Ən son xəbərlər
Avqustun 21-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının binasında “Üçüncü ən qədim “T” İdarəsinin İsveç qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimat mərasimi keçirilib. “Üçüncü ən qədim “T” İdarəsinin İsveç qambiti” kitabının həmmüəllifləri Şamil Süleymanov və Vladimir Mişindir. “Fədakarlar gərəkdir” kitabının həmmüəllifləri isə Şamil Süleymanov və Şövkət Kərəmovadır. AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov təqdimat mərasimində çıxış edərək hər iki kitabın Azərbaycan oğullarının xüsusi xidmət orqanlarındakı fədakar əməyindən bəhs etdiyini bildirib. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycanda gənclərin vətənpərvərlik, tariximizə, milli adət-ənənələrimizə, maddi-mənəvi dəyərlərimizə hörmət, dövlətə, xalqa sədaqət ruhunda yetişdirilməsi və tərbiyə edilməsi istiqamətində aparılan uğurlu və məqsədyönlü siyasətin həyata keçirilməsində digər aidiyyəti orqanlar və təşkilatlarla yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) də fəallığı ilə seçilir. Bu işdə DTX-nin veteranlarının, xüsusilə Şamil Süleymanovun rəhbərlik etdiyi “Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları” İctimai Birliyinin əməyi danılmaz və təqdirəlayiqdir. Sonra hər iki nəşr haqqında məlumat verilib. Bildirilib ki, “Fədakarlar gərəkdir” kitabında kəşfiyyat və əks-kəşfiyyat sahəsində zəngin təcrübəsi olan, əqidəsinə sadiqliyi ilə seçilən xüsusi xidmət orqanı veteranı, dəyərli ziyalı Şamil Süleymanovun mənəvi keyfiyyətlərindən, şərəfli xidmət yolundan bəhs olunur. Nəşrdə Ş.Süleymanovun ulu öndər Heydər Əliyev ilə ilk tanışlığı, dahi şəxsiyyətin rəhbərliyi altında bu çətin xidmətdə yüksək keyfiyyətlərə yiyələnməsi, onun kəşfiyyatçı kimi iştirak etdiyi əməliyyatlar, habelə hazırkı ictimai fəaliyyəti və rəhbərlik etdiyi veteranlar təşkilatının gördüyü işlər barədə söhbət açılır. Qeyd olunub ki, “Üçüncü ən qədim “T” İdarəsinin İsveç qambiti” romanı 1980-ci illərdə inkişaf etmiş Avropa ölkələrindən birində cərəyan edən real hadisələr əsasında yazılıb. Romanın Azərbaycan dilində nəşrinin redaktoru və rus dilindən tərcüməçisi yazıçı Azər Hacıbəylidir. Rus dilində variantı 2013-cü ildə işıq üzü görən romanın “Ön söz”ünün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadədir. Kitabda Ş.Süleymanovun bilavasitə iştirakçısı olduğu real hadisələr yüksək dəqiqliklə oxuculara çatdırılır. Əsərin qəhrəmanının müvəffəqiyyət qazanmasının əsasında onun peşəkarlığı ilə yanaşı, yüksək istedadı da durur. Tədbirdə “Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları” İctimai Birliyinin sədr müavini Azər Qarayev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Mircəfər Həsənov, yazıçı Azər Hacıbəyli, uzun müddət milli təhlükəsizlik sistemində xidmət etmiş ehtiyatda olan polkovniklər Əliheydər Dadaşov, Sücəddin Abdullayev, polis orqanları veteranı, yazıçı Georgi Zapletin, veteranlar və başqaları çıxış edərək böyük və şərəfli həyat yolu keçən, zəngin bilik və təcrübəsini gənc nəslə öyrətmək işində yorulmadan çalışan Şamil Süleymanovun fəaliyyəti haqqında ətraflı məlumat verib, Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinə görə ona minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər bu sanballı əsərlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, hərbi qulluqçuların ruh yüksəkliyinin artırılmasında önəmini xüsusi vurğulayıblar. Bu kitabların gələcəkdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında tədris vəsaiti kimi istifadəsinin əhəmiyyəti qeyd olunub. Şamil Süleymanov çıxış edərək Respublika Veteranlar Təşkilatına və tədbir iştirakçılarına təşəkkürünü bildirib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə çalışdığı illərlə bağlı xatirələrini bölüşən Şamil Süleymanov Ümummilli Liderin uzaqgörən siyasətinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyin dönməz xarakter aldığını, Azərbaycanın mühüm uğurlar qazanaraq regionun lider dövlətinə çevrildiyini vurğulayıb. Veteranlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edən Şamil Süleymanov Azərbaycanın təhlükəsizliyinin qorunmasının gözəgörünməz cəbhədə çalışan hər bir əməkdaşın müqəddəs vəzifəsi olduğunu deyib və bu sahədə fəaliyyət göstərən hər bir şəxsə uğurlar arzulayıb.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsinin icrasına başlayıb. Layihə 3 ay müddətində ( avqust- oktyabr) Bakı şəhərində həyata keçirilməyi nəzərdə tutulur. Layihə Qarabağ müharibəsində və Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş oğullarımız, hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir. Layihə müddətində yeniyetmə və gənclərlə, universitet tələbələri ilə görüşlər keçiriləcək. Görüşlər zamanı vətən sevgisi, vətən uğrunda canında keçmiş qəhrəman oğullarımızın keçdiyi həyat və döyüş yollları barəsində müzakirələr aparılacaq, Qarabağ və Aprel döyüşləri şəhidlərimizin, vətənimizin qəhrəman oğullarının xatirəsi yad olunacaq və onların barəsində yeniyetmə və gənclərlə maarifləndirici söhbətlər aparılacaq, görüşlər təşkil olunacaq. Layihənin əsas mahiyyəti Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir. Layihəni həyata keçirməklə müasir gəncliyimizə vətənpərvərlik hisslərinin daha dərindən aşılanmasına nail olmaq, eyni zamanda yeniyetmə və gənclər arasında heç bir tərəddüd etmədən vətən uğrunda şəhid olmuş qəhrəman oğullarımızın vətənpərvərlik hissləri və vətən sevgiləri təbliğ olunacaq.
Hamısını oxu
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin inkişaf və əməkdaşlıq perspektivlərini müəyyənləşdirən tarixi hadisə baş verib. Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin özünəməxsus “Konstitusiyası” olan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 22 il sürən sistemli danışıqlardan sonra imzalanıb. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a məxsusi müsahibəsində qeyd edib ki, Konvensiyanın yekun mətninə aparan yol çətin olub. 1996-cı ildə Xəzəryanı ölkələrin maraqlarının və istəklərinin razılaşdırılması üzrə beynəlxalq ekspert qrupu yaradılanda ilkin tələblər bir-biri ilə o qədər təzad təşkil edirdi ki, razılaşdırılmış mətnin işlənib hazırlanması reallıqdan uzaq məsələyə bənzəyirdi. Bir sıra prinsipial və qeyri-adi qərarlar əsaslandırılmalı və qəbul edilməli idi. İlk növbədə Xəzərin coğrafi baxımdan qiymətləndirilməsi qeyri-müəyyən xarakter daşıyırdı. Etiraf olunmalı idi ki, Xəzər nə dəniz, nə də adi göldür. Deməli, onun bölünməsini əsaslandırmaq üçün başqa meyarlar işlənib hazırlanmalıdır. Xəzər akvatoriyasında neft-qaz ehtiyatlarının qeyri-bərabər paylanması məsələni daha da mürəkkəbləşdirirdi. Qəbul edilmiş Konvensiyaya görə, Xəzərin bütün su səthi tərəflərin ümumi istifadəsində qalır, dibi və təki isə qonşu dövlətlərin razılaşmasına əsasən, beynəlxalq hüquq əsasında onlar arasında bölünür. Daha sonra tərəflər belə bir məsələdə razılıq əldə etməli idilər ki, Xəzərin hansı hissəsində baş verirsə-versin, neft-qaz hasilatı və onların daşınması açıq xarakter daşımalı, ekoloji təhlükəsizlik təmin edilməli, gəmiçilik, balıqçılıq, boru kəmərlərinin çəkilməsi qonşu ölkə ilə razılaşdırılmış qaydalara əsasən həyata keçirilməlidir. C.Xəlilov vurğulayıb ki, geosiyasi və hərbi məsələlərin nəzərə alınması da az əhəmiyyət daşımayıb. Xəzərdə üçüncü ölkələrin silahlı qüvvələrinin yerləşməsinin yolverilməzliyi haqqında müddəanı Konvensiyanın əsas bəndlərindən biri saymaq olar. Beləliklə, qarşılıqlı əlaqədar və mürəkkəb məsələləri güzəştlər yolu ilə razılaşdırmaq mümkün oldu. Azərbaycanın təşəbbüskar rolu danışıqlar prosesinin bütün mərhələlərində əhəmiyyətli idi. Xüsusi vurğulamaq lazımdır ki, Konvensiyanın zəruriliyi, Xəzərin təhlükəsiz, qarşılıqlı faydalı şəkildə və birgə mənimsənilməsində onun rolu hələ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsaslandırılıb. Onun ideya və göstərişləri Konvensiyanın işlənib hazırlanmasında Azərbaycanın mövqeyinin əsasını təşkil edib. Şübhəsiz ki, bu Konvensiyaya riayət olunması Xəzəryanı ölkələrin xalqlarına sülh və firavanlıq bəxş edəcək.
