Ən son xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə akademik Nərgiz Paşayeva “Şərəf” ordeni il təltif edilib. Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bu münasibətlə Nərgiz Paşayevanı təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Təbrik məktubunda deyilir: “Hörmətli Nərgiz xanım! Sizi “Şərəf” ordeni ilə təltif olunmağınız münasibəti ilə təbrik edir, bunu dövlət başçımızın bütövlükdə elm və təhsilin inkişafına göstərdiyi növbəti qayğı kimi dəyərləndiririk. Əminik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu cür ali ordenlə təltif olunmağınız yaradıcılığınız üçün ciddi mənəvi stimul olacaq, sizi yeni uğurlara ruhlandıracaq. Azərbaycanda təhsilin və elmin inkişafındakı çoxillik və çoxşaxəli xidmətlərinizə görə sizə təşəkkür edir, bütün veteranlar adından bir daha təbrik edirik!” Hörmətlə: Fatma Səttarova və polkovnik Cəlil Xəlilov
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Fəxri professor” adına layiq görülüb. Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan nümayəndəsi, texnika və filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadə Respublika Veteranlar Təşçkilatının sədri Fatma Səttarovanın iştirakı ilə “Fəxri professor” diplomunu polkovnik Cəlil Xəlilova təqdim edib.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı YAP rayon təşkilatı ilə birlikdə Ulu öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar tədbir keçirib. Rayon Veteranlar evində təşkil olunan tədbirdə Əmək və Müharibə veteranları, YAP fəalları, yaradıcı ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdən öncə Ümummilli liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri, YAP-ın üzvü Ədalət Salman açaraq ümumxalq məhəbbəti qazanmış siyasi lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, müstəqilliyimizin qazanılmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində onun göstərdiyi xidmətlərini xüsusi vurğulayıb. YAP rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, rayon Ağsaqqallar şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, "Qarabağ qaziləri" ictimai birliyi Cəlilabad filialının sədri Maşallah Əliyev, Əmək və Müharibə veteranları Mirzəbala Hüseynov, Mirsahib Soltanov, Yusif Əliyev, Fəttah Kərimov, Əsədulla Əliyev, Qurban Əhməd, 97 saylı şəhər Dairə Seçki Komissiyasının sədri İsa Allahverdiyev, Qızıl Aypara cəmiyyətinin Cəlilabad bölməsinin rəhbəri İlkin Qubadov, rayon Mədəniyyət şöbəsinin nümayəndəsi Xeyrulla Şahbazov və başqaları çıxış edərək ulu öndər haqqında xatirələrini bölüşüb, öz ürək sözlərini söyləyib, hörmət və ehtiramlarını bildiriblər.
Hamısını oxu
Talıb Əliyev: “Onun xalqımızın rifahı və təhlükəsizliyi üçün necə böyük qəhrəmanlıqlara imza atdığının şahidiyəm” “Heydər Əliyev zəkası və fədakarlığı ilə tarixin gedişatını dəyişən böyük şəxsiyyətdir”. Bunu Moderator.az-a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik Talıb Əliyev bildirib. Talıb Əliyev qeyd edib ki, məhz Heydər Əliyevin nəhəng dühası, xalqına və vətəninə olan sevgisi Azərbaycanı XX əsrin 90-cı illərinin əvvəlindəki mürəkkəb vəziyyətdən, labüd fəlakətdən xilas edib: “XX əsrin 90-cı illərinin əvvəli müstəqil Azərbaycanın həyatında çox böyük təbəddülatlar dövrü idi. Bir tərəfdən Ermənistanın həyata keçirdiyi işğal faktoru, digər tərəfdən xarici qüvvələrin respublikamıza göstərdiyi təzyiq, digər tərəfdən iqtisadi-sosial çətinliklər, habelə ölkədaxili qarşıdurmlar Azərbaycanın vəziyyətini ümidsiz edirdi. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə ona öndərlik edən Ümummilli lider, hələ Naxçıvanda olarkən erməni işğalının qarşısını almaq istiqamətində ciddi addımlar atmağa başladı. Bu addımlardan ən önəmlisi isə heç şübhəsiz Naxçıvanda ordu formalaşdırmaq, bu ordunun silah-sursata olan tələbatını qarşılamaq idi. Və mənim üçün qürurvericidir ki, Naxçıvanda nizami ordunun formalaşdırılması prosesində Heydər Əliyevlə birlikdə çalışmaq, onun tapşırığı ilə bu istiqamətdə fəaliyyət göstərmək mənə nəsib olub”. Talıb Əliyevin sözlərinə görə, Heydər Əliyev xalqı erməni işğalından qorumaq, düşmən ordusunun irəliləməsinə imkan verməmək üçün bütün imkan və vasitələrdən, o cümlədən şəxsi əlaqələrindən maksimum istifadə edirdi: “Həmin vaxt bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da vəziyyət gərgin idi. Ölkəmiz bir deyil, bir neçə problemlə üz-üzə qalmışdı. Heydər Əliyev məhz belə bir zamanda əsl fədakarlıq və əzm sərgiləyərək problemlərin həlli istiqamətində prinsipial addımlar atdı. İlk öncə Naxçıvanda formalaşan ordunun silah-sursatla təminatı yönündə ciddi iş aparıldı. Həmin vaxt Ulu öndərin tapşırığı ilə ordumuzun silaha olan ehtiyacını qarşılamaq üçün mütəmadi iş aparır, müxtəlif yollarla bu ehtyacı təmin etməyə çalışırdıq. Sevindiricidir ki, biz çox böyük çətinlikər hesabına olsa da, buna nail ola bildik. Mən hələ o zaman Ulu öndərin xalqımızın rifahı, təhlükəsizliyi üçün necə böyük qəhrəmanlıqlara imza atdığına şahid oldum. Məhz onun səyləri nəticəsində Azərbaycan erməni işğalının genişlənməsinin qarşısını ala, daxili qarşıdurmalara son qoya, iqtisadi baxımdan ciddi inkişafa nail ola bildi. Ulu öndərin vəfatının 19-cu ildönümündə Ümummilli lideri sevgi və minnətdarlıq hissi ilə anır və əminlikliklə bildirirəm ki, Azərbaycan xalqı var olduqca Heydər Əliyev də yaşayacaq və var olacaqdır”. Seymur ƏLİYEV
Hamısını oxu
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının əbədi lideri və xilaskarıdır. Xalqımız Ulu Öndəri, onun tarixi xidmətlərini heç vaxt unutmayacaq. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri unudulmazdır və bu xidmətlər hər zaman xalqımız tərəfindən minnətdarlıq hissi ilə xatırlanacaq: “Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dövlətimizin güclənməsi, erməni işğalının genişlənməsinin qarşısının alınması, ölkəmizin iqtisadi qüdrətinin artması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev öz müdrik siyasəti ilə xalqımızın, dövlətimizin həyatında prinsipial rol oynayıb. Ulu Öndərin milli dövlətçiliyin möhkəmlənməsi, təhlükəsizliyimizin təmin edilməsi istiqamətindəki ən mühüm xidmətlərindən biri isə nizami ordunun formalaşdırılmasıdır. Çünki məhz vahid komandanlıq sisteminin tətbiqi, peşəkar hərbi kadrların hazırlanması, ordunun müasir hərbi texnika ilə təmin edilməsi Ermənistanın işğalının genişləndirilməsinin qarşısını aldı. Düşmən öz işğalçılıq planlarını sona qədər həyata keçirə bilmədi. 1994-cü ildə Heydər Əliyev “Əsrin müqaviləsi” adlı nəhəng neft müqaviləsinin imzalanmasına nail oldu. Bu da Azərbaycan neftinin dünya bazarına çıxışını təmin etməklə yanaşı, dövlət büdcəmizə böyük maliyyə vəsaitlərinin daxil olmasına imkan verdi. Nəticədə, ordumuzun maddi-texniki təchizatının yaxşılaşdırılması, müdafiə qabiliyyətimizin güclənməsi üçün əlverişli zəmin formalaşdı. Bu gün Azərbaycan xalqı öz böyük liderinin 19-cu ildönümünü, Anım Gününü minnətdarlıq hissi ilə yad edir. Azərbaycanın hər bir vətəndaşı anlayır ki, onun bugünkü firavanlığının kökündə Heydər Əliyev faktoru dayanır. Məhz Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan xalqının rifahını, sosial ədaləti, təhlükəsizliyimizi təmin edib. Biz bütün bunlara görə Ulu Öndər Heydər Əliyevə, onun memarı olduğu dövlətçilik ənənəsinə borcluyuq”. “Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Heydər Əliyevi sevgi və minnətdarlıq hissi ilə yad edir, veteranlar olaraq ona öz sonsuz ehtiramımızı bildiririk. Heydər Əliyevin müqəddəs xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq və dövlətimizin çiçəklənməsi uğrunda fəaliyyətimizdə bizim üçün ən böyük stimul olacaq”, - deyə Cəlil Xəlilov vurğulayıb.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, bu gün Anım Günü ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Ulu öndərin məzarını ziyarət edib, abidə önünü əkil və gül dəstələri qoyublar. Veteranlar Ulu öndərin ruhuna dualar oxuyub, onun Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə yad ediblər. Veteranlar akademik Zərifə xanım Əliyevanın də məzarını ziyarət edib, görkəmli oftalmoloqun məzarı üstünə gül dəstələri qoyublar.
