycanda 20-dən artıq neft və qaz-kondensat yatağı, o cümlədən “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz”, “Kəpəz”, “Bahar”, “Ümid”, “Abşeron” kimi məşhur yataqlar kəşf edilib. Neft və qaz sənayesinin inkişafında, xüsusilə dəniz neft və qaz-kondensat yataqlarının axtarışı, kəşfi və işlənməsində əvəzsiz xidmətlərinə görə akademik X.Yusifzadə bir çox orden və medallarla təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına səbr diləyir, dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Hamısını oxu
Cəlilabad rayonunda yerləşən mərkəzi küçələrdən birinə Vətən müharibəsi şəhidi Şükürlü Elvin Azad oğlunun adı verilib. Həmin küçənin açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon Veteranlar Təşkilatının nümayəndələri, idarə-təşkilat rəhbərləri və şəhidin ailə üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov bildirib ki, qəhrəman şəhidimiz Elvin Şükürlü 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. Orta təhsilini Cəlilabad rayon Şiləvəngə kəndində almışdır. 2011-2014-cü illərdə C.Naxçıvanskı adına Hərbi Liseydə, 2014-2018-ci illərdə isə AAHM-də təhsil almış və 2018-ci ildə motoatıcı ixtisası üzrə AAHM-i leytenant rütbəsi ilə bitirmişdir. Elə həmin dövrdən 2020-ci il 28 sentyabra qədər Daşkəsəndə N saylı hərbi hissədə tağım komandiri kimi xidmət etmişdir. Elvin Şükürlü 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. 2021-ci il yanvar ayının 22-də II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Elvin Şükürlü ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Tədbirdə şagirdlər vətənpərvər ruhlu şeirlər söyləyiblər. Şəhid Elvin Şükürlünün atası Azad Şükürlü çıxış edərək şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ailə üzvləri adından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Hamısını oxu
“Millət vəkili Qənirə Paşayevanın işıqlı xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq”. Bunu Veteran.gov.az-a açıqlamasıdna Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirb. Cəlil Xəlilov qeyd edib ki, Qənirə Paşayevanın vəfatından milyonlarla insanın duyduğu kədər, ona olan sevginin təzahürüdür: “Qənirə Paşayeva xalqımız və dövlətimiz qarşısında mühüm xidmətləri olan, bütün cəmiyyətin sevgisini qazanan bir insan idi. O, hər zaman dövlətimizin mənafeyinin keşiyində dayanmış, sözü, qələmi ilə xalqımıza sevə-sevə xidmət etmişdir. 44 günlük Vətən müharibəsində Qənirə Paşayevanın beynəlxalq media orqanlarına verdiyi açıqlamalar erməni faşizminin ifşasında mühüm rol oynamış, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesinə böyük töhfə vermişdir. Qənirə Paşayeva bütün Azərbaycan xalqının, eləcə də veteranların dostu idi və o, biz veteranlar tərəfindən bundan sonra da daim məhəbbət və ehtiramla xatırlanacaq”.
