Latest news
Veteran.gov.az xəbər verir ki, “Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı və “İydə Parfumery” – nin tərəfdaşlığı ilə 22 iyul Milli Mətbuat günü münasibətilə “Media Nümayəndələrinin Təltifetmə mərasimi” həyata keçirilib. Mərasimdə rəsmi şəxslər, Millət vəkilləri Elman Nəsirov, Vüqar İsgəndərov, "Dayaq" Təşkilatının sədr müavini Məcid Məmmədov, İcraçı direktor Zamin Zeynal, diaspora və media nümayəndələri, QHT təmsilçiləri iştirak edərək çıxış etdilər. Təltifetmə mərasimində çıxış edənlər Jurnalistləri təbrik etdikdən sonra Azərbaycan mətubatının tarixi və bu gününə nəzər salaraq qeyd etdilər ki, müasir dövrümüzdə peşəkar jurnalistikanın daha da inkişafı fonunda vətəndaşlarımızı vaxtında informasiya ilə təmin edilməsi istiqamətində media qurumlarının fəailiyyət imkanları hər gün genişlənərək, ölkəmizdə xəbər təlabatını uğurla həyata keçirirlər. Natiqlər çıxışlarında onu da vurğuladılar ki, hazırki dövrümüzdə aparıcı əhəmiyyət kəsb edən on-line medianın sürətlə inkişafı, 44 günlük müharibə vaxtı və ondan sonrakı dövrdə milli vətənpərvər ruhda jurnalistərimizin fədakar fəaliyyəti diqqətəlayiqdir. Gələcəkdə də bu sayaq tədbir və təşəbbüslərin olması Azərbaycan mediasına ictimai dəstəkdir. Mükafatlandırma mərasimdə “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov çıxış edərək bildirdi ki, Azərbaycan mediası beynəlxalq müstəvidə milli, vətənpərvər əzimdə fəaliyyət göstərən diaspora fəalları ilə görüşərək onların Azərbaycan həqiqətlərinin dünyaya çatdırması yönümündə gördükləri işləri daima işlqlandıraraq həmrəylik nümayiş etdirirlər. Elsəvər Məmmədov onu da qeyd etdi ki, Mətbuat cəmiyyətin güzgüsüdür,mətbuatın inkişafına ictimai dəstək və qarşılıqlı əməkdaşlıq münasibətləri dövlət Başçısı cənab İlham Əliyevin məqsədyönlü uğurlu siyasətinə vətəndaş cəmiyyəti dəstəyidir. “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev mərasimdə çıxış edərək bildirdi ki, 44 günlük haqq savaşı dönəmində Azərbaycan Jurnalistlərinin həm ön cəbhədə, həm də arxa cəbhədə, eyni zamanda informasiya savaşında göstərdikləri vətənpərvər fəaliyyət, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan ordusunun tarixi qələbə zəfərinin əldə edilməsində etdikləri informasiya həsaslığı, müharibə prosesinə ehtiyatla yanaşma, xalqımızın milli maraqlarına xidmət göstərmələri jurnalistlərimizə qarşı hər birimizin vəzifəsindən, peşədindən asılı olmayaraq dərin hörmət və diqqətini artırmışdır. Jurnalistlərin mükafatlandırılması ilə bağlı "Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov mətbuata açıqlamasında bildirdi ki, Milli Mətbuat günü münasibətilə "Dayaq" Təşkilatı ilə birgə belə bir tədbiri təşkil etməkdə məqsəd Jurnalistlərin peşə bayramında onların əməyinə yüksək qiymət verməklə yanaşı, birlik, həmrəylik nümayiş etdirməkdir. Elsevər Məmmədov onu da xüsusi olaraq vurğuladı ki, dövlət Başçısı cənab İlham Əliyev tərəfindən Jurnalistlərə göstərilən diqqət və qayğı vətəndaş cəmiyyəti tərəfindən dəstəklənərək ictimai-siyasi mədəni dəstək nümayiş etdirilməkdədir.
