Последние новости

Respublika Veteranlar Təşkilatı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə veteranlarla görüş keçirdi. Veteranları hər iki Bayram münasibəti ilə təbrik edib onlara hədiyyələr təqdim olundu. 2016-cı il ərzində fəallıq nümaiş etdirən bir qrup II Dünya müharibəsi veteranı Fəxri Fərmanlarla təltif edildilər. II Dünya müharibəsi veteranı Bahadur Hüseynovla görüş isə onun yaşadığı evdə baş tutdu. Təşkilatın sədr müavini e.o polkovnik Cəlil Xəlilov veteranın səhhəti ilə maraqlandı, 95 illik yubileyi ilə və yeni il münasibəti ilə təbrik edib, hədiyyə təqdim etdi. Həmçinin Bahadur Hüseynov təltif edildiyi medalı veterana təltif edildi. Sosialist əməyi qəhrəmanı, əmək veteranı Ömər Ağayevə də hədiyyə təqdim olundu. 2016 - ci ildə veteran hərəkatında göstərdiyi xidmələrə görə “Veteran Həmrəyliyi” medalı ilə təqdim olundu. Veteranlar onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı cənab ilham Əliyevə, eləcə də, Respublika Veteranlar Təşkilatına və onun kollektivinə minnətdarlıqlarını bildirdilər.
Читать далее


9 dekabr 2016-cı tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Heydər Əliyevi anım mərasimi keçirilmişdir. Əvvəlcə İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, həmçinin Təşkilatın Mərkəzi Aparatının əməkdaşları ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etmiş, abidə önünə əklil və tər gül dəstələri qoymuşlar. Sonra Respublika Veteranlar Təşkilatının inzibati binasında veteranlar, ziyalılar, gənclər, media nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir. Tədbir başlamazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad olunmuşdur. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, e/o polkovnik Cəlil Xəlilov açmış Heydər Əliyevin həyatı və fəaliyyəti barədə geniş məlumat vermişdir. C.Xəlilov demişdir: “Bu gün biz burada Azərbaycanın dahi oğlu, böyük dövlət adamı və görkəmli siyasətçi, xalqımız qarşısında tarixi xidmətlər göstərmiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün toplaşmışıq. Heydər Əliyev haqqında indiyədək çox kitablar yazılıb, çox fikirlər deyilib, gələcəkdə də yazılacaq və deyiləcək. Ancaq ayrılıqda götürülmüş heç bir kitab və fikir bu dahi şəxsiyyətin bütün məziyyətlərini tam aça bilməz. Heydər Əliyevi xalqın, dövlətin tarixində əbədi yaşadan ən mühüm cəhətlərdən biri, bəlkə də birincisi onun Azərbaycanın ən çətin zamanlarında idarəetmə sükanını inamla ələ alaraq xalqı və dövləti düşdüyü bəladan qurtarması, onu tarixi inkişafın yeni mərhələsinə çıxarmaq bacarığıdır. Tarixi yaradan, onun gedişini dəyişməyə qadir insan kimi Heydər Əliyev dünyanın ən böyük dövlət adamları olan Bismark, Atatürk, Adenaur və digərlər ilə bir sırada dayanır. Yaxın vaxtlarda biz Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü böyük təntənə ilə qeyd etdik. Azərbaycan xalqı tarixi nailiyyəti olan Dövlət müstəqilliyinin bərpasının 25-ci ilini bayram etdi. Ancaq hamənıza yaxşı məlumdur müstəqilliyinin bərpası ərəfəsundə Azərbaycan hansı çəlalarla qarşılaşmışdı. Torpaqlarımıza təcavüz edən erməni daşnakları öz havadarlarının dəstəyi ilə Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışırdılar. Azərbaycan xalqının əzəli arzusu olan dövlət müstəqilliyinə qovuşmaq ideyası geniş vüsət aldığı bir vaxtda Sovet İmperiyası Bakıda 20 Yanvar qırğını törətdi. Ancaq İmperiyanın tankları da azadlığa gedən yolun qarşısını kəsə bilmədi. Ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinin ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransında yanvarın xalqımıza qarşı törədilən qanlı faciəyə siyasi qiymət verməsi müstəqillik uğrunda mübarizəyə yeni təkan verdi. Azərbaycan daha böyük inad və inamla müstəqilliyə doğru irəlilədi və buna nail oldu. Ancaq müstəqillik əldə olunsa da, ölkədə daxili və xarici pozucu qüvvələrin fəallaşması, hakimiyyətə gəlmiş komandanın səriştəsizliyi və davam etməkdə olan erməni təcavüzü respublikada vəziyyətin gərginləşdirmişdi. Bəzi silahlı dəstələrin başıpozuq hərəkətləri, daxildə qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması bu gərginliyi daha da artırmışdı. 1993-сü ilin əvvəllərindən ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması təhlükəsi ilə üzləşdirmişdi. 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı daha kəskin xarakter alımış, Azərbaycanın müstəqilliyi üçün təhlükə yaranmışdı”. Cəlil Xəlilov daha sonra demişdir: “Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz onun yanında olmalı idi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Bakıya gəldi və bununla da daxili, xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən ulu öndər vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmək yoluna qədəm qoydu”. Məruzəçi daha sonra Azərbaycanın bu gün siyasi, iqtisadi sahədə qazandığı böyük uğurlardan, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun qüdrətli dövlətinə çevrilməsindən, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına çıxmasından danışmışdır. Tədbir digər çıxışlarla davam etdirilmişdir.