Hamısını oxuSentyabrın 28-də Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının rəhbərliyi şəhid Novruzzadə Hüseyn Faiq oğlunun yas mərasimində iştirak edib. Mərasimdə çıxış edən Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov Hüseyn Novruzzadənin 19 sentyabr lokal antiterror tədbirlərində iştirak etdiyini, separatçılara qarşı mübarizədə böyük igidliklər göstərdiyi və bu mübarizədə qəhrəmancasına şəhid olduğunu bildirib. Dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün məhz şəhidlərin, veteranların qanı və canı bahasına təmin edildiyini bildirən Cəlil Xəlilov, dövlətimizin və xalqımızın öz şəhidlərini heç vaxt unutmayacağını, onları hər zaman minnətdarlıq hissi ilə yad edəcəyini bildirib. Polkovnik qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bütün şəhidlər kimi Hüseyn Novruzzadənin göstərdiyi igidliklərin də gənclər arasında təbliğini diqqətdə saxlayacaq, şəhidlərimizdən miras qalan qəhrəmanlıq irsinin davam etdirilməsi, onların adının əbədiləşdirilməsi üçün bütün imkanlardan istifadə edəcək. Allah rəhmət eləsin! Seymur ƏLİYEV
Hamısını oxu
Afət Həsənova: “Bu gün bir xalq olaraq sübut etdik ki, tariximizi və taleyimizi istədiyimiz kimi yazmağa qadirik” Bu gün 27 sentyabr – Anım Günüdür. Düz 3 il bundan öncə başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı erməni işğalındakı torpaqlarını azad etmiş, bir qərinəyə yaxındır ki, davam edən işğal faktına son qoymuşdur. Habelə, 44 günlük müharibədə 3 minə yaxın Azərbaycan oğlu düşmənlə mübarizədə qəhrəmancasına şəhid olub, öz fədakarlıqları ilə böyük zəfəri təmin edib. Moderator.az olaraq millət vəkili Afət Həsənova ilə söhbətimizdə Vətən müharibəsi və bu müharibənin tarixi önəmini, milli və qlobal əhəmiyyətini şərh etməyə çalışdıq: -Afət xanım, bu gün Anım Günü olaraq respublikamızın hər yerində həm kədər, həm də qürur hissi ilə qeyd olunur. İlk öncə bu günün mənəvi-tarixi əhəmiyyəti ilə bağlı düşüncənizi bilmək istərdik. -27 sentyabr həm Anım Günü, həm də milli qürur və özünütəsdiq günüdür. Çünki bu gün Vətən müharibəsinin ilk şəhdilərini verməklə yanaşı, həm də böyük qələbəyə doğru ilk addım atmışıq. Biz 27 sentyabr tarixində bütün dünyaya sübut etmişik ki, Azərbaycan xalqı bütün təzyiq və basqılara rəğmən heç vaxt torpaqlarının işğal altında qalması faktı ilə braışmayacaq və haqqını bərpa etmək üçün heç bir fədakarlıqdan çəkinməyəcək. 27 sentyabrın mənəvi əhəmiyyəti olduqca böyükdür. Düz 3 il öncə bu tarixi gündə Azərbaycan Ordusu, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənlə ölüm-dirim mübarizəsinə atıldı. Öz ordusu və sərkərdəsi ətrafında sıx birləşən xalqımız cəmi 44 gün ərzində düşməni darmadağın edərək onu əzəli torpaqlarından qovdu. Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı həqiqətən də böyük və yenilməzdir. Bu gün bir xalq olaraq sübut etdik ki, tariximizi və taleyimizi istədiyimiz kimi yazmağa qadirik. 27 sentyabrın tarixi baxımından da çox böyük əhəmiyyəti var. Bu tarix yalnız Azərbaycanın deyil, bütün türk dünyasının, İslam aləminin, demokratik dünyanın tarixinə qızıl hərflərlə yazılıb. Çünki Azərbaycan 27 sentyabr tarixindən 10 noyabr tarixinə qədər işğaldakı torpaqlarını azad etməklə yanaşı, türk və islam dünyasının qürurunu da hifz etdi. Azərbaycan Ordusu tarixi torpaqları ilə yanaşı, türk-islam mədəniyyətinin qiymətli nümunlərini – məscidləri, dini və tarixi abidələri, mədəniyyət nümunlərini erməni işğalından azad etdi. Bununla da ölkəmiz ümumilikdə türk-islam dünyası adına çox böyük uğura imza atdı. -Vətən müharibəsi Azərbaycan xalqının, Azərbaycan gənclyinin malik olduğu hansı mənəvi dəyərləri üzə çıxardı? -Müharibə hər şeydən öncə Azərbaycan gəncliyinin vətən eşqini, vətən sevgisini üzə çıxardı. 