Latest news
Hərbi sirrin qorunması kimliyindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq və vicdan borcudur. Bunu saytımıza müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik bildirib ki, hər bir Azərbaycan vətəndaşı bu həqiqəti daim yadda saxlamalı və öz fəaliyyətində rəhbər tutmalıdır: “Hərbi sirrin qorunması, yayılması qanunla qadağan edilən informasiyaların məxfi saxlanılması Azərbaycan Respublikasının müvafiq qanunlarında ehtiva edilən, aydın və izahlı şəkildə əksini tapan məsələlərdir. Bu, o deməkdir ki, hər hansı hərbi məlumatın yayılması ilk öncə qanunun pozulması, onun tələbinin nəzərə alınmamasıdır. Bu isə heç şübhəsiz qanuni pozan şəxsin müvafiq qaydada məsuliyyətə cəlb edilməsini şərtləndirir. Lakin bu məsələdə qanun faktoru məsələnin sadəcə bir tərəfidir. İşin həm də mənəvi-vicdani tərəfi var ki, bu da qanunu amildən heç də az əhəmiyyət kəsb etmir. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, onun yayılması qanunla qadağan edilən informasiyanı yayması adi qanun pozuntusu deyil. Bu, dövlətin təhlükəsizliyinə zərbə vurmaq, insanların həyatını təhlükəyə atmaq deməkdir. Çünki bu cür informasiyalardan Azərbaycana düşmən olan qüvvələr də bəhrələnir ki, bu da təhlükəsizliyimiz üçün ciddi risk və təhdidlər yaradır. Məncə, heç bir azərbaycanlı istəməz ki, onun ehtiyatsızlığı və ya məsuliyyətsizliyi səbəbi ilə dövlətimizə, xalqımıza zərrə qədər də ziyan dəysin. Buna görə də, hər bir vətəndaş həm mediada, həm də sosial mediada bu məsələlərə son dərəcə ehtiyatlı yanaşmalı, hərbi sirrin yayılmasına yol verməməlidir”. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, bəzən kimlərsə özünü başqalarından daha məlumatlı şəxs kimi təqdim etməyə çalışır, məhz bu səbəbdən də sahib olduqları informasiyanın mahiyyətini, önəmini dərk etmədən bunu sosial mediada tirajlayırlar: “Bu günədək təcrübə sübut edir ki, media və xüsusilə də sosial mediada yayılması qadağan edilən informasiyaların yer alması bir çox hallarda müəyyən şəxslərin özlərini ətrafdakı adamlara daha informasiyalı şəxs kimi göstərmək istəyi ilə bağlıdır. Yəni bəzi şəxslər belə informasiyaları yaymaqla göstərmək istəyirlər ki, onlar baş verən proseslərdən, onun təfərrüatlarından hər kəsdən daha çox məlumatlıdır və ya onların ciddi mənbələrə çıxışı var. Təəssüflər olsun ki, məhz bu cür yanaşma bəzi hallarda dövlətimizin təhlükəsizliyinə təhdid yaradan informasiyaların yayılmasına səbəb olur. Tövsiyəm ondan ibarətdir ki, hər bir şəxs hansısa məlumatı tirajlamaq istəyərkən öncə atacağı addımın nə dərəcədə qanuni olub-olmadığını, bu addımın dövlətimizin, xalqımızın təhlükəsizliyinə təhdid yaradıb-yaratmayacağını müəyyənləşdirsin. Heç kim unutmasın ki, onun yayacağı hər hansı məlumat dövlətimizin təhlükəsizliyi üçün ciddi təhlükəyə çevrilə, düşmən qüvvələr üçün qiymətli kəşfiyyat məlumatına çevrilə bilər”. “Bu məsələdə hərbi yönümlü qeyri-hökumət təşkilatları (QHT) da maarifləndirmə baxımından ciddi iş aparmalı, dövlətə dəstək olmalıdır: “Təbii ki, bu məsələdə QHT-lər, xüsusilə də hərbi yönümlü vətəndaş cəmiyyəti institutlarının üzərinə də böyük məsuliyyət düşür. QHT-lərimiz cəmiyyət, xüsusilə də gənclər arasında hüquqi maarifləndirmə haqqında geniş iş aparmalı, yayılması qadağan edilən informasiyaların işıqlandırılmasının hansı fəsadlara səbəb ola biləcəyini ətraflı şəkildə izah etməlidir. Hər kəs anlamalıdır ki, bu dövlət, bu xalq hər birimizin dövləti, hər birimizin xalqıdır və onun təhlükəsizliyinə də hər birimiz cavabdehik”, - deyə sədr müavini vurğulayıb.
