Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, Şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son birillik fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir. Növbəti tədbirlər Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə iyun ayının 2-də və 3-də Gəncə, Samux, Göygöl və Daşkəsəndə təşkil olunub. Bu toplantılarda ağsaqqallarla yanaşı şəhər, rayon rəhbərlikləri, ziyalılar, şəhid valideynləri, qazilər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar. Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən şəhər və rayon İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən və ölkəmizin hərtərəfli inkişafından bəhs ediblər. Natiqlər, həmçinin ağsaqqalların şəhər və rayonların ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan söhbət açaraq, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində onlara hər zaman böyük ehtiyacın duyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Sonra Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədovun, Samux Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramovun, Göygöl Rayon Ağsaqqallar Şurasının sədri Dilqəm Dilənovun və Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayevin son birillik hesabat dövrü ərzində aparılan işlər və qarşıda duran vəzifələr barəsində məruzələri dinlənilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə ağsaqqallara, o cümlədən ahıllara göstərilən diqqət və qayğıdan söz açılıb. Ali və orta təhsil müəssisələrində keçirilən görüşlərdə və digər tədbirlərdə cəmiyyət üzvlərinə, xüsusilə də gənclərimizə milli-mənəvi dəyərlərə, Vətənə, xalqa, dövlətə hörmət ruhunun aşılanmasına böyük önəm verildiyi qeyd olunub. 44 günlük Vətən müharibəsində qazanılan Qələbəmizin tarixi əhəmiyyətindən danışılıb, şəhid ailələrinə və qazilərə hər zaman böyük diqqət göstərildiyi vurğulanıb. Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Əmin olduğunu bildirib ki, artıq koronovirus pandemiyasının zəiflədiyi bu dövrdə yerli təşkilatlar öz fəaliyyətlərini daha səmərəli və effektiv quracaqlar. Bayram Yusifov möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfərdən bəhs edərək, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən geniş vüsətli bərpa-quruculuq işlərindən, istifadəyə verilən hava limanından, tikinti və infrastruktur obyektlərdən, yüksək əhəmiyyətə malik yerli və beynəlxalq tədbirlərin keçirilməsindən böyük qürur hissi ilə danışıb. Bu, artıq danılmaz və çox sevindirici bir faktdır ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tükənməz səyi, incə zövqü əsasında Vətənimiz gündən-günə daha da gözəlləşir və dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilir. Bayram Yusifov onu da qeyd edib ki, ölkəmizdə gedən bu inkişaf prosesi Azərbaycan Ağsaqqallar Şurasında da özünü ciddi şəkildə göstərməkdədir. Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə təşkilatda bir çox əhəmiyyətli işlər həyata keçirilir, o cümlədən beynəlxalq əlaqələr möhkəmləndirilir. Belə ki, son bir il ərzində Şuranın rəhbərliyi Türkiyədə və Türkmənistanda olublar, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri, Ədalət və İnkişaf Partiyasının Sədr müavini Binəli Yıldırımla, Türkmənistanın sabiq prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla və digər rəsmi şəxslərlə çox səmərəli və maraqlı görüşlər keçiriblər. Həmçinin Eldar Quliyev Türk Dövlətləri Təşkilatında nüfuzlu ağsaqqal olaraq Türkmənistanı təmsil edən Qurbanqulu Berdiməhəmmədovun fəaliyyətini yüksək dəyərləndirərək və onu “Fəxri Ağsaqqal” ordeni ilə təltif edib. Konfranslarda Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və digər ziyalılar, şəhər və rayon Ağsaqqallar Şurasının, həmçinin YAP-ın yerli təşkilatlarının üzvləri və başqa natiqlər çıxış edərək ölkəmizin ictimai-mədəni həyatında ağsaqqalların göstərdiyi dəyərli fəaliyyətdən bəhs ediblər. Azərbaycanın hər bir bölgəsində ağsaqqallara ayrılan diqqət və qayğıya, o cümlədən belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə görə öz minnətdarlıqlarını bildiriblər. Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayevə vətənpərvərlik mövzusunda yazdığı şeirlərə görə “Qafqaz-Media” İB tərəfindən təltif olunduğu “Heydər Əliyev Zirvəsi-99” Fəxri diplomu və medalı təqdim edilib.
