Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, Sankt-Peterburq hökumətinin üzvü - Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryevin rəhbərlik etdiyi nümayəndə heyəti 20 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edib, Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilovla görüşüb. Polkovnik Cəlil Xəlilov Yevgeni Qriqoryevi Respublika Veteranlar Təşkilatının fəaliyyəti ilə ətraflı tanış edib, görülən və görülməsi planlaşdırılan işlərdən danışıb. Görüşdə iki ölkənin veteran təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Hamısını oxu
Fevralın 19-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Bakı Sağlamalıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov və həkim heyəti ilə görüşüb. Görüş əsnasında Bakı Sağlamlıq Mərkəzinin həkim kollektivinə veteranlara göstərdikləri qayğı və diqqətə görə öz təşəkkürünü bildirən polkovnik Cəlil Xəlilov, onların əməyini yüksək qiymətləndirib: “Bakı Sağlamlıq Mərkəzi ölkəmizin nümunəvi tibb mərkəzlərindən biridir. Hər il yüzlərlə veteran Bakı Sağlamlıq Mərkəzində müalicə alır, həkimlərimizin səyi ilə öz sağlamlıqlarını bərpa edirlər. Mən veteranlara göstərilən qayğı və diqqətə görə Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyinə, eyni zamanda bütün tibbi heyətə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından öz təşəkkürümü bildirirəm. İnanıram ki, həkimlərimiz bundan sonra da bütün vətəndaşlarımıza, o cümlədən veteranlara vicdanla xidmət etməkdə davam edəcək, öz fədakarlıqları ilə hər kəsə örnək olacaqlar”. Bakı Sağlamalıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov rəhbərlik etdiyi kollektivin veteranların sağlamlığının keşiyində durmaqdan məmnun olduqlarını bildirib: “Bakı Sağlamlıq Mərkəzi olaraq veteranlarımızın sağlamlığının keşiyində durmaqdan məmnunuq və hər zaman olduğu kimi bundan sonra da həssas kateqriyadan olan vətəndaşlarımıza ikiqat həssaslıqla yanaşacağıq. Ulu öndər Heydər Əliyevin dediyi kimi, veteranlar bizim qızıl fondumuzdur. Onlara qayğı ilə yanaşmaq, veteranların sağlamlığının keşiyində dayanmaq mənəvi borcumuzdur və Bakı Sağlamlıq Mərəzinin kollektivi gələcəkdə də bu borca sadiqlik sərgiləyəcək”. Görüşün sonunda Bakı Sağlamalıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov və bir qrup həkim Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərfindən medal və Fəxri Fərmanla təltif olunub.
Hamısını oxu
“Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev dünya elminin inkişafında mühüm xidmətləri olan, Azərbaycan adına böyük uğurlara imza atan nadir şəxsiyyətlərdəndir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edən Cəlil Xəlilov görkəmli akademikin uzun illərdir ki, Azərbaycan adına böyük uğurlara imza atdığını bildirib: “Akademik Arif Paşayev uzun illərdir ki, elmin inkişafına böyük töhfələr verməkdə, elmə gətirdiyi yeniliklər, unikal və təkrarsız elmi əsərlərlə beynəlxalq elmi ictimaiyyət tərəfindən böyük maraqla izlənməkdədir. Təkcə bir faktı qeyd edim ki, hörmətli akademik 500-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın, 60-dan artıq ixtira, respublika və beynəlxalq səviyyəli patentin müəllifidir. Bu gün 90 illik ömrünün zirvəsində qərar tutan Arif Paşayev çoxsaylı elmi mütəxəssislərin hazırlanmasında mühüm rol oynamış, bu sahədə böyük bir məktəb formalaşdırmışdır. Hörmətli rektor elm sahəsindəki yüksək xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2004-cü ildə “Şöhrət”, 2009-cu ildə “Şərəf”, 2014-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunmuş, 2005-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Arif Paşayev Nobel mükafatı laureatı İ.V.Pavlov adına “Qızıl nişan”la, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Qızıl medal”ı, Akademik Y.Məmmədəliyev adına medalla, Beynəlxalq Aviasiya Komitəsinin “Qızıl medal”ı, Beynəlxalq Mühəndislik Akademiyasının “Mühəndislik şöhrəti” ordeni və başqa çoxsaylı diplomlarla təltif olunmuşdur. Mən 90 illik yubileyi münasibətilə dəyərli akademikimizi təbrik edir, ona uzun ömür, cansağlığı və yeni elmi uğurlar arzulayıram. Əminəm ki, akademik Arif Paşayev bundan sonra da elmə gətirdiyi yeniliklərlə bütün dünyanın diqqət mərkəzində olacaq, öz uğurları ilə bütün xalqımıza sevinc bəxş edəcək”.