Hamısını oxu
Глубокоуважаемый Президент! Глубокоуважаемая Вице-президент! Ветераны нашей Республики неизменно чувствуют Ваше внимание к социальному положению, жизненным проблемам участников войн, семьям шахидов. И сейчас мы тронуты очередной масштабной акцией в данном направлении - предоставлением 1 августа в поселке Локбатан Гарадагского района Баку квартир и автомобилей инвалидам Карабахской, Великой Отечественной войн, Чернобыля и семьям шехидов. Особое впечатление на нас произвело Ваше личное участие в этой благородной, чрезвычайно гуманной церемонии, знакомство с условиями, созданными в квартирах, Ваши теплые, обнадеживающие слова в адрес ветеранов. Мы знаем, что в течение последних двадцати лет семьям шехидов, инвалидам войны по Вашей инициативе государством предоставлено более 5500 частных домов и квартир, около шести тысяч легковых автомобилей, а до конца этого года еще 500 человек будут обеспечены квартирами. Нас вдохновляет, принятая Вами, широкомасштабная программа самозанятости, в которую будут привлечены инвалиды войны и семьи шехидов. Это существенно улучшит социальную обстановку в Республике. Огромное спасибо Вам за все это! В целом мы ветераны, благодаря Вашему мудрому руководству, уверены в будущем, счастливой судьбе подрастающего поколения. От имени Президиума Совета ветеранов войны, труда, вооруженных сил, генерал-полковник Тофик Агагусейнов
Hamısını oxu
ADA Universitetinin rektoru Hafiz Paşayevlə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun görüşü keçirilib. Görüşdə Respublika Veteranlar Təşkilatının ölkənin ictimai-siyasi həyatında xüsusi rolu olduğu haqqında Hafiz Paşayevə ətraflı məlumat verilib. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətindəki və eləcə də bütün sahələrdə əsl vətəndaş kimi yetişdirilməsində veteranların əməyindən ölkə səviyyəsində istifadə edildiyi bildirilib. Hər zaman vətənin keşiyində dayanan veteranların bu gündə sırada olduğu vurğulanıb. Tofiq Ağahüseynov Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi tədbirlərin, layihələrin ölkə ictimaiyyəti tərəfindən daima yüksək qiymətləndirildiyini bildirib. Hafiz Paşayevdə Respublika Veteranlar Təşkilatının ölkəmizin veteran hərəkatının həyata keçirilməsinin əsas iştirakçısı olduğunu bildirib. Vətənin dar günündə sinələrini sipər etmiş veteranların əzmi, mərdliyi və qəhrəmanlıqlarının hər kəsə örnək olduğunu qeyd edib. Veteranları tariximizin canlı yaddaşı, igidlik və məğrurluq təcəssümü kimi qiymətlənirib. Respublika Veteranlar Təşkilatı və ADA Universitetinin gələcəkdə bir sıra məsələlərdə qarşılıqlı fəaliyyət göstərəcəklərinə dair danışıqlar aparılıb. Universitetin beynəlxalq layihələrin həyata keçirilməsində Respublika Veteranlar Təşkilatına köməklik göstəriləcəyi vurğulanıb. Qonaqpərvərliyə görə ADA Universitetinin rektoru Hafiz Paşayevə minnətdarlıq ifadə olunub. Gələcəkdə belə görüşlərin daha tez-tez keçiriləcəyinə inam ifadə edilib.
Hamısını oxu
Bu gün Azərbaycan Respublikası demokratik dəyərlərə əsaslanan inkişaf yolu ilə gələcəyə doğru inamla addımlayır. Azərbaycanın dini və milli tolerantlıq sahəsində həyata keçirdiyi siyasət xalqımızın tarixi ənənələrinə əsaslanmaqla, digər dövlətlərə nümunə olacaq səviyyədədir. Sağlam cəmiyyətin, güclü dövlətin təməli kimi şəxsiyyət yönümlü siyasəti özünün başlıca hədəfi elan edən Azərbaycan dövləti hər bir vətəndaşına yüksək dəyər verir. Əlbəttə, müharibələrin, terror aktlarının, təlatüm və çaxnaşmaların tüğyan etdiyi müasir dövrdə insani dəyərlərə əsaslanan siyasətin ardıcıl şəkildə, dönmədən həyata keçirilməsi böyük qüvvə və ən başlıcası siyasi iradə tələb edir. Bu fikri iyulun 10-da Gəncədə törədilən iğtişaşlarla bağlı şərhində Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, Azərbaycanın uğurları uzun illər boyu müxtəlif dini-siyasi ideologiyaların basqısı altında olan xalqlara ümid verir, onları elmə, təhsilə, mədəniyyətə, innovativ inkişafa, tərəqqiyə səsləyir. Bu gün Azərbaycanın dünyəviliyə, insani dəyərlərə, humanizmə əsaslanan siyasi kursu inamla davam etdirilir. Bütün bunlar başda ölkə rəhbərliyinin və hər bir azərbaycanlının yorulmaz əməyinin nəticəsidir. Ölkədə sabitliyin, əmin-amanlığın qorunub saxlanılmasında bu siyasətin əvəzsiz rolu var. Əlbəttə, bu sahədə ölkənin güc strukturlarının səmərəli fəaliyyəti də xüsusi qeyd edilməlidir. Milli təhlükəsizliyin əsas komponenti olan daxili təhlükəsizliyin etibarlı təmin edilməsində hüquq mühafizə orqanları, o cümlədən Azərbaycan polisi bütün lazımi tədbirləri görür. Vətənə, xalqa sədaqəti ilə fərqlənən Azərbaycan polisi Gəncədə baş verən iğtişaşların qarşısının alınmasında bunu bir daha göstərdi. Hamılıqla bir daha şahidi olduq ki, daxili sabitliyin və rifahın təmin edilməsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının xidməti əvəzsizdir. Vəzifə borcuna sadiq qalan polislərimiz konstitusion dövlət quruluşunun dəyişdirilməsinə yönəlmiş cəhdlərin qarşısını öz canları bahasına qətiyyətlə aldılar. “Təəssüf ki, ölkəmizin inkişafını istəməyən müəyyən qüvvələrin Azərbaycanda çirkin niyyətlərinin təmin olunmasına xidmət edən bu cəhdlərə bəzi daxili qüvvələr də cəlb olunublar. Ölkənin dünyəvi, demokratik konstitusion dövlət quruluşunu dəyişməyə, dövlət idarəçiliyi modelini sarsıtmağa yönəlmiş belə cəhdlərlə Azərbaycan müstəqilliyin bərpasının ilk illərində də qarşılaşmışdı. Ancaq xalqımızın iradəsi, mərdliyi, eləcə də, ulu öndər Heydər Əliyevin yürütdüyü düzgün, uzaqgörən və qətiyyətli siyasət sayəsində bu cəhdlərin hamısı uğursuzluqla nəticələndi. Həmin qüvvələri həmişə eyni tale gözləyir. Çünki Azərbaycan indi əvvəlki illərdə müqayisə olunmayacaq dərəcədə güclü və inkişaf etmiş dövlətdir və heç bir qüvvə ölkəmizi inkişaf yolundan döndərə bilməz”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin yüksək səviyyədə qeyd edilməsi, ordumuzun möhtəşəm hərbi paradı bizi istəməyən bəzi məkrli qüvvələrdə qısqanclıq və paxıllıq hissini artırıb. Bütün bunlar din pərdəsi arxasında gizlənən və dindən öz məqsədləri üçün istifadə edən simasız və mənfəət güdən qüvvələrin riyakar fəaliyyətindən başqa bir şey deyil. “Veteranlar xalqımızı cəmiyyətdə nifaq yaradacaq fəaliyyətlərə qarşı olmağa, dözümlülük nümayiş etdirməyə səsləyir, hər zaman olduğu kimi, bu hadisələrin səbəbkarlarının tezliklə layiq olduqları cəzaları alacaqlarına inanırlar. Azərbaycan Ordusu, polisi və digər güc strukturları sabitliyin təmin edilməsinin qarantıdır. Azərbaycanın dünyəvi və modern dövlət quruluşu radikalizmin, terrorizmin dövlət ideologiyasına çevrildiyi, din pərdəsi altında insanların azad yaşamaq haqlarının əlindən alındığı, feodalizm qaranlığının hökm sürdüyü, insan həyatının və hüquqlarının dəyər verilmədiyi ölkələrin vətəndaşları üçün işığın, inkişafın, azadlığın ünvanıdır. Heç bir qüvvə zamanın sınaqlarından çıxmış Azərbaycan xalqının birliyini sarsıda bilməz”, - deyə C.Xəlilov vurğulayıb. Respublika Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov
Hamısını oxu