Read more
Cəlil Xəlilov: “Prezidentin müşavirədəki çıxışı bu gerçəyin anonsudur” “Azərbaycan Ordusu bundan sonra da dünyanın ən güclü orduları sırasında yer almaqda davam edəcək”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqi ordumuzun gələcək inkişafının konturlarını aydın şəkildə əks etdirdi: “Dövlət başçısı məlum müşavirədəki çıxışında hərbi xərclərin artmasına diqqət çəkdi və bunun zərurətdən qayanqlandığını vurğuladı. Prezident İlham Əliyev vurğuladı ki, artan xərclər yüksək texnoloji imkanlara malik müasir silahların alınmasına xərclənəcək. Bu, Azərbaycan Ordusunun modernləşdirilməsi, onun müasir silah-sursat və hərbi texnika ilə təmini proesinin bundan sonra da davam etdiriləcəyini göstərir. Dövlət başçısının məlum çıxışı həm də onu göstərir ki, Azərbaycan dünya hərb sənayesinin ən müasir nailiyyətlərini davamlı şəkildə təqib edir və ordumuzun bu texnikalarla təmin edilməsini nəzarətdə saxlayır. Bütün bunlar onu söyləməyə imkan verir ki, Azərbaycan Ordusu yaxın gələcəkdə nəinki regiondakı lider mövqeyini qoruyub saxlayacaq, həmçinin, dünyanın ən güclü orduları siyahısında irəliləməkdə davam edəcək”. Polkovnik Cəlil Xəlilov bildirib ki, ordumuzun yeni hərbi texnikalarla təmini dövlətimizin müdafiə qabiliyyətinin daha da yüksəlməsini təmin edəcək: “Şübhəsiz, ordumuzun yeni və müasir hərbi texnikalarla təchiz olunması onun daha da güclənməsinə, dövlətimizin müdafiə qabiliyyətinin yüksəlməsinə, təhlükəsizliyimizin etibarlı şəkildə təmin edilməsinə xidmət edir. Azərbaycan uzun müddət erməni faşizminin işğalına məruz qalan, bundan əziyyət çəkən bir dövlətdir və yalnız 44 günlük şanlı Vətən müharibəsindən sonra 30 illik işğala son qoyub. Yaxın tarixi keçmişimizdə başımıza gələnlər bizi daim güclü olmağa, öz hərbi potensialımızı artırmağa, hər zaman döyüşə hazır olmağa sövq edir. Biz hər zaman sülh istəyən, sülh arzulayan dövlət olmuşuq. Lakin bu da bir həqiqətdir ki, sülh istəyən hökmən müharibəyə hazır olmalıdır. Ordumuzun gücləndirilməsi istiqamətində atılan addımlar məhz bu gerçəkliyə hesbalanıb”. Sədr müavini Azərbaycanda hərbçi və qazilərə dövlət tərəfindən yüksək qayğı və diqqət göstərildiyini də qeyd edib: “Azərbaycan həbçilərə, şəhid ailələri və qazilərə göstərilən qayğıya görə dünyanın ən qabaqcıl dövlətləri sırasındadır. Dövlətimiz bu müstəvidə avanqard mövqeyə malikdir. Bu gün müharibədə əlil olan, sağlamlıq imkanlı məhdudlaşan qazilərimiz əın müasir protezlərlə - dördüncü nəsil protezlərlə təmin olunur ki, bu da onların özlərini daha rahat hiss etməsini, daha rahat şəkildə hərəkət etməsini təmin edir. Bu gün xidmətdə olan hərbçilər də dövlətimizin diqqət və qayğısını daim öz üzərində hiss edir. Hərbçilərin mənzil-məişət şəraiti mütəmadi şəkildə yaxşılaşır. Əksər hərbi şəhərciklərdə əsaslı yenidənqurma işləri həyata keçirilib ki, bu da hərbçilərin mənzil-məişət şəraitinin ciddi şəkildə yaxşılaşmasına səbəb olub. Bu gün ordu sıralarında qüsursuz xidmətə görə fərqlənən hərbçilərimizin mənzillə təmin edilməsi ənənəsi mövcuddur ki, bu da dövlətimizin, Ali Baş Komandanımızın vətənin müdafiəçilərinə olan münasibətindən xəbər verir. Bir sözlə, görülən işlər ordumuzun, onun qəhrəman hərbçilərinin dövlət qayhğısı ilə əhatə olunduğunu göstərir və bu siyasət bundan sonra da davam edəcək”.
Read more
Azərbaycan şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə dünyanın ən qabaqcıl dövlətlərindən biridir. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu qayğı və diqqətin miqyasını anlamaq üçün bəzi statistik rəqəmlərə nəzər salmaq kifayətdir. Azərbaycanda dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə göstərdiyi diqqət və qayğı statistik məlumatlarda, konkret rəqəmlərdə də özünü aydın şəkildə göstərməkdədir. Nümunə üçün qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailəsi üzvləri və qazilərdən ibarət 100 min şəxsə 190 min xidmət göstərilib. Onlardan 93 min şəxsə proaktiv qaydada 104 min sosial ödəniş təyin edilib. Həmçinin şəhidlərin ailə üzvləri olan 7979 nəfərə, İkinci Qarabağ müharibəsi veteranları olan 81 min 856 şəxsə aylıq sosial ödənişlər təyin olunub ki, bu da kifayət qədər böyük rəqəmdir. Habelə üç min şəxsə əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib. Bütün bunlar dövlətin şəhid ailələri və qazilərə olan diqqət və qayğısının nümunəsidir və bu siyasət bundan sonra da davam edəcək. Dövlətimiz şəhid ailələri, qazilərin sosial təminatı, problemlərinin həlli ilə bağlı mühüm işlər görür, onlara fərdi qaydada mənzil verilir, pensiya, müxtəlif ödənişlərlə təmin olunur. Onların cari problemləri həll olunur. Mən yenə də rəqəmlərə müraciət etmək istəyirəm. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı ötən illə müqayisədə 5 dəfə genişlənib. Belə ki, 44 günlük Vətən müharibəsindən sonra 3500 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub. Ümumilikdə isə bu rəqəm 12 min 500-dür. Postmüharibə dövründə 264 müharibə əlilinə minik avtomobili təqdim edilib. Ötən dövrləri də nəzərə alsaq, 7450 müharibə əlilinin avtomobilə olan ehtiyacı dövlətimiz tərəfindən qarşılanıb. Müharibə əlillərinin müalicəsi istiqamətində də dövlətimiz tərəfindən aktiv iş aparılıb. 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə, 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi, 2500 qazi reabilitasiya xidmətləri, 5 min ailə sosial-psixoloji xidmətlərlə təmin olunub. Bu, bir daha onu göstərir ki, dövlətimiz, onun rəhbəri Prezident İlham Əliyev hər bir şəhid ailəsinin, müharibə əlilinin, qazinin probleminə diqqətlə yanaşır və onun həlli istiqamətində bütün imkanlardan istifadə edir. “Hesab edirəm ki, əlaqədar nazirliklər, o cümlədən icra hakimiyyətlərində yaradılan şəhid ailələri və qazilərlə iş şöbələri öz aktivliklərini artırmalı, qazilərlə daha geniş təmaslar qurmalı, onların müraciətlərinə daha operativ cavab verməlidirlər, - deyə Cəlil Xəlilov əlavə edib. Polkovnik Cəlil Xəlilov son vaxtlar bəzi qazilərin intihara əl atmasına da münasibət bildirib, müəyyən qüvvələrin baş verənlərdən siyasi məqsədlərlə istifadə etmək cəhdini qınayıb: “Biz dünya dövlətlərinin təcrübəsinə nəzər salsaq görərik ki, nə qədər arzuedilməz olsa da, dünyanın müharibə aparan, hərbi əməliyyatlara cəlb edilən bütün dövlətlərdə savaşdan sonra belə hallara rast gəlinir. Yəni dünyanın heç bir ölkəsi, hətta ABŞ, Rusiya kimi böyük dövlətlər də bu cür hallardan sığortalanmayıb. Təbii ki, hər hansı bir qazinin, o cümlədən digər kateqoriyadan olan vətəndaşın intiharı son dərəcə təəssüfedici və ağrılıdır. Belə halların baş verməməsi üçün cəmiyyətin hər fərdi üzərinə düşən məsuliyyəti dərk etməli, bu istiqamətdə əlindən gələni etməlidir. Çünki qazilərə dəstək sadəcə dövlətin deyil, cəmiyyət, fərd olaraq hər birimizin borcudur. Ancaq təəssüflər olsun ki, cəmiyyətdə bəzi qüvvələr bu cür hallardan şəxsi ambisiyalarını təmin etmək, siyasi məqsədlərinə çatmaq üçün istifadə etməyə çalışır, qazilərlə dövlət arasında uçurum yaratmağa cəhd göstərirlər. Lakin onlar başa düşməlidirlər ki, heç bir qüvvə dövlətlə onun qazisi arasında belə bir uçurum yarada bilməyəcək. Çünki dövlət hər birimizin dövlətidir və qazilərimiz də, şəhid ailələri də, müharibə əlilləri də bu günədək olduğu kimi bundan sonra da dövlətimizi dəstəkləməkdə, ona xidmət etməkdə davam edəcəklər”. Cəlil Xəlilov bəzi qazilərin dövlət tərəfindən qayğı və dəstəklə əhatə olunduqları halda belə çoxsaylı iddialarla çıxış etməsinə də münasibət bildirib: “Bəzən elə hallara da rast gəlirik ki, hər hansı bir qazi dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğu təqdirdə belə, yeni-yeni və icrası mümkün olmayan, yaxud qanunla təzad təşkil edən tələblər qoyur, iddialar səsləndirir. Təbii ki, bu cür hallar da təəssüf doğurur. Bu qəbildən olan qazilərimizin məlum davranışları belə fikir yaradır ki, sanki qazilərə dövlət tərəfindən yetərincə qayğı göstərilmir və ya bu qayğının miqyası qeyri-qənaətbəxşdir. Halbuki, dövlətimiz şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə yetərincə qayğı göstərir. Dövlət tərəfindən qayğı ilə əhatə olunduğu halda diqqətsizlikdən şikayətlənən qazilərimiz bunu da anlamalıdırlar ki, onlar tək deyillər. Ölkəmizdə on minlərlə qazi var və qayğı ilə əhatə olunmalarına baxmayaraq, dövlətdən davamlı olaraq nələrsə tələb etmək həm də digər qazilərin haqqına girmək deməkdir. Bu səbəbdən qazilərimiz də bir qədər anlayışlı olmalı, qeyri-qanuni tələblər səsləndirməməlidirlər. Hər bir qazi əmin ola bilər ki, dövlətimiz bundan sonra da onlar üçün əlindən gələni edəcək, şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə maksimum dəstək göstərəcək”.
