Ən son xəbərlər
Şagirdlərlə görüş Respublika Veteranlar Təşkilatı gənclərdə vətənpərvərliyin yüksəldilməsi istiqamətində müntəzəm tədbirlər keçirir. Ümumtəhsil məktəblərində, liseylərdə, kollec və universitetlərdə gənclərlə görüşlər keçirilir, onlara vətəni sevməyin müqəddəsliyi aşılanır. Respublika Veteranlar Təşkilatının təşəbbüsü ilə Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 91 saylı tam orta məktəbdə yanvar ayının 12 də veteranlarla məktəblilərin növbəti görüşü keçirildi. Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev, təşkilatın sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Böyük Vətən müharibəsi veteranı A.A.Qritçenko, Sosialist Əməyi Qəhrəmanı Ö. Ağayev və digər veteranlar, media nümayəndələri məktəbin şagird və müəllim kollektivi iştirak etdi. İlk öncə Respublika Veteranlar Təşkilatının nümayəndəli məktəblə tanış oldular. Məktəbin direktoru Svetlana Zülfüqarova yaradılmış şəraitə, müasir tələblərə tam cavab verecək şəkildə qurulmasina görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdi. Məktəbdə yaxın zamanlarda lazımı avadanlıqlarla təhciz edilmiş hərbi sinif otağının qurulacağı da vurğulandı. General-mayor Dadaş Rzayev bu cür auditoriyaların hər bir məktəbdə olmasının zəruriliyini vurğuladı və bu sahədə Respublika Veteranlar Təşkilatının kollektivinin məktəbə komək edəcəyini bildirdi. Veteranlar siniflərdə dərs prosesini izlədilər. Şagirdlərə dəyərli tövsiyələr verdilər, vətəni sevməyin məhz məktəblərdə aşilanmalı olduğunu bildirdilər. “Hər bir məktəbli sabahımızın layiqli vətəndaşı və cəsur əsgəridir. Məktəblərsə onları buna hazırlayan elm ocaqlarıdır”- deyə Dadaş Rzayev bildirdi. Daha sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Svetlana Zülfüqarova bu gün əlamətdar günlərdən biri olduğunu, respublikamızın qəhrəman oğullarnın məktəblilərlə görüşə gəldiklərini, veteranlarımızın bizim canlı tariximiz olduğunu qeyd etdi. Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev şagirdləri salamladı, onlara tədris ilində müvvəfəqiyyətlər arzuladı. “Bu gün mən, eləcə də buradakı hər bir veteran fəxr edir və sevinir ki, sizlərlə görüçə gəlmişik. Mən azərbaycanlı gənclərlə, sizlərlə fəxr edirəm. Sizlərə baxanda Azərbaycanımızın gələcəyinin etibarlı əllərdə olduğuna bir daha əmin olruq. Müstəqilliyimizin əbədi və daimi olacağına inanırıq. Biz müstəqilliyimizi qurduq, imperializmlə, faşizmlə, zülmlə çarpışdıq, mübarizə apardıq. Qanımız, canımız bahasına qalib gəldik. Amma bizim mübarizəmiz nəticəsiz qalmasa da, təssüfflər olsun ki, faşizmi, işğalçılıgı tam məhv edə bilmədik. Erməni vandalizminin şahidi olduq. Torpaqlarımızı işğal etdilər, vətəndaşlarımızı amansızlıqla qətlə yetirdilər. Tarixən başımıza gətirdikləri soyqrmı, vandalizmi Xocalıda yenidən təkrarladılar. Dünyada yeni vandalizm, yeni faşizm yaratdılar-erməni faşizmi. 