Hamısını oxu
Bu gün xalqımızın görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin istedadlı və sədaqətli yetirməsi, respublikamızın dövlət təhlükəsizliyi sistemininin sabiq rəhbərlərindən biri, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyanın keçmiş rəisi, general-leytenant Ziya Yusifzadənin 95 yaşı tamam olur. Onun ömrünün böyük hissəsi xalqımıza xidmətdə, məsul dövlət idarəçiliyi işində, yüksək peşəkar fəaliyyətdə keçmişdir. Z.Yusifzadənin Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarında keçdiyi yarım əsrlik şərəfli xidmət yolu isə bu sahədə çalışan indiki nəsil üçün örnək və canlı məktəbdir. Həyatın ciddi sınaqlarından iti və dərin zəkası ilə çıxan, Vətən və xalq sevgisindən güc alan, ardıcıl və yorulmaz fəaliyyəti ilə zirvəyə doğru irəliləyən Ziya Yusifzadə zəngin və məzmunlu bir ömür yaşayıb. Ziya Yusifzadə 1929-cu il fevralın 15-də Şəki səhərində ziyalı ailəsində anadan olub. Orta təhsili 1946-cı ildə Zaqatala şəhərində qızıl medalla başa vurub. 1947-1952-ci illərdə ali təhsil aldığı I Moskva Dövlət Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə fərqləmə diplomu ilə bitirib. 1952-1956-cı illərdə respublika Maarif Nazirliyində və Nazirlər Sovetində məsul vəzifələrdə çalışıb. 1956-cı ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində həqiqi hərbi xidmətə qəbul olunub. 14 il müddətində pillə-pillə irəliləyərək əməliyyat müvəkkilindən bölmə və şöbə rəisliyinə qalxmışdır. 1970-ci ildə əks-kəşfiyyat şöbəsinin rəisi, 1973-cü ildə komitə sədrinin müavini, 1976-cı ildə isə sədrin I müavini vəzifələrinə irəli çəkilmişdir. 1980-1988-ci illərdə respublika DTK-nın sədri olub. 1977-ci ildə general-mayor, 1984-cü ildə isə general-leytenant hərbi rütbəsi alıb. 1988-1992-ci illərdə respublika Nazirlər Soveti və Nazirlər Kabinetində millətlərarası münasibətlər şöbəsinə rəhbərlik etmişdir. 1998-2015-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi olub. Keçmiş SSRİ-nin və xarici dövlətlərin 40-dan artıq orden-medalına, müstəqil dövlətimizin “Azərbaycan bayrağı” və “Şöhrət” ordenlərinə layiq görülüb. O, 29 sentyabr 2015-ci ildə Bakı şəhərində vəfat edib. Mərhum II Fəxri xiyabanda dəfn olunub. Seymur ŞEYDAYEV
Hamısını oxu
Выстрел армянского снайпера по нашей границе - это выстрел не только по нашему государству, но также по региональному миру и международному праву. Об этом сказал в комментарии Day.Az заместитель председателя Организации ветеранов войны, труда и вооруженных сил полковник Джалил Халилов. Ранение армянской пулей азербайджанского пограничника является очередной целенаправленной провокацией Армении против нашей страны, считает наш собеседник. Халилов подчеркнул, что из опубликованной видеозаписи видно, что провокация была не случайностью, а спланированным актом. "Анализ видеозаписи показывает, что армянский снайпер спокойно покинул свою позицию в сопровождении других армянских солдат сразу после выстрела по нашему пограничнику. О чем это говорит? О том, что провокация была организована и у снайпера были, что называется, обеспечены тылы. Тот факт, что в провокации участвовали и другие армянские военнослужащие, сводит на нет все попытки Еревана представить