Ən son xəbərlər
Bu gün Respublika Veteranlar Təşkilatında bir qrup veteranla görüş keçirilib. Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov görüş əsnasında 44 günlük Vətən müharibəsi və müharibədən sonra regionda yaranan yeni hərbi-siyasi vəziyyətdən danışıb, yeni dönəmdə veteranların üzərinə düşən vəzifələrə diqqət çəkib. Cəlil Xəlilov qeyd edib ki, veteranlar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməli, milli maraqlarımızın müdafiəsində hər zaman olduğu kimi, bundan sonra da fəallıq sərgiləməlidir. Dövlətimizin veteranlara daim diqqət və qayğı göstərdiyini bildirən polkovnik Cəlil Xəlilov, bundan sonra da şəhid ailəlrinin, qazilərin dövlətimizin diqqət mərkəzində olacağı vurğulayıb. Cəlil Xəlilov qeyd edib ki, hazırda Respublika Veteranlar Təşkilatı veteranların malik olduğu hüquq və imtiyazlarla bağlı maarifləndirmə layihəsi üzərində çalışır və yaxın günlərdə bu layihə kitab şəklində ərsəyə gətiriləcək. Tədbirdə veteranları maraqlandıran suallarla bağlı onlara ətraflı məlumat verilib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Cəlil Xəlilov: “Terror ehtimalı ilə bağlı ABŞ Dövlət Departamentinin bəyanatın heç bir real əsası yoxdur” “Ölkəmizdə vətəndaşların təhlükəsizliyi yüksək səviyyədə təmin olunur və bununla bağlı hər hansı problem mövcud deyil”. Bunu veteran.gov.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyəti, xüsusi xidmət orqanlarının sayıqlığı terror ehtimalını heçə endirir: “ABŞ Dövlət Departamentinin Azərbaycanda terror ehtimalının mövcudluğu ilə bağlı verdiyi bəyanat əsassızdır və hər hansı reallığa söykənmir. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin verdiyi bəyanatdan da göründüyü kimi, ictimai rəydə çaşqınlıq doğuran, ölkəmizin imici baxımından arzuedilməz olan bu açıqlama üçün heç bir əsas, real zəmin yoxdur. Azərbaycanda xüsusi xidmət orqanlarının öz işini yüksək səviyyədə qurduğu, dövlətimizin və xalqımızın təhlükəsizliyi üçün risk təşkil edən ən xırda təhlükəni belə zamanında de-şifrə etdiyi və zərərsizləşdirdiyi məlumdur. Təkcə bir falktı qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı belə Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı, hüquq-mühafizə orqanlarımızın peşəkarlığı sayəsində hər hansı terror aktının reallaşmasına imkan verilmədi. Düşmən qüvvələr güc orqanlarımızın formalaşdırdığı təhlükəsizlik səddini yara, öz mənfur əməllərini reallaşdıra bilmədi. Bu gün də Azərbaycan ərazisindəki vətətəndaşların, o cümlədən xarici ölkə vətəndaşlarının təhlükəsizliyi yüksək səviyyədə qorunur. Ölkəmizdə möhkəm sabitlik, etibarlı təhlükəsizlik sistemi mövcuddur. Bu isə o deməkdir ki, istənilən xarici ölkə vətəndaşı ölkəmizə səyahət edə, bu səyahət zamanı özünü doğma vətənindəki qədər rahat və təhlükəsiz hiss edə bilər. Təbii ki, biz təhlükəsizliyimizin etibarlı təminatına görə ilk növbədə ölkə başçısına, onun səyləri və tövsiyyələri əsasında öz peşəkarlığını durmadan artıran hüquq-mühafizə orqanlarımıza minnətdarıq. Hər kəs əmin ola bilər ki, heç bir məkirli qüvvənin bu təhlükəsizliyi pozmasına, ölkəmzidəki sabitliyə xələl gətirməsinə bundan sonra da imkan verilməyəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Cəlil Xəlilov: “Azərbaycana münasibətdə xoş məram sərgiləməyən qüvvələr bu təlimlərdən nəticə çıxarmalıdır” Azərbaycan ordusu mayın 16-dan etibarən hərbi təlimlərə start verib. Saytımıza açıqlamasında sözügedən təlimlərə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu təlimlərin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “Azərbaycan ordusunun start verdiyi və mayın 20-nə qədər davam edəcək təlimlər hər şeydən öncə ordumuzun döyüş hazırlığının qorunub saxlanılması, onun döyüş qabiliyyətinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Çoxsaylı şəxsi heyətin cəlb edildiyi bu təlimlərdə ən müasir hərbi texnika nümunələrinin döyüş şəraitində effektiv tətbiqi, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və s. tapşırıqlar icra edilir ki, bu da zaman-zaman erməni faşizminin terror və təxribatları ilə üzləşən ölkəmizin təhlükəsizliyi baxımından olduqca önəmlidir. Bu cür təlimlər ordunun döyüş hazırlığının qorunub saxlanılması, onun çevikliyinin təmin edilməsi, sayıqlığının artırılması, peşəkarlığının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir”. Polkovnik qeyd edib ki, təlimlərdə müxtəlif qoşun növlərinin iştirakının təmin edilməsi də təqdirəlayiqdir: “44 günlük Vətən müharibəsi təcrübəsi birgə hərbi əməliyyatlar zamanı müxtəlif qoşun növləri arasında əlaqələrin uzlaşdırılması, döyüş tapşırıqlarının ustalıqla əlaqələndirilməsinin nə dərəcədə vacib olduğunu ortaya qoydu. Bildiyiniz kimi, Vətən