Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, xalq yazıçısı, ədəbiyyatşünas alim, professor, ictimai xadim Əzizə Cəfərzadənin yaradıcılığının Özbəkistanda təbliği və tanıdılması məqsədi ilə “Aləmdə səsim var mənim” adlı layihəyə start verilib. Azərbaycan ədəbiyyatında mühüm yer tutan, Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələr, görkəmli şəxsiyyətlərin parlaq həyatını öz əsərlərində işıqlandıran görkəmli yazıçı Əzizə Cəfərzadənin 100 illik yubileyi münasibəti ilə tədbirlər keçiriləcəkdir. “Aləmdə səsim var mənim” adlı layihə əsasında Əzizə Cəfərzadə yaradıcılığına dair Özbəkistanda tədqiqat əsərlərinin və yaradıcı məqalələrin hazırlanması, tanınmış yazıçının yaradıcılığına dair Özbəkistanın sayt, qəzet və jurnallarında silsilə məqalələrin dərc edilməsi, habelə Əzizə Cəfərzadəyə dair Wikipedia.org Beynəlxalq Elektron Ensiklopediyasında Özbək dilində xüsusi bölmənin yaradılması nəzərdə tutulub. Bölmədə tanınmış yazıçının həyatı, yaradıcılığı, əsərləri, mükafatları haqqında məlumatlar yer alacaqdır. Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə tarixi əsərlər müəllifi Əzizə Cəfərzadənin “Bakı 1501” romanı Özbək dilinə tərcümə layihəsi həyata keçirilir. Əsər Özbək dilinə tərcüməçi-alim Rüstəm Cabbarov tərəfindən çevrilir. Mədəniyyət Mərkəzi sözügedən əsərin Özbəkistanda nəşrini planlaşdırır. Azərbaycan Mədəniyyət Mərkəzi bu il Daşkənddə görkəmli yazıçı, tarixi əsərlər müəllifi tanınmış ədəbiyyatşünas alim Əzizə Cəfərzadənin yaradıcılığına dair “Aləmdə səsim var mənim” adlı Azərbaycan-Özbəkistan birgə beynəlxalq konfransın da keçirilməsini nəzərdə tutur. Beynəlxalq konfransda hər iki ölkənin, o cümlədən Türk dünyasının tanınmış ədəbiyyat xadimlərinin, yazıçılarının iştirakı nəzərdə tutulur.
Hamısını oxu
“20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub”. Bu sözləri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Millət vəkili bildirib ki, Qanlı 20 yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi M.Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmiş, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə edilmişdir. Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdiyini vurğulayan millət vəkili Tamam Cəfərova qeyd edib ki, 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyan Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndər Heydər Əliyev bu haqqda demişdir: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.” Məhz həqiqətləri dünyaya çatdırmaq məqsədilə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. 1990-cı il yanvar ayının 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Yurdunun azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şan və şərəf günü kimi xatırlanır. Xalq həmin gün üstünə hücum edən qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacarmışdır. Məhz həmin hadisələr sübut etdi ki, xalqımız pozulan hüquqlarının, suverenliyinin, ölkənin ərazi bütövlüyünün bərpa olunması uğrunda savaşmaq əzminə malikdir. 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azadlıq və müstəqillik ideyalarına qarşı uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə apardığı kimi 30 il sonra tarixi torpaqlarımızın düşmən işğalından azad olunması prosesində də eyni birliyi, bərabərliyi nümayiş etdirmişdir. Bununla da, Azərbaycan xalqının Qanlı 20 Yanvar faciəsi ilə başlayan milli kimliyinə qayıdışı, azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruğun” gücü nəticəsində Vətən torpaqlarının işğaldan azad oluması ilə başa çatmışdır. Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki, öz ərazi bütövlüyünü bərpa etməyə, qan yaddaşının revanşını almağa qadir qalib ölkədir. Eyni zamanda əbədi-əzəli Azərbaycan torpaqlarının işğaldan azad olunması Azərbaycan xalqının milli şüurunda yeni mərhələnin başlanğıcı olmuşdur. Artıq hər bir azərbaycanlı qalib dövlətin, xalqın nümayəndəsi kimi bu qüruru yaşayır. Sonda millət vəkili Tamam Cəfərova bildirib ki, Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur. Hər il yanvarın 20-si saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur” . Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur.