Read more
Azərbaycan Ağsaqqallar Şurası Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı ilə birgə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda regional konfrans keçirib. Əvvəlcə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov və ağsaqqallar ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Regional konfransda, həmçinin, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini Niyaməddin Qasımov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, o cümlədən Şəmkir, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl, Daşkəsən və Gədəbəy rayonları üzrə Ağsaqqallar Şurasının rəhbərləri və İdarə Heyətinin üzvləri, YAP-ın yerli təşkilatlarının, gənclər və idman idarələrinin nümayəndələri, o cümlədən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon sədrləri, gənclər və media nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları YAP Gəncə şəhər təşkilatının binasında Xəzər Təhsil Mərkəzi tərəfindən təşkil edilən Gəncə şəhərinin qocaman və gənc rəssamlarının ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən əsərlərinə baxış keçiriblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan regional konfransda ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyulunu dövlətimizin tarixində xüsusi bir gün kimi dəyərləndirərək bildirib ki, dahi şəxsiyyət sözün həqiqi mənasında xalqımızın həyatında möhtəşəm dəyişikliyə nail olub, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görüb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir. “Ulu Öndər həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb”- deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, regionun kuratoru Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından salamlayaraq qeyd edib ki, bu gün biz bura ulu öndər Heydər Əliyevin nuruna, işığına yığışmışıq. O, Ümummilli Liderin hakimiyyətə gəldiyi dövrü ölkəmizi tərəqqiyə aparan yolun başlanğıcı kimi xarakterizə edərək, həm sovet dönəmində, həm də müstəqillik illərində sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafında, milli maraqlarımızın təmin olunmasında, eləcə də milli kadrların yetişdirilməsində dahi şəxsiyyətin misilsiz xidmətlərindən, uzaqgörən və düşünülmüş siyasətindən danışıb. Bayram müəllim qeyd edib ki, türk dünyasının böyük oğlu Heydər Əliyev öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılayıb, respublikamızı 1969-1982-ci illərdə inkişaf etmiş qabaqcıl aqrar-sənaye ölkəsinə çevirərək bugünkü müstəqilliyimizin təməlini qoyub. Daha sonra o, Ulu Öndərin layiqli davamçısı, müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən, işğaldan azad edilmiş əzəli və əbədi torpaqlarımızda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərindən, Böyük Qayıdışın tezliklə həyata keçirilməsindən bəhs edib. Azərbaycanın yeni tarixini yaradan dövlət başçısı cənab İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurlu sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsindəki əvəzedilməz rolundan danışıb. Regional konfransda gənclərlə və ağsaqqallarla yanaşı yerli veteranlar təşkilatının sədrlərinin də iştirak etdiyini qeyd edən Bayram Yusifov bu tədbiri iyulun 8-də Azərbaycan Ağsaqqallar Şurasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə birgə keçirdiyi “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu”nun davamı kimi də səciyyələndirib. O vurğulayıb ki, həmin Forumun keçirilməsində əsas məqsəd olan ağsaqqalların və veteranların təmsil olunduğu təşkilatların aktivliyini artırmaq, onlar arasında əməkdaşlığı gücləndirmək, milli maraqlarımızın qorunması və təbliğində gənc nəslin ağsaqqal və veteranların təcrübəsindən, dünyagörüşündən faydalanmasına stimul vermək, dövlət maraqlarımızın müdafiəsində cəmiyyətdəki birlik və bərabərliyin daha da güclənməsinə nail olmaq bugünkü tədbirin də başlıca hədəflərindən biridir. Natiq hazırda cəmiyyətdə baş verən proseslərdə, aktual məsələlərin və problemlərin həllində, o cümlədən gənclərin mənəvi və fiziki cəhətdən sağlam yetişmələri üçün onların maarifləndirlməsində ağsaqqal və veteranlara böyük ehtiyacın olduğunu bildirib. Bayram Yusifov xüsusi olaraq vurğulayıb ki, bu gün hamımız üçün dəyərli və bir o qədər həssas təbəqə olan qazilərlə və şəhid ailələri ilə işi daha səmərəli qurmalı, onlara daha çox diqqət ayırmalı, mənəvi dəstək olmalı, bir sözlə bu sahədə dövlətimizin apardığı siyasətə layiqli töhfə verməliyik. Gəncə şəhər Ağsaqqallar şurasının sədri, professor Nurəddin Məmmədovun moderatorluğu ilə davam edən regional konfransda Azərbaycan Texnologiya Universitetinin dosenti, fəlsəfə doktoru Hüseyn Budaqov “Tarixi dəyişən lider Heydər Əliyev”, Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvü, hüquqşunas Muxtar Əsədov “Heydər Əliyevin kadr siyasəti və dövlət quruculuğu”, YAP Gəncə Şəhər 126 saylı ərazi partiya təşkilatının sədri, “Şans Tibb Mərkəzi”nin baş həkimi Nofəl Qasımov “Azərbaycanda səhiyyə xidmətinin yüksəldilməsi tədbirləri” mövzusunda məruzələrlə çıxış ediblər. Həmçinin Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov, Tovuz Rayon Ağsaqqallar Şurasının sədr müavini Bəhram Pənahov, Göygöl Rayon Veteranlar Təşkilatının sədri Azadxan Haqverdiyev, Samux Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov, Qazax RİH yanında İctimai Şuranın sədri Zakir Nəsibov, Gəncə şəhərinin ictimai fəal gənclərindən Natəvan Məmmədova və başqaları öz çıxışlarında ulu öndər Heydər Əliyevin siyasi müdrikliyinin və uzaqgörənliyinin bəhrələrindən, Ümummilli Liderin əsasını qoyduğu hərtərəfli inkişaf konsepsiyasını uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət müstəvisində davam etdirilməsindən bəhs ediblər. Çıxışçılar, həmçinin, tədbirdə müzakirə edilən bir sıra məsələlərin, xüsusilə də şəhid ailələri və qazilərlə bağlı problemlərin həllində yaxından iştirak etmələrinin vacibliyini vurğulayıblar. Konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonra Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini Niyaməddin Qasımova ictimai asayişin və vətəndaşların hüquqlarının qorunmasındakı səmərəli fəaliyyətinə görə Fəxri fərman, rəsm sərgisində fəal iştirak etdikləri üçün nümayiş edilən əsərlərin müəlliflərinə isə sertifikatlar təqdim olunub. Tədbir çərçivəsində konfrans iştirakçıları Gəncədə Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsinə inşa edilən abidəni də ziyarət edərək önünə gül dəstələri qoyublar, xatirələrini ehtiramla yad ediblər. Regional konfransdan sonra tədbir münasibətilə təşkil olunmuş yemək süfrəsi ətrafında söhbətlər davam etdirilib.