Hamısını oxu
“Azərbaycan və Türkiyənin “Qardaş yumruğu” adlı birgə hərbi təlimləri anti-türk qüvvələrinə hərbi-siyasi mesajdır”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu təlimlər Azərbaycan və Türkiyə arasında genişlənən hərbi əməkdaşlıq əlaqələrini əks etdirməklə yanaşı, həm də hər iki dövlətin regiodna sülh və təhlükəsizliyin təminində nə qədər qərarlı olduğunu göstərir: “Təbii ki, “Qardaş yumruğu” təlimi hər şeydən öncə Azərbaycanla Türkiyə arasında hərbi sahədə genişlənməkdə olan əlaqələri əks etdirir. Bu təlimlər göstərir ki, iki dövlət arasında hərbi əməkdaşlıq sürətlə genişlənməkdə, mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoymaqdadır. Bu təlimlər həm də Azərbaycan və Türkiyənin bölgədə sülh və sabitliyi təmin etməkdə nə qədər qərarlı və qətiyyətli olduğunu göstərir. Azərbaycan və Türkiyə bu təlimlərə göstərir ki, əgər kimsə, hansısa bir qüvvə bölgədə gərginlik yaratmaq, sabitlik üçün təhlükə törətmək, türk dünyasının maraqları əleyhinə hərbi müstəvidə hər hansı addım atmaq istəyərsə, o zaman qarşısında “Qardaş yumruğu”nu görəcək. Bu baxımdan, hər kəs bu təlimlərdən lazımi nəticə çıxarmalı, Azərbaycan və Türkiyəyə qarşı təxribatlardan çəkinməlidir. Bundan dərs çıxarmayaraq təxribata cəhd edənlər, ən sərt şəkildə cavablarını alacaqdır”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 2 dekabr 2022-ci il tarixində Nəsimi rayonunda Beynəlxalq Əlillər Günü ilə bağlı tədbirdə iştirak ediblər. Tədbirdə Nəsimi rayon VT-nin sədri Validə Vəliyeva,”Dovlət və Qanun ”qəzetinin Baş redaktoru, AJB üzvü Yasəmən Möhübbətqızı, qazilərdən Quluyev Xəyyam, Qasımov Şəhriyar və digər qonaqlar iştirak edib. Tədbiri Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva açıb. Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sorna çıxış edən Adil Haqverdiyev Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarıa çatdırıb. Polkovnik Adil Haqverdiyev 3 Dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı RVT-nın keçirdiyi sağlamlığını itirmiş qazilərlə görüşdən söz açıb. Onların hər zaman dovlətin diqqtində olduğunu vurğulayıb: “Torpaqlarımızın düşmən tapdağından azad edilməsində öz sağlamlıqlarını itirmış qazilərimizin qarşısında baş əyirəm. Uca Allahdan şəhidlərimizə rəhmət,q azilərimizə cansağlığı arzulayıram”. RVT HİK –nin sədri Nəbi Hacıyev rəhbərlik etdiyi qurumun əllilyi olan veteranlara göstərdiyi xidmətlərdən danışıb, bir neçə tədbir iştirakçılarına Heydər Əliyev Sarayında keçiriləcək “Gələcəyə İşıqlı Yollar” adlı konsertdə iştirak etmək üçün konsert bileti təqdim edib. Əmək veteranı Yasəmən Möhübbətqızı əlillərə yaradılan dövlət qayğısından bəhs edib. Dövlət qayğısını həyata keçirməli olan qurumların bu sahəyə məsuliyyətlə yanaşdıqlarını, əlillərin istirahəti, müalicəsi,evlə, işlə təminatı ilə ciddi məşğul olduqlarını qeyd edib. Tədbirdə Birinci Qarabağ Müharibəsi veteranları, ATU-nin dosenti Əməkdar Həkim Taryel Eyvazov və İbrahim Dağlı RVT-nin medalları ilə təltif ediliblər. Tədbir çay süfrəsi ətrafında davam edib, xatirə şəkli çəkilib.
Hamısını oxu
Cəlilabad Rayon Veteranlar Təşkilatı Qarabağ Qaziləri ictimai birliyinin Cəlilabad filialı ilə birlikdə 3 -Dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirib. Rayon Veteranlar evində təşkil olunan tədbirdə Cəlilabad rayon icra hakimiyyətinin rəsmiləri əmək və müharibə veteranları ictimai birliklərin nümayəndələri və qələm adamları iştirak ediblər. Tədbirdən öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla anılıb.Rayon Veteranlar Təşkilatının sədri şair yurnalist Ədalət Salman çıxış edərək bildirib ki Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir. Məqsəd ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. O, ölkəmizdə əlillərin sosial rifahının yaxşılaşdırılması mənzillə təmin olunması üçün dövlətimiz tərəfindən həmişə diqqət və qayğı göstərildiyini xüsusi vurğulayıb.Əmək və müharibə veteranları çıxış edib kövrək təbəqəyə mənsub olan əlillərimizə həssaslıqla yanaşıb onlara hər cür qayğı göstərmək hamımızın müqəddəs borcu olduğunu bildiriblər. Tədbirin sonunda müharibə əlillərindən bir qrupuna rayon Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub və xatirə şəkilləri çəkilib. Cenubtv.az
Hamısını oxu