Ən son xəbərlər
Veteran.gov.az xəbər verir ki, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Fitoterapevtlər” İctimai Birliyin Sədri, “Nərgiz” klinikasının baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova 27 sentyabr – Şəhidləri Anma Günündə Tovuz rayonunun Əlibəyli kəndində olub, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid kiçik çavuş Anar Hüseyn oğlu Hüseynovun ailəsini ziyarət edib. Şəhidin ailə üzvləri ilə söhbət edən Millət vəkili və tanınmış həkim, ailənin qayğıları ilə maraqlanıb, “şəhid övladınızın əziz ruhu qarşısında ehtiramla baş əyirik” deyib. Şəhidin ailə üzvləri ilə söhbət edən Q.Paşayeva və M.Qəhrəmanova, Anar kimi oğulların canı-qanı bahasına qazanılmış tarixi zəfərimizdən danışıb, bu zəfərin dövlət-xalq birliyinin, Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi Müzəffər Ordumuzun vətəncanlılığının parlaq örnəyi oldğunu vurğulayıb. Onlar, Anar Hüseynovun haqqında da yazının olduğu “Tovuz şəhidləri (44 günlük Vətən Müharibəsi)” kitabını və Qarabağ motivli xatirə hədiyyəsini şəhidin ailəsinə təqdim edib. Anar Hüseynov (08 oktyabr 1982, Əlibəyli, Tovuz–28 sentyabr 2020, Füzuli rayonu) 2015-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Kiçik çavuş Anar Hüseynov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə, sentyabrın 28-də şəhid olub. Şəhidimiz doğma Əlibəyli kəndində dəfn olunub. Ruhu şad olsun!
Hamısını oxu
Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazova Hörmətli Vilayət müəllim! Əziziniz Çingiz müəllimin vaxtsız vəfatı münasibəti ilə ürəkdən kədərlənir, mərhumun ailəsinə dərin hüzünlə başsağlığı verir və Allahdan rəhmət diləyirik. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri Cəlil Xəlilov, Bəhram Zahidov
Hamısını oxu
Veteran.gov.az xəbər evrir ki, sentyabrın 28-də yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeni, 3 mərtəbəli korpusu istifadəyə verilib. Gənclər və idman naziri Fərid Qayıbov yeni korpusda yaradılan şəraitlə tanış olub. Əvvəlcə, Akademiyanın foyesində ulu öndər Heydər Əliyevin büstü qarşısına gül qoyulub. Məlum olduğu kimi, ADBTİA-nın tələbə və məzunları İkinci Qarabağ müharibəsində misilsiz rəşadət göstəriblər. Akademiyanın 75 tələbə və magistrantı Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda silaha sarılıb. Onlardan bir çoxu qazi olub, ali təhsil ocağının 13 məzunu isə şəhidlik zirvəsinə yüksəlib. 44 günlük Vətən müharibəsi zamanı ordumuza dəstək nümayiş etdirən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası müharibədən sonrakı dövrdə də vətənpərvərlik missiyasını davam etdirir. Belə ki, Akademiya ölkədə yeni bir ideya ilə çıxış edərək, şəhid olmuş məzunların əziz xatirəsini əbədiləşdirmək və ehtiram əlaməti olaraq, onların hər birinin adını yeni korpusdakı auditoriyalara verib. Hər bir şəhid məzunun adını daşıyan auditoriyanın qapısına həmin şəhidin adı, soyadı yazılan lövhə vurulub. Həmçinin, Akademiyanın şəhid məzunların adlarına xüsusi təqaüdlər də təsis edilib. Rektor Fuad Hacıyev yeni korpusda yaradılan şəraitlə bağlı məlumat verib. Tələbələrin istifadəsinə verilən və ümümi sahəsi 1080 m2 olan tədris korpusu müasir standartlara uyğun inşa edilib. Auditoriyalar yeni elektron avadanlıqlarla, proyektorlar, eləcə də noutbuklarla təchiz edilib. Burada doktorantura və SABAH qruplarının tədrisi üçün hər bir şərait yardılıb. Nazir Fərid Qayıbova SABAH qruplarının və doktoranturanın tədrisi barədə məlumat verilib. Fərid Qayıbov Akademiyanın Elmi-Tədris Laboratoriyasınn da fəaliyyəti ilə tanış olub və burada reabilitasiya prosesi keçən qazilər Amin Musayev və Emin Eminovun səhhəti ilə maraqlanıb. Yeni tədris ilinin başlanması münasibətilə Akademiyanın akt zalında təqdimat keçirilib. Tədbirdə qonaqlara ali təhsil ocağının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Sonda nazir Fərid Qayıbov Akademiyanın kollektivi ilə xatirə çəkdirib.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Ucar Gənclər Evinin təşkilatçılığı ilə 27 sentyabr 2021 - ci il tarixində " Anım Günü " ilə əlaqədar olaraq şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün 150 ədəd ağac əkilib. Tədbirdə şəhid ailələri, Ucar rayon könüllüləri və Ucar Gənclər Evinin əməkdaşları iştirak edib. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 27 sentyabr Milli Anım Günü bütün ölkə ərazisində olduğu kimi Ucar rayonunda da qeyd edilib. Ucar rayon ictimaiyyəti Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə ehtiram əlaməti olaraq Fəxri Xiyabanda şəhidlərimizin məzarlarını ziyarət edib. Tədbirdə Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. Burada şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub. Şəhidlərimizin xatirəsi bir dəqqiqəlik sükutla yad edilib. Daha sonra Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov şəhid ailələrinin üzvləri il söhbət etmiş, onların qayğı və problemləri ilə maraqlanmışdır. Şəhid ailələrinin üzvləri və qazilər diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildiriblər. Milli Anım Günü çərçivəsində Ucar rayonunda habelə agacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında müxtəlif növ ağaclar əkilib. Allahdan şəhidlərimizə rəhmət və ailələrinə səbr diləyirik.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 27 sentyabr tarixində Bakı və regionlarda yerləşən peşə təhsil müəssisələrində İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinə həsr olunan “Anım Günü” ilə bağlı silsilə tədbirlər keçirilib. Tədbirlər çərçivəsində peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti tərəfindən Bakı şəhəri və regionlarda yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib, şəhid ailələri və məzun qazilərlə görüşlər təşkil olunub. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində nəzərdə tutulan tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və qazilər iştirak edib, 44 günlük Vətən müharibəsinə həsr olunmuş videotəqdimat nümayiş etdirilib. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbirindən sonra II Şəhidlər Xiyabını ziyarət edilib və Mərkəzin ərazisində ağacəkmə kampaniyası həyata keçirilib. Həmçinin Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin girişində şəhidlərin fotostendləri hazırlanıb və onların mübarizə yolunu əks etdirən videoçarxlar, işğaldan azad edilmiş bölgələrdə quruculuq işlərini əks etdirən video materiallar nümayiş etdirilib. Lənkəran Peşə Liseyi də “Anım Günü” ilə əlaqədar şəhid ailələrinə verilən yeni yaşayış binasının həyətinə Lisey tərəfindən istehsal olunan masalar, oturacaqlar, tullantı qutuları, güldanlar yerləşdirilib. Bununla yanaşı Liseyin həyətində şəhidlərin əziz xatirəsinə ağaclar əkilib. Müəssisələr arasında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tarixi günlə əlaqədar geniş tədbir keçirib, həmçinin Mərkəz kollektivi tərəfindən Şəhidlər Xiyabanı ziyarət olunub. Azərbaycan Respublikasında “Anım Günü”nün təsis edilməsi 2020-ci il dekabrın 2-də İlham Əliyevin Sərəncamına əsasən qeyd olunur. “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşən, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən əsgər və zabitlərimizə, şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Peşə təhsil müəssisələrinin pedaqoji kollektivi, tələbə və məzunları arasından II Qarabağ müharibəsində iştirak etmiş 54 nəfər vətənin azadlığı uğrunda göstərdikləri şücaətə görə ölkə başçısı tərəfindən müxtəlif medallarla təltif ediliblər. 44 günlük Vətən müharibəsində ümumilikdə 760 təhsil işçisi düşmənə qarşı vuruşub. 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. (vet.edu.gov.az)
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 27 sentyabr- Anım günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşılıqlı əməkdaşlığı ilə muzeydə “Şəhidlər ölməz Vətən bölünməz ” adlı tədbir keçirildi. Tədbirdə Komitənin əməkdaşları, müxtəlif təhsil müəsissələrinin şagirdləri və muzey əməkdaşları iştirak etmişlər. Tədbiri açan muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin kiçik elmi işçisi Zülfiyyə Cəlilova ziyarətçiləri salamladı. Tədbir iştirakçıları vətən yolunda şəhid olan fədailərimizi bir dəqiqəlik sükutla ehtiramla yad etdilər. Tədbirin əhəmiyyəti haqqında məlumat verildikdən sonra bədii hissəyə yer verildi. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri “Xudayar təsnifi”ni və Bəstəkarı Üzeyir Hacıbəyovun Ev-Muzeyinin direktoru Sərdar Fərəcov olan “Qarabağ” əsərini ifa etdilər. Bədii hissədən sonra tədbir iştirakçıları muzeydə nümayiş olunan “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgini ziyarət etdilər. Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Ləman Musayeva II Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana təcavüz tarixi haqqında ətraflı məlumat verdi. L.Musayeva öz çıxışında “Vətən müharibəsi cəbhəboyu bölgələrdə yaşayan uşaqların esselərində” layihəsindən bəhs edərək, həmin uşaqların xatirələrinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən bəhs etdi. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşı Günel Nağdəliyeva, Suraxanı rayonu 285 saylı tam orta məktəbin VI sinif şagirdi Jalə Muradlı, Şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva və şəhid Azər Əliyevin yaxın qohumu Polad Əliyev çıxış etdilər. İştirakçıların təsirli çıxışlarından sonra muzey əməkdaşları tədbir iştirakçıları ilə birlikdə xatirə fotosu çəkdirdilər
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev istehlakçılara müraciət edib. Müraciətdə deyilir: “Azəriqaz” təbii qaz təchizatı sahəsində kommunal xidmət göstərən dövlət müəssisəsi olaraq, fəaliyyətində yüksək keyfiyyət və operativ xidmət təqdim etməklə yanaşı, sahə üzrə qanunvericiliyin tələblərinə ciddi riayət etməsini əsas vəzifə kimi dəyərləndirir. Abunəçilərimizə münasibətdə qazın istifadəsi nəticəsində yaranmış borcun ödənilməsi ilə əlaqədar problemlərin həlli istiqamətində əsasən danışıqlar yoluna üstünlük verilir, bu mümkün olmadıqda isə məhkəmə qaydasında məsələyə baxılır. Belə məsələlərdən biri də Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1560/2020 iş nömrəsi üzrə 18.08.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi təşkil edir. Cəlilabad rayonu Komanlı kənd sakini cavabdeh Əbilov Xosrov Təvəkgül oğlunun İstehsalat Birliyinin xeyrinə cəmi 338 manat pul ödəməsi qət olunsa da, cavabdeh borcun ödənilməsindən boyun qaçırır. “Qaz təchizatı haqqında” qanunun 13.6 maddəsinə və Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 6.1.4 yarımbəndinə görə, istifadə olunmuş qazın dəyərinin ödənilməməsi qazın verilişinin dayandırılması üçün əsasdır. Qanuni qüvvə almış qətnaməni rəhbər tutaraq, sahə üzrə qanunvericiliyin tələbləri gözlənilərək 22 sentyabr 2021-ci il tarixində qazın verilişinin dayandırılması ilə əlaqədar işlər icra edilərkən cavabdeh 1966-cı il təvəllüdlü qaynaqçı Fərəcov Mətləb Aşur oğluna müxtəlif dərəcəli bədən xəsarəti yetirib, onun üst paltarını cıraraq yararsız hala salıb. Baş vermiş olay müvafiq qaydada aktlaşdırılmış və X.Əbilovun hərəkətindən hüquq-mühafizə orqanına şikayət edilib. Məlum olduğu kimi qanunvericiliyin tələblərinin gözlənilməsi bütün fiziki və hüquqi şəxslərin, o cümlədən qaz təchizatı ilə əlaqədar yaranmış münasibətlərin iştirakçıları olan həm qaz paylayıcısı, həm də istehlakçı üçün əsas vəzifədir. Nəticə etibarı ilə mən də daxil olmaqla hamımız istehlakçıyıq. Bu prizmadan da irəli gələrək istehlakçıların müraciətlərinə (təklif, istək, şikayət, təşəkkür) daim açıq və əlçatanıq, onlar tərəfindən qaldırılan məsələlərə həssaslıqla yanaşırıq. Unutmayaq ki, təhqirə və fiziki təzyiqə məruz qalan işçimiz də bir istehlakçı, valideyn, övlad və Azərbaycan vətəndaşıdır. “Azəriqaz” dövlət müəssisəsi olaraq öz koorporativ maraqlarını insan və vətəndaşın hüquqlarının üzərində deyil, onların bir istehlakçı kimi hüquqlarının, maraq və mənafelərinin qorunması üzərində qurur. O, vətəndaş cəmiyyətində müsbət davranış modelinin formalaşdırılması üçün sosial şəbəkələrin imkanlarını, bu şəbəkədə təmsil olunan, o cümlədən sahə üzrə nüfuz sahibi olan iştirakçıların rolunu nəzərə alaraq, sizlərə səslənərək xahiş edir: - zorakılığın hər hansı bir formasına dözümsüzlük nümayiş etdirilməsində, onların ictimai qınanmasında; - qarşılıqlı anlaşma və hörmət əsasında problemlərin həll olunmasında bundan sonra da səylərinizi əsirgəməyin. Biz sizlərə xidmət göstərməyimizlə fəxr edir, “Azəriqaz”a münasibətdə qazandığımız müştəri məmnunluğundan qürür duyuruq!