1988-ci ildən başlayan proseslərin biz canlı şahidləriyik, sizlərsə onları tarix kitablarından, televiziyadan, fotoşəkillərdən öyrənirsiz. Hər birimiz erməni məkrini, erməni riyakarlığını görürük. Bunlar hamısı faktlardır. Bizim torpaqlarımızı işğal ediblər. Lakin bu bizim məğlubiyyətimiz deyl, biz onlarla mərdliklə vuruşurduq. Qarabağda düşmən tərəfindən isə muzdla döyüşənlər çoxluq təşkil edirdi. Ermənilərin havadarları onları yaxşı silahlandırmışdı. Bildiyiniz kimi o dövrdə bizim ölkədə dağınıqlıq idi. Ordu yox dərəcəsindəydi, özünümüdafiə dəstələri təşkil edilsə də, pərakəndəlik idi. Ümummilli liderimiz Heydər Əliyevin ölkədə yenidən rəhbərliyə qayıdışından sonra vəziyyət dəyişdi. Ordu quruculuğu başladı, iqtisadiyyat canlandı. Bir sözlə respublikamıza yeni nəfəs, yeni ruh gəldi. Bu gün siz əmin-amanlıq şəraitində yaşayırsınız. Ölkəmiz dünyanın ən sabit ölkələrindən biridir. Bu isə düzgün təkil edilmiş siyasətin nəticəsidir. Ordumuzun inkişafı göz önündədir. Ordunun maddi-texniki təminatı günbəgün artırılır. İxtisaslı kadrlarla ordumuz bu gün tam təmin edilmişdir. Sizlər sabahın əsgərlərisiz və hər biriniz gələcəkdə hərbi xidmətdə bundan əmin olacaqsız. Vətəni qorumaq hər birimizin borcudur. Vətən üçün canımızdan keçməyə hər an hazır olmalı, vətəni əzmlə müdafiə etməyi bacarmalıyıq. Mən sizin hər birinizə dərslərinizi yaxşı oxumağı tövsiyyə edirəm. Çünki siz gələcəyin kadrlıarısız, bizə savadlı kadrlar lazımdır. Hərb sənətinə yiyələnənlər nəinki, hərb sənətini, eləcə digər elmləri də dərindən bilməlidirlər. Zabit olmaq, hərbiçi olmaq heç də asan iş deyildir. Hər birinizə dərlərinizdə müvəffəqiyyətlər arzulayıram”. D.Rzayev daha sonra şagirdləri maraqlandıran suallara dolğun və ətraflı cavab verdi. Şagirlərdən Nigar Cavadova; “Siz general-maor rütbəsinə yüksəlmisininiz, bununla fəxr edirsinizmi?” Bəli fəxr edirəm. Bu, hər bir hərbiçi üçün fəxr və iftixardı. Nəinki general olmaq, Azərbaycan ordusunda xidmət etmək fəxr və iftixardır. Bununla bütün hərbiçilərimiz rütbəsindən asılı olmayaraq fəxr edirlər. Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək şagirdlərə dərslərində uğurlar arzulayaraq, Vətənin müdafiəsinin hər birimizin müqəddəs borcu olduğunu bildirdi. C.Xəlilov ölkə prezidenti cənab İlham Əliyevin hər sahəyə, o cümlədən təhsilə, gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq, orduda, iqtisadiyyatda, təhsildə əldə edilən müvəffəqiyətlərin danılmaz olduğunu bildirdi. “Təhsil millətin gələcəyidir. Sizlərsə bizim gələcəyimizsiniz. Yaxşı təhsil almalı, biliklərə yiyələnməli, gələcəkdə universitetlərdə, hərbi Akademiyalarda oxumalısız. Xalqımızın layiqli övladları kimi yetişməli, Azərbaycanın qüdrətinin, şöhrətinin artırılmasına öz töhfələrinizi verməlisinis. Elə etməlisiniz ki, gələcəkdə başınızı uca tutmağı bacarasınız” –deyə C.Xəlilov vurğuladı. Respublika Veteranlar Təşkilatının Hərbi vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev gənclərə dəyərli məsləhətlər verdi, onlara millətimizi sevməyə, daim dövlətimizlə birgə olmağa çağırıdı. “Gələcək sizindir. Siz bu gələcəyə elmlə təhsillə sahib olmalısız. Bunun üçün dərslərinizi yaxşı oxumalı, laiqli vətəndaş olmalısız”, o - dedi. Veteranlar A.A.Qritçenko və Ömər Ağayev keçdikləri şərəfli hayat yolunu, xatirələri şagirdlərlə bölüşdülər. Harada olmağından asılı olmayaraq əsl layiqli vətəndaş olmağın vacıbliyini vurğuladılar. Tədbirin sonunda fəaliyyəlləri ilə fərqlənən müəllimlərə və bir neçə şagirdə fəxri fərmanlar təqdim olundu. Sonda xatirə şəkli çəkdirildi.