Очень горько и обидно за тех, кто не дожил до великого дня Победы” Тофик Агагусейнов В условиях, когда страна находится на грани войны из-за бездумной, авантюрной армянской политики, невольно размышляешь о военной истории Азербайджана, его военных деятелях. Общепризнан вклад Азербайджана в мировую культуру. Поэзия, музыка, искусство Азербайджана стали достоянием человечества. На переднем крае поисков истины находится наука Азербайджана. Но наш край известен и как родина выдающихся полководцев и борцов за социальную справедливость. Как тут не вспомнить Бабека, Кер оглы, Гачаг Наби. После присоединения Северного Азербайджана к России генералами российской империи стали десятки азербайджанцев, в их числе выдающиеся Али Ага Шихлинский, Гусейн Хан Нахичеванский и Самедбек Мехмандаров. Генералы-азербайджанцы были и в турецкой армии, особенно яркие страницы в истории турецкой армии оставили братья Сарыкеримли. В советское время сформировалась целая плеяда генералов-азербайджанцев, особенно прославились дважды герой Советского Союза, командир танковой дивизии генерал-майор Ази Асланов, генерал-лейтенант Гусейн Расулбеков и соруководитель советской космической программы, председатель Государственной комиссии по испытаниям космических кораблей в течении 25 лет генерал-лейтенант артиллерии Керим Керимов. Удивительно, все генералы-азербайджанцы, независимо от того в какой армии они служили, были любимцами солдат, отличались не только храбростью, верностью службе, но и впечатляющей эрудицией, основательными знаниями военной науки. Их высокие человеческие качества, нравственность внушало доверие и объединяло вокруг них людей. Представляется, что в данном случае проявлялся культурный архетип типичного азербайджанца – уравновешенность, доброжелательность, любознательность… Эстафету воинской славы взял у своих выдающихся предшественников и достойно пронес через всю жизнь Тофик Якубович Агагусейнов. Тофик Якубович единственный азербайджанец, ставший генерал-полковником Советской Армии. Родился генерал 1 февраля 1923 года в городе Нуха (Шеки) Азербайджанской Республики в семье врача. В 1940 году поступил в Азербайджанский индустриальный институт. Однако Великая Отечественная война внесла свои коррективы. Осенью 1941 года в институт, где учился Тофик, пришел представитель военкомата — набирать желающих перевестись в Бакинское училище зенитной артиллерии. “Почти весь наш курс туда и записался, так для меня началась воинская служба”, — вспоминает Тофик Якубович. С октябре 1942 года до 1944 года Агагусейнов проходил службу в Архангельске в качестве командира зенитно-артиллерийского взвода, прикрывавшего портовые сооружения, места разгрузки транспортных конвоев союзников и другие объекты от налета авиации противника. В 1944 году его дивизион вошел в состав 1-го Белорусского фронта и Тофику Якубовичу довелось участвовать в Висло-Одерской и Берлинской операциях. Тяга к знаниям определила дальнейшую судьбу Агагусейнова, он в1949 году стал слушателем Военной Академии имени Ф. Э. Дзержинского. По завершении учёбы, с 1954 года продолжил службу в разных регионах Советского Союза. В 1981 году приказом министра обороны СССР Тофик Агагусейнов стал представителем Главнокомандующего Объединёнными Вооруженными Силами государств-участниц Варшавского договора при командующем ПВО Чехословацкой народной армии. В 1987 году, отслужив более 40 лет, генерал демобилизовался. Однако драматические события начала 90-х годов, повлекшие распад Советского Союза, нашествие армян на Карабах вернули генерала в строй. Он не мог созерцать вакханалию армянских захватчиков, и был убежден, что предотвратить разорение азербайджанских земель сможет только современная армия. В 1992 году генерал-полковник Тофик Агагусейнов стал внештатным советником по военным вопросам президента Азербайджана. Президент высоко ценил профессиональные и человеческие качества генерала, его дельные, конкретные предложения по военному строительству. По настоянию Гейдара Алиева 21 апреля 1997 года Тофик Агагусейнов был вновь призван на военную службу в Национальную армию Азербайджанской Республики и назначен на должность помощника Президента Азербайджанской Республики по военным вопросам. В этой должности он работал до 2002 года и внес весомый вклад в создание современной азербайджанской армии. Тофику Якубовичу сейчас 95 лет, он Председатель Организации ветеранов войны, труда и Вооруженных сил Азербайджанской Республики, находится неизменно в гуще политических, социальных событий. Его комментарии по актуальным вопросам времени часто звучат в средствах массовой информации. Он обращает внимание общественности на злободневные политические темы, его особенно волнуют два вопроса: состояние решения карабахской проблемы и положение ветеранов в современном азербайджанском обществе. Ветераны – люди, умудренные опытом, пережившие разные проявления жизни, их мнение, оценки поэтому почти всегда безошибочны. И они единодушны в оценке своего Председателя: Тофик Якубович Агагусейнов не только высокообразованный, интеллигентный, профессиональный военный, но и гуманист до мозга костей. Словом, славный продолжатель дела выдающихся азербайджанских генералов, оставивших неизгладимый след в истории… Джалил Халилов, полковник, доктор философии по политическим наукам
Hamısını oxu
Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu, Azərbaycanın dövlətçilik tarixinə böyük ehtiramdır. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoydu. Ulu öndərimiz Heydər Əliyev həmişə bu dəyərləri yüksək dəyərləndirirdi. “Azərbaycan Xalq Cümhuriyyəti İli” – 2018-ci il həm də Azərbaycan Ordusunun 100 illik yubiley ilidir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğu, müdafiə məsələləri siyasəti dərin araşdırma mövzularından biri kimi diqqəti cəlb edib. Cümhuriyyətin liderlərindən biri olan Xudadat bəy Ağa oğlu Məlikaslanov Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə fəaliyyət göstərmiş beş hökumətin hamısında nazir vəzifəsini tutan yeganə şəxs olub. Birinci hökumət kabinəsində yollar, poçt və teleqraf, beşincidə yollar naziri, eyni zamanda, ticarət, sənaye və ərzaq üzrə müvəqqəti nazir, qalan kabinələrdə isə yalnız yollar naziri, həmçinin ölkənin müdafiəsi ilə bağlı məsələləri həll etmək məqsədilə yaradılmış Dövlət Müdafiə Komitəsinin sədr müavini olmuş Xudadat bəy Məlikaslanov ilə bağlı tarix üzrə fəlsəfə doktoru, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayevin məqaləsində Azərbaycanın görkəmli dövlət və ictimai xadimin ömür yolu və fəaliyyəti haqqında ətraflı məlumat verilir. AZƏRTAC arxiv materialları əsasında hazırlanan məqaləni təqdim edir. Azərbaycanın görkəmli dövlət və ictimai xadimi Xudadat bəy Məlikaslanov 1879-cu ildə Şuşa qəzasında dünyaya gəlib. Hərtərəfli təhsil almaq imkanı olan Xudadat bəy Şuşa realnı məktəbinə daxil olub və 1899-cu ildə oranı bitirib. O, ali təhsilini isə Peterburq Yol Mühəndisliyi İnstitutunda birinci dərəcəli diplomla başa vurub. Bu vaxt Voloqda-Petrozavodsk dəmiryolu çəkilirdi. Bununla əlaqədar bir sıra tələbə yoldaşları kimi o da institutu bitirib altı ay Peterburqda işləməyə məcbur olur. 1905-ci ilin əvvəlində Tiflisə köçən Xudadat bəy burada Zaqafqaziya dəmir yolu idarəsində işləyir. İşə stansiya rəisinin köməkçisi kimi qəbul olunan gənc mütəxəssis sonralar Zaqafqaziya dəmir yolunun ən ağır hissəsi sayılan Suram aşırımı keçidində yol xidməti rəisinin müavini, sonralar isə rəisi təyin edilir. Bu dövrdə mükəmməl biliyini əvəzsiz təcrübə ilə zənginləşdirən X.Məlikaslanovun Peterburqda yayımlanan jurnallarda dörd elmi məqaləsi dərc olunur və təmsil etdiyi sahədə ixtiraçı kimi məşhurlaşmağa başlayır. Bir müddət sonra istedadlı mühəndis dəmir yolu texnikası sahəsində yeni ixtiraların müəllifi kimi dünyada tanınır və bu sistemdə uzun illər məsul vəzifələr tutub. Bütün bunlarla yanaşı, Xudadat bəy 1920-ci ilin oktyabrında talenin amansız sınaqlardan birinə məruz qalıb. Xudadat bəy yol mühəndisi kimi nadir mütəxəssis və ixtiraçı idi. Məhz bunları və artıq kifayət qədər təcrübəyə malik olmasını nəzərə alıb mühəndis ixtiraları ilə məşhurlaşmış bu şəxsi 1917-ci ilin martında Rusiya müvəqqəti hökuməti özünün Zaqafqaziya dəmiryolu üzrə səlahiyyətli nümayəndəsi təyin etmişdi. 