Ən son xəbərlər
Cəlil Xəlilov: “Onun ictimai-siyasi fəaliyyəti saysız-hesabsız uğurlarla zəngindir” Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adıçəkilən vəzifəyə təyin olunmasının beşinci ildönümüdür. Xatırladaq ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Mehriban Əliyevanın fəaliyyətinin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini bildirib: “Mehriban Əliyeva veteranların himayədarı, cəmiyyətimizin humanizm simvoludur. Cəmiyyətin bütün həssas təbəqələrini, o cümlədən şəhid ailələrini, veteranları, müharibə əlillərini, aztəminatlı ailələri, bir sözlə dəstəyə, köməyə ehtiyac duyan hər kəsi diqqət mərkəzində saxlayan Mehriban Əliyeva, bu insanların sosial rifahının yüksəlməsi, onları narahat edən problemlərin həlli istiqamətində respublika miqyaslı işlər görüb, mühüm layihələr həyata keçirib. Mehriban xanımın təşəbbüsü ilə bugünə qədər səhhəti ilə bağlı müxtəlif problemlər yaşayan yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən qazi və veteran xarici ölkələrdə əməliyyat olunub, öz sağlamlıqlarına qovuşublar. Birinci vitse-prezident ölkəmizdə çoxlu sayda reabilitasiya mərkəzinin açılmasında, veteranların və şəhid ailələrinin işlə, mənzillə təmin edilməsində, onların övladlarının yüksək səviyyədə təhsil almasında mühüm rol oynayıb. Ölkə ərazisində çoxsaylı məktəblərin, xəstəxanaların inşa edilməsində də Mehriban xanımın xidmətləri əvəzsizdir. Mehriban xanım bu gün işğaldan azad edilən ərazilərimizdə geniş abadlıq-quruculuq işlərində də yaxından iştirak edir, böyük uğurlara imza atır. Şuşanın erməni faşistləri tərəfindən dağıdılan tarixi-mədəni abidələrinin Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyef Fondu tərəfindən yüksək peşəkarlıqla bərpa edilməsi, genişmiqyaslı quruculuq işlərinin aparılması Birinci vitse-prezidentin tarixi xidmətlərindən biridir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Mehriban xanım Əliyevanı Birinci vitse-prezident kimi fəaliyyətə başlamasının beşinci ildönümü ilə bağlı təbrik edir, ona ağır zəhmət və böyük səy tələb edən fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 18 fevral 2022-ci il tarixində Xəzər rayonunda keçirilən tədbirdə iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər rayon Veteranlar Təşkilatının sədri Səxavət Məcnunov, müavini Samir Məmmədov, Birinci və İkinci Qarabağ müharibəsinin qaziləri və veteranları iştirak ediblər. Tədbiri giriş sözüq ilə açan polkovnik Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın toxunulmazlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Adil Haqverdiyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Çıxışında Xocalı faciəsindən danışan Adil Haqverdiyev bildirib ki, mənfur düşmən Birinci Qarabağ müharibəsi dönəmində şəhərlərimizi, qəsəbələrimizi, kəndlərimizi viran qoydu. Onlar nəinki xalqımıza, eyni zamanda dinimizə, tariximizə, mədəniyyətimizə qarşı da ağır cinayətlər törətdilər. Qürurvericidir ki, 44 günlük Vətən müharibəsində xalqımızın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın edərək torpaqlarımızın azadlığını təmin etdi. Adil Haqverdiyev çıxışında son vaxtlar bəzi