44 günlük Vətən müahribəsi sübut etdi ki, Azərbaycan gəncliyinin vətənpərvərlik tərbiyəsi yüksək səviyyədədir. Müharibə göstərdi ki, Azərbaycan gəncliyi nəinki milli şüuruna, milli tarixinə, mili ənənələrə sadiqdir, o, həm də bütün bu dəyərlərdən qələbə üçün mənəvi güc mənbəyi kimi istifadə etməyi bacarır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, məhz vətən eşqi – gəncliyimizin malik olduğu mənəvi dəyərlər 44 günlük Vətən müharibəsində qələbəmizi təmin edən əsas amil oldu. Şübhəsiz, Azərbaycan Silahlı Qüvvələri öz yüksək texniki təchizatı, döyüş hazırlığı, peşəkarlığı ilə işğalçı Ermənistan ordusundan qat-qat yüksək səviyyədə idi. Ordumuzun müharibə öncəsi dünyanın 50 ən güclü ordusu sırasında qərarlaşması da bu gerçəyi əks etdirirdi. Lakin əminliklə demək olar ki, Vətən müharibəsində ordumuzun işğalçılara qarşı ən effektiv silahı məzh Vətən sevgisi, Vətənə sonsuz sədaqət hissi oldu. Məhz bu sevgi, bu sədaqət sayəsində əsgərlərimiz ən keçilməz sədləri keçərək qələbəyə imza atdılar. Xatırladım ki, Prezidentimizin İlham Əliyev də öz çıxışlarında Azərbaycan gəncliyinin vətən sevgisindən məmnunluqla bəhs etmiş, böyük zəfərin əldə edilməsində bu amilin rolunun həlledici olduğunu vurğulamışdı. Düşmən ordusundan 12 min nəfərin fərarilik etdiyi bir halda, Azərbaycan Silahlı Qüvvələrindən bir nəfərin belə öz döyüş övqeyini tərk etməməsi də məhz bu sevginin təzahürü idi. -Afət xanım, istənilən müharibənin taleyinə ən çox təsir göstərən amillərdən biri, bəlkə də birincisi sərkərdə faktorudur. Hansı ki, biz bunu 44 günlük Vətən müharibəsinin gedişində bir daha aydın gördük. -Tamamilə haqlısınız. Vətən müharibəsi Prezident İlham Əliyevin hərbi dühasını, sərkərdəlik bacarığını bütün əzəməti ilə ortaya çıxardı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində mürəkkəb relyefə malik ərazilərdə düşməni məğlub edərək onu kapitulyasiya sazişi imzalamağa məcbur etdi. Prezident İlham Əliyev hərbi uğurları ilə hər kəsə sübut etdi ki, o, diplomatik müstəvidə olduğu kimi, hərbi müstəvidə də əsl peşəkardır və Ermənistanın bu mübarizədə heç bir şansı yoxdur. Onu da qeyd edim ki, dövlət başçısı müharibə dönəmində erməni faşizminə qarşı hərbi müstəvidə olduğu kimi, diplomatik və informasiya müstəvisində də uğurla mübarizə apardı. Müharibənin gedişatında Azərbaycan Przidenti dünyanın ən məşhur onlarla media orqanına geniş müsahibələr verdi ki, bu müsahibələrin hər birində Ermənistan hakimiyyəti, onun işğalçılıq siaysəti təkzibedilməz arqumentlərlə ifşa edilirdi. İlham Əliyev bu müsahibələrlə bütün dünyaya göstərdi ki, Azərbaycan məlum mübarizədə haqlı tərəfdir və Ermənistanın ölkəmiz əleyhinə səsləndirdiyi bütün iddialar cəfəngiyyatdan başqa bir şey deyil. -Qələbənin əldə edilməsində nizam-intizamın, qanunçuluq şüurunun, vətənə bağlılığın mühüm rol oynadığı inkaredilməzdir. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələrində intizamın güclənməsi və qanunçuluğun möhkəmlənməsi istiqamətində mütəmadi iş aparan Hərbi Prokurorluğun 8 Noyabr zəfərindəki rolunu necə qiymətləndirirsiniz? -Hər şeydən əvvəl unutmamalıyıq ki, bu zəfər xalq və dövlət olaraq hamımızın birliyi sayəsində mümkün olub. Xalqımızın hər bir fərdinin Ali Baş Komandanımızn, ordumuzun yanında yer alması 8 Noyabr zəfərini təmin etmiş oldu. Aydındır ki, hər bir orduda möhkəm nizam-intizamın mövcudluğu olduqca vacibdir. Bunsuz qələbə əldə etmək, düşməni məğlub etmək mümkün deyil. Bu baxımdan Hərbi Prokruluğun orduda nizam-intizamın güclənməsi baxımından gördüyü işlər mühüm əhəmiyyətə malikdir. Hərbi Prokurorluq tərəfindən hərbi hissələrdə keçrilən görüşlər, hərbçilərlə aparılan maarifləndirici söhbətlər, onlara qanunçuluqla yanaşı, həm də Ulu öndər irsindən, Ümummilli liderin vətənə olan sevgisindən bəhs edilməsi sadəcə nizam-intizamın möhkəmlənməsini təmin etməmiş, həm də hərbçilərin mənəvi-psixoloji əhval-ruhiyyəsinin də yaxşılaşmasına öz töhfəsini vermişdir. Bu baxımdan şübhəsiz ki, 8 Noyabr zəfərinin əldə edilməsində Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, qanunçuluğun keşiyində duran Hərbi Prokurorluğun, eləcə də digər dövlət qurumlarının da mühüm rolu var. -Afər xanım, ölkəmizdə şəhid ailələri, müharibə əlilləri, qazi və veteranlar hər zaman dövlətimizinn mütəmadi diqqəti altında olub, dövlət rəhbərliyinin qayğısını hiss edib. Sizcə şəhid ailələrinə, qazilərə olan bu münasibət onların sosial rifahını yüksəltməklə yanaşı, bu qayğıya şahid olan cəmiyyətə, xüsusilə də gənclərə hansı mətnaltı mesajlar verir? -Azərbaycanda şəhid ailələrinə, veteranlara hər zaman yüksək diqqət və qayğının göstərildiyi bir həqiqətdir. Bu gün dünyada elə bir ölkə tapılmaz ki, vətənin müdafiəsində dayanan insanlara, onların ailəsinə bunca qayğı göstərsin. Bu, heç şübhəsiz Prezident İlham Əliyevin, hörmətli I Vitse-prezident Mehriban Əliyevanın şəhidlərə, qazilər verdiyi yüksək qiymətdən xəbər verir. Bu qayğı onu göstərir ki, Azərbaycan dövləti üçün onun keşiyində dayanan, xalqın təhlükəsizliyini təmin edən, bunun üçün öz canını fəda edən insanlar hər şeydən qiymətlidir. Təbii, dövlətimizin şəhid ailəlrinə, qaizlərə göstərdiyi diqqət və qayğı gənclərimiz üçün də bir mesajdır. Baş verənlərə şahid olan ölkə gəncliyi bundan özü üçün lazımı nəticələr çıxardır. Dövlətin vətənin müdafiəçilərinə, onların ailələrinə olan münasibətinə şahidlik edən gənclər hər şeydən öncə vətəni qorumağın necə böyük, müqəddəs bir iş olduğunu anlayırlar. Onlar başa düşürlər ki, vətənin, dövlətin və xalqın təhlükəsizliyi hər şeydən – bütün maarq və mənafelərdən önəmlidir. Bu qavrayış onlarda milli şüurun daha da inkişaf etməsinə, vətənpərvərlik tərbiyəsinin güclənməsinə səbəb olur. Gəcnlər anlayırlar ki, onlar bu vətənin, bu torpağın, bu xalqın bir parçalarıdırlar və sabah zərurət yarananda onlar da öz atalarının, babalaırnın göstərdiyi qəhrəmanlıqları təkrarlamalıdırlar. Bu baxımdan dövlətimizin şəhid ailələri və veteranlarla bağlı siyasətindən gənclərimizin çox böyük dərsər çıxardığı şübhəsizdir. Onu da qeyd edim ki, ölkəmizdə gənclərə də dövlətimiz tərəfindən çox böyak qayğı göstərilir. Gənclər bizim sabahımız, gələcəyimizin qəhrəmanlarıdır və dövlətimiz də onlarla məhz bu şəkildə davranır. Seymur ƏLİYEV
Hamısını oxu