Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup nümayəndəsi təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında ulu öndərin məzarını ziyarət edib. Ziyarət əsnasında Heydər Əliyevin məzarının önünə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından əkil və gül dəstələri qoyulub, ümummilli liderin ölümsüz xatirəsi ehtiramla yad edilib.
Hamısını oxu9 dekabr saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq “Heydər Əliyev – hüquqi və demokratik dövlət quruculuğunun banisidir” mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova açıb, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ulu öndərin Azərbaycanın dövlətçilik tarixindəki roluna diqqət çəkib. Polkovnik qeyd edib ki, məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan bir dövlət kimi parçalanmadan xilas olub, öz müstəqilliyini möhkəmləndirib, bütün parametrlər üzrə sürətli inkişaf dövrünə qədəm qoyub. Sədr müavininin çıxışından sonra Ulu öndərə həsr edilən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” filmi nümayiş olunub. Daha sonra Azərbaycan Respublikası “Polisə dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyev, akademik Ziyad Səmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Abduləli Abdullayev, istefada olan general-mayor Vladimir Vasilyeviç Timoşenko, fəlsəfə elmləri doktoru, əmək və I Qarabağ müharibəsi veteranı İmran Əbilov, şöbə müdiri general-mayor Rasim Əliyev, şöbə müdiri Bəhram Zahidov çıxış edərək Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzssiz xidmətlərinə toxunublar. Tədbirdə “Polisə dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyevin ideya müəllifliyi və təşkilatçılığı ilə çap edilən “Heydər Əliyev və Azərbaycanın hüquq-mühafizə orqanları” kitabı da konfrans iştiakçılarına təqdim olunub. Kitabda 1969-2019-cu illərdə hüquq-mühafizə orqanlarındakı islahatlar öz əksini tapıb. Tədbirdə DİN Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenatı Ruslan Vəliyev, müharibə veteranları və ziyalılar iştirak edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Azərbaycan Respublikası Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olan “Gənc Velosipedçilər” İctimai Birliyi “Qalib xalqın sağlam gəncləri” layihəsi çərçivəsində Respublika Velotrekində velosiped idman növü üzrə nəzəri və praktiki təlimlər təşkil edib. Layihənin məqsədi yeniyetmə və gənclər, o cümlədən şəhid və qazi övladları, həmçinin 29 yaşadək qazilər arasında velosiped idmanına marağı artırmaq, bu idman növünün sağlamlıqda rolu və ondan düzgün istifadə qaydalarını təşviq etməkdir. Layihə Biləsuvar, Zaqatala və Bakı şəhərində 150 nəfərə yaxın gəncləri əhatə etmiş, rayonlarda “Gənclərin inkişaf və karyera mərkəzi”nin velosiped bölməsinin işinin fəallaşması və təkmilləşməsi işinə öz töhfəsini vermişdir. Respublika Velotrekində keçirilən son günün seminarında Azərbaycan Velosiped İdmanı Federasiyasının Baş katibi Fərhad Əliyev, Gənclər və İdman nazirliyinin məsul əməkdaşı Elçin Qasımov və Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov iştirak etmişdir. Toplantıda ilk öncə Qarabağ Müharibəsi Şəhidlərinin ruhları 1 dəqiqəlik sükutla yad edilmiş, daha sonra layihə haqqında geniş məlumat verilmişdir. Seminar zamanı "Gənc Velosipedçilər" İctimai Birliyininin sədri Nur Axundova, velobloger Nurlan Qədirli və məşqçi müəllim Elçin Qasımov layihə iştirakçılarına velosiped idmanı haqqında və onun sağlamlıqdakı rolu ilə bağlı məlumat vermiş, ikitəkər nəqliyyat vasitəsinin üzərində nəzəri və praktiki təlimlər keçirilmişdir. Daha sonra müxtəlif çap materialları paylanılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib. Tədbirin sonunda fərqlənən iştirakçılar diplomla təltif edilib.
