Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, “Huner Group” şirkətində şəhid övladları ilə görüş keçirilib. Bu barədə “Huner Group”-un sosial şəbəkədəki hesabında məlumat verilib. Məlumatda deyilir: “Huner Group “Hilal kursları” ilə əməkdaşlıq edərək Azərbaycanın ən keyfiyyətli və qabaqcıl təhsil mərkəzlərindən biri olan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə hazırlaşan şəhid və qazi övladlarının 1 illik təhsil xərclərini qarşılayıb. Belə ki, yalnız imtahan əsasında qəbul həyata keçirən TDV Bakı Türk Liseyində təhsil almaq istəyən 15 şəhid və 17 qazi övladı “Hilal kursları”nda hazırlaşaraq yüksək nəticələr əldə etmək üçün çalışırlar. Bu səbəbdən kiçik dostlarımız Huner Group-un baş ofisində bizi ziyarət etməyə gəldilər. Olduqca maraqlı keçən görüşdə qəhrəman Vətən oğullarının övladları ofisimizlə tanış oldular. Ofisin istirahət sahəsində yerləşən kinozalda onlar üçün vətənpərvərlik mövzusunda hazırladığımız sənədli filmi izlədilər, komanda şəklində müxtəlif oyunlar oynadılar. Günün sonunda qonaqlarımıza Huner Group adından xatirə hədiyyələrimizi təqdim etdik. Azad və firəvan gələcəyimiz üçün öz həyatlarını qurban verən şəhid və qazilərimizin ailələri, övladları bizim ən dəyərli sərvətimizdir. Onları daim diqqət mərkəzində saxlayıb dəstək olmaq isə mənəvi borcumuzdur”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilat sədri Fatma Səttarova ilə görüşüb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə, Şuranın Aparat rəhbəri Ramin Həsənli və mətbuat katibi Rafiq Rzayev iştirak ediblər. Görüşdə dövlətimizin veteranlara, həmçinin ağsaqqallara və gənclərə olan diqqətindən, Azərbaycanın uğurlu inkişafından, Qarabağda həyata keçirilən nəhəng quruculuq işlərindən, xalqımızın bugünə qədər olduğu kimi bundan sonra da ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməsinin zəruriliyindən bəhs edilib. Görüşdə veteran və ağsaqqallarımız tərəfindən gənc nəsil arasında dövlətimizə dəstək siyasəti ilə bağlı təbliğat işinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurası arasında əməkdaşlığın genişləndirilməsi, gələcəkdə birgə tədbirlərin həyata keçirilməsi də müzakirə olunan məsələlər sırasında olub. Görüşün sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Fatma Səttarovaya gül dəstəsi və hədiyyə təqdim edərək onu 100 illik yubileyi və “İstiqlal” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.
Hamısını oxu
Masallı Rayon Ağsaqqallar Klubunda rayon icra hakimiyyəti, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Masallı rayon şöbəsi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Azərtac-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev Birinci Qarabağ və Vətən müharibəsi iştirakçılarına, düşmənlə müharibədə öz sağlamlıqlarını itirmiş qazilərə göstərdikləri şücaətə görə minnətdarlığını ifadə edərək onların, o cümlədən şəhid ailələrinin daim dövlətimizin başçısının diqqət mərkəzində olduğunu söyləyib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Masallı rayon təşkilatının sədri, ehtiyatda olan polis polkovnik-leytenantı Məmmədağa Şiriyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon təşkilatının sədri Nahid Rəhimov çıxışlarında Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Masallıdan olan döyüşçülərin qəhrəmanlıqlarından danışıblar. Şəhid çavuş Rafael Hüseynovun atası Teymur Hüseynov, Birinci Qarabağ və Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan kapitan Camaləddin Məmmədov, Vətən müharibəsi iştirakçısı Amil Fərəcov və başqaları çıxış edərək ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Görüşdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlili Vəli Nurullayevə “Vətən naminə” medalı təqdim edilib.