Hamısını oxuBu gün Sumqayıtdakı Heydər Əliyev Mərkəzində “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda dəyirmi masa keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbiri adıçəkilən qurumun Sumqayıt Şəhər Təşkilatının sədri Sovet Şükürov açıb. Onun təklifi ilə dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışında dövlətimizin qazilərə, müharibə əlillərinə, şəhid ailələrinə olan diqqətindən bəhs edən Sovet Şükürov, bütün bunların cəmiyyətdə də böyük məmnunluq doğurduğunu qeyd edib. Sumqayıt Şəhər Təşkilatının sədri qeyd edib ki, bu kateqoriyadan olan vətəndaşların qayğılarının diqqət mərkəzində saxlanılması, onların sosial rifahının daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Respublikamızın hər yerində olduğu kimi, Sumqayıtda da bu istiqamətdə mühüm addımların atıldığını bildirən Sovet Şükürov, veteran və qazilərə göstərilən dəstəyə görə dövlət başçısına təşəkkür edib, Sumqayıt Şəhər İcra Hakimiyyətinin xidmətlərinə diqqət çəkib. Bununla yanaşı, son vaxtlar bəzi şəxslərin qazi adından sui-istifadə etdiyini vurğulayan Sovet Şükürov, bu cür halların arzuedilməz olduğunu qeyd edib. Təşkilat sədri qeyd edib ki, öz hüquqlarının təminində hansısa problemlə üzləşən hər bri qazi bununla bağlı əlaqədar dövlət orqanlarına müraciət etməli, onu narahat edən məsələnin qanuni müstəvidə araşdırılmasına nail olmalıdır. Bu məsələdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hər zaman qazilərə dəstək verməyə hazır olduğunu bildirən Sovet Şükürov, şəhid və qazilərin millətin baş tacı olduğunu bildirib. Daha sonra geniş məruzə ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qazilərə, o cümlədən şəhid ailələri və müharibə əlillərinə göstərilən dövlət qayğısına diqqət çəkib: “Ölkəmizdə qazilərə, müharibə əlillərinə, şəhid ailələrinə dövlət tərəfindən yüksək diqqət və qayğının göstərildiyi hamıya məlumdur. Əminliklə söyləmək olar ki, Azərbaycan bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqətə görə dünyanın ən qabaqcıl dövlətidir. Şəhid ailələri və qazilərə olan bu qayğı “Azərbaycan modeli” kimi bir çox dövlətlər tərəfindən öyrənilməkdədir. Lakin qazilərə, şəhid alələrinə qayğı göstərmək sadəcə dövlətin deyil, hər bir vətəndaşın borcudur və sevindiricidir ki, Azərbaycan cəmiyyəti bu baxımdan üzərinə düşən məsuliyyəti lazımınca dərk edir”. Polkovnik qeyd edib ki, bütün müsbət tendensiyalara rəğmən, bəzən mənfi təzahürlərə də rast gəlinir ki, bunlardan da biri bəzi şəxslərin özünü heç bir əsas olmadan qazi kimi təqdim etməsi ilə bağlıdır: “Təəssüflər olsun ki, bəzən heç bir əsas olmadan özünü qazi kimi təqdim edən, müxtəlif dövlət qurumlarına qarşı qanunsuz tələblərlə çıxış edən insanlara da rast gəlinir. Cəmiyyəti aldadan, eyni zamanda dövlətin bu istiqamətdə gördüyü işlərə kölgə salan bu şəxslər belə bir təsəvvür yaratmaq istəyirlər ki, guya onlar qazi olsa da, dövlət diqqətindən kənarda qalıblar. Son vaxtlar qazi adından sui-istifadə edən bir neçə bu cür şəxsin ifşa edilməsi söylədiklərimizə nümunədir. Bu gün cəmiyətdə qaziləri öz ətrafında cəmləmək, onların adından, nüfuzundan şəxsi ambisiyalarını, çirkin məqsədlərini həyata keçirmək üçün istifadə etməyə çalışan qüvvələr mövcuddur. Qazilərimiz bu məsələdə diqqətli olmalı, belə qüvvələrdən uzaqda durmalı, kimlərinsə onlardan istifadə etməsinə imkan verməməlidir. Əgər onlar hansısa problemlə üzləşiblərsə, bunun həlli üçün əlaqədar dövlət qurumlarına müraciət etməli, problemin qanuni şəkildə həlli üçün hüquqi imkanlardan istifadə etməlidir. Bu məsələdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı qazilərimizə hər cür dəstək göstərməyə hazırdır. Əgər hər hansı bir qazi hansısa problemini həll etməkdə çətinliklə üzləşirsə, hansısa məmur tərəfindən süründürməçiliyə məruz qalırsa, o zaman təşkilatımıza müraciət edə bilər.Unutmamamlıyıq ki, irəli sürdüyümüz hər bir tələb, hər bir istək qanuna istinad etməli, qanuni olmalıdır. Bu, həmin