qüvvələrin qaziləri, veteranları öz tərəfinə çəkmək, onların nüfuzundan şəxsi ambisiyalarını həyata keçirmək, dövlətimizin maraqlarına zərbə vurmaq üçün istifadə etməyə çalışdıqlarını bildirib, qaziləri ayıq-sayıq olmağa, dövlətin və Prezidentin ətrafında sıx birləşməyə çağırıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Kərimov Ağamehdi Kərim oğlu vəfat edib. 1925-ci il təvəllüdlü Ağamehdi Kərimov İkinci Dünya müharibəsi zamanı faşizmə qarşı müxtəlif cəbhələrdə mübarizə aparmış, bir çox yaşayış məntəqələrinin faşist işğalından azad edilməsində aktiv iştirak etmişdir. Ağamehdi Kərimov müharibədə göstərdiyi qəhrəmanlıqlara görə hərbi komandanlıq tərəfindən dəfələrlə təltif olunmuş və mükafatlandırılmışdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Ağamehdi Kərimovun vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Xocalı Soyqırımının 30 illik ildönümü ilə bağlı Niderland Krallığında silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb. Bu barədə Benilüks Azərbaycanlıları Konqresinin sosial şəbəkədəki səhifəsində məlumat verilib. Məlumatda deyilir: “Rotterdam şəhərində yerləşən Life&Changing İncəsənət və Mədəniyyət Mərkəzində Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalıya Ədalət adlı anım tədbiri keçirilmişdir. Tədbir işinə Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra, Xocalı Faciəsinə həsr edilmiş film nümayiş etdirildi. Giriş sözü ilə tədbiri BAK-ın sədri Elsevər Məmmədov açdı. Daha sonra söz Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundova verildi. Xocalı həqiqətlərinin bütün dünyaya yayaraq ədalət istənilməsini vurğulayan cənab səfir, törədilən cinayətlərin hələ də araşdırılmadığını və ədalət istəyimizin cavabsız qalmasını qeyd etdi. Bu haqq işində mübarizənin davam edilməsinin zəruri olduğunu söylədi. Tədbirdə, Ana Vətən təşkilatının sədri Mayisə Ağamirzəyeva da çıxış etdi. Tədbirin kiçik iştirakçılarından olan Sara seyr etdiyi filmdən təsirlənərək öz hisslərini bölüşüb, bir daha müharibənin olmamasını və həmişə sülh və əminamanlığın olmasını arzuladı. Onu qeyd etmək lazımdır ki, tədbirdəki qonaqların əksəriyyəti holland cəmiyyət və təşkilatlarının nümayəndələri olduğundan tədbir əsasən holland dilində keçdi. Döğma dilimizdəki çıxışları holland dilinə tərcümə edən tədbirin aparıcısı, BAK sədrinin müavini Lamiyə Babayeva idi. Rəsmi hissədən sonra, qonaqlar Xocalı Soyqırımının 30 cu il dönümü münasibətilə təşkil edilmiş sərgidə iştirak etdilər. Sərgidə Niderland Krallığında yaşayan tanınmış rəssam Rasim Hüseynovun və onun xanımı Vəfa Rüstəmovanın Azərbaycan xalqının başına gələn müsibətlərdən təsirlənərək yaratdıqları sənət əsərləri və Xocalı Faciəsini əks etdirən foto tabloları nümayiş etdirildi. Qonaqlar, kamança ustası İlham Babayevin ifasında muğam kompozisiyarını dinlədilər. Filmdən və Soyqırım haqda verilən məlumatlardan təsirlənən holland qonaqlar, XX əsrdə törədilən bu cür qeyri insanı hərəkətlərin yol verilməzliyini və xalqımızın başına gətirilən bütün haqsızlıq və bəlalardan təəssüfləndiklərini bildirdilər. Müxtəlif fikirlər və mübadilələrdən sonra tədbir öz işini yekunlaşdırdi”.