Hamısını oxu“Multikulturalizmin Azərbaycan nümunəsi: Multikulturalizmin inkişafı və beynəlxalq platformaya çevrilməsi başlıca məqsəddir” Multikulturalizmin Azərbaycanın dövlət siyasətinə, o cümlədən xalqımızın həyat tərzinə çevrilməsi ölkəmizin mühüm uğuru, zəngin mənəvi sərvətidir. Azərbaycanda multikultural dəyərlər əsrlərə söykənir. Böyük Vətən müharibəsində iştirak edən veteranlar tolerantlığa, multikultural dəyərlərə sadiqliklərini fəaliyyətləri ilə nümayiş etdiriblər. Bu fikirlər martın 11-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Multikulturalizmin Azərbaycan nümunəsi: Multikulturalizmin inkişafı və beynəlxalq platformaya çevrilməsi başlıca məqsəddir” mövzusunda keçirilən elmi-praktiki konfransda səsləndi. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev müxtəlif mədəniyyətlərin qarşılıqlı hörmət və etimad şəraitində bir arada yaşadığı multikultural cəmiyyətin Azərbaycanda tarixən mövcud olduğunu vurğulayıb. Bildirib ki, dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni inkişafına mühüm şərait yaradan multikulturalizm xalqlar arasında qarşılıqlı anlaşmanın, dostluq və əməkdaşlığın dərinləşdirilməsinin əsas təməllərindən biridir. Azərbaycanda bu münasibətlər daim qorunub, xalqlar və insanlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına yüksək diqqət göstərilib. Müxtəlif sivilizasiyaların qovşağında yerləşən Azərbaycan əsrlər boyu ayrı-ayrı millətlərin və mədəniyyətlərin inkişaf etdiyi ölkə kimi tanınıb. Xüsusilə son 20 ildə ölkəmizdə bu dəyərlər dövlət səviyyəsində himayə edilir. D.Rzayev diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Fərmana əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ölkədə multikultural mühitin daha da inkişafına mühüm töhfə verib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi Azərbaycanda mədəniyyətlər və dinlərarası dialoq mühitinin yeni səviyyəyə qaldırılmasına imkan verəcək. Veteranlar Təşkilatı da həmin Sərəncamdan irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün potensialını səfərbər edib. Bu məqsədlə qurum tərəfindən təhsil ocaqlarında, yerli təşkilatlarda veteranların iştirakı ilə bir sıra tədbirlərin təşkili planlaşdırılır. Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov Xidmətin ölkəmizdə multikulturalizm dövlət siyasətinin həyata keçirilməsi, dinlərarası dialoqun inkişaf etdirilməsi sahəsində fəaliyyəti haqqında iştirakçılara məlumat verib. O bildirib ki, multikulturalizm ölkəmizdə dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir. Azərbaycanda multikultural dəyərlərin qədim tarixi olduğunu vurğulayan C.Məmmədov ölkəmizdə tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadıqlarını bildirib. Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinə dövlət tərəfindən qayğı göstərilir. 2016-cı ilin Azərbaycanda “Multikulturalizmi ili” elan edilməsi yüz illərdir digər dinlərə və mədəniyyətlərə hörmət edən və bunu bir yaşam tərzi olaraq mənimsəyən xalqımızın beynəlxalq birliyə verdiyi sülh çağırışıdır. Bu gün Azərbaycandakı multikulturalizm, tolerantlıq modeli dünyaya nümunədir. Dünyada sülhün bərpası üçün Azərbaycan multikulturalizmi modelinin tətbiqi gözəl nəticələr verə bilər. Ölkəmizdə multikulturalizm ənənələrinin təbliği üçün müxtəlif tədbirlər keçirilir, Azərbaycan multikulturalizmi fənni tədris olunur. Sevindirici haldır ki, veteranlarımız da multikulturalizm dəyərlərinin təbliğinə əhəmiyyətli töhfə verirlər. Respublika Veteranlar Təşkilatının sədr müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Multikulturalizm təhlükəsizliyin təminatında mühüm vasitədir”, Respublika Veteranlar Təşkilatının daimi komissiyasının sədri Zahiddin Abbasov “Multikultural dəyərlər, tolerantlıq – Azərbaycanın dünyaya ixrac edilə bilən qiymətli sərvətidir”, Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova “Multikulturalizm və tolerantlıq – Azərbaycan cəmiyyətinin həyat tərzidir”, AMEA-nın Ədəbiyyat İnstitunun Elmi Katibi, filologiya elmleri doktoru, professor Bədirxan Əhmədov “Azərbaycan ədəbi fikrində multikulturalizm və tolerantlıq” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə və çıxışlarda multikultural təhlükəsizlik anlayışı, ayrı-ayrı etnik və dini icmaların birgəyaşayış maraqlarının təmini, dövlət siyasətində dini müxtəlifliyin cəmiyyətdə tənzimlənməsi məsələləri barədə söhbət açılıb. Qeyd edilib ki, Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi olmasının ölkəmizin inkişafında müstəsna rolu var. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu multikulturalizm siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Tolerantlığın Azərbaycan nümunəsi göstərir ki, multikulturalizmin alternativi yoxdur.