Hamısını oxu
16 fevral 2022-ci il saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Müdafiə Nazirliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Nəsillərin görüşü: Azərbaycan veteranları və vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir keçirilib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində baş tutan tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq, veteranların vətənpərvərlik tərbiyəsindəki rolu, dövlətimizin gənclər siyasəti, Müzəffər Ali Baş Komandanın Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumundakı çıxışından irəli gələn vəzifələrin icrası istiqamətində atılması gərəkən addımlar müzakirə edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edib. Daha sonra Azərbaycan Rerspublikasının Dövlət Himni səslənib, vətən uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Veteran adını, onun müqəddəsliyini qorumalıyıq!” Polkovnik Cəlil Xəlilov dövlətin gənclərə olan diqqət və qayğısından bəhs edib, eyni zamanda gənclər qarşısında dayanan vəzifələrə toxunub: “Hörmətli tədbirlər iştirakçıları! Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib, gənclərin ölkə həyatındakı roluna, eyni zamanda onlar qarşısında dayanan vəzifələrə toxunub. Xatırladım ki, müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin illər sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlərin gəncləri təsir altına salma cəhdləri ilə müşayiət olunurdu. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi. 2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Lakin gənclərin missiyası bununla bitmir. Bu gün Azərbaycan gəncləri işğaldan azad edilən ərazilərdəki böyük quruculuq prosesində aktiv iştirak etməklə yanaşı, Azərbaycanın müstəqilliyinə, dövlətçilik maraqlarına düşmən olan qüvvələrə qarşı da mübarizələrini davam etdirməli, bundan sonra da dövlətçilik maraqlarımızın keşiyində ayıq-sayıq dayanmalıdırlar. Təəssüflər olsun ki, bəzən özünü qazi kimi təqdim edən müəyyən şəxslərin dövlət qurumlarına qarşı qanunsuz tələblər irəli sürməsi, aqressiya sərgiləməsi müşahidə edilir. Hər kəs bilməlidir ki, bütün hüquq və imtiyazlar qanunla tənzimlənir. Əgər hansısa vətəndaşın, yaxud qazinin hüququ pozulubsa, nədənsə narazıdırsa, bunu hüquqi yolla, qanuni şəkildə tənzimləməli, həmin problemi əlaqədar dövlət qurumlarına müraciət edərək həll etməlidir. Biz veteran adını, onun müqəddəsliyini qorumalı, atdığımız hər bir addımda bu ada layiq olmağa çalışmalıyıq”. “44 günlük Vətən müharibəsində Azərbaycan düşmənə qarşı 10 milyonluq ordu ilə savaşdı” Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Əbilov da Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən söz açıb, xalqın müharibədə ordunun yanında yer aldğını, hər vasitə ilə Azərbaycan Silahlı Qüvvələri ilə həmrəylik sərgilədiyini bildirib: “44 günlük Vətən müharibəsində Azərbaycan düşmənə qarşı 10 milyonluq ordu ilə savaşdı. Xalq çətin gündə öz ordusunun, Ali Baş Komandanının yanında oldu, düşmən üzərində zəfərin əldə edilməsi üçün əlindən gələni əsirgəmədi. Məhz xalqın dəstəyi ilə biz düşmənə layiq olduğu dərsi verdik, işğaldakı torpaqlarımızı azad etdik. Azərbaycan dövləti hər zaman veteranlara diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atıb. Bu işlər bu gün də davam edir. Mən buna görə Azərbaycan dövlətinə öz minnətdarlığımı bildirir, gənclərimizi bundan sonra da dövlətimizə dəstək verməyə, onun müstəqilliyinin, təhlükəsizliyinin keşiyində dayanmağa səsləyirəm”. “Müstəqilliyimizi, dövlətçiliyimizi göz bəbəyimiz kimi qorumalıyıq” Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gənclərin 44 günlük Vətən müharibəsində sadəcə ön xətdə deyil, informasiya cəbhəsində də düşmənə qarşı uğurla mübarizə