1917-ci ilin noyabrından 1918-ci ilin mayınadək isə Xudadat bəy Məlikaslanov Zaqafqaziya Federativ Respublikasının Zaqafqaziya komissarlığında yollar naziri olmuşdu. Bu uğurlar mütəxəssis kimi özünütəsdiqin, çətin bir dövrdə son dərəcə məsuliyyətli sahənin həqiqi iş biləni kimi qəbul edilməsinin nəticəsi idi. 1920-ci ilin aprelindən sonra adı milli hökumətlə hər hansı şəkildə bağlı olan, başqa sözlə, 1918-ci ilin mayından 1920-ci il aprelin 27-dək mövcud olmuş ilk Cümhuriyyətimizin dövlət qurumlarında təmsil edilmiş bütün şəxslərin barəsində yeni quruluşun mahiyyətinə və məramına uyğun tədbirlər görülməyə başlanıldı. Aprelin 27-dən etibarən işə salınmış repressiya maşını özünün ilk qurbanlarını məhz həmin adamların arasında axtardı. Dövlət və hökumət rəhbərlərindən tutmuş, adi məmuradək bir nəfər də kənarda qalmadı. Haqqında “tədbir” görülənlər sırasında Azərbaycanın yollar naziri, parlamentin üzvü Xudadat bəy Məlikaslanov da var idi. X.Məlikaslanov Azərbaycanda aprel çevrilişindən sonra qısa müddətdə zahirən sərbəst buraxılsa da, əsl həqiqətdə çevrilişin ilk günlərindən onu da izləyir, hər bir hərəkətinə və davranışına göz qoyurdular. Məqsəd müstəqil dövlətin ən stajlı naziri olmuş nümayəndəsini həbs edərkən ona qarşı əksinqilabi fəaliyyətlə bağlı ittiham irəli sürülməsi üçün əlavə faktlara və dəlillərə malik olmaq idi. Əlbəttə, əslində belə fakt və dəlillərə heç ehtiyac da yox idi. Çünki əvvəl XI Qızıl ordunun xüsusi şöbəsi, sonra Azərbaycan SSR Fövqəladə Komissiyası və nəhayət, Xalq Daxili İşlər Komissarlığı istədiyi adama qarşı istədiyi ittihamı irəli sürə, barəsində istədiyi hökmü çıxara bilərdi. Hətta birinci mərhələdə öz cinayətkar hərəkətlərini hakimiyyət dəyişikliyi pərdəsi altında yerinə yetirən qaniçən cəlladlar, Pankratov və onun köməkçiləri heç bir ittiham irəli sürmədən yüzlərlə, minlərlə insanı, xalqın say-seçmə nümayəndələrini güllələyərək Azərbaycanın milli genefonduna ağır və sağalmaz zərbələr vurdular. Ancaq Xudadat bəy Məlikaslanov kimi açıq siyasi fəaliyyətlə məşğul olmamış, hökumətin tərkibinə hansısa firqənin daxilində deyil, fərdi təqdimat yolu ilə təyin edilmiş, həqiqi peşəkar olan şəxsləri asanlıqla ittiham etmək, günahlandırmaq mümkün deyildi. Buna görə də, planlaşdırılmış cəzanın verilməsi üçün müəyyən müddət gözləmək və irəli sürüləcək ittihamın “əsaslandırılması” üçün yeni “faktlar” toplamaq lazım idi. Bu məqsədlə Xudadat bəy Məlikaslanov haqqında müxtəlif üsullarla, o cümlədən onun əvvəlki iş yerlərindən arayışlar alınmaqla məlumatlar toplanırdı. Bu məqsədlə istintaq işinə əlavə edilmiş Azərbaycan SSR Xalq Yollar Komissarlığının 1920-ci il iyulun 14-də verdiyi bir vəsiqədə göstərilir ki, “Xudadat Məlikaslanov yollar komissarlığında qeydiyyatdadır, ixtisası dəmiryolçudur” və s. bu tipli sənədlər... XI Qızıl ordunun xüsusi şöbəsinin Azərbaycanda çox qısa müddətdə törətdiyi qanlı cinayətlərin davam etdirilməsi məqsədilə atılmış növbəti addımlardan biri 1920-ci ilin oktyabrında onlarla millətsevərin, o cümlədən Xudadat bəy Məlikaslanovun həbsə alınması oldu. Xalqa saxta vədlər verməklə onun milli hökumətini devirib, yalan və zorakılıq üzərində öz hakimiyyətini qurmaqdan çəkinməyən bolşeviklərin xislətindən irəli gələn riyakarlıq istintaq materiallarının elə ilk səhifəsində özünü açıq-aydın göstərir. Belə ki, Xudadat bəy Məlikaslanov oktyabrın 30-da həbs edildiyi halda onun həbsi ilə bağlı order bir gün sonra - oktyabrın 31-də imzalanıb. İstintaq-arxiv işində də qeyd edildiyi kimi, ömrünün dörd ilə yaxın dövrünü yüksək vəzifələrdə keçirsə də, heç bir əmlakı olmayan bir şəxsin xalqa təmənnasız və ləyaqətlə xidmət göstərməsini sübut etmək üçün bu faktdan tutarlı dəlil gətirmək bəlkə də mümkün deyil. Çünki Xudadat bəy haqqında həmin sözləri onun əleyhdarları, xalqa xidmət baxımından əqidə və mənafe düşmənləri qeyd ediblər. Xudadat bəy kimi insanlar hansı dövrdə və mühitdə yaşamalarından asılı olmayaraq, ən yaxın ətraflarından belə fərqlənmiş, öz vəzifə səlahiyyətlərindən istifadə etmədikləri üçün çoxlarının həsəd apardığı sözübütöv şəxsiyyətlər sayılmış, hamının yanında daim başlarını uca tutmuşlar. Onun Cümhuriyyət hökumətində fasiləsiz nazir vəzifəsi tutması yalnız peşəkarlıq keyfiyyətləri və intellektual səviyyəsi ilə bağlı deyildi, bu, həm də onun mənəvi təmizliyi, dövlət mənafeyini hər şeydən üstün tutması ilə əlaqədar idi. Həbs olunduğu 1920-ci il oktyabrın 30-da Xudadat bəy Ağa oğlu Məlikaslanovun mənzilində axtarış aparılır və heç nə tapılmır. Xudadat bəy Məlikaslanov yollar naziri kimi, 1919-cu ilin iyununda xarici müdaxilə və daxili təzyiqlər qarşısında qalmış Azərbaycanda milli hakimiyyəti möhkəmləndirmək, ölkənin müdafiəsi ilə bağlı məsələləri hərtərəfli və operativ surətdə həll etmək məqsədilə yaradılmış Dövlət Müdafiə Komitəsinin üzvü, şəxsi nüfuz və iş qabiliyyətinə görə isə həmin Komitədə sədrin müavini olub. Azərbaycan Xalq Cümhuriyyətinin çox ağır dövründə müstəsna səlahiyyətlərə malik belə bir orqanın təşkil edilməsi qısa bir müddətdə özünü doğrultdu. Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi fövqəladə səlahiyyətli ali orqanı olan Dövlət Müdafiə Komitəsi ölkə həyatının ən mühüm sahələri üzrə vəziyyətə hərtərəfli nəzarət etməklə gənc dövlətin bütün potensialının strateji məqsədlərin həyata keçirilməsinə istiqamətləndirə, xüsusilə müdafiə məsələləri ilə bağlı qəbul edilmiş qərarların operativ surətdə yerinə yetirilməsinə, bu sahədə vahid siyasi xəttin hazırlanması və yeridilməsinə nail oldu. Bütün bu işlərin görülməsində Xudadat bəy Məlikaslanov da iştirak edirdi. O, sədr müavini kimi öz müstəsna səlahiyyətlərindən istifadə etməklə Dövlət Müdafiə Komitəsinin digər üzvləri ilə yanaşı, ölkənin müdafiə qüdrətinin artırılması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi istiqamətində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, hökumətin ayrı-ayrı nazirlikləri arasında qarşılıqlı əlaqələrin yaradılması üçün çalışırdı. Məhz bu mühüm dövlət orqanının gərgin və səmərəli fəaliyyətinin nəticəsi idi ki, 1919-cu ilin sonlarına doğru Azərbaycanda hərbi qurumların fəaliyyəti və müdafiə məsələlərinin təşkili sahəsində xeyli iş görülmüş, Muğanda və Lənkəranda milli hakimiyyətin