Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən son xəbərlər

KATV1, Böyük Vətən Müharibəsi vetranlarına və müharibə iştirakçılarına 4 aylıq pulsuz tv-paket təqdim edəcəkdir
KATV1, Böyük Vətən Müharibəsi vetranlarına və müharibə iştirakçılarına 4 aylıq pulsuz tv-paket təqdim edəcəkdir

Əziz veteranlar!Müharibədə qalib gəldiyiniz üçün təşəkkür edirik! KATV1, Böyük Vətən Müharibəsi vetranlarına və müharibə iştirakçılarına 4 aylıq pulsuz tv-paket təqdim edəcəkdir.1941-1945 Böyük Vətən Müharibəsi veteranları və arxa cəbhədə fədakar əməyinə görə təltif edilmiş şəxsləri, müharibə veteranlarının dul həyat yoldaşlarını, dörd ay ərzində (may, iyun, iyul, avqust 2020) pulsuz televiziya izləmə xidmətləri təqdim olunacaqdır.Hədiyyə paketi ölkənin aparıcı kabel televiziyası və internet xidmətləri provayderi KATV1 tərəfindən təqdim olunacaqdır. Aksiyaya qoşulmaq üçün https://bit.ly/2xVucHp qeydiyyat formasın doldurulmalısı zəruridir. Ölkədə koronovirus pandemiyası ilə bağlı tətbiq olunan profilaktik tədbirləri nəzərə alaraq KATV1 abunəçilərinə aşağıdakı alternativ xidmət kanallarından istifadə etməyi tövsiyyə edir:- www.katv1.az saytında onlayn müştəri xidməti;- Onlayn formatda rəsmi social səhifələrimizdən facebook https://bit.ly/3avJ51k və https://www.instagram.com/katv1_en/;- Whatsapp çat xidməti +994 50 888 81 27 и +994 50 444 41 27;- 127 Çağrı Mərkəzi və qəza xidməti 247 formatında gücləndirilmiş rejimdə işləyir. ----------------------------------------------------------------------------------KATV1 (торговая марка компании AG Telecom), один из ведущих операторов кабельного телевидения и интернет-услуг, в преддверии празднования 75-летия Победы в Великой Отечественной войне запускает социальную акцию! Ветераны Великой Отечественной войны 1941-1945 годов, а также труженики тыла (лица награжденные за самоотверженный труд в тылу) и вдовы участников войны, получат четыре месяца (май, июнь, июль, август 2020 г.) бесплатного просмотра телевидения. Чтобы воспользоваться акцией необходимо заполнить регистрационную форму https://bit.ly/2xVucHp Принимая во внимание превентивные меры, применяемые в стране, KATV1 рекомендует своим абонентам использовать следующие альтернативные каналы обслуживания:- Онлайн обслуживание клиентов на сайте www.katv1.az;- В онлайн-формате с мессенджеров социальных страниц facebook https://bit.ly/3avJ51k и https://www.instagram.com/katv1_en/;- WhatsApp чат-сервис активирован на +994 50 888 81 27 и +994 50 444 41 27- Call-центр 127 работает в усиленном режиме в формате 247;   Hörmətlə, Əli ƏliyevKATV1 kommunikasiya şöbəsin rəhbəriMobViberSkypeTelegramWhatsapp +994 55 803 55 55

Hamısını oxu
Dəyərli tədqiqatçı, fədakar vətəndaş
Dəyərli tədqiqatçı, fədakar vətəndaş