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, sentyabrın 27-də Qazaxıstanın Türküstan şəhərində “Farab” kitabxanasında Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Anım Gününə və böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş "Şərqin Parlaq Ulduzu" adlı təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlı, görkəmli qazax yazıçısı Marhabat Bayğut, tanınmış şair Narmaxan Beqalıulı, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov və Milli Məclisin deputatları, Ə.Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin rektoru Janar Temirbekova, qardaş ölkələrin dövlət və ictimai xadimləri, ziyalılar iştirak ediblər. Hörmətli qonağı Akademiya prezidenti Darxan Kıdıralı xüsusi olaraq qarşılayıb. Görüş 44 günlük Vətən Müharibəsində qəhrəmancasına həlak olan əsgərlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Türk Akademiyası tərəfindən nəfis tərtibatda çap olunan, Nizami Gəncəvinin "Yeddi gözəl” və “Leyli və Məcnun” əsərlərinin qazax dilinə tərcüməsinin yer aldığı yeni nəşrin lenti Milli Məclisin spikeri Sahibə Qafarova, yazıçı Marhabat Bayğut və Darxan Kıdırəlinin iştirakı ilə kəsilib. Sahibə Qafarova Nizaminin təkcə Türk və İslam dünyasının deyil, bütün bəşəriyyətin qüruru, dünya sivilizasiyasında özünəməxsus yeri olan böyük şəxsiyyət olduğunu qeyd edib. Öz növbəsində, Akademiya rəhbəri bildirib ki, Türk dünyasının mənəvi birliyini ortaya qoyan Qarabağ zəfərinə aparan yolun ilk günündə belə bir təqdimata toplaşmağın xüsusi anlamı var. Bu gün Türküstanda dahi Nizamini anmaqla bu mənəvi birliyi gücləndirməkdəyik. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin qərarını dəstəkləyərək, Beynəlxalq Türk Akademiyası 2021-ci ili Qazaxıstanda və bütün Türk dünyasında “Nizami İli” elan edib və bununla bağlı yubiley tədbirlərini təşkilatın 2021-ci il üçün Fəaliyyət Planına daxil olunub. Qazax oxuculara təqdim edilən kitab da bu fəaliyyət planı çərçivəsində nəşr olunub. Kitabda yer alan iki poema əslində sovet hakimiyyətinin ilk vaxtlarına – 1940-cı illərdə böyük qazax ədiblərinin tərcüməsi əsasında işıq üzü görüb. Lakin uzun müddət keçib və həmin kitablar köhnəlib və əlçatan deyil. Bunu nəzərə alaraq, Beynəlxalq Türk Akademiyası əsərlərin nəfis tərtibatda yenidən çapına qərar verib. “Nizami irsi, onun əsrarəngiz yaradıcılığı dünya durduqca aktualdır və öz əhəmiyyətini qoruyur. Onun insanlıq üçün böyük xəzinə olan yaradıcılığı ilə təkcə Azərbaycanın və Türk dünyasının deyil, bütün bəşəriyyətin əvəzsiz mənəvi sərvətinə çevrilib. O, bütün Şərqdə yeni bir ədəbi məktəbin əsasını qoyub. Nizamidən sonra Nəsimi, Füzuli, Nəvayi, Abay və yüzlərlə digər şair və yazıçı onun yaradıcılığından təsirlənərək nəhəng əsərlər yaratmış, onun mütərəqqi fikirlərini inkişaf etdiriblər” - deyə Akademiya rəhbəri bildirib. Nizaminin şeirləri Tair Jarokov, Kasım Amanjolov, Təken Əlimkulov, Qali Ormanov, Jakan Sızdıkov kimi nüfuzlu qazax şairləri tərəfindən yüksək peşəkarlıqla qazax dilinə tərcümə olunub. Milli Məclisin sədri Nizami Gəncəvinin bu iki əsərinin qazax dilinə tərcümə olunaraq kitab şəklində çap edilməsinə görə Beynəlxalq Türk Akademiyasının rəhbərliyinə təşəkkürünü ifadə edib. Spiker dahi Azərbaycan şairinin “Xəmsə”sinə daxil olan digər əsərlərin də qazax dilinə tərcümə olunacağına inamını bildirib və Akademiyaya uğurlar arzulayıb. Tədbirin sonunda Akademiya tərəfindən nəşr olunan Azərbaycana aid digər dəyərli əsərlər qonaqğa hədiyyə edilib.