инцидент как самодеятельность какого-то солдата. Скажу даже больше - все говорит о том, что провокация была осуществлена по прямому указанию и под контролем военного руководства Армении", - сказал Джалил Халилов. Наш собеседник подчеркнул, что этим инцидентом власти Армении доказали, что они только имитируют стремление к миру, а в реальности пытаются обострить ситуацию в регионе, руководствуясь указаниями внешних игроков. Внешние силы сегодня стараются вооружить Армению и подтолкнуть ее к новой войне. Поддержка со стороны Франции и США вдохновляет армянскую сторону на реваншизм. "Посмотрите, с каким торжеством армянские чиновники, от премьер-министра до министров обороны и иностранных дел заявляют об очередных закупках вооружений у Франции и Индии, при этом старательно намекая, что есть и другие сверхдержавы-поставщики. Нет никаких признаков того, что Армения готовится к миру. Она готовится к войне, и в этом ее поддерживают державы. Помимо откровенной поддержки со стороны Франции и Индии, приходится с сожалением отмечать моральную и политическую поддержку Еревану со стороны Соединенных Штатов. Обращает на себя внимание, что провокация произошла в Зангилане, недалеко от границы с Ираном. Цель состоит в том, чтобы не только подтолкнуть к новой войне Азербайджан и Армению, но и расширить масштабы и географию этой войны, включив в нее Иран и другие страны. Потому что покровители Армении на Западе прекрасно понимают, что участие большего числа государств в войне означает увеличение масштабов и разрушительности конфликта. Именно по этой причине для провокации была выбрана территория, близкая к Ирану", - считает Халилов. Полковник напомнил, что Евросоюз уже некоторое время выполняет "наблюдательную" миссию на границе Армении с Азербайджаном, европейские дипломаты и французские генералы, наблюдающие за территорией Азербайджана с биноклями в руках, уже стали символами этой миссии. Европейцы утверждают, что их миссия служит миру и стабильности в регионе. Но вчерашняя провокация доказала обратное. Присутствие этой миссии, как и активное вооружение Армении, лишь увеличивают риск нового конфликта. Однако все - и официальный Ереван, и его покровители, должны знать, что Азербайджан способен справиться с любой угрозой, и ответ на подобные провокации будет жестким и решительным", - резюмировал Джалил Халилов. Лейла Таривердиева
Hamısını oxuSərhədçimizin erməni snayperi tərəfindən vurulması Ermənistanın ölkəmizə qarşı növbəti məqsədyönlü təxribatıdır. Bu təxribatın planlı şəkildə həyata keçirildiyi videokadrlardan da aydın görünür. Kadrların təhlili göstərir ki, erməni snayperi sərhədçimizə atəş açandan dərhal sonra öz mövqeyini rahat şəkildə - digər erməni hərbçilərinin müşayiəti ilə tərk edir. Yəni erməni snayperi məqsədli şəkildə ön xətdə yerləşdirilib və digər erməni hərbçilərinin iştirakı ilə ölkəmizə qarşı təxribat törədib. Hadisənin bir neçə erməni hərbçisinin iştirakı ilə törədilməsi onu deməyə əsas verir ki, İrəvanın bu təxribatı hər hansı əsgərin "özfəaliyyəti" kimi təqdim etməyə çalışması absurddur və həqiqətdən uzaqdır. Bu təxribat Ermənistan ordusunun hərbi yetkililərinin bilavasitə tapşırığı və