dayaqları kifayət qədər möhkəmləndirilmiş, gənc respublikanın hakimiyyət qurumlarının ilk aylarda, yaxud müstəqilliyin nisbətən əvvəlki dövrlərində fəaliyyətə başladıqları ərazilərdə isə vəziyyət tam nəzarət altına götürülmüş, ölkəyə müxtəlif istiqamətlərdən gözlənilən müdaxilələrin qarşısının alınması üçün zəruri addımlar atılmışdı. Əlbəttə, bu ardıcıl tədbirlər sonrakı dövrlərdə, xüsusilə 1920-ci ildə də eyni səviyyədə davam etdirilsə idi, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması üçün daha müvafiq imkanlar əldə edilə və əlverişli şərait yaradıla bilərdi. Ancaq çox təəssüf ki, bolşeviklərin milli xəyanətkar mövqeləri və onların ölkə daxilindəki hakimiyyəti zorla ələ keçirmək səylərinə XI Qızıl ordu tərəfindən dəstək verilməsi nəticəsində Azərbaycan Parlamenti dövləti təslim etmək məcburiyyəti qarşısında qaldı. X.Məlikaslanov rəhbərlik etdiyi sahədə işin ümumi təşkili ilə kifayətlənmir, Azərbaycanda yolların, xüsusilə dəmiryollarının tikilməsində, müasir layihələrin hazırlanıb həyata keçirilməsində israrlı təşəbbüslər göstərirdi. Dövlət büdcəsinin müdafiə tədbirləri sahəsində ən mühüm işlərin görülməsinə yetərli vəsaitlər ayrılmasına kifayət qədər qadir olmadığı bir vaxtda Xudadat bəy hökumət qarşısında yol tikintisi və bərpa işləri üçün böyük həcmlərdə vəsaitlər ayrılması təşəbbüsləri qaldırırdı. Təbii ki, ölkənin qan damarları sayılan dəmiryolları şəbəkəsinin yaradılmasında hökumət bu nadir mütəxəssisin tövsiyələrini imkan daxilində nəzərə alır, Azərbaycanın gələcəyinə istiqamətlənmiş bu strateji addımları dəstəkləyirdi. 1919-cu il martın 19-da Nazirlər Şurasında Xudadat bəy Məlikaslanovun Culfa-Bakı dəmiryolunun tikintisinin davam etdirilməsi ilə bağlı məruzəsi dinlənilmişdi. Hökumət tərəfindən bu dəmir yolunun birinci variantda tikintisi üçün parlamentə müvafiq qanun hazırlayıb təqdim etməsi və 100 milyon həcmində vəsait ayrılmasını xahiş etməsi qərara alınmışdı. Nazirlər Kabinetinin sədri Nəcəf bəy Yusifbəyli 1919-cu il mayın 5-də şəxsən hərbi nazirə çatdırılmalı olan 102 saylı məxfi məktubunda yazırdı: “Zati-aliləri, Sizin 21 aprel tarixli raportunuza uyğun olaraq bildirirəm ki, raportda deyilənlərlə mən şərikəm. Təcrübəli şəxsin - dəmiryol mühəndisinin ezam olunmasına gəlincə, Azərbaycan dəmir yollarının səfərbərlik planının tərtib edilməsi üçün tərəfimdən belə bir şəxsi tapıb Sizin sərəncamınıza ezam etmək tapşırığı verilmişdir”. Xudadat bəy ixtisası ilə birbaşa bağlı olmayan sahələrdə də böyük xidmətlər göstərməyə qadir bir şəxs idi. Təsadüfi deyildi ki, 1919-cu ilin aprelində Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin göstərişi ilə latın əlifbasına keçilmək üçün yaradılmış xüsusi komissiyaya məhz o rəhbərlik etmişdir. Xudadat bəyin rəhbərliyi altında fəaliyyət göstərmiş bu komissiya səmərəli işləmiş parlamentə latın əlifbasına keçməklə əlaqədar layihə təqdim etmişdir. Təəssüf ki, bir sıra təşəbbüslər kimi bu layihənin də müzakirəsi yarımçıq qaldı. Arxiv-istintaq işindən daha bir səhifə qeyd edilir ki, Azərbaycan çekistləri tərəfindən 1920-ci il noyabrın 7-də istintaq işi üzrə müttəhim kimi dindirilən Xudadat bəyin bildirdikləri əsasında protokol tərtib edilir: “Mən hakimiyyətdə vəzifə tutarkən bolşeviklərə xeyirxah münasibət göstərmişəm, mənim yanımda Əli Bayramov və Çingiz İldırım xidmət etmişlər”. Daha sonrakı qeydlərindən aydın olur ki, o, iş adamı kimi siyasətlə az maraqlanmış, 1919-cu ilin dekabrında Dövlət Müdafiə Komitəsinə onun tərəfindən Azərbaycan əks-kəşfiyyatının ləğv edilməsi (Əksinqilab ilə mübarizə təşkilatı adlanan) haqqında məruzə təqdim olunub: “Bu orqan tərkibində sosialistlərin olmadığına və quberniyalarda fəaliyyət göstərmədiyinə görə ləğv edilməli idi. Qərara alındı ki, bu orqan ləğv edilsin və hərbi aparatın tərkibində yaradılsın. “İttihad” partiyasının kommunistlərlə fikir ayrılıqlarının nəzərə alınmayacağı təqdirdə, sonuncuları müdafiə edəcəyim qərarı düzdür. “İttihad” partiyasının əsas rəhbəri Qarabəyovla mən Behbud bəy Cəvanşirin mənzilində iki-üç dəfə görüşmüşəm. “İttihad” partiyasının üzvü olmamışam və keçmiş tarixi barədə heç nə bilmirəm. Siyasi baxışlarıma görə beynəlmiləlçiyəm və sosialist-marksistəm. Hər yerdə sosializm prinsiplərini yeritmişəm. Həbs edildiyim vaxtdan dörd ay əvvələdək evdən nadir hallarda, ən zəruri iş dalınca və sağlamlığımdan asılı olaraq çıxmışam”. Bununla da bütün dindirmələr başa çatdırılır və Xudadat bəyin adı bir də Cümhuriyyət hökumətinin başqa naziri Ə.Pepinov həbs edildikdən sonra onun ifadəsində çəkilir. Pepinov “Əksinqilabi millətçi təşkilatın sizə məlum olan üzvlərini sayın” sualına cavabında Xudadat bəy Məlikaslanovun da adını çəkir. Ancaq növbəti ittihamlar üçün əsas olacaq bu ifadə artıq gecikmişdi. Çünki iki ilə yaxın bir müddət idi ki, Xudadat bəy Məlikaslanov həyatda yox idi. Xudadat bəyin özünümüdafiə məqsədilə dediklərinə gəlincə isə bildirək ki, XI Qızıl ordunun xüsusi şöbəsinin və Azərbaycan çekanın tüğyan etdiyi bir dövrdə yalançı qəhrəmanlıq göstərilməsi dərhal güllələnmə ilə nəticələnə bilərdi. İkinci tərəfdən, Xudadat bəy həqiqətən də 1901-1904-cü illərdə Rusiya Sosial-Demokrat Partiyasının üzvü olmuşdu və sonrakı dövrdə hər cür siyasi təmayüldən uzaq durmasına baxmayaraq, belə bir ağır məqamda özü barəsində siyasi baxışlarına görə “beynəlmiləlçiyəm və sosialist-marksistəm” deyəndə heç bir riyakarlığa yol vermirdi. Əksinə, bu təbiətinə xas bir uzaqgörənliklə və onu heç vaxt yanıltmamış fəhminin gücü ilə hansı rejimlə qarşılaşdığını duymaq, ətrafında nələr baş verdiyini düzgün qiymətləndirmək bacarığı idi. Bütün bunların məhz belə olduğunu sonrakı proseslər də sübuta yetirdi. İki ifadə arasındakı zaman kəsiyində Xudadat bəyin özünəbəraət, Ə.Pepinovun isə məcburiyyət qarşısında əksinqilabçı millətçilər sırasında Çingiz İldırımın adını çəkməsi sadəcə zamanın gərdişinin dəyişməsi ilə deyil, bolşevik xisləti, rejimin mahiyyəti ilə izah olunmalıdır və o, bu mahiyyəti ilk gündən görmüşdü. Dünənədək öz siyasətini yeritmək üçün milli qüvvələrə qarşı qoyaraq istifadə etdiyi Çingiz İldırım bu gün bolşevik sovet rejiminə lazım deyildi, indi onun özü də düşmən idi. Çünki rus-erməni qaragüruhunun millətin başına 20-ci illərdə gətirdiyi müsibətlərin birbaşa iştirakçılarından olmuşdu və 30-cu illərdə həmin proseslərin nə məqsədlə davam etdirildiyindən xəbərdar idi. Əsl həqiqətdə, Xudadat bəy Məlikaslanov kim idi, millətçi, yaxud, beynəlmiləlçi sualına ən obyektiv cavabı onun müasirləri verə bilərlər. Belə şəxslərdən biri - uzun müddət onunla bərabər çalışmış Məmmədhəsən Hacınski 1930-cu il dekabrın 29-da verdiyi ifadədə aşağıdakıları bildirirdi: “Məlikaslanovu Müsavat hökuməti dövründən tanıyıram. Qatı millətçidir, 1919-cu və 1920-ci illərdə bolşeviklərlə saziş əleyhinə mübarizə aparıb və aprelin 28-də bolşeviklərə qarşı silahlı müqavimət göstərmək tərəfdarı olub. Mən Dövlət Plan Komitəsinə gələndə o, sənaye və nəqliyyat bölməsinin sədri idi. Bundan əlavə o, Zaqafqaziya dəmiryolunun idarə heyətinin üzvü, Azərbaycan SSR-in əksər müəssisələrində məsləhətçi idi, Azərbaycan SSR ali müəssisələrində böyük nüfuzu vardı və etibar edilirdi... 