müharibəsində bütün qoşun növləri iştirak etdi və hərbi komandanlıq bu qoşun növləri arasında uzlaşmanı uğurla təmin etdi. Nəticədə, qısa müddət ərzində düşmən ordusu darmdağın edilərək işğal olunmuş ərazilərdən qovuldu. Ermənistan təslimçi bəyanat imzalamağa məcbur oldu. Odur ki, hərbi təlimlərdə müxtəlif qoşun növlərinin iştirakının həyata keçirilməsi odluqca vacibdir və hərbi baxımdan inkişaf etmiş bütün dövlətlərdə bu məsələyə xüsusi diqət yetirilir”. Cəlil Xəlilov Azərbaycan ordusunun hərbi təlimlərindən düşmənlərin də nəticə çıxarmasının vacib olduğunu qeyd edib: “Təbii ki, Azərbaycan sülhpərvər dövlətdir və onun keçirdiyi hərbi təlimlər hər hansı dövlətə qarşı yönəlməyib. Lakin bununla belə, Azərbaycana münasibətdə səmimiyyət nümayiş etdirməyən, ona xoş məramla yanaşmayan, dövlətimizlə terror və təxribat dili ilə danışmaq istəyən qüvvələr bu təlimlərdən nəticə çıxarmalıdır. 2020-ci ilin 10 noyabr bəyanatından sonra Ermənistandakı bəzi revanşist qüvvələr təxribat xarakterli çağırışlar səsləndirməkdədir. Ordumuzun keçirdiyi hərbi təlimlər hər şeydən öncə bu cür gülünc və təxrbatçı bəyanatlara layiqli cavabdır. Bu gün Ermənisatnda revanş fikrinə düşənlər, Azərbaycana qarşı qisas əməliyyatına çağırış edənlər 44 günlük müharibədə Ermənistan ordusunun rüsvayçı məğlubiyyətini yada salmalı, bundan nəticə çıxarmağa çalışmalıdır. Onlar unutmamalıdırlar ki, yeni bir təxribat Ermənistan üçün daha faciəvi nəticələrə səbəb olacaq və tarixi Azərbaycan torpaqlarında forlaşdırılan Ermənistan tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq”. Seymur ƏLİYEV
Hamısını oxu
Bu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova yazıçı-jurnalist Ruhulla Zahidovla görüşüb. Görüş əsnasında son vaxtlar çap edilən kitablarını, o cümlədən “Gəncə Vətən Müharibəsində” kitabını Fatma Səttarovaya təqdim edən yazıçı, hazırda üzərində işlədiyi yeni əsərlər haqqında da məlumat verib. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun da iştirak etdiyi görüşdə xalqımızın həm İkinci Dünya Müharibəsi, həm də Qarabağ müharibəsində sərgilədiyi fədakarlıq və qəhrəmanlıqdan bəhs edilib, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əldə etdiyi qələbəyə, bu qalibiyyətin hərbi, iqtisadi, siyasi sahədəki nəticələrinə diqqət çəkilib. Görüşün sonunda Ruhulla Zahidov Böyük Vətən Müharibəsi ilə bağlı araşdırmalarına, vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Respublika Veteranlar Təşkilatının xüsusi mükafatı ilə təltif edilib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Mayın 14-də Sabirabad rayonunun Nərimankənd kəndində Şəhidlərin Xatirə Kompleksinin açılışı olub. Tədbridə çıxış edən Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov şəhidlərin əziz xatirəsinin heç zaman unudulmayacağını, onların daim minnətdarlıq hissi ilə yad ediləcəyini bildirib. Daha sonra çıxış edən 44 günlük Vətən müharibəsinin şəhid baş leytenantı Mətləb Cəfərovun həyat yoldaşı Vüsalə xanım, kompleksin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib, bu cür addımların şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olmaqla yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da mühüm önəm kəsb etdiyini qeyd edib. Tədbirdə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, o cümlədən rayon ziyalıları iştirak edib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Mayın 15-də şəhid Muradov Elxan Murad oğlunun Sabirabad rayonu Əhmədabad kənd qəbiristanında məzarı ziyarət olunub. Şəhidin doğum günündə reallaşan ziyarətdə Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, YAP-ın rayon təşkilatının sədri, kənd icra nümayəndəsi, rayonun axundu, şəhidin döyüş yoldaşları, müəllimləri və s. iştirak edib. Əslən Axıska türkü olan Elxan Muradovun məzarı önündə çıxış edənlər şəhidlərimizə olan sevgi və ehtiramın xalqımızın qəlbində sonsuza qədər yaşayacağını bildirib, onların gənclərimizə, gələcək nəsillərə örnək olduğunu vurğulayıb. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” Sərhəd Dəstəsinin xidməti ərazisində, Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənar, qanunsuz keçmək cəhdinin qarşısı alınmışdır. Sərhədpozucuları DSX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açmış və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olmuşlar. Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Təşkilatın Rəyasət Heyəti adından dövlət sərhədlərimizin təhlükəsizliyini təmin edərkən hərbçilərimizin həyatlarını itirməsindən dərin təəssüf və narahatlıq hissi keçirdiyini bildirmiş, onların ailə üzvlərinə və yaxınlarına, o cümlədən Dövlət Sərhəd Xidmətinin komandanlığına dərin hüzünlə başsağlığı vermişdir. Allah rəhmət eləsin!