Hamısını oxu
Böyük Vətən Müharibəsi zamanı alman faşistlərinə qarşı döyüşə Azərbaycandan 350 mindən artıq insan yola salınıb və böyük əksəriyyəti müharibədən qayıtmayıb. Lakin onların sırasında ağır döyüş yolu keçərək Vətənə qayıtmağı bacaran gəncəli Tofiq Hüseynov bu gün (fevralın19-u-red) 100 yaşını qeyd edir. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 100 yaşlı veteranı ziyarət edib. Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədovun da iştirak etdiyi görüş zamanı Tofiq Hüseynovun keçdiyi döyüş yolundan və bir əsrə bərabər olan həyatından bəhs olunub. Niyazi Bayramov bildirib ki, 100 yaşı olmasına baxmayaraq o, yenə ictimai fəallıqla məşğuldur. Belə ki, Tofiq Hüseynov hazırda Gəncə şəhər Nizami rayon Veteranlar Təşkilatının sədri vəzifəsində çalışır. Şəhər rəhbəri qocaman qəhrəmanı 100 illik münasibətilə təbrik edərək, ona cansağlığı arzulayıb. Tofiq Hüseynov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə edib. O bildirib ki, həyatında ən böyük arzusu Zəfər bayramında iştirak etmək olub. 2020-ci il 8 Noyabr tarixində bu arzusuna çatdığı üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Rəşadətli Ordumuza dərin təşəkkürünü bildirib. Daha sonra Niyazi Bayramov Tofiq Hüseynovu Gəncə şəhərinin ictima-siyasi həyatında səmərəli fəaliyyəti və 100 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib. Bununla yanaşı, veterana Ad günü münasibətilə şəhər rəhbərliyi tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Qeyd edək ki, Hüseynov Tofiq Paşa oğlu 24 fevral 1922-ci il tarixində Gəncə şəhərində anadan olub. 1941-ci ildə 18 yaşı olanda Qori şəhərində hərbi təlimlərə qatılıb, Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayıb. At belində Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərib. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub. Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.
Hamısını oxu
Bugünlərdə İstanbulda idmanın Muay-tay növü üzrə Avropa çempionatı start götürüb. Yarışda Avropanın 37 ölkəsindən 613 idmançı gücünü sınayıb. Ölkəmizi bu yarışda 13 kişi və 1 qadın idmançı təmsil edib. İdmançılarımız 3 qızıl, 1 gümüş, 5 bürünc qazanmaqla ümumi komanda hesabında 5-ci yeri tutublar. Yığma komandanın heyətində qızıl medal qazanan idmaçılarımızdan biri də Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPX Alayının Qərargahının fiziki hazırlıq üzrə baş inspektoru, polis polkovnik-leytenantı Emil Rzayevin qızı Emili Rzayevadır. E.Rzayevanın 14-15 yaş qrupunda 67 kiloqram çəki dərəcəsində ilk görüşünü meydan sahibi türkiyəli Özge Çeliklə olub. Ona inamla qalib gələn idmançımız, növbəti mərhələyə rəqibin texniki məğlubiyyətilə adlayıb. Finalda rusiyalı təmsilçi Tatyana İvanovanı da məğlub edərək Avropa çempionu adını qazanıb. Emilinin atası bildirib ki, DİN rəhbərliyi, eləcə də Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev polis övladı kimi Emili Rzayevanın yarışlara qatılmasını dayimi diqqətində saxlayır. Xatırladaq ki, DİN İdman Cəmiyyətinin yetirməsi E.Rzayeva uşusanda budo üzrə dünya kubokunun qalibi, boks üzrə MDB ölkələr arası və beynəlxalq turnirlərin mükafatçısı, kikboks K-1 versiyası üzrə Avropa 2-cisi, idman ustasıdır. Biz də Avropa çempionu Emili Rzayevaya yeni-yeni uğurlar və bayrağımızı hər zaman zirvələrə qaldırmağı arzulayırıq. Ruslan Vəliyev, polis baş leytenantı
Hamısını oxu