1926-cı ildə Azərbaycan SSR Xalq Komissarları Şurası məni Azərbaycan Dövlət Plan Komitəsinə sədr təyin etmişdi. Ancaq mən razılaşmadım və S.Orconikidzenin vasitəsi ilə qərarın dəyişdirilməsinə nail oldum. İmtinanın səbəblərindən biri bu idi ki, mən gərək Məlikaslanovu kənarlaşdıra idim. Onu dəmir yol və şose yollarının tikintisi, elektrikləşdirmə və su təsərrüfatı maraqlandırmırdı. O, çoxları ilə məsləhətləşməyi sevirdi, ancaq həmişə özü bildiyi kimi edirdi. Onun bütün xalq təsərrüfatı məsələlərinə yanaşması dar milli məhdudiyyət dairəsində qalmırdı, hər bir addımı, hər bir tədbiri gələcək müstəqil Azərbaycanın mənafeyi naminə qiymətləndirirdi. Bu, onun tərəfindən deyilirdi, yaxud fəaliyyətindən görünürdü, o, bu barədə məndən çox irəli getmişdi. Bir sıra faktları mən əvvəl göstərmişəm. 1928-ci ildə Kislovodskda mənimlə Volqa-Don kanalının layihəsi barədə danışarkən, o dedi ki, bu kanalın Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyəti var. Bu kanal neft məhsullarını xarici bazara çıxarmaqda bizi Gürcüstanın asılılığından xilas edir. Belə bir söhbəti də xatırlayıram. Mən qatı rus millətçisi kimi tanıdığım professor Vasilyevə və onun əməkdaşlarına çox şübhəli yanaşırdım. Onun Muğanın və Milin suvarılması ilə bağlı işləri məndə ciddi narahatlıq yaradırdı. Mən bu barədə Məlikaslanova dedim. Məlikaslanov Vasilyevə çox yaxşı münasibət göstərirdi. O dedi ki, layihə heç kimə mane olmur və gələcəkdə bu, hazır sistemdir. Şabanov da bu cür fikirləşirdi. Bu da Azərbaycanın gələcəyi ilə bağlı idi ki, Məlikaslanov bir neçə dəfə mənimlə söhbətində bizim siyasi dostlarımız olduqları üçün Gürcüstan ziyalıları ilə yaxın əlaqələrin qurulması zərurətindən danışmışdı”. Məmmədhəsən Hacınski Xudadat bəy haqqında fikirlərini davam etdirərək bildirmişdi: “Milli məqamlar Məlikaslanov üçün başlıca stimul idi. Culfa-Bakı dəmir yolunun tikintisi də yadımdadır, o, bu işi Müsavat hökuməti dövründən başlamışdı. Sovetləşmə dövründə o, ancaq bir müddət bu işlə məşğul oldu. Sonrakı dövrdə də, sonadək bu işin əsl ilhamçısı və vətənpərvəri idi. O, həmişə deyirdi: bu yolun tikintisinin vacib milli məqamı təkcə ondan ibarət deyil ki, bu dəmir yolu Azərbaycanın ucqar əyalətlərinə getmək imkanı verəcək, həmçinin Naxçıvanı Azərbaycanla birləşdirəcək. Bu baxışlarla bütün ziyalılar, o cümlədən mən də şərik idim. Naxçıvanla bağlı bir dəfə şayiə yayıldı kı, onu Azərbaycan SSR-dən ayrı olduğu üçün Ermənistan SSR-lə birləşdirmək təklifləri olub. Bundan əlavə, Məlikaslanov Bakı-Culfa dəmiryolu haqında Azərbaycanın xarici bazara çıxışı kimi söhbət açırdı. O, dəmiryolu xətlərinin haradan keçməsi məsələsinə də milli yanaşmışdı. Məsələn, o, mənə demişdi ki, Yevlax-Şuşa dəmir yolunun elə istiqamətdən keçməsini planlaşdırır ki, əvvəllər, fərdi kompaniyalar tərəfindən inqilaba qədər erməni əsilli Saruxanovun çəkdiyi layihəni dəyişdirsin və xəttin Ağdamdan, türk rayonlarından keçməsinə nail olsun. Suvarma məsələlərində də hamımız kimi o da məsələyə milli mövqedən yanaşırdı”. Məlikaslanov yüksək səviyyəli, bacarıqlı mühəndis kimi sovet dövründə də öz ixtisası ilə birbaşa bağlı olmayan sənaye sahələrinin də inkişafı ilə əlaqədar həlledici söz demək səlahiyyətinə malik şəxs olub. Onun məsləhəti və tövsiyələri olmadan bu sahələrdə mühüm hesab olunan layihələrlə bağlı addım atılmasına risk edilməyib. M.Hacınski deyirdi: “Azhidromərkəz”in tikintisinə dair hələ 1927-ci ildə eskiz layihələrin bütün variantları hazır idi. Ancaq işə başlanmamışdı, çünki Məlikaslanov Tərtər variantını Dağlıq Qarabağ muxtar vilayətində yerləşdiyi üçün istəmirdi... Nuxa barama fabrikinin tikintisi onun təşəbbüsləri sayəsində baş tutmuşdu...”. Məncə, bu məqamlar həm mütəxəssis, həm də şəxsiyyət kimi müasirlərinin əksəriyyətindən yüksəkdə dayanan Məlikaslanovun milli mənafelərə sonadək sadiq qaldığını, öz millətinə bağlı olduğunu əyani surətdə nümayiş etdirir, əslində, əlavə nə isə deməyə ehtiyac qalmır. Xudadat bəy həmin vaxt həbsdən azad edilmiş və 1930-cu ildə yenidən cəza orqanlarının yadına düşmüşdür. Xudadat bəyin çalışdığı müxtəlif müəssisələrdən biri - 1921-ci ilin əvvəllərində əvvəlcə şöbə müdiri, sonra isə sədri olduğu Azərbaycan Dövlət Tikinti Komitəsi idi. Sonra isə o, Azərbaycan Ali Xalq Təsərrüfatı Şurası yanında dəmir yolu tikintisi idarəsinin rəisi və şuranın məsləhətçisi, 1924-1930-cu illərdə Azərbaycan İnşaat İnstitutunun dekanı olmuş, 1922-1925-ci illərdə Zaqafqaziya Dəmir yolu İdarəsinin və Azərbaycan Dövlət Plan Komitəsinin sənaye-nəqliyyat tikinti bölməsinin, 1921-1930-cu illərdə, eyni zamanda, RSFSR-in və Azərbaycanın bir sıra elmi-texniki və mədəni-maarif təşkilatlarının, 1927-1930-cu illərdə isə SSRİ Ali Xalq Təsərrüfatı Şurasının elmi-texniki kollegiyasının üzvü olmuşdu. Arxivdə saxlanılan “Azərbaycan Milli Mərkəzinin işi” və “Əksinqilabi Azərbaycan Milli Mərkəzinin işi üzrə yekun ittihamnaməsi”ndən də aydın olur ki, Xudadat bəy 1930-cu ildə Azərbaycan Xalq Daxili İşlər Komissarlığının yanında Dövlət Siyasi İdarəsi tərəfindən həbs edilib. “1924-cü ildə sovet hakimiyyətinə qarşı düşmən mövqedə dayanan millətçi əhval-ruhiyyəli ziyalıların bazası” əsasında yaranmış bu mərkəzin üzvləri arasında ittiham edilən Xudadat bəy Məlikaslanov 1931-ci il sentyabrın 30-da mühakimə edilib. Azərbaycan SSR Dövlət Siyasi İdarəsi kollegiyasının məhkəməsi Milli Mərkəzin işinə baxaraq, Ə.Pepinova güllənmə, X.Məlikaslanova və digər tanınmış millətçi ziyalılara 10 il, bir qrupa isə beş il və üç il müddətinə azadlıqdan mərhumetmə cəzaları kəsmiş, ölümü ilə əlaqədar M.Hacınskinin işini ləğv etmişdi. Ancaq bu hökmün çıxarılmasından təqribən dörd ay sonra Zaqafqaziya Dövlət Siyasi İdarəsi kollegiyası yanında məhkəmə “Azərbaycan Milli Mərkəzin işi”nə yenidən baxaraq, güllənməyə məhkum olunanların cəzasının 10 il işlə, Xudadat bəy Məlikaslanovun həbs cəzasını azaldıb beş il işlə əvəz edib. İkinci dəfə həbs edilən X.Məlikaslanov Azərbaycan SSR Cinayət Məcəlləsinin 64-cü, 65-ci, 66-cı və 68-ci maddələri üzrə cinayət törətməkdə ittiham olunub. O, qarşısına milli-müstəqil Azərbaycan qurulması məqsədi qoymuş Azərbaycan Milli Mərkəzin əksinqilabi mərkəzi komitəsinin üzvü olmaqda günahkar bilinmişdi. Ancaq istintaqın bütün təzyiqlərinə baxmayaraq, Xudadat bəy ittihamların heç birində özünü günahkar hesab etməyib. Özünü bəraət üçün beynəlmiləlçi və sosialist olduğunu söyləyən bir şəxsi millətçi ziyalı sayaraq bundan sonra ardıcıl iki dəfə həbs edilməsi təsadüfi idimi? İstintaq zamanı verdiyi bəzi ifadələr və üç il müddətinə sosial-demokrat partiyasının üzvü olması faktları istisna edilməklə, onun bütün həyatı millətçi olduğunu açıq surətdə ortaya qoymurmu? Yalançı beynəlmiləlçilər Xudadat bəy kimi millətini sevən, doğma Vətənin dirçəlişi yolunda əzmlə çalışan insanları repressiyaya məruz qoyaraq məhv edən, dünya proletariatını birləşdirmək uğrunda sərsəm ideyalarla nəfəs alan bolşeviklər idilər. On illər boyu siyasi ittihamlarda ən qatı cinayət kimi səslənmiş millətçilik, əslində qürur, iftixar hissi duyulacaq amal idi. Tale Xudadat bəyə də bu müqəddəs amal uğrunda öz xalqına şərəflə və fədakarlıqla xidmət göstərməyi qismət etmişdi.