Hacı NƏRİMANOĞLU Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Lətif Şüküroğlu (Babayev) adı, imzası Qarabağ müharibəsinin ön cəbhəsində savaşmış döyüşçülərə, zabit-komandir heyətinə, hərbi jurnalistlərə, ordu, sərhəd, polis, təhlükəsizlik strukturlarında çalışanlara yaxşı tanışdır.   Hərbi jurnalistikamızın tanınmış imzalarından olaraq, onun cəbhə, döyüş bölgələrində yaşayıb çalışarkən gördükləri, qazandığı praktiki biliklərin, peşəkar bacarıqların, təcrübi fəaliyyətlərin nəticəsi idi ki, Lətif sonradan tarixşünaslığımızda Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu, sərhəd mühafizəsi məsələlərinin ən nüfuzlu tədqiqatçılarından biri, tanınmış tarixçi alim oldu - “niyətin hara, mənzilin ora”. Lətiflə bağlı xatirələr məni 30 ilin o üzünə apardı; Zəngilanlı Lətif Şüküroğlu “Vətən səsi” qəzetinin, mən AzərTAc-ın müxbiri idik,  görüşürdük, xəbərləşirdik, sevindirici, uğurlu hərbi əməliyyatlarla bir-birimizi məlumatlandırırdıq. Güclü, qürurlu, enerjili gənclər idik, ayağımız dünyaya göz açdığımız, göz açıb ilk gördüyümüz, könül verib ilk sevdiyimiz doğma torpağımızın üstündə idi, dimdik gəzirdik. Ermənistan və Dağlıq Qarabağla 180 kilometrə qədər bitişik sərhəddi olan Qubadlı, Zəngilan və digər sərhədyanı bölgə torpaqlarının müdafiəsi 1988-91-ci illərdə əsas yerli əhalinin, özünümüdafiə dəstələrinin və polisin üzərinə  düşürdü, hər kəs ilk növbədə ailəsini, ev-eşiyini, doğmalarını düşünürdü, yurd-yuvasında yaşamaq, el-obanı qorumaq üçün yaşayırdı. Cavanlar dünənə qədər elə Qafan, Gorus, Qacaranda qarşımızda quyruq bulayan, indisə canımıza, torpağımıza qənim kəsilib qan-qan deyən erməni silahlılarına (saqqallılarına) qarşı  döyüşmək, öldürülən hər kəsin intiqamını artıqlaması ilə almaq arzusu ilə alışıb yanırdı. Hər kəndin öz müdafiə dəstəsi var idi, aşağı kəndlər hansı gün ön mövqelərdəki hansı postu, olan-qalan ov tüfəngləri ilə birlikdə kimdən, nə vaxt təhvil alacağını bilirdi, ölmək var idi, geri çəkilmək yox. Ölürdük, öldürürdük. Kimin həddi nəydi kəndindən çıxmağı, evindən nə isə daşıyıb çıxarmağı düşünəydi, el qınağı, töhməti nəslinə ləkə olardı. Ermənistanın ən böyük 2-3-cü şəhərlərini birləşdirən Qafan-Gorus abad avtomobil yolu ilə erməni tərəfinin quşu da qorxusundan uça bilmirdi, o ki ola maşını, texnikası. Gecələr bu şəhərlər qorxudan işıqlarını da yandıra bilmirdi. 1993-ün avqust, oktyabrına hələ 4-5 il var idi. Bu yerlərin xəyanətlə, məkrli planlarla murdar qonşularımıza təslim ediləcəyi,  Qarabağ, ətraf rayonarla bağlı işğal planlarının belə asanlıqla gerçəkləşəcəyi heç xəyalımıza da gəlməzdi, yuxumuza da girməzdi. ... Üç yazar - Nəsiman Yaqublu, Lətif Şüküroğlu əlində də həmişəki fotoaparatı raykomun ayırdığı UAZ-da ön mövqelərdə ayıq-sayıq keşik çəkən döyüşçülərlə, sərhəd kəndlərinin sakinləri ilə görüşdük. Bizim son postu da keçib, bütün təkidlərə baxmayaraq, ermənilərin də qarşı təpələrdən əl içi kimi gördükləri güllə məsafəsi dərənin dibinə enib Turşsu bulağından su içmək həvəsimizin qarşısını ala bilmədi. Bura Zəngilan, Qubadlı, Qafanın - aşağı Zəngəzurun qovuşduğu məkan, Üçənis erməni kəndi ilə bizim Fərcanın arasında unikal mənzərə idi. Sonra bizim kəndin orda postda duran cavanları deyirdi ki, o bulağa sonuncu enən siz oldunuz, bir neçə gün sonra İrəvandan gələn saqqallılar həmin yerdən Çərəli İrzəvanı girov aparmışdılar, təbii ki, yenə bizim qorxubilməz “Qaranquş” partizan, kəşfiyyat dəstəsinin uşaqları polislərimizlə birlikdə diri erməni tutub aldəyiş eləmişdilər. Belə şeylər bu sərhəd bölgəsində adi hala çevrilmişdi. Sonra Xocalıdan nə qədər əsiri azad eləmişdi bizim uşaqlar. Şuşanın işğal günlərində Şuşaya bitişik Turşsudan Söhbət Səfərli və Nəsiman Yaqubla birlikdə Lətifin AzTV ilə yayılan canlı məlumatları, həyəcan dolu səsi bu gün də yaddaşımdadır, Şuşa, Laçının işğalı ilə bağlı Lətif Şüküroğlu və Söhbət Səfərlinin "Xalq Ordusu"nda çıxan silsilə yazıları o günlərin acı həqiqətlərini anlamaq baxımından bu gün  daha çox lazımdır. Onu da deyim ki, həmin yazıların üçü də  Şuşa-Laçının işğalı ilə bağlı məhkəmə işinin  istintaq materiallarında istifadə edilib. Heç nə unudulmamalı, heç kim yaddan çıxmamalıdır, Qarabağda ürəyinin, vicdanının səsi ilə ölümlə üzbəüz qalıb qələmlə savaş aparanlar, savaş tarixini yaddaşa yazanlar da. Və sonra olanlar oldu... 1990-cı ilin 20 yanvarında Bakıda günahsız insanları qətlə yetirən rus ordusunun tanklı, vertolyotlu, pulemyotlu hərbi hissələri – çağırılmamış qonaqları əllərində fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında qərarla Zəngilana, Qubadlıya daxil oldu. Müsibətlər ondan sonra başladı; özünümüdafiə dəstələrində, kəndlərdə, kimin əlində, evində qeydiyyatlı-qeydiyyatsız nə silah-sursat, ov, quş tüfəngi, məktəblərdəki tir tüfəngləri, idman tapançalarına, aşağı rayonlardan alıb gətirib RTS-in sexlərində “peredelka” elədiyimiz doludağıdan toplara kimi guppultusu, tappıltısı gələn hər şey yığıldı, polis şöbəsindəki, hərbi komissarlıqdakı bir neçə avtomat silahla birlikdə rus hərbçilərinin əli ilə sərhəddin o tərəfinə ötürüldü, rus ordusunun bu gəlişi o yerlərin ermənilərə verilməsinə hazırlıq idi. Və sonra Milli Ordumuz gəldi, 1993-cü ilin avqustun son günləri yuxarıdan verilən əmrlə Qubadlıda yerləşən 6 batalyonun hamısı canlı qüvvəsi, texnikası ilə birlikdə çox böyük mütəşəkkilliklə rayonu tərk etdi, əliyalın camaat təpədən dırnağa qədər silahlı, bu elin qanına susayan erməni ordusu ilə üz-üzə qaldı. Yaddaşsızlara xatırlatmağı borc bilirəm; 1988-ci il noyabrın 24-də Qubadlıdan 13 km aralı daşnak yuvası Gorusun 3 km-liyində yerləşən Eyvazlı kəndimiz gecə hücumu ilə yağmalanıb yandırılmışdı, 1993-cü il avqustun 31-dək qalan 93 kəndimizin hamısı əlimizdə idi, əhalisi də içində  yaşayırdı, dediyim o əvvəlcədən planlaşdırılmış əmrin “mütəşəkkil” icrasının nəticəsi idi ki, Qubadlıda təkcə işğalın son iki günündə, yəni 30-31 avqustda qətlə yetirilmiş mülki şəxslərin sayı 183 nəfər, işğal zamanı güllə yarası və ya digər səbəbdən əlil olanların sayı 238 nəfər, işğal zamanı aldığı zərbədən sonralar vəfat