Hamısını oxu
Rusiya Federasiyası üzrə Azərbaycan diasporunun nəşr etdirdiyi Böyük Vətən Müharibəsinin 75 illiyinə həsr olunmuş “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı kitabın Tatarıstanda təbliğat və tanıtımı davam edir. Belə ki, Tatarıstanın Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin sədri Ramiz Məmmədovun təşkilatçılığı ilə “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı Kazan kitabxanalarına təqdim edilib. Xatırladaq ki, “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı ötən il Kursk şəhərində çapdan çıxıb. Kitabın nəşrində məqsəd Rusiyada diaspor sahəsində çalışan soydaşlarımız üçün mühüm vəsait hazırlamaqdır. Nəşrdə Azərbaycan milli diviziyasınin ön və arxa cəbhədəki qəhrəmanlıqlarından və müharibəyə vermiş olduğu əvəzsiz töhfəsindən bəhs edilir. Kitabın təşəbbüskarı və müəlliflərindən biri də Rusiyanın Kursk şəhərində yerləşən Cənub-Qərb Universitetinin dosenti, ictimai xadim Qasım Kərimovdur. Digər müəllif isə Azərbaycan tarixçisi, tarix elmləri doktoru Vəfa Quliyevadır. Kitabda, həmçinin Azərbaycanda müharibə veteranlarına göstərilən diqqət barədə ətraflı məlumat verilir. Qeyd edək ki, kitabda Ramiz Məmmədovun atası, Böyük Vətən müharibəsi iştirakçısı Mustafa Yusif oğlu Məmmədov haqqında da məlumat yer alıb. Rusiyada yaşayan bir çox soydaşlarımız, o cümlədən Lenonoqarskda “Birlik” Azərbaycan diasporunun rəhbəri Ramiz Məmmədov kitabın nəşrinə təşkilati və maddi yardım göstərib. Həmçinin, Tatarıstan Azərbaycanlıları Regional İctimaı Birliyinin sədri Bəhram Mustafayev Kazanda kitabın təqdimatının xərclərini öz üzərinə götürüb. Tatarıstan Respublikasının Milli Kitabxanasında kitabın təqdimatı olub. Milli Kitabxananın direktor müavini Liliya Zalyalova kitabxana fonduna kitabı qəbul edib. Liliya Zalyalova bu kitaba görə Azərbaycan diasporuna öz təşəkkürünü bildirib: “Artıq hər hansı bir Tatarıstan sakini və ya qonaq kitabla tanış ola bilər”, deyə o əlavə edib. Kitabın ideya müəllifi Qasım Kərimov təqdimata gələ bilməsə də, telefon bağlantısı ilə öz sevincini bölüşüb: “Nəşrdə bir sıra mühüm və mötəbər mənbələrdən istifadə olunub. Burada həm Sovet İttifaqının qəhrəmanları, bu müharibənin iştirakçıları haqqında, həm də arxa cəbhədə Azərbaycanda görülən işlər haqqında ətraflı məlumat verilir. Qələbənin təmin edilməsində mühüm rol oynamış neftçilərimiz, alimlərimiz, kənd təsərrüfatı işçiləri, tibb işçiləri və s haqqında qeyd olunub. “Cəbhə üçün hər şey, qələbə üçün hər şey” prinsipi ilə gecə-gündüz işləyənlərin intensiv fəallığı, nailiyyətləri barədə ətraflı məlumat var, konkret misallarla oxuculara çatdırılır. Bundan başqa, kitabda bəzi ölkələrdə tarixi saxtalaşdıraraq faşizmi təbliğ edən, bunun qəbuledilməz olduğunu iddia edən mənfur insanlardan bəhs edilir”. Həmçinin, kitabla Tatarıstan Respublikasının Mərkəzi Kitabxanasında da tanış olmaq mümkündür. Orada da təqdimat və kitab təqdim olundu. Azərbaycan diasporunun nümayəndələri kitabxanalara Leninoqorskda keçirmək istədikləri “Dostluq körpüsü” aksiyasında iştirak etməyi təklif ediblər. Kitabın təqdimatı və təqdim edilməsi Tatarıstanda Azərbaycan diasporunun birgə layihələrinin və aksiyalarının başlanğıcıdır. Ramiz Məmmədovun təşkilatçılığı ilə Leninoqorskda Azərbaycan xalqının və Tatarıstanın mədəni mübadiləsinə həsr olunmuş “Dostluq körpüsü” aksiyasının həyata keçirilməsi planlaşdırılır.