Hamısını oxu24-cü il dönümünə həsr edilmiş tədbir keçirilmmişdir. Respublika Veteranlar Təşkilatının akt zalında baş tutmuş tədbirdə veteranlar, ziyalılar iştirak etmişdirlər. Tədbir Xocalı soyqırımı qurbanlarının və şəhidlərin ölməz xatirəsinin bir dəqiqəlik süküutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri eo general mayor Dadaş Rzayev açdı. Xocalının xalqımızın başına gətirilmiş faciələrin ən dəhşətlisi olduğunu qeyd etdi. “Erməni vandallarından və Rusiyaya məxsus 366-cı motoatıcı alayın törətmiş olduğu bu soyqrım dünya tarixində ən amansızlarından hesab edilir. Heç bir günahı olmayan dinc əhalinin vəhşicəsinə öldürülməsi, cəsədlərinin təhqir edilməsi erməni riyakarlığının, erməni xislətinin əsl simasını ortaya qoydu. Zori Balayan və onun kimi mənfur və xəstə təfəkkürlü ermənilərin törətdiklərini insanlığa sığmır. Uşaqların amansızcasına qətlə yetirilməsi bu əsl canilik, əsl faşizm və cinayətdir. Lakin çox təssüf olsun ki ermənilərin törətmiş olduqları bu cinayətlər cəsazız qalmışdır. Həm torpaqlarımız işğal altındadır, həmdə Xocalını törədənlər öz layiqli cəzasını almamışdırlar. Amma artıq bir neçə ildir aparılan “Xocalıya Ədalət” kompaniyasında dünya içtimayyətinə həqiqətlər çatdırılır. Dünya dövlətləri Xocalıda baş verənlərin insanlıqdan uzaq olduğunu və bunun əsl soyqırım olması faktını qəbul edirlər. Bu gün dünyanın bir sıra dövlətləri Xocalı soyqrımını tanıyır, eləcə də Amerika Birləşmiş Ştatlarının 20 ştatının Xocalı soyqrımını tanıyır. Əlbətdə bütün bunlar gərgin zəhmətin nəticəsidir, düzgün siyasətin nəticəsidir. Ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Biz inanırıq ki, heç zaman biz belə bir faciə ilə rastlaşmayacağıq çünki bizim güclü ordumuz var. Düşməni məhv etməyə qadirik. Günü-gündən qüvvətlənən ordumuz torpaqlarımızı azad edəcəkdir. Lakin bilməliyik ki, bizim erməni kimi mənfur qonşumuz var və onlar hər fürsətdə qara niyyətlərini həyata keçirməyə çalışırlar. Xocalıda ölənlərə və bütün şəhidlərimizə bir daha Allahdan rəhmət diləyirik”. Daha sonra çıxış edən digər veteranlar da Xocalı soyqrımı haqqında öz fikirlərini bölüşdülər. Tarixin dəfələrlə erməni mənfurluğunu təsdiqlədiyi və bu faciənin heç bir zaman unudulmayacağı diqqətə çatdırıldı. Tədbirin sonunda veteranlar Xocalı soyqrımı abidəsinin önünə qərənfillər düzdülər.
Hamısını oxuVeteran.gov.az apa.az-a istinadən xəbər verir ki, Tankçılarımız Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan tankçıları müsabiqənin “Fərdi sürmə” mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar. Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olublar.