etmiş şəxslərin sayı 9 nəfər, ermənilər tərəfindən girov götürülmüş və işgəncələrə məruz qalmış şəxslərin sayı 49 nəfər olmuşdu (http://www.qubadli-ih.gov.az/page/42.html.) Bəllidir ki, 802 min kv.km ərazisi olan rayon, şəhər, kənd, qəsəbə uğrunda savaşda ilk növbədə və ən çox döyüşçü, əsgər savaşıb həlak olmalıydı. Milli Ordu, Daxili İşlər Nazirliyinin şəxsi heyətindən işğalın o son günlərində cəmi 5 nəfər şəhid, 3-4 nəfər də yaralı olmuşdu. Bunlar da ərazini döyüşsüz tərk etmək haqqında verilmiş əmrə tabe olmayıb doğma yurdunu, el-obasını, darda qalmış ailələrini, həmvətənlərini labüd ölümün murdar əllərindən xilas etmək üçün ordudan yayınanlar idi. Bu müharibəyə başlamadan əvvəl ermənilər 1918-ci ilin təcrübəsini yaxşı öyrənmişdi,  Zabux dərəsində Xosrov bəy, Sultan bəy Sultanovların verdiyi dərsdən nəticə çıxarmışdı, Ermənistanla dövlət sərhəddindən hücum edib Qarabağa koridor açmağın həm də Kəlbəcərin işğalına dair BMT-nin dişsiz kağız üzərində olsa da, qərarın da nəzərə alıb bu dəfə  Azərbaycanın içində Dağlıq Qarabağı, Şuşa, Laçın, Ağdam, Füzuli, Cəbrayılı alıb Ermənistanla birləşmişdilər, bu savaşı Dağlıq  Qarabağ ermənilərinin azadlıq hərəkatı kimi göstərə bilmiş, sonra da hərbi uğurlarını siyasi-diplomatik üstünlüklə də möhkəmləndirib “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” kimi  təqdim etməyi bacarmışdılar. Zəngilanı Azərbaycanla birləşdirən Horadiz avtomobil və dəmiryolunun tutulmasından sonra da mühasirədə yalqız qalan Zəngilan daha 60 gün təkbaşına davam gətirdi – 1993-cü ilin 29 oktyabrına qədər,  köməyə, imdada çağıran səsə, o cümlədən bu sətirlərin müəllifinin Dövlət İnformasiya Agentliyi - AzərTAc-a ötürdüyü, yaydığı, Lətif Şüküroğlunun “Sərhəd” və başqa qəzetlərdə dərc etdirdiyi real mənzərəni əks etdirən həyəcanlı çağırışlara səs verən olmadı, Bakıda ayrı oyunlar gedirdi. Araz çayı Zəngilanlıların yeganə xilas yolu oldu. ... Lətifin facebook səhifəsində fotosunu paylaşdığı “Əliyar Əliyevlə beş görüş” adlı bir səhifəlik məqaləsi əməkdaşlıq etdiyi «Azərbaycan ordusu» qəzetinin 1993-cü il 24 aprel nömrəsində dərc olunub. Və bu məqalədə həm Lətifin, həm də jurnalist dostları Bədirxan Əhmədli, Söhbət Səfərli, Nəsiman Yaqublu ilə Qubadlının sərhəd kəndlərində Şəhid batalyon komandiri ilə, döyüşçülərlə görüşlərinə, uğurlu hərbi əməliyyatlara dair detallar da əks olunub. Bu yazını oxuyub bir daha təsirləndim, anladım ki, məni Lətifə bağlayan tellər həm də ümumi dərdin daşıyıcıları olmağımızdır, hər ikimizin yurd-yuva itkisidir. Lətif qoyub gəlmək məcburiyyətində qaldığımız o dağların, o ellərin aşiqidir. senet.az saytında onun avtobioqrafik xarakter daşıyan, uşaqlıq və gənclik xatirələri əsasında yazdığı “Taleyin izləri” kitabı hissə-hissə verilmişdi. Yaşasın internet! Xüsusilə bu koronaviruslu günlərimizdə bir daha İKT çıxaranın atasına rəhmət oxuyub o yazıları bir də ləzzətlə oxudum: “Yurd yeri”,“Atamın hekayəti”, “Mən necə şair olmadım?”. Xatirələr bu dəfə də məni hafizəmdə silinməz izləri qalan Zəngilan, Qubadlı, Qafan, Qacaranın dağ, dərə, meşələrində gəzdirdi, qaysaq bağlamayan yaramı yenidən göynətdi. Qoyub gəldiyimiz yurd yerlərimizi unutmaq qara torpağın qoynuna qovuşanadək mümkünsüzdür. Ən böyük qorxu, vahimə isə o torpaqlara dönmədən, o torpaqlardan uzaqda bu fani dünyadan köçməkdir. Düşündükcə ürəyim əsir, acizliyimiz də dərdin bir böyüyü. Və bu dərdi hər kəslə bölüşmək də olmur. Bar-bərəkətli əkin sahələrinin boynuna dolana-dolana qoşa hörük kimi uzanıb Araza qovuşan Həkəri, Bərguşad, Oxçu çaylarının, sıra dağların, igidlər kimi boy-boya dayanan sıldrım qayaların, təmiz havası insanı yerdən alan o ellərin gözəlliyinin qədrini ayrılandan sonra dərk etmişik. Tikili, qurulu, içi təpili ev-eşik, bağça-bağ, əzizlərinin qəbrin qoyub gələnlər bilər ancaq qaçqınlıq, didərginlik nədir. Səni satana lənət, səni alana lənət, Vətən!!! Bir az qəmli, mövzudan kənar oldu, amma bu anda düşündüklərim, içimdən gələn bunlar oldu... Lətif yazır: “Torpağı vətənləşdirən, onu insana doğmadan-doğma edən həm də bu xatirələr, illərin yaddaşı, saldığı izlərdir. Atamın surəti də mənim yaddaşımda elə bu dağlarla bağlı qalıb... O dağlarla bağlı çoxlarımızın yaddaşına əbədi yazılmış xatirələr var. Bu xatirələr yaşadığımız itkilərdən sonra bizə daha doğma, daha əzizdir.” Hələ 90-cı ilə qədər Qubadlı, Zəngilanın çox sakini işsizlikdən, ailəsini dolandırmaq üçün erməni şəhərləri Qafan, Qacarana üz tuturdu. Lətifin mərhum sürücü atasının başına gətirilənlər sıradan tək hadisə deyildi, nə qədər özünə hörmət edən, qürurunu saxlayan azərbaycanlı-türk erməni hiyləsinin, terrorunun qurbanı olmuşdu Hayastanla Azərbaycanın qardaş olduğu, SSRİ-nin damı altında birgə yaşadığı illərdə. Qafan şəhər komsomol komitəsində işləyən tanışım məni xəbərdar etmişdi; çalışın 24 aprel qabağı buralarda görünməyin, işləyən qohumlarınız da varsa, deyin gəlməsinlər, daşnaklar həmin günlərdə türk qanı axıtmağı özlərinə borc, şərəf bilir, hər cür amansız işlərə əl atırdılar... Lətif yazır: “Dili yaxşı bildiyindən və təşkilatçılıq qabiliyyətinə görə Qacaranda atamı sürücülərin briqadiri qoyubmuşlar. Ancaq bir türkün gəlib burada onlara briqadirlik etməsinə dözməyən ermənilər bir müddət sonra onu zəhərləmişdilər. Yeməyinə qatılmış bu zəhərin təsirindən atam düz altı ay xəstəxanaları gəzmiş, yatağa düşmüşdü. Onun qulaqlarından və gözündən sarı su gəlirmiş. Uzun müddət müalicə almışdı. Bir həkim hətta «belə sağlam bədənin, polad kimi ürəyin olmasaydı, sən çoxdan ölmüşdün» demişdi. O hadisənin atamın sağlamlığına vurduğu agır zərbənin izləri özünü illər sonra da göstərdi. Bu hadisəyə qədər də erməni sürücülər bir neçə dəfə atama xətər yetirməyə çalışmışdılar. Hətta bir dəfə onun sürdüyü yüklə dolu iritonnajlı maşının arxa təkərlərindən birinin qaykalarından 4-nü boşaldıblarmış ki, yolda qəzaya uğrasın. Ancaq təcrübəli sürücü olan atam maşını hərəkətə gətirdikdən bir qədər sonra nəsə dəyişiklik hiss edib onu saxlamış, sonuncu qaykanın da az qala açılıb düşməkdə olduğunu görmüşdü. Çox keçməmiş ona qarşı növbəti