Hamısını oxu
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad Ordumuzun gücünü, taktiki-texniki imkanlarını bütün dünyaya bir daha nümayiş etdirdi. Ordumuzun nəyə qadir olduğunu son iki ildə yaxşı görmüş və lazımi dərsini almış düşmən hazırda sarsılmış durumdadır. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradın əhəmiyyətindən danışan Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov deyib ki, paradda nümayiş etdirilən silah və hərbi texnika Azərbaycan Respublikasının hərbi gücünün tam təqdimatı deyildi. Çünki bu gün yalnız Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ümumilikdə 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Buraya iqtisadi qüdrəti getdikcə artan, xarici əlaqələri genişlənən ölkəmizin hərbi əməkdaşlıq çərçivəsində əldə etdiyi müasir silah və texniki vasitələri də əlavə etsək, Ordumuzun imkanları barədə daha aydın təsəvvür yarana bilər. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, “Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”. Belə hərtərəfli imkanların yaradılması bir məqsədə - Azərbaycan Ordusunun döyüş qabiliyyətinin ildən-ilə yüksəldilməsinə, işğal altındakı torpaqlarımızın azad edilməsinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına xidmət edir. “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi parad həm də xalqımızın öz ordusu ilə haqlı yerə qürur duymasının və ona inamının real əsaslara dayanmasının təsdiqinə çevrildi. Ali Baş Komandanın diqqət və qayğısı sayəsində güclənən Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri iki il əvvəl Aprel döyüşlərində qazandıqları qələbəni ötən ay bir daha təkrarlayaraq, Naxçıvanda 11 min hektara yaxın strateji ərazini işğaldan azad etdilər. Şərur rayonunun Günnüt kəndinin, onun ətrafındakı strateji yüksəkliklərin düşmən işğalından azad edilməsi hərbi qüvvələrimiz tərəfindən İrəvan-Gorus-Laçın-Xankəndi yolunun nəzarətə götürülməsinə şərait yaradıb. Azərbaycan əsgərinin yaxın vaxtlarda ermənilərin ərazimizdə qazdıqları başqa səngərlərdə də xidmət göstərəcəklərinə hamımız inanırıq”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, təntənəli parad Azərbaycan Ordusunun hərbi qüdrətinin nümayişi olmaqla yanaşı, düşmənə verilən mesaj idi. Ermənilər bundan nəticə çıxarmalı, nəinki işğal altındakı Azərbaycan torpaqlarındakı, Ermənistandakı strateji hədəflərinin də məhv edilə biləcəyini başa düşməlidirlər. Xalq, Vətən qarşısındakı missiyasını ləyaqətlə yerinə yetirməkdə olan Ordumuzun istənilən vəzifəni icra etməyə qadir olduğunu düşmən də yaxşı bilir. Bunu nə qədər tez etiraf edib lazımi addımları atsalar, özlərini gələcək sarsıntılardan bir o qədər tez xilas edərlər. Hərbi paradın ən mühüm nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının xalqımıza və dünyaya çatdırılan mesajında tam dolğunluğu ilə ifadə edilib. “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Yüksək səviyyədə hazırlanaraq keçirilən hərbi parad o günün uzaqda olmadığının ən parlaq nümayişidir.
Hamısını oxu
22 iyun 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələri iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov açaraq demişdir: “Bu gün biz burada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyini qeyd etmək üçün toplaşmışıq. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. Bu qərar Şərqdə ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Silahlı Qüvvələrin 100 illiyi münasibətlə bütün tədbir iştirakçılarını təbrik edir, hazırda bölgənin ən güclü ordusu olan Azərbaycan ordusuna yeni qələbələr arzulayıram. Bu gün səngərlərdə, eləcə də digər sahələrdə Vətənin müdafiəsində sayıq dayanan əsgər və zaitlərimizə möhkəm cansağlığı arzulayıram. Sonra söz Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilova verilmişdir. C.Xəlilov demişdir: “İcazə verin çıxışa başlamazdan əvvəl bütün tədbir iştirakçılarını şanlı yubiley - Silahlı Qüvvələrimizin 100 illiyi münasibəti ilə təbrik edim. Bu hər bir azərbaycanlının, hər bir vətəndaşın, o cümlədən, əziz veteranlar Sizlərin bayramıdır. Azərbaycan Silahlı Qüvvələrinin tarixi həqiqətən də qururvericidir. Bu tarixin bəzi məqamlarını qeyd etmək istərdim. Çünki bu barədə digər çıxışlarda daha geniş məlumatlar çatdırılacaqdır. 1918-ci il noyabr ayının 1-də Hərbi Nazirlik təsis edildiyi günlər Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etmək üçün qanlı döyüşlər aparırıdı. Azərbaycan və türk əsgər və zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı azad olundu. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Azərbaycan Milli Ordusu Qarabağda ermənilərlə döyüşdə böyük uğurlar qazandı. Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştə göstərdi. O dövrdə Azərbaycanın Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi. Ancaq 1920-ci ilin aprel işğalı Azərbaycanın milli ordusunun tam formalaşdırılmasına imkan vermədi. Ordu rəhbərlərinin əksəriyyəti güllələndi. Azərbaycan oğulları nəyə qadir olduqlarını İkinci dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə də əzmlə nümayiş etdirdilər. Cəbhəyə yola salınan 700 min azərbaycanlı mərdliklə vuruşaraq, həyatları bahasına bəşəriyyəti faşizm taunundan xilas etdilər. Onlardan təqribən yarısı bu yolda həlak oldular. 124 həmvətənimiz ən yüksək fəxri ada – Sovet İttifaqı Qəhrəmanı adına, 10 minlərləsi orden, medallara layiq görüldülər. Həzi Aslanovun, İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Ziya Bünyadovun və onlarla başqa azərbaycanlının adları İkinci dünya müharibənin tarixinə qızıl hərflərlə yazılıb. Sovet hakimiyyəti illərində milli zabit kadrlarımızın yetişdirilməsinin əhəmiyyətini yaxşı başa düşən ümummilli lider Heydər Əliyev 1972-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkilinə nail oldu. Ulu öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. O dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin dövlət müstəqilliyinn bərpasından sonra Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu oldu. Bu məktəblərin yetirmələri Qarabağ müharibəsində mərdliklə vuruşdular. Azərbaycanda müasir Ordu quruculuğuna bir də yalnız 1993-cü ildə ulu öndərin yenidən hakimiyyətə qayıtması ilə başlanmışdır. Bu dövrdən etibarən ölkədəki silahlı birləşmələr dövlətin tam nəzarətinə keçmiş, Silahlı Qüvvələrin təşkili istiqamətində mühüm addımlar atılmışdır. Məruzəçi daha sonra bu gün ölkədə aparılan ordu quruculuğu prosesindən bəhs etmişdir: “Hazırda ordu quruculuğu prosesi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İndi müasir ordumuz düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. 2 il əvvəl aprelin 2-dən 5-dək cəbhə xəttində baş verənlər Ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin gücü, qələbə əzmi nümayiş etdirildi. Möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında bu gün ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyi gün də uzaqda deyil. Biz veteranlar buna inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”. Tədbirdə Prezident Adminstrasiyası İctimai-siyasi şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor cənab Rasim Əliyev, hörmətli generallarımız, RVT Rəyasət Heyətinin üzvləri Abasəli Novruzov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri, filologiya elmlər doktoru professor Bədirxan Əhmədov, RVT-nin şöbə müdiri, ehtiyatda olan polkovnik, tarix üzrə fəlsəfə doktoru Lətif Babayev və başqaları çıxış edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrin keçdiyi şərəfli tarixi yol və ölkədə bu gün inamla aparılan ordu quruculuğundan danışmış, diqqəti Azərbaycan əsgərinin qəhrəmanlığına, gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə yönəltmişlər. Silahlı Qüvvələrin Həzi Aslanov adına mahnı və rəqs ansanblının kollektivinin ifasi ilə tədbir davam etdirildi. Sonda xatirə şəkili çəkdirildi.