Read more
5 qazi İnsan Resurslarının İdarə Olunması ixtisasına yiyələndi Veteran.gov.az xəbər verir ki, “Araz” supermarketlər şəbəkəsi qazilərlə bağlı nümunəvi addıma imza atıb. Belə ki, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə 5 qazi İnsan Resurslarının İdarə Olunması ixtisasına yiyələnib ki, bu da onların yeni həyata uyğunlaşması, məşğulluq probleminin həlli baxımından mühüm əhəmiyyətə malikdir. “Araz” supermarketlər şəbəkəsinin sosial şəbəkədəki rəsmi hesabında da bu barədə məlumat verilib. Məlumatda deyilir: “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə 5 qazimiz İnsan Resurslarının İdarə Olunması ixtisasına yiyələndi! Fəxr hissi ilə bildiririk ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin iştirakçıları Elnur Ələkbərov, Orxan Batiyev, Şiraz Həsənov, Vüsal Həsənov və Fərid Əlirzayev Böyük Britanyanın Maliyyə Menecerləri Assosiyasiyasının rəhbəri Prins Maykl Kentin şəxsi imzası ilə beynəlxalq sertifikat əldə ediblər. Etika Akademiyası ilə əməkdaşlıq çərçivəsində baş tutan layihədə qazilər 4 ay ərzində İnsan Resurslarının İdarə Olunması ilə yanaşı “İşgüzar etiket”, “Sahibkarlığın inkişafı” təlimlərində də iştirak edərək müvafiq biliklərə yiyələniblər. “Araz” supermarketlər şəbəkəsinin İdarə heyətinin sədri Rəşad İbrahimov qazilərlə görüşərək onlara sertifikatlarını təqdim edib. Səmimi keçən görüşdə qazilərin döyüş yolu, gələcək hədəfləri, müzakirə olunub. Layihənin növbəti mərhələsi olaraq qazilər “Araz” supermarketlər şəbəkəsinin HR komandasında təcrübə proqramı keçəcəklər. Vaxtaşırı sosial layihələrlə gündəmə gələn “Araz” supermarketlər şəbəkəsinin bu layihəni icra etməkdə məqsədi 44 günlük Vətən müharibəsinin ardından qazilərin yeni həyata adaptasiyasına dəstək olmaq, onların yeni vərdişlərə sahib olmalarını stimullaşdırmaqdır. Belə bir layihənin bir parçası olmaqdan qürur duyuruq! Siz harada, “Araz” orada”. Seymur ƏLİYEV
Read more
Xoş missiya "Benilüks Azərbaycanlıları Konqresi" və "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı tərəfindən həyata keçirilib Veteran.gov.az xəbər verir ki, Qurban bayramı münasibətilə 100-dən çox şəhid və qazi ailəsinə bayram sovqatı çatdırılıb. Xoşməramlı tədbir "Benilüks Azərbaycanlıları Konqresi" və "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı tərəfindən həyata keçirilib. Məlumat üçün qeyd edək ki, istər "Benilüks Azərbaycanlıları Konqresi", istərsə də "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı mütəmadi şəkildə şəhid və qazi ailələrinə diqqət göstərməkdə, oxşar layihələr həyata keçirməkdədir. Məlum aksiyalar şəhid və qazi ailələrinə diqqət və qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyət tərəfindən də məmnunluqla qarşılanmaqda, təqdir olunmaqdadır. Seymur ƏLİYEV
Read more
Cəlil Xəlilov: “Bu əməkdaşlıq xalqımızın və dövlətimizin maraqları baxımından son dərəcə əhəmiyyətlidir” Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə iyulun 8-də Beynəlxalq Muğam Mərkəzində “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov saytımıza açıqlamasında məlum Forum və onun əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb: “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” öz miqyas və mahiyyətinə görə mühüm əhəmiyyətə malikdir. Forumda ağsaqqallar və veteranlar arasında birgə əməkdaşlığın genişləndirilməsi, müxtəlif problemlərin həllində veteranların və ağsaqqalların səylərinin birləşdirilməsi qərara alındı ki, bu da milli maraqlarımızın müdafiəsi, dövlət maraqlarımızın qorunması baxımından olduqca önəmlidir. Həmçinin, Forumda bu da qərara alındı ki, bu məqsədlə birgə İşçi Qrupu yaradılsın, görüləcək işlərlə bağlı plan və proqram tərtib edilsin. Paytaxt və rayonlarda birgə tədbirlərin keçirilməsi, ağsaqqallar və veteranlarla gənclər arasında görüşlərin təşkil edilməsi də yaxın gələcəkdə atılması gərəkən addımlar sırasındadır. Hesab edirəm ki, Forum veteranlar və ağsaqqallar arasında əməkdaşlığa mühüm töhfə verəcək. Nəsillər arasında əlaqə bütün dövrlərdə aktual olub. Bu əlaqə nə qədər sıx, nə qədər ardıcıl olursa, qarşıya çıxan problemlər də o qədər azalır, xüsusi ilə ölkə öz gələcəyi baxımından daha etibarlı əllərdə olur, onun inkişafı, tərəqqisi üçün daha geniş imkanlar yaranır. Azərbaycan bu mənada həmişə fərqli bir məkan olub. Xalqımızın adət-ənənələri, keçdiyi tarixi yol Azərbaycanda nəsillər arasında bağlılığın qırılmaz bir proses olmasının sübutudur. Böyüyə hörmət, ağsaqqal-ağbirçək sözündən, öyüdündən nəticə çıxarmaq, gənclərə inam və etibar xalqımızın mentalitetini müəyyənləşdirən başlıca xüsusiyyətlərdən sayılıb. Dünən də, bu gün də belədir. Azərbaycan Silahlı Qüvvələrinin 30 il ermənilərin işğalı altında qalan əzəli dədə-baba torpaqlarımızın iğaldan qurtarılmasının başlıca mənbələrindən biri kimi, bizim gənclərin milli mənəvi dəyərlərimizə sədaqət, vətənpərvərlik ruhunda yetişməsində, öz ata-babalarının döyüş, qələbə yolunu davam etdirmək əzmində görürəm. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əsl sərkərdəlik məharəti ilə vahid yumruğa çevirdiyi yenilməz Azərbaycan Ordusunun düşmənə endirdiyi sarsıdıcı zərbələrdə bu ruh, bu əzm aydın duyulurdu. Azərbaycan əsgərinin qazandığı böyük Zəfərdə, göstərdiyi yüksək qəhrəmanlıqda babalarımızdan, atalarımızdan əxz etdiyi mərdlik, cəsarət, onların döyüş ənənələrindən gələn mənəvi güc vardı. Bu gün veteranlarımızın sıralarında olan İkinci Dünya Müharibəsinin qocaman iştirakçıları da bütün bu dəyərləri öz sələflərindən, imperiyalar, böyük dövlətlər, Cümhuriyyət quran babalarında əxz etmişdilər. Birinci və İkinci Qarabağ müharibəsinin veteranları isə həmin döyüş ruhunu və yenilməzliyi onlardan, alman faşizmini diz çökdürən balarından öyrənmişdilər. 44 günlük Vətən müharibəsi bu həqiqətlərin sübuta yetirildiyi bir müqəddəs savaş, Qarabağın xilası naminə bir mübarizə meydanı oldu. Biz bu bağları bu gün daha da möhkəmləndirməli, hazırda yetişən gəncliyi hər üç nəslin döyüş və qələbə təcrübəsi əsasında tərbiyə etməli, həyata hazırlamalıyıq. Əlbəttə, bu istiqamətdəki fəaliyyətimizdə Azərbaycanın möhtəşəm tarixi Qələbəsi başlıca stimul və ilhamverici təcrübə olmalıdır. Çünki bu qələbə xalqımızın başını ucaltmış, onu məğlub durumdan qalib xalq mövqeyinə yüksəltmiş, özünə inamını bərpa etmişdir. Biz bu gün gənclərin milli-mənəvi dəyərlərimizə, tarixi irsimizə daha sədaqətli, həqiqi vətənpərvər insanlar kimi yetişmələrinə xüsusi əhəmiyyət verməliyik. Çünki hazırda dünyada və bizə yaxın regionlarda baş verən hadisələr, yaşanan ciddi dəyişikliklər bunu daha da aktuallaşdırır. Gizli deyil ki, gənclər yad, nəticə etibarı ilə zərərli təsirlərə daha çox məruz qala, ümumxalq və ümumdövlət mənafelərinə, milli maraqlarımıza zidd olan təbliğata meyl edə bilərlər. Əslində, müxtəlif ideologiyaların gənclər arasında yayılmasında maraqlı olan qüvvələrin məqsədləri eynidir, psixoloji baxımdan ən həssas qruplar arasında özlərinə tərəfdarlar toplamaq, lazım gəldikdə onlardan öz məqsədləri üçün istifadə etmək. Azərbaycan Respublikasının Prezidentinin öz çıxışlarından birində bu məsələyə xüsusi diqqət yetirməsi, gənclərin belə yad, zərərli təsirlərdən mümkün vasitələrlə qorunmasının son dərəcədə vacib olduğunu qeyd etməsi təsadüfi deyildi. Biz cənab Prezidentin bu istiqamətdəki tövsiyələrini öz fəaliyyətimizdə proqram məqsədlər kimi nəzərə almalı, gənclərin öz Vətəninə, xalqına, dövlətinə sədaqətli, sələflərinin yolunu layiqincə davam etdirməyə qadir insanlar kimi yetişməsinə nail olmalıyıq. Biz Təşkilat olaraq veteranların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olmaqla, onların gənc nəsilin vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunması sahəsindəki zəngin təcrübələrinin öyrənilməsinə və yeni şəraitə uyğun tətbiq edilməsinə də xüsusi əhəmiyyət veririk. Gənclərlə sıx və ardıcıl əlaqələrin vacibliyini prioritet iş istiqaməti kimi nəzərdə tutmağımız da məhz dəyişən dünyada onların rolunun və fəaliyyətinin atması ilə bağlıdır. Bu istiqamətdə Təşkilatımız bu gün dövlət orqanları və ictimai təşkilatlarla da daha sıx əlaqəli işləməkdə maraqlıdır. Bunu bizdən həm də müasir dünyanın artan çağırışları tələb edir. Biz nəsildən-nəsilə maddi, mənəvi dəyərlərimizlə yanaşı, doğma Azərbaycanımızı etibarlı müdafiə etmək, onu dinamik inkişaf edən, ildən-ilə qüdrətlənən bir dövlətə çevirmək ənənəsini də ötürməyi və yeni təcrübələrlə zənginlşdirməyi bacarmaıyıq”. Seymur ƏLİYEV