təxribata əl atılmışdı. Bu dəfə qarajda saxlanılan maşınının mühərrikini sıradan çıxarmaq üçün yağını boşaldıblarmış. Maşını işə salan kimi onun səsindən şübhələnən atam dərhal mühərriki söndürüb, yağını  yoxlamış və ermənilərin ona qarşı bu planını da puça çıxarmışdı. Ancaq təəssüf ki, ermənilərin sonuncu hiyləsindən qurtula bilməmiş, onların qara niyyyətindən duyuq düşməmişdi.” Peşəkar jurnalist olan Lətif publisistikada da güclüdür. Ən başlıcası təbii, səmimidir, həqiqətləri, görüb yaşadıqlarını yerli-yataqlı, detallı yazır, yazdıqları oxuyanı duyğulandırır, ardınca aparır, gəzdirir, göstərir, sevdirir, bəzən də yandırıb yaxır, üstü qaysaq bağlamış  yaraların qartmağın qoparır. “Atam az qala hər qarışına bələd olduğu həmin dağları bizə də sevdirmişdi. Hər il məktəb bağlananda biz o dağlara, daha doğrusu, yaylaqlara qalxardıq. Ətəyində təkəm-seyrək ağaclar bitən o dağların otu-pencəri, gül-çiçəyi qurşağa çıxırdı. Min cür ətrin bir-birinə qarışdığı, bal arılarının, novbənöv böcəklərin, alabəzək kəpənəklərin çiçəkdən-çiçəyə qonduğu o yerləri ömür boyu unutmadı. Bizim də qanımıza yurd sevgisini o hopdurdu. Qayasında qartalları qıy vuran, dağ keçiləri dolaşan, daşlarında kəklikləri ötən, başından qarı, sinəsindən dumanı-çəni əksik olmayan o dağlar onun ata-anası, dədə-babasıydı desəm, daha doğru olar. Ürəyi onlarla döyünür, köksü o yerlərdə qabarırdı. Dədə-babamız bu yerlərin sahibi olub. Qoruq yalı, Mal gədiyi, Yağlıdərə, Müşülan düzü, Daş başı, Qanlı yurd, Aşağı məhlə yurdu, Erkək qoyun yatağı, Qaraçı yurdu, Daşkəsən, daha nə bilim nə qədər yurd yerlərinin adını indi də xatırlayıram.” Torpaq onun üstündə yeriyən, yaşayan, əkib becərən, öləndə o torpağın altında dəfn olunanındır. Bir zamanlar bizim olan o yerlər indi erməninindir. Bu gedişlə o yerlərə qayıdacağımıza inam, ümid ilbəil itir, azalır, Qarabağsız, Zəngəzursuz ötən hər il bizi o torpaqlardan daha da uzaqlaşdırır, soyudur, o yerlərdən gələn, ora qayıdıb ölmək arzusu ilə yaşayanların sayı kimi. Ermənilər də, bu oyunu quranlar, işğal planlarını hazırlayıb reallaşdıran, danışıqlar adı altında 28 ildir bu işi uzadanlar da bu həqiqəti çox gözəl anlayırlar, nə etdiklərini yaxşı bilirlər. Yalnız biz özümüzü aldatmaqdayıq... İnsan təkcə ata-anasının deyil, həm də doğulduğu təbiətin övladıdır.  Mənəvi saflıq insanın udduğu təmiz hava, yeyib böyüdüyü qida, gözün açıb gördüyü uca dağ, göz oxşayan yamyaşıl sıx meşə, gur şəlalə, dumduru bulaqların suyu ilə böyüyənlərin qanına, canına da hopur. Lətifin kitabında bu mənzərələr o qədər canlı verilib ki, bir daha itirdiklərimizin, əlimizdən alınan, əlimizdən verdiklərimizin qədir-qiymətini bilmədiyimizin, gərəyincə dəyərləndirmədiyimizin  fərqinə vardıqca içimiz göynəyir, qəlbimiz sızlayır. Hansı təbii-təbiət və mənəvi ucalıqdan endiyimizi düşünüb göz önünə gətirmək faciədir. Görünür bu dərdə dözməyi də o təbiət bizə həm də cəza olaraq verib. Dəfələrlə addım-addım gəzdiyim Zəngilandakı Bəsitçay Dövlət Təbiət Qoruğunun, Avropada yeganə Çinar meşəsinin, Şərfan, Məmmədbəyli, Babaylıdakı orta əsr kümbəzlərinin, nadir təbii sərvətləri qoynunda saxlayan o torpağın, Qafqazın nadir təbiət möcüzəsi olan Xusdub dağının 27 ildən bəri yağı əsarətində qalmasını düşünmək dəhşətdir. 90-cı illərdə ölkəmizdə yeni ab-hava, azadlıq, müstəqillik uğrunda hərəkətlənmə başlananda doğma Zəngilanda xətir-hörmətli jurnalist, söz, qələm sahibi kimi tanınan Lətif rayonda bu işlərin önündə gedənlərdən, hərəkata ziyalılıq, aydınlıq qatanlardan, nüfuz, hörmət gətirənlərdən biri olub. Mənim tanıdığım Lətif harda yaşayıb işləməsindən asılı olmayaraq, həmişə mənəvi saflığını, qürurunu, mənliyini qoruyub saxlayıb, boğazdan yuxarı tərifdən uzaq olub, sözünün, özünün qədir-qiymətini bilib. Və təbii, özünə öz xarakterinə uyğun dostlar, oxucular toplayıb. Bu, ailədən, yurddan gələn tərbiyədir. Sözügedən avtobioqrafik əsərindəki Atanın - 6 övladını, ailəsini zəhməti ilə saxlayan Şükür kişinin obrazı möhtəşəmdir. Lətifin kitabının “Mən necə şair olmadım?”  hissəsindəki saf, təmiz duygular, ilk sevgi ünvanlı ilk şeirlər, uçaqlığın dadı, ləzzəti, şirini, acısı ilə bir ömür uzunu  yol yoldaşı olan o mərhəm duyğuları təbiiliklə, səmimiyyətlə, həssaslıqla qələmə alınıb. “Taleyin izləri” kitabı ədəbiyyatımızda avtobioqrafik janrda yazılmış mükəmməl, ən gözəl əsərlərdən biridir. Mən bu kitabı oxuyandan sonra bu janrın nə qədər əxlaqi-mənəvi, estetik zövq, təsir mənbəyi olduğuna əmin oldum. Bədii mətn avtobioqrafik janrın deyib anlatdıqlarını verə bilmir.  Cümhuriyyətimizin sevdalısı, fədakar tədqiqatçısı Lətif Şüküroğlu, heç şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün, Cümhuriyyət tariximizin,  Cümhuriyyəti quran şəxslərin irsinin ən məhsuldar, fədakar tədqiqatçılardan biridir. 1997-99-cu illərdə Cümhuriyyət qurucularından, nazir, nazir müavinlərindən 23-nün axiv-istintaq işini araşdıraraq, 2000-ci ildə 2 cildlik “Cümhuriyyət hökuməti repressiya məngənəsində” adlı kitabın nəşri təkcə tarixşünaslığımızda deyil, bütünlükdə ictimai-siyasi fikir tariximizdə böyük hadisəyə çevrildi. Hələ arxivlərə hər kəsin buraxılmadığı, giriş-çıxışın kütləvi hal almadığı illərdə onun çoxsaylı arxiv materiallarını arayıb, axtarıb tapıb bir yerə cəmləyib ortaya qoyduğu sanballı nəşrlər sonrakı tədqiqatlar üçün də çoxlu ideyalar, stimullar verdi. Lətif cani-könüldən sevərək, canınayananlıqla, milli təəssübkeşlik, mənəvi əzabla gördüyü bu işlərin bir böyük dəyəri də tarixi həqiqətlər işığında Azərbaycan ictimaiyyətində Cümhuriyyət qurucularına sevgi aşılaması oldu. Müəllif yazır: “Onların əksəriyyəti barəsində həbsdən sonra tərtib edilmiş sənədlərdə, əsasən müsadirə aktında “Əmlakı” ifadəsinin qarşısında yazılırdı: “Əmlakı yoxdur”. Onların əmlakı olmadı, ancaq onlar bizə Azərbaycan adlı bir məmləkəti, 114 min kvadrat kilometrlik bir ərazini, zərrəsinə də göz dikmədikləri tükənməz sərvətləri əmlak qoyub getdilər. Əksəriyyətinin məzarı da Vətəndən kənarda, Azərbaycan uğrunda son nəfəslərinə qədər mübarizə apardıqları Türkiyədə və başqa torpaqlarda