Hamısını oxu
Cəlil Xəlilov: “Bu festival mədəniyyət paytaxtımızda reallaşan ilk mədəni tədbirdir” “Xarıbülbül” festivalı 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən böyük qələbəmizin mədəni müstəvidəki təntənəsidir”. Bunu saytımıza açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik qeyd edib ki, bu, mədəniyyət paytaxtında həyata keçirilən ilk mədəni tədbirdir: “Hələ bir neçə ay bundan öncə ölkə başçısı Şuşada “Xarıbülbül” festivalının keçirilməsi ilə bağlı bəyanat vermiş, bu ənənənin bərpa edilməsinin vacibliyini vurğulamışdı. Sevindircidir ki, artıq Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu festival baş tutub və sabah da davam edəcək. Doğrudur, Şuşa işğaldan azad ediləndən sonra Cıdır düzündə konsert təşkil edilmişdi. Lakin bu festival Şuşanın mədəniyyət paytaxtı statusunu almasından sonra keçirilən ilk mədəni tədbirdir. Bildiyiniz kimi, hələ sovet dönəmində - ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi vaxtlarda Şuşada musiqi festivalı təşkil edilir, bu festival sözün həqiqi mənasında böyük musiqi bayramına çevrilirdi. Lakin 1992-ci ildə Ermənistan ordusu tərəfindən Şuşanın işğal edilməsi ilə bu cür festivalların da keçirilməsi mümkünsüz hala gəldi. 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan ordusu işğaldakı bütün torpaqları, o cümədən Şuşanı düşməndən azad etdi. Bununla da Şuşada musiqi festivallarının bərpası üçün ilkin zəmin yaranmış oldu. Bu gün “Xarıbülbül” festivalının keçirilməsi ilə bu tarixi ənənə bərpa edildi. Təbii ki, Şuşada “Xarıbülbül” festivalının keçirilməsi həm prezident İlham Əliyevin, həm də Heydər Əliyev Fondunun Azərbaycan xalqı qarşısındakı çoxsdaylı tarixi xidmətlərindən biridir. Hansı ki, təxminən 30 illik fasilənin ardınca mədəniyyyət payatxtımızda belə bir festivalın keçirilməsi xalqımız tərəfindən illər, əsrlər sonra da sevinc, qürur və minntədarlıq hissi ilə yad ediləcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Səmyar Abdullayev: “Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixinin ən qüdrətli nümayəndəsidir” Bu gün Azərbaycan xalqının ümummili lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür. Veteran.org.az xəbər verir ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev Moderator.az-a müsahibəsində ulu öndərin Azərbaycan tarixindəki yeri və rolu ilə bağlı maraqlı fikirlər səsləndirib: -Səmyar bəy, bu gün ulu öndərin anadan olmasının 98-ci ildönümüdür. Ümummili liderin Azərbaycan dövlətçiliyi baxımından tarixi rolunu qısaca necə dəyərləndirərdiniz? -Birmənalı şəkildə qeyd edilməlidir ki, ümummili lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, onun banisidir. Bu tarixi reallığı daha yaxşı dərk etmək üçün ötən əsrin 90-cı illərinin əvvəlinə nəzər salmaq kifayətdir. Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, bu müstəqillik olduqca kövrək idi. Bir tərəfdən ölkəmizə qarşı həyata keçirilən erməni işğalı, digər tərəfdən daxili pərkəndəlik və ciddi qarşıdurma fonunda Azərbaycanın vəziyyəti kifayət qədər ümidsiz görünürdü. Məhz belə bir zamanda xalq Heydər Əliyevə müraciət edərək onu Bakıya dəvət etdi. Çünki xalq başa düşürdü ki, belə mürəkkəb və ağır vəziyyətdən onu yalnız Heydər Əliyev çıxara bilər. Məhz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ilə Azərbaycanda daxili qarşıdurmanın, vətəndaş müharibəsi təhlkəsinin qarşısı alındı. Ölkə daxilində vətəndaş həmrəyliyini, sabitlik və təhlükəsizliyi təmin edən Heydər Əliyev Ermənistanla atəşkəs sazişinin imzalanmasına, bununla da Azərbaycanın toparlanması, öz potensialını yenidən qiymətləndirməsi, əlavə güc yığmasına şərait yaratdı. Bütün bunlar Azərbaycan dövlətçiliyinin xilası baxımından atılan mühüm addımlar idi. -Heyər Əliyevin ordu quruculuğu siyasəti ilə bağlı ən mühüm məqamlar nədən ibarətdir? -Əminliklə demək olar ki, Azərbaycanda nizami ordu quruculuğu prosesinin əsasını məhz ümummili lider qoyub. Əslində 90-cı illərin əvvəllərində Qarabağ və ətraf rayonların itirilməsinin başlıca səbəbi ölkəmizdə vahid