tələbin reallaşması üçün ən başlıca amildir. Mən bütün qaziləri, veteranları 44 günlük Vətən müharibəsində olduğu kimi bu gün də Ali Baş Komandanın ətrafında sıx birləşməyə çağırıram. Unutmayaq ki, uğura gedən yolumuz birliyimizdən, həmrəyliyimizdən keçir və bu birliyi qorumaq bizim üçün hər şeydən vacibdir”. Tədbirdə çıxış edən Qarabağ Əlillər Cəmiyyətinin sədr müavini Nəzakət İsmayılova da dövlətin qazi və şəhid ailələrinə diqqətini qeyd etməklə yanaşı, bəzi qazilərin müxtəlif əsassız iddia və tələblərlə çıxış etdiyini bildirib. Nəzakət İsmayılova qeyd edib ki, əsl qazilər və şəhidlər vətəni heç bir təmənna ummadan, heç bir təmənna gözləmədən müdafiə ediblər və bununla da əsl vətən sevgisini nümayiş etdiriblər. Hansısa qanunsuz təklif və təmənna ilə çıxış etməyin qazi adına, qazi statusuna yaraşmadığını bildirən Nəzakət İsmayılova, bu məsələyə hər kəsin həssas və duyarlı yanaşmasının vacibliyini vurğulayıb. Çıxışında şəhidləri dərin ehtiram hissi ilə yad edən Nəzakət İsmayılova qeyd edib ki, xalqın şəhidlərə olan borcu, şəhidlərə olan sevgisi əbədidir və bu sevgi əsrlər sonra da öz paklığını, ülviliyini qoruyub saxlayacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanlar minnətdarlıq hissi ilə xatırlanacaqdır. Tədbirdə çıxış edən əmək veteranları və qazilər də dövlətin onlara olan qayğısını qeyd etməklə yanaşı, qazi adından sui-istifadənin yolverilməz olduğunu bildirib, bu cür hallara qarşı birgə mübarizənin zəruriliyini vurğulayıblar. Tədbirin sonunda xatirə şəkli çəkilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Novruzda Cıdır düzündə 3 tonqal qalayaq! Hər bir xalqın ən gözəl bayramları onun milli kimliyi və cəng, hərb meydanında qazandığı qələbələrlə bağlıdır. Bu baxımdan Azərbaycan xalqının Novruz bayramı kimi, Vətən Müharibəsində qazandığı qələbə ilə tariximizə yazılan Zəfər Günü də bizim qürur duyacaq, fəxrlə nümayiş etdirəcək və coşqu ilə qeyd edəcək bayramlarımızdandır. Qalib, müharibədən üzü ağ çıxmış xalqın nümayəndəsi kimi 30 il işğal altında olan torpaqlara ayaq basmaq, onu salamlayıb, qoxusunu-ətrini ciyərlərimizə doğru var gücümüzlə çəkmək tamam başqa bir hiss, başqa bir duyğudur. İndi üzərində müzəffər duruşumuzu görən vətən də sanki başqa bir şadlıq, başqa bir sevinclə qarşılayır öz oğlunu, öz sahibini. Şuşa Azərbaycan xalqı üçün o qədər müqəddəs şəhərdir ki, hətta orda doğulmayanlar, onu bir dəfə də olsun görməyənlər belə ona aşiq olur, içində, duyğularında ona bağlanır. Bu baxımdan müqəddəs şəhərə getməyi, onun tarix qoxuyan hər daşına əlləri ilə toxunmağı, Cıdır düzünün yamyaşıl çəmənliyində ayaqyalın gəzməyə, məscidində dua etməyə, şairlər, bəstəkarlar, xanəndələr yetişdirən havasından udmağa, İsa bulağında ovcuna doldurduğun suyundan içməyə, tarix yağan əyri-üyrü küçələrini gəzməyə hər bir Azərbaycanlı balası tələsir, istəyir və buna can atır. Bu baxımdan mənim də belə bir arzumun getdikcə alovlanması başa düşüləndir. 2022-ci il girər-girməz bu istəyimin reallaşması üçün addımlar atmağa başladım. Şuşaya səfərlər təşkil edən yetkililərə hətta “feysbuk” (facebook.com) sosial şəbəkəsi vasitəsi ilə səslənməkdən, belə bir arzumu açıq-aşkar ifadə etməkdən belə çəkinmədim. Və çox keçmədi ki, ağlım kəsəndən özünü mənə sevdirən, valeh edən Şuşaya edəcək səfərim reallaşdı. Sevincimin həddi-hüdudu yox idi. Biləndə ki yanvarın 8-i Şuşaya gedəcəm, şadlığımdan səhərə qədər yata bilmədim. Şuşaya yaxınlaşanda dan yeri yenicə sökülürdü. Şəhərin üstünü almış xəfif bulud aram–aram çəkilirdi. Bulud çəkildikcə dağların başı görünürdü. Qəribədir, adama elə gəlir ki, Şuşa ona yaxınlaşan hər azərbaycanlını görəndə üzü gülür, buludlardan yaranan qaşqabağını yığışdırırdı.Bizi müqəddəs şəhərin qayaları qarşıladı. Daşaltıdan buludlara doğru ucalan sıldırım qayalar məğrur, müzəffər igidin şişirtmiş olduğu sinəsini xatırladırdı. Necə də şişirtməsin sinəsini, necə də qürurlanmasın?! Tam da haqqı var. Çünki təkcə ona