Hamısını oxu
Azərbaycan Respublikası Milli Məclisinin dekabrın 3-də keçirilmiş iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib. Dəyişikliyə əsasən Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergisindən azad edilib. Bu barədə Azərtac-a müsahibəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, Milli Məclisin dekabrın 3-dəki iclasında müzakirəyə çıxarılan bu dəyişiklik hər şeydən öncə dövlətin şəhid ailələri və qazilərə qayğı və diqqətinin növbəti təzahürüdür: “Bu dəyişiklik Vətən müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsinə, onların sosial müdafiəsinin güclənməsinə xidmət edir. Bir fakta nəzər salım ki, dövlətimiz bugünə qədər şəhid ailələrinin, o cümlədən müharibədə əlil olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı və çoxşaxəli addımlar atıb. Şəhid ailələri 20 adda, müharibədə əlil olan şəxslər 14 adda təminat və sosial qayğı ilə əhatə olunub ki, bu da dövlətimizin bu kateqoriyadan olan şəxslərə hansı miqyasda diqqət göstərdiyini əks etdirir". Polkovnik qeyd edib ki, Qarabağda geniş quruculuq işlərinin həyata keçirildiyi bir zamanda dövlətin şəhid ailələrinə, qazilərə yönəlik sosial layihələri genişləndirməsi, dövlətin vətən müdafiəçilərinə olan münasibətini əks etdirir. Artıq bir ilə yaxındır ki, erməni işğalı nəticəsində viran qalan Qarabağ və ətraf rayonlarda geniş quruculuq işləri həyata keçirilir. Bu işlər böyük maliyyə vəsaiti tələb edir. Lakin buna baxmayaraq dövlətimiz şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin sosial rifahını daha da yaxşılaşdırmaq üçün heç bir fədakarlıqdan çəkinmir, hər bir imkanı Vətən müharibəsi iştirakçılarının xeyrinə maksimum dəyərləndirir. Bu yanaşma Prezident İlham Əliyevin müharibə iştirakçılarına, vətən müdafiəçilərinə nə qədər böyük dəyər verdiyini göstərir”. “Mən Milli Məclisin iclasında müzakirə edilən vergi dəyişikliklərini alqışlayıram. Əminəm ki, bu dəyişiklik şəhid ailələrinin, qazilərin, müharibə əlillərinin sosial rifahını daha da yaxşılaşdıracaq, onların sosial müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirəcək”, - deyə polkovnik vurğulayıb.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, İdrak liseyində "Dünyamın rəng çaları" adlı rəsm sərgisinin açılışı olub. Bu barədə liseyin sosial şəbəkədəki səhifəsində məlumat verilib. Məlumatda deyilir: “İstedadlı şagirdlərimizdən VA sinif şagirdi Eminli Gülnarə , IIIA sinif şagirdi Eminli Züleyxa, IIIA sinif şagirdi İsgəndərli Nuray və IIIA sinif şagirdi Babayeva Fatimənin çəkdiyi rəsmlərlə tanış olan iştirakçılar onların düşüncələrinin rəng dilini seyr etdilər. Lisey rəhbərliyi xüsusi bacarıq və istedadı olan şagirdlərin tanıdılması baxımından keçirilələn sərgilərin əhəmiyyətindən danışaraq, bu ənənənin ilboyu davam etdiriləcəyini vurğuladı. Təqdimatda istedadlarımızın valideynləri iştirak edib öz məmnunluqlarını bildirdilər”. Seymur ƏLİYEV
Hamısını oxu
1992-ci ildə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən məhdudiyyətli insanlar təşkil edir. “Birgə və Sağlam” İctimai Birliyinin autizm spektr pozuntulu üzvlərindən ibarət “Mavi Ürəklər” xor qrupu “Əlilliyi olan insanların Beynəlxalq günü” ilə əlaqədar söz və musiqisi Arzu Səmədqızına aid olan “Eşidin Səsimi” mahnısını təqdim edir. Diqqətinizə çatdıraq ki, mahnını Nuray Eynallı və autizmli şəxslər olan Əlisahib Bayramov, Kənan Məmmədov ilə Ayxan Quluzadə səsləndirib. Bu video ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAlD) və "The Black Sea Trust for Regional Cooperation" qurumlarının maliyyə və təşkilati dəstəyi ilə "Hər Kəs Üçün Bərabər Təhsil Hüquqları" lahiyəsi çərçivəsində hazırlanmışdır.