nəzarəti altında gerçəkləşib. Sərhədçimizə açılan atəş bir daha sübut edir ki, Ermənistanın sülhlə bağlı səsləndirdiyi fikirlər imitasiyadan başqa bir şey deyil, İrəvan yalnız və yalnız müharibə haqqında düşünür. Bu səbəbdən də sülh müqaviləsi imzalamaqdan yayınır, habelə təmas xəttində vaxtaşırı bu cür insidentlər yaratmaqla bölgədə vəziyyəti daim gərgin saxlamağa çalışır. Məqsəd regionda sülhün, sabitliyin bərqərar olmasına imkan verməmək, yeni müharibə üçün münbit zəmin formalaşdırmaqdır. Ermənistan rəsmiləri - baş nazirdən tutmuş müdafiə və xarici işlər nazirlərinə kimi hər kəs Fransa və Hindistandan müasir silahlar, hərbi texnikalar aldıqlarını bəyan edir və açıq şəkildə bildirirlər ki, onların silah aldıqları digər fövqəlgüclər də var. Bu bəyanatlar bir daha təsdiq edir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır və bu işdə ermənipərəst beynəlxalq güclərin imkanlarından gen-bol istifadə edir. Bu gün Fransa və Hindistan Ermənistanın silahlanmasında aktiv rol oynayır, ölkəmizə qarşı mina terrorunu davam etdirən bu dövləti hər vasitə ilə silahlandırırlar. ABŞ-ın Ermənistana mənəvi-siyasi dəstəyi də təəssüf hissi ilə vurğulanmalıdır. Bütün bu faktlar onu göstərir ki, ABŞ və Fransa regionda yeni bir müharibənin baş verməsində maraqlıdırlar və onlar Ermənistanı buna sürükləyir. Məlum insidentlə bağlı diqqətçəkən faktlardan biri də hadisənin Zəngilanda - İranla sərhəddə yaxın ərazidə gerçəkləşməsidir. Məqsəd Azərbaycanla Ermənistan arasında yeni müharibəyə təkan verməklə yanaşı, həm də bu müharibənin miqyas və coğrafiyasını genişləndirmək, İran və digər dövlətləri də bura cəlb etməkdir. Çünki Ermənistanın Qərbdəki himayədarları yaxşı başa düşürlər ki, müharibədə daha çox dövlətin iştirakı qarşıdurmanın miqyas və dağıdıcılığının artması deməkdir. Məhz bu səbəbdən də təxribat üçün üçüncü dövlətə yaxın ərazi seçilib ki, bu da İrəvanın dağıdıcı güclərin əlində alətə çevrildiyini göstərir. Məlum olduğu kimi, Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədində hansısa missiya həyata keçirir, avropalı diplomatlar, fransalı generallar çox tez-tez əldə binokl Azərbaycan ərazisini izləməklə gündəmə gəlirdi. Avropalı diplomatlar əminliklə bildirirdilər ki, guya bütün bu fəaliyyət regionda sülhün və sabitliyin formalaşmasına xidmət edir və bundan narahat olmağa dəyməz. Amma son təxribat sübut etdi ki, Qərbin həyata keçirdiyi bu missiya Ermənistanın silahlanma tendensiyası qədər təhlükəlidir və məlum fəaliyyət regionda sülhə töhfə vermək əvəzinə qarşıdurma riskini gücləndirir. Ancaq hər kəs - həm rəsmi İrəvan, həm də Ermənistana dəstək verən beynəlxalq güclər bilməlidirlər ki, Azərbaycan istənilən təhlükəni dəf etməyə qadirdir və bu günə qədər olduğu kimi, bundan sonra da bu cür təxribatların qarşısı qətiyyətlə alınacaq. Necə ki, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq keçirilən "qisas əməliyyatı" zamanı Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Bu, bir daha dövlətimizin qətiyyətindən, ordumuzun qüdrətindən xəbər verir və bu fakt bir daha sübut edir ki, Azərbaycan heç bir təxribatı cavabsız qoymayacaq. Cəlil XƏLİLOV, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik.