görə yox ki, 30 ildən sonra işğaldan azad olunub, həm də ona görə ki, azadlığına gedən yol bu qayalardan keçdi. Azərbaycanın mərd, məğrur, qəhrəman oğlanları insan ağlına, insan fantaziyasına qalib gələrək yüngül silahlarla, yəni sadəcə bıçaq və tapancalarla keçilməz olan bu sıldırım qayaları aşıb şəhərə daxil olmağı bacarmışdılar. Düşmən gözləmədiyi yerdən, gözləmədiyi anda qorxmaz igidlərimizi görəndə təəccübünü və çaşqınlığını gizlədə bilməmişdi. Yüngül silahlarla düşmənin arxasına keçən, əlbəyaxa döyüşüb onun silahını ələ keçirən igidlərimiz öz döyüş əzmi, döyüş ruhu ilə qarşı tərəfi tamamilə - həm ruhən, həm də fiziki olaraq məhv etməyi bacarmışdı. Bunu da yalnız və yalnız içində vətən həsrəti olan qəhrəmanlar edə bilərdi. Şəhərə daxil olanda qəhrəman oğullarımızın divarlara yazdıqları yazıları oxumaq zövq verirdi insana. Hər tinində bir igidin imzası, qeydi olan Şuşanın üzünün güldüyü görünürdü. Küçələr təmizlənmiş, böyük quruculuq işlərinin getdiyi hiss olunurdu. Yuxarı Gövhər Ağa məscidinin qarşısında dayanırıq. Müqəddəs şəhərin müqəddəs məkanında tanrıya əl açaraq dövlətimizə, xalqımıza, şəhidlərimizə, qazilərimizə və ümumilikdə vətənizimizin keşiyinə qalxmış bütün igid oğullarımız üçün dualar oxuyuruq. Şuşa, ümumilikdə Qarabağ azərbaycanlılar üçün ona görə müqəddəs torpağa çevrildi ki, onu qorumaq üçün biz minlərlə şəhid verdik. İgidlərimiz, qəhrəmanlarımız öz şirin canlarını vətəninə fəda edərək ölkəmizin bütövlüyünü qorudular. Qoy allah da şəhidlərin, qazilərin, ümumilikdə qəhrəmanlarımızın övladlarına, ailə üzvlərində bu torpaqlarda gözəl günlər keçirməyi nəsib etdin. AMİN.Sonra dadı və ətri ilə məşhur Şuşa çörəyinin bişirildiyi yerə gedirik. Burda bir qeyri-adiliyin olduğunu dərhal hiss edirsən. Sanki şəhər bizi duz-çörəklə qarşılayır. Şəhərə birinci gəlişimi nəzərə alib onunla duz-çörək kəsirik. Buradan birbaşa Bülbülün ev muzeyinə gedirik. Həyətə daxil olan kimi Bülbülün I Qarabağ müharibəsi zamanı Ermənilər tərəfindən üz-ağız nahiyyəsini dağıdılan və Vətən Müharibəsindən sonra yeni qoyulan heykəlləri ilə qarşılaşırıq. Hər iki heykəl yan-yana dayanmışdı. Biri ermənilərin barbarlığını, ikincisi isə Azərbaycanlıların dönməzliyini, vətənindən vaz keçməzliyini simvolizə edirdi. Hər kəsə gün kimi aydındır ki, Şuşa özünün avazı, səsi, xanəndələri ilə tanınıb. Ermənilər Bülbülün heykəlinin ağız nahiyyəsini dağıtmaqla sanki Azərbaycan xalqının səsini boğmaq istəmişlər. İkinci heykəli onun yanında ucaltmaqla bacarmayacaqlarına işarə edildiyi hiss olunur. Qoy düşmənlərimiz, eləcə də hər kəs bilsin. BACARMAYACAQSINIZ!!! Bu xalqı kimsə susdura bilməyəcək. Xalqımızın uca səsi bundan sonra da daimi olaraq Şuşa səmasına bərqərar olacaq. Sonra Vaqifin məqbərəsinə doğru yön alırıq. Məqbərəyə çatanda ümummilli lider Heydər Əliyev tərəfindən bu abidənin açılışı zamanı yağan qarı xatırlayıram. İstər istəməz adamın gözü qar axtarır. Həm günəşi, həm də qarı ilə qonaqlarını qarşılayan məqbərə qələbəmizin rəmzi kimi özünü simvolizə edir. Daha sonra Cıdır düzünə qalxırıq. O məşhur düzə. İgidlərin at minib, bilək tutub güləşdiyi, hünər göstərib ad qazandığı düzə. Cıdır düzünə qalxar-qalxmaz əsən mehin sərinliyini hiss edirsən. Burnuna dəyən vətən qoxusu 30 illik həsrəti sona çatdırır. Barmaqlarını cütləşdirib, əlini alnına söykəyib üzü aşağı tərəf, xanın kəndinə - Xankəndinə doğru boylanırsan. Baxdıqca ürəyində arzular, demək istədiyin sözlər yaranır. Arzum budur bu Novruzda Cıdır düzündə 3 tonqal qalansın. Tüstü dumanı havaya qalxdıqca ətrafa qələbə müjdəsini bir daha çatdırsın. Qoy düşmən görsün ki, Oğuz elinin ocağı gur yanır. Səninlə Novruzda görüşənədək, əziz və müqəddəs şəhər. Seymur Qasımbəyli
