Ən son xəbərlər
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Dövlət Sərhəd Xidmətinin şəxsi heyətini, eləcə də Prezident İlham Əliyev tərəfindən təltif edilən sərhədçi zabit və gizirləri 18 avqust - Azərbaycan sərhəd mühafizəsinin yaranmasının 107-ci ildönümü və Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə təbrik edib, onlara xidməti fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Sərhədçilərimizin xidməti vəzifələrinin öhdəsindən hər zaman yüksək peşəkarlıqla gəldiyini vurğulayan Təşkilat sədri, onların bundan sonra da Azərbaycan xalqının və dövlətinin etimadını doğruldacağına, sərhədlərimizin təhlükəsizliyinin etibarlı şəkildə qorunmasını təmin edəcəyinə dərin inamını ifadə edib.
Hamısını oxuAzərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümü ilə bağlı Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri tərəfindən Dövlət Sərhəd Xidmətinin hospitalında müalicə olunan və hərbi hissələrdə xidmət edən sərhədçilər ziyarət olunub, bayramları təbrik edilib. Ziyarətçilər görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan, o cümlədən Silahlı Qüvvələrin formalaşmasından, Vətən müharibəsində əldə olunan möhtəşəm qələbədən, hərbçilərə göstərilən diqqət və qayğıdan bəhs edib, habelə hospitalda müalicə olunan hərbi qulluqçuların müalicə prosesi və hərbi hissələrdə xidmət şəraiti ilə maraqlanıb. Ardınca, hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib. Sərhədçilər yaradılan şəraitə, həmçinin göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Hamısını oxu
Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov bu gün səhər 89 yaşında vəfat edib. Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Abbasəli Novruzovla bağlı xatirələrini dilə gətirib, onun Sərhəd Qoşunlarının formalaşmasındakı əməyindən söz açıb: “Abbasəli Novruzov Azərbaycan hərb tarixinin böyük şəxsiyyətlərindən biri olub. Uzun illər SSRİ-nin Sərhəd Qoçşunlarında xidmət edən Abbasəli Novruzov hələ sovet dönəmində ən təcrbəli sərhədçilərdən biri hesab edilir, ona böyük etimad göstərilirdi. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra sərhədlərimizin etibarlı mühafizəsi məsələsi ciddi aktuallıq kəsb etməyə başladı. Xatırladım ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bu sahədə vəziyyət həqiqətən də ağır idi. Köhnə sərhədlər dağılmış, yeni sərhədlər isə tam formalaşmamışdı. Müstəqil Azərbaycanın sərhədlərinin möhkəmlənməsi, bu sərhədlərin təhlkəsizliyinin təmin edilməsi böyük maddi vəsait, xüsusi texniki vasitələr, müasir müşahidə sistemləri və s. ilə yanaşı, həm də zəngin təcrbəyə malik mütəxəssislər, peşəkar sərhədçilər tələb edirdi. Abbasəli Novruzov məhz bu cür – xüsusi peşəkarlığa və böyük təcrübəyə malik sərhədçi idi. Buna görə də Ümummilli Lider Heydər Əliyev 1994-cü il aprelin 8-də Abbasəli Novruzovu Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin etdi və o, 2001-ci ilə qədər bu vəzifəni layiqincə yerinə yetirdi. Abbasəli Novruzov Sərhəd Qoşunlarının komandanı təyin ediləndə Azərbaycanın nə Rusiya, nə də Gürcüstanla sərhədləri yox idi. Hər iki dövlətlə sərhədlərin müəyyən edilməsində də Abbasəli Novruzovun böyük rolu oldu. Abbasəli Novruzov qısa zamanda sərhədyanı dövlətlərin sərhədçiləri ilə dostluq və əməkdaşlıq münasibətləri yaratdı ki, bu da həm Azərbaycan, həm də həmin dövlətlərin sərhəd təhlükəsizliyinin etibarlı təmininə töhfə verdi. Mənim Abbasəli Novruzovla bağlı xatirələrim çoxdur. Çünki mən uzun müddət Abbasəli Novruzovun müavini olmuşam, bilavasitə onun tapşırıq və göstərişlərini yerinə yetirmişəm. Abbasəli Novruzovla gündəlik təmas mənə onun şəxsiyyətini dərindən öyrənməyə, onu daha yaxından müşahidə etməyə imkan verib. Abbasəli Novruzov sərhədçi peşəsinin sirlərinə dərindən bələd olan əsl mütəxəssis olmaqla yanaşı, həm də neqativ hallara qarşı barışmazlığı ilə tanınırdı. Onun komandanlığı dönəmində Sərhəd Qoşunlarında