Hamısını oxu
Xəbər verdiyimiz kimi, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Nəticədə, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov baş verən olayı Ermənistanın məqsədyönlü təxribatı kimi dəyərləndirib: “Sərhədçimizin erməni snayperi tərəfindən vurulması Ermənistanın ölkəmizə qarşı növbəti məqsədyönlü təxribatıdır və bu təxribatın planlı şəkildə həyata keçirildiyi videokadrlardan da aydın görsənir. Kadrların təhlili göstərir ki, erməni snayperi sərhədçimizə atəş açandan dərhal sonra öz mövqeyini rahat şəkildə - digər erməni hərbçilərinin müşayidəsi ilə tərk edir. Yəni erməni snayperi məqsədli şəkildə ön xətdə yerləşdirilib və digər erməni həbnçilərinin də iştirakı ilə ölkəmizə qarşı təxribat törədib. Hadisənin bir neçə erməni hərbçisinin iştiralı ilə törədilməsi onu deməyə əsas verir ki, İrəvanın bu təxribatı hər hansı əsgərin “özfəaliyyəti” kimi təqdim etməyə çalışması absurddur və həqiqətdən uzaqdır. Bu təxribat Ermənistan ordusunun hərbi yetkililərinin bilavasitə tapşırı və nəzarəti altında gerçəkləşib”. Polkovnik qeyd edib ki, bu olay Ermənistan hakimiyyətinin sülhdən uzaq olduğunu, bölgədə vəziyyəti məqsədli şəkildə gərginləşdirməyə çalışdığını göstərir: “Sərhədçimizə açılan bu atəş bir kəs daha sübut edir ki, Ermənistanın sülhlə bağlı səsləndirdiyi fikirlər imitasiyadan başqa bir şey deyil və İrəvan yalnız və yalnız müharibə haqqında düşünür. Bu səbəblə də sülh müqaviləsi imzalamaqdan yayınır, habelə təmas xəttində vaxtaşırı bu cür insidentlər yaratmaqla bölgədə vəziyyəti daim gərgin şəkildə saxlamağa çalışır. Məqsəd regionda etibarlı sülhün, etibarlı sabitliyin bərqərar olmasına imkan verməmək, hər an yeni bir müharibəni alovlandırmaq üçün münbit zəmin formalaşdırmaqdır”. Ekspert qeyd edib ki, ABŞ və Fransanın Ermənistana verdiyi birtərəfli dəstək də İrəvanı revanşizmə həvəsləndirən mühüm addımlardan biridir: “Ermənistan rəsmiləri – baş nazirdən tutmuş müdafiə və xarfici işlər nazirlərinə kimi hər kəs Fransa və Hindistandan müasir silahlar, hərbi texnikalar aldıqlarını bəyan edir və açıq şəkildə bildirirlər ki, onların silah aldıqları “digər fövqəlgüclər də var”. Bu bəyanatlar bir daha təsdiq edir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır və bu işdə ermənipərəst beynəlxalq güclərin imkanlarından gen-bol istifadə edir. Bu gün Fransa və Hindistan Ermənistanın silahlanmasında aktiv rol oynayır, ölkəmizə qarşı mina terrorunu davam etdirən bu dövləti hər vasitə ilə silahlandırırlar. ABŞ-ın Ermənistana mənəvi-siyasi dəstəyi də təəssüf hissi ilə vurğulanmalıdır. Bütün bu faktlar onu göstərir ki, ABŞ və Fransa regionda yeni bir müharibənin baş verməsində maraqlıdırlar və onlar Ermənistanı buna sürükləyir. Polkovnik bildirib ki, sərhədçimizə qarşı təxribatın Zəngilanda – İranla sərhəddin yaxınlığında törədilməsi Ermənistanın ağalarının müharibə arealını genişləndirmək planlarından xəbər verir: “Məlum insidentlə bağlı diqqət çəkən faktlardan biri də hadisənin Zəngilanda – İranla sərhəddə yaxın ərazidə gerçəkləşməsidir. Məqsəd Azərbaycanla Ermənistana arasında yeni müharibəyə təkan verməklə yanaşı, həm də bu müharibənin miqyas və coğrafiyasını genişləndirmək, İran və digər dövlətləri də bura daxil etməkdir. Çünki Ermənistanın Qərbdəki himayədarları yaxşı başa düşür ki, müharibədə daha çox dövlətin iştirakı qarşıdurmanın miqyas və dağıdıcılığının daha da artması deməkdir. Məhz bu səbəbdən də təxribat üçün üçüncü dövlətə yaxın ərazi seçilib ki, bu da İrəvanın dağıdıcı güclərin əlində alətə çevrildiyini göstərir”. Cəlil Xəlilov vurğulayıb ki, baş verən təxribat Avropanın bölgədəki missionerlik fəaliyyəti və “binokl doplomatiyası”nın nə qədər gərəksiz və təhlükə olduğunu sübut etdi: “Məlum olduğu kimi, bəlli bir müddətdir ki, Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhəddində hansısa missiya həyata keçirir, avropalı diplomatlar, fransalı generallar çox tez-tez əldə binokl Azərbaycan ərazisini izləməklə gündəmə gəlirdi. Avropalı diplomatlar əminliklə bildirirdilər ki, guya bütün bu fəaliyyət regionda sülhün və sabitliyin formalaşmasına xidmət edir və bundan narahat olmağa dəyməz. Amma dünənki təxribat sübut etdi ki, Qərbin həyata keçirdiyi bu missiya Ermənistanın silahlanma tendensiyası qədər təhlükəlidir və məlum fəaliyyət regionda sülhə töhfə vermək əvəzinə qarşıdurmanı riskini gücləndirir. Ancaq hər kəs – həm rəsmi İrəvan, həm də Ermənistana dəstək verən beynəlxalq güclər bilməlidirlər ki, Azərbaycan istənilən təhlükəni dəf etməyə qadirdir və bugünə qədər olduğu kimi bundan sonra da bu cür təxribatların qarşısı qətiyyətlə alınacaq. Necə ki, bu gün - 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən “qisas əməliyyatı” zamanı Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Bu, bir daha dövlətimizin qətiyyətindən, ordumuzun qüdrətindən xəbər verir və bu fakt bir daha sübut edir ki, Azərbaycan heç bir təxribatı cavabsız qoymayacaq”.