Читать далееRespublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev 07 dekabr 2016-ildə bir qrup II Dünya müharibəsi veteranları ilə görüşmüşdür. Görüşdə veteranların vəziyyəti, qayğıları, qarşılaşdıqları problemlər ətrafında söhbətlər aparılmış, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılacaq ardıcıl addımlar müzakirə olunmuşdur. Təşkilatın sədrinə onların qayğıları və problemləri ilə maraqlandığına görə minnətdarlılarını çatdıran veteranlar gələcəkdə də gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında yaxından iştirak edəcəklərini bildirmişlər. Daha sonra sədri Mərkəzi Aparatının işçilərinə müvafiq göstərişlərini və tapşırıqlarını vermiş, 2017-ci ildə qarşıda duran mühüm vəzifələrdən danışmışdır. Görüş başa çatdıqdan sonra ehtiyatda olan general-mayor Dadaş Rzayev bir qrup II Dünya müharibəsi veteranı ilə xatirə şəkili çəkdirmişdir.
Читать далее30 noyabr 2016-cı il tarixində, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının akt zalında “Milli Qəhrəmanlarımızı tanıdaq və yaşadaq!” hərbi vətənpərvərlik mövzüsunda tədbir keçirildi. Tədbiri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov giriş sözü ilə açaraq ilk öncə tədbir iştirakçılarından Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuşların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Cəlil Xəlilov tədbir haqqında məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi yolunda hərbi-siyasi və hərbi-texniki sahədə beynəlxalq əlaqələrin, əməkdaşlığın mühüm əhəmiyyəti və hərbi sahədə böyük uğurlar əldə edilməsi xalqımız tərəfindən müsbət qarşılanır. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hazırladığı silah-sursatlar bu gün dünyanın qabaqcıl ölkələrində istehsal edilən eynitəyinatlı məhsullardan nəinki geri qalmır, hətta bəzi texniki-taktiki göstəricilərinı görə onlardan üstündür. Qarabağda cəbhə xəttində erməni təxribatlarının qarşısının alınmasında, ölkənin ərazi bütövlüyünün, dinc əhalinin təhlükəsizliyinin qorunmasında qəhrəman Azərbaycan oğulları ilə yanaşı, bu silahlar da öz sözünü dedi. Həmin silahlar və hərbi sənaye sahəsi mühəndislərimizin əməyinin nəticəsi olan hərbi texnikamız döyüş sınağından uğurla çıxaraq, düşmənə sarsıdıcı zərbə vurulmasına imkan verdi. Milli Qəhrəmanlarimizi tanitmaq və yaşadmaq məqsədi ilə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun, "Qürur Şəhid Ailələri Xeyriyyə" birliyinin, "20 Yanvar" birliyinin, "Xocalı Soyqırımını Tanıtma" birliyinin və "Sosial Rifah və Tədqiqatları" birliyinin təşəbbüsü ilə 2 fevral 2016-cı il tarixində, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun adının əbədlədirilməsü üçün onun adına silah adı verilməsinə görə müraciyət edilmişdir. Müraciətimiz Müdafiə Sənayesi Nazirliyində müsbət qarşılanaraq Azərbaycan Respublikasının, ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində xususi igidlik və sücaət gösdərdiyinə görə ( ölümündən sonrə) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Səfiyar Abuzər oğlu Behbudovun adının əbədləşdirməsi üçün Müdafiə Sənayesi Nazirliyin mühəndisləri tərəfindən hazırlanan və istesal olunan 120 mm-lik minaatanın “SƏFİYAR minaatanı” adlandırılması qərara alınnmışdır. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin və Azərbaycan Müdafiə Nazirliyinin xüsusilə ölkə gəncləri arasında hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətindəki fəaliyyəti də təqdirəlaiqdir. Belə ki, Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi silahlara, hərbi texnikaya torpaqlarımızın düşmən işğalından azad olunmasında xususi igidlik və sücayət gösdərdiyinə görə Azərbaycanın ən yüksək fəxri adına, Milli Qəhrəmanı adına layiq görülmüş oğullarımızın xatirəsini əbədiləşdirir. Azərbaycanın Milli Qəhrəmanları Mübariz İbrahimovun və Səfiyar Behbudovun adlarını daşıyan və atəşləri onlar kimi düşmənə ölümcül zərbələr vuran"MÜBARİZ 12.7"mm çaplısnayper tüfəngi və 120 mm-lik “SƏFİYAR minaatanı” bu sahədəki fəaliyyətin bariz nümunələridir. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şobəsinin baş məsləhətçisi Rasim Mirzəyev çıxış edərək qeyd etdi ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyin və Azərbaycan Müdafiə Nazirliklərinin birgə təşkilatçılığı ilə sentyabrın 27-də dünyanın 44 ölkəsindən 250-yə yaxın şirkətin rəsmi heyətin, beynəlxalq ölkələrin müdafiə nazirliklərinin nümayəndələrinin iştirakı ilə, Bakı Ekspo Mərkəzində keşirilmiş “ADEX-2016” ikinci Beynəlxalq müdafiə sərgisinidə, Qəhramanlarımızın adına verilmiş "MÜBARİZ 12.7" mm çaplı snayper tüfəngi və “SƏFİYAR minaatanı” sərgi iştirakçılarının böyük marağına səbəb oldu. Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Prezidenti Sərraf Orucov şıxış edərək, bildirdi ki, «İstiqlal» snayper tüfəngləri ailəsindən olan 12.7 mm çaplı ikinci snayper tüfəngi Mübariz İbrahimovun şərəfinə "MÜBARİZ 12.7" mm çaplı snayper tüfəngi adlandırılması orduda xidmət edən əsgərlərimizin döyüş rühünu qalxızmış və ictimayət tərəfindən müsbət qarşılamışdı. "MÜBARİZ 12.7" mm çaplı snayper tüfəngi hazırda dünyada ən yaxşı silahlar sırasında xususi yer alaraq atış məsafəsinə və vuruş gücünə görə xarici analoqlarını üstələyir. Bu snaper tüfəngi hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində Mübariz İbrahimovun şərəfinə «MÜBARİZ» snaper tüfəngi adlandırdığı üçün, əskərlərimiz tərəfindən sevilərək tətbiq edilir. Digər Milli qəhrəmanimızın adını daşıyan 120 mm-lik “SƏFİYAR minaatanı”-nın, Rusiya istehsalı olan 120 mm-lik minaatandan üstünlüyü ondan ibarətdir ki, qəhramanımızın adını daşıyan minaatanımız atəş yayımını müəyyən olunmuş hədəfə daha düzgün və dəqiq nişan alır. 120 mm-lik “SƏFİYAR minaatanı” Azərbaycan və Türkiyə Silahlı Qüvələrində böyük marağa səbəb olmuşdur. Sərraf Orucov çıxışının sonunda bildirdi ki, "MÜBARİZ 12.7" mm çaplı snayper tüfəngi Qarabağda gizlin düşmən nişangahlarını zərərlədirəcək, “SƏFİYAR minaatanı” isə Qarabağda Səfiyarın ayağı dəyən yerlərə raket zərbələri ataraq onun ruhunu şad edəçəkdir. "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri ehtiyatda olan polkovnik Mehti Mehtiyev çıxış edərək bildirdi ki, bu gün yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərdəki Azərbaycan deyil. Onun iqtisadiyyatı, hərbi potensiyalı və qüdrəti durmadan günü-gündən güclənməkdədir. Artıq Azərbaycan Ordusu 1991-1993-cü illərki ordu deyil. Azərbaycan Respublikasnın Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti sayəsində, Silahlı Qüvələrimizin maddı-texniki bazasının möhkəmləndirilməsi, əsgər və zabit heyətinin mənəvi-psixoloji drumunun yaxşılaşdrılması, döyüş əhval-ruhiyəsinin yüksəldilməsi sahəsində ciddi işlər görülüb. İndi Azərbaycan Silahlı Qüvələri NATO standartlarına uyğun formalaşıb. Azərbaycan Silahlı Qüvələri Qafqazın ən qüdrətli ordusu kimi formalaşmışdır. Tədbirdə iştirak edən, “Ehtiyatda olan Zabitlər Konfederasiyasının” birliyinin sədri ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev, Müdafiə Sənayesi Nazirliyinin nazir müşaviri Azad Məmmədov ,Azərbaycanın Respublikasi Müdafiyə Nazirliyinin Hərb Tarixi Muzeyinin direktoru polkovnik Əzizağa Qənizadə, “Əfqanıstan Müharibəsi Veteranlar” birliyinin sədri Məhəmməd Vəliyev, "Qürur Şəhid Ailələri Xeyriyyə" birliyin sədri Naibə Behbudova, "20 Yanvar" birliyinin sədri Sultan Əzimzadə, "Xocalı Soyqırımını Tanıtma" birliyinin sədri Şamil Sabiroğlu, "Sosial Rifah və Tədqiqatları" birliyinin sədri Əkrəm Bəydəmirli.Milli Qəhramanları Tanıtma birliyini sədri Elşən Uluxanlı, Azərbaycanın Milli Qəhrəmanları Vahid Quliyev, İntiqam Atakişiyev Bəxtiyar Allahverdiyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə birliyinin sədri Emin Həsənli, “Respublika Əlil və şəhid ailələrinin vətənpərvərlər” birliyinin sədri, Çeçenistanın milli qəhrəmanı Arif Məhərrəmov, Qarabağ veteranı ehtiyatda olan polkovnik Xətai Baxışov çıxış edərək “Milli Qəhrəmanlarimizi tanidaq və yaşadaq!” hərbi vətənpərvərlik mövzüsunda təşkil olunan tədbirlərinı müsbət dəyəndərdirərək, Milli Qəhramanlarımızın adlarının verildiyi silah, hərbi texnika və başqa adlar Azərbaycan əsgərinin döyüş ruhunun yüksəlməsinə, vətən sevgisinin artmasına mühüm təsir göstərməklə düşmən üzərindəki labüd qələbəmizə öz töhfəsini verəcəyini bildirdilər. Tədbir iştirakçıları, Azərbaycanın Milli Qəhrəmanlarına dəyər verərək onların adlarının əbədəşdirdikləri üçün, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Naziri Yavər Camalova, Azərbaycan Respublikasının Müdafiə Naziri genral palkovnik Zakir Həsənova öz təşəkkürlərini bildirdilər. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, adiyyəti olan Müdafiə Sənayesi Nazirliyinin, Müdafiə Nazirliyinin, Milli Qəhramanların şəhid ailələri, müharibə, əmək və Silahlı Qüvvələr veteranları, Əfqansdan, Qarabağ müharibəsinin veteranları, fəal gənclər, yuxarı sinif orta məktəb şagirdləri, QHT və KİV-in nümayəndələri iştirak edirdi. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Mətbuat Xidməti
Читать далее
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti, xüsusilə Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov barəsində yalan və böhtan kompaniyasının dayandırıldığını, bizi qarşıda duran mühüm vəzifələrin həllindən kimlərinsə daha yayındırmayacağını güman etdiyimiz bir vaxtda yalan və böhtanların yeni dalğası ilə üzləşdik. Ölkə KİV-də yayılmış təkziblərimizə baxmayaraq, eyni xarakterli və məzmunlu yalanları bu dəfə anaxeber.az, nia.az və Milletinsesi.info tirajladı. Yenə də tam qərəzli mövqedən çıxış edənlər faktlara əsaslanmadan, xəstə təxəyyüllərinin məhsulu olan qarayaxmalar səsləndirdilər və təəssüf ki, xəbər portalı da dəqiqləşdirmədən bu yalanlara ortaq oldu. Əlbəttə, onların reytinq problemini ölkənin ən nüfuzlu qeyri-hökumət təşkilatı hesabına həll etmək niyyəti başa düşüləndir. Yalnız onu unudurlar