qaldı. Biz bu əmlaka sahib çıxa bilməsək, onların ruhu qarşısında öz mənəvi borcumuzu yerinə yetirməmiş qalacağıq. Tanrı bizi bu sınaqdan alnı açıq, üzüağ çıxarsın.” Bu təsirli cümlələrə başqa nə artırmaq olar? Heç nə. Millət, xalq, dövlət olaraq bizim 1-ci vəzifəmiz, borcumuz buna nail olmaqdır. Gecikmişik, gecirik, ancaq boynumuzun borcudur, əks halda Cümhuriyyətimizin o şərəfli qurucularının, bu yolda şəhid gedən insanların ruhu da bizi bağışlamayacaq, başıaşağı, gözükölgəli, üzüqara köçəcəyik bu dünyadan. "Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu” kitabı, tarix üzrə fəlsəfə doktoru aldığı “Azərbaycan Xalq Cümhuriyyəti dövründə sərhəd mühafizəsinin təşkili" mövzusunda dissertasiya işi, eyni adda kitabı, bu istiqamətdə apardığı ardıcıl araşdırmalar, böyük bir hissəsini ilk dəfə tapıb üzə çıxardığı arxiv sənədləri tarixşünaslığımıza,  Cümhuriyyət tariximizə  mühüm töhfədir, vətən, xalq, naminə dəyərli xidmətlərdir. Professor Bədirxan Əhmədlinin qənaəti ilə razılaşmamaq mümkünsüzdür: “L.Şüküroğlunun kitabı faktların zənginliyi, mənbələrin dəqiqliyi, təhlillərin dərinliyi və obyektivliyi, hadisələri düzgün dəyərləndirilməsi, obyektiv qənaətlər çıxarılması baxımından indiyədək ordu quruculuğuna həsr olunmuş tədqiqatlar arasında layiqli yer tutur. Görünür, buna görə də tədqiqatını «Azərbaycan fədaisi olmuş böyük şəxsiyyətlərimiz qarşısında sonsuz minnətdarlıq borcu» ilə onlara həsr etmişdir. Cümhuriyyətə və onun qurucularına olan bu sevgi onu arxivlərə aparmış, səbrlə, təmkinlə faktları toplamış, ortaya yeni və sanballı bir tədqiqat əsəri çıxarmışdır. L.Şüküroğlunun bu araşdırması indiyədək ordu quruculuğuna həsr olunmuş bütün tədqiqatlardan fərqlənir.” Lətifin Cümhuriyyət tariximizə möhkəm bağlılığının təzahürü olaraq, təkcə “525-ci qəzet”də  son bir ildə dərc olunan, yəni axtarışda üzə çıxan məqalələrinin başlıqlarına baxmaq kifayətdir: “Cümhuriyyət fədaisi: görkəmli hərb xadimi Həbib bəy Səlimov”, “Millətə xidmətlə qazanılan unudulmazlıq: Əhməd bəy Pepinov”, “Milli tərəqqi yolunun cığırdaşı - Nəsib bəy Yusifbəyli”, “Azərbaycanın ilk Ordu generalı: Səməd bəy Mehmandarov”, “İstiqlal və cümhuriyyətçilik ideyalarına Əhməd Cəfəroğlu baxışı”,  “Bir daha “Türkçülüyün üçlü formulu" haqqında” və sair. Bu məqalələrin hər birində tarixçi alim üçün də, sıradan oxucu üçün də yeni, maraqlı, ibrətamiz məqamlar var. Mən çox sevinirəm ki, tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Lətif Babayevin 24 il təhlükəsizlik orqanlarında dəyərli xidmətləri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Hərbi xidmətlərə görə” medalıilə təltif olunub,  "Qüsursuz xidmətlərə görə" medalının hər üç dərəcəsini alıb. Lətif təhlükəsizlik orqanlarından təqaüdə çıxdıqdan sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri kimi, cəmiyyətimizin bu ən hörmətli insanlarının qayğı və problemlərinin həlli, dövlət siyasətinin icrasında bu kateqoriyadan olan insanların fəal iştiraka cəlb olunması, xarici ölkələrdə keçirilən mötəbər tədbirlərdə Azərbaycan həqiqətlərinin təbliği, xüsusilə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm təşkilatçılıq, ideya-siyasi tərbiyə işi aparıb. Maarifçilik - ziyalı missiyasıdır və Lətifin həyatının ayrılmaz hissəsidir. Bilik Fondunda çalışdığım illərdə dəfələrlə şahidi olmuşam ki, Lətif hansı məktəbə, əmək kollektivinə mühazirə deməyə gedirdisə, ardınca razılıq, təşəkkür sorağı gəlirdi, təkrar görüşməyi xahiş edirdilər. Onun facebook səhifəsindəki rəngarəng mövzularda lakonik, sadə, rəvan yazıları həm informasiya, maarifləndirmə mənbəyidir, həm də lakonik, yığcam üslubu ilə könül oxşayır. Bunlar facebook səhifəsində yazdıqlarından nümunələrdir. R.Rövşənin doğum gününə 4 adlıq cümlə - cəmi 20 söz yazıb: “Yaşayan klassik. Tanrının Azərbaycan sevgisinin dövrümüzə töhfəsi. Bu gün yaşadığımız dövrün əbədiyaşar adlarından biri - Ramiz Rövşən. "Təpədən dırnağa" nur içində olması arzusu ilə.” Yeni ilə də elə o qədər: “İsmayıl bəy Qaspıralı: ""Dildə, fikirdə, əməldə birlik". Yeni iliniz mübarək, əziz həmvətənlər! Hər biriniz və xalqımız üçün uğurlu olsun!”  Yaxud: “Biz hələ də sadəlövhcəsinə başımıza gətirilən bəlalarda hansısa təsadüf axtarırıq.” “Millət vəkili olmaq çox böyük məsuliyyətdir...Deputatlıq statusu səlahiyyətdən əvvəl məsuliyyətdir, özü də yalnız onu seçmiş dairənin seçiciləri qarşısında deyil, bütün xalq qarşısında böyük məsuliyyətdir. Bu məsuliyyəti anlayaraq yola çıxanlara uğur olsun!” “Qasım Süleymaninin öldürülməsi ətrafında baş verənlər cəmiyyətdə hansı təhlükəli meyllərin olduğunu üzə çıxardı. Bunu bilməkdə fayda var. Xüsusi araşdırmalar aparmağa, sorğular keçirməyə ehtiyac qalmadı. Şübhə etmirəm ki, mümkün təhdidlərin qarşısının alınması üçün tədbirlər görüləcək.” “Bu da, əlbəttə, keçəcək. Bədbinliyə qapılmayaq. Virus haqqında düşünməkdənsə, nə iləsə məşğul olun, maraqlı kitab oxuyun, özünüzə faydalı bir məşğuliyyət tapın.” Lətif belə qısa, ancaq mənalı, tutumlu, təfərrüatsız, düşündürücü mülahizə, lakonik qeydləri ilə özünün vətəndaş mövqeyini ifadə edir. Bu həm də onun daxili azadlığından, müstəqilliyindən irəli gəlir, vəzifə, rütbə, görəv missiyasından qabaqda dayanır. Sakitcə, hay-küy salmadan mövqeyini ortaya qoyur, bu mövqe onun həyatında, nəşr olunmuş kitablarında, məqalələrində də aydın görünür, yəni özü özünü göstərmir, sadəcə, oxuyan bunları yazanın Vətəndaş olduğunu görüb anlayır. Lətifin facebook səhifəsi ürəkaçıqlığının, səxavətinin də güzgüsüdür; yaxşı nə görürsə, yayır, təbliğ edir, rəy bildirir, insanları maarifləndirməyə, savadlandırmağa çalışır – dünən də, bu gün də xalqımıza ən gərəkli xidmət elə budur. İşıqlı insanlar belə olur - xeyirxah, xoş məramlı. Lətifin üz cizgiləri, mehriban səsi, xoş çöhrəsindən əskik olmayan təbəssümü, özünü formada saxlaması, bunlardan da qabaq sağlam, enerjili çalışmaları, ailə xoşbəxtliyi məni sevindirir.  Mənalı ömür yaşamış əziz dost, istəkli Lətif Şüküroğlu, 60 yaşın mübarək! Ulu Yaradan səni ən böyük arzuna - Zəngilan, Şuşa... həsrətinə qovuşdursun, sonrası asandır. Təbrik edirəm!  