Hamısını oxu
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri”nin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzindəki mərasimdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak edib. Mədəniyyət və ədəbiyyat günlərinə Azərbaycanın və Özbəkistanın mədəniyyət nazirlikləri, hər iki ölkənin Yazıçılar birlikləri, Azərbaycanın Özbəkistandakı səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Əbu Reyhan Biruni adına Özbəkistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Özbəkistan Dövlət Konservatoriyası dəstək göstərir. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mərasim iştirakçılarını salamlayaraq bildirib ki, dünya ədəbiyyatı tarixinə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Zahirəddin Babur, Əlişir Nəvai və başqa məşhur şairlər verən Azərbaycan və Özbəkistan öz qədim tarixi və mədəniyyəti ilə məşhurdur. O deyib ki, yazıçı və şairlərimizlə bərabər dövlət başçılarımızı da dostluq və qardaşlıq münasibətləri birləşdirir. Belə ki, ulu öndər Heydər Əliyevlə Özbəkistanın sabiq rəhbərləri Şərəf Rəşidov və İslam Kərimovun, Azərbaycanın və Özbəkistanın hazırkı dövlət başçıları İlham Əliyevlə Şavkat Mirziyoyevin dostluğu bir örnəkdir. S.Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı ölkəmizdə “Nizami Gəncəvi ili” elan edildiyini və Özbəkistanda da böyük özbək şairi Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd olunması ilə bağlı prezident Şavkat Mirziyoyev tərəfindən Sərəncam imzalandığını iştirakçıların diqqətinə çatdırdı. Diplomat Nizami Gəncəvi və Əlişir Nəvainin xalqlarımızın fəxri olduğunu və onların yaradıcılığının Türk dünyası poeziyasının zirvəsi olduğunu qeyd edərək, hər iki mütəfəkkirin dünya ədəbiyyatına verdiyi töhfələrdən və “Xəmsə”çilik fəaliyyəti barədə fikirlərini bölüşüb. Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru Baxrom Abduhalimov Azərbaycanla Özbəkistan arasında elm, ədəbiyyat, əlyazmalar sahəsində əməkdaşlıqdan danışıb, Azərbaycan və Özbəkistanın klassik şairlərinin əsərlərinin çap olunması istiqamətində görülən işləri təqdir edib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvinin Özbəkistanda ilk dəfə olaraq çap olunan “Xəmsə”nin ölkənin mədəni həyatında əlamətdar hadisə adlandırıb, digər Azərbaycan klassik şairlərinin əsərlərinin çapının tədqiqatçılar üçün əhəmiyyətinə toxunub. Azərbaycan Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərinə nəzər salaraq onların ədəbiyyatımıza gətirdiyi yeniliklər, poeziyamızın zənginləşməsində xidmətlərindən danışıb. Akademik vurğulayıb ki, Nizaminin “Xəmsə”si olmasaydı, təbii ki, Əlişir Nəvainin də “Xəmsə”si olmayacaqdı. Əl-Fərabi də, Nizami Gəncəvi də, Əlişir Nəvai də türkdür. Əl Fərabi “Xəmsə”ni ərəbcə, Nizami Gəncəvi farsca, Əlişir Nəvai isə türkcə yazıb. Belə müqayisələri çox çəkmək olar deyə Nizami Cəfərov qeyd edib. Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, belə tədbirlərin ölkələrimiz arasında mədəni əlaqələrin dərinləşməsinə təkan verdiyini qeyd edib. Nazirlik rəsmisi Nizami Gəncəvi və Əlişir Nəvai kimi şairlərin Türk dünyasının sərvəti olduğunu və zaman-zaman şairlər, ədiblər, bəstəkarlar bu mütəfəkkirlərin əsərlərindən qidalanaraq yeni-yeni sənət əsərləri yaratdqlarını söyləyib. Azərbaycan Yazıçılar Birliyinin məsləhətçisi, yazıçı-tədqiqatçı Sayman Aruz Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərini müqayisə edib. “Şeyx Nizamini Azərbaycan dövlətinin əsas manifestidir adlandırsaq yanılmarıq. Biz bu gün öz mədəniyyətimizlə, ədəbiyyatımızla fəxr edirik və Nizami Gəncəvi də bu mədəniyyətin