ən xırda neqativ hallarla bağlı belə sərt tədbirlər görülür, ciddi təftiş və araşdırmalar aparılırdı. Abbasəli Novruzov bildirirdi ki, sərhərçi peşəsi müqəddəsdir və bu peşəni gözdən salan istənilən hərəkət bağışlanmamalıdır. Məhz Abbasəli Novruzovun prinsipiallığı və sərt nəzarət sistemi nəticəsində Sərhəd Qoşunlarında şəffaflıq təmin edilmiş, sağlam münasibətlər bərqərar olmuşdur. Onun sərhədlərimizin mühafizəsində tətbiq etdiyi bəzi yeniliklər bu gün də öz aktuallığını və effektivliyini qorumaqdadır. Abbasəli Novruzov dövlət qarşısındakı xidmətlərinə görə çoxsaylı mükafatlarla təltuf edilib ki, bunların sırasında “Şöhrət” ordeni də var. General Abbasəli Novruzovun vəfatını bütün xalqımız üçün böyük itki hesab edir, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bundan böyük kədər duyduğumuzu bildirir, mərhumun yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Bu, coğrafiyamızı təhdid edən təhlükənin nə qədər böyük və ciddi olduğunu göstərir Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibəsində bir sıra məqamlara toxunan dövlət başçısı, Azərbaycanın əsas ərazisindən Ermənistan vasitəsilə Naxçıvana elektrik xəttinin çəkilməsi layihəsinin hazır olduğunu bildirib. Həmçinin qeyd edib ki, bu enerji dəhlizi Naxçılvandan Türkiyə və Avropaya qədər uzanacaq ki, bu da Ermənistan üçün də faydalıdır. Hazırda Ermənistanda elektrik enerjisi çatışmazlığının mövcudluğuna toxunan dövlət başçısı, yaxın gələcəkdə bu çatışmazlığının əsl böhranla əvəzlənə biləcəyini qeyd edib. Prezident İlham Əliyev qeyd edib ki, bu gün Ermənistanda elektrik enerjisi əsasən “Metsamor” AES hesabına ödənilir. Hansı ki, çoxdan köhnələn və bütün region üçün təhlükə mənbəyinə çevrilən bu stansiyanın qarşıdakı dönəmdə öz fəaliyyətini tamamilə dayandırması qaçılmazdır: “Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi - harada elektrik dirəkləri quraşdırılmalıdır. Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər”. (https://president.az/az/articles/view/73259 ). Şübhəsiz, Prezident İlham Əliyevin “Metsamor”la bağlı açıqlaması bütün region üçün həyəcan təbilisayıla bilər. Bu, “Metsamor” AES-in timsalında coğrafiyamızı təhdid edən təhlükənin nə qədər böyük və ciddi olduğunu göstərir. Prezident İlham Əliyevin Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi bu müsahibə bir daha sübut edir ki, region dövlətləri, eləcə də beynəlxalq təşkilatlar “Metsamor”un fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan və Türkiyənin səylərini dəstəkləməli, bu istiqamətdə rəsmi İrəvana daha ciddi təzyiq göstərməlidirlər. Əks təqdirdə, “Metsamor”da yaşanacaq nüvə qəzası bəşəriyyət üçün böyük fəlakətlərə səbəb olacaq ki, bu da yalnız indiki deyil, həm də gələcək nəsillərin həyatında ölümcül izlər qoyacaq. Seymur ƏLİYEV
Hamısını oxuAzərbaycan Respublikasının Baş Prokurorluğu mina partlayışları nəticəsində zərərçəkən şəxslərlə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Vətən müharibəsi bitəndən bugünə qədər 73 nəfər mina partlayışı nəticəsində həlak olub, 363 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb. Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, mina terrorunun yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət olduğunu bildirib: “Təəssüf hissi ilə qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsinin başa çatmasına, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına rəğmən, vətəndaşlarımız bu gün də mina terrorunun qurbanı olmaqda davam edir. Bugünlərdə Baş Prokurorluğun təqdim etdiyi statistika bu terrorun miqyas və nəticəsinin necə böyük və ağır olduğunu göstərir. Xatırladaq ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsindən öncə də mina cinayətləri ilə üzləşib, erməni faşizminin mina terrorundan ciddi əziyyət çəkib. Hansı ki, mina terroru bir xalqa, bir dövlətə deyil, bütün insanlığa qarşı cinayətdir və beynəlxalq qanunlar, konvensiyalarla