Hamısını oxu
Tədbir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub Veteran.gov.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş Tələbə-Sağlamlıq Spartakiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Gənclər Evində keçirilən mükafatlandırılma mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, 3 ay ərzində davam edən yarışda iştirak edən və sonda qalib gələn komandaları təbrik etmiş, onlara tələbə və idman həyatlarında uğurlar arzulamışdır. Sonra mükafatlandırılma mərasimində Universitet və Kolleclər arasında Ümumi kamanda hesabında keçirilən yarışlarda uğurlu nəticə göstərərək Gəncə Dövlət Universitetinin komandası 1-ci yerə layiq görülərək Baş İdarə tərəfindən kubokla təıtif olunmuşdur. Peşə Liseyləri və Peşə Kollecləri arasında isə ümumi komanda hesabında 2 saylı Peşə Liseyinin komandası 1-ci yerə layiq görülərək kuboka sahib olmuşdur. Həmçinin Baş İdarə tərəfindən Universitet, Kollec, Peşə məktəblərinin müəllimləri təşəkkürnamələrlə, idmançılar isə diplomlarla təltif olunmuşdurlar. Sonda kollektiv xatirə şəkli çəkdirilmişdir.
Hamısını oxu
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu qarşıdan gələn 22 iyul - Azərbaycanda Milli mətbuat və Jurnalistika günü ilə əlaqədar olaraq mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsi elan edir. Müsabiqəyə vətənpərvərliyin media vasitəsilə təbliği, Vətən sevgisinin yeniyetmə və gənclərə aşılanması, azərbaycançılıq, qürur yerimiz olan şəhidlər, Qarabağ zəfəri və s. kimi müxtəlif mövzularda məqalələr göndərilə bilər. Kriteriyalar: - Məqalə innovativ və əhatəli olmalıdır; - Müsabiqə elan olunduqdan sonra, qəzet və ya elektron internet portallarında dərc edilməlidir; - Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxmiən 2-3 A4 formatlı vərəq həcmində); - Yazılar qəzetdə dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Fonda təqdim olunmalıdır; - Elektron portalda dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) link əlavə edilərək Fonda təqdim edilməlidir. QEYD: Müsabiqəyə təqdim edilmək üçün hazırlanan materiallar kağız və ya elektron daşıyıcıda birbaşa Fonda, yaxud elektron poçt vasitəsilə mdtf.press@gmail.com adresinə göndərilə bilər. Mükafat: I yer-1000 AZN Il yer - 800 AZN III yer - 600 AZN Hər biri 400 AZN olmaqla 4 həvəsləndirici mükafat Müsabiqənin müddəti: 01 iyun - 15 iyul 2022-ci il Əlaqə vasitələri: Tel: (012) 436-98-52 E-mail: mdtf.press@gmail.com Ünvan: Bakı şəh., Yasamal r., M.Naxçıvani küç. 29
Hamısını oxu
Bu gün Azərbaycan Ordusunun şəhid əsgəri Həsənov Həsən Səfər oğlunun doğum günüdür. Həsənov Həsən Səfər oğlu 3 iyun 1996-c ildə Sabirabad rayonunun Qruzma kəndində anadan olmuşdur. 2003-cü ildə Qruzma kənd tam orta məktəbinə yollanmış, 2014-cü ildə orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Şəhid Həsənov Həsən, 2016-cı ildə baş verən aprel döyüşlərində də iştirak etmişdir. Həsən hərbi xidməti başa vurduqdan sonra doğulub boya-başa çatdığı kəndə qayıdır və ailə həyatı qurur. 