komandanlıqdan idarə edilən nizami ordunun olmaması idi. Həmin vaxt Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizə yalnız özünümüdafiə batalyonları, müxtəlif şəxslər tərəfindən idarə edilən ayrı-ayrı silahlı birləşmələr tərəfindən aparılırdı ki, bu mübarizə lazımi səmərə vermirdi. Lakin Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün qanunsuz silahlı birləşmələri ləğv etdi. Özünümüdafiə batalyonları ləğv edildi və bütün bunların əsasında vahid nizami ordu formalaşdırıldı. Ordunun maddi-texniki təchizatının təmin edilməsi, döyüş hazırlığının yüksəldilməsi, onun müasir texnika ilə təmin edilməsi istiqamətində konkret addımlar atıldı. Heydər Əliyev qısa zamanda məhdud imkanlar çərçivəsində nizami ordu formalaşdıra bildi. Bununla da torpaqlarımızın daha etibarlı müdafiəsi təmin olundu. -Ümummili liderin iqtisadi siyasətini necə dəyərləndirirsiniz? -İqtisadi siyasət Heydər Əliyevin bütün siyasi hakimiyyəti dönəmində diqqət mərkəzində saxladğı başlıca məsələlərdən biri olub. Çünki Heydər Əliyev yaxşı başa düşürdü ki, güclü dövlət güclü iqtisadiyyat tələb edir. Yalnız güclü iqtisadiyyat yaratmaqla güclü dövlət formalaşdırmaq, onun digər müstəvilərdəki maraqlarını qorumaq mümkündür. Məzh bu səbəbdən də iqtisadi sahədə böyük islahatlar həyata keçirən Heydər Əliyev, özəl sektorun inkişafı, müasir istehsalar sahələrinin yaradılması, o cümlədən sovet dönəmindən qalan istehsalat müəssisələrinin fəaliyyətinin yenidən bərpa edilməsi istiqamətində ciddi addımlar atdı. Lakin Heydər Əliyevin Azərnbaycan iqtisadiyyatı qarşısındakı ən böyük xidməti, heç şübhəsiz “Əsrin müqaviləsi”nin imzalanması oldu. Dünyanın aparıcı neft şirkətləri ilə imzalanan bu müqavilə sadəcə Azərbaycanın iqtisadi inkişafına təkan vermədi. Bu müqavilə həm də ölkəmizin siyasi müstəqilliyini möhkəmləndirdi, maddi təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. “Əsrin müqaviləsi” mahiyyət etibari ilə dövlətimizin həyatında yeni bi səhifə açdı. -Səmyar bəy, Heydər Əliyevin ən böyük arzusu işğaldakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi idi. Hansı ki, onun bu arzusu prezident İlham Əliyev tərəfindən gerçəkləşdirildi. Sizcə Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əldə etdiyi bu zəfəri ulu öndəin ad gününə ən qiymətli hədiyyə hesab etmək mümkündürmü? -Şübhəsiz! Erməni işğalı altındakı torpaqlarımızın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünü təmin olunması Heydər Əliyevin ən böyük arzusu idi. Heydər Əliyev bütün beynəlxalq konfranslarda Ermənistanın işğalçılıq siyasətinə, hərbi cinayətlərinə diqqət çəkir, beynəlxalq təşkilatları, dünyanın aparıcı dövlətlərini işğalçıya təzyiq göstərməyə çağırırdı. Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, Ermənistanın işğal siyasəti bütün regionda sülhə və təhlükəsizliyə ən böyük təhdiddir. Ancaq məlum olduğu kimi, beynəlxalq təşkilatların, iri dövlətlərin ikili siyasəti səbəbi ilə o zaman işğal edilən torpaqları azad etmək mümkün olmadı. Heydər Əliyevin başlatdığı bu tarixi missiya möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən başa çatdırıldı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu işğalçını darmadağın edərək ərazi bütövlüyümüzü təmin etdi. Ermənistan 10 noyabr 2020-ci il tarixində hərbi kapitulyasiyaya bərabər təslimçilik sazişini imzalama məcbur oldu. Bununla da 30 illik problem öz həllini tapdı, Azərbaycan erməni işğalına son qoydu. Mən bu məsələ ilə bağlı bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda vahid nizami ordu quruculuğunun əsasını məhz Heydər Əliyeb qoyub. Hələ sovet dönəmində Azərbaycanda hərbi liseyin açılmasına, minlərlə azərbaycanlının keçmiş SSRİ-nin müxtəlif hərbi məktəblərində təhsil almasına, milli hərbi kadrların hazırlanmasına nail olan Heydər Əliyev, bununla müstəqil Azərbaycan ordusu üçün ciddi baza formalaşdırmış oldu. Hansı ki, sonrakı dönəmlərdə prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən ordu qurucluğu siyasəti nəticə etibari ilə 8 noyabr Zəfər Gününə gətirib çıxardı. Əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi zəfərə nail oldu. Bu isə o deməkdir ki, 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən Böyük Zəfərdə Heydər Əliyevin də böyük payı var və biz buna görə də ulu öndərə hər zaman minnətdar olacağıq. Seymur ƏLİYEV