yasaqlanıb. Lakin bütün bunlara baxmayaraq, Ermənistan mina terrorundan xalqımıza qarşı hər zaman geniş istifadə edib. Erməni faşizminin anti-insani mahiyyətindən irəli gələn bu cinayətlər yüzlərlə vətəndaşımızın faciəsi ilə nəticələnib ki, bunun da məsuliyyəti Ermənistanın üzərinə düşür”. Polkovnik Cəlil Xəlilov mina partlayışları ilə bağlı Baş Prokurorluğun gördüyü işləri də yüksək qiymətləndirib: “Azərbaycan Respublikasının Baş Prokurorluğu mina partlayışlaır ilə bağlı hər bir işi xüsusi olaraq nəzarətə götürür və bu istiqamətdə ətraflı araşdırma aparılır. Bu araşdırmalar hadisənin bütün halalrının müəyyən edilməsi, partlayışın səbəb və nəticələrinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Baş Prokurorluq tərəfindən aparılan bu araşdırmalar, həm də erməni faşizminin anti-insani mahiyyətinin beynəlxalq miqyasda ifşası baxımından da olduqca önəmlidir. Hər bir araşdırma bütün dünyaya erməni xislətinin amansızlığı ilə yanaşı, mina terrorunun nə qədər dəhşətli, ölümcül olduğunu sübut edir”. Seymur ƏLİYEV
Hamısını oxu
“Bu, həm də Müzəffər Ali Baş Komandanın müdafiə və təhlükəsizliyimizə verdiyi önəmi göstərir” Məlum olduğu kimi, avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər.Mövzu ilə bağlı “Ədəbiyyat və incəsənət”ə açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılmasını yüksək qiymətləndirib, bunun ölkəmizin təhlükəsizliyinə böyük töhfə verdiyini vurğulayıb: “Qətiyyətlə demək olar ki, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətimizin müdafiə və təhlkəsizliyinə verdiyi böyük önəmin, bu faktora münasibətdə sərgilədiyi yüksək həssasiyyətin göstəricisidir.Qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışlarında müdafiə və təhlükəsizlik məsələsini bir nömrəli prioritet kimi dəyərləndirib. Dövlət başçısı qeyd edib ki, 44 günlük Vətən mharibəsindəki şanlı qalibiyyətə baxmayaraq, bundan sonra da Silahlı Qvvələrimizin gücləndirilməsi diqqət mərkəzində saxlanılacaq, bu istiqamətdə bütün gərəkli addımlar atılacaq. Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması dövlətimizin bu yöndə ciddi addımlar atamqda davam etdiyini göstərir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan öz müdafiə və təhlkəsizliyini gücləndirməkdə davam edir və bu istiqamətdə ciddi, prinsipial addımlar atır.Prezident İlham Əliyev Naxçıvanda yeni yaradılan hərbi hissələrə Döyüş bayraqlarını şəxsən təqdim etdi ki, bu da dövlət başçımızın Silahlı Qvvələrimizə verdiyi önəmin, onlara göstərdiyi ehtiramı əks etdirir. Biz veteranlar əminik ki, yeni yaradılan hərbi hissələr öz sələflərinin qəhrəmanlıq ənənələrini uğurla davam etdirəcək, ərazi bütövlüyümüzü qətiyyətlə qoruyaraq sülh və təhlkəsizliyimizə böyük töhfələr verəcəklər”. “Ədəbiyyat və incəsənət” (13.08.2026)
Hamısını oxu
Cəlil Xəlilov: “Bu, həm də Müzəffər Ali Baş Komandanın müdafiə və təhlükəsizliyimizə verdiyi önəmi göstərir” Məlum olduğu kimi, avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılmasını yüksək qiymətləndirib, bunun ölkəmizin təhlükəsizliyinə böyük töhfə verdiyini vurğulayıb: “Qətiyyətlə demək olar ki, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətimizin müdafiə və təhlkəsizliyinə verdiyi böyük önəmin, bu faktora münasibətdə sərgilədiyi yüksək həssasiyyətin göstəricisidir. Qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışlarında müdafiə və təhlükəsizlik məsələsini bir nömrəli prioritet kimi dəyərləndirib. Dövlət başçısı qeyd edib ki, 44 günlük Vətən mharibəsindəki şanlı qalibiyyətə baxmayaraq, bundan sonra da Silahlı Qvvələrimizin gücləndirilməsi diqqət mərkəzində saxlanılacaq, bu istiqamətdə bütün gərəkli addımlar atılacaq. Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması dövlətimizin bu yöndə ciddi addımlar atamqda davam etdiyini göstərir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan öz müdafiə və təhlkəsizliyini gücləndirməkdə davam edir və bu istiqamətdə ciddi, prinsipial addımlar atır. Prezident İlham Əliyev Naxçıvanda yeni yaradılan hərbi hissələrə Döyüş bayraqlarını şəxsən təqdim etdi ki, bu da dövlət başçımızın Silahlı Qvvələrimizə verdiyi önəmin, onlara göstərdiyi ehtiramı əks etdirir. Biz veteranlar əminik ki, yeni yaradılan hərbi hissələr öz sələflərinin qəhrəmanlıq ənənələrini uğurla davam etdirəcək, ərazi bütövlüyümüzü qətiyyətlə qoruyaraq sülh və təhlkəsizliyimizə böyük töhfələr verəcəklər”. Seymur ƏLİYEV