30 ilə yaxındır ki,Azərbaycan torpaqları düşmən tapdağında idi. 2020-ci ilin sentyabrın 27-də II Qarabağ müharibəsi başlayanda Həsən könüllü olaraq qeydiyyatdan keçir və təlimlərə qoşulur. Vətən müharibəsinin ilk günlərində ön cəbhədə döyüşür.Kəşfiyyatçı olaraq, Həsən, Füzulinin, Cəbrayılın, Hadrutun, Suqovşanın azad olunmasında cəsurluqla döyüşür.100 dən çox düşməni zərərsizləşdirib,neçə düşmən postunun dağıdılmasında və ələ keçirilməsində yaxından iştirak edib.Yaralı əsgərlərimizi düşməndən xilas edib20 oktyabr Laçın ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Həsənov ölümündən sonra “Vətən uğrunda “ medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Həsən Həsənov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Hamısını oxu
Cəlil Xəlilov: “Qazilərimiz bizim baş tacımızdır, lakin onlar da hər kəs kimi qanunlara əməl etməlidir” Bu gün bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib, şüşəni sındıraraq içəriyə daxil olublar. Qazilərin dövlət qurumunun binasına bu cür daxil olması cəmiyyətdə birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu cür davranışın təəssüf doğurduğunu bildirib: “Qazilərimiz bizim baş tacımız, vətənin igid müdafiəçiləridir. Biz 44 günlük Vətən müharibəsində tarixi zəfərə məhz şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində nail olmuşuq. Bu mənada şəhid ailələrinə, qazilərə diqqət və qayğı hər kəsin mənəvi borcudur. Bu, birmənalıdır. Lakin bunu da unutmayaq ki, dövlət də, cəmiyyət də qanunlarla idarə olunur və qanun hamı üçün birdir. Qanun heç kimə, hətta qaziyə də dövlət qurumuna bu cür daxil olmağa icazə vermir. Bu cür davranış qanun pozuntusu olmaqla yanaşı, ətrafdakı digər insanlar üçün də mənfi nümunədir. Sevincidiricidir ki, binanın mühafizəsini həyata keçirən polis əməkdaşı yüksək peşəkarlıq və vətənpərvərlik nümunəsi göstərərək qəzəbli qazini bağrına basdı, prosesdlərin daha da gərginləşməsinə yol vermədi. Bir daha qeyd edirəm ki, heç kim qanundan üstün deyil və ola da bilməz. Bu baxımdan hər kəsin, o cümlədən qazilərimizin öz hüquqlarını təmin etmək istərkən yalnız və yalnız qanuni vasitələrədn istifadə etməsi mütləqdir. Ola bilsin ki, hansısa dövlət qurumunda hansısa məmur qazilərin müraciətinə laqeyd yanaşıb, yaxud onunla bağlı ədalətli qərar qəbul etməyib. Əgər belə bir hal varsa, o zaman qazilərimiz həmin məmurdan, onun yarıtmaz fəaliyyətindən əlaqədar instansiyalara şikayət ünvanlamalıdır. Belə olarsa, həmin məmur həm qanun çərçivəsində cəzalanar, həm də qazilərimiz zorakı davranış sərgiləmək, daha sonra bu davranışa görə qanun qarşısında cavab vermək məcburiyyətində qalmazlar. Hər il yüzlərlə məmurun işində yol verdiyi nöqsanlara görə cəzalanması məmurlarla bağlı şikayətlərə həssaslıqla yanaşıldığına nümunədir və qazilərimiz əmin ola bilər ki, onların da şikayəti hökmən diqqətlə araşdırlacaq. Ümid edirəm ki, bundan sonra həm qazilərimiz, həm də məmurlarımız bu məsələdə xüsusi həssaslıq sərgiləyəcək və biz bir daha bugünkü kimi arzuedilməz olaya şahid olmayacağıq”.