apardığını bildirib: “44 günlük Vətən müharibəsində Azərbaycan ordusu böyk qəhrəmanlıq və fədakarlıq sərgilədi, düşməni qısa zamanda darmadağın edərək dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Xalqımızın, gənclərimiz Azərbaycan ordusunun, onun Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək bu tarixi qələbəyə öz töhfəsini verdi. Bu, Azərbaycanın son 200 illik tarixinin ən böyük qələbəsidir. Bizim hər birimizin müstəqilliyimizi, dövlətçiliyimizi göz bəbəyimiz kimi qorumalı, milli maraqlarımızın keşiyində dayanmalıyıq. Bu, bizim vətəndaşlıq borcumuz, vicdan borcumuzdur. İnanıram ki, gənclərimiz hər zaman olduğu kimi bundan sonra da dövlət maraqlarımızın keşiyində duracaq, dövlətimizi zəiflətməyə, onun imicinə kölgə salmağa cəhd edən qüvvələrə layiqli cavab verəcəklər”. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Vətən müharibəsi qazisi Kənan Kərimli, Elnur İsgəndərov və digərləri çıxış edib. Vətən müharibəsi qaziləri onları maraqlandıran məsələlərlə bağlı təşkilatçılara suallar ünvanlayıb, milli maraqlarımızın keşiyində dayanmaqlarından qürur duyduqlarını bildiriblər. Tədbirin sonunda hərbi-vətənpərvərlik mahnısı ifa edilib, xatirə şəkli çəkilib. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Səbail, Nəsimi, Nizami və Yasamal Rayon Veteranları Təşkilatının nümayəndələri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, gənclər, tələbələr və qazilər iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Bu gün akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin ad günüdür. Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu münasibətlə Arif Paşayevi təbrik edib. Təbrikdə deyilir: “Hörmətli Arif müəllim. Sizi ad gününüz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, hər zaman olduğu kimi bundan sonra da, dəyərli elmi əsərləriniz və ixtiralarınızla ölkəmizdə elmin və təhsilin inkişafına böyük töhfələr verəcək, doğma Azərbaycanımızı beynəlxalq elmi konfranslarda, mötəbər elmi təşkilatlarda uğurla təmsil edəcəksiniz. İftixar hissi ilə qeyd edirik ki, Siz hər zaman zəngin elmi fəaliyyətinizi davam etdirməklə yanaşı, təcrübəli pedaqoq və elmi rəhbər kimi ölkəmizdə yüksək intellektə malik gənc kadrların hazırlanması prosesinə də böyük dəstək vermisiniz, dövlətimizin savadlı, dünyagörüşlü və vətənpərvər milli kadrlarla təmin edilməsində mühüm rol oynamısınız. Sevindiricidir ki, Sizin bu müqəddəs missiyanız bu gün də uğurla davam edir. Sizi bir daha ad gününüz münasibəti ilə təbrik edir, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından ən xoş arzularımızı bildiririk”. Hörmətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Fatma Səttarova və Cəlil Xəlilov
Hamısını oxu
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Şamxal Xasay oğlu Abbasovun doğum günüdür. O, 1995-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Şamxal Abbasov 2013-cü ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında MAXE kimi xidmət edib. Vətən müharibəsində Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. 21 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi mərdlik və igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamxal Abbasov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub. Allah rəhmət eləsin!
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Məmmədov Mirzə Məhəmməd oğlu vəfat edib. Mirzə Məmmədov 1942-1945-ci illərdə Ukrayna, Çeçenistan, Macarıstan, Polşa və Almaniyada gedən döyüşlərdə iştirak edib. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə hərbi komandanlıq tərəfindən çoxlu sayda orden və medalla təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Mirzə Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!