Arzu Nağıyev: “Bu, dövlət başçısının onların qarşısında qoyduğu əsas tapşırıqlardan biridir” “Şəhid ailələrinin, qazilərin sosial problemlərinin həllində Heydər Əliyev Fondu mühüm rol oynayır” Dünən Prezident İlham Əliyev yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edərkən Vətən müharibəsi iştirakçılarının məşğulluq probleminin həllinə diqqət çəkib, dövlət qurumlarının işə qəbul zamanı ilk öncə bu cür şəxslərə üstünlük verməsinin vacibliyini vurğulayıb. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev dövlət başçısının həssas kateqoriyadan olan vətəndaşlarla bağlı bütün məmurlar, o cümlədən icra başçıları qarşısında konkret vəzifələr qoyduğunu, hər kəsin bu vəzifələrin icrasına mühüm diqqət yetirməsinin vacibliyini qeyd edib: “Dövlət başçısı yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edərkən onlara vətəndaşlarla, xüsusilə də həssas təbəqənin nümayəndələri ilə geniş təmas qurmağı tapşırdı. Birmənalı şəkildə müharibə iştirakçılarının, qazilərin, şəhid ailələrinin yanında olmağın vacibliyini vurğuladı. Cənab prezident bu açıqlaması bir daha göstərdi ki, icra başçılarının, məmurların həssas təbəqənin nümayəndələri ilə davamlı ünsiyyət halında olması, onların qayğıları ilə maraqlanması, onlara yardım göstərməsi dövlət başçısı səviyyəsində qarşıya qoyulan bir vəzifədir. Prezidentimizin açıqlamasında dövlətimizin Vətən müharibəsi qazilərinə olan diqqət və qayğısı öz əksini tapmaqdadır. 44 günlük müharibənin qələbə ilə başa çatmasında qazilərimizin rolu danılmazdır. Eyni zamanda, qələbənin əsas meyarı Ali Baş Komandan, onun qətiyyəti, Azərbaycan xalqının fədakarlığı, ordumuzun rəşadəti, insanlarımızın vəhdətidir. Biz şəhidlərimizin qəhrəmanlığı sayəsində bu qələbəni əldə etmişik. Biz bütün bunların sayəsində illərlə arzusunda olduğumuz ərazi bütövlüyümüzə nail olmuşuq. Buna görə də məmurların şəhid ailələri, müharibə əlilləri, qazilərlə mütəmadi təmas qurması, onlara qayğı göstərməsi vacibdir. Qürurvericidir ki, bu istiqamətdə ciddi işlər aparılır. Icra hakimiyyətində bu kateqoriyadan olan vətəndaşlarımızla iş üzrə müvafiq şöbələrin yaradılması, onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm layihələrin həyata keçirilməsi və s. kimi çoxsaylı addımlar buna nümunədir. Bu məsələdə Heydər Əliyev Fondunun xidmətləri də olduqca böyükdür. Şəhid ailələrinin, qazilərin sosial məsələlərlə bağlı problemlərinin həllində Heydər Əliyev Fondu mühüm rol oynayır. Düşünürəm ki, dünənki videomartdakı qəbulda səsləndirilən fikirlər dövlətimizin həssas təbəqədən olan vətəndaşlarımıza nə qədər böyük önəm verdiyini göstərir. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun yerlərdəki müvafiq strukturları icra hakimiyyətləri ilə birlikdə koordinasiyalı fəaliyyət ortaya qoymalıdır. Hər bir qurum öz səlahiyyətləri və imkanları çərçivəsində həssas kateqoriyadan olan vətəndaşlarımızın yanında olmalıdır. Dünən yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edərkən dövlət başçısının verdiyi əsas tapşırıqlar da bundan ibarət idi”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 18 fevral 2022 – ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş “Azərbaycan dili milli - mənəvi sərvətimizdir” adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd milli - mənəvi sərvətimiz olan ana dilimizin qədimliyi , zənginliyi barədə məlumat vermək, bu dildə yazıb yaradan yazıçıların, şairlərin dilə verdiyi diqqəti, qayğını və dəyəri uşaqların nəzərinə çatdırmaqdır. Tədbirdə ana dilinə həsr olunmuş videoçarx nümayiş olunub.Tədbir zamanı “İntellekt - Azərbaycan dili ”,” İntellekt - Rus dili ”, “İntellekt - İngilis dili ” və “Erudit” dərnəklərinin üzvləri şeir kompozisiyaları və səhnəciklərlə çıxış ediblər. Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullaueva mərkəz əməkdaşları və dərnək üzvləri, AMEA Nəsimi adına Dilçilik İnsitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mahmudova Qətibə və AMEA Nəsimi adına Dilçilik İnsitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Tərcümə Mərkəzi, Türkiyə və Şimali Kipr Türk Respublikası üzrə kordinatoru Kəmalə Ələkbərova iştirak ediblər.