Hamısını oxu44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən qüdrətli Azərbaycan yeni mərhələdə də strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirir. Postmüharibə dövrünün reallıqları ölkəmizin qətiyyətli mövqeyini, siyasi-diplomatik nailiyyətlərini əks etdirir. Məhz Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı səsləndirdiyi fikirlər də bu gerçəkliyin üzərinə işıq salır. Böyük Qayıdış ən yüksək səviyyədə təmin ediləcək Azərbaycan Prezidentinin həmin səfər zamanı ifadə etdiyi fikirlər ölkəmizin işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması, o cümlədən Böyük Qayıdışla bağlı işləri ən yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu göstərdi. Dövlət başçısı görülən işlərdən və bu istiqamətdə qarşıda duran vəzifələrdən, gələcək hədəflərdən bəhs etdi. Bu, qalib Azərbaycanın qətiyyətli liderinin siyasi iradəsinin və ölkəmizin iqtisadi gücünün ifadəsi idi. Ermənistana növbəti ciddi xəbərdarlıq Bunlarla yanaşı, Müzəffər Ali Baş Komandanımız üçtərəfli Bəyanatın bir sıra tələblərini yerinə yetirməyən, təxribatlar törətməklə beynəlxalq hüquq normalarını pozan işğalçı Ermənistana, onun hamilərinə növbəti dəfə ciddi xəbərdarlıq etdi. Dövlət başçısı, həmçinin sərhədlə bağlı yaranmış vəziyyətə dair Azərbaycanın mövqeyini bir daha prinsipial şəkildə diqqətə çatdırdı. Məlumdur ki, Azərbaycan sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atıb və bu məsələdə qətiyyətli mövqe sərgiləyir. İndi sərhədçilərimizin yerləşdiyi ərazilər məhz Azərbaycan torpaqlarıdır və yeni sərhədlər də oradan keçəcək. Prezident İlham Əliyevin “Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq”,-deyə bildirməsi isə konkret və birmənalı mövqeyin nümayişi, siyasi iradənin ifadəsidir. Tarixi irsimizə sahib çıxmaq ən mühüm vəzifələrdəndir Azərbaycan Prezidentinin bəhs olunan səfər zamanı səsləndirdiyi fikirlər, eyni zamanda, tarixi yaddaşımızı möhkəmləndirmək üçün qarşımıza yeni vəzifələr qoyur. Dövlət başçısı qeyd etdi ki, “indiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim yəni, tarixi adlar bərpa edilməlidir”. Əlbəttə, belə olan halda, elm xadimləri, ictimai fəallar, media nümayəndələri həmin yaşayış məntəqələrinin adlarını əks etdirən toponimlərin daha geniş miqyasda istifadə olunması, populyarlaşdırılması istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Bu, tarixi irsimizə sahib çıxmaq baxımından önəmli olmaqla yanaşı, xalqımızın qədim, doğma torpaqlarımıza qayıtmaq haqqını, əzmini ifadə edən mühüm amildir. Tarixi qələbəmizin diplomatik müstəvidə möhkəmləndirilməsi böyük əhəmiyyət daşıyır Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində görülən işlər Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Bu istiqamətdə əldə edilən nailiyyətlər isə bütün milli məqsədlərin reallaşdırılmasına geniş imkanlar yaradır. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Hamısını oxuAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” yeni Sərəncamı bu kateqoriyadan olan şəxslərə dövlət başçısı tərəfindən daha bir yüksək qayğının təzahürüdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) APA-ya verilən xəbərə görə, Sərəncama əsasən, Nazirlik “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxsləri və ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərini mənzillə təmin edəcək. ““Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” 26 noyabr 2020-ci il tarixli Qanuna əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi kimi müəyyən olunub. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Silahlı Qüvvələrimizin bir qrup hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, habelə ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Dövlət başçısının 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən Vətən Müharibəsi Qəhrəmanlarına (ölümündən sonra bu ad verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin ailə üzvlərinə) dövlət qayğısını artırmaq məqsədilə onlar üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Təqaüdün aylıq məbləği 2 000 manat müəyyən olunub. Şəhidlərimizin ailə üzvlərinin, müharibə qazilərinin çevik və genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunması dövlətimizin sosial siyasətinin prioritetlərindən biridir. Dəstək istiqamətlərindən biri kimi, şəhid ailələrinin, müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı sahəsində mühüm addımlar atılır. Ötən dövrdə 10 500 şəhid ailəsi və müharibə əlilli mənzil və fərdi evlə təmin edilib. 