Hamısını oxu
Nəsib Məhəməliyev: “Ulu öndər sübut etdi ki, faşizm üzərində qələbəni bayram etmək xalqımızın haqqıdır və bu haqqı heç kim onun əlindən ala bilməz” “Biz faşizm üzərində qələbənin əldə edilməsində mühüm rol oynamış xalqıq” Mayın 10-nu ümummili lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür. Millət vəkili Nəsib Məhəməliyevlə söhbətimizdə Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki roluna nəzər salmağa çalışdıq. -Nəsib müəllim, qarşıdan ümummilli liderin anadan olmasının 98-ci ildönümü gəlir. Necə hesab edirsiniz, ordumuzun 44 günlük müharibədə əldə etdiyi böyük zəfəri ulun öndərin ad gününə ən böyük hədiyyə hesab etmək mümkündürmü? -Şübhəsiz. Bugünkü güclü Azərbaycan ordusunun əsası məhz Heydər Əliyev tərəfindən qoyulub. Ötən əsrin 70-ci illərində, Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, milli zabit kadrlarının hazırlanması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Vətən müharibəsində özünü döyüş meydanında təsdiq etmiş nizami ordunun komandir heyətinin əksıriyyəti həmin litseyin məzunlarıdır. Ulu öndərin ordu, Silahlı Qüvvələrlə bağlı çıxışlarını təhlil edəndə görürük ki, Heydər Əliyev bugünkü günləri görürmüş. Ümummilli lider bugünkü günlərə hazırlığın təməlini hələ o vaxt qoyub. Ulu öndər bilirdi ki, güclü orduya nail olmaq üçün hər şeydən öncə güclü iqtisadiyyat lazımdır. Güclü iqtisadiyyat güclü ordu deməkdir. Odur ki, Heydər Əliyev Azərbaycanda güclü iqtisadiyyatın formalaşması üçün ciddi və sistemli fəaliyyət göstərdi. Bu baxımdan, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun işğalçı Ermənistan üzərindəki bu tarixi zəfəri ulu öndərin ruhuna ən qiymətli hədiyyə hesab etmək olar. -Azərbaycanda güclü, nizami ordu quruculuğu prosesinin əsasının məhz Heydər Əliyev tərəfindən qoyulduğunu vurğuladınız. Bu baxımdan söyləmək olarmı ki, 44 günlük Vətən müharibəsində əldə edilən zəfərdə ən çox pay sahibi olan şəxslərdən biri, bəlkə də birincisi elə ulu öndərdir? -Təbii. Bunu ilk növbədə ona görə demək mümkündür ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin siyasi kursu Heydər Əliyev kursunun davamıdır. Cənab prezuident həm daxili, həm də xarici siyasətdə Heydər Əliyev prinsiplərini əsas götürür. Bunlar praktikada özünü təsdiqləmiş, doğrultmuş prinsiplərdir. Buna görə də bu qələbədə Heydər Əliyevin böyük pay sahibi olduğu birmənalıdır. -Abadlıq, qurucluq Heydər Əliyevin bütün siyasi fəaliyyətində mühüm yer tutan əsas məsələlərdən biri olub. Hansı ki, bu gün prezident İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən də bu siyasət davam etdirilməkdədir. Sizcə Heydər Əliyevdən miras qalan bu və digər ənənələrin bundan sonra da davam etdirilməsi, yaşadılması xalqımızın və dövlətimizin maraqları baxımından nə dərəcədə vacibdir? -Hər bir şəhərin, kəndin abadlığı həmin ölkənin, həmin xalqın simasıdır. Bu gün Bakı hava limanına enən hər bir şəxs şəhərimizdəki inkişaf və abadlığın şahidi olur. Bu, hər şeydən öncə millətə verilən qiymətdir. İnsanlar gözəl yerlərə, yüksək estetik abadlığın mövcud olduğu, tarixin qorunduğu və yaşandığı məkanları görmək istəyirlər. Belə mühitdə yaşamaq istəyirlər. Bu, normal və təbiidir. Abadlıq, quruculuq daim cənab prezidentin diqqət mərkəzindədir və Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi faktı da bununla əlaqədardır. Prezidentimiz yüksək zövqə malik insandır. O, sadəcə bugünə deyil, həm də gələcəyə hesablanan layihələrin ölkəmizdə reallaşmasını həyata keçirir ki, bu da dövlətimizin, xalqımızın maraqları baxımından son dərəcə əhəmiyyətlidir. Işğaldan azad edilən bölgələrimizin abadlaşdırılması timsalında biz nə qədər böyük, müasir layihələrin planlaşdırıldığına şahid oluruq. Prezidentimizin bu