Read moreVeteran.gov.az xəbər verir ki, iyulun 8-də Beynəlxalq Muğam Mərkəzində “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” keçirilib. Forum Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə baş tutub. Forumda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, hər iki təşkilatın rəhbər heyəti, ölkə üzrə bütün filiallarının sədri, digər qeyri-hökumət təşkilatlarının sədrləri, ağsaqqallar və veteranlar iştirak edib. Forumun keçirilməsində əsas məqsəd ağsaqqalların və veteranların təmsil olunduğu QHT-lərin aktivliyini artırmaq, onlar arasıdna əməkdaşlığı gücləndirmək, milli maraqlarımızın qorunması və təbliğində gənc nəslin veteran və ağsaqqalların təcrübəsindən, dünyagörüşündən faydalanmasına stimul vermək, dövlət maraqlarımızın müdafiəsində cəmiyyətdəki birlik və bərabərliyin daha da güclənməsinə nail olmaqdır. Forum Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhdilərimizin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev ağsaqqalların və veteranların cəmiyyətdəki roluna diqqət çəkib, onların təmsil olunduğu QHT-lər arasında əməkdaşlığın genişlənməsinin zəruriliyinə toxunub. Vüsal Quliyev qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də cəmiyyətimizdə ağsaqqal sözünə, ağsaqqal məsləhətinə ehtiyac var: “Ağsaqqallar öz dünyagörüşündən, həyat və mübarizə təcrübəsindən istifadə edərək gənclərə yol göstərməli, onların milli maraqlarımız, Vətənin və xalqın mənafeyinə naminə daha sıx birləşməsini təmin etməlidir. Bunun üçün ağsaqqalların və veteranların təmsil olunduğu QHT-lər arasında əməkdaşlığın güclənməsi, onların ictimaiyyətlə təmaslarının daha da genişlənməsi, bu qurumların gənclərlə daha aktiv iş aparmasına ehtiyac var”. V.Quliyev ağsaqqaların və veteranların təmsil olunduğu QHT-lərin cəmiyyətimizi narahat edən bir sıra problemlərin həllində fəallıq nümayiş etdirməsinin əhəmiyyətinə də toxunub: “Bu gün ölkəmizin müxtəlif bölgələrində məişət zorakılığı, qızların təhsili, erkən nikahlar və s. problemlərlə mübarizədə ağsaqqallarımız və veteranlarımız fəal rol oynamalı, geniş maarifləndirmə və təbliğat işi aparmalıdırlar. Göstərilən məsələlər yerlərdəki təşkilatların fəaliyyətində prioritet olmalıdır”. Şəhid ailələrinə, müahribə əlillərinə və veteranlara dövlət tərəfindən daim qayğı və diqqət göstərildiyini qeyd edən sektor müdiri, bu siyasətin bundan sonra da davam edəcəyini bildirib. Vüsal Quliyev bildirib ki, şəhid ailələri və veteranlarla bağlı əlaqədar qeyri-hökumət təşkilatlarının da öz işini genişləndirməsi, öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurması zəruridir. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev çıxışında Azərbaycan milli mentalitetinə uyğun olaraq ağsaqqalların cəmiyyətdə böyük nüfuza sahib olduğunu xatırladıb, onların veteranlarla birgə fəaliyyətinin önəminə toxunub. Millət vəkili bildirib ki, həm ağsaqqallar, həm də veteranlar gənc nəslin vətənprəvərlik tərbiyəsinin gücləndirilməsi, onların fəaliyyətinin milli maraqlarımız zəminində təşkilində öz rollarını artırmalı, daha mütəşəkkil və koordinasiyalı fəaliyyət ortaya qoymalıdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova cəmiyyətin bütün təbəqlərinin dövlətə, onun Prezidentinə dəstək olmasının vacibliyini bildirib. Fatma Səttarova qeyd edib ki, bu məsələdə həm ağsaqqallar, həm də veteranlar aktiv olmalı, gənclərə yol göstəməli, onlar üçün nümunə olmalıdırlar. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov indiki dönəmdə həm ağsaqqalların, həm də veteranların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Polkovnik qeyd edib ki, dövlətimizə, xalqımıza qarşı müxtəlif təxribatların davam etdiyi bir zamanda həm ağsaqqallar, həm də veteranlar koordinasiyalı fəaliyyət ortaya qoymalı, cəmiyyəti milli maraqlarımızın müdafiəsində səfərbər etməlidir. Cəlil Xəlilov çıxışının sonunda Forumun keçirilməsinə verdiyi dəstəyə görə Beynəlxalq Muğam Mərkəzinə öz təşəkkürünü bildirib. Forumda millət vəkili Eldar İbrahimov, sabiq təhsil naziri Misir Mərdanov, Respublika Veteranlar Təşkilatının Lənkəran rayon Təşkilatının sədri Əlimərdan Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının Nərimanov Rayon Təşkilatının sədr müavini Kamil Babayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Abşeron Rayon Təşkilatının sədri Qabil Qocayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şuşa Şəhər Veteranları Təşkilatının sədri Ağalar Əliyev, Qarabağ qazisi Rey Kərimoğlu və başqaları çıxış edib. Tədbirdə çıxış edən ağsaqqallar və veteranlar Forumun önəminə toxunub, hər zaman olduğu kimi bundan sonra da dövlətə, onun Prezidentinə dəstək verəcəklərini vurğulayıblar. Tədbirin sonunda hərbi vətənpərvərlik mahnılarının sevilən ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı tərəfindən vətənpərvərlik mövzusunda mahnılar ifa edilib.