2021-ci ildə də 3 minədək mənzil və fərdi evin bu kateqoriyalardan olan vətəndaşlara verilməsi nəzərdə tutulub ki, onlardan artıq 1300 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin mənzillə təmin edilməsi barədə yeni Sərəncamla həmin kateqoriyadan olan vətəndaşlar da dövlətin mənzillə təminat proqramına daxil edilir və bu proqramın əhatə dairəsi daha da genişlənir”, - deyə qeyd olunub.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Sentyabrın 20-dən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir. Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, böyüməkdə olan gənc nəsildə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, təhsilalanların nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir. Müsabiqə şeir və mahnı nominasiyaları üzrə 2 yaş (7-14, 15-20) qrupunda və 2 mərhələdə keçirilir. Müsabiqə üzrə tələblər aşağıdakılardır: - Müsabiqəyə iştirakçılar yalnız bir nominasiya üzrə qatıla bilər; - İştirakçı seçdiyi nominasiya üzrə bir ifadan ibarət videogörüntünü müsabiqəyə təqdim etməlidir; - Müsabiqəyə vətənpərvərlik mövzusunda yazılmış şeirlə yanaşı iştirakçının öz yazdığı şeir də təqdim oluna bilər; - Mahnı nominasiyası üzrə müsabiqəyə xalq və bəstəkar mahnıları təqdim olunmalıdır; - Təqdim olunan mahnı və şeirin ifa müddəti 3-4 dəqiqədən çox olmamalıdır; - Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akopella oxuna bilər; - Müsabiqəyə fonoqram qəbul olunmur; - Hər iki nominasiya üzrə iştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər; - Videogörüntülər aydın və keyfiyyətli olmalıdır; -Təqdim olunan ifadan öncə iştirakçı özü barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, şəhər və rayon, təhsil aldığı müəssisə, nominasiya üzrə ifa etdiyi mahnı və ya şeirin adını) hazırladığı videogörüntü ilə birgə təqdim etməlidir; - İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınacaq. I mərhələ - 20 sentyabr – 28 oktyabr 2021-ci il. İlkin mərhələdə iştirakçılar tərəfindən hazırlanan şeir və mahnıların qəbulu aparılır. Hazırlanan mahnılar video formatda grbye@mk.edu.az elektron poçt ünvanına və ya (+994) 55 539 55 22 telefon nömrəsinə “Whatsapp” vasitəsi ilə göndərilməlidir. II mərhələ - 29 oktyabr – 6 noyabr 2021-ci il. Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və qaliblər müəyyənləşdirilir. Müsabiqənin qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaqlar. Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19 və (+994) 55 539 55 22 telefon nömrələri ilə əlaqə yarada bilərlər.
Hamısını oxu“Çalışmalıyıq ki, dünya erməni faşizmini tanısın və ədaləti dəstəkləyənlərin sayı çoxalsın” Azər Badamov: “Ermənistanla informasiya müharibəsinin davam etdiyi bir zamanda bu cür hesabatlar mühüm əhəmiyyətə malikdir” Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlsə də, Ermənistanla informasiya cəbhəsində mübarizə davam edir. Ermənistanın vaxtiylə işğalda saxladığı torpaqlarımızda törətdiyi vəhşiliklərin ifşası, rəsmi İrəvanın son 30 ildə vurduğu maddi-mənəvi ziyana görə kompensasiya ödəməsinin təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Bu baxımdan Bakı Dövlət Univbersitetinin rektoru Elçin Babayevin ideya müəllifliyi və rəhbərliyi altında hazırlanan “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat” erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Azərbaycan dili ilə yanaşı, həm də ingilis dilində hazırlanan sözügedən hesabat dünyanın əksər dövlətlərinin rəsmi dairələrinə, o cümlədən vətəndaş cəmiyyəti institutlarına təqdim ediləcək. Məlum hesabatla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov, bu cür layihələrin milli maraqlarımız baxımından böyük önəm kəsb etdiyini vurğulayıb: “Ermənistanla müharibə döyüş meydanında bitsə də, informasiya məkanında davam edir. Vətəni sevən hər bir şəxs özünün informasiya yaymaq imkanından istifadə edərək erməni vəhşiliklərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışmalıdır. BDU rektorunun rəhbərliyi altında belə bir hesabatın hazırlanmasını faydalı və təqdirəlayiq hesab edirəm. Dünya ictimaiyyəti