Read more
Məlum olduğu kimi, azərbaycançılıq ideologiyasının təməl sütunlarından biri də vətənpərvərlikdir. Vətəni sevmək, onun inkişafına, təhlükəsizliyinə və rifahına töhfə vermək, ümumxalq marağı naminə şəxsi maraqlarından imtina etmək bacarığı azərbaycançılıq ideologiyasının diktə etdiyi əsas prinsiplərdən birini təşkil edir. Heç şübhəsiz, vətənə xidmətin əsas göstəricilərindən biri də vətən uğrunda həlak olan şəhidlərin ailəsinə, müharibə əlilləri və qazilərə diqqət və qayğı göstərmək, onlarla həmrəylik sərgiləməkdir. Bu baxımdan ölkəmizdə istər qeyri-hökumət təşkilatları (QHT), istər dövlət qurumları, istərsə də vətəndaşlar arasında vəziyyət nəinki qənaətbəxş, hətta qürurvericidir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından xalqa xidmətin özünəməxsus nümunəsi... QHT-lər arasında vətənpərvərlik təbliğatı, habelə şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə diqqət və qayğının yüksək səviyyədə olması Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının timsalında özünü xüsusilə aydın şəkildə büruzə verir. Yarandığı gündən bugünə qədər şəhid ailələrinin, müharibə əlillərinin və veteranların problemlərini diqqətdə saxlayan, dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olan, düşmənlə mübarizədə böyük şücaətlər göstərən qəhrəmanlarımızın təbliği istiqamətində mühüm layihələrə imza atan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, 44 günlük Vətən müharibəsində də aktivliyi ilə yadda qaldı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Təşkilatın sədri Fatma Səttarovaya 100 illik yubileyi münasibəti ilə ünvanladığı 24 yanvar 2022-ci il tarixli məktubda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Vətən müharibəsi dönəmindəki fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “...Cəbhəyə könüllü yollanaraq Leninqrad şəhərinin mühasirəsi zamanı və Moskva ətrafında gedən döyüşlərdə fəal iştirakınız fədakarlıq və şücaətin bariz nümunəsi idi. Xalqımızın məhz Sizin kimi yüz minlərlə mərd övladlarının cəsarəti, igidliyi, əzmkarlığı sayəsində Azərbaycanın adı faşizmə qarşı mübarizənin ön cərgəsində yer almış dövlətlər sırasındadır. Sonrakı dövrlərdə Siz ölkəmizin ictimai həyatında yaxından iştirak etmiş, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, layiqli vətəndaşlar kimi yetişməsinə töhfə vermisiniz. 44 günlük Vətən müharibəsi zamanı təmsil etdiyiniz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlətimizin, ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrimizə mənəvi dəstək vermiş, diqqət və qayğı göstərmişdir”. (//president.az/az/articles/view/55295 ). Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov istər müharibədən öncə, istər müharibə, istərsə də post-müharibə dönəmində yerli və xarici mətbuatda çoxsaylı çıxışlar etmiş, beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərinin çatdırılması, dünyanın erməni faşizminin vəhşiliklərindən xəbərdar olması, xalqımızın haqq işini dəstəkləməsi baxımından mühüm işlər görmüşdür. Xaricdəki soydaşlarımızın Azərbaycanın maraqları naminə səfərbər edilməsi, ölkəmizdəki xarici səfirliklərin Qarabağ həqiqətləri haqqında məlumatlandırılması, anti-milli və təxribatçı qüvvələrin qazilərdən şəxsi ambisiyaları naminə istifadə cəhdlərinin qarşısının alınması və s. kimi məsələlərdə polkovnik Cəlil Xəlilovun müsahibələri, apardığı təbliğati iş maarifləndirici faktor kimi böyük əhəmiyyət kəsb etmişdir. Şübhəsiz, ümumilikdə QHT sektorunun azərbaycançılıq ideologiyasının təbliği, milli maraqların müdafiəsindəki aktivliyində Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, o cümlədən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın əməyinin mühüm rol oynadığı birmənalıdır. Onu da qeyd edək ki, həm Vüsal Quliyev, həm də Aygün Əliyeva sadəcə paytaxt və ətraf rayonlarda deyil, ucqarlardakı QHT-lərin fəaliyyətinin stimullaşdırılması, onların səmərəli və optimal fəaliyyətinin təmin edilməsi istiqamətində də ardıcıl və koordinasiyalı fəaliyyət ortaya qoymaqda, respublikanın müxtəlif rayon və şəhərlərində QHT-lərin iştirakı ilə şəhid ailələri, müharibə əlilləri və qazilərə həsr edilən tədbirlər, forum və konfranslar keçirməkdədir. Hansı ki, bütün bu tədbirlər bölgələrdə insanların maariflənməsi, milli maraqlar ətrafında səfərbər edilməsi, problemlərin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından son dərəcədə əhəmiyyətlidir. Dövlətin yerlərdəki təmsilçiləri: İcra hakimiyyətləri şəhid ailələri və qazilərin xidmətində... Şəhid ailələri, müharibə əlilləri və qazilərə qayğı Prezident İlham Əliyevin hər kəs, eləcə də icra hakimiyyətləri qarşısında qoyduğu ən ümdə vəzifələrdən biridir. Sevindiricidir ki, bu gün media və sosial mediada yer alan məlumatlar ölkəmzidəki icra hakimiyyətlərinin böyük əksəriyyətinin Prezidentin tapşırıqlarını vicdanla yerinə yetirdiyini, şəhid ailələrinin, qazilərin problemlərinə son dərəcədə həssaslıqla yanaşdığını göstərir. Bu baxımdan Şirvan Şəhər İcra Hakimiyyəti ilə Səbail Rayon İcra Hakimiyyətinin fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Təkcə bir faktı qeyd edək ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təkca cari ilin iyun ayı ərzində 4 səyyar göğrüş keçirilmiş, bu görüşlərin hər birində vətəndaşların, xüsusilə də həssas kateqoriyaya aid olan şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin müraciətləri dinlənmiş, onların qaldırdığı məsələlərin həlli istqiamətində çevik addımlar atılmışdır. 