Hamısını oxu
Lətif Şüküroğlu - 60
Lətif Şüküroğlu - 60

Lətif Şüküroğlu (Babayev) “Cümhuriyyət hökuməti repressiya məngənəsində”, “Azərbaycan Xalq Cümhuriyyətinin sərhəd mühafizəsi tarixi (1918-1920)”, “AXC dövründə ordu quruculuğu” (və s.) kitablarının müəllifi, tarix üzrə fəlsəfə doktorudur. İxtisasca jurnalistdir. AYB üzvüdür. Jurnalist kimi qələmindən çoxlu məqalə çıxsa da, yazıçı tək onu avtobioqrafik “Taleyin izləri” romanı təmsil edir. Bioqrafiyasının bir önəmli cəhəti də Xüsusi Xidmət Orqanlarında işləməsi olub, ehtiyatda olan polkovnikdir. Hal-hazırda Milli Məclisdə çalışır.       ÜMİDLƏRİMİZİN YAZ SƏHƏRİ... Gəncliyin qızıl illərində Rəfiq  Özdəkin “Türkün qızıl kitabı”nı bir də əlimə götürəndə tərcüməçilərinə baxdım: Lətif Şüküroğlu, Nəsiman Yaqublu.  “İndiyədək niyə fikir verməmişəm?” Lətiflə neçə ildi eyni qurumda çalışırdıq. Ancaq Lətif özü də bu barədə danışmamışdı. Dəyərli bir kitabın tərcüməsi üçün ona “sağ ol” dedim.       Lətif adı gələndə, Qarabağ uğrunda şəhidlər verən Zəngilana  xidməti ezamiyyətdəykən yazdğım şeirim yadıma düşür həmişə, xüsusən də, bu misralar: Di gəl bu qansız ağaclar gör necə ürəkdən açıb... ...Gözlərimi Lətifin telefon zənginə açdım,– gecə gec yatmışdım. “Sənin ilin gördün də necə başladı,–” tez onu qabaqladım. “Nə olsun, koronavirus qadağaları sənin doğulduğun gündən sərtləşdi,-”dedi. Gülüşdük. “Pəncərədən baxıram.., həyətdəki ağacın nə çiçəyi var, nə yarpağı, ancaq üzərində buğum-buğum yaşılı görünür,-” söylədi Lətif. “Ancaq Zəngilanda barıt qoxulu havada belə, ağaclar ürəkdən açırdı,–” öz-özümə düşündüm. “Həyətdəki ağacın üzərindəki buğum-buğum yaşıl isə bəlkə ölməyən son ümidlərimizdir,-” bunu da ürəyimdə söylədim. Bir yaz səhəri mənə Zəngilandan zəng elə, Lətif!  Və... səsini “su kimi alışan ruhuma çiləyim...” Qardaşxan aprel, 2020 P.S. “Karantin fürsəti”ndə mənə qalın-qalın kitablar yazmağı arzulayan dost, qoy bu kiçik yazı bir başlanğıc olsun.

Hamısını oxu
Təhlükədən az zərərlə çıxmaq üçün üzərimizə düşən işi yerinə yetirməliyik
Təhlükədən az zərərlə çıxmaq üçün üzərimizə düşən işi yerinə yetirməliyik

"Bu gün bütün dünya ölkələri kimi Azərbaycan da koronavirusdan əziyyət çəkən dövlətlər sırasındadır. Lakin digərlərindən fərqli olaraq ölkəmizdə vaxtında görülən tədbirlər, atılan addımlar nəticəsində vəziyyət digərləri ilə müqayisədə qat-qat yaxşıdır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərarlar, verilən tapşırıq və tövsiyələrin məqsədi ölkəmizin bu bəladan daha az itki ilə çıxmasıdır: "Azərbaycan bir çox məsələlərlə bağlı əksər ölkələrdən daha çevik qərarlar qəbul edir, önləyici tədbirlər həyata keçirir, həmçinin bu prosesdə insan hüquq və azadlıqlarının qorunmasını da təmin etməyi bacarır". C. Xəlilov söyləyib ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı da Ölkə başçısı İlham Əliyevin çağırışı, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara əməl etməklə yanaşı, cəmiyyəti, veteranları, gəncləri. ümumilikdə bütün ictimaiyyəti qaydalara riayət etməyə çağırır. Ölkəmizdə pandemiya ilə mübarizədə dövlət qurumlarının tam məsuliyyətlə çalışdığını deyən polkovnik vurğulayıb ki, tibb işçiləri, polislər və bütövlükdə bu prosesdə iştirak edən bütün dövlət qurumları öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər: "Azərbaycan veteranları da ölkəmizdə bu istiqamətdə görülən işlərə qoşulur, bu işlərə öz töhfəsini verməyə çalışır. İnanıram ki, Azərbaycan xalqı qəbul edilən qərarlara hörmətlə yanaşacaq, hər kəs öz üzərinə düşən məsuliyyəti yerinə yetirəcək. Bununla biz həm ailələrimizi, həm övladlarımızı, həm də ümumilikdə xalqımızı bəladan xilas edə bilərik". Təşkilat rəsmisi qeyd edib ki, bəzi şəxslərin məsələyə inanmaması, məsuliyyətsiz yanaşması təəssüfedicidir: "Çünki koronavirus bəlasından təkcə Azərbaycan deyil, bütün dünya əziyyət çəkir. Hər gün vəziyyətin nə qədər ciddiləşdiyinin şahidi oluruq. Bu gün bütün dünyanın aparıcı mütəxəssisləri, alimləri, həkimləri insitutları COVİD-19-la bağlı araşdırma aparır, onunla mübarizə yollarını axtarır, vaksinləri təcrübədən keçirirlər. Bütün bunlar təhlükənin olduğunu göstərir. Ölkəmizin bu təhlükədən az zərərlə çıxması üçün biz üzərimizə düşən işi, vəzifəni layiqincə yerinə yetirməliyik". Müəllif: Nailə Məhərrəmova

Hamısını oxu
“Ölkə başçısının atdığı addımlar xalqımızın koronavirus bəlasından ən az itki ilə çıxmasına hesablanıb”
“Ölkə başçısının atdığı addımlar xalqımızın koronavirus bəlasından ən az itki ilə çıxmasına hesablanıb”