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 27 sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərimizin xatirəsi Veysəloğlu Şirkətlər Qrupu tərəfindən də ehtiramla yad edilib, Şəhidlər Xiyabanındakı “Əbədi məşəl” abidəsinin önünə əkillər qoyulub. Məlumat üçün qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupunun 645 əməkdaşı Vətən müharibəsində iştirak edib, onların 13 nəfəri ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onu da qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu şəhid ailələri və qazilərlə mütəmadi görüşlər keçirir, onların sosial rifahının yaxşılaşması istiqamətində sistemli addımlar atır. Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Azərbaycan Texniki Universitetində (AzTU) 27 sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə rektor Vilayət Vəliyev, təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Elnur Allahverdiyev, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi, polkovnik Aqil Babayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Vəkillər Kollegiyasının üzvü, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Suqovuşanda Azərbaycan bayrağını yüksəldən Vətən müharibəsi iştirakçısı, AzTU-nun məzunu İlkin Fərzəliyev, həmçinin universitetin əməkdaşları iştirak edib. Əvvəlcə torpaqlarımız uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib. Rektor Vilayət Vəliyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bütün dünyaya Azərbaycan ordusunun gücünü nümayiş etdirib. Bu müharibə həm də düşmən üzərində müasir texnika və texnologiyalardan istifadə etməklə də qələbə qazanmağın mümkünlüyünü sübut edib. Rektor qələbənin qazanılmasında AzTU-nun 240-dan çox tələbə və məzununun da iştirakının qürurverici olduğunu qeyd edib. Bildirib ki, Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasında 28 nəfər şəhidlik zirvəsinə ucalıb. Azərbaycan bayrağını işğaldan azad olunmuş Suqovuşanda dalğalandıran əsgər İlkin Fərzəliyev də AzTU-nun məzunu olub. Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Elnur Allahverdiyev, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi, polkovnik Aqil Babayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Vəkillər Kollegiyasının üzvü, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Suqovuşanda Azərbaycan bayrağını yüksəldən Vətən müharibəsi iştirakçısı, AzTU-nun məzunu İlkin Fərzəliyev, AzTU-nun prorektoru Çetin Elmas Azərbaycan xalqının 44 günlük müharibədə dəmir yumruq kimi birləşdiyini xüsusi qeyd ediblər. Bildirilib ki, 44 günlük müharibə Azərbaycan gənclərinin Vətən sevgisinin böyüklüyünü nümayiş etdirib. Düşmənin “yenilməz Ermənistan ordusu” barədə yaratdığı miflər “Dəmir yumruq” hərbi əməliyyatı zamanı 44 gün ərzində məhv edilib. Qeyd olunub ki, vaxtilə işğal altında olan torpaqlarımızda tarixi Qələbədən sonra həyat canlanıb. Çıxışlardan sonra AzTU-nun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tələbə və məzunlarının xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib. Tədbir Anım Gününə həsr olunan şeirlər və tələbələrin ifasında təqdim olunan “Xudayar təsnifi” ilə başa çatıb.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 27 sentyabr-Anım Günündə Azərbaycan Respublikası Milli Məclisinin deputatı,Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli Yevlax və Mingəçevir şəhərlərində Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib, şəhid ailələri və yaxınları ilə görüşüb. Görüşdə şəhdilərimizin ölümsüz xatirəsi qürur hissi ilə yad edilib, onların qəhrəmanlığından iftixarla bəhs olunub. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 2 dekabr 2020 tarixli sərəncamına əsasən,Vətən müharibəsində qəhrəmancasına döyüşmüş,ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, 27 Sentyabr Anım Günü kimi təsis edilib. Seymur ƏLİYEV
Hamısını oxu