torpaqlarımız işğal altında olduğu 30 ildə azərbaycanlıların tarixi, mədəni abidələrinə, o cümlədən insanlığa qarşı törətdikləri vəhşilikləri bilməlidir. Belə olan halda ermənilərin əsl faşist sifəti haqqında beynəlxalq ictimaiyyət məlumatlı olar və ədaləti dəstəkləyənlərin sayı çoxalar. Bu baxımdan “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat”ın ingilis dilində dünya dövlətlərinə yayılması olduqca əhəmiyyətlidir. Bu, beynəlxalq ictimaiyyətin erməni vəhşiliyi, Azərbaycan məcburi köçkünlərinin pozulan hüquqları haqqında daha aydın və ətraflı məlumat almasının təmin edilməsi baxımından mühüm önəm kəsb edir. Düşünürəm ki, dünya ictimaiyyətinin konkret və inkaredilməz faktlarla zəngin olan bu cür hesabatlar vasitəsi ilə məlumatlandırılması, sadəcə yaxın keçmişdə baş verən olayların tanıdılması deyil, həm də gələcək fəaliyyətimizin stimullaşdırılması, Ermənistana yönəlik siyasi və hüquqi sahədə daha effektiv addımların atılması baxımından faydalıdır”. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Slahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyinin tamam olması münasibəti ilə sözügedən universitetin rektorunu, o cümlədən professor-müəllim heyətini təbrik edib. Təbrikdə deyilir: “Bu il ölkəmizin təhsil həyatında xüsusi çəkiyə malik olan, respublikamızı yüksək ixtisaslı pedaqoji kadrlarla təmin edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyidir. Bu münasibətlə həmin uniuversitetin rektoru, professor Cəfər Cəfərovu, o cümlədən sözügedən universitetin bütün professor-müəllim heyətini təbrik edir, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq. İnanırıq ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti bundan sonra da ölkəmizin təhsil həyatına dəyərli töhfələr verməkdə davam edəcək, elm məbədi kimi öz müqəddəs funksiyasını müvəffəqiyyətlə yerinə yetirəcəkdir”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov
Hamısını oxuAzərbaycanın dövlətçilik tarixi zəngin, ləyaqətli, qürurlu və şərəfli yolun inikasıdır. Bir əsrdə iki dəfə müstəqillik əldə etmiş Azərbaycan müxtəlif hadisə və proseslərlə, taleyüklü məsələlərlə üzləşsə də, inkişafına zirvəsinə çatmağa müvəffəq olub və tarixində heç vaxt indiki qədər qüdrətli olmayıb. Faktlar və reallıqlar göstərir ki, bunu təmin edən əsas – həlledici amil məhz lider fenomenidir. Daha dəqiq desək, müasir müstəqil Azərbaycan Heydər Əliyev ideyaları və Onun siyasi varisi – layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasəti nəticəsində böyük uğurlara, inkişafa və qələbəyə nail olub. Milli inkişaf - siyasi-iqtisadi möcüzə və inkaredilməz reallıq Son 18 ilin tarixi mənzərəsi, siyasi, iqtisadi reallıqları göstərir ki, İlham Əliyevin timsalında lider fenomeni Azərbaycanı ən ali məqama yüksəldib, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə dalğalanmasını mümkün edib. Artıq dünya birliyi – beynəlxalq ictimaiyyət “inkişafın milli – Azərbaycan modeli” adlı siyasi-iqtisadi möcüzədən, inkaredilməz reallıqdan bəhs edir. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, makroiqtisadi sabitliyin, idarəetmədə effektivliyin təmin olunması, nümunəvi sosial siyasətin həyata keçirilməsi, ölkənin maliyyə gücünün – valyuta ehtiyatlarının artırılması, dünya iqtisadiyyatına uğurlu inteqrasiyanın reallaşdırılması və digər mühüm faktlar sosial-iqtisadi inkişafın Azərbaycan nümunəsinin mühüm cizgilərini təşkil edir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu araşdırma mərkəzləri və reytinq agentlikləri öz hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli olması və davamlı inkişaf etməsi ilə əlaqədar faktları əks etdirirlər. Sabitlik və təhlükəsizlik adası Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizdə sabitliyin və təhlükəsizliyin qarantıdır. Onun uğurlu siyasəti nəticəsində ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malikdirlər. Təbii ki, xalq-lider birliyi, dövlət başçısının siyasətinin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi sabitliklə yanaşı, milli həmrəyliyin də möhkəmlənməsini təmin edir. 