Hamısını oxu
“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2022-ci ilin birinci yarımili üçün nəzərdə tutulmuş İş planının 4.2-ci bəndinin icrası məqsədilə cari ilin 15 fevral 2022-ci il tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət Məktəblərinin fortepiano ixtisası və rəsm sənəti üzrə müəllimlərin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbində ustad dərs keçirilmişdir”. Veteran.gov.az xəbər verir ki, bu barədə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sosial şəbəkədəki səhifəsində məlumat verilib. Məlumatda deyilir: “Bildiyimiz kimi, Bədii təhsil sahəsinin inkişafı müasir çağırışlara cavab verən yeni metodların ərsəyə gəlməsi və bilavasitə tətbiqi nəticəsində baş verir. Qeyd edək ki, yeni metodlardan istifadə şagird, həmçinin müəllim kontingenti üçün ən mühüm məsələlərdən biridir. Növbəti “Ustad dərslər” layihəsi fortepiano ixtisası üzrə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva, rəsm sənəti üzrə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının pedaqoqu Aydan Şahbazlı tərəfindən reallaşdırılmışdır. Təşkil edilən ustad dərslərdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət Məktəbi, Qəbələ rayon Uşaq İncəsənət Məktəbi, İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbi, Qobustan rayon Təklə kənd Uşaq Musiqi Məktəbi, Ağsu rayon Uşaq Musiqi Məktəbi, Şamaxı şəhər Uşaq İncəsənət Təhsili Mərkəzinin müəllim və şagird heyəti iştirak etmişlər. Dərs zamanı adları qeyd edilən məktəb şagirdlərinin çəkdiyi rəsmlər, həmçinin dərs proqramları üzərində praktiki göstərişlər edilərək, müəyyən tövsiyələr müəllimlərin diqqətinə çatdırılmışdır. Ustad dərslərin sonunda isə müəllimlər tərəfindən verilən müəyyən suallara aydınlıq gətirilərək fikir mübadiləsi aparılmış, eyni zamanda ustad dərsdə iştirak edən müəllimlər dərsin keçirilməsinə görə təşkilatçılara öz dərin minnətdarlıqlarını bildirmişlər”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Ukraynanın Gənclər və İdman nazirinin müavini ilə görüşüb. Bu barədə Fərid Şahbazlı özünün sosial mediadakı səhifəsində məlumat verib. Məlumatda deyilir: “Bu gün Kiyevdə Ukraynanın Gənclər və İdman nazirinin müavini Marina Popatenko ilə görüşdük. Nazir müavininə Azərbaycandakı uğurlu dövlət gənclər siyasəti modeli haqqında məlumat verdik. Ukraynanın gənclər təşkilatları ilə əməkdaşlıq, ortaq toplantıların keçirilməsi, beynəlxalq platformalarda birgə fəaliyyət haqqında müzakirələr apardıq. İnanırıq ki, Azərbaycan dövlətinin böyük dəstəyi ilə Ukrayna gənclər təşkilatları ilə Bakıda bir araya gələcəyik. Görüşün təşkilinə verdiyi dəstəyə görə, dəyərli dostumuz, Azərbaycanı Ukraynada uğurla təmsil edən jurnalist Mübariz Aslanova təşəkkür edirəm”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Qahirə Universitetinin doktoru, azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirov tariximiz və klassik ədəbi irsimizlə bağlı dəyərli məlumatları üzə çıxarmaqda davam edir. Alimin növbəti uğuru Qahirənin qədim əlyazmalarla zəngin kitabxanalarından biri olan (burada 60 minə yaxın əlyazma saxlanılır) “Misir Kitablar Evi”ndə (Dər əl-Kutub əl-Misriyyə) Xaqani Şirvaninin əlyazmalarını tapması olub. Belə ki, S.Nəsirov şairin divanının “Divan Xaqani” dörd nüsxəsi (üçü tam və dördüncüsü natamamdır) və “Töhfətül İraqeyn” divanının əlyazma nüsxəsini