Hamısını oxuBu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında xalq-ordu birliyi ilə bağlı tədbir keçirilib. Veteran və qazilərin, vətəndaş cəmiyyəti institutu nümayəndələrinin, media təmsilçilərinin, Müdafiə Nazirliyi əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov öncə Azərbaycanın ordu quruculuğu tarixinə nəzər salıb. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycanda nizami ordunun formalaşdırılması istiqamətində ciddi addımların atıldığını bildirən polkovnik Cəlil Xəlilov, bolşevik işğalı ilə əlaqədar olaraq bu istiqamətdəki səylərin yarımçıq qaldığını vurğulayıb. Sovet dönəmində də azəbaycanlıların hərbi işinə yaxın buraxılmadığını qeyd edən sədr müavini, yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra soydaşlarımızın keçmiş SSRİ-nin müxtəlif ali məktəblərində hərbi təhsilə cəlb edildiyini, milli hərbi kadrların hazırlanmasına prosesi start verildiyini bildirib. Daha sonra 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun əldə etdiyi şanlı qalibiyyətə toxunan polkovnik Cəlil Xəlilov, bu qələbə xalqımızın mühüm rol oynadığını bildirib: “44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasında Azərbaycan Ordusu ilə yanaşı, Azərbaycan xalqı da həlledici rol oynadı. 8 Noyabr zəfəri məhz xalq-ordu birliyi sayəsində əldə edildi. Hansı ki, Prezident İlham Əliyev də öz çıxışlarında bu vacib nüansı dəfələrlə qeyd edib, qələbənin əldə edilməsində xalq-ordu birliyinin həlledici amil olduğunu vurğulayıb. Biz 8 Noyabr zəfərinin nəticələrinin qorunub saxlanılması, dövlətimizə, xalqımıza qarşı düşmən mövqe tutan, birliyimizi, bərabərliyimizi, ölkəmizdəki sabitliyi pozmağa çalışan təxribatçı qüvvələrə qarşı bundan sonra da birgə mübarizə aparmalı, dövlət başçımızın, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşməkdə davam etməliyik. Unutmamalıyıq ki, bizim gələcək uğurlarımız birliyimizdən, həmrəylyimizdən asılıdır”. Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarix yazdığını, xalqın hər bir fərdinin orduya, onun Ali Baş Komandanına dəstək verdiyini bildirdi: “44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun, Azərbaycan xalqının qəhrəmanlıq dastanıdır. Azərbaycan Ordusu 44 gün ərzində erməni faşizminə ağır zərbə vuraraq onları tarixi torpaqlarımızdan qovdu, dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Bu qələbədə Azərbaycan xalqı yaxından iştirak etdi. Xalqımız Azərbaycan Ordusu, Ali Baş Komandanla ciddi həmrəylik sərgilədi. Prezident İlham Əliyevin bu müharibədə ortaya qoyduğu yüksək sərkərdəlik qabiliyyəti, komandanlıq bacarığı sayəsində erməni ordusu darmadağın edildi. Nəticədə, 30 illik həsrətə son qoyuldu, on illərdir davam edən erməni təxribatlarına layiqli cavab verildi”. Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Elvin Əzizov 8 Noyabr zəfərinin əldə edilməsində Azərbaycan xalqının tarixi xidmətlərinin inkaredilməz olduğunu vurğuladı: “Birmənalı olaraq qeyd etməliyik ki, 8 Noyabr zəfəri xalqımıza, dövlətimizə qarşı uzun illərdir ki, davam edən erməni təxribatlarına qarşı ən layiqli cavab oldu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında cəmi 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradan Azərbaycan Ordusu, 30 illik işğaldakı torpaqları azad etdi. Bu qələbədə Azərbaycan Ordusu ilə yanaşı, Azərbaycan xalqı da mühüm rol oynadı. Xalqımız mənəvi baxımdan ordu ilə sıx həmrəylik nümayiş etdirdi. Yaşından, peşəsindən, sscial statusundan asılı olmayaraq, hər bir azərbaycanlı orduya öz dəstəyini ifadə etdi ki, bu da hərbçilər üçün çox böyük mənəvi stimuli çevrildi. Azyaşlı məktəblilərin orduya yolladığı məktublar, bu məktublarda yer alan sevgi və səmimiyyət dolu fikirlər, uşaqların çəkdiyi şəkillər – bir sözlə atılan hər bir addım əsgərlərimizi qələbəyə daha da ruhlandırır, onların mübarizə əzmini artırırdı. Məhz xalq-ordu birliyi sayəsində düşmən üzərində parlaq hərbi qalibiyyət əldə edildi, ərazi bütövlüyümüz bərpa olundu”. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı, dövlət qulluğunun baş müşaviri Rasim Mirzəyev “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində görülən işlərdən bəhs edib, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabında yer alan bəzi nüanslara toxunub. Rasim Mirzəyev qeyd edib ki, layihə çərçivəsində xalq-ordu birliyi, bu birliyin 8 Noyabr zəfərinin əldə edilməsindəki əhəmiyyəti bir daha ictimaiyyətin diqqətinə çatdırılıb, bu həmrəyliyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb. Tədbirdə çıxış edənlər xalq-ordu birliyinin qələbəyə verdiyi mühüm töhfəyə diqqət çəkib, qalib dövlətin vətəndaşı olmağın bəxş etdiyi qürur hissindən danışıblar. Xatırladq ki, tədbir “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində keçirilib. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 31 may 2022-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə İçərişəhər sakinləri üçün qəbul günü keçirib. Görüşdə sakinlərin müraciətləri dinlənilib, onların sualları cavablandırlıb, maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Vətəndaşların təklif və problemlərinin həlli, eləcə də araşdırılması məqsədi ilə İdarənin müvafiq struktur və qurumlarına aidiyyəti üzrə tapşırıqlar verilib. Xatırladırıq ki,İçərişəhər və Qala qoruqlarının sakinləri üçün mütəmadi qaydada görüşlər keçirilir. Bu cür görüşlərin keçirilməsində məqsəd sakinlərin arzu, istək və problemləri ilə yaxından tanış olmaq, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bütün imkanlardan maksimum istifadəyə nail olmaqdır. Seymur ƏLİYEV
Hamısını oxu
İqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunun da müxtəlif səbəbləri var. Prezident İlham Əliyevin cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışında dediyi kimi, müasir Azərbaycan iqtisadi cəhətdən tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyacı yoxdur. Sirr deyil ki, son 3 ildə dünyada baş verən epidemoloji , ekoloji və siyasi kataklizmlərlə əlaqədar yaranan yeni iqtisadi vəziyyət dünya əhalisini ərzaq böhranı təhlükəsi ilə üz-üzə qoyub. Bu təhlükə elə bir səviyyəyə çatıb ki, problem yalnız aşağı və orta gəlirli ölkələri yox, həm də yüksək gəlirli, böyük iqtisadiyyata sahib ölkələri də qorxudur. Ötən dövrdə dünya iqtisadiyyatdan asılı olan ərzaq böhranı təhlükəsi ilə ilk dəfə COVİD-19 pandemiyasının yaranmasından sonra üzləşdi. Xüsusi karantin rejiminin tətbiq edilməsi kənd təsərrüfatı və sənaye məhsullarının istehsalının azalmasına səbəb oldu. Bu vəziyyətlə əlaqədar Ümumdünya Ticarət Təşkilatının baş direktoru Robertu Azevedu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəhbəri Tsyuy Dunyuy və Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreisus birgə bəyanat verərək pandemiyanın dünyada kənd təsərrüfatı üzrə tədarük zəncirini pozduğunu və potensial ərzaq böhranı təhdidini yaratdığını bəyan etdilər. Həqiqətən də 2020-ci ildə COVID-19 pandemiyası kənd təsərrüfatı istehsalına əhəmiyyətli təzyiq göstərdi, qlobal dəyər və təchizat zəncirini pozdu və bu, ən yoxsul ailələrin ciddi şəkildə təsirləndiyi qida çatışmazlığı və qeyri-adekvat ərzaq təminatı problemlərini yaratdı. 2021-ci ildə xüsusi karantin rejimi yumşaldılsa da dünya ekoloji kataklizmlə üzləşdi. Quraqlığın geniş yayılması, su çatışmazlığı kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir etdi. İqlim dəyişiklikləri və quraqlıq nəticəsində ekoloji mühit kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli olmadı, ərzaq istehsalı tələbatı qarşıla bilmədi. Qlobal səviyyədə istehsalın azalması təklifi daraltdı və qiymət artımları üçün əlavə imkanlar yaratdı.