1 iyun 2022-ci il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı ilə şəhid ailələri arasında ayrıca görüş keçirilmişdir. (//azertag.az/xeber/Sirvanda_sehid_aileleri_ile_gorus_teskil_olunub-2199908?fbclid=IwAR09RlS3QuWzabOEEdRIw23zlDPr5iuZEZ775cPrR-VIj6WOgiCOpprT8QI ). Görüşdə dövlətimizin şəhid ailələrinə, qazilərə olan diqqət və qayğısı qeyd edilməklə yanaşı, qarşıya çıxan çətinliklərin həlli ilə bağlı da icra başçısı tərəfindən əlaqədar qurumların rəhbərlərinə göstərişlər verilmişdir. Səbail Rayon İcra Hakimiyyəti tərəfindən də şəhid ailələri, müharibə əlilləri və qazilərə mütəmadi surətdə qayğı göstərilməkdə, onların qaldırdığı hər bir məsələyə operativ reaksiya verilməkdədir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov və digər səlahiyyətli şəxslər tərəfindən şəhid ailələri evlərindəcə ziyarət olunmaqdadır. Artıq bəlli bir müddətdir ki, bu cür ziyarətlər ənənə halını alıb. Nümunə üçünq eyd edək ki, 25 iyul 2022-ci il tarixində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Şükürlü Nicat Ayaz oğlunun ailə üzvlərinə baş çəkmiş, şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında Nicat Şükürlünün əziz xatirəsinə quraşdırılan barelyefi ehtiramla ziyarət etmişdilər. ( //sabail-ih.gov.az/az/news/nicat-sukurlunun-aile-uzvleri-ziyaret-olundu.html?fbclid=IwAR3-g7OE42JV4x81eWKL-TFZ7nd9WUy1aTkeEULYF_JkDHub4H3KJ9ekJ88) Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsində “Şəhidlər” abidə kompleksində yenidənqurma işlərinə start verilmiş, vətənpərvərlşik təbliğatının gücləndirilməsi istiqamətində çoxsaylı işlər görülmüşdür. Hər bir azərbaycanlının məsul olduğu vəzifə: Prezidentdən daha bir xatırlatma... Heç kimə sirr deyil ki, şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə diqqət və qayğı sadəcə QHT və dövlət qurumlarının deyil, kimliyindən, sosial statusundan və siyasi baxışından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının borcudur və hər kəs bu borcu layiqincə yerinə yetirməyə səy göstərməlidir. Təsadüfi deyil ki, bu həqiqət dövlət başçısı tərəfindən də zaman-zaman xatırlanmaqda, cəmiyyətin diqqətinə çatdırılmaqdadır. Prezident İlham Əliyev 25 iyul 2022-ci il tarixində Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən də bu gerçəyi bir daha yada salmış, şəhidlərə, qazilərə olan borcun tükənməz olduğunu vurğulamışdır: “Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”. (//president.az/az/articles/view/56740 ). Göründüyü kimi, dövlət başçısı şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə diqqət və qayğını hər bir kəsin borcu hesab edir, onları bu kateqoriyadan olan vətəndaşlarımıza arxa olmağa səsləyir. Bu səsləniş onu göstərir ki, Azərbaycan dövlət və xalq olaraq ana ideologiyasına – azərbaycançılıq ideologiyasına sadiqdir və bu ideologiyanın təbliği və inkişafında qərarlıdır. Seymur ƏLİYEV Moderator.az Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.9. istiqaməti üzrə (azərbaycançılıq ideyasının təbliği) hazırlanmışdır.
Read more
“Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”. Prezidenti İlham Əliyevin Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən söylədiyi həmin fikirləri “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bizimlə söhbətində diqqətə çatdırdı. Həmsöhbətim dövlət başçımızın “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz.” – fikirlərinə istinad edərək söylədi ki, yeni vəzifəyə təyin olunanlara bundan artıq hansı tövsiyələr, göstərişlər verilməlidir ki, onlar qanunu şah bilsinlər və ədaləti unutmasınlar? Prezident vurğuladı ki, gücünüz çatan problemləri rayon daxilində özünüz, bəzi məsələlər isə dövlət orqanları tərəfindən həll olunmalıdır. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq. Bunun üçün aidiyyəti dövlət orqanlarına – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə müraciət etməlisiniz ki, mövcud problemlər öz həllini tapsın. Sosial ədalətin, bütövlükdə ədalət prinsiplərini cəmiyyətin əsas prinsiplərindən biri hesab edən dövlət başçımız dedi ki, sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoyub, əzəli torpaqlarımızı azad edib, tarixi ədaləti və milli qüruru bərpa edib. Yazgül Abdıyeva vurğuladı ki, Qələbə sevincini xalqımıza qazandıran şəhidlərimiz və onların ailələri, qazilərimiz unudulmamlıdır. Prezident nitqində məhz bu məsələyə daha ciddi diqqət göstərilməsini tövsiyə etdi: “Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir”. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən, şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı və məşğulluğu ilə maraqlansınlar. Yazgül Abdıyeva daha sonra dedi ki, dövlət başçımız “Biz bu Qələbəni onlara – şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik.” – deyirsə, məmurlar daha diqqətli, daha ədalətli və mərhəmətli olmalı, onların qayğılarını daim diqqətdə saxlamalıdırlar. Biz də QHT olaraq daim qazilərin problemlərinə diqqətlə və həssaslıqla yanaşırıq. Çalışırıq ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan qəhrəman əsgər və zabitlərimizə ilk növbədə yardım edək. Çünki, dövlət başçımızın dediyi kimi, onlar öz canlarını fəda edib, sağlamlığını itirib, heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər: “Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”. Həqiqətən də ölkəmizdə şəhid ailələrinin, qazilərin istər mənzillə təminatı, istərsə, məşğulluqla bağlı problemləri yüksək səviyyədə həll edilir. “Qəhrəmanlarımızın məşğulluğuna dəstək olaq” – devizi ilə aparılan “Məşğulluq marafonu”na müraciətlər gündən-günə artır. İşəgötürənlər bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansiyalar barədə məlumatları davamlı olaraq təqdim edirlər. İşsiz və iş axtaran kimi “Məşğulluq” altsistemində qeydiyyatda olan şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər vakansiyalar üzrə işlə təmin olunurlar. Prezident rayonlara yeni təyin olunan icra hakimiyyəti başçılarına göstərişlərinin, tövsiyələrinin bundan ibarət olduğunu dedi və vurğuladı ki, mən sizdən fəal iş gözləyirəm, nəticə gözləyirəm. Əminəm ki, siz bu yüksək etimadı dərk edərək, dediyim kimi işləyəcəksiniz. Yazgül Abdıyeva da dövlət başçısının bu fikirlərinə istinad edərək, söhbətin sonunda dedi: “Biz də əminik ki, gənc kadrlar öz işlərində qanunun aliliyinə hörmətlə yanaşacaq, ədalət prinsipinə söykənib fəaliyyət göstərəcəklər”. Söhbətləşdi: Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”
Read moreVeteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələri və Vətən Müharibəsi əlillərinin hüquqi problemlərinin həllinə dəstək proqramına uyğun olaraq hüqquqi maarifləndirmə yönümündə görüş keçirildi. Maarifləndirici əhəmiyyətli görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçiləri, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev, Təşkilatın hüquqi məsələlər üzrə sədr müavini Məcid Məmmədov, icraçı direktor Zamin Zeynal, İdarə Heyyəti və fəal üzvüləri, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüləri - tanınmış vəkillər Vüsalə Cəfərli, Vüsal Səfərov, Murad Mirzəzadə və Arbitrium Vəkil Bürosunun əməkdaşları Bağırov Namiq İmran oğlu, Cəfərov Nəsimi Abbas oğlu, Raxtari Kamilə Səftər qızı, Şəhid ailələri, Qazilər hüquqi dinləmədə fəal şəkildə iştirak edərək çıxış etdilər. Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə daim diqqət və qayğı göstərdiyini bildirib. Polkovnik qeyd edib ki, həssas kateqoriyaya daxil olan bu şəxslərin daim diqqət mərkəzində saxlanılması Prezident İlham Əliyevin bütün qurumlar, eləcə də hər bir vətəndaş qarşısında qoyduğu tapşırıqdır və hər kəs bu tapşırığı, şəhid ailələri, qazilər qarşısındakı öz vicdan borcunu layiqincə yerinə yetirməlidir. Maarifləndiruci görüşdə çıxış edən qurum rəsmiləri dövlət tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan söz açdılar. Təəssüf hissi bildirdilər ki, son dövrlər şəhid ailələri və qazi adından sui istifadə hallarına rast gəlinir. Bəzi dövlət qurumlarında çalışan vəzifəli şəxslərin Şəhid ailələri və Qazilərin müraciətlərinə laqeydliklə yanaşıldığı müşahidə edilməkdədir. Belə olduğu təqdirdə ölkəmizdə bu cür həssas kateqoriyadan olan vətəndaşlarımızın özlərinə qəsd etmə kimi halların baş verməsinə gətirib çıxarır. Natiqlər onu da xüsusi olaraq vurğuladılar ki, bu kimi xoşagəlməz hadisələrin baş verməməsi, vaxtında qarşısını almaq üçün vətəndaş cəmiyyəti olaraq dövlətə dəstək yönümündə hüquqi dinləmə həyata keçirməyi məqsədə uyğun bildik. Hər iki qurumun birgə əməkdaşlıq çərçivəsində belə bir hüquqi görüşü keçirməkdə əsas məqsədləri Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin Şəhid ailələri və Qazilərlə bağlı həyata keçirdiyi uğurlu sosial siyasətə hüquqi dəstək olmaqla yanaşı, ictimai töhvə verməkdir. Qeyd edək ki, gələcəkdə də bu sayaq hüquqi maarifləndirmə tədbirləri davam etdiriləcək.