əsas nəzəriyyəçisidir-deyib S.Aruz. Özbəkistan Dövlət Mədəniyyət və Sənət Universitetinin rektoru, professor İbrahim Yuldaşev, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Daşkənddəki Nəvai adına Milli Kitabxananın direktoru Umida Keşabayeva və başqaları Nizami Gəncəvi və Əlişir Nəvainin dünya ədəbiyyatı tarixindəki yeri və mövqeyi haqqında danışıblar, bu şairlərin ayrı-ayrı əsərlərini təhlil ediblər. Tədbir çərçivəsində Özbəkistanın ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə Nizami Gəncəvi və Əlişir Nəvaiyə həsr olunmuş şeir kompozisiyası səsləndirilib. Daha sonra Özbəkistanın “Soqdiana” Xalq Çalğı Alətləri Ansamblının iştirakı ilə Nizami Gəncəvi və Əlişir Nəvainin əsərləri əsasında hazırlanan konsert proqramı təqdim olunub. Konsertin bədii rəhbər Özbəkistanın Əməkdar Artisti, professor Firuza Abduraxmanova, dirijor Qahraman Bazarov və ifaçılar Moxiçöhrə Şomuradova, Səncər Kodırov və Qosımcan Nazarov olduğu proqramda Üzeyir Hacıbəyovun “Nizami: Sevgili canan”, “Sənsiz”, “Ey səba”, “Naz nazı”, “Sarı gəlin” və Nizami simfoniyası ifa edilib. İfa tamaşaçıların alqışları ilə qarşılanıb.
Hamısını oxu
Birinci Vətən Müharibəsi Qazisi, Sabirabad rayon Veteranlar Təşkilatının sədri, Faiq İsrafil oğlu Hüseynovun anadan olmasının 50, ictimai fəaliyyətinin 25 illinin tamam olması münasibətilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində yubiley tədbiri keçirilmişdir. Tədbiri rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev açaraq Faiq müəllimi təbrik etmiş və ona rayon gənclər və idaman idarəsinin Fəxri Fərmanını təqdim etmişdir. Sabirabad rayon Mərkəzi Xəstəxansının Direktoru Ənvər Lümanov, Qafqaz Ruhaniləri İdarəsinin Sabirabad nümayəndəsi Ağakərim Sadıqov, YAP Sabirabad rayon Təşkilatının aparat rəhbəri Ağadadaş Həsənov, M.Müşviq adına 4 saylı şəhər orta məktəbinin direktoru Mahir Zahidov və başqaları çıxış edərək yubiliyarı təbrik ediblər. Sonda Faiq Hüseynov çıxış edərək öz minnətdarlığın bildirib. yaztv.az
Hamısını oxu“Bu gün Azərbaycan xalqı böyük qürur və fərəh hissi ilə Laçın rayonunun erməni işğalından azad olunmasının birinci ildönümünü qeyd edir. Hamıya məlum olduğu kimi Laçın rayonu Ermənistanın kapitulyasiya aktını imzalaması nəticəsində Azərbaycana təhvil verilmişdir. Bundan əvvəl isə noyabrın 9-da Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bununla da, Azərbaycan xalqı hərbi-siyasi yolla beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa edib”. Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat açıqlamasında bildirib ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Burada diqqət çəkən əsas məqam bu üç böyük rayonun bir güllə atılmadan, bir şəhid vermədən azad edilməsidir. Azərbaycan Ordusunun hər üç rayonun azad edilməsi ilə bağlı hərbi planları mövcud olub, lakin bu bölgələrin çətin reylefi uğurun daha böyük itkilər hesabına olacağını deməyə əsas verir. Bu haqda cənab Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə əlaqədar xalqa müracətində belə demişdir : “Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın rayonlarının çox çətin relyefi var... Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı”. Ağdam, Kəlbəcər və Laçının itki vermədən azad olunması Azərbaycanın hərbi sahədə olduğu kimi diplomatik sahədə də qazandığı böyük uğurun nəticəsidir. T.Cəfərova qeyd edib ki, Laçın rayonun işğaldan azad olunması olduqca mühüm strateji əhəmiyyət kəsb edir. Bu rayon Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz rolunu oynayır. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Bu nöqteyi-nəzərdən qeyd etməliyik ki, 28 il sonra Laçın rayonunun düşmən işğalından azad olunması mühüm tarixi hadisə idi. Regionun strateji əhəmiyyətini artıran hava limanlarına diqqət çəkən millət vəkili bildirib ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Və işğaldan azad olunmuş digər rayonlarımızda olduğu kimi Laçına da tezliklə həyat qayıdacaq. Tezliklə, Laçın rayonu da Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək. Bir daha Laçın rayonunun işğaldan azad olunması münasibətilə bütün laçınlılar olmaqla, Azərbaycan xalqını təbrik edirəm”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Nərimanov Rayon Gənclər və İdman İdarəsi noyabr ayında görülən işlərin hesabatını təqdim edib. Hesabatda diqqət çəkən ən mühüm məqam 30 gün ərzində 16 tədbir və yarışın keçirilməsi faktıdır ki, bu da nəinki Bakı şəhəri, ümumilikdə bütün ölkə üzrə rekord göstəricidir. Həmin siyahını oxucularımızın diqqətinə çatdırırıq: Nərimanov Rayon Gənclər və İdman İdarəsi 2021-ci ilin noyabr ayında keçirilmiş tədbir və yarışlar (16 tədbir və yarış): 01 noyabr - Vətən Müharibəsi şəhidi, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş Sənan Abdullayevin məzarının ziyarəti, təhsil aldığı 37 saylı tam orta məktəbdə şəhidin adına sinifin açılışı və şahmat turniri; 02 noyabr - Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş Əhədov Mehracın doğum günü münasibəti ilə təhsil aldığı 93 saylı tam orta məktəbdə xatirə tədbiri; 03-09 noyabr - "9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü" münasibəti ilə məktəblilər arasında “Bayrağımız milli mədəniyyətimiz və tariximizdir” mövzusunda rəsm müsabiqəsi; 04 noyabr - “Möhtəşəm qələbəmiz tariximizin zəfər səlnaməsidir” devizi altında tədbir və Vətən Müharibəsi iştirakçılarının təltif olunması; 04 noyabr - Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə məktəblilər arasında rayon turniri; 06 noyabr - “8 noyabr - Zəfər Günü” ərəfəsində rayonun fəal gənclərinin Hərbi Qənimətlər Parkına ekskursiyası; 07 noyabr - “8 noyabr - Zəfər Günü” ərəfəsində rayonun fəal gənclərinin Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə həsr olunan “Zəfər yarmarkası”na ekskursiyası; 11 noyabr - Zəngilan şəhərinin işğaldan azad olunmasının 1 ilinin tamam olması münasibəti ilə məktəblilər arasında keçirilimiş “Zəngilan erməni işğalından azaddır!” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması; 12 noyabr - "9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü" münasibəti ilə məktəblilər arasında “Bayrağımız milli mədəniyyətimiz və tariximizdir” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin təltif edilməsi; 18 noyabr - "Çempionumuz" adlı sosial idman layihəsi çərçivəsində WAKO versiyası üzrə Avropa çempionu Ramal Zeynallı ilə 39 saylı tam orta məktəbin şagirdləri ilə görüş; 24 noyabr - məktəblilər arasında “XƏMSƏ” Milli İntellektual oyunu üzrə Nərimanov rayon turniri; 25 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin açılış mərasimi və ilk təlimi (Azərbaycan Kooperasiya Universiteti); 26 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi və intellektual oyun (Bakı Biznes və Kooperasiya Kolleci); 26 noyabr - Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Samir Sarıyevin xatirəsinə həsr olunmuş gənclər arasında mini futbol turniri və məzarının ziyarət edilməsi; 27 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi (Bakı Avrasiya Universiteti); 30 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi və intellektual oyunu ("Odlar Yurdu" Universiteti).
Hamısını oxu