Hamısını oxuAzərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, səfirliyin və universitetin nümayəndələri, tələbələr iştirak edib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra hər iki qardaş ölkənin dövlət himnləri səsləndirilib. “İdarəçi rəhbərlərlə tanışlıq” layihəsi çərçivəsində təşkil olunan görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan və Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb. Azərbaycan və Türkiyə münasibətlərinin qardaşlıq və həmrəylik nümunəsi olduğunu bildirən rektor bu birliyin möhkəm təməllər üzərində qurulduğunu diqqətə çatdırıb. Hazırda qardaş ölkələr arasında münasibətlər xalqımızın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarına uyğun inkişaf edir. Rektor qeyd edib ki, iki qardaş ölkə arasında əlaqələrin bugünkü səviyyədə inkişaf etməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri də mühüm rol oynayır. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi bu münasibətlərin daha bir nümunəsi idi. Daha sonra Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı çıxış edib. Səfir qeyd edib ki, qardaş ölkələr arasında münasibətlərin dərin tarixi olduğu üçün, bunu 30 ilə sığışdırmaq olmaz. Diplomat bildirib ki, Türkiyə və Azərbaycanın sevinci də, kədəri də bir olub. İstər Çanaqqala döyüşündə, istərsə də 1918-ci ildə Bakının işğaldan azad olunmasında biz bu birliyin, qardaşlığın şahidi olmuşuq. 44 günlük Vətən müharibəsi zamanı da Türkiyə qardaş Azərbaycanın yanında idi. Cahit Bağçı qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanması qardaş ölkə münasibətlərinin zirvəsi oldu. Tarixi Qars müqaviləsindən 100 il sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığını, birliyini və həmrəyliyini təsdiq edən mühüm sənəddir. Səfir vurğulayıb ki, qardaş ölkələrin tarixi birliyi gələcək nəsillərə miras olaraq qalacaq. Tədbirdən sonra Cahit Bağçı tələbələrin və media nümayəndələrinin suallarını cavablandırıb. Qeyd edək ki, səfirin bu formatda görüşü ilk dəfə məhz AzTU-da təşkil olunub.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri 1990-cı ilin 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibəti ilə Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əkil qoyublar. Tədbir əsnasında veteranlar qarşısında çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Azərbaycan xalqının 1990-cı ilin 20 yanvar tarixində böyük qəhrəmanlıq və fədakarlıq göstərdiyini bildirib, vətəndaşlarımızın öz cəsarətləri ilə ölümə, zorakılığa meydan oxuduğunu vurğulayıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları şəhid məzarlarına gül dəstələri qoyub, şəhidlərimizə ehtiramlarını bildiriblər.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun “Türkiye as a Stabilizing Power in an Age of Turmoil” (Qlobal Xaos Çağında Sabitləşdirici Güc: Türkiyə) adlı yeni kitabı işıq üzü görüb. ABŞ və Böyük Britaniyada fəaliyyət göstərən Academica Press tərəfindən nəşr olunan kitabda qlobal sistemlə bağlı mühüm təsbitlər yer alıb. Qlobal sistemin bir növ xaos yaşadığı günümüzdə Türkiyənin tezisləri, sabitləşdirici və nizam-intizam yaradıcı rolundan bəhs edilib. Türkiyənin son 20 ildə qlobal sistemdə oynadığı rolun və üzləşdiyi çətinliklərin təhlil edildiyi kitab prezident Rəcəb Tayyib Ərdoğanın xarici siyasət baxışının əsas parametrlərini ortaya qoyub. Beynəlxalq sistemin davamlı olaraq böhranlar yaratdığına işarə edilib, sistemin sülh və sabitliyi təmin etməkdən uzaq olduğu ifadə edilib. F.Altun kitabında regional anlaşmazlıqlar, immiqrasiya və gəlir bölgüsündə ədalətsizlik, o cümlədən kibercinayətlər, iqlim dəyişikliyinə bağlı ekoloji fəlakətlər, aclıq və epidemiyalar kimi yeni təhlükələrin də olduğuna diqqət çəkib. O, mövcud beynəlxalq sistemin bu çətinliklərin öhdəsindən gəlmək iqtidarında olmadığını, bütün dövlətlərin öz strategiyalarını tərtib edərkən yeni yanaşmaya ehtiyac duyduğunu vurğulayıb. “Böyük-fövqəlgüc” adlandırıla biləcək ölkələrin mövcud beynəlxalq sistem daxilində öz maraqlarını qoruduğunu bildirən Altun bugünkü beynəlxalq sistemin bütün dünya üçün böyük xərclərə malik olmasına baxmayaraq, böyük güclərin ən çox faydalana biləcəyi şəkildə işlədiyini, qlobal sabitlik və sülh əvəzinə