Read more
Müsahibimiz “Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Asossasiyası” İctimai Birliyinin sədri, iş adamı Mürvət Həsənlidir. Onunla “Uğur hekayəsi” rubrikasında görüşüb, danışdıq. Bacarıqlı bir iş adamı olmağın sirrini öyrənməyə çalışdıq. – Mürvət müəllim, siz ölkənin tanınmış iş adamlarından birisiniz. Uğur hekayənizi dinləmək istəyərdik. -İş həyatına 1990-cı ildə, əsgərlikdən qayıtdıqdan sonra atıldım. O zaman Gəncədə yaşayırdım. Xaricdən tekstil və elekteonika malları gətirib Gəncədə satırdım. O zaman üçün bu həm maraqlı, həm də riskli idi. 90-cı illərin əvvəllərində ölkədə güclü infilyasiya gedirdi. Qazanmaq əvəzinə, ciddi itki də verə bilərdin. Əlbəttə ki, ziyana düşdüyümüz zamanlar da oldu. Ancaq sonrakı işimi qurmaq üçün bu bir maliyyə başlanğıcı, o dövr üçün gələcək uğurlarımın maddi təməli oldu. Sonra imtahan verib indiki Gəncə Aqrar Universitetində ali təhsilə başladm. Bildiyimiz kimi o dövürdə həm cəbhədə, həm də ölkədə ictimai-siyasi vəziyyət ağır idi. 1993-cü ildə ulu öndər H.Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə bütün sahələrdə, o cümlədən iqtisadi sahədə bir sabitlik yarandı. 2000-ci illərin əvvəllərində ictimai iaşə sektoruna qatıldım. “Xəmsə” şadlıq sarayını qurdum. Bu sahədə böyük uğur qazandığımı düşünürəm. O zamanlar bu sahədə boşluqlar var idi. Həm o boşluğu doldurduq, həm də keyfiyyətli iş gördük. Hətta mən statistikasını da aparmışam, 20 illik fəaliyyətimiz ərzində bizim restoranda evlənənlərin cəmi 1.5%-i boşanıb. -Siz, kənd təsərrüfatı sahəsində də ilklərə imza atan sahibkarlardansınız. – Bəli, 2008-ci ildən başlayaraq kənd təsərrüfatı sahəsində özümü sınadım. Öncə ətlik hind quşu, ardınca da damazlıq, ətlik istiqamətli toyuqların satışına başladıq. Artıq 12 ildir bu sahədəyik. Biz başlayan vaxtlar ölkədə damazlıq toyuq təsərrüfatı yox idi. Bu sahədə ölkə tələbatının 85-90% ödəyirik. 2009-2011 ci illərdə ölkə başçısı tərəfindən quşçuluq sahəsinə böyük diqqət yetirildi. 2016-cı ildə qəbul olunmuş strateji yol xəritəsinə görə 2025-ci ilə qədər bu xəritədə göstərilən bütün sahələrin inkişafina nail olmaq lazım idi. Ürəklə deyə bilərəm ki, biz 2025-ci ildən tez quşçuluq sahəsində göstərilən bütün tələbləri yerinə yetirmişik. – Eyni vaxtda bir neçə sahəsini birlikdə idarə etmək çətin deyil ki? – Hər bir sahədə, hər bir insanın köməkçisi onun kadrlarıdır. Biz bu kadrları zaman-zaman yetişdiririk. Onlar yetişdikcə insan özünü rahat hiss edir. Uğurumun sirlərindən biri də odur ki, qismətimə həmişə savadlı kadrlar çıxıb və çalışmışam maksimum peşəkarları seçim. Belə bir deyim də var: “Peşəkarların maaşı hər zaman baha olur, amma qeyri-peşəkarın vurduğu ziyandan baha olmur”. – “Quş əti, yumurta istehsalçıları və ixracatçıları Asossasiyası” İctimai Birliyinin sədri kimi deyə bilərsinizmi bu sahədə nə kimi yeniliklər və problemlər var? – Assosasiyanın sədri kimi bu ilin 22 fevral tarixindən yekdilliliklə sədr seçilmişəm. O müddətdən bu günə qədər həm hökümət, həm də ticarət şəbəkələri qarşısında bir sıra problemlər qaldırıb, hamısının həllinə nail olmuşuq. Toyuq əti və yumuta istehsalçılarının vəsaitləri uzun müddət – 90 günlə şəbəkələrdə qalırdı və iadə faizləri çox idi. Bu əsas problemlərdən biri idi. İqtisdiyyat nazirliyi ilə birgə bu problemin də öhdəsindən gələ bildik. Xaricdən gətirilən yararsız toyuqların ölkəyə daxil olmasının qarşısı alındı. Digər məsələ isə Cənab prezidentin səyi ilə soya, soya şirəotu və digər məhsullardan ƏDV-nin qaldırılması idi. Bu problem də bu ayın əvvəli həllini tapdı. Nəzərə alsaq ki, 1kq ətin tərkibinin 68%-ni yemin dəyəri tutur, bu quş əti və yumurta istehsalçılarına böyük kömək idi. Nəticədə toyuq ətinin qiyməti düşdü. Problemlərin asan həllolma səbəblərindən biri də, bizim qaldırdığımız məsələlərin ölkə ictimaiyyəti, xüsusilə də, media tərəfindən dəstəklənməsidir. – Hazırda Avropadakı mövcud vəziyyətlə yəni müharibə ilə bağlı dünya ərzaq qıtlığı ilə üz-üzə qala bilər. Bu baxından kənd təsərrüfatının bir sahəsi kimi problemin qarşısını almaq üçün sizin sahədə hansı tədbirlər görülür? – Biz bu məsələləri nəzərə alaraq mart ayında hökümətə yem və yem məhsullarının qiymətinin qalxması ilə bağlı müraciət etdik. Bununla bağlı yuxarıda qeyd etdiyim məsələlər həllini tapdı. Yem ehtiyatları bazasının yaradılması, güzəştli mövsümü kreditlərin verilməsi ilə bağlı müraciət etmişik. Yaxın zamanda artıq o kreditlər də veriləcək. Əlbəttəki ki, ərzaq qıtlığı qlobal problem