Cəlil Xəlilov: “Dövlətimizin mövcud təhlükəyə reaksiyası adekvatdır”  Koronavirus təhlükəsinin bütün dünyada sürətlə genişlənməsi Azərbaycanın da önləyici addımlar atmasını zəruri edib.  Redaksiyamıza açıqlamasında ölkə başçısının bu müstəvidə həyata keçirdiyi tədbirlərə diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, dövlətin əhalinin təhlükəsizliyi baxımından bütün zəruri addımları atmaqda davam etdiyini vuğulayıb:  “Prezident İlham Əliyevin koronavirus təhlükəsindən qorunmaq məqsədi ilə ilk gündən çevik qərarlar qəbul etdiyi, ciddi önləmlər aldığı hər kəsə məlumdur. Təsadüfi deyildir ki, ölkəmiz yalnız regionda deyil, bütün dünyada koronavirus təhlükəsinə adekvat reaksiya verən, zamanında qabaqlayıcı tədbirlər görən azsaylı dövlətlərdən biridir. Məhz buna görə də digər dünya dövlətləri ilə müqayisədə Azərbaycanda koronavirusun yayılma tempi azdır. Bununla belə, dövlətimiz bu gün də əhalinin salamlığını qorumaq, koronavirusun yayılmasını önləmək üçün səylərini davam etdirməkdədir.   Bildiyiniz kimi, aprelin 20-nə qədər ölkəmizdə xüsusi karantin rejimi elan edilib ki, məqsəd əhalinin evdə qalmasını təmin etmək, sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da virusun yayılmasının qarşısını almaqdır.   Koronavirusla bağlı görülən tədbirlər sırasında qoruyucu və dezinfeksiyaedici məhsulların istehsalı da diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Bu gün  prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etdilər. Hansı ki, bu müəssisədə gündəlik 120 min maska istehsal ediləcək ki, bu da nəinki daxili tələbatı ödəməyə, həm də bu maskaların ixracına imkan yaradacaq.   65 yaşdan yuxarı tənha şəxslərin, eləcə də aztəminatlı ailələrin, muzdlu işçilərin, kiçik və orta sahibkarların dövlət tərəfindən himayə edilməsi, onlara maddi dəstəyin göstərilməsi də həyata keçirilən tədbirlər sırasındadır.   Bundan başqa, son vaxtlar koronavirus təhlükəsi ilə əlaqədar olaraq müxtəlif cinayətlərə görə məhkum edilən yaşlı şəxslərin azad edilməsi yönündə də addımlar atılmaqdadır. Bu addımlardan biri kimi, bu gün prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 65 yaşdan yuxarı 176 məhkumun əfv edilməsi faktını göstərmək olar. Bu, bir daha ölkə başçısının vətəndaşlara olan həssas, duyarlı münasibətini təcəssüm etdirir, ölkə başçısının humanizmindən xəbər verir.   Hesab edirəm ki, ölkə başçısının koronavirusla mübarizə çərçivəsində atdığı qətiyyətli və humanist addımlar bu mübarizəyə öz töhfəsini verəcək və xalqımız bu bəladan ən az itki ilə çıxmasını təmin edəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur: dükana getmək üçün də SMS -lə icazə alınacaq
Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur: dükana getmək üçün də SMS -lə icazə alınacaq

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.  Bu barədə Musavat.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək aşağıdakı qaydada tətbiqi ilə bağlı qərara alır: 1. Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:   Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları; Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları; mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri; İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları; dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri; Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları; Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları; dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli siyahı əlavə olunur); dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları; hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər; kütləvi informasiya vasitələrinin əməkdaşları; Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).   2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:   dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli siyahı əlavə olunur); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri; fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.   3. “ASAN Könüllüləri” İctimai Birliyi, "Regional İnkişaf" İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. 4. Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir:   təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; yaxın qohumunun dəfnində iştirakla əlaqədar.   Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:   Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111), Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111), Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111).   Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir. Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər. SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər. Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları “icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat 10:00-dan etibarən daxil etməlidirlər. Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir. Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir. 1 nömrəli əlavə Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı 1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 2. “Azəriqaz” İstehsalat Birliyi 3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 4. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti 6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri) 7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 8. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 9. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti 10. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti 11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti 12. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti 13. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 14. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti 15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi 17. Bakı Nəqliyyat Agentliyi 18. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 19. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti 20. Dövlət Dəniz Agentliyi 21. Dövlət Mülki Aviasiya Agentliyi 22. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi 23. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı müəssisələri

Hamısını oxu
“Beynəlxalq təşkilatlar Qarabağdakı qondarma
“Beynəlxalq təşkilatlar Qarabağdakı qondarma

Xəbər verdiyimiz kimi, erməni separatçıları işğal edilmiş Azərbaycan torpaqlarında qondarma “seçki” keçirib.   Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov beynəlxalq təşkilatların baş verənlərə münasibət bildirməsinin vacib olduğunu vurğulayıb:   “Aydındır ki, Azərbaycanın işğal edilmiş torpaqlarında keçirilən bu “seçkilərin” heç bir hüquqi əsası yoxdur və bu “seçkilər” erməni separatizminin əsl mahiyyətini, onun beynəlxalq hüquqa olan münasibətini bir kəs daha ortaya qoyur. Artıq Azərbaycan tərəfi baş verənlərlə bağlı öz mövqeyini ortaya qoyub, bu “seçkilərin” etibarsız olduğunu, heç bir hüquqi əsasa malik olmadığını vurğulayıb. Azərbaycan XİN-nin məlum bəyantında da qeyd olundu ki, bu “seçki” həm Azərbaycan konstitusiyasına, həm də BMT Nizamnaməsinə, ATƏM-in Helsinki aktına ziddir və hüquqi əhəmiyyət kəsb etmir. Ancaq təəssüflər olsun ki, hələ də Qarabağdakı bu “seçkilərlə” bağlı beynəlxalq təşkilatlar hər hansı mövqe sərgiləməyib. Azərbaycanda keçirilən seçkilərlə bağlı ard-arda bəyanatlar verən, açıqlamalar yayan beynəlxalq təşkilatların Qarabağdakı “seçkilərlə” bağlı indiki susqunluğu anlaşılan deyil.   Hesab edirəm ki, həm beynəlxalq təşkilatlar, həm də dünyanın aparıcı ölkələri Qarabağdakı qondarma “seçkilərlə” bağlı mövqe ortaya qoymalı, işğalçının bu addımını qınamalıdır. Çünki bu “seçkilər” yalnız Azərbaycan konstitusiyasına qarşı deyil, həm də ümumilikdə beynəlxalq hüquqa, BMT nizamnaməsinə ziddir. Baş verənlər beynəlxalq hüququn kobud şəkildə pozulması və təhqiri deməkdir. ”   Düşmən isə anlamalıdır ki, bu kimi addımlarla nəyəsə nail ola, Qarabağdakı mövcudluğuna hüquqi don geyindirə bilməyəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib
Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumatda deyilir ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır. İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir: • Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla); • İstirahət və əyləncə məkanları üzrə xidmətlər; • Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti; • Bərbərxanalar, gözəllik salonları, masaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət); • Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri; • Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); • Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət); • Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili); • İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla); • Fərdi mənzillərdə təmizlik xidmətləri; • Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət). Bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir: 1. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlar. 2. Səhiyyə və sosial sahə üzrə: • Elmi-tədqiqat və laborator xidmətləri • Xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər • Baytarlıq xidmətləri • Tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı • Sosial xidmətlər • Əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti 3. İnfrastruktur sahəsi üzrə: • Kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması) • Elektrik enerjisinin istehsalı və təchizatı • Su təchizatı və meliorasiya • Telekommunikasiya və rabitə xidmətləri 4. Nəqliyyat və logistika sahəsi üzrə: • Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları • Dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri • Logistika xidmətləri • İctimai nəqliyyat və taksi xidmətləri 5. Əsas istehsalat növləri: • Müdafiə sənayesi məhsullarının istehsalı • Neft avadanlıqları və qurğularının istehsalı • Qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanılması və topdan satışı • Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı • Kimyəvi məhsulların istehsalı • Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti • Əkinçilik və məhsul yığımı • Neft və qazın hasilatı, emalı, saxlanması və satışı • Neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi • Metallurgiya sənayesi üzrə fəaliyyət • Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri • Mühəndislik və layihələndirmə xidmətləri • Mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri • Qablaşdırma məhsullarının istehsalı • Daş, metal və taxta məhsullarının istehsalı • Mebel istehsalı və təmiri • Diri heyvanların kəsimi 6. Pərakəndə və topdansatış üzrə: • Ərzaq məhsullarının satış məntəqələri • Apteklər • Yanacaqdoldurma məntəqələri • Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri • Tikinti materialları və məişət xırdavatlarının satışı məntəqələri 7. Məişət xidmətləri üzrə • Məişət tullantılarının yığılması və utilizasiyası • Poçt xidmətləri • Kimyəvi təmizləmə • Mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi • Avtomobillərin təmiri • Avtomobil yuyulma məntəqələri • Tərcümə xidmətləri • Heyvan sığınacaqları • Dizayn xidmətləri 8. Kütləvi informasiya vasitələri 9. Maliyyə təşkilatları üzrə • Banklar və valyuta mübadiləsi məntəqələri • Sığorta təşkilatları • Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar 10. Xüsusi xidmət növləri üzrə • Çatdırılma xidmətləri • Məişət avadanlıqlarının təmiri • Dezinfeksiya xidmətləri Karantin dövründə hər bir şəxs və təşkilat tərəfindən elektron ticarətdən istifadəyə üstünlük verilməlidir. Xüsusi rejim dövründə fəaliyyət göstərəcək dövlət və özəl təşkilatların siyahısı və iş rejimi əlavə olaraq müəyyən ediləcəkdir. COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli “qaynar xətt”ə zəng etmək ciddi tövsiyə edilir.