Hamısını oxu
May ayının 26-27-də Türkiyənin Əskişəhər şəhərində yerləşən Anadolu Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibəti ilə “100-cü ilində Azərbaycan Cümhuriyyəti” adlı beynəlxalq konfrans keçirilmişdir. Beynəlxalq konfrans Əskişəhər Azərbaycanlılar Dərnəyi və Anadolu Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin (TÜDAM) təşkilatçılığı, Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) və Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin (INDEX) dəstəyi ilə baş tutmuşdur. Tədbir başlamazdan Xalq Cümhuriyyətinin qurucularının və vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilmişdir. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından bəhs edən, həmçinin Türkiyədə təhsil alan müxtəlif türk xalqları gənclərinin nümayəndələrinin Cümhuriyyətin 100-cü ildönümü münasibətilə təbriklərindən ibarət videoçarxlar nümayiş etdirilmişdir. Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın və Dərnəyin Nəzarət Komitəsinin rəhbəri Rza Məmmədov beynəlxalq konfransa qatılanlara təşəkkür edərək konfransda Cümhuriyyətin qurulmasından ötən 100 illik tarixin dövlət quruculuğu, daxili və xarici siyasət, iqtisadi, sosial və mədəni sahələr üzrə mövzular əsasında müzakirə olunacağını bildirmişlər. Tarixi yaddaşın diri saxlanması məqsədi güdən layihə barədə məlumat verən R.Məmmədov beynəlxalq konfransda iştirak üçün göndərilən elmi məqalələrin seçilməsinin iki mərhələdə aparıldığını, ilk mərhələdə 13 ölkədən 542 məqalə xülasəsinin daxil olduğunu, onlardan 217-sinin ikinci mərhələyə keçdiyini, qiymətləndirmə nəticəsində 60 məqalənin konfransın proqramına daxil edildiyini bildirmişdir. Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyətinin 39 universitet və iki ictimai təşkilatının nümayəndələrinin göndərdiyi elmi məqalələr yalnız Xalq Cümhuriyyəti illərini deyil, Azərbaycan tarixinin 100 illik dövrünü əhatə etmişdir. Konfransın açılışında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Anadolu Universitetinin rektoru Naci Gündoğan, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Qurban çıxış edərək Xalq Cümhuriyyəti qurulmasının Azərbaycan xalqının həyatında böyük və çox əhəmiyyətli hadisə olduğunu qeyd etmiş, bu dövlətin öz üzərinə götürdüyü çətin tarixi vəzifələri qısa müddətdə ləyaqətlə yerinə yetirdiyini bildirmişlər. Çıxış edənlər Türkiyə-Azərbaycan münasibətlərinin bütün dönəmlərdə qardaşlıq əsaslarına dayandığını, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bunun bir daha təsdiq olunduğunu tarixi faktlarla diqqətə çatdırmışlar. Cümhuriyyətin 100 illiyi ilə əlaqədar beynəlxalq elmi konfransın məhz Əskişəhərdə keçirilməsindən qürur duyduğunu, böyük Atatatürkün dediyi kimi “Azərbaycanın sevincini Türkiyənin sevinci, kədərini Türkiyənin kədəri” saydıqlarını bildirən Əskişəhər valisi Özdemir Çakacak Azərbaycanın 1991-ci ildə müstəqilliyin bərpasından sonra hər bir sahədə böyük uğurlara imza atdığını, qardaş ölkənin qazandığı uğurlarda 100 il əvvəl təməli qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin də böyük payı olduğunu qeyd etmişdir. Açılışdan sonra öz işini panellərlə davam etdirən konfransda iki gün ərzində “1918-dən 1920-yə Azərbaycan”, “Turizm”, “Tarixi şəxsiyyətlər”, “Mədəniyyət və siyasət”, “Cəmiyyət və mədəniyyət”, “Təhsil”, “Tarix və ədəbiyyat”, “Fəlsəfə”, “Dil və ədəbiyyat”, “Türklük”, “Siyasət və idarəçilik”, “Tarix və mədəniyyət”, “Mətbuat” və “İqtisadiyyat” panellərində ümumilikdə 60 elmi məruzə dinlənilmişdir. Elmi məruzələr arasında Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin “Cümhuriyyətin üçlü formulu: Türkləşmək. Müasirləşmək. İslamlaşmaq”, Türk dili və Ədəbiyyatı bölüm başqanı dosent Nazim Muradovun “Məhəmməd Əmin Rəsulzadənin “İnsanlara hürriyət, Millətlərə İstiqlal” deyimi üzərinə notlar”, tarix üzrə fəlsəfə doktoru Lətif Babayevin “Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət quruculuğu (ikinci və üçüncü hökumətlərin təcrübəsi əsasında), Tükiyənin universitetinin professoru Toğrul İsmayılın Azərbaycan Cümhuriyyətinin (1918-1920) quruluş dönəmində sərhəd problemləri”, Xəzər universitetinin dosenti Vurğun Əyyubun “Cümhuriyyət dövrü yazarlarımızdan Hüseyn Cavid yaradıcılığı və Sərvəti-Fünun”, professor Səlcuk Dumanın “Güney Azərbaycan milli oyanış hərəkatı (GAMOH)”, professor Mehman Dəmirlinin “Azərbaycan Xalq Cümhuriyyəti: Demokratiya və insan hüquq və azadlıqları” adlı məruzələri xüsusi maraq doğurmuşdur. Mayın 28-də Respublika günündə beynəlxalq konfransın iştirakçıları Əskişəhər Azərbaycanlılar Dərnəyinin üzvləri ilə birlikdə Ankara şəhərində Məhəmməd Əmin Rəsulzadənin və Mustafa Kamal Atatatürkün məzarlarını ziyarət etmiş, hər iki Cümhuriyyətin qurucularının məzarlarına gül çələngi qoymuşlar
Hamısını oxu
Azərbaycanın inkişafına, onun qazandığı uğurlara sevinən dostlarla yanaşı, bundan narahat olan, xalqımıza və dövlətimizə qarşı hər an qarayaxma kampaniyası aparmağa can atan qüvvələr də var. Artıq 26 ildən çoxdur ki, Vətənimizin 20 faiz ərazisi erməni işğalı altındadır. Bu acı fakt hər bir azərbaycanlının qəlbini ağrıtmalı, bütün fikirlərinə hakim kəsilməlidir. Kim hansı vəzifədə işləməsindən, hansı sahənin təmsilçisi sayılmasından asılı olmayaraq, torpaqlarımızın işğaldan azad olunmasına öz töhfəsini verməyə çalışmalıdır. Azərbaycanın əraziləri işğal olunubsa, ermənilərin ölkəmizə qarşı ərazi iddiaları, həmçinin atəşkəs adı altında müharibə davam edirsə, özünü azərbaycanlı adlandıran şəxsin “Qafqaz üçlüyü” filminin həmmüəllifi olması birbaşa işğala haqq qazandırmaq, düşmən dəyirmanına su tökməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri ssenari müəllifli Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengela və Fuad İbrahimbəyov olan “Qafqaz üçlüyü” filmində azərbaycanlıların mənfi obrazının yaradılmasına münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib. O deyib: “Çox acınacaqlıdır ki, özünü azərbaycanlı kimi təqdim edənlərin bəzilərinin sözü ilə əməli uyğun gəlmir. Rüstəm İbrahimbəyovun müəllifi olduğu film bunu bir daha göstərdi. Məqsədi azərbaycanlıların vəhşi obrazının formalaşdırılmasından, erməni separatizminə, terrorçuluğuna və işğalına haqq qazandırmaqdan ibarət olan bir filmin həmmüəllifi özünü hansı haqla azərbaycanlı hesab edə bilər? Bu filmlə Azərbaycan xalqına qarşı açıq xəyanət yolu tutan Rüstəm İbrahimbəyov erməni lobbisinə, erməni işğalçılarına dəstək verərək, əslində öz milli kimliyini ifadə edib. Film bir daha göstərdi ki, milli kimliyi şübhə doğuran bu şəxs ölkəmizi və azərbaycanlıları qətiyyən sevmir. Elə bunun nəticəsidir ki, filmboyu erməni sevgisinin, erməni millətinə vurğunluğun şahidi oluruq. R.İbrahimbəyovun, həmçinin bu gün Milli Şurada təmsil olunanların bir çoxunun erməni lobbisinin maraqlarına xidmət etdikləri artıq gizlədilməsi mümkün olmayan faktdır. Filmi müəlliflərinin, xüsusilə Rüstəm və Fuad İbrahimbəyovların artıq bu xalqın, millətin qarşısına çıxıb millilikdən, vətənpərvərlikdən danışmağa haqları yoxdur. Ərazisinin 20 faizi işğal altında olan, həmin yerlərdə bütün milli-mədəni irsi erməni vandalları tərəfindən dağıdılmış, on minlərlə vətəndaşının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu “etirafları” öz milli kökünə, xalqına xəyanətin bariz nümunəsidir. Biz veteranlar xalqımıza qarşı bu böhtanı, təhqiramiz münasibəti birmənalı şəkildə rədd edir, belə cəhdlərin Azərbaycanın və onun xalqının dünya tərəfindən qəbul olunmuş obrazını dəyişə bilməyəcəyini əminliklə bildiririk”.
Hamısını oxu