olduğu üçün bizdən də yan keçməyəcək. Ölkə başçısının qəbul etdiyi qabaqlayıcı tədbirlər planı ilə 2008-ci ildə baş verən iqtisadi böhranı yüngül atladığımız kimi bunun da öhdəsindən gələcəyik. Bu yaxınlarda yem ehtiyatlarını da özümüz istehsal edəcəyik. İşğaldan azad olunmuş ərazilərdəki yararlı torpaqlarda dənli bitkilərin əkini, ət baxımından iribuynuzlu mal-qaranın yaylaqlara qalxması və sayındakı artım sayəsində biz ərzaq qıtlığı ilə rastlaşmayacağıq. – Hazırda quş əti və yumurtanın idxal və ixracındakı nisbət necədir? İdxal daha çoxdur yoxsa ixrac? Toyuq əti, yoxsa yumurta? – Hazırda ölkədə yumurta istehsalı 130 faizin üzərindədir. Ona görə də biz onu Qətər, BƏƏ, Rusiya, Əfqanıstan və digər ölkələrə ixrac edirik. Yumurta ölkə tələbatını artıqlaması ilə ödəyir, toyuq əti isə 85%. Hazırda ölkədə toyuq ətinə tələbat 140.000 tondur, istehsal isə 120.000 tondur. Yem məsullarından ƏDV-nin qalxması isə 100%-lik təminata gətirib çıxaracaq. – Cəmiyyətdə müzakirə mövzusu olan məsələlərdən biri də, quş əti və xüsusilə də, yumurtanın qiymətidir. Bu məhsullarda qiymət artımı gözlənilirmi və ümumiyyətlə, qiymətlər nəyə əsasən tənzimlənir? – Öncəliklə onu deyim ki, bütün məhsulların qiymətini bazar tənzimləyir. Bazarda tələbat artanda qiymət artır, təklif artanda isə qiymət azalır. Yumurta çox istehsal olduğu üçün qiymətlər kifayət qədər aşağıdır. Düşünürəm ki, yaxın gələcəkdə biz damazlıq yumurtanı da özümüz istehsal edəcəyik. – Bildiyimiz kimi virusların tüğyan etdiyi bir dönəmdən keçirik. Hansı ki, bir neçə il öncə quş qripi də müəyyən bir arealda yayılmışdı. Bu kimi halların qarşısını almaq üçün hansı tədbirlər görülür? – Qaldırdığımız məsələlərdə bizə xüsusi dəstək verdikləri üçün AQTA-nın rəhbərliyinə təşəkkür edirik. Hazırda quş qripinə qarşı vaksinlərin ölkədə qeydiyyatdan keçməsində onların böyük rolu var. H5N9 qeydiyyatdan keçdiyi üçün vaksinasiyada biz onu tətbiq edirik. Problem xaricdən gələn yumurtalarda ola bilər. O da həllini tapacaq. -Hər kəs öz sahəsində uğurlu olmaq istəyər. Çünki gördüyü işin nəticəsi insanı xoşbəxt edir. Uğurun hər hansı bir düsturu varmı, onu tətbiq edib nailiyyət qazanaq? -Uğurun düsturu təhsil, tərbiyə və təcrübədir. Hər bir insanın təhsili və tərbiyyəsi onun gələcək uğurlarının təməlidir. Eyni zamanda işini ölkə qanunvericiliyini uyğun qurmaq lazımdır. Bunu tətbiq etmək və hər zaman haqq-ədaləti qoruyaraq irəliləmək əsas şərtlərdəndir. Hədəfinizi də bilməli, böyük həvəs və inamla ona doğru addımlamalısız. Yalnız bu halda uğur hər zaman sənin olacaq, səninlə olacaq! Səmimi söhbətindən dolayı Mürvət Həsənliyə təşəkkür edirik! Mənbə: Bugun.tv
Read more
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov və Komitə sədrinin müavini Fuad Hüseynov imzalayıblar. Memorandum tərəflər arasında işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı məcburi köçkünlərlə iş sahəsində qarşılıqlı faydalı, uzunmüddətli, effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq çərçivəsini, koordinasiya prosedurlarını müəyyən edir. TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov ata-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtmalarının böyük tarixi hadisə olduğunu bildirib. V.Qurbanov tərəflər arasında görüşlər, məsləhətləşmələr və danışıqlar prosesində məcburi köçkünlərlə iş sahəsində qarşılıqlı əməkdaşlığın digər formalarına da baxıla biləcəyini deyib. O, öz yurdlarına qayıdan vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin edilməsi istiqamətində bundan sonra da qarşılıqlı əməkdaşlıq ediləcəyini qeyd edib. Köçürülən şəxslərin könüllülük prinsipi əsasında ümumi müayinə və yoxlanışlarının, habelə laborator, instrumental və digər tibbi müayinələrinin aparıldığını vurğulayıb: “Zəngilan rayonun Ağalı kəndində müasir standartlara cavab verən ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) istifadəyə hazır vəziyyətdədir. Ailə sağlamlıq mərkəzinin tibbi personalı 26 iyul tarixindən etibarən Ağalıya köçürüləcək. Hazırda təcili və təxirəsalınmaz tibbi yardım briqadası sakinlərə xidmət göstərir”. Çıxış edən Komitə sədrinin müavini Fuad Hüseynov bildirib ki, məcburi köçkünlər hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub, onların sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər görülüb. İşğaldan azad olunmuş ərazilərdə sakinlərin dayanıqlı məskunlaşması üçün əlverişli yaşayış mühiti yaradılıb. Məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışı istiqamətində işlər həyata keçirilir. Dövlət Komitəsi tərəfindən Zəngilan rayonunun Ağalı kənd sakinlərinin yeni yaşayış sahələrinə köçürülməsinin birinci mərhələsinə artıq yekun vurulub. 