Read moreZaur Əliyev veteranların müalicə və istirahət şəraiti ilə tanış olub, arzu və təklifləri ilə maraqlanıb Veteran.gov.az xəbər verir ki, iyulun 4-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib, xəstəxananın tibbi heyəti və veteranlarla görüşüb. Görüşdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xəstəxananın tarixi, onun veteranların istirahəti və müalicəsindəki rolu haqqında məlumat verib. Polkovnik qeyd edib ki, Müharibə Veteranlarının Respublika Xəstəxanası bu gün də respublika veteranlarının müalicəsində mühüm rol oynayır, il ərzində yüzlərlə veterana xidmət edir. Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva xəstəxananın ötən il iki mindən çox veterana xidmət etdiyini, hazırda 150 nəfərdən çox veteranın müalicə aldığını bildirib. Gülşən Əliyeva vurğulayıb ki, müəyyən rekontruksiya işləri aparılarsa, o zaman xəstəxananın daha çox veterana xidmət göstərməsi mümkündür. Xəstəxananın korpus və şöbələrini gəzən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev xəstəxanadakı tibbi avadanlıqlar, müalicə otaqları, tibbi personalla tanış olub. Xəstəxanadakı veteranlarla da görüşən Zaur Əliyev onlarla söhbət edib, palatalarda veteranlara yaradılan şəraitlə tanış olub. Zaur Əliyev həmçinin, xəstəxana rəhbərliyinin və veteranların arzu və təklifləri ilə də maraqlanıb, xəstəxananın daha effektiv fəaliyyəti, veteranların müalicə və istirahət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanların dəyərləndiriləcəyini qeyd edib. Görüşdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da iştirak edib. Seymur ƏLİYEV Fotolar müəllifə aiddir
Read more
Veteran.gov.az xəbər verir ki, 2 iyul tarixində “Sağlamlığın Qorunması” ictimai birliyi Gədəbəy rayonunda “İnsan sağlamlığını təhdid edən xəstəliklər barədə maarifləndirmənin keçirilməsi” adlı II konfransını keçirib. Konfrans Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Tədbiri Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev açıq elan edərək “Sağlamlığın Qorunması” İB-nin maarifləndirmək məqsədilə həyata keçirdiyi layihənin aktuallığı barədə söz açıb. “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.ü.f.d. Yazgül Abdıyeva qonaqları və iştirakçıları salamlayaraq, hepatit virusları arasında ən təhlükəli olan hepatit B virusu ilə bağlı məlumat verib və bu cür maarifləndirmə tədbirlərinin hər zaman keçirilməsinin vacibliyini vurğulayıb. Daha sonra “Sağlam bəşəriyyətin təhdidi - Hepatit” adlı video çarx nümayiş etdirilib. Konfransda Dr. Afət Məmmədli tərəfindən “Hepatit B-nin dəqiq təyini üçün laborator diaqnostika”, Dr. Təranə Bağırova tərəfindən“Pediatriyada Hepatit B”, Dr. Akif Həsənov “Hepati B-dən qorunma üsulları”, Hepatit B virusu” mövzuları məruzə edilib. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev tərəfindən Yazgül Abdıyevaya Gədəbəy rayonunda gördüyü işlər, göstərdiyi dəstəyə görə fəxri fərman təqdim edilib. Sonda sual və təkliflər səsləndirildi.
Read more
Dinlə bağlı düşündükdə ilk ağlıma gələn suallardan biri belədir: Din cəmiyyətdən nə istəyir və cəmiyyət dindən nə istəyir? Dini mətnlərə, dinin bu günə kimi olan seyrinə nəzər saldıqda bu sualın cavabı və ya cavabları sadədir. Din qəlizliyi sevmir. Mahiyyətindən uzaqlaşdırıldıqda zərər görür və ya zərər üçün vasitəyə çevrilir. Dinlərə görə dəyişsə də, dinin mahiyyəti Yaradanın varlığı və buyuruqları, yaradılanın səadəti, məsuliyyəti və hüdudları, digər yaradılmışlarla münasibəti və sairdən ibarətdir. Dini radikallığa, fanatizmə, aqressiyaya və s. yönləndirməyin nəticələrini hamı bilir. Bununla yanaşı onu əsas məqsədindən uzaqlaşdırıb sadəcə akademik həyata həbs etmək də dinə kənardan baxış deməkdir. Müasir dövrdə dinin akademik sahəyə yox, bu dövrün özü ilə gətirdiyi fərdi və ictimai problemlərlə mübarizəyə yönəldilməsi zəruridir. Fəzlur Rəhmanın da dediyi kimi əks təqdirdə cəmiyyətlər psixoloji dəstək dərmanlarına getdikcə daha çox ehtiyac duyacaq və bunları ovuc-ovuc içəcəkdir. Əsas hədəfi şəxsiyyət, bəşəri münasibətlər, metafizika və s. olan dini başqa istiqamətlərə çəkmək müasir dövrdə daha da əhəmiyyətsizləşib. Danimarka və Hollandiya kimi kiçik ölkələrin dünya kənd təsərrüfatındakı payı ortada ikən, " Hicri I əsrdə kənd təsərrüfatı" adlı bir araşdırma aparmaq türklər demiş "abesle iştiqal"dan başqa bir şey deyildir. İstehlak tarixi bitən mövzuları "elmi çərçivə"yə salaraq yeni kimi təqdim etməyin istehsalata bir faydası yoxdur.Mehman İsmayılov- Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru
Read more