bu güclərin maraqlarının ön planda olduğunu qeyd edib. Kitabında Türkiyənin beynəlxalq sistemdəki roluna da geniş yer verən Fəxrəddin Altun Türkiyənin milyonlarla qaçqına ev sahibliyi etməklə yanaşı, coğrafi baxımdan uzaq yerlərə də yardım əlini uzatdığına diqqət çəkib. O, Türkiyənin bütün aktyorlarla əlaqə yaradaraq regional və qlobal böhranlara həll yolları tapmağa çalışdığını, dünyada bərabərsizliklərə qarşı hər zaman ədaləti müdafiə etdiyini vurğulayıb. Sözügedən kitab Türkiyə ilə yanaşı, ABŞ və İngiltərədə də kitabsevərlərin ixtiyarına verilib. Qeyd edək ki, Fəxrəddin Altunun daha əvvəl “Modernləşmə nəzəriyyəsi: Tənqidi giriş”, “Türkiyədə mətbuat azadlığı”, “Terrorun kökləri və terrorla mübarizə strategiyası”, “15 iyulda media” və “Millətin zəfəri: 15 iyul” adlı kitabları da işıq üzü görüb.
Hamısını oxu
Yanvarın 19-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi Siyəzən rayonunda sahibkarlarla görüş keçirəcək. Veteran.gov.az xəbər verir ki, bu barədə adıçəkilən qurumdan bildirilib. Məlumata görə, “Açıq mikrofon” aksiyası çərçivəsində Siyəzən şəhəri, Cəfər Cabbarlı küçəsi, 23 ünvanında (Siyəzən xidmət sahəsinin qarşısında) baş tutacaq aksiyada sahibkarları maraqlandıran suallar cavablandırılacaq. “Səyyar qəbul otağı” saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Hamısını oxu
Aqil Şirinov: “Baş verənlər həm də dövlətimizin milli-mənəvi dəyərlərə verdiyi önəmi göstərir” İşğaldan azad edilən ərazilərdə erməni vandalları tərəfindən dağıdılan məscidlərin bərpası, eyni zamanda yeni məscidlərin inşa edilməsi dövlətimizin əsas diqqət mərkəzindədir. Təsadüfi deyil ki, dövlət başçısı yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməlinin qoyulduğunu, əsaslı təmir işlərinə start verildiyni bildirdi. Dövlətimiz tərəfindən görülən bu işlər dini-mədəni tariximizin bərpası ilə yanaşı, həm də ümumislam mədəniyyətinə, ümumislam irsinə verilən töhfə hesab edilə bilərmi? Moderator.az-a açıqlama verən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələrin ümumislam mədəniyyəti baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “Cənab prezidentin məlum sözləri Azərbaycan dövlətinin bu sahədə əməli müstəvidə göstərdiyi fəaliyyəti əks etdirir. Şuşada və işğaldan azad edilmiş digər rayonlarımızda məscidlərin bərpası, yeni məscidlərin tikilməsi Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə verdiyi əhəmiyyəti göstərir. Bu, həm də dövlətimizin islami dəyərlərə verdiyi önəmin göstəricisidir. Bütün bunlar isə, təbii ki, yalnız Azərbaycan yox, ümumislam dəyərləri konteksində dəyərləndirilməlidir. Ermənilər işğal dönəmində müsəlman abidələrini – məscidləri, türbələri donuz tövlələrinə çevirmişdi. Onlar bununla belə bir mesaj verirdilər ki, biz islami dəyərlərə hörmət göstərmirik. Azərbaycan dövləti isə bu abidələri yenidən bərpa edir. Hadrutda məscid yox idi. Amma indi Hadrutda da məscid tikilir. Şuşa şəhərindəki qədim məscidlər bərpa olunmaqla yanaşı, yeni məscid də inşa olunacaq. Hansı ki, bu məscidin təməlini cənab prezident qoydu. Yeni məscidlərin inşası, habelə dağıdılan məscidlərin bərpası istiqamətində atılan addımlar dövlətimizin islami dəyərlərə verdiyi önəmi gösrərir və ümumislam mədəniyyəti baxımından mühüm əhəmiyyətə malikdir”. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 14 yanvar 2022-cu il tarixində Bakı şəhəri Binəqədi rayonunda yerləşən 246 saylı tam orta məktəbdə 20 yanvar Ümumxalq matəm gününə həsr edilən tədbir keçirilib. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin baş mütəxəssisi Nəbi Hacıyev, Binəqədi rayon VT-nın sədri Teyyub Həsənov, Təşkilatın üzvü Zakir Əliyev, məktəbin direktoru Nəbi Mahmudov, təlim-tərbiyə işləri üzrə direktor müavini Fatma Əliyeva, şagird və müəllim kollektivi iştirak edib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nəbi Mahmudov aç;b. O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Bundan sonra torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir əsnasında şagirdlərrin hazırladıqları qanlı yanvar gecəsini əks etdirən kompozisyalara baxılıb, şeirlər dinlənilib. Şagirdlərin çıxışlarından sonra söz qonaqlara verildi. Binəqədi rayon VT –nın sədri Teyyub Həsənov, Əmək veteranı Zakir Əliyev çıxış ediblər. Daha sonra söz Təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin baş mütəxəssisi Nəbi Hacıyevə verilib. Nəbi Hacıyev bildirib ki, hər bir xalqın tarixində faciəvi gün və qəhrəmanlıq səhifəsi olur. Lakin çox az-az hallarda bu iki hadisə üst –üstə düşür. Məhz 20 Yanvar belə günlərdən biridir. O, həm Azərbaycan xalqı üçün hüzün günü, həm də qəhramanlıq salnaməsidir: “Azərbaycan xalqı müstəqillik qazandı. Lakin bu müstəqilliyi həzm edə bilməyən qüvvələrin köməkliyi ilə mənfur düşmənimiz 28 il torpaqlarımızı işğalda saxladı. Buna baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin vətənə olan sevgisi, sərkərdəlik qabiliyyəti, xarici və daxili siyasəti nəticəsində dövlətimiz 44 günlük Vətən müharibəsindən qalib çıxdı. Düşmən işğalındakı torpaqlarımız azad edildi. Çıxışımın sonunda bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm”. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Yanvarın 15-də Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu" mövzusunda dəyirmi masa keçirilib. Azərtac xəbər verir ki, ADA Universitetində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunan QHT sədrləri, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən təşkilatların təmsilçiləri iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində verdiyi tövsiyələrinin, ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı fikirlərinin vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb. O, korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət prosesində QHT-lərin əhəmiyyətli rolunu qeyd edib və onların dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyini vurğulayıb. Bildirilib ki, dövlətimizin başçısının ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı tövsiyələri qarşımızda yeni vəzifələr qoyur. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov ölkəmizdə korrupsiyaya qarşı dövlət səviyyəsində mübarizə aparıldığını diqqətə çatdıraraq, bu məsələdə vətəndaşlarla sıx təmasda işləyən QHT-lərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Deyib ki, ictimai nəzarətlə bağlı sosial institutların və ictimai nəzarət mexanizmlərinin yaradılması çox vacibdir. "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, müsahibəsində bir çox mühüm məqamlara toxunan dövlətimizin başçısı korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi ilə bağlı yeni gündəlik təqdim etdi. Ölkəmizdə ictimai nəzarətin hüquqi əsaslarının və institutların mövcud olduğunu diqqətə çatdıran Ə.Nuriyev bu sahədə fəallığın artırılmasının vacibliyini vurğulayıb və ictimai şuraların fəaliyyətinin mərkəzləşməsinin mühüm məsələ olduğunu qeyd edib. Korrupsiyaya qarşı mübarizədə medianın və ictimai nəzarətin xüsusi rolunu vurğulayan "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Qarabağda gedən bərpa və quruculuq işlərində tender məsələsinin nəzarətdə saxlanılmasının vacibliyini bildirib. Digər çıxış edənlər - Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov, “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov, “Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin sədri Samir İsayev, “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə və digərləri korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolunu vurğulayıb, onların fəallıqlarının artırlılmasının vacibliyini qeyd ediblər. Onlar QHT-lərin media ilə əlaqəli işləməsinin və dialoq platformasının yaradılmasının vacibliyini diqqətə çatdırıblar. QHT-lərin korrupsiya ilə mübarizədə fəaliyyətlərinin daha geniş vüsət alması üçün bir sıra təkliflər səsləndirilib. Tədbirin sonunda QHT təmsilçilərinin iştirakı ilə müzakirələr keçirilib, onların fikirləri və təklifləri öyrənilib.