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev polkovnik Cəlil Xəlilovu təbrik edib. Təbrikdə deyilir: “Bu gün dəyərli dostumuz, öz peşəkarlığı, zəngin təcrübəsi və prinsipial mövqeyi ilə seçilən hərbi ekspert, polkovnik Cəlil Xəlilovun doğum günüdür. Bu əlamətdar gündə Cəlil müəllimi ürəkdən təbrik edir, ona həyatının bütün mərhələlərində möhkəm cansağlığı, ailə səadəti, könül rahatlığı və yeni uğurlar arzulayıram. İnsanı dəyərli edən yalnız tutduğu vəzifə və qazandığı uğurlar deyil, illər ərzində formalaşdırdığı şəxsiyyəti, insanlarla münasibəti və cəmiyyətə verdiyi töhfələrdir. Cəlil müəllim də öz fəaliyyəti, hərbi sahədəki bilikləri və hadisələrə peşəkar yanaşması ilə hörmət qazanan insanlardandır. Arzu edirəm ki, yeni yaşınız həyatınıza yeni imkanlar, gözəl başlanğıclar və yadda qalan uğurlar gətirsin. Qarşıdakı illərdə də təcrübəniz və biliyinizlə həm Vətənimizə, həm də gənc nəslə faydalı olasınız. Ən böyük arzum isə budur ki, hər zaman sağlam və sevdiklərinizlə birlikdə olasınız. Ailənizin sevgisi, dostlarınızın səmimiyyəti və ətrafınızdakı insanların hörməti daim sizinlə olsun. Qoy həyatınızda hər yeni yaş əvvəlkindən daha gözəl, daha uğurlu və daha mənalı olsun. Uca Allah sizə uzun ömür, möhkəm sağlamlıq, ailənizə xoşbəxtlik və süfrənizə bol ruzi-bərəkət nəsib etsin. Əziz Cəlil müəllim, doğum gününüz mübarək! Yeni yaşınız sizə və ailənizə yalnız gözəl xəbərlər, sağlamlıq, sevinc və uğur gətirsin. Hər zaman var olun!” Hörmətlə, Şahin Əliyev “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri
Hamısını oxu
Bu avqust günlərində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov növbəti yaşa qədəm qoydu. Ömrünün böyük hissəsini hərbi xidmətə və elmi fəaliyyətə həsr edən Cəlil müəllim bu gün ölkənin ictimai həyatında yaxından iştirak etməsiylə seçilir. Cəlil müəllim həm böyük, çoxminli bir təşkilata rəhbərlik edir, həm ahıl təbəqəyə dəstək olur, həm gənclərin təlim-tərbiyəsiylə məşğul olur, həm gündəmin ən əsas məsələləri ilə bağlı mövqe sərgiləyir, həm də ortaya müxtəlif nəşrlər qoyaraq bugünkü tariximizi gələcək nəsillər üçün səlnamələşdirir. Hərbi sahədəki zəngin təcrübəsi ilə yanaşı, o, həm də elmi fəaliyyətlə məşğul olub. 2003-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsini alıb, Akademiyanın dosentidir. Hazırda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına rəhbərlik edən polkovnik Cəlil Xəlilov bu məsuliyyətli postda genişmiqyaslı fəaliyyət həyata keçirir. Onun təşkilatdakı fəaliyyətində xüsusilə önə çıxan məqamlardan biri müharibə iştirakçıları və şəhid ailələrinin sosial məsələlərinə həssaslıqla yanaşmasıdır. Cəlil müəllimin rəhbərliyi altında veteranların müalicəsi, hüquqlarının qorunması və onların problemlərinin operativ həlli üçün aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq qurulub. Eyni zamanda, təşkilat gənclərin vətənpərvərlik tərbiyəsini diqqət mərkəzində saxlayır. Bu məqsədlə məktəblərdə, ali təhsil ocaqlarında və hərbi hissələrdə veteranların gənclərlə canlı görüşləri təşkil olunur, Zəfər tariximiz və milli-mənəvi dəyərlərimiz yeni nəslə aşılanır. Cəlil Xəlilov elmi-siyasi təcrübəsindən istifadə edərək xarici veteran təşkilatları ilə əlaqələrin genişləndirilməsinə, beynəlxalq platformalarda İkinci Qarabağ müharibəsi reallıqlarının və Azərbaycanın haqq işinin çatdırılmasına da böyük önəm verir. Qeyd edək ki, Cəlil