Hamısını oxu
Bakıda 191 saylı məktəbdə yerləşən seçki məntəqəsində maraqlı anlar yaşanıb. Oxu.Az xəbər verir ki, Xətai rayonunun 98 yaşlı sakini, müharibə veteranı İsgəndər Vəliyev səs vermək üçün 36 saylı dairə seçki komissiyasının 16-cı məntəqəsinə gəlib. Yaşı və hərəkət məhdudiyyəti səbəbindən ona daşınan qutu (evdə səs vermə) ilə səs vermək təklif olunsa da, İsgəndər kişi məntəqədə səs vermək istəyib. Nə yaşının bir əsri haqlaması, nə hərəkət məhdudiyyəti onun ilham pərisini qocalda bilməyib, veteran şeir deyib, sonra isə səsvermə hüququndan istifadə edib.
Hamısını oxu
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvanın ən yaşlı seçicilərindən Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayan 1920-ci il təvəllüdlü Hüseynəliyeva Şərəf Muxtar qızı səsvermə hüququndan istifadə edib. O, 2 saylı Şərur-Kəngərli seçki dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsinə səs vermək üçün ərizə ilə müraciət edib. Məntəqə əməkdaşı ailənin yaşadığı evə daşınan qutu aparıb və yaşlı seçicinin səsverməsinə şərait yaradılıb.
Hamısını oxu
"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabadın Seyidbazar kəndində yaşayan 1923-cü il təvəllüdlü Həcər Rüstəmovanın evinə daşınan seçki qutusu aparılıb və seçici səs verib. H.Rüstəmova 71 saylı Cəlilabad şəhər dairə seçki komissiyasının 23 saylı Seyidbazar kənd seçki məntəqəsində qeydiyyatdadır. Həmin dairə üzrə 51 min 348 seçici var. Seçki dairəsi ərazisində 53 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərdən 2 740 nəfəri ilk dəfə səs verəcək gənclərdir. 14 məntəqədə veb-kamera quraşdırılıb.
Hamısını oxu
alakən rayonunun ən yaşlı seçicilərindən olan 100 yaşlı Fatma Abdulrəhman qızı İbrahimova növbədənkənar prezident seçkisində səs verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 110 saylı Balakən seçki dairəsinin 3 saylı məntəqəsində qeydiyyatda olan Fatma nənə əvvəlki seçkilərdə olduğu kimi, budəfəki prezident seçkisində də iştirak edib. Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyi üçün məntəqə seçki komissiyasına ərizə ilə müraciət edib. Fatma nənənin müraciəti nəzərə alınaraq, səsvermə günü onun yaşadığı evə daşınan seçki qutusu göndərilib. Fatma nənə nəvəsinin köməyi ilə seçki bülletenini doldurub. “Ürəyimdə tutduğum namizədə - Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcək insana səs verdim. Qoy, ölkəmizdə həmişə əmin-amanlıq olsun. Hamıya uzun ömür arzulayıram”, - F.İbrahimova deyib. 1924-cü il təvəllüdlü Fatma İbrahimovanın bir övladı, dörd nəvəsi, iki nəticəsi var. O, bütün seçkidə səsvermə prosesində şəxsən iştirak edib. Lakin son illər səhhətində yaranan problemlər səbəbindən seçki məntəqəsinə gedə bilmir.
Hamısını oxu