Hamısını oxu
“Yanvar ayının 12-də cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ölkənin xarici və daxili siyasəti, iqtisadi-siyasi vəziyyət barədə ətraflı məlumat verərək bir çox mətləblərə toxundu. Dövlətimizin başçısı Azərbaycanın bütün sektorlarda inkişafın ən yüksək mərhələsinə çatmasını bir daha ictimaiyyətin diqqətinə çatdırdı. Həmçinin Azərbaycanın yüksək iqtisadi inkişaf göstəricilərindən bəhs etdi. Vurğuladı ki, ölkəmizdə iqtisadi artım 5 faizdən çoxdur. Müharibədən çıxmış bir ölkə üçün iqtisadi artım çox vacib məsələlərdən biridir. Bununla bərabər, qeyri-neft iqtisadiyyatımız da 7,2 faiz artıb. Bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün işlər doğru istiqamətdə və plana uyğun gedir. Ölkəmizin ümumi sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənaye istehsalı isə 20 faizə yaxın artıb. Bu cür artım dünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər. Real iqtisadi və sənaye sahələrdə artımlar məhz bu rəqəmlərdə öz əksini tapıb”. Bu sözləri Veteran.gov.az-a açıqlamasında Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini şərh edərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Millət vəkili müsahibədə yer alan postmünaqişə dövrünün reallıqlarından, dünyanın əksər dövlətlərinin bu reallıqları hansı səviyyədə qəbul etmələrindən, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşduğu üçün ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyacın olmamasından, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında dünya güclərinin marağından, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzundan və siyasi çəkisindən, hazırkı dövrdə sülh müqaviləsinin zəruriliyindən əlaqələrindən geniş bəhs edərək əsas diqqəti Avropa İttifaqı-Azərbaycan münasibətlərinə yönəldib. “Cənab Prezidentin müsahibəsində önəmli məqamlardan biri də Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Avropa İttifaqının rolu ilə ilə bağlı məsələdir. Bu rolu müsbət qiymətləndirən Dövlət Başçısı qeyd edb ki, bu günə qədər bəzi ölkələrdən fərqli olaraq, Avropa İttifaqı ədaləti qorumuşdur. ATƏT-n Minsk qrupunun üzvləri olan və vasitəçi kimi birmənalı şəkildə neytrallıqlarını qorumalı olduqları halda, Ermənistan tərəfini tutan Fransa və Amerika Birləşmiş Ştatlarından fərqli olaraq, Avropa İttifaqı belə balansı pozan hadisələrdə olmayıb: “Son Brüssel görüşündə də tam paritet saxlanılıb və bu, deməyə əsas verir ki, onlar iki ölkə arasındakı əlaqələrin normallaşmasında müsbət rol oynaya bilərlər. Bu ola bilər, eyni zamanda, Zəngəzur dəhlizinin fəaliyyəti ilə bağlı, iqtisadi və maliyyə yardımı ilə bağlı, qeyd etdiyim kimi, əgər bu, ədalətli olarsa. Avropa məkanında böyük intellektual potensial mövcuddur, təcrübə mövcuddur və sərhədlərin müəyyən edilməsində onlar öz tövsiyələrini verə bilərlər. Yəni bir çox sahələrdə onlar yardımçı ola bilərlər. Hər halda biz bunu alqışlayırıq”. Tamam Cəfərova deyib ki, Avropa İttifaqı ilə Azərbaycanın gündəliyi onsuz da çox genişdir. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşdır və Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. Bu status artıq 2020-ci ilin son günündə Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə daha da möhkəmlənib. Müsahibədə Cənub Qaz Dəhlizi barədə deyilənlər hazırda regionda marağı olan ölkələr üçün çox önəmli idi. Çünki bu layihənin reallaşması birmənalı şəkildə tarixi hadisədir. Sözügedən nəhəng enerji layihəsini çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan böyük səylər tələb edirdi. Buna görə Azərbaycan bir neçə ölkəni səfərbər edib. Hazırda dünyada, ələlxüsus Avropada qaz böhranı yaşandığını vurğulayan millət vəkili qeyd edib ki, Cənub Qaz Dəhlizinin əhəmiyyətini bəlkə də indi Avropada daha çox görürlər. Müsahibədə beynəlxalq hüququn böhran keçirməsinə toxunan Dövlət Başçısı bildirib ki,” Biz hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edirdik və ümid edirdik ki, bu, bizim məsələmizin həllinə, bizə köməklik göstərəcək. Amma görürük ki, bu, yoxdur, bu, işləmir. Amma buna baxmayaraq, bu gün Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Biz dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcəyik, bu imkanlardan bu gün daha rahat istifadə edəcəyik. Çünki artıq biz Qarabağ problemi kimi ağır yükü çiynimizdən atdıq və hesab edirəm ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq. Çünki de-fakto bu, artıq baş verib və biz bu de-fakto vəziyyətə tam hazırıq, bütün daxili resurslarla hazırıq. Həm mənəvi, həm xalqımızın səfərbərliyi, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımız - biz tam hazırıq, istənilən varianta hazırıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq. Yəni, biz komanda kimiyik. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq”.
Hamısını oxu