layihələri gələcəyə hesablanmış layihələrdir. -Nəsib müəllim, bugünlərdə prezident İlham Əliyev Böyük Vətən Müharibəsi iştirakçılarına birdəfəlik ödəmələrin verilməsi ilə bağlı sərəncam imzaladı. Bildiyiniz kimi, ulu öndər də hər zaman Böyük Vətən Müharibəsi iştirakçılarına böyük diqqət göstərib, faşizmə qarşı mübarizəni Azərbaycan tarixinin ayrılmaz tərkib hissəsi adlandırıb. Sizcə ölkə başçısının məlum sərəncamı dövlətimizin veteranlara olan diqqət və qayğısının növbəti təzahürü hesab edilə bilərmi? -Ulu öndər veteranları cəmiyyətin ən hörmətli hissəsi adlandırıb. Bu, təsadüfi deyil. Xalq Cəbhəsi-Müsavat cütlüyünün ölkəyə rəhbərlik etdiyi dönəmdə - 90-cı illərin əvvəlində Böyük Vətən Müharibəsində iştirak etmiş veteranlar, əlilər praktiki olaraq çıxdaş olunmuşdu. Onlara hörmətsiz bir münasibət mövcud idi. Bu insanlara qarşı əsassız ittihamlar səslənirdi. Əsas ittihamlardan da biri o idi ki, bu insanlar özgə torpaqlarını müdafiə edib. Guya Hitler Almaniyası qələbə qazansaydı, bizim üçün daha faydalı oalrdı və s. Yəni çox yanlış bir yanaşma vardı. Bu, AXC-Müsavat hakimiyyətinin ən böyük yanlışlıqlarından biri idi. II Dünya Müharibəsində Azərbaycandan 700 mindən çox insan cəbhələrdə faşistlərə qarşı döyüşlərdə iştirak edib. Onların təxminən yarısı həlak olub. Bu cür yanaşma həmin insanların ruhuna hörmətsizlikdir. İkincisi, arxa cəbhədə gecə-gündüz çalışan neftçilərimiz, digər əmək adamlarımız olub. Cəbhəni ərzaqla, digər zəruri məhsullarla təmin edən insanlarımız olub. Belə yanlış yanaşma onların da zəhmətini heç etmək demək idi. Mahiyyət etibari ilə bu cür yanaşma cəmiyyətin mənəvi dayaqlarını sarsıdırdı. Bu, nəvə-nəticələri babalarla üz-üzə qoymaq, dünənlə bu gün arasında dəmir pərdə çəkmək demək idi. Ulu öndər bunun qarşısını aldı və veteranların haqqını doğru olaraq özlərinə qaytardı. Bundan sonra hər il 9 may Qələbə Günü münasibəti ilə veteranlara birdəfəlik yardımların verilməsi, onların sosial qayğılarının qarşılanması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi addımlar atıldı. Prezident İlham Əliyev də 2003-cü ildən etibrən bu ənənəni davam etdirir. Bunun cəmiyyətdə necə böyük razılıqla qarşılandığı isə göz önündədir. Biz faşizm üzərində qələbənin əldə edilməsində mühüm rol oynamış xalqıq. Bütün dünyanın faşizmlə mübarizə apardığı şəraitdə özümüzü bu qələbədən, bu qələbədəki payımızdan məhrum edə bilmərik. Bu qələbəni qeyd etmək Azərbaycan xalqının haqqıdır. Bu haqqı heç kim onun əlindən ala bilməz. Ələlxüsus, faşizmin ən qəddar forması olan erməni faşizmi ilə qarşılaşdığımız şəraitdə. -Bu gün ölkəmizin hər bir yerində ulu öndərin xatirəsinə heykəllər ucaldılıb, küçə və parklara onun adı verilib. Sizcə işğaldan azad edilən torpaqlarda da ulu öndərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ciddi addımlar atılmalıdırmı? -Bu, mütləqdir. Hesab edirəm ki, azad edilən hər rayonda Heydər Əliyevin heykəli ucaldılacaq, onun adına yeni parklar salınacaq. Işğaldan azad edilən ərazilər Azərbaycanın ayrılmaz bir hissəsidir. Orada müasir standartlara cavab verən böyük layihələr, yenidənqurma işləri həyata keçiriləcək. Bu işlər fonunda Heydər Əliyevin xatirəsinin əbədiləşdiriləcəyinə də əminəm. Qarşıdan Milli Qurtuluş Günü gəlir. Əgər biz bu günün yaranma tarixinə baxsaq, o dövrün hadisəılərini təhlil etsək görərik ki, Azərbaycan dövlətinin dünya siaysi xəritəsində qalmasının səbəbkarı Heydər Əliyevdir. Əgər Heydər Əliyev 1993-cü ildə xalqın səsinə səs verməsəydi, bu gün Azərbaycan adında dövlət olmazdı. O vaxt Azərbaycanın hər bir kəndində, şəhərində silahlı bandit dəstələri var idi. Separatçılıq baş alıb gedirdi. Ermənistan torpaqlzrımızn xeyri hissəsini zəbt etmişdi. Bakıda metro, sərnişin qatarları, avtobusları partladılırdı. Insanlar küçəyə çıxa bilmirdi. Məhz ulu öndərin hakimiyyətə gəlişindən sonra atılan addımlar vəziyyətin stabilləşməsinə, normallaşmasına şərait yaratdı. Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı. Dövlətçiliyi bərpa etdi və yenidən qurdu. Müasir Azərbaycan dövlətinin xilaskarı, banisi ulu öndər Heydər Əliyevdir. Təbii ki, Heydər Əliyevin xatirəsi yaşadılmalı, onun həyatı, fəaliyyəti hər zaman öyrənilməlidir. Bu baxımdan işğaldan azad olunan hər bir rayonda onun adının əbədiləşdirilməsi mütləqdir! Bu xalqın öz Xilaskarına, Liderinə verdiyi vəfa borcudur. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.org.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Mərkəzin həyətində yeni bağ salınıb, bağda Vətən müharibəsi şəhidlərinə həsr edilmiş abidə kompleksi yaradılıb. “Şəhidlər bağı” adlanan ərazi tamamilə yenidən qurulmuş, çoxsaylı ağaclar və gül kolları əkilmiş, ərazi abadlaşdırılmış və yaşıllaşdırma, dizayn işləri aparılıb. Açılış mərasimində Azərbaycanın Özbəkistandakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi, "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyəti, elm, mədəniyyət, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar, jurnalistlər iştirak edib. İlk öncə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Xarı bülbül” abidə kompleksinin açılışı olub. Giriş sözü ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək, bağın yaradılmasının əsas məqsədi Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini əbədiləşdirmək, Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edən hər kəsin onlar haqqında məlumatlandırmaq, gənc nəsildə, yerli azərbaycanlılarda Vətənə məhəbbət, qəhrəmanlıq hislərini aşılamaq olduğunu söyləyib. Diplomat Ali baş komandan, müzəffər ordumuzun əldə etdiyi tarixi qələbə barədə danışaraq artıq yurd yerlərimizin öz azadlığına qovuşduğunu söyləyib. O, rəşadətli ordumuzun 30 illik əsarətdə olan ərazilərimizi 2 ay ərzində tam azad etməklə Azərbaycanın möhtəşəm və şanlı zəfər tarixi yazdığını qeyd edib. S. Abbasov şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsinin daim dövlətimizin diqqətində olduğunu və onların xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Azərbaycan-Özbəkistan dostluğundan danışmış, Azərbaycanın haqq işində Özbəkistanın daim Azərbaycanın yanında olduğunu bildirib. O, Vətən müharibəsi illərində Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx təmasda olaraq hər gün qardaş ölkə ilə maraqlandıqlarını, Özbəkistanın tanınmış ictimaiyyət nümayəndələri video müraciətlər edərək Azərbaycanla həmrəy olduqlarını bildirib. Ölkələrinin həm ikitərəfli, həm də Türk Şurası çərçivəsində Azərbaycanın öz torpaqlarını azad etməsi, ədaləti bərpa etməsinə dəstək ifadə etdiyini söyləyib. O, qəhrəman oğullarımızın, şəhidlərimizin qanları ilə Vətən torpaqlarının toxunulmazlığı, müstəqilliyimizin möhkəmlənməsinin təmin olunduğunu qeyd edərək, onların ruhu qarşısında baş əydiyini bildirdi. Özbəkistan jurnalistlər Birliyinin katibi, əməkdar jurnalist Karim Baxriyev, Turizm və İdman Nazirliyinin nümayəndəsi Anvar Yusipov dili, mədəniyyəti, soykökü yaxın olan qardaş Azərbaycanın əldə etdiyi zəfər münasibəti ilə xalqımızı təbrik etmişlər. Çıxışçılar 30 ilə yaxındır davam edən haqsızlığa, işğala son qoyan qəhrəman öndər, Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan ordusunun zəfərinin Özbəkistanda da böyük rəğbətlə qarşılandığını qeyd etdilər, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılan “Şəhidlər bağı” və abidə kompleksini yüksək qiymətləndirdilər. Mədəniyyət Mərkəzinin həyətində “Qızıl hərflərlə yazılan zəfər” adlı foto sərgi ilə tanışlıq olmuşdur. Sərgidə Ulu öndər Heydər Əliyevin Şuşaya səfəri, Azərbaycan Respublikasının Prezidentinin Vətən müharibəsi illərində Ermənistanın işğalçı siyasətinin ifşası, torpaqlarımızın azad edilməsi ilə bağlı səsləndirdiyi fikirlər, xalqımızın düşmənə qarşı haqlı mübarizəsi, işğal olunmuş ərazilərimizdə şəhər və kəndlərimizin dağıdılması, mədəni və dini abidələrimizin məhv və təhqir edilməsi, Erməni işğalçılarının torpaqlarımızdan qovulması və s. öz əksini tapmışdır. Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzində şəhidlərin əziz xatirəsinə quran oxunub və ehsan verilib. Seymur ƏLİYEV
Hamısını oxu