Hamısını oxu
Sabah Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının sabiq rəis müavini, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü general-mayor İsgəndər Allahverdiyevin 75 illik yubileyidir. Məlumat üçün qeyd edək ki, İsgəndər Allahverdiyev 1947-ci il fevralın 11-də Bakıda anadan olub. 1991-ci ilin dekabrın 16-da yaradılan Dövlət Sərhədlərinin Mühafizə Komitəsinin sədri olub. Müstəqil Azərbaycanın Sərhəd Qoşunlarının ilk komandanı olan İsgəndər Allahverdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında çalışıb, peşəkar kadrların hazırlanması prosesində yaxından iştirak edib. İsgəndər Allahverdiyev Sərhəd Qoşunlarının ilk komandanı kimi müstəqil və demokratik dövlətimizin bərpa edildiyi mürəkkəb tarixi şəraitdə bu qoşunların yaradılması üçün böyük əmək sərf etmiş, dövlət sərhədlərinin etibarlı mühafizəsini və təhlükəsizliyini tam təmin edilməsində yüksək peşəkarlıq göstərmişdir. Dövlət və xalq qarşısındakı tarixi xidmətlərinə görə İsgəndər Allahverdiyev Ulu öndər Heydər Əliyev və Prezident Prezident İlham Əliyev tərəfindən müxtəlif orden və medallarla təltif olunmuşdur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu əlamətdar gün münasibəti ilə general İsgəndər Allahverdiyevi təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı arzulayır.
Hamısını oxu
Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun anadan olmasının ildönümüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Qeyri-bərabər döyüşdə o, çox sayda düşmən əsgər və zabitini məhv edib.M.İbrahimov düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub.Həmin gecə - 18 iyun tarixində Azərbaycan giziri səhər saatlarındakı qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı (ölümündən sonra) verilib.
Hamısını oxu
Cəlil Xəlilov: “Artıq bununla bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında yeni proqram və tədbirlər planı hazırlanır” Məlum olduğu kimi, Prezident İlham Əliyev fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxış edib, gəncləri maraqlandıran sualları cavablandırıb. Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Prezidentin məlum çıxışının sadəcə gənclər deyil, eyni zamandan veteran təşkilatları qarşısında yeni tələb və vəzifələr qoyduğunu vurğulayıb: “Prezidentimiz Gənclər Forumundakı çıxışında ölkə gəncliyinə öz təşəkkürünü bildirdi, eyni zamanda onların üzərinə düşən vəzifələri xatırlatdı. Dövlət başçısı qeyd etdi ki, gənclərimiz özlərini inkişaf etdirməklə yanaşı, dövlətə maksimum faydalı olmağa çalışmalı, öz fəaliyyətlərində bu amili daim rəhbər tutmalıdırlar. Ümumiyyətlə, hər bir vətəndaşımız dövlətimizin, onun maraqlarının, milli mənafeyinin qorunmasına diqqət yetirməli, bu məsələdə əlindən gələni əsirgəməməlidir. Bu, bizim vətəndaşlıq borcumuz olmaqla yanaşı, həm də vicdan borcumuz, mənəviyyat borcumuzdur. Dövlət başçısı çıxışında gəncləri sayıq olmağa səslədi, bəzi qüvvələrin gəncləri yoldan çıxartmaq cəhdlərinə diqqət çəkdi. Prezident İlham Əliyev qeyd etdi ki, xaricdən maliyyələşən bəzi qüvvələr ilk baxışdan gözəl, humanist təsir bağışlayan adlar və proqramlar altında gəncləri öz tarixlərinə, dövlətlərinə, dəyərlərinə qarşı qaldırmağa çalışır, bunun üçün maliyyə vəsaitləri ayırırlar. Bu cür cəhdlərin qarşısının alınmasının zəruriliyinə diqqət çəkən dövlət başçısı, qeyd etdi ki, bu cür hallara qarşı mübarizə milli-mənəvi dəyərlərimizi qorumaqla yanaşı, həm də müstəqilliyimizi qorumaq baxımından vacibdir. Onu da qeyd edim ki, Prezident İlham Əliyevin Gənclər Forumundakı çıxışı sadəcə gənclər deyil, həm də veteran təşkilatları, qeyri-hökumət təşkilatları qarşısında mühüm vəzifələr qoyur. Artıq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Prezidentin sözügedən çıxışından irəli