aşkar edib. Tədqiqatçı-alim bildirib ki, Xaqani Şirvani ərəb mənbələrində iki adla təqdim olunur. Birinci variantda Fəzləddin Bədil Əli oğlu əl-Xaqani əl-Şirvaninin hicri tarixi ilə 595–ci (miladi 1199) ildə vəfat etdiyi qeyd edilir. İkinci təqdimatda isə Əfzələddin Əli oğlu İbrahimin həkim Xaqani kimi məşhur olduğu, hicri tarixi ilə 582–ci (miladi 1186) ildə vəfat etdiyi yazılıb. Birinci nüsxə hicri tarixi ilə 1012–ci (miladi 1603) ildə gözəl nəstəliq xətti ilə köçürülüb. Bu əlyazma 369 vərəq və 17 sətirdən ibarətdir. Ikinci nüsxə qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində hicri tarixi ilə 858–ci (miladi 1454) ildə köçürülüb və onun birinci səhifəsi yoxdur. Bu əlyazma isə 322 vərəq və 21 sətirdən ibarətdir. Üçüncü nüsxə də qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində hicri tarixi ilə 1009–cu (miladi 1600) ildə Ümməti Türbəti tərəfindən köçürülüb, 335 vərəq və 20 sətirdən ibarətdir. Hicri tarixi ilə 823–cü (miladi 1420) ilə aid olan dördüncü nüsxə Fürsət Ğərib tərəfindən köçürülüb ki, burada Xaqani ilə yanaşı müxtəlif şairlərin əsərləri də mövcuddur. “Töhfətül İraqeyn” adlanan son nüsxədəki əsərin Xaqani Şirvani tərəfindən hicri tarixi ilə 551-ci (miladi 1156) ildə, ilk Həcc ziyarətində yazdığı qeyd olunur. Bu əlyazma hicri tarixi ilə 1106–cı (miladi 1694) ilin səfər ayında Məhəmməd Əli İzzəddin Əhməd oğlu əl-Şirazi tərəfindən köçürülüb və 12 sətirdən ibarətdir. Qeyd edək ki, S.Nəsirov bundan öncə Nizami Gəncəvinin “Xəmsə”si və İmadəddin Nəsiminin Azərbaycan dilində “Külliyatı”nın əlyazmaları haqqında məlumat verib. O, Misirdə ərəb mənbələrinə istinadla 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın və çoxlu sayda elmi məqalələrin müəllifidir. Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan diasporuna rəhbərlik edən tədqiqatçı-alim, eyni zamanda, dünyanın 50 ölkəsindən olan və Qahirədə təhsil alan mindən çox tələbəyə rəhbərlik edir.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) CDİO Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub. Bununla bağlı rektor Vilayət Vəliyev rəsmi feysbuk səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Azərbaycan Texniki Universiteti (AzTU) iki illik yazışma və müzakirələrin nəticəsi olaraq yeni nəsil mühəndis hazırlığında qabaqcıl ənənələrin daşıyıcısı olan CDİO (Öyrən-Layihələndir-Reallaşdır-İşlət) Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub. Bu münasibətlə kollektivimizi təbrik edir, CDİO üzvü olaraq yeni nəsil mühəndis hazırlığında uğurlar arzulayıram. Massaçusets Texnologiya İnstitutu (MIT) təşəbbüsü ilə yaradılan CDİO ailəsinə 100-dən çox ən qabaqcıl texniki ali məktəb daxildir. AzTU regionda bu şəbəkəyə daxil olan ilk texniki universitetdir. CDİO ailəsinə üzv qəbul olunmaq bizə dünyanın mühəndislik sahəsində zəngin ənənələrə malik universitetlərinin təcrübələrindən yararlanmaq imkanı yaradacaq. Bu, eyni zamanda universitet-sənaye işbirliyinin reallaşması üçün təhsil proqramlarının köklü dəyişdirilməsinə vəsilə olacaq. Çünki bugünkü mühəndislər praktiki bilik-bacarıqları yüksək olan, komandada işləməyi bacaran, yaradıcı mütəxəssislər olmalıdırlar. AzTU ailəsinin bu yolda bütün imkanlarını səfərbər edəcəyinə və yüksək nəticələr qazanacağına inanıram. CDİO ailəsinin üzvü olaraq kollektivimizə uğurlar arzu edirəm!”
Hamısını oxu