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşərək milli birlik nümayiş etdirməsi isə bu baxımdan xüsusi vurğulanmalıdır. Ümumiyyətlə, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycandakı təhlükəsizlik mühitini çox yüksək qiymətləndirirlər. Multikulturalizmin ölkəmizdə həm həyat tərzi, həm də dövlət siyasətinin tərkib hissəsi olması isə xüsusilə nəzərə çatdırılır. Güclü, nüfuzlu dövlət və etibarlı tərəfdaş Cənab İlham Əliyevin strateji kursu, həmçinin Azərbaycanın beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu dövlətlərindən birinə çevrilməsini təmin edib. Olduqca mürəkkəb şərtlərin və şəraitin hökm sürdüyü qlobal geosiyasətdə Azərbaycanın yerinin və rolunun möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafı, nüfuzlu beynəlxalq təşkilatlara uğurla rəhbərlik etməsi dövlət başçısının uzaqgörən – milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursunun nəticəsidir. Təsadüfi deyil ki, Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin qlobal təşəbbüsləri çox yüksək qiymətləndirilir, Azərbaycan dialoq məkanı kimi mühüm beynəlxalq tədbirlərə, yüksək səviyyəli görüşlərə uğurla ev sahibliyi edir. Avrasiyanın enerji və nəqliyyat xəritələrinin yenidən yaradılmasını şərtləndirən uğurlu layihələrin həyata keçirilməsi isə Azərbaycana mühüm siyasi və iqtisadi üstünlüklər qazandırır. Bir sözlə, Azərbaycan dünya birliyinin layiqli, məsuliyyətli, güclü, nüfuzlu və etibarlı üzvü kimi çıxış edir. Dövlətçilik tariximizin zirvə hadisəsi Heç şübhəsiz, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə, dövlətçilik tariximizin ən mühüm – zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olunmasıdır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıraraq, uğurlu diplomatik fəaliyyət həyata keçirərək münaqişənin həllinə nail olub - tarixi ədaləti, ərazi bütövlüyünü bərpa edib. 44 günlük Vətən Müharibəsində dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusunun şanlı Zəfər yürüşü işğalçıları darmadağın etməsi xalqımızın qürur mənbəyi, dövlətimizin isə gücünün göstəricisidir. Yeni zirvələrə doğru Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb – Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəyliyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi və digər mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etməsinə imkan verəcək. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Hamısını oxuFatma Yıldırım: “Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!” Xəbər verdiyimiz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin köməkliyi ilə 100-ə qədər sağıamlıq imkanı məhdud qazi elektriklə çalışan ümasir əlil arabaları ilə təmin edilib. Veteran.gov.az xəbər verir ki, millət vəkili Fatma Yıldırım sosial şəbəkədəki hesabında bu nəcib təşəbbüsün önəminə diqqət çəkib, bu təşəbbüsün gerçəkləşməsin də əməyi olanlara təşəkkürünü bildirib: “Əziz həmvətənlər! Ölkəmizdə şəhid ailələri və qazilər hər zaman qayğı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanlara diqqət və qayğı davamlı xarakter daşıyır. Bildiyiniz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin dəstəyi ilə Azərbaycana gətirilmiş 100 ədəd elektriklə işləyən əlil arabası qazilərimizə və şəhid ailələrinə təqdim edilib. Bu məqsədlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında sağlamlıq imkanı məhdud olan qazilərlə bağlı tədbir keçirilib. Qeyd edim ki, Bərdə rayonunu təmsil edən millət vəkili olaraq mənim təşəbbüsümlə bu tədbir çərçivəsində Bərdə rayonundan olan Iİ Qarabağ müharibəsi qaziləri - Yusifzadə Məhəmməd İsrafil oğlu, Quliyev Sərxan Dilqəm oğlu və Musayev Gündüz Sabir oğluna; I Qarabağ müharibəsi qazisi Abışov Habil Kamil oğluna, eləcə də Bərdəyə terror hucumları nəticəsində xəsarət almış Quliyeva Rəmziyyə Əlasdan qızına müasir motorlu arabalar təqdim olundu. Xaricdə yaşayan türk qardaşlarımıza bizimlə həmrəylik nümayiş etdirərək, belə nəcib bir aksiya həyata keçirdikləri üçün dərin təşəkkürümü bildirirəm! Qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmaqlarını arzulayıram. Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq. Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!” Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, SOCAR AQŞ şirkətinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. SOCAR AQŞ-nin Baş Direktoru Samir Mollayev və şirkətin əməkdaşları Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar. Şəhidlərimizin ruhunu dərin ehtiramla anırıq. Mənbə: www.socar-aqs.az
Hamısını oxu