gələn tələb və vəzifələrin müəyyənləşdirilməsi, onların icrasının müasir tələblərlə uyğun şəkildə təşkil edilməsi məqsədi ilə yeni proqram və tədbirlər planı hazırlanır. Yeni proqram və tədbirlər planı bizə dövlətimizin gənclərlə bağlı siyasətini daha səmərəli şəkildə dəstəkləməyə imkan verəcək. Dövlətimizi, onun siyasətini dəstəkləmək, milli birlik və bərabərliyimizin keşiyində dayanmaq hamımızın, o cümlədən biz veteranların borcudur və biz bundan sonra da bu borcu vicdan və ləyaqətlə yerinə yetirməyə çalışacağıq”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin işçiləri, şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 03 fevral 2021-cu il tarixdə Bakı şəhəri Suraxanı rayonunda bir qrup Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsinin qaziləri ilə görüş keçiriblər. Tədbirdə Suraxanı VT-nın müavini, Birinci Qarabağ müharibəsinin iştirakçısı Vahid Muxtarov, Hüseyn İsmayılov, 44 günlük Vətən müharibəsi qaziləri Namiq Rufullayev, Nicat ismayılov və digər qazilər iştirak edib. Tədbiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev açdı. Onun təklifi ilə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Adil Haqverdiyev Təşkilatın sədri Fatma Xanım Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb: “Ali Baş Komandan İlham Əiyev dəfələrlə öz çıxışlarında bildirib ki, mən hər zaman şəhid ailələrinin, qazilərin, veteranların yanındayam. İcra orqanlaına daim göstərişlər verirəm ki, onların sağlamlıqlarını, firavan yaşamlarını diqqətdə saxlasınlar. Elə hallar olur ki, bəzi məmurlar onları incidir.Onların incik olmalarından öz məqsədləri üçün müəyyən qara qüvvələr istifadə etməyə çalışırlar. Bunlar yolverilməzdir. Hamımız bir yumruq olub Ali Baş Komandan İlham Əiyevin ətrafında sıx birləşərək ölkəmizi daxili və xarici qara qüvvələrdən qorumalıyıq. Mən çıxışımın sonunda bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Sonra Nəbi Hacıyev çıxış edib, qazilərimizin Vətən müharibəsindəki qəhrəmanlıqalrından söz açıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova ilə görüş keçirilib. Görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva Fatma Səttarovanı 100 illik yubileyi münasibəti ilə təbrik edib, səmimi arzularını çatdırıb. Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilməsini Fatma Səttarovanın dövlətçiliklə bağlı işlərinə verilən yüksək dəyər kimi qiymətləndirib. Gənclər günündə keçirilən görüşü “Nəsillərin görüşü” kimi dəyərləndirən Aygün Əliyeva 100 ilin adamının keçdiyi həyat yolunun və fəaliyyətinin gənclərə əsl nümunə və örnək olduğunu vurğulayıb. Fatma Səttarova Agentlikdə olmasından və bu görüşdən məmnun olduğunu bildirib. Səmimi şəraitdə keçirilən görüşdə Fatma Səttarova onun həyat fəaliyyətinə dövlət qayğısından, Prezident İlham Əliyevlə görüşündən bəhs edib. Sonra Agentliyin əməkdaşlarının suallarını cavablandırıb, onlara öz tövsiyələrini verib. Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyyatda olan polkovnik Cəlil Xəlilov təşkilatın fəaliyyət göstərdiyi uzun illər ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini və bu gün də yüksək fəallığı ilə seçilən aparıcı ictimai qurumlardan biri olduğunu vurğulayıb. Natiq Respublika Veteranlar Təşkilatının hazırda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların dövlətimizə və xalqımıza sədaqət ruhunda yetişmələri istiqamətində ardıcıl və səmərəli fəaliyyətindən, veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərdən, 44 günlük Zəfər müharibəsinin 500 nəfər gənc veterenı artıq təşkilatın üzvü olduğundan, Təşkilatın xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən danışıb. Sonda 100 illik yubileyi münasibəti ilə Fatma Səttarovaya Agentlik tərəfindən xatirə hədiyyəsi təqdim edilib.
Hamısını oxu