İqtisadiyyatın böhranı üçün yeni problemi Rusiya-Ukrayna müharibəsi üzə çıxartdı. Müharibə səbəbindən fevral ayının sonundan başlayaraq kənd təsərrüfatı məhsullarının qlobal qiymətləri davamlı artır. Ötən qısa müddətdə buğda 40 % bahalaşıb. Hazırki qiymətlər son 14 ilin ən yüksək səviyyəsinə çatıb. Siyasi və hərbi böhran ərzaqla yanaşı yanacaq və gübrə qiymətlərini də xeyli artırıb, Qara dəniz regionundan tədarük zəncirini pozub. BMT rəhbəri xəbərdarlıq edib ki, bu vəziyyət bütün dünyada siyasi qeyri-sabitlik və iğtişaşlar toxumu səpir. İqtisadiyyat həm də ölkələrdə əhalin rifah halının göstəricisidir. Əgər ölkə iqtisadi cəhətdən problem yaşamırsa, əhalinin maddi vəziyyəti də yaxşı olur, dünyada gedən proseslərlə bağlı yaranan qiymət artımı əhalinin rifah halınin mənfiyə doğru dəyişməsinə təsirsiz ötüşür. Yaranmış yeni vəziyyətdə Azərbaycan hökumətinin iqtisadi sahədə atdığı addımlar daha rasional və effektlidir. Hazırda ölkəmizdə ərzaq təminatında hər hansı problem, çətinlik müşahidə olunmur. Düzdür, son bir ildə ərzaq qiymətlərində illik müqayisədə 17,5 faiz artım faktı var ki, bunun da hansı səbəblərdən baş verdiyi qeyd edildi. Ərzaq qiymətlərinin daha çox artmaması və təminat çətinliyinin yaranmaması üçün hökumət müvafiq proqramlar və tədbirlər planları həyata keçirir. Hələ Rusiya-Ukrayna müharibəsindən öncə, 2022-ci ilin yanvarın 18-də Nazirlər Kabinetində keçirilən Hökumətin iclasında əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində xüsusi tapşırıqlar verildi. Bu tapşırıqların əsasını 6 baza prinsip təşkil edir. Hökumət ərzaq təhlükəsizliyində, əsas məhsullar üzrə ağırlıq mərkəzini əsasən yerli istehsalın üzərinə qoydu. Məhsulun maya dəyərini aşağı salmaq, keyfiyyətini yüksəltmək və həcmini artırmaqla təminat yaxşılaşdırılacaq.İkinci baza prinsip odur ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir. Üçüncü prinsip əsas ərzaq məhsullarının qiymətinin liberallaşdırılmasıdır. Bu, sahibkar üçün çox mühüm stimuldur.Qiymət siyasəti ilə bağlı iki qırmızı xətt müəyyənləşdirildi: birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır. Hökumət təminatı yaxşılaşdırmaq üçün haqsız rəqabətə qarşı mübarizə gücləndirəcəyini, subsidiyaların nəticəyə görə veriləcəyini bəyan etdi. Ərzaq təhlükəsizliyinin təmin edilməsinə və əhalinin əsas ərzaq məhsulları ilə təchizatının yaxşılaşdırılması məqsədilə martın 29-da Nazirlər Kabinetində müşavirə keçirildi. Müşavirədə 18 mart tarixli qərardan irəli gələn tapşırıqlar, əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması, yerli istehsalçıların stimullaşdırılması, əsas ticarət tərəfdaşları ilə idxal-ixrac əməliyyatları, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi və digər məsələlər geniş müzakirə olunub. Bununla əlaqədar İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi və Dövlət Ehtiyatları Agentliyinin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib. Bütün sadaladıqlarım bir daha cənab Prezident İlham Əliyevin yuxarıda adıçəkilən çıxışında iqtisadiyyatımız barədə söylədiklərini bir daha təsdiqləyir: "Azərbaycan iqtisadi cəhətdən tam müstəqildir". Məşhur Məmmədov Millət vəkili
Hamısını oxu
Cumart Əlimuradov 2001-ci il may ayının 31-də Qusar rayonunun Urva kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Cumart Əlimuradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri i tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cumart Əlimuradov oktyabrın 5-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qusar rayonnun Urva kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cumart Əlimuradov ölümündən sonra “ Vətən uğrunda ” medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cumart Əlimuradov ölümündən sonara”Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.