Xəlilov Silahlı Qüvvələr, Əfqanıstan və Qarabağ müharibələri veteranıdır. Rusiya Federasiyası, Müstəqil Dövlətlər Birliyi Veteran Təşkilatlarının Əlaqələndirmə Şurasının Plenum üzvü, "Qaliblərin varisləri" Beynəlxalq Təşkilatın Azərbaycandakı nümayəndəsi, MDB veteranlar təşkilatlarının və Dünya Veteranlar Federasiyasının fəxri üzvüdür. “Mehdi Hüseynzadə” medalı, “Alyans”ın fəxri döş nişanı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı və digər təltiflərə layiq görülüb. “Mən hər zaman qeyd etmişəm və bu gün də bildirirəm ki, polkovnik Cəlil Xəlilov veteranların mənəvi atası, onların mənəvi dayağıdır”– Bu isə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Yasamal Rayon Şöbəsinin sədr müavini Elşən Məhərrəmovun sözləridir və Cəlil müəllimin bugünkü statusunu, məncə, gözəl açıqlayır. Ad günü münasibətilə Cəlil Xəlilovu təbrik edir, ona sağlamlıq və şərəfli fəaliyyətində uğurlar arzulayırıq. Əminik ki o, bundan sonra da öz yorulmaz fəaliyyətini davam etdirəcək, Azərbaycan üçün faydalı olacaqdır. Nigar Həsənzadə, "Ədəbiyyat və incəsənət portalının Xəbərlər və Təqvim şöbəsi “Ədəbiyyat və incəsənət” (İxtisarla) (12.08.2026)
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər. Abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədov dövlətimizin başçısına və birinci xanıma abidə barədə məlumat verdi. Qeyd edək ki, bu il Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi tamam olur. Prezident İlham Əliyev Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi, həmçinin onun abidəsinin ucaldılması barədə ötən il Sərəncam imzalayıb. Abidə kompleksi böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin zəngin memarlıq irsini daha müasir yanaşma əsasında təqdim etmək məqsədilə yaradılıb. Müəllifləri Xalq rəssamları Salxab Məmmədov, Əli İbadullayev və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov olan heykəlin hündürlüyü 270, postamentin hündürlüyü 90, ümumilikdə abidənin hündürlüyü isə 385 santimetrdir. Heykəl bürüncdən, postament qranitdən hazırlanıb. Kompleksin ərazisində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Orta əsrlər Azərbaycan memarlığının inkişafında mühüm rol oynayan memar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi ilk növbədə Azərbaycan dövlətinin tarixi şəxsiyyətlərimizin parlaq irsinə göstərdiyi diqqətin təzahürüdür. Bu layihənin icrası, eyni zamanda, onların fəaliyyətinin gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biridir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə qeyd olunub. Hazırda isə onun 900 illiyinin UNESCO çərçivəsində qeyd edilən yubileylər siyahısına daxil edilməsi bütövlükdə çoxəsrlik mədəni zənginliklərimizin beynəlxalq səviyyədə daha geniş təbliğində vacib rol oynayır. President.az
Hamısını oxu
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Dövlətimizin başçısı və birinci xanım abidənin önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Hamısını oxu
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər. Əlahiddə Ümumqoşun Ordu Qərargahının ərazisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Müdafiə Nazirliyinin rəhbər heyəti qarşıladı. Müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni yaradılan hərbi hissələr barədə Ali Baş Komandana məruzə etdi. Prezident İlham Əliyevə hərbi hissələrə Döyüş bayraqlarının təqdim edilməsi mərasiminə hazırlıq barədə məruzə olundu. Müzəffər Ali Baş Komandan şəxsi heyəti salamladı. Əməliyyat (komando) hərbi hissələrinin komandirləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məruzə etdikdən sonra Döyüş bayraqlarını qəbul edərək sıraya durdular. Dövlətimizin başçısı və birinci xanım komando hərbi hissələrinin şəxsi heyəti ilə xatirə fotosu çəkdirdilər. Sonda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya ordumuzun arsenalında olan silah sistemləri və hərbi-texniki vasitələr barədə məlumat verildi.
Hamısını oxu