41 ailə - 201 nəfər Ağalı sakini doğma yurduna köçürülüb. İşğal altında saxlanılan ərazilərin bərpası və yenidənqurulması, bu yerlərin ən abad guşələrə çevrilməsi, eyni zamanda geri qayıdan məcburi köçkünlərin rahat, təhlükəsiz yaşayışının təmin edilməsi dövlətin prioritetlərindəndir və onlara dəstək tədbirləri davam edəcək. Belə ki, mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirləri onların əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədədir. Məlumat üçün qeyd edək ki, TƏBİB tərəfindən memorandum çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin ümumi tibbi müayinəsinin təşkili, həmçinin uşaqların təsdiqlənmiş Peyvənd Təqviminə əsasən, müxtəlif yoluxucu xəstəliklər əleyhinə immunizasiyanın aparılması baş tutacaq. Memorandumun müddəti imzalandığı tarixdən üç il ardıcıl davam edəcək.
Read more
Yarışda 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq 26-27 iyul tarixlərində ölkəmizdə cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə “Yaponiya Səfirinin Kuboku” açıq birinciliyi keçiriləcək. Veteran.gov.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, U-15 kiçik yaşlı yeniyetmələr arasında təşkil olunan turnirdə 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaqdır. Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək yarışda Gəncə şəhərindən və digər regionlardan 35 komanda iştirak edəcəkdir. Turnirin əsas məqsədi Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərməkdir. Eyni zamanda kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Qeyd edək ki, turnir Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Seymur ƏLİYEV
Read more
Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə 2005-ci ildən ölkəmizdə Muğam Televiziya Müsabiqəsi keçirilir. Builki müsabiqəyə mayın 10-da start verilib. Muğam müsabiqəsinin keçirildiyi qısa zamanda televiziya ekranlarından daha əvvəl də tanıdığımız, bənzərsiz ifa tərzi ilə muğamsevərləri öz səsinin sehrinə salmağı bacaran Həzrət Əzizli müsabiqədə uğurla addımlayır, gözəl ifası, avazı ilə muğamsevərləri valeh edir. Bu həftə Həzrətin ifasını dinləməyə gələnlər arasında “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatının sədri Qalib Əliyev və Biləsuvar rayonundan gəlmiş Vətən müharibəsi qaziləri, Məhərrəm Aslanov, Ramin Şirinov, Əlihüseyn Şahbazli, Nurlan Qurbanov, Əli Qurbanov və Biləsuvarın hörmətli insanlarından olan beşqat dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, Xocalı idman klubunun direktoru Ehram Məcidov da var idi. 1001info.az Ehram Məcidovdan müsahibə alıb. Məşhur idman xadimi Vətən muharibəsi Qəhrəmanları, Qazilərlə birlikdə Mugam Müsabiqəsində Həzrətə dəstək olduqlarını vurğulayıb, gənc ifaçının bənzərsiz ifasından böyük zövq aldıqlarını söyləyib.Biləsuvar rayonun fəxri, Azərbaycan muğamının istedadlı gənc ifaçısı, gələcəyin böyük sənətkarı kimi yetişməkdə olan Həzrət Əzizlininin üzərində böyük əməyi olan müəllimi , gözəl sənətkar Aytən Məhərrəmovaya Biləsuvar rayon əhalisi adından, idmançılar adından dərin təşəkkürünü bildirib. Ehram Məcidov və onunla birğə müsabiqədə qonaq olan qazilər yaranmış imkandan istifadə edib muğam müsabiqəsinin təşkilatçılarına, xalqımızın mədəni irsinin, mənəvi dəyərlərinin qorunub saxlanmasında müstəsna xidməti olan Mehriban xanım Əliyevaya böyük hörmət və təşəkkürlərini çatdırıblar. Millixeber.az
Read more
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov 22 iyul Mili Mətbuat Günü ilə əlaqədar olaraq media nümayəndələrini təbrik edib. Təbrikdə deyilir: “Media nümayəndələrimiz istər 44 günlük Vətən müharibəsində, istərsə də post-müharibə dönəmində Azərbaycan həqiqətlərinin daxili və xarici ictimaiyyətə çatdırılmasında, milli maraqlaırmızın müdafiəsində, dövlətimizin və xalqımızın mənafeyinin qorunmasında yaxından iştirak edib, bu istiqamətdə böyük əmək ortaya qoyub. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edən, möhkəmlənən Azərbaycan mediası, bu gün də milli maraqlarımızın informasiya məkanında etibarlı müdafiəçisi qismində çıxış edir. Mən Milli Mətbuat Günü ilə əlaqədar olaraq bütün media nümayəndələrini təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm. Əminəm ki, jurnalistlərimiz hər zaman olduğu kimi, bundan sonra da dövlətimizə və xalqımıza layiqincə xidmət edəcək, onlara olan ümidləri artıqlaması ilə doğruldacaqlar”.