Hamısını oxu
“Texnofest” festivalı türk dünyasının hərbi qüdrətinin təcəssümüdür”. Bunu “Sherg.az”a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, “Texnofest” hər şeydən öncə türk dünyasının hərbi qüdrətini nümayiş etdirir: “Texnofest” festivalı ilk növbədə Azərbaycan və Türkiyənin, bu dövlətlərin timsalında bütün türk dünyasının hərbi qüdrətini əks etdirir. Festival çərçivəsində Azərbaycan və türk pilotlarının sərgilədiyi məharət, müasir aviasiya vasitələrinin nümayişi, bütün dünya miqyasında ən son texniki yeniliklərdən hesab edilən müasir dronların təqdim edilməsi hər iki dövlətin hərbi sənayesinin dinamik və sürətli inkişafını göstərməkdədir. Bu festival bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan və Türkiyənin hərbi sənayesi yüksələn xətt üzrə inkişaf etməkdədir. Həmçinin, əldə etdiyi uğur və müvəffəqiyyətlərlə bütün dünyanı heyrətləndirməkdədir. Festivalda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və "Deftech" şirkətinin birgə istehsalı olan yeni taktiki döyüş uçuş simulyatoru olan "Dəmir yumruq" təqdim edildi. Bu faktın özü milli hərbi sənayemizdəki inkişafdan, onun əldə etdiyi tarixi uğurlardan xəbər verir. Bu baxımdan “Texnofest” festivalı haqlı olaraq hər bir Azərbaycan vətəndaşında, hər bir türk insanında qürur və iftixar hissi doğurur”. Polkovnik qeyd edib ki, “Texnofest” mənəvi baxımdan da mühüm əhəmiyyətə malikdir: “Təbii ki, Bakıda keçirilən bu mühüm festifal mənəvi baxımdan da böyük əhəmiyyət kəsb edir. Çünki bu festival həm də Azərbaycan və Türkiyənin qardaşlığının nə qədər möhkəm, nə qədər güclü olduğunu göstərir. Bu festival göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığı həqiqətən də əzəli və əbədidir və heç bir qüvvə bu qardaşlığı poza, ona xələl gətirə bilməz. “Texnofest” festivalı ilə bütün dünya bir daha anladı ki, hər zaman olduğu kimi bundan sonra da Azərbaycan və Türkiyə bir-brilərinin yanında olacaq, dar məqamda bütün imkanları ilə bir-birlərinə dəstək verəcəklər”. Cəlil Xəlilov bildirib ki, festivala olan marağın böyüklüyü Azərbaycan-Türkiyə əməkdaşlığının, dostluq və qardaşlığının dərin mənəvi köklərə sahib olduğunu göstərir: “Şahid olduğunuz kimi, “Texnofest” festivalına maraq həddindən artıq böyükdür. Festivala olan bu maraq Azərbaycan-Türkiyə əməkdaşlığına, tarixi dostluğuna olan sevginin həm Azərbaycan, həm də Türkiyə xalqını qəlbində necə dərin kök saldığını əks etdirir. Əminəm ki, qarşıdakı illərdə biz həm Azərbaycan, həm də Türkiyədə oxşar mahiyyətli festivalların keçirilməsinə şahid olacaq, bu qürur hissini təkrar-təkrar yaşayacağıq”. Sherg.az
Hamısını oxu
Tədbir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub Veteran.gov.az xəbər verir ki, 26.05.2022-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Gəncə Maarif Evinin dəstəyi ilə 28 May Müstəqillik Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!" adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, Gəncə Maarif Evinin rəhbəri İmamverdi Vəliyev, Ombudsmanın Gəncə Regional Mərkəzinin baş məsləhətçisi Xəyal Alverdiyev, Gəncə Dövlət Universitetinin tarix kafedrasının müəllimi Elnur Hacıyev çıxış edərək, 28 May Müstəqillik Gününün Azərbaycan xalqının tarixində ən şanlı, parlaq səhifələrdən biri olduğunu və əsrlərlə müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqının XX - əsrin əvvəllərində bu may günündə öz arzusuna qovuşduğunu diqqətə çatdırmışlar. Qeyd edək ki, ümumilikdə tədbirdə 50-dən çox gənc iştirak etmişdir.
Hamısını oxu