Hamısını oxu
Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatı (22.03.2020)
Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatı (22.03.2020)

Koronavirus (COVİD-19) infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam etdiyindən ciddi preventiv tədbirlər tətbiq olunmaqdadır. Bu məqsədlə bir çox ölkələr arasında sərhədlər müvəqqəti bağlanıb, aviauçuşlar dayandırılıb, insanların kütləvi toplaşdığı məkanlar üzrə məhdudlaşdırıcı tədbirlər həyata keçirilib. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində bir sıra qaydalar tətbiq olunub, o cümlədən sosial məhdudlaşdırma tədbirləri həyata keçirilir. Bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial-mədəni obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb, restoran və kafelərin iş rejimi qısaldılıb. Bunlarla yanaşı, virusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurəti yaranmışdır. Bu baxımdan nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən bir ay müddətinə dayandırılır.

Hamısını oxu
 Nazirlər Kabineti yanında Operativ Qərargah (20.03.2020)
Nazirlər Kabineti yanında Operativ Qərargah (20.03.2020)

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir. Belə tədbirlərin ən mühüm hissəsi vətəndaşların ünsiyyətini minimuma qədər azaltmaqdır. İndiyə qədər mərhələli şəkildə görülmüş tədbirlər ünsiyyətin xeyli azalmasına səbəb olub. Bununla belə, işləyən vətəndaşların “özünütəcrid”i qeyri-mümkün olur və infeksiyanın yayılması təhlükəsini artırır. Bu səbəbdən, infeksiyanın yayılmasının qarşısının qısa müddətdə və tam şəkildə alınması məqsədilə vətəndaşların “özünütəcrid” üçün daha əlverişli şərtlərlə təmin edilməsinə ehtityac var. Vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul olunub. Qərar müvəqqəti xarakterlidir, dövlətin vətəndaşların təhlükəsizliyini daha səmərəli təmin etməsi məqsədilə qəbul olunub və növbədənkənar məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək. Bu qərar minlərlə vətəndaşın özünü infeksiya təhlükəsindən daha yaxşı qorumasına səbəb olacaq

Hamısını oxu
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatı (23.03.2020)
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatı (23.03.2020)

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir: Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.Bu müddət ərzində: 1. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin. 2. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılsın. 3. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın. 4. Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin. 5. Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etsin. Sərnişinlərə tövsiyə edilsin ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər. 6. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin. 7. İnsanlararası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin. 8. İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin; 9. Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılsın; 10. Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin. 11. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilsin.Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi, koronavirus xəstəliyi üçün xarakterik simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etməyi ciddi tövsiyə edir.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı koronavirusla mübarizəyə dəstək olub
Respublika Veteranlar Təşkilatı koronavirusla mübarizəyə dəstək olub

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda koronavirus təhlükəsi ilə əlaqədar olaraq martın 24-ü saat 00:00-dan etibarən aprelin 20-dək xüsusi karantin rejimi elan edilib. Koronavirusun yaşlı insanlar üçün xüsusilə ciddi təhlükə kəsb etdiyini nəzərə alaraq, onların müdafiəsi məqsədi ilə 65 yaş və bu yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulub. Həmçinin bu kateqoriyadan olan vətəndaşlara sosial xidmətlərin göstərilməsinin təmin edilməsi nəzərdə tutulur. Yaşlı insanlara bu xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət işçiləri tərəfindən həyata keçiriləcək. AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin həmin qərarını təqdir edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilat olaraq əlaqədar dövlət qurumlarına dəstək verməyə hazır olduqlarını deyib. O bildirib ki, yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın evdən çıxmasını qadağan edən qanun həssas kateqoriyaya daxil olan insanlarımızın koronavirusdan qorunmasına hesablanıb və bu, dövlətimizin vətəndaşlara, onların sağlamlığına olan duyarlı münasibətinin göstəricisidir. O deyib: “Biz Respublika Veteranlar Təşkilatı olaraq ölkə başçısının koronavirusa qarşı mübarizə məqsədi ilə atdığı bütün addımları dəstəkləyir, bunu vətəndaşlarımızın təhlükəsizliyinin təmini baxımından yüksək qiymətləndiririk. Hesab edirik ki, bütün bu addımlar ölkəmizin, vətəndaşlarımızın müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edən tədbirlərdir. Yaşı 65 və ondan çox olan insanların arasında müharibə və əmək veteranları da az deyil. Bu səbəbdən də yaşı 65-dən çox olan tənha, sosial xidmətə ehtiyac duyan veteranların müəyyənləsdirilməsi, həmin şəxslərlə bağlı əlaqədar dövlət qurumlarına məlumat verilməsi, onlara göstəriləcək sosial xidmətin keyfiyyətinə nəzarət olunması və s. kimi tədbirlər baxımdan Respublika Veteranlar Təşkilatı hər cür informasiya dəstəyinə hazır olduğunu bəyan edir. Hesab edirik ki, xalqımız, dövlətimiz üçün indiki çətin məqamda hər birimiz ölkə başçısının çağırışına səs verməli, koronavirusa qarşı mübarizə məqsədi ilə qəbul edilən hər bir qərara ciddi əməl etməliyik. Unutmamalıyıq ki, dövlətimizin verdiyi hər bir qərar, bu yöndə atdığı hər bir addım vətəndaşlarımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi üçündür və biz tələb edilən bu qaydalara riayət etməliyik”.

Hamısını oxu