ki, həqiqəti təhrif etməklə süni reytinq artımına nail olmaq əks nəticələr verə bilər və necə ki, verib də. Təşkilatın Nizamnaməsinə tam uyğun olaraq keçirilən növbəti Plenumda məlum məqsədlə yalan və böhtan yayanların düşdükləri acınacaqlı durum (onları iki nəfər veteran belə dəstəkləmədi) və məntiq iflasa uğramış çirkin kompaniyanın nəhayət dayandırılmasını diktə edirdi. Ancaq, atalar nahaq deməyib: “qozbeli qəbir düzəldər”. Buna görə də biz Millətinsesi.info-nun da iddia etdiyi kimi “ümumi sözlərlə çıxış” etmir, həmin şəxslərin kimliyini və Respublika Veteranlar Təşkilatından nəyə görə çıxarıldıqlarını hələlik qismən açıqlayırıq. Sabiq əməkdaş Kamal Əliyev barəsində KİV-də artıq məlumatımız yayılıb. “Azərbaycan Veteranı” qəzetinin sabiq redaktoru Bayram İsmayılov Təşkilatın nüfuzuna xələl gətirən hərəkətlərinə, işdə yol verdiyi cinayət xarakterli xətalara görə vəzifəsindən azad olunub. Onun özünü Təşkilatın orqanı olan bir qəzetin yaradıcısı və istedadlı jurnalist kimi təqdim etməsi isə daha çox psixoloji məsələ olduğundan buna münasibət bildirməyə lüzum görmürük. Ehtiyatda olan polkovnik Rasim Muxtarova, tədqiqtçı jurnalist Şəmistan Nəzirliyə gəlincə, onlar struktur dəyişikliyi və başqa vəzifəyə keçmək istəmədiklərinə görə, öz ərizələri ilə işdən çıxıblar. Yeri gəlmişkən, hörmətli generalımız Dadaş Rzayevin Plenumdan öncə öz iş otağında bir qrup veteranla görüşməsini (bunu 22-23 noyabra aid KİV məlumatları təsdiq edir) şübhə altına almaq, öz adlarını başqasına qoyan böhtançıların Təşkilatın sədr müavininə qarşı nə dərəcədə qərəzli olduqlarının göstəricisidir. Anaxeber , millətin sesi olmağa iddialı sayt və xəbər portalı da bu qərəzlərə ortaqlıq etməklə onlarla eyni, saxtakarlıq və böhtançılıq missiyanın daşıyıcısına çevrilmirmi? Belə olmasaydı Təşkilata ayrılmış vəsaitin xərclənməsi ilə bağlı yalanları yenidən tirajlamaz, sədr müavininin 19 noyabr 2016-cı ildə AzərTAc-da yayılmış və “Respublika” qəzetində dərc edilmiş (Plunemqabağı “Azərbaycan Veteranı” və digər qəzetlərdə də yayılıb) müsahibəsini nəzərə alar, cəmiyyətə obyektiv informasiyalar çatdırardılar. Ancaq məqsəd məlum “missiya” naminə yalan və böhtan xarakterli məlumatlar yaymaq olanda obyektivlik və jurnalist peşəkarlığı yada düşmür. Bakı veteranlar təşkilatı ilə bağlı məlumatlar da iftira xarakterlidir. İddiaların əksinə olaraq Bakı veteranlar təşkilatı özünü könüllü şəkildə, öz iclasını keçirərək buraxmışdır. Ayrılmış vəsaitlə əlaqədar bir daha qeyd edirik ki, təyinatına uyğun olaraq həmin vəsaitin bir hissəsi Təşkilatın maddi-texniki bazasının möhkəmləndirilməsinə xərclənmiş və veteranlara maddi yardım göstərilməsi ilə yanaşı bu proses də davam edir. Təşkilatın sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilovun müharibə veteranı olmasına kimlərinsə əsasız şübhəsinə gəlincə, yalnız onu bildiririk ki, Sərhəd Qoşunları və keçmiş MTN əməkdaşlarının hansı döyüş əməliyyatlarında iştirak etdikləri, xüsusilə hansı tapşırıqları yerinə yetirmələri ilə bağlı məlumatlar əsasən xidməti sirr sayılır və kimlərinsə bunu anlamaması yalnız öz problemidir. Sərhəd Qoşunları və keçmiş MTN-in hərbi birləşmələrinin AR Silahlı Qüvvələrinin tərkib hissəsi olduğunu geyim forması barədə şüvən qoparanlara izah etmək də artıq gecdir. Bunu adətən hərbi məktəblərdə öyrənirlər. Ancaq Silahlı Qüvvələrdə 35 ildən artıq şərəflə xidmət etmiş, bu gün də öz təcrübə və biliyini veteran hərəkatının inkişafına sərf edən, Sərhəd Qoşunlarının komandan müavini kimi hormətlə ehtiyata yola salınmış bir zabiti qaçaqmalçılıqda günahlandırmaq onu səsləndirən və yayanlar üçün ciddi məsuliyyət törədən haldır. Artıq qeyd etdiyimiz kimi veteran təşkilatı olaraq KİV-lə münasibətlərin başqa müstəvilərə çıxarılmasını rəva bilmirik. Ancaq belə əsassız ittiham səsləndirənlər və yayanlar öz böhtanlarını təkzib etməyəcəkləri halda bizə məsələnin başqa müstəviyə çıxarmaqdan başqa seçim qoymurlar. Nəhayət bir məsələni diqqətə çatdırırıq ki, ehtiyatda olan polkovnik Cəlil Xəlilov cəfəng fikirlərlə cəmiyyəti çaşdırmağa çalışan şəxslərə nə dünən, nə də bu gün hesabat verməyə borclu deyil. Onun fəaliyyəti, xidməti barədə lazımi orqanlar da, Təşkilatın rəhbərliyi və Azərbaycan xalqı da kifayət qədər məlumatlıdır. Nəhayət veteanlara ayrılmış hansısa binanın satılması, yaxud onların istifadəsinə verilmiş Qələbə kafesinin icarəyə verilməsi kimi sayaqlamalara gəlincə böhtançılara əllərində olan bu məlumatları ölkənin hüquq-mühafizə orqanlarına təqdim etməyi tövsiyə edirik. Digər tövsiyəmiz isə əsassız iddiaları və hədyanları ilə insanların dəyərli vaxtlarını alanları ölkədə yüksək nüfuza malik olan, fəaliyyəti minlərlə veteran tərəfindən yüksək qiymətləndirilən Təşkilatın adına qara yaxmaqdan çəkindirməkdir. Biz yayılan əsassız və yalan məlumatlara konkret faktlarla cavab verdik, indi növbə guya hansısa naməlum veteranların Təşkilatın