Read more
Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi Milli Mətbuatın 147 illiyi ilə əlaqədar tədbir keçirib.Tədbirdə İqtisadiyyat Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət qurumlarının nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər. "Xəmsə" şadlıq sarayında təşkil olunan tədbirdə Assosasiyanın İdarə Heyətinin sədri, iş adamı Mürvət Həsənli çıxış edərək jurnalistləri təbrik edib və sahibkarlara göstərdiyi dəstəyə görə media mənsublarına öz təşəkkürünü bildirib:"Bir müddət əvvəl dünya bazarında soya, günəbaxan və digər yem məhsullarının qiymətinin ciddi şəkildə artması bizdə də toyuq ətinin qiymətinin artmasına səbəb olmuşdu. Toyuq yemi üçün idxal olunan xammal məhsullarından ƏDV-nin ləğv olunması işimizi xeyli asanlaşdırdı. Bundan sonra iri ticarət müəssisələri ilə quş əti istehsalçıları arasında yaranan anlaşılmazlıq da aradan qalxdı. Medianın bu məsələləri işıqlandırması da bu problemlərin həllini sürətləndirdi". Daha sonra tədbirdə sahibkarlarla işləyən dövlət qurumlarının rəsmilərinə də söz verildi. Onlar nümunəvi sahibkarlıq fəaliyyətinə görə tədbir təşkilatçılarına təşəkkür etdilər. Tədbirdə jurnalistlər də çıxış ediblər, onlar göstərilən diqqətin təqdirəlayiq olduğunu vurğulayıblar.
Read more
Dövlətimiz 44 günlük Vətən müharibəsində informasiya cəbhəsində də düşmənə qarşı uğurla mübarizə aparıb. Bunu AZƏRTAC-a müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib. Qeyd edib ki, məhz jurnalistlərimizin, hərbi-siyasi ekspertlərimizin, diplomatlarımızın media müstəvisində apardığı mübarizə informasiya məkanında erməni təxribatlarının ifşasına imkan verib: “44 günlük Vətən müharibəsində Azərbaycan yalnız ön cəbhədə deyil, bütün müstəvilərdə düşmənə qarşı müvəffəqiyyətlə mübarizə aparıb, erməni yalanlarını, rəsmi İrəvanın informasiya məkanında həyata keçirməyə çalışdığı təxribatları ifşa edib. Bu məsələdə jurnalistlərimiz böyük səy və fədakarlıq göstəriblər. Hərbi-siyasi ekspertlərimiz, diplomatlarımız, müxtəlif qurum və təşkilatlar Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliklərinin dünyaya çatdırılması istiqamətində böyük səy ortaya qoyublar. Lakin bu müstəvidə də ən böyük rolu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oynadı”. Cəlil Xəlilov bildirib ki, dövlət başçımızın Vətən müharibəsinin gedişində 30-a yaxın xarici media qurumuna verdiyi müsahibələr, erməni yalanlarını faktlarla, konkret arqumentlərlə ifşa etməsi beynəlxalq ictimaiyyətin, dünya xalqlarının əsl həqiqətdən xəbər tutmasını, Azərbaycanın haqq işinə dəstək verməsini təmin edib. Prezident Vətən müharibəsi dövründə mətbuata verdiyi açıqlamalarda sadəcə erməni faşizminin deyil, işğalçı Ermənistana havadarlıq edən, onlara dəstək verən qüvvələri də ifşa edib. “Dövlətimizin media müstəvisində həyata keçirdiyi mübarizədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də əməyini xüsusi qeyd etmək lazımdır. O, həm müharibə, həm də post-müharibə dönəmində erməni cinayətlərinin ifşasında mühüm rol oynayıb, bu istiqamətdə çox ciddi addımlar atıb. Ermənistan ordusunun raket zərbələrinə məruz qoyduğu şəhərlərə Hikmət Hacıyevin rəhbərliyi ilə edilən səfərlər, xarici diplomatların bu səfərlərə cəlb edilməsi dünya ictimaiyyətinin erməni faşizminin əsl üzünü görməsini təmin etdi”, – deyə C.Xəlilov vurğulayıb. Sədr müavini jurnalistlərimizin ön və arxa cəbhədəki əməyinə də diqqət çəkib: “Vətən müharibəsində jurnalistlərimiz həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Onlar müharibənin ən qaynar nöqtələrindən reportajlar hazırlayır, vətəndaşların informasiyaya olan ehtiyacını çevik şəkildə qarşılayırdılar. Media nümayəndələri, həmçinin müharibədən sonra da ermənilərin vaxtı ilə işğal altında saxladıqları ərazilərimizdə törətdikləri vəhşiliklərin ifşa edilməsində və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında həlledici rol oynayıblar. İki jurnalistimiz - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abışov işğaldan azad edilən ərazilərdə xidməti vəzifələri icra edən zaman mina terroru nəticəsində şəhid olublar. Bütün bu faktlar jurnalistlərimizin müharibə və post-müharibə dövründə öz vəzifələrini necə böyük cəsarət və qəhrəmanlıqla həyata keçirdiyini göstərir”.
Read more