gələcəyindən narahat olduğunu iddia edən xəbər portalınındır. Bir daha qeyd edirik ki, qarayaxma kompaniyası aparanların və dəstəkçilərinin məqsədli cəhdlərinə baxmayaraq, Respublika Veteranlar Təşkilatı bütün iş istiqamətləri üzrə fəaliyyətini inamla davam etdirir və keçirdiyi tədbirlərin əhatə dairəsini günbəgün genişləndirir. Böhtan və yalanları tirajlayanlar Təşkilatın ətrafında əsassız şayiələr yaymaqla yalnız özlərini ifşa edirlər. Respublika Veteranlar Təşkilatı bir daha bəyan edir ki, öz fəaliyyəti, yaxud ona aidiyyatı olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır və biz özümüzə dost hesab etdiyimiz KİV nümayəndələrindən yalnız obyektiv məlumatlar gözləyirik. Respublika Veteranlar Təşkilatının İctimaiyyətlə əlaqələr şöbəsi.
Читать далееAzərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsində Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri yaxından iştirak edirlər. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə bir qrup Böyük Vətən müharibəsi veteranı cəbhə bölgələrinə səfər edərək şəxsi heyətlə görüşüb, onların xidmət şəraiti ilə tanış olub, problem və qayğıları ilə maraqlanıb, Vətən müdafiəçilərinə ağsaqqal öyüd-nəsihəti verib və işğal edilmiş torpaqlarımızın tezliklə düşmən tapdağından azad edilməsi naminə onlara uğurlar arzulayıb. Veteranlar hərbi hissə komandanlığı tərəfindən səmimiyyətlə qarşılanıb. Onlara hərbi hissənin yaranma tarixi, keçdiyi döyüş yolu, şəhid və qəhrəmanları haqqında ətraflı məlumat verilib. Xalqımızın ümummilli lideri, müasir, mütəşəkkil ordumuzun baş memarı Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib. Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbaninin müşayiəti ilə veteranlar Beyləqan rayonunun Birinci Şahsevən kəndinə gedərək Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev muzeyini ziyarət edib, 90 yaşlı bacısı ilə görüşüb və onun qəhrəman qardaşı haqqında xatirələrini dinləyiblər. Döyüşçülərlə ilk görüş aprel döyüşləri zamanı düşmən tapdağından azad edilən Lələtəpə zirvəsində reallaşıb. Zabit Rəşad Piriyev dövlətimizin və ordumuzun gücünü, xalqımızın həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirən aprel döyüşləri və onun qəhrəmanları haqqında danışıb. Şəhidlərin xatirəsi yad edilib. Bir neçə gün əvvəl irimiqyaslı təlimlər ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu zirvəyə gəlişi, döyüşdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırması, döyüşçüləri mübarizəyə səsləyən qətiyyətli çıxışı və düşmənə tutarlı mesajları bir daha xatırlanıb. Döyüşlərdə göstərdiyi şəxsi şücaətə görə hələ aprel ayında Prezidentin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, bir neçə gün öncə isə Prezidentin şəxsi hədiyyəsi ilə mükafatlandırılan əsgər İmran Remixanov hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bildirib. Qeyd edib ki, yaşları 90-ı çoxdan ötmüş veteranları azad etdikləri strateji yüksəkliklərdə görməkdən böyük qürur duyur və aprel döyüşlərindəki Qələbəni hər an təzələməyə qadirdirlər. Veteranlar təşkilatının sədr müavini polkovnik C.Xəlilov hər bir Azərbaycan vətəndaşının, eləcə də hər bir veteranın ordumuzun uğur və nailiyyətlərindən fərəhləndiyini, Azərbaycan əsgərinə həmişə arxa-dayaq olduqlarını diqqətə çatdırıb. Müdafiə Nazirliyinin rəhbərliyinə veteranlara göstərilən diqqət və qayğıya, bu kimi tədbirlərin keçirilməsi üçün yaradılan şəraitə görə respublika veteranlar ordusunun minnətdarlığını bildirib. Xalqımız üçün, o cümlədən Azərbaycan Ordusunun şəxsi heyəti üçün həmişə əziz və dəyərli olan insanların, bəşər üçün ən böyük fəlakət sayılan faşizm taunu ilə üz-üzə dayanıb mübarizə apararaq ölümün caynağından qurtulmuş veteranların keçdikləri şanlı döyüş yolundan söhbət açılıb. 97 yaşlı müharibə veteranı Bəkir Məmmədov, Berlinədək döyüş yolu keçmiş bombardmançı təyyarəçi Daməd Vəliyev çıxış edərək ön səngərdə Azərbaycan əsgəri ilə bir yerdə olduqlarını, Lələtəpə zirvəsinə qalxdıqlarını, həyatlarının ən xoş anı hesab edib və tezliklə Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər yolumuzu gözləyən yurd yerlərimizdə qalib Azərbaycan əsgəri ilə görüşəcəklərinə əminliklərini bildiriblər. Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi yubiley medalları təqdim edilib. Çay süfrəsi arxasında səmimi söhbət həm əsgərlərdə, həm də qonaqlarda xoş duyğular oyadıb. Xatirələr veteranları gənclik illərinə qaytarıb, əsgərlərimiz isə babaların qəhrəmanlıq ənənələrini şərəflə davam etdirəcəklərinə söz veriblər. Cəbrayıl, Füzuli, Xocavənd, Ağcabədi, Beyləqan rayonları istiqamətində Vətən, xalq və dövlət qarşısında əsgəri borclarını layiqincə yerinə yetirən Vətən müdafiəçiləri ilə biri-birindən maraqlı görüşlər keçirilib. Veteranlar əsgərlərlə bir yerdə nahar edib, eyni yataqxanada gecələyib, onların təlimlərini izləyib, silah və hərbi texnikalarla tanış olub və cəbhə bölgəsindən xoş təəssüratlarla ayrılıblar.
Читать далее
İki həftə əvvəl ölkə KİV-ində yayılmış təkzibimizə baxmayaraq, cumhuriyyet.az Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti, xüsusilə Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov barəsində yalan və böhtan kompaniyasını davam etdirir. Heç bir fakta əsaslanmadan, öz təbirləri ilə desək “baş verən proseslər haqda silsilə yazılar dərc edən” bu saytın kimlərə və nəyə xidmət etdiyi bizə tam aydındır. Respublika Veteranlar Təşkilatının Nizamnaməsinə uyğun olaraq 2016-cı ildə yerli təşkilatlardan seçilmiş nümayəndələrin iştirakı ilə keçirilən növbəti Plenum ərəfəsində və ondan sonra tirajlanan yalan və böhtan xarakterli məlumatlar bir daha göstərdi ki, saytın məqsədi öz missiyasına uyğun olaraq cəmiyyətə obyektiv informasiyalar çatdırmaq yox, ölkədə yüksək nüfuza malik olan Təşkilatın fəaliyyətinə kölgə salmaqdır. Böhtançılıq missiyasına sadiq qalan sayt hətta Təşkilatın sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayevin Plenumdan öncə öz iş otağında bir qrup veteranla görüşməsini də (bunu 22-23 noyabra aid KİV məlumatları təsdiq edir) şübhə altına alıb. Halbuki, böhtançılara həm bu fakt, həm də Təşkilata ayrılan vəsaitin xərclənməsi ilə bağlı faktlar yaxşı məlumdur (əks halda sədr müavini C.Xəlilovun 19 noyabr 2016-cı ildə AzərTAc-da yayılmış və “Respublika” qəzetində dərc edilmiş müsahibəsindən xəbərsizlik sayt əməkdaşlarının peşəkarlığına şübhələri artırardı). Yaxud əvvəlki sayıqlamalarında tirajladıqları “sədr dəyişikliyi ilə bağlı” yalanların təsdiqini tapmaması. Böhtançılara və Plenumun işinə qatılan “mənbələri”nə də məlum olduğu kimi Plenumda Təşkilatın 2016-cı ildəki fəaliyyəti və növbəti il qarşıda duran vəzifələr müzakirə olundu. Yalan və böhtanlarının hər dəfə faktlarla ifşasının cumhuriyyet.az-ı pis vəziyyətə salmasının günahkarlarına gəlincə, biz cavabımızla həmin şəxslərə layiq olmadıqları diqqətin göstərilməsinə yenə lüzum görmürük. Yalnız onu bildiririk ki, Təşkilatın sabiq əməkdaşı Kamal Əliyev vəzifə səhlənkarlığına və işdə yol verdiyi digər nöqsanlara (lazım gələrsə, açıqlaya bilərik) Təşkilatın sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev tərəfindən işdən çıxarılıb. Guya mövqelərinə isnad edilən veteranlara gəlincə, adları çəkilən həmin şəxslər bizimlə əlaqə saxlayaraq yazılanları təkzib edir, cumhuriyyet.az, yaxud digər sayta hər hansı məlumat vermədiklərini, onların adından yazılanların yalan olduğunu bildirirlər. Bir daha qeyd edirik ki, qarayaxma kompaniyası aparanlar və dəstəkçiləri əmin olsunlar ki, Respublika Veteranlar Təşkilatı bütün iş istiqamətləri üzrə fəaliyyətini inamla davam etdirir və keçirdiyi tədbirlərin əhatə dairəsini günbəgün genişləndirir. Böhtan və yalanları tirajlayanları düz yola dəvət edir, onlara Respublika Veteranlar Təşkilatı ətrafında əsassız şayiələr yaymaqdan uzaq olmağı, veteran hərəkatına layiqincə xidmət göstərən insanların dəyərli vaxtlarını kimlərinsə əsassız iddiaları və hədyanları ilə almamağı tövsiyə edirik. Biz veteran təşkilatı olaraq KİV-lə münasibətləri başqa müstəvilərə çıxarmağı özümüzə rəva bilmirik. Ancaq şərəfli həyat yolu keçmiş və bu gün də xalqına, dövlətinə layiqincə xidmət edən zabitlərimizin ünvanına böhtan yağdıranlar başqa seçim qoymurlar. Respublika Veteranlar Təşkilatı bir daha bəyan edir ki, öz fəaliyyəti, yaxud ona aidiyyatı olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır və biz özümüzə dost hesab etdiyimiz KİV nümayəndələrindən yalnız obyektiv məlumat gözləyirik. Respublika Veteranlar Təşkilatının İctimaiyyətlə əlaqələr şöbəsi.
Читать далее
Ölkəmizdə fəaliyyət göstərən hərb yönümlü QHT - ları - Respublika Veteranlar Təşkilatı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyi, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Ehtiyatda Olan Zabitlər Konfederasiyası bir yerdə, birgə fəaliyyət göstərirlər. Hərbi yönümlü QHT-ı öz fəaliyətlərini Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan üçün müəyyənləşdirdiyi strategiya üzərinə qururlar. Ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini Respublikamızda fəaliyyət göstərən veteranlar və onların ətrafında birləşdikləri hərb yönümlü təşkilatlar dəstəkləyir və dəstəkləyəcəkdirlər. Bu danılmaz faktdır ki, ölkəmizdə veteran siyasəti veteranlara göstərilən diqqət və qayğı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu gündə o siyasət möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şəhid ailələri, veteranlar daim diqqət mərkəzində saxlanılır. Vətən uğrunda canından sağlamlığından keçmiş şəxslərin və onların yaxınlarının sosial-məişət şəraiti günü-gündən daha da yaxşılaşdırılır. Respublikamızda fəaliyyət göstərən hərbi yönümlü QHT-də bu qayğını və diqqəti hər an hiss edir, öz fəaliyyətlərini təkmilləşdirirlər. Hərb yönümlü QHT-ı üzərlərinə düşən tapşırıqların, xüsusən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işə məsuliyyətlə yanaşır və öhdəsindən layiqincə gəlməyi bacarırlar. Bir amala - gənc nəslin vətənpərvərlik ruhda tərbiyyəsinə, torpaqlarımızın azadlığına, qəhrəmanlarımızın tanıdılmasına xidmət edən fəaliyyətimiz hər zaman uğurla davam edəcək. Lakin təəssüflər olsun ki, ölkənin bəzi KİV-də hərb yönümlü QHT-a, xüsusəndə, Respupublika Veteranlar Təşkilatına və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə qarşı böhtan, qarayxma kompaniyası aparılır. Respublika Veteranlar Təşkilatının fəaliyyətini və nüfuzunu gözügötürməyən, daim öz şəxsi mənafelərini güdən “şəxslər” bu böhtanların arxasında dayanaraq “nəyəsə” nail olmağa çalışırlar. Həqiqətlə heç cür uzlaşmayan, yalan bəyanatlar verərək nifaq yaratmağa çalışırlar. Biz hərb yönümlü QHT-ı bütün bu cür lüzümsuz, böhtan xarakterli, yalan “yazılara” kəskin etiraz edir və bunların arxasında dayanan şəxslərin layiqli cəzalalandırılmasını tələb edirik. Bir daha qeyd edirik ki, hərb yönümlü QHT-ı olaraq birgə fəaliyyət göstərir, xalqımıza və dövlətimizə xidmət edirik. Bu cür yalan yazılar yazan şəxsləri həqiqətə çağırır, vətənin keşiyində dayanmış və bu gündə dayanan şəxslərin qarasınca danışmaqdan, onlara böhtan, iftira xarakterli danışıqlardan çəkinməyə səsləyirik. Respublika Veterannar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnnik Cəlil Xəlilov Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri ehtiyatda olan general – mayor Məhəmmədhüseyn Sarıyev Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev
Читать далее22 noyabr 2016-cı ildə Respublika Veteranlar Təşkilatının inzibati binasında Respublika Veteranlar Təşkilatının VI Plenumu keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov açmışdır. C.Xəlilov Respublik Veteranlar Təşkilatının 2016-cı il üzrə Tədbirlər Planına və Rəyasət Heyətinin qərarlarına uyğun olaraq Təşkilatın ilin əvvəlindən bu günədək olan fəaliyyəti ilə əlaqədar VI Plenumun keçirilməsi məqsədi ilə toplaşdıqlarını, tədbirdə, RVT-nin şəhər və rayon təşkilatlarının sədrləri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, media nümayəndələrinin iştirak etdikrlərini bildirmişdir. Çıxışlara başlamazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin, eləcə də Təşkilatın ötən plenumdan sonra dünyasını dəyişmiş Rəyasət Heyəti üzvlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad edilmişdir. Plenumda Respublika Veteranlar Təşkilatının bütün şəhər və rayon təşkilatlarından, RVT Rəyasət Hüyətinin üzvləri, Mərkəzi aparatın işçiləri, İkinci Dünya, Qarabağ müharibələri və Silahlı Qüvvələr veteranları olmaqla seçilmiş 118 nəfər üzvdən 103 nəfəri Plenumda iştirak etmişdir. Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov Plenumun gündələyini elan etmiş, sonra birinci məsələnin müzakirəsinə başlanılmışdır. Respublika Veteranlar Təşkilatının 2016-cı ilin 11 ayı ərzidəki fəaliyyəti ilə bağlı Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxaş məruzə ilə çıxış etmişdir. Sonra Respublika Veteranlar Təşkilatının illik fəaliyyəti bağlı məsələlərlə əlaqədar, məruzə ətrafında çıxışlara başlanılmış, ilk söz İkinci Dünya müharibəsi veteranı Fatma xanım Səttarovaya verilmişdir. Suraxanı rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmov, Şəki rayon Veteranlar Təşkilatının sədri Müstafa Əhmədov, Şamaxı rayon Veteranlar Vəşkilatının sədri Ağarza Bayramov, Təşkilatın Nəzarət-Təvtiş Komissiyasının sədri Cahangir Nəsirov, millət vəkili Xanhüseyn Kazımlı, Prezident Adminstrasiyasının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev çıxış etmiş, Respublika Veteranlar Təşkilatının illik fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər. Sonra gündəliyin 2-ci məsələsi, RVT-nin 2017-ci ilə aid fəaliyyət planı barədə Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov qısaca məlumat çatdırmış, onun təsqdi olunması ilə bağlı təkliflər səsləndirilmişdir. Plan bəzi təkliflər nəzərə alınmaqla qəbul olunmuşdur. Plenum işini başa çatdırmışdır.
Читать далееMən ehtiyatda olan zabit kimi, son günlər cumhuriyyet.az saytında şərəfli yol keçmiş Əfqanıstan, Qarabağ müharibələri, Azərbaycan Silahlı Qüvvələri və Təhlükəsizlik orqanları veteranı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının sədr müavini, ehtiyyatda olan polkovnik Cəlil Xəlilova qarşı ədalətsiz və böhtan xatakterli yazılara münasibət bildirərək demək istəyirəm ki, şərəfli döyüş yolu keçmiş vətənpərvər bir zabitə qarşı, həqiqətə uyğun olmayan, tamamilə əsassız məlumatların yayılmasından böyük təssüf hissi keçirirəm. Xatrlatmaq istəyirəm ki, mən 1985-1987-ci illərdə Əfqanistanında xidməti vəzifəmi yerinə yetirdiyim müddətdə, 1986-ci ilin yanvar ayının sonunda Əfqanistanın Bədəxşah viləyyətində Mövləvi Cəlilə qarşı hərbi əməliyatda iştirak edən zaman Dağlıq rayon sayılan Bədəxşanın Mürqab sərhəd dəsdəsində siyasi şöbədə baş leytenant, azərbaycanlı zabit Cəlil Xəlilovla tanış oldum. Dağlıq Bədəxşanın Mürqab sərhəd dəsdəsində xidmət edən sərhədçi həmyerlimizi, baş leytenant Cəlil Xəlilovu mənə savadlı, hazırlıqlı və cəsarətli bir zabit kimi xarakterezə edərək təqdim etdilər. Baş leytenant Cəlil Xəlilovun düşmənlərlə sərhəddə baş verən sillahlı toqquşmada yaxından iştirak edərək gösdərdiyi igidliyi və sücayəti haqqında eşidikdə onunla qürur duydum. Sovetlər birliyi dağıldıqdan sonra, Cəlil Xəlilov da 1991-ci ildə könüllü olaraq vətənnə dönərək keçmiş döyüşçü zabit kimi Azərbaycan Republikası təhlükəsizlik orqanlarının tərkibində olan Sərhəd Qoşunlarının yaranmasında yaxından iştirak etdi. Cəlil Xəlilov müxtəlif, yüksək vəzifələrdə xidmət göstərərək Azərbaycan Republikası Silahlı Qüvvələrinin tərkibində bu qoşun növünün formalaşmasında bilik və bacarığını əsirgəməmişdir. 1993-cü ildə Lənkaran şəhərində Əlikram Hümbətovun başçılığı altında Talış-Muğan Respublikası kimi qondarma qurumun yaradılması cəhdlərinin qarşısının alınmasında, qiyamın yatırılmasında Lənkəran Sərhəd Dəstəsinin qərərgah rəisi kimi Cəlil Xəlilovun xüsusi rolu olmuşdur. O, Əlikram Hümbətovun bandasının və özünün tərkisilah edillərək həbs olunması əməliyyatına bilavasitə rəhbərlik edən şəxslərdən biri olmuşdur. Mən o vaxt Talış Muğan separatçılarına qarşı keçirilmiş əməliyatda mayor Cəlil Xəlilovun dövlətçiliyə göstərdiyi dəyərli və əvvəzsiz xidmətlər barədə Azərbaycan Republikası Milli Təhlükəsizlik Nazirliyinə raportla məlumat vermişdim. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi vətənimiz uğrunda şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə, Böyük Vətən Müharibəsi, Əfqanıstan, Qarabağ müharibəsinin veteranlarına diqqət və qayğı ilə yanaşaraq, veteranların hörmətini qazanmışdır. Cəlil Xəlilov xarici ölkələrdə keçirilmiş Beynəxalq tədbirlərdə Respublika Veteranlar Təşkilatını təmsil edərək, erməni separatçılarına qarşı çəkinmədən çıxışlar etmiş, tarixi faktlarla Azərbaycan, o cümlədən Qarabağ həqiqətlərini dünya ictimayyətinə çatdırmışdır. Ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Vətəndaş Cəmiyətinin inkişafında, bu sahədə dövlət siyasətinin həyata keçirilməsində, ölkədə Veteran Hərəkatının genişlənməsində və gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında yaxından iştirak edən ən fəal veteranımızdan biridir. Ehtiyatda olan polkovnik Cəlil Xəlilovun Azərbaycan Resublikası Sərhəd Qoşunlarında və Azərbaycan Silahli Qüvvələrindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək döyüş medalları və Fəxri Fərmanlarla təltif olunmuşdur. Cəlil Xəlilov Azərbaycan Silahlı Qüvələrinin Veteranları, ehtiyatda olan hərbiçilər və keçmiş döyüşçülərlə birlikdə Azərbaycan Resublikası Prezidenti, Silahlı Qüvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə hər an səfərbər olaraq torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda yenidən döyüşlərə qatılmağa hazır olan vətənpərvər zabitlərimizdn biridir. Şərəfli ömür yolu keçmiş və Vətənə bu gün də layiqincə xidmət edən, ehtiyatda olan polkovnik Cəlil Xəlilov kimi döyüşçü veteranlarımız gənc nəsilin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında həmişə örnəkdirlər. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Fəxri əməkdaşı, Əfqanıstan, Qarabağ müharibələri, Müstəqil Dövlətlər Birliyinin Döyüş əməliyyatları, Azərbaycan Republikası Silahlı Qüvvələri və təhlükəsizlik